Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1428/2026 05.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi ilə, Iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh qarşı torpaq sahəsinə dair yerləşmə cizgisinin tərtib edilməsi tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh qarşı Bakı şəhəri Cavabdeh Başçısının ## #### 1994-cü il tarixli, **** nömrəli sərəncamına əsasən ona fərdi yaşayış evi tikmək üçün Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində X3 Istehsalat birliyinin yardımçı təssərüfatının yanında yerləşən * nömrəli sahədə 800 kv.m. torpaq sahəsinin cizgisinin çəkilərək verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı fərdi yaşayış evi tikmək üçün Bakı şəhəri Cavabdeh Başçısının ## #### 1994-cü il tarixli, **** nömrəli sərəncamına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində Magistiral neft kəmərləri Istehsalat birliyinin yardımçı təssərüfatının yanında yerləşən * nömrəli sahədə 800 kv.m. torpaq sahəsi ayrılmışdır. Həmin sərəncamda göstərilən * nömrəli torpaq sahəsi təhvil verilmiş, daş hasarla əhatəyə alınaraq faktiki istifadədədir, iddiaçı həmin ərazidə fərdi yaşayış evi tikmiş və orada yaşayır. Lakin həmin sərəncamda ayrılan torpaq sahəsinin verilməsi yazılsa da, Bakı şəhəri Cavabdeh Başçısının ## #### 1994-cü il tarixli, **** nömrəli sərəncamı verilən zaman torpaq sahəsinin cizgisi verilməmiş, bu səbəbdən də rəsmiləşdirmək mümkün olmamışdır. Bununla əlaqədar olaraq iddiaçı * saylı Bakı “Asan Xidmət” mərkəzinə müraciət edərək həmin sərəncamın və torpaq sahəsinin cizgisinin saxlanıldığı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına həmin sərəncamın arxiv surətinin əldə edilməsi üçün müraciət etmiş, yalnız sərəncamın arxiv surəti verilsə də, orada qeyd edilmişdir ki, sərəncama akt və cizgi əlavə edilməmişdir. Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı ilə (hakim S.İ.Salahova) iddia tələbi təmin edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı cavabdeh tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı 28 il ötdükdən sonra cizginin verilməsi ilə bağlı iddia qaldırması cavabdeh tərəfdə ciddi və əsaslı şübhələr yaratmağa səbəb olmuşdur. Eyni zamanda ötən illər ərzində torpaq sahəsi ayrılması haqqında müvafiq qurumların sərəncam və ya qərarlarından təkrar istifadə edilərək ayrılmış torpaq sahəsinin yaxınlığında ölçüsündən asılı olmayaraq zəbt edilmiş digər torpaq sahələrin sənədləşdirilməsinə cəhdlər göstərilir və bu da ciddi qanun pozuntuları ilə nəticələnir. Birinci instansiya məhkəməsində inzibati işə baxılarkən Cavabdeh başçısının ##.##.1994-cu il tarixli, **** nömrəli sərəncamı ilə Suraxanı rayonu, Bülbülə qəsəbəsi, X3 IB-nin Yardımçı Təsərrüfatının yanında yerləşən 800 kv.m. sahəsi olan * nömrəli torpaq sahəsinin iddia olunan sahə ilə uyğun gəlib-gəlməməsi, yəni sərəncamın sözügedən sahəyə aid olması araşdırılmamış və zərurət yarandığı halda yerində baxış keçirilməmişdir. Azərbaycan Respublikası Prezidentinin ## #### 2012-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli Icra hakimiyyətləri haqqında Əsasnamə"də Rayon Icra Hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək səlahiyyətləri nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının ## #### 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ##.##.1999-cu il tarixli, *** nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş, "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il ## #### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Yerqurluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə"nin 2-ci bəndinin tələblərinə əsasən yerqurluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, qarşı tərəf adətən formal olaraq şikayət verir. Iddia tələbinin əsaslığı öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsinin qərarı əsaslıdır və bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Cavabdeh ##.##.2025-ci il tarixli, *-**/*- *-***-***/** saylı məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin # #### 2012-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də Rayon Icra Hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək və surətini təsdiqləmək səlahiyyətləri nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən ## ###### 2025-ci il tarixli, *-**-*F/*- ****/**** saylı məktubla Suraxanı rayonu IH-nin arxiv fondu üzrə ##.##.1994-cü il tarixli, **** saylı sərəncamının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Sözügedən sərəncama əsasən İddiaçı Bülbülə qəsəbəsində X3 Istehsalat birliyinin yardımçı təssərüfatının yanında yerləşən * nömrəli sahədə fərdi ev tikmək üçün 800 kv.m. torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə müvafiq olaraq, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.8-ci maddəsinə müvafiq olaraq, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Beləliklə, iş materiallarından göründüyü kimi, iddiaçı İddiaçı Bakı şəhəri Cavabdeh Başçısının ## #### 1994-cü il tarixli, **** nömrəli sərəncamına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində Magistiral neft kəmərləri Istehsalat birliyinin yardımçı təssərüfatının yanında yerləşən * nömrəli sahədə 800 kv.m. torpaq sahəsi ayrılmışdır. Həmin sərəncamın mövcudluğu məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən təqdim edilmiş rəsmi arxiv sənədi ilə təsdiq olunmuşdur. Cavabdeh inzibati orqan isə nə inzibati icraat mərhələsində, nə də məhkəmə icraatı zamanı həmin sərəncamın ləğv edildiyini, qüvvədən düşdüyünü, hüquqi nəticə yaratmadığını və ya qanunla müəyyən edilmiş qaydada etibarsız hesab olunduğunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələbi torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması, torpaq sahəsinin dövlət qeydiyyatına alınması və ya torpaq sahəsinin yeni hüquqi rejiminin müəyyən edilməsi barədə deyildir. Tələb, yalnız qüvvədə olan inzibati akt əsasında ayrılmış torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasından ibarətdir. Buna görə də apellyasiya şikayətində torpaq sahəsinin iddia olunan sahə ilə uyğun gəlib-gəlməməsi, yəni sərəncamın sözügedən sahəyə aid olmasının araşdırılmaması və zərurət yarandığı halda yerində baxış keçirilməməsi barədə irəli sürülən dəlillər mübahisənin predmetini dəyişdirən xarakter daşıyır. Məhkəmə bu iş üzrə nə torpaq sahəsinin sərhədlərini yenidən müəyyən etmiş, nə də daşınmaz əmlak üzərində hüququ dövlət qeydiyyatına almışdır. Məhkəmə yalnız cavabdehin, öz hüquqi sələfi tərəfindən qəbul edilmiş və qüvvəsini saxlayan inzibati aktdan irəli gələn inzibati hərəkəti yerinə yetirməli olduğu qənaətinə gəlmişdir. Cavabdehin əsas etirazı ondan ibarətdir ki, Azərbaycan Respublikası Prezidentinin ## #### 2012-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də Rayon Icra Hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək və surətini təsdiqləmək səlahiyyətləri nəzərdə tutulmamışdır. Lakin bu dəlil hüquqi baxımdan yetərli əsaslandırma hesab edilə bilməz. Əvvəla, cavabdeh inzibati orqan bu halı təsdiq edən hər hansı mötəbər kadastr sənədi, plansxem, arxiv materialı, torpaq balansı, dövlət torpaq kadastrı məlumatı və ya digər rəsmi sübut təqdim etməmişdir. Ikincisi, iddiaçıya 1994-cü ildə fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsinin ayrılması barədə fərdi inzibati aktın hüquqi qüvvəsini aradan qaldırmır. Üçüncüsü, cavabdeh inzibati orqan uzun müddət qüvvədə olmuş və iddiaçının qanuni gözləntisini formalaşdırmış sərəncamı sadə imtina məktubu ilə faktiki olaraq nəticəsiz qoya bilməzdi. Əgər inzibati orqan həmin sərəncamın qanunsuz olduğunu hesab edirdisə, bu halda qanunla müəyyən edilmiş qaydada müvafiq inzibati-hüquqi mexanizmlərdən istifadə etməli, maraqlı şəxsin etimadının qorunması, mütənasiblik və hüquqi müəyyənlik prinsiplərini nəzərə almalı idi. Belə prosedur aparılmadan iddiaçının sənədləşmə imkanından məhrum edilməsi inzibati orqanın qanunçuluq və obyektiv araşdırma vəzifəsinə uyğun deyildir. Inzibati icraatın mahiyyətindən irəli gəlir ki, inzibati orqan müraciətə formal cavab verməklə kifayətlənə bilməz. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən, inzibati orqan işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, maraqlı şəxsin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina etməməlidir. Cavabdeh isə iddiaçının müraciətini araşdırarkən ##.##.1994-cü il tarixli sərəncamın hüquqi qüvvəsini, iddiaçının torpaq sahəsindən uzun illər istifadəsini, sahədə fərdi yaşayış evinin mövcudluğunu, habelə iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması üçün yerləşmə cizgisinin zəruri olmasını lazımi qaydada qiymətləndirməmişdir. Bu səbəbdən cavabdehin imtina məktubu inzibati icraatın tam və obyektiv aparılması tələbinə uyğun hesab edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsində torpaq sahəsinin planı, sərhədlərinin yerdə və xəritədə müəyyən edilməsi, plan və ölçünün hazırlanması qaydaları nəzərdə tutulmuşdur. Həmin normaların məzmunu da göstərir ki, torpaq sahəsinin ayrılması və sonrakı sənədləşmə prosesi inzibati orqanların ardıcıl və tamamlayıcı hərəkətlərini tələb edir. Iddiaçıya torpaq sahəsi ayrıldığı halda həmin torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməməsi faktiki olaraq əvvəlki inzibati aktın icrasız qalmasına və iddiaçının hüquqlarının dövlət qeydiyyatı mərhələsinə çıxışının məhdudlaşdırılmasına səbəb olur. Inzibati orqan özünün və ya hüquqi sələfinin vaxtında tam sənədləşdirmə aparmamasının mənfi nəticələrini illər sonra vətəndaşın üzərinə qoya bilməz. Bu yanaşma hüquqi müəyyənlik və etimadın qorunması prinsiplərinə də uyğundur. Iddiaçıya torpaq sahəsi dövlət orqanının fərdi inzibati aktı ilə ayrılmış, iddiaçı həmin aktın məzmununa uyğun davranmış, torpaq sahəsindən uzun müddət istifadə etmiş, sahədə fərdi yaşayış evi inşa etmiş və həmin yaşayış sahəsi ilə bağlı faktiki münasibətlər formalaşmışdır. Belə şəraitdə dövlət orqanının uzun illər ərzində qüvvədə saxladığı inzibati aktdan irəli gələn qanuni gözləntini sonradan ümumi və sübutsuz mülahizə əsasında nəzərə almaması hüquqi müəyyənlik prinsipinə uyğun olmazdı. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Inzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Inzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də, Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Fərid Ismayılzadə
Məhkəmə qərarları › İş №2-1(3-6)-1428/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1428/2026
05.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver