Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1424/2026 05.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı əmək pensiyası təyin edilməsi tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin ##.##.2026- cı il tarixli, *-*(***)-*****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, Ermənistan SSR Gorus rayonunun Qurdqalax kənd məktəbində ##.##.1982-ci il tarixdən ##.##.1988-ci il tarixədək müəllim işlədiyi 6 il 3 ay əmək stajı müddətini əmək pensiyası almaq hüququnun yaranması üçün cavabdeh tərəfindən hesablanmış digər əmək stajının, yəni 18 il, 11 ay, 28 günün üzərinə artırılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı ərizə ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinin xahiş etmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1960-cı il tarixdə Ermənistan SSR-nin (Qərbi Azərbaycannın) Gorus rayonunun Şurnuxu kəndində anadan olmuşdur. 1977-ci il tarixdə həmin kənddə olan tam orta məktəbi bitirmişdir. ##.##.1977-ci il tarixdən ##.##.1978-ci ilə qədər Gorus rayon Yol təmir tikinti idarəsində fəhlə işləmişdir. ##.##.1978-ci ildən ##.##.1982-ci il tarixdə Azərbaycan Pedaqoji Institunun (API) riyaziyyat fakültəsini əyani bitirmişdir. ##.##.1982-ci il tarixdən ##.##.1988-ci il tarixədək Gorus rayonu, Qurdqalax kənd 8 illik kənd məktəbində təyinatla müəllim işləmişdir. Yəni 1988-ci ilin noyabr ayından başlayaraq Ermənistan SSR-də yaşayan azərbaycanlıların Ermənistan dövləti səviyyəsində deportasiya olunmalarına qədər həmin Qurdqalax kəndində müəllim kimi çalışmışdır. Təbii ki, Ermənistanda yaşayan əksər azərbaycanlılar kimi iddiaçı da məcbur olub Azərbaycana qaçmışdır. Burada məskunlaşıb, özünə iş tapan qədər 6 ay müddət keçmişdir. ##.##.1989-cu il tarixdən ##.##.1994-cü ilə qədər X5 Birliyinin B.B.T.İ. PI şöbəsində iqtisadçı kimi çalışmışdır. ##.##.1994-cü il tarixdən ##.##.2003-cü il tarixədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük Idarəsində inspektor vəzifəsində çalışmışdır. O vaxtdan sonra maddi dolanışığını şəxsi təsərrüfat qurmaqla təmin etmişdir. ##.##.2025-cı il tarixdə pensiya almaq yaşı, yəni 65 yaşı tamam olmuşdur. Iddiaçı * saylı Dost xidmətinə pensiya təyinatı ilə bağlı müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafəisi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ünvanına göndərdiyi ## ###### 2025-ci il tarixli, *-**-*/*- T-******/**** saylı məktubla iddiaçıya pensiya təyinindən imtina edilmişdir. Iddiaçıya pensiya təyinindən imtina onunla əsaslandırılmışdır ki, ##.##.1982-ci il tarixdən ##.##.1988-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulmuşdur. Odur ki, ümumi sığorta stajı (18 il 11 ay 28 gün) qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmir. Belə ki, həmin dövr, yəni ##.##.1982-ci il tarixdən ##.##.1988-ci il tarixədək olan dövr ümumi sığorta stajına hesablanmamışdır. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə Mərkəzi Filiala müraciət etmişdir. Iddiaçının Mərkəzi Filiala daxil olmuş yaşa görə əmək pensiyanın təyin edilməsinə dair müraciətinə aidiyyəti üzrə baxılaraq, ##.##.2025-ci il tarixli, *-**-*/*-T-******/**** saylı məktubla bildirilmişdir ki, təqdim edilən sənədlərin surətlərinə əsasən, iddiaçının mövcud sığorta stajı qanunla tələb olunan 25 il sığorta stajı müddətindən az olduğundan, ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. Iddiaçının təqdim etdiyi sənədlərin surətlərində qeyd olunan məlumatlara əsasən, ##.##.1978-ci il tarixindən ##.##.1982-ci il tarixinədək təhsil aldığı illər nəzərə alınmaqla ümumi sığorta stajı 18 il 11 ay 26 gün təşkil edir. Iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş ##.##.1982-ci il tarixindən ##.##.1988-ci il tarixinədək olan dövrün doldurulma qaydası (işdən çıxma əmrinin tarixi ilə qeyd tarixi fərqlidir) pozulduğu üçün sözügedən dövrün sığorta, stajına daxil edilməsi mümkün olmamışdır. Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən ##.##.2006-cı il tarixdən ##.##.2018-ci il tarixədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi də mümkün olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən, iddiaçının ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 Ildən) az olduğuna görə) orta yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir, Məlumat üçün iddiaçıya bildirilmişdir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə ümumi sığorta stajı 25 ilə tamamlanarsa, əmək fəaliyyəti dövrləri araşdırılaraq pensiya təyinatı hüququna yenidən baxılacaqdır. Iddiaçı İddiaçı ##.##.2025-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmiş, hazırda ödənişi 220 manat məbləğində olmaqla davam etdirilir. Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı ilə (hakim A.V.Babayev) iddia təmin edilmiş, İddiaçı 65 yaşı tamam olduğu ##.##.2025-ci ildən hesablanmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərarı cavabdeh tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim olunmuş və ya məhkəmələrin öz təşəbbüsü ilə əldə etdikləri məlumatlar iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən müddətlərdə işləməsi faktını özü-özlüyündə, qeyd-şərtsiz təsdiq etmir. Həmçinin, məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisəli əmək stajı ilə bağlı cavabdehin dəlillərinin hansı mötəbər sübutlarla təkzib olunduğunu qərarında göstərməli və gəldiyi nəticəni həmin sübutlarla əsaslandırmalı idi. Belə ki, məhkəmə təqdim olunmuş sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalı, cavabdehin də əsaslandığı şübhələri aradan qaldıran, iş stajına dair qeydlərin mötəbərliyini təsdiq edən sübutlara əsaslanmalıdır. Iddiaçı İddiaçı təqdim etdiyi sənədlərin surətlərində qeyd olunan məlumatlara əsasən, ##.##.1978-ci il tarixindən ##.##.1982-ci il tarixinədək təhsil aldığı illər nəzərə alınmaqla ümumi sığorta stajı 18 il 11 ay 26 gün təşkil edir. Iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş ##.##.1982-ci il tarixindən ##.##.1988-ci il tarixinədək olan dövrün doldurulma qaydası (işdən çıxma əmrinin tarixi ilə qeyd tarixi fərqlidir) pozulduğu üçün sözügedən dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Belə ki, ##.##.2025-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1996-cı il tarixli,*** nömrəli qərarı ilə təsdiq edilmiş “Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 3.2-ci maddəsinə əsasən, işəgötürən tərəfindən əmək kitabçasında qeydlər-işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Qaydaların 3.4-cü maddəsinə əsasən, əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. Sözügedən Qaydaların 4.1-ci maddəsinə əsasən, işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. Işəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə ##.##.1991-ci il tarixli Qərarında 1992-ci il tarixli latın qrafikalı Azərbaycan əlifbasının bərpası sahəsində keçirilən islahatlarda “möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının dəyişdirilməsi” nəzərdə tutulmuşdur. ## ###### 1991-ci il tarixli həmin Qanuna əsasən, latın qrafikalı əlifbaya, həmçinin möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının dəyişdirilməsinə 1992-ci ildə başlanılmışdır. Məhkəmə cavabdeh orqan tərəfindən mübahisələndirilən dövrlərin iddiaçıya məxsus əmək kitabçasında qeyd edildiyinə əsaslanaraq, həmin illərin onun sosial sığorta stajına əlavə edilməli olduğu nəticəsinə gəlmiş, cavabdeh orqanın dəlillərini düzgün araşdırmamış, təqdim edilən sənədlər, əmək kitabçasındakı uyğunsuzluğu araşdırmamış, həmin məsələyə hüquqi qiymət verməmişdir. Halbuki, məhkəmə xidməti vəzifə borcuna görə iş üzrə tam və hərtərəfli araşdırma aparılmasını təmin etməli, təqdim edilən sübutlara düzgün hüquqi qiymət verməlidir. Məhkəmə öz qərarında iddiaçının 1989-cu ilin sonuna qədər əmək fəaliyyətini davam etdirməsini ağlabatan hesab etmir. Lakin, bu yanaşma işin faktiki halları ilə ziddiyyət təşkil edir. Belə ki, əmək kitabçasında iddiaçının işdən çıxma tarixi ##.##.1989-cu il olaraq göstərilmiş, müəssisənin möhürü ilə təsdiq edilmişdir. Əgər tarixi şərait və məhkəmənin fərziyyəsi əsas götürülərsə, vətəndaş 1988-ci ildə ərazini tərk edibsə, müəssisə rəhbərliyi tərəfindən ##.##.1989-cu il tarixində əmək kitabçasına rəsmi qeydin yazılması, möhürlənməsi və imzalanması faktı izahsız qalır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Mərkəzə müraciət etmişdir. Lakin şəxsin yaşa görə pensiya təyini üçün şərtləri ödəmədyindən imtina verilmişdir. Iddiaçının mübahisəsiz iş stajı 18 il 11 ay 26 gün təşkil edir. Mübahisələndirilən dövr isə 1982-ci ildən 1988-ci ilədək olan dövrdür. Belə ki, həmin dövrdə işdən çıxma əmri ilə qeyd tarixi fərqli olduğu üçün həmin dövrü sığorta stajına aid etmək mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı izahatında bildirdi ki, qarşı tərəf stajının 18 il 11 ay olduğunu qeyd edir, halbuki 25 il 2 ay qədər stajı var. Bakıda oxuduqdan sonra onu rayonuna təyinatla işləməyə göndərdilər. 1988-ci ilədək məktəbdə müəllim işləyib. 1988-ci ildə məlum hadisələrdən dolayı məktəb bağlanmışdır. 10 nəfər iş yoldaşının əmək kitabçalarını gətirib, həmin kitabçalardan göründüyü kimi, işdən çıxarılma səbəbləri və tarixləri eynidir. Əmr də, Təhsil Idarəsinin müdirinin imzası da eyidir. Qarşı tərəf kitabçalarda olan 1988-ci ili 1989-cu il kimi oxuyur. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi, Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı ilə iddia təmin edilmiş və iddiaçı İddiaçı 65 yaşının tamam olduğu ## #### 2025-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdehin mübahisələndirməsi, mahiyyət etibarilə, iddiaçının ## ######## 1982-ci il tarixindən ## ###### 1988-ci il tarixinədək Ermənistan SSR-in Gorus rayonunun Qurdqalax kənd məktəbində müəllim işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsinin mümkün olmaması mövqeyinə əsaslanır. Cavabdeh həmin mövqeyini əmək kitabçasında işdənçıxma əmri ilə qeyd tarixi arasında uyğunsuzluğun olması ilə izah etmiş və bu səbəbdən sözügedən dövrü bütövlükdə stajdan çıxarmışdır. Cavabdehin imtina məktubunda iddiaçının mübahisəsiz stajının 18 il 11 ay 26 gün olduğu və məhz ## ######## 1982-ci il-## ###### 1988-ci il dövrünün əmək kitabçasının doldurulma qaydasındakı uyğunsuzluğa görə nəzərə alınmadığı göstərilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, müəyyən edilmiş yaş həddinə çatmış şəxsin yaşa görə əmək pensiyası hüququ iki alternativ əsasdan biri mövcud olduqda yaranır: ya onun fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı minimum əmək pensiyasından az olmayan pensiya təminatına imkan verməlidir, ya da şəxs azı 25 il sığorta stajına malik olmalıdır. Başqa sözlə, qanun pensiya kapitalının mövcudluğunu və azı 25 il sığorta stajını kumulyativ deyil, alternativ şərtlər kimi müəyyən etmişdir. Iddiaçı ## #### 1960-cı il təvəllüdlü olduğundan ## #### 2025-ci il tarixində 65 yaşı tamam olmuşdur. Həmin tarixdə qüvvədə olan yaş həddinə görə ## #### 2025-ci il-## #### 2026-cı il dövrdə kişilər üçün pensiya yaşı 65 il təşkil etmişdir. Buna görə iddiaçının yaş meyarını ödəməsi mübahisəsizdir. Bununla yanaşı, mübahisəli əmək fəaliyyəti 1992-ci il ######ın #-dən əvvəl keçmiş SSRI ərazisində baş vermişdir. “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsi isə 1992-ci il ######ın #-dək keçmiş SSRI ərazisində qazanılmış əmək stajının həmin Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan məcburi dövlət sosial sığorta haqqının ödənilməsi şərti nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilməsini birbaşa təsbit edir. Deməli, mübahisəli dövrün Ermənistan SSR ərazisində keçməsi və həmin dövr üzrə Azərbaycan Respublikasının fərdi uçot sistemində məlumatın mövcud olmaması özlüyündə həmin stajın nəzərə alınmasına maneə təşkil etmir. Belə olan halda iş üzrə həlledici məsələ iddiaçının 1982-1988-ci illərdə müvafiq məktəbdə işləməsi faktının mötəbər sübutlarla təsdiqlənib-təsdiqlənməsindən ibarətdir. Iş materiallarında olan əmək kitabçası bu baxımdan ilkin və əsas yazılı sübut qismində çıxış edir. Birinci instansiya məhkəməsi həmin sənədi bilavasitə tədqiq etmiş, işə qəbul olunma və əmək fəaliyyəti barədə qeydlərin mövcudluğunu müəyyən etmiş, işdən azad olunma tarixinin son rəqəminin 1988 və ya 1989-cu il kimi oxunması ilə bağlı qeyri-müəyyənliyi isə sənədin tərtib edilməsi zamanı istifadə olunmuş yazı üslubu ilə əlaqəli texniki hal kimi qiymətləndirmişdir. Məhkəmə həmin qeyri-müəyyənliyin əmək kitabçasının bütövlükdə mötəbərliyini aradan qaldıran hal olmadığını qəbul etmişdir. Bu yanaşma qüvvədə olan pensiya qanunvericiliyində müəyyən edilmiş sübutetmə qaydasına uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndinə əsasən, 2006-cı il ######ın #-dək əmək fəaliyyəti barədə əsas sənədlər sırasında əmək kitabçası birbaşa göstərilmişdir. Həmin sənədin mötəbərliyinə əsaslı şübhələr yarandıqda isə Qayda həmin sənədin avtomatik olaraq etibarsız sayılmasını deyil, Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsini və bunun nəticəsində akt tərtib edilməsini nəzərdə tutur. Eyni hüquqi yanaşma “Inzibati icraat haqqında” Qanunun 19-cu maddəsindən irəli gəlir. Həmin Qanunun 19.1-ci maddəsinə görə, inzibati icraat zamanı fiziki və ya hüquqi şəxslərin təqdim etdikləri sənədlər və dəlillər onların həqiqətə uyğun olmadığı sübuta yetirilmədiyi müddətdə mötəbər hesab edilir və şəxsdən həmin sənədlərin mötəbərliyini sübut edən əlavə sənədlərin tələb olunması qadağandır. Yalnız sənədin mötəbərliyinə əsaslı şübhələr yarandıqda 19.2-ci maddəyə görə inzibati orqan həmin şübhələrin aradan qaldırılması üçün müstəqil şəkildə və öz hesabına tədbirlər görməlidir. Beləliklə, qanunvericilik əmək kitabçasına münasibətdə tamamilə fərqli hüquqi mexanizmi müəyyən etmişdir: sənəd ilkin olaraq mötəbər sayılır; əsaslı şübhə yarandıqda inzibati orqan onu yoxlayır; yalnız yoxlamanın nəticəsi sənəddəki məlumatların həqiqətə uyğun olmadığını ortaya qoyarsa, həmin məlumatın nəzərə alınmaması məsələsi meydana çıxa bilər. Hazırkı işdə isə təqdim edilmiş materiallarda cavabdehin mübahisəli əmək fəaliyyətinə dair işəgötürən, dövlət arxivi və ya digər mənbə üzrə üzləşdirmə apardığını, bu barədə akt tərtib etdiyini, əmək kitabçasındakı məlumatı təkzib edən hər hansı rəsmi sənəd əldə etdiyini və ya sənədin saxta, sonradan dəyişdirilmiş yaxud həqiqətə uyğun olmayan məlumat ehtiva etdiyini müəyyənləşdirdiyini təsdiq edən sübut mövcud deyildir. Əksinə, cavabdehin inzibati aktının faktiki əsası yalnız əmək kitabçasında işdənçıxma əmri ilə qeyd tarixi arasında fərqin olması barədə mülahizədən ibarətdir. Bu isə sənədin özünün və onunla təsdiqlənən bütün əmək fəaliyyətinin etibarsızlığı ilə eyniləşdirilə bilməz. “Inzibati icraat haqqında” Qanunun 15.1-15.3-cü maddələrində formal tələblərdən sui-istifadə qadağan edilmiş, qanunda birbaşa nəzərdə tutulmayan hallarda formal tələblərə əməl edilməməsinin şəxsin xeyrinə qərarın qəbulundan imtina üçün əsas ola bilməyəcəyi, habelə sənədlərdə aşkar və düzəldilməsi mümkün olan yazı və hesablama səhvlərinin həmin sənədlərin qəbulundan imtinaya səbəb olmamalı olduğu müəyyən edilmişdir. Hazırkı mübahisədə bu prinsip xüsusi əhəmiyyət daşıyır. Belə ki, cavabdeh iddiaçının ## ######## 1982-ci il tarixində müvafiq məktəbdə müəllim kimi işə qəbul edilməsini, əmək kitabçasının məhz iddiaçıya məxsus olmasını, kitabçada həmin məktəbdə iş barədə qeydin mövcudluğunu və qeydin aid olduğu müəssisəni deyil, faktiki olaraq yalnız işdənçıxma tarixinin bir rəqəminin oxunuşunu mübahisələndirir. Belə bir qeyri-müəyyənliyin bütün 6 il 3 aylıq əmək fəaliyyətinin hüquqi nəticələrini aradan qaldırması üçün qanunda heç bir əsas nəzərdə tutulmayıb. Daha mühümü, cavabdehin apellyasiya şikayətində irəli sürdüyü “##.##.1989” oxunuşu qəbul edildiyi halda belə, bu hal iddiaçının tələb etdiyi ## ######## 1982-ci il- ## ###### 1988-ci il dövründə işləmədiyini təsdiq etmir. Əksinə, sənəddə işdənçıxma tarixinin ## ###### 1989-cu il kimi qəbul edilməsi həmin sənədin zahiri məzmununa görə əmək münasibətinin 1988-ci ilin sonunadək də davam etdiyini ehtiva etmiş olardı. Buna görə son rəqəmin “8” və ya “9” olmasına dair mübahisə, özü-özlüyündə, 1982-1988-ci illərdə əmək fəaliyyətinin mövcudluğunu təkzib edən sübut kimi qiymətləndirilə bilməz. Cavabdeh həmin qeyri-müəyyənliyi bütün əmək dövrünün mövcud olmaması ilə eyniləşdirməklə sənədin ayrıca rekvizitində mümkün texniki qüsurla sənədin təsdiq etdiyi əsas hüquqi faktı bir-birindən fərqləndirməmişdir. Əmək kitabçasındakı məlumatların öz daxili xronologiyası da cavabdehin mövqeyini təsdiqləmir. Iş materiallarında iddiaçının ## ### 1989-cu il tarixindən Azərbaycanda başqa müəssisədə əmək fəaliyyətinə başlaması göstərilmişdir. Əmək kitabçasının müvafiq səhifəsində də mübahisəli işdənçıxma qeydindən sonrakı növbəti qeyd ## ### 1989-cu il tarixli yeni işə qəbul barədədir. Buna görə əvvəlki qeydin ## ###### 1989-cu il kimi qəbul olunması sənəd daxilində sonrakı, daha aşağı sıra nömrəli deyil, məhz növbəti sıra nömrəli qeydin tarixinin ondan təxminən altı ay əvvəl olmasına gətirib çıxarır. Bu xronoloji uyğunsuzluq 1988-ci il oxunuşunun sənədin ümumi ardıcıllığı ilə daha uyğun olduğunu göstərən əlavə haldır. Lakin hətta bu mülahizə də ayrıca həlledici sayılmadan, əmək kitabçasındakı qeydin bütövlükdə və digər sübutlarla qarşılıqlı əlaqədə qiymətləndirilməsi zəruridir. Birinci instansiya məhkəməsi 1988-ci ilin payızında azərbaycanlı əhalinin Ermənistandan kütləvi çıxarılması ilə bağlı tarixi şəraiti də nəzərə alaraq iddiaçının 1989cu ilin sonunadək həmin ərazidə əmək fəaliyyətini davam etdirməsini ağlabatan hesab etməmişdir. Apellyasiya şikayətində bu mülahizənin fərziyyəyə əsaslandığı bildirilmişdir. Kollegiya hesab edir ki, həmin tarixi şərait işin qiymətləndirilməsində yalnız köməkçi və kontekstual əhəmiyyət daşıya bilər, iddiaçının əmək stajına dair nəticənin əsas sübutunu tarixi hadisəyə dair ehtimal deyil, əmək kitabçası və onun digər materiallarla uzlaşan məzmunu təşkil etməlidir. Bu baxımdan, birinci instansiya məhkəməsinin göstərilən tarixi kontekstə verdiyi qiymətin həcmi ilə bağlı apellyasiya şikayətinin etirazı qəbul olunsa belə, bu, yekun hüquqi nəticənin dəyişdirilməsini zəruri etmir. Çünki mübahisəli dövrün staja daxil edilməsinin hüquqi əsası həmin mülahizədən asılı deyildir. Cavabdehin əmək kitabçasının tərtibi qaydalarına dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1996-cı il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara istinadı da hazırkı mübahisədə onun mövqeyini əsaslandırmır. Apellyasiya şikayətinin özündə həmin Qaydaların ## ### 2025-ci ilədək qüvvədə olduğu, 3.2 və 3.4cü bəndlərində əmək kitabçasındakı qeydlərin əmr və sərəncamlara uyğun aparılmasına dair tələblərin nəzərdə tutulduğu göstərilir. Lakin mübahisəli qeyd 1988-ci ildə, yəni həmin normativ aktın qəbul edilməsindən səkkiz il əvvəl və Azərbaycan Respublikasının deyil, o dövrdə SSRI-nin başqa müttəfiq respublikasının ərazisində yerləşən müəssisə tərəfindən aparılmışdır. 1996-cı ildə Azərbaycan Respublikasında qəbul edilmiş normativ aktın tələbləri 1988-ci ildə tərtib edilmiş sənədin həmin dövr üçün qanunauyğunluğunu müəyyən edən norma kimi geriyə tətbiq edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinə görə şəxsin hüquqi vəziyyətini yaxşılaşdıran hallar istisna olmaqla digər normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Üstəlik, cavabdehin özünün də qeyd etdiyi kimi, *** nömrəli Qayda ## ### 2025-ci ilədək qüvvədə olmuş, iddiaçının pensiya hüququ isə bundan sonra - ## #### 2025-ci ildə yaranmışdır. Buna görə həmin Qaydanın müddəalarının nə 1988-ci ildə edilmiş qeydin hüquqi qüvvəsini aradan qaldıran, nə də 2025-ci ildə pensiya təyin edilməsindən imtinanı müəyyən edən bilavasitə hüquqi əsas kimi qəbul edilməsi mümkündür. Hətta həmin Qaydalarda ifadə edilmiş tərtibat standartlarına sırf müqayisəli baxımdan yanaşılsa belə, əmr tarixi ilə əmək kitabçasındakı qeyd arasında uyğunsuzluğun mövcudluğu əmək fəaliyyətinin baş vermədiyini deyil, ən çoxu sənədin tərtibi zamanı formal və ya texniki qüsura yol verildiyini göstərə bilər. Işçinin onilliklər əvvəl işəgötürən tərəfindən əmək kitabçasının doldurulması zamanı buraxılmış texniki xətaya görə məsuliyyət daşıması və faktiki olaraq həyata keçirdiyi əmək fəaliyyətinin sosial təminat məqsədləri üçün tamamilə yox sayılması qanunçuluq, mütənasiblik və formalizmdən sui-istifadənin yolverilməzliyi prinsipləri ilə uzlaşmır. Inzibati orqan şəxsin hüququna yalnız qanunla nəzərdə tutulmuş əsas və qaydada müdaxilə edə bilər; mövcud inzibati praktika isə qanunda olmayan əlavə hüquqməhdudlaşdırıcı şərt yaratmaq üçün hüquqi əsas sayıla bilməz. Apellyasiya şikayətində latın qrafikalı Azərbaycan əlifbasının bərpası və 1992-ci ildən möhür, ştamp və blankların dəyişdirilməsi ilə bağlı normativ tənzimləmələrə istinad edilməsi də işin predmeti ilə hüquqi bağlılıq yaratmır. Mübahisələndirilən əmək fəaliyyəti və müvafiq qeyd 1988-ci ilə, Ermənistan SSR ərazisində fəaliyyət göstərmiş təhsil müəssisəsinə aiddir. Apellyasiya şikayətində 1992-ci ildən Azərbaycan Respublikasında aparılmış əlifba və blank islahatının konkret olaraq iddiaçının 1988-ci il əmək qeydinə hansı hüquqi əsasla tətbiq olunmalı olduğu və bu halın həmin qeydin saxta və ya həqiqətə uyğun olmadığını necə təsdiq etdiyi göstərilməmişdir. Buna görə həmin dəlil mübahisəli əmək stajının mövcudluğunu təkzib edən aidiyyətli sübut kimi qəbul edilə bilməz. Apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırması da birinci instansiya məhkəməsinin nəticəsinin əlavə yoxlanılmasına imkan vermişdir. ## ###### 2026-cı il tarixli məhkəmə iclasında iddiaçı məhkəmə kollegiyasına həmin məktəbdə özü ilə birlikdə işləmiş şəxslərin əmək kitabçalarını təqdim etmiş, həmin sənədlərdə işdənçıxma səbəblərinin və tarixlərinin, əmrin və müvafiq rəhbərin imzasının eyni olduğu müəyyən edilmiş, təqdim olunmuş sənədlərin surətləri iş materiallarına əlavə edilmişdir. Cavabdehin iddiaçının fərdi şəxsi hesabında ## ###### 2006-cı il tarixindən ## #### 2018-ci ilədək pensiya kapitalının qeydə alınmamasına dair dəlili də apellyasiya şikayətinin təmin edilməsinə əsas vermir. Cavabdehin imtina məktubunda məhz bu səbəbdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı göstərilmişdir. Lakin avtomatlaşdırılmış təyinat mexanizminin tətbiq edilə bilməməsi ilə şəxsin ümumiyyətlə əmək pensiyası hüququnun olmaması eyni hüquqi anlayışlar deyildir. Apellyasiya şikayətində cavabdehin imtinasının “mövcud inzibati praktikaya uyğun” olduğu da irəli sürülmüşdür. Lakin inzibati praktika normativ hüquqi aktla müəyyən edilmiş pensiya hüququna əlavə şərtlər yaratmaq və ya qanunda nəzərdə tutulmuş sübut vasitəsini dövriyyədən çıxarmaq üçün müstəqil hüquqi əsas deyil. “Inzibati icraat haqqında” Qanunun 11-ci maddəsində inzibati orqanların qanuna riayət etməli olduqları və şəxsin hüquqlarına yalnız qanunda nəzərdə tutulmuş hallarda və qaydada müdaxilə edə biləcəkləri müəyyən edilmişdir. Həmin Qanunun 13.2-ci maddəsində inzibati praktikaya əməl olunması nəzərdə tutulsa da, inzibati praktikanın özü qanunçuluq prinsipindən üstün hüquqi qüvvəyə malik deyildir. Buna görə qanuna uyğun olmayan inzibati praktikanın mövcudluğu fərdi inzibati aktın qanuniliyini əsaslandıra bilməz. Iş üzrə stajın hesablanması ilə bağlı sənədlərdə gün göstəricisinin müəyyən texniki fərqlərlə ifadə olunduğu da nəzərə alınmalıdır. Cavabdehin sənədlərində mübahisəsiz staj 18 il 11 ay 26 gün, birinci instansiya məhkəməsinin qərarının ayrı-ayrı hissələrində 18 il 11 ay 28 gün, mübahisəli dövr nəzərə alındıqdan sonra isə yekun staj 25 il 2 ay 29 gün kimi göstərilmişdir. Bununla belə, həmin bir neçə günlük fərq işin hüquqi nəticəsinə təsir etmir. Mübahisəli 6 il 3 aylıq dövr ilkin staja əlavə edildikdə hər bir hesablama variantında 25 illik minimum sığorta stajı aşılır. Buna görə günlərin hesablanmasındakı texniki fərqin qərarın nəticəvi hissəsinin qanuniliyinə təsir edən maddi səhv kimi qiymətləndirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Fərid Ismayılzadə
Məhkəmə qərarları › İş №2-1(3-6)-1424/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1424/2026
05.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver