Məhkəmə qərarları › İş №2-1(3-6)-1437/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1437/2026

25.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1437/2026 25.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Ceyhun Bəşir oğlundan (sədrlik edən), X2 və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı İddiaçı nümayəndəsi X1, ərizəçi DSMF-nun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı “iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin *-*(**)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının ##.##.1982-ci il tarixdən ##.##.1999-cu il tarixədək “Qum Adası” (keçmiş Serebrovski) NQÇİ-də işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** nömrəli ## #### 1993-cü il tarixli Qərarı ilə “Güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nda nəzərdə tutulan xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla ##.##.2007-ci il tarixdən (47 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hesablama zamanı yaranacaq məbləğ fərqinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar nqəbul edilməsini xahiş etmişdir. * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *-*(**)-****/**** saylı, # ### 2016-cı il tarixli qərarı ilə iddiaçı İddiaçı ## ###### 1982-ci il tarixdən # #### 1999-cu il tarixədək işlədiyi dövrün xüsusilə zərərli iş stajı kimi nəzərə alınmaqla ona ## #### 2007-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ####### 2016-cı il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək, * saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinn *- *(**)-****/**** saylı iş üzrə # ### 2016-cı il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*(***)-***/**** saylı, # ###### 2017- ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasya Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ####### 2016-cı il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-*****/**** saylı, ## #### 2017-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *-*(**)-****/**** saylı, # ### 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*(***)-****/**** saylı, # ### 2019- cu il taruxli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-****/**** saylı, ## #### 2017-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Suraxanı rayon şöbəsinin kassasiya şikayəti mümkün sayılmayaraq, şikayətin qəbulundan imtina edilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə icraatının təzələnməsi barədə və ərizəçi Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi əsl ərizəçi olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(**)-****/**** saylı qərardadı ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “yeni açılmış hallarla bağlı” ərizəsi mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin *-*(**)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2024- cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *- *(***)-****/**** saylı qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan imtina edilmişdir. ##.##.2019-cu il tarixdə * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- ****/**** saylı, # ### 2016-cı il qərarı icra olunması üçün cavabdehə göndərilsə də, cavabdeh tərəfindən qərarın icra olunub-olunmaması barədə məlumat bügunədək məhkəməyə təqdim olunmamışdır. * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *-*(**)-****/**** nömrəli qərarının icrasına dair ##.##.2026-cı il tarixli *-*(**)-****/**** nömrəli icra vərəqəsi Nərimanov rayon İcra Şöbəsinə icra edilməsi üçün göndərilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *-*(**)-****/**** nömrəli, ##.##.2016-cı il tarixli qərarın ləğv edilməsi və həmin iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi və cavabdeh Fondun Suraxanı rayon şöbəsi əsl cavabdeh olan Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş cinayət işinin icraatına hissəvi xitam verilməsi haqqında ## ###### 2025-ci il tarixli qərarına əsasən digər şəxslərlə yanaşı, İddiaçı pensiya işinə tikilmiş və sonuncunun adına olan İT-İ seriyalı ******* nömrəli saxta əmək kitabçası əsasında * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2016-cı il tarixli *-*(**)-****/**** nömrəli qərarı ilə təyin olunmuş pensiya işi üzrə Əliyev Vüsal Arif oğlunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə cinayət təqibinə Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən (cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdikdə) hissəvi xitam verilmişdir. Həmin qərardan o da görünür ki, istintaq zamanı Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsində cəzaçəkən Əliyev Vüsal Arif oğlu ifadəsində həmin şəxslərə aid saxta sənədləri şəxsən tərtib edərək məhkəmələrə təqdim etdiyini göstərmişdir. Eləcə də, iş üzrə toplanmış sübutlarla müəyyən edilmişdir ki, Əliyev Vüsal Arif oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Baş İdarənin xitam qərarından da göründüyü kimi: - pensiya hüququnun əldə edilməsi üçün əsas olan sənədlərin saxtalaşdırılması istintaq yolu ilə öz təsdiqini tapmış; - hazırda məhkum olunmuş Əliyev Vüsal Arif oğlu tərəfindən İddiaçı aid saxta sənədlər hazırlanmış və məhkəməyə təqdim edilmiş; - həmin saxta sənədlər əsasında məhkəmə tərəfindən İddiaçı pensiya təyin edilməsi öhdəliyi Şöbənin üzərinə qoyulmuş; - Əliyev Vüsal Arif oğlunun sənəd saxtalaşdırma və bilə-bilə həmin saxta sənədlərdən istifadə etmə cinayət əməllərini törətməsi müəyyən edilmiş; - Saxta sənədlər rəhbər tutulmaqla qəbul edilmiş məhkəmə qərarı əsasında iddiaçıya pensiya təyinatı aparılmış; - cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən (bəraətverici olmayan əsasla) İddiaçı pensiya işi üzrə Əliyev Vüsal Arif oğlunun barəsində cinayət təqibinə hissəvi xitam verilmişdir. Beləliklə, göstərilənləri nəzərə alaraq hesab edilir ki, Baş İdarənin cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsası ilə qəbul edilmiş ## ###### 2025-ci il tarixli xitam qərarı və orada sadalanan hallar hazırkı iş üzrə icraatın yeni açılmış hallarla bağlı təzələnməsi üçün yeni sübutlardır. Oxşar mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ###### 2015-ci il tarixli Qərarında da öz əksini tapmışdır. Belə ki, həmin qərarda göstərilmişdir ki, “təqsirləndirilən şəxsin ölməsi, amnistiya və ya cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyi hallarda cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin mümkün olmaması səbəbindən qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin bilə-bilə yalan ifadələr verməsi, ekspertin biləbilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalaşdırılması yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxılmasına əsas ola bilər.” Bundan əlavə Baş İdarənin ## ###### 2025-ci il tarixli xitam qərarına əsasən müəyyən edilmiş sənədlərin (əmək kitabçasının) saxtalaşdırma faktı hazırki ərizə ilə mübahisələndirilən * saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin ##.##.2016-cı il tarixli *-*(**)- ****/**** nömrəli qərarının qəbul edilməsinə əsas olmuş və həmin qərarın qəbul edilməsinə birbaşa, açıq-aşkar təsir göstərmişdir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən, İddiaçı iddia ərizəsində tələb etdiyi 47 yaşının tamam olduğu ##.##.2007-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı sənədlərin təqdim edilməsi tələb olunurdu: - şəxsiyyət vəsiqəsinin surəti; - əmək kitabçası; - işəgötürən tərəfindən verilən güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı və həmin işin xarakteri barədə arayış. Nəticə etibarilə, İddiaçı pensiya təyin edilməsi ilə bağlı aparılan inzibati məhkəmə icraatı zamanı işin araşdırılması və ədalətli həll olunması üçün adıçəkilən sənədlər həlledici əhəmiyyət kəsb edib. Eyni zamanda, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2016-cı il tarixli *-*(**)-****/**** nömrəli qərarından da görünür ki, məhkəmənin iddianın təmin edilməsi ilə bağlı yekun nəticəyə gəlməsinə təsir edən əsas sənədlər qismində iş materiallarına əlavə edilmiş iddiaçı İddiaçı məxsus İT-İ seriyalı ******* nömrəli saxta əmək kitabçası çıxış etmişdir. Lakin yuxarıda da vurğulandığı kimi, Baş İdarənin ## ###### 2025-ci il tarixli xitam qərarında * saylı Bakı İnzibati- İqtisadi Məhkəməsi tərəfindən iddia təmin edilərkən əsas götürülmüş sözügedən sənədin saxtalaşdırılması faktı öz təsdiqini tapmışdır. Göstərilən xüsusatlar isə ## ###### 2025-ci il tarixli xitam qərarının və həmin qərarla müəyyən edilmiş halların əvvəlki iş üzrə nə qədər həlledici əhəmiyyətə malik olduğunu bir daha təsdiq edir. Çünki, qeyd edilən sənədlərin saxta olması faktı * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə həmin iş üzrə qərar qəbul edilərkən məlum olsaydı, həmin qərarın nəticə hissəsi əhəmiyyətli dərəcədə fərqlənər və iddianın təmin olunmaması ilə nəticələnərdi. Eyni mövqe, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması ilə bağlı qəbul etdiyi ## #### 2016-cı il tarixli Qərarında da qeyd olunmuşdur. Belə ki, həmin qərarda vurğulanmışdır ki, “işə əvvəllər baxılarkən məlum olmayan materialların iş üçün həlledici əhəmiyyətə malik olması onunla ifadə olunur ki, belə hallar (materiallar) işə baxılması zamanı aşkar edilsəydi, başqa məzmunda məhkəmə aktı qəbul edilmiş olardı”. Məlumat üçün bildirilir ki, saxta sənədlər əsasında qəbul edilmiş məhkəmə qərarının icrası nəticəsində İddiaçı ##.##.2007-ci il tarixindən ##.##.2020-ci il tarixinədək 22227,93 manat məbləğində əsassız vəsait ödənilmişdir. Həmçinin, İddiaçı işi üzrə yeni açılmış hallara dair ərizənin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddət də ötürülməmişdir. Belə ki, İPM-in 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Qeyd edirik ki, İddiaçı pensiya təyin edilməsi ilə əlaqədar işə mahiyyəti üzrə məhkəmədə baxılarkən onun tərəfindən təqdim edilmiş sənədlərin saxtalaşdırılması faktı məhkəməyə və hazırkı iş üzrə ərizə verən şəxsə məlum olmamışdır. Qeyd olunan fakt Baş İdarənin ## ###### 2025-ci il tarixli xitam qərarı ilə müəyyən edilmişdir. Sözügedən qərar isə cavabdehyə Baş İdarənin ##.##.2025-ci il tarixli *-*-***/*******/**** nömrəli məktubu ilə təqdim olunmuşdur. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sənəd dövriyyəsi” altsistemi vasitəsilə əldə edilmiş məlumata əsasən, həmin məktub Nazirliyə ##.##.2025-ci il tarixində 3-17/1-24036/2025 nömrəsi ilə daxil olmuşdur. Beləliklə, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sənəd dövriyyəsi” altsistemi vasitəsilə əldə edilmiş məlumata əsasən, yeni açılmış hallara bağlı icraatın təzələnməsinə əsas olan yeni sübutlar və hallar həmin sübutların və halların əks olunduğu Baş İdarənin ## ###### 2025- ci il tarixli qərarının Nazirliyə daxil olduğu ##.##.2025- ci il tarixində cavabdehyə məlum olmuşdur. Bu səbəbdən, hazırkı iş üzrə cavabdeh tərəfindən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün nəzərdə tutulmuş 3 aylıq müddət buraxılmamışdır. Həmçinin hazırkı iş üzrə cavabdeh olan Şöbənin əsl cavabdeh Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi zərurəti də yaranmışdır. Bakı İnzibati Məhkəməsinin *-*(**)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş ərizə əsasında yeni açılmış hallarla bağlı icraatın təzələnməsi mümkün sayılmamışdır. Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, saxta sənədlər əsasında qəbul edilmiş məhkəmə qərarının icrası nəticəsində İddiaçı ##.##.2007-ci il tarixindən ##.##.2020-ci il tarixinədək 22227,93 manat məbləğində əsassız vəsait ödənilmişdir. Həmçinin, onu da bildiririk ki, İddiaçı işi üzrə yeni açılmış hallara dair ərizənin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddət də ötürülməmişdir. Belə ki, İPM-in 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlumolduğu gündən 3 aymüddətində verilə bilər. Qeyd edirik ki, İddiaçı pensiya təyin edilməsi ilə əlaqədar işə mahiyyəti üzrə məhkəmədə baxılarkən onun tərəfindən təqdim edilmiş sənədlərin saxtalaşdırılması faktı məhkəməyə və hazırkı iş üzrə ərizə verən şəxsə məlum olmamışdır. Qeyd olunan fakt Baş İdarənin## ###### 2025-ci il tarixli xitam qərarı ilə müəyyən edilmişdir. Sözügedən qərar isə cavabdehyə Baş İdarənin ##.##.2025-ci il tarixli *-*-***/*-******/**** nömrəli məktubu ilə təqdim olunmuşdur. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sənəd dövriyyəsi” altsistemi vasitəsilə əldə edilmiş məlumata əsasən, həmin məktub Nazirliyə ##.##.2025-ci il tarixində 3- 17/1- 24036/2025 nömrəsi ilə daxil olmuşdur. Beləliklə, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sənəd dövriyyəsi” altsistemi vasitəsilə əldə edilmiş məlumata əsasən, yeni açılmış hallara bağlı icraatın təzələnməsinə əsas olan yeni sübutlar və hallar həmin sübutların və halların əks olunduğu Baş İdarənin ## ###### 2025-ci il tarixli qərarının Nazirliyə daxil olduğu ##.##.2025-ci il tarixində cavabdehə məlum olmuşdur. Bu səbəbdən, hazırkı iş üzrə cavabdeh tərəfindən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün nəzərdə tutulmuş 3 aylıq müddət buraxılmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi ərizədə yazılanlara uyğun izahat verərək,birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək və ərizənin təmin edilməsini, iddiaçının nümayəndəsi isə apellyasiya şikayətinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. II. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi üçün əsaslar Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 103. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün müddət: 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Qanunvericiliyin normalarından göründüyü kimi, Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. İş materiallarından gğründüyü kimi DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair” ərizəsi məhkəməyə ##.##.2026-cı il tarixdə – ona qarşı ərizə verilmiş məhkəmə qərarının qanuni qüvvəyə mindiyi tarixdən 6 ildən artıq vaxt keçdikdən sonra təqdim edilmişdir. Eyni zamanda ərizəçi daha əvvəl (##.##.2024-cü il) də eyni məzmunlu ərizə ilə məhkəməyə müraciət etmiş, lakin Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(**)- ****/**** saylı qərardadı ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “yeni açılmış hallarla bağlı” ərizəsi mümkün sayılmamış, Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin *-*(**)- ****/**** saylı, ##.##.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, 2-1(103)- ****/**** saylı qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan imtina edilmişdir. Belə olan halda kollegiya hesab edir ki, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *-*(**)- ****/**** nömrəli, ##.##.2016-cı il tarixli qərarın ləğv edilməsi və həmin iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə artıq hüquqi qiymət verildiyindən ərizənin mümkün sayılmaması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə də, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, ərizəçinin apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin *-*(**)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyas Q Ə R A R A A L D İ: Cavabdeh tərəfidən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(**)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar