Məhkəmə qərarları › İş №2-1(3-6)-1430/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1430/2026

16.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1430/2026 16.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “tikinti obyektinin elektrik şəbəkəsinə qoşulmasından imtina etməsi barədə aktın qanunsuz hesab edilərək 0.4 kV-luq elektrik şəbəkəsinə qoşulması və məhkəmə xərclərinin cavabdehdən tutulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli ## ##### 2026cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 1əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC-nin onun tikinti obyektinin elektrik şəbəkəsinə qoşulmasından imtina etməsi barədə inzibati aktın qanunsuz hesab edilməsi, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin üzərinə onun tikinti obyektinin 0.4 kV-luq elektrik şəbəkəsinə qoşulması və iş üzrə məhkəmə xərclərinin cavabdehdən tutulması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli ## ##### 2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı tikinti obyektinin elektrik şəbəkəsinə qoşulmasından imtina etməsi barədə aktın qanunsuz hesab edilərək 0.4 kV-luq elektrik şəbəkəsinə qoşulması və məhkəmə xərclərinin cavabdehdən tutulması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Qobu qəsəbəsində yaşayış məntəqələrinin torpaqlarında 0.8 ha torpaq sahəsi alaraq (Çıxarış №**********), Qanuni sənədlər əldə edərək, tikintini lahiyələşdirib digər sənədlər ilə birlikdə Abşeron Rayonu İcra Hakimiyyətinə təqdim etmişdir. Sonra Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura komitəsinin tikinti niyyəti barədə məlumatların ##.##.2025-ci il tarixində qeydiyyata aldığdan və tikinti portalına oturulduqdan sonra o “ASAN Kommunal” Xidmətinə elektrik, su, qaz təminatı üçün texniki şərtlərin verilməsi barədə müraciət etmişdir. ADSEA-dan ******** nömrəli müraciətdən qane edici cavab almışdır. Azəriqaz tərəfindən FYE-******-***** nömrəli texniki şərt aldı. Elektrik şəbəkəsinə qoşulmaq üçün “ASAN Kommunal” xidməti ona kart vasitəsi ilə 10.50 qəpik rüsum ödətdirdi və bildirdi ki, onların nümayəndəsi gəlib yerində baxış keçirdikdən sonra texniki şərt üçün qərar veriləcək, lakin qərar vermə müddəti bitdikdən sonra mən “ASAN Kommunal” xidmətinə yenidən müaciət etdi. Uzun get-gəldən sonra onlar ona cavab vermədilər. Son həddə o Şikayət dəftərinə şikayətini yazmışdır. Sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji məsələlərini Tənzimləmə Agentliyi Sumqayıt Filialı tərəfindən *-**/*-M-****-*/**** nömrəli, ##.##.2025-ci il tarixli müraciətin araşdırılması barədə cavab məktubu verildi. (Cavab məktubu işə əlavə olunmuşdur), hansıki ona tövsiyə edərək bildirildi ki: “Tərəfinizdən Qaydalarda tələb olunan sənədlərin təqdim edildiyini, ərazidə mövcud 0.4 kV-luq şəbəkənin olduğunu nəzərə alaraq, bu Qaydaların 162.3-cü bəndinə uyğun şəbəkəyə qoşulmadan imtina qərarından inzibati qaydada və ya məhkəmə qaydasında şikayət edə bilərsiniz”. Tövsiyəyə uyğun olaraq qeydiyyatda olduğu Qaradağ Rayonu Məhkəməsinə müraciət etdim. Qaradağ rayonu Məhkəməsi ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli Qərardad çıxararaq işin baxılmasından imtina etdi. O, məhkəmə Sədrinin qəbulunda olarkən, Sədr bildirdi ki, bu inzibati məsələdir və Bakı İnzibati Məhkəməsinə müraciət etməyi tövsiyə etdi. Buna uyğun olaraq Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir (İş № *-1(4-6)-1536/2026 ). Bakı İnzibati Məhkəməsi Qərardad çıxararaq ,şikayətinə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərir. Məsələ ondadır ki, Bakı İnzibati Məhkəməsi tələbi İnzibati tələb olduğundan, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq qedilmiş “Elektrik şəbəkəsinə dair Qaydalar”-ın 1.2.43-cü yarımbəndinə görə mövcud 0.4 kV-luq şəbəkə tikinti obyektinin yerləşdiyi ərazidən düz xətt üzrə 400 metrdən çox olmayan məsafədə quraşdırılmış 0,4 kV-luq transformatorun mövcud olduğu elektrik şəbəkəsidir və bu Qaydaların 159.3-cü bəndinin tələbinə uyğun olaraq tikinti obyektinin şəbəkəyə qoşulması sifarişçinin müraciət etdiyi tarixdən etibarən 20 gündən gec olmayaraq təmin olunmasını tələb olunduğuna baxmayaraq işə mülki torpaq və əmlak mübahisəsi kimi yanlış istiqamətdə baxmışdır. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması ##.##.2026-cı il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı işə cavabdehin nümayəndəsinin iştirakı işə olmadan baxılmasına etirazı olmadığını bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası hazırki işə cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Hazırki işdən görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC-nin onun tikinti obyektinin elektrik şəbəkəsinə qoşulmasından imtina etməsi barədə inzibati aktın qanunsuz hesab edilməsi, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin üzərinə onun tikinti obyektinin 0.4 kV-luq elektrik şəbəkəsinə qoşulması və iş üzrə məhkəmə xərclərinin cavabdehdən tutulması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Azərbaycan Respublikası Konstitusiyanın 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Yuxarıda qeyd edilən normanın tələbindən belə bir qənaətə gəlmək olur ki, daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələr üçün qanunvericilikdə müstəsna aidiyyat müəyyən olunmuşdur. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də inzibati işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. İddiaçının tələbi cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı tikinti obyektinin elektrik şəbəkəsinə qoşulmasından imtina etməsi barədə aktın qanunsuz hesab edilərək 0.4 kV-luq elektrik şəbəkəsinə qoşulması və məhkəmə xərclərinin cavabdehdən tutulması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir. Hazırda iddiaçının hüquqla bağlı mübahisə predmetini təşkil edən daşınmaz əmlak Abşeron rayonu, Qobu qəsəbəsində yerləşir. Ona görə də hazırki inzibati mübahisəyə müstəsna aidiyyat qaydaları tətbiq olunmalıdır. “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il ## ###### tarixli * nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na görə Abşeron rayonu Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərinə daxildir (17.1-ci bənd). İstinad olunan Qanunun tələbinə əsasən Abşeron rayonu Sumqayıt İnzibati Məhkəməsinin ərazi vahidi hesab olunduğundan, hazırki inzibati işin baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İnzibati Prosessual Məcəllənin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəziyəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəmənin *-*(*-*)- ****/**** nömrəli ## ##### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8, 80, 81, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli ## ##### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar