Məhkəmə qərarları › İş №2-1(3-6)-1438/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1438/2026

08.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1438/2026 08.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X3 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı ünvan 1 ünvanında inşa edilən * saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 87.0 kv.m. olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2018-ci il tarixli, *-*(**)-****/**** saylı qərarının ləğv edilməsi, üçüncü şəxs qismində cəlb edilməklə işin icraatın təzələnməsi barədə Maraqlı şəxs ərizəsinə dair Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2-1(82)- ****/**** saylı qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsinə (*struktur dəyişikliyi ilə əlaqədar hazırda “xxxx” publik hüquqi şəxsi) qarşı “xxxx” MMC-nin Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən * saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 87.0 kv.m. olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinə müraciət etmişdir. * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ## #### 2018-ci il tarixli, *-*(**)-****/**** saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Sonradan Maraqlı şəxs ərizə ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin *-*(**)-****/**** saylı iş üzrə qəbul edilmiş ##.##.2018-ci il tarixli qərarının ləğv edilməsi, üzrə icraatının təzələnməsi, Maraqlı şəxs üçüncü şəxs qismində cəlb edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “xxxx” MMC ilə X2 arasında ##.##.2013-cü il tarixli, **/* saylı müqavilə bağlanmış və müqaviləyə əsasən, ünvan 2 ünvanında yerləşən * saylı binanın 1-ci mərtəbəsində ümumi sahəsi 174 kv.m. olan qeyri-yaşayış sahəsini satıcı birinci mülkiyyətçiyə satmışdır. * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2017-ci il tarixli, *-*(**)****/**** saylı qərarı ilə həmin qeyri-yaşayış sahəsi üzrə birinci mülkiyyətçinin mülkiyyət hüquqlarının qeydə alınması və çıxarış verilməsi vəzifəsi Ərazi Idarəsinə həvalə olunmuşdur. Buna uyğun olaraq qeyri-yaşayış sahəsi 161.9 kv.m. ölçüdə ##.##.2017-ci il tarixdə tam mülkiyyət hüququ ilə birinci mülkiyyətçinin adına dövlət reyestrində qeydiyyata alınmış və onun adına RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Həmin çıxarış əsasında birinci mülkiyyətçiyə texniki pasport verilmişdir. Texniki pasporta əsasən adıçəkilən qeyri-yaşayış sahəsinin bir tərəfi Fəzail Bayramov küçəsinə və Bakı Əyləncə Mərkəzinə, digər tərəfi isə "X1"ə baxır. ##.##.2017-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, birinci mülkiyyətçi həmin qeyri-yaşayış sahəsini Maraqlı şəxs satmışdır. Həmin müqavilə Bakı şəhəri ** saylı notariat kontorunda təsdiq edilmiş və reyestrdə 4Ə-827 nömrə ilə qeydiyyatdan keçmişdir. Iddiaçının hüquqları dövlət reyestrində *** saylı reyestr kitabının ***** nömrəli vərəqində ##.##.2018-ci il tarixdə dövlət reyestrində qeydə alınmış və ona dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Satıcı ilə İddiaçı Xasay oğlu arasında isə ##.##.2013-cü il tarixli müqavilə bağlanmış və müqaviləyə əsasən ünvan 2 ünvanda inşa edilən * saylı yaşayış binasının 1-ci mərtəbəsində ümumi tikinti sahəsi 87 kv.m. olan qeyriyaşayış sahəsi satıcı tərəfindən üçüncü şəxsə satılmışdır. * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2018-ci il tarixli, *-*(**)****/**** saylı qərarı ilə 87 kv.m. ibarət olan həmin qeyri-yaşayış sahəsi üzərində üçüncü şəxsin adına mülkiyyət hüququna dair çıxarışın verilməsi vəzifəsi Ərazi Idarəsinə həvalə olunmuşdur. Mübahisəli məhkəmə aktı qanuni qüvvəyə minmiş və buna uyğun olaraq 87 kv.m. ibarət olan həmin qeyri-yaşayış sahəsi üzərində üçüncü şəxsin hüquqları dövlət reyestrində *** nömrəli reyestr kitabının ***** nömrəli vərəqində ##.##.2018-ci il tarixdə qeydiyyata alınmış və ona RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Bundan sonra, üçüncü şəxs qeyd edilən hallara əsasən, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156-cı məhəllədə 24 mərtəbəli, * saylı binanın 1-ci mərtəbəsində yerləşən, bir tərəfi Fəzail Bayramov küçəsinə, Bakı Əyləncə Mərkəzinə, digər tərəfi isə "X1"ə baxan 161,9 kv.m. olan qeyri-yaşayış sahəsindən sahiblik və istifadə hüquqlarınının həyata keçirilməsinə iddiaçı tərəfindən törədilən maneələrə və mülkiyyət hüququnun pozulmasına son qoyulması və həmin qeyriyaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə iddia tələbi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddiaya baxılarkən keçirilən məhkəmə tikinti-texniki ekspertizasının ##.##.2022-ci il tarixli və ##.##.2022-ci il tarixli rəyləri ilə müəyyən edilmişdir ki, ünvan 3 ünvanda inşa edilmiş * saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin faktiki parametrlərinin iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə dair tərtib olunmuş texniki pasportun məlumatlarına uyğun olduğu müəyyən edilmiş, üçüncü şəxsə məxsus qeyri-yaşayış sahəsinə dair tərtib edilmiş texniki pasportda qeyri-yaşayış sahəsinin planlı yerləşməsi əks olunmadığından, həmin qeyri- yaşayış sahəsinin konkret olaraq binanın hansı hissəsində yerləşməsini və hüquq-müəyyənedici qeydiyyat və tikinti-arxitektura sənədləri üzrə tədqiq olunan qeyriyaşayış sahələrinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Iddiaçıya məxsus sahənin sənədlər üzrə deyil, faktiki olaraq iddia etdiyi və baxış zamanı göstərdiyi sahənin bütünlüklə üçüncü şəxsə məxsus qeyri-yaşayış sahəsinin 83,7 kv.m. hissəsi ilə üst-üstə düşdüyü, iddiaçıya məxsus qeyri-yaşayış sahəsi üçüncü şəxsə məxsus qeyri-yaşayış sahəsi ilə üst-üstə düşdüyü təqdirdə, üçüncü şəxsin özünə məxsus qeyri-yaşayış sahəsinin 83,7 kv.m. hissəsindən istifadə etməsinə maneəçilik yaradıldığı müəyyən edilmişdir. Göründüyü kimi, üçüncü şəxsə məxsus qeyri-yaşayış sahəsinin bir hissəsi üzərində iddiaçının mülkiyyət hüququna dair çıxarışın verilməsi vəzifəsinin Ərazi Idarəsinə həvalə edilməsinə dair mübahisəli məhkəmə aktı qəbul edilmiş və həmin akt üçüncü şəxsin maraqlarına toxunur, yəni onun maraqlarına neqativ təsir edərək əhəmiyyətli pozuntuya məruz qoyur. Qeyd edildiyi kimi, üçüncü şəxsə məxsus qeyriyaşayış sahəsinin bir hissəsi üzərində iddiaçının mülkiyyət hüququna dair çıxarışın verilməsi vəzifəsinin Ərazi Idarəsinə həvalə edilməsinə dair mübahisəli məhkəmə aktı üçüncü şəxsin maraqlarına neqativ təsir edərək əhəmiyyətli pozuntuya məruz qoyur. Həmçinin, üçüncü şəxs dövlət reyestrində *** nömrəli reyestr kitabının ***** nömrəli vərəqində ##.##.2018-ci il tarixdə qeydiyyata alınmış və RX seriyalı, ******* reyestr nömrəli çıxarışla rəsmiləşdirilmiş iddiaçının hüquqlarının dövlət qeydiyyatına və 010011004244-05301-****** reyestr nömrəli texniki pasportun ləğvi ilə bağlı iddia qaldırmış və həmin inzibati iddiaya dair Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli *-*(***)-***/**** saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Apellyasiya qərardadı onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış sahəsinin qeydə alınmasına dair çıxarış və texniki pasportun verilməsinin faktiki əsası qismində mübahisəli məhkəmə aktı təşkil edir. Mübahisəli məhkəmə aktı ləğv edilmədiyindən həmin iş üzrə müəyyən edilmiş faktlar (hallar) başqa məhkəmə icraatında mübahisəiəndirilə bilməz. Iddiaçının hüquqi marağının təmin edilməsi mübahisəli məhkəmə aktının çıxarılmasına əsas olmuş *-*(**)****/**** saylı inzibati iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edildiyi halda mümkündür. Göründüyü kimi, üçüncü şəxs hüququnun pozulduğundan o vaxt məlumatlı olmuşdur ki, onun 83,7 kv.m. ölçüdə qeyri-yaşayış sahəsi üzərində hüquqlarının bərpasına dair hüquqi yolun yalnız mübahisəli məhkəmə aktının ləğv ilə mümkün olması Ali Məhkəmənin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli *-*(***)-****/**** saylı qərarının qüvvəyə minməsi ilə təsdiq edilmişdir. Bu isə üçüncü şəxsin hüquqlarını pozulmasını bildiyi anın başlanğıcının ##.##.2025-ci il tarix olmasını göstərir. Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(**)-****/**** saylı qərardadı ilə (hakim M.T.Hacıbəyova) ərizə rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadı ərizəçi tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia obyektinə dair qüvvəyə minmiş mülki işlər üzrə məhkəmə aktı inzibati məhkəmə icraatının təzələnməsini istisna etmir. Belə ki, Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qərarının mövcudluğu heç bir halda hüquqları pozulan inzibati məhkəmə icraatına üçüncü şəxsin cəlb edilməsini, bunun üçün qüvvəyə minmiş məhkəmə aktının ləğvini və icraatın təzələnməsini istisna edə bilməz. Çünki nə Inzibati-Prosessual Məcəllənin 28.1-ci maddəsi, nə də həmin maddənin tətbiq təcrübəsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun "Inzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair" ##.##.2017-ci il tarixli qərarındakı hüquqi mövqe eyni iddia obyektinə dair qüvvəyə minmiş məhkəmə aktının olmasının icraatın təzələnməsinə əngəl ola bilməsi, bu səbəbdən ərizənin təmin edilməməsi halı nəzərdə tutulmamışdır. Əksinə, həmin qərardakı hüquqi mövqeyə əsasən inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Üçüncü şəxsə məxsus qeyri-yaşayış sahəsinin bir hissəsi üzərində iddiaçının mülkiyyət hüququna dair çıxarışın verilməsi vəzifəsinin Ərazi Idarəsinə həvalə edilməsinə dair mübahisəli məhkəmə aktı üçüncü şəxsin maraqlarına neqativ təsir edərək əhəmiyyətli pozuntuya məruz qoyur. Ali Məhkəmənin Inzibati Kollegiyasının mövqeyinə əsasən üçüncü şəxs marağının yönəldiyi obyektə dair hüquqlarını bərpa etmək üçün ilk növbədə mübahisəli məhkəmə aktının çıxarılmasına əsas olmuş *-*(**)****/**** saylı inzibati işə üçüncü şəxs qismində cəlb edilməlidir. Eyni zamanda, üçüncü şəxs dövlət reyestrində *** nömrəli reyestr kitabının ***** nömrəli vərəqində ##.##.2018-ci il tarixdə qeydiyyata alınmış və RX seriyalı, ******* reyestr nömrəli çıxarışla rəsmiləşdirilmiş iddiaçının hüquqlarının dövlət qeydiyyatına və 010011004244-05301-****** reyestr nömrəli texniki pasportun ləğvi ilə bağlı iddia qaldırmış və həmin inzibati iddiaya dair Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Apellyasiya qərardadı onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış sahəsinin qeydə alınmasına dair çıxarış və texniki pasportun verilməsinin faktiki əsası qismində mübahisəli məhkəmə aktı təşkil edir. Mübahisəli məhkəmə aktı ləğv edilmədiyindən həmin iş üzrə müəyyən edilmiş faktlar (hallar) başqa məhkəmə icraatında mübahisələndirilə bilməz. Iddiaçının hüquqi marağının təmin edilməsi mübahisəli məhkəmə aktının çıxarılmasına əsas olmuş *-*(**)****/**** saylı inzibati iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edildiyi halda mümkündür. Apellyasiya qərardadı Ali Məhkəmənin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərar ##.##.2025-ci il tarixdə elektron kabinetə yerləşdirilməklə rəsmi qaydada təqdim edilmişdir. Göründüyü kimi, qərardadı qəbul etmiş Bakı Inzibati Məhkəməsinin mövqeyindən fərqli olaraq Ali Məhkəmə hesab etmişdir ki, üçüncü şəxs arzu etdiyi nəticəyə (hüquqi marağının yönəldiyi obyektə dair hüquqlarını bərpa etməyə) mübahisəli məhkəmə aktının çıxarılmasına əsas olmuş *-*(**)****/**** saylı inzibati iş üzrə məhkəmə icraatına üçncü şəxs qismində cəlb edilmək yolu ilə nail ola bilər. Bütün bu qeyd edilənlər ona işarə edir ki, qərardad qanunsuz və əsassız olaraq çıxarılmış, buna səbəb isə işin faktiki halları üzrə düzgün nəticəyə gəlinməməsi və həmin düzgün müəyyən edilməli olan faktiki hallara hüquq normasının düzgün tətbiq edilməməsi, o cümlədən hüquq normasının rəsmi şərhinə dair Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinin nəzərə alınmaması olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 mübahisənin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdı. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası qanunvericliyin tələblərini nəzərə alaraq, işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə yoxlayaraq belə qənaətə gəlir ki, şikayət əsaslıdır və mübahisələndirilən qərardad ləğv edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, “xxxx” MMC ilə X2 arasında bağlanmış ## ###### 2013-cü il tarixli, **/* nömrəli müqaviləyə əsasən ünvan 2 ünvanında inşa edilmiş * saylı yaşayış binasının birinci mərtəbəsində yerləşən, ümumi tikinti sahəsi 174 kv.m. olan qeyri-yaşayış sahəsi Səhlab Bağırova satılmışdır. * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ## ###### 2017-ci il tarixli, *-*(**)-****/**** saylı qərarı əsasında həmin sahə faktiki ölçüsü 161,9 kv.m. olmaqla Səhlab Bağırovun adına dövlət qeydiyyatına alınmışdır. Daha sonra həmin qeyri-yaşayış sahəsi ## ####### 2017-ci il tarixli notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında Maraqlı şəxs satılmış və sonuncunun mülkiyyət hüququ ## ######## 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. “xxxx” MMC ilə İddiaçı arasında isə ## ###### 2013-cü il tarixli müqavilə bağlanmış və həmin müqavilədə eyni binanın birinci mərtəbəsində yerləşən, ümumi tikinti sahəsi 87 kv.m. olan qeyri-yaşayış sahəsinin İddiaçı satılması nəzərdə tutulmuşdur. * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ## #### 2018-ci il tarixli, *-*(**)-****/**** nömrəli qərarı ilə həmin qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və ona çıxarışın verilməsi vəzifəsi reyestr orqanının üzərinə qoyulmuşdur. Qərarın icrası nəticəsində sahə faktiki ölçüsü 83,7 kv.m. olmaqla ## ######## 2018-ci il tarixdə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Maraqlı şəxs ## #### 2018-ci il tarixli qərarın qəbul edildiyi inzibati məhkəmə icraatında iştirak etməmişdir. Bununla belə, sonrakı məhkəmə araşdırmaları zamanı toplanmış sübutlardan, o cümlədən 11 may və ## ###### 2022-ci il tarixli məhkəmə tikintitexniki ekspertizalarının rəylərindən müəyyən edilmişdir ki, Maraqlı şəxs texniki pasportunda göstərilmiş qeyri-yaşayış sahəsinin faktiki parametrləri mövcud obyektin parametrlərinə uyğundur, İddiaçı texniki pasportunda isə sahənin plan üzrə yerləşməsi tam fərdiləşdirilməmişdir. Baxış zamanı Maraqlı şəxs göstərdiyi sahənin İddiaçı adına qeydiyyata alınmış 83,7 kv.m. sahə ilə üst-üstə düşdüyü də müəyyən olunmuşdur. Sonrakı mülki və inzibati məhkəmə aktlarında da hər iki şəxsin hüquqlarının eyni fiziki sahəni ehtiva etməsi faktı əksini tapmışdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinə əsasən, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda məhkəmə həmin şəxsləri öz təşəbbüsü və ya onların vəsatəti əsasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Mübahisə edilən hüquq münasibətinin xarakteri inzibati məhkəmə icraatının tərəfləri və üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdikdə, həmin şəxs icraata mütləq cəlb edilməlidir. “Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2017-ci il tarixli qərarında müəyyən edilmiş hüquqi mövqeyə görə, qərarın üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən qəbul edilməsi mümkün deyilsə, həmin şəxs zəruri cəlbetmə qaydasında məhkəmə icraatına qoşulmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulmuş, lakin ilkin icraata cəlb edilməmiş şəxs sonradan üçüncü şəxs qismində həmin icraata cəlb oluna bilər. Belə halda məhkəmə, bir tərəfdən, məhkəmə aktlarının stabilliyi prinsipini, digər tərəfdən isə şəxsin məhkəməyə müraciət etmək və dinlənilmək hüququnu əlaqəli şəkildə qiymətləndirməlidir. “Inzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2022-ci il tarixli, **/**** saylı qərardadında da izah edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğvi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi yalnız ilkin icraatda zəruri cəlbetmə qaydasında iştirak etməli olan şəxsin icraata cəlb edilmədiyi müəyyən olunduqda mümkündür. Bu zaman həlledici meyar üçüncü şəxslə tərəflər arasında formal hüquq münasibətinin mövcudluğu deyil, qəbul edilmiş qərarın həmin şəxsin hüquqi vəziyyətinə birbaşa təsiridir. Hazırkı işdə həmin meyarların mövcudluğu iş materialları ilə təsdiq olunur. Maraqlı şəxs ## #### 2018-ci il tarixli qərar qəbul edilənədək mübahisəli qeyri-yaşayış sahəsini notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Onun hüquq əldə etdiyi şəxsin mülkiyyət hüququ isə hələ 2017-ci ildə dövlət qeydiyyatına alınmışdır. Buna görə də eyni binada yerləşən və sonrakı araşdırmalarla faktiki olaraq həmin sahə ilə üst-üstə düşdüyü müəyyən edilən başqa bir qeyri-yaşayış sahəsi üzərində İddiaçı hüquqlarının qeydiyyata alınması barədə qərar Maraqlı şəxs hüquqi vəziyyətinə bilavasitə təsir etmişdir. ## #### 2018-ci il tarixli qərar yalnız İddiaçı və reyestr orqanı arasında hüquqi nəticə yaratmamış, eyni zamanda Maraqlı şəxs əldə etdiyi əmlakın bir hissəsi üzərində dövlət qeydiyyatının aparılmasına hüquqi əsas vermişdir. Bu qərar olmadan İddiaçı adına aparılmış qeydiyyatın hüquqi vəziyyəti mövcud ola bilməzdi. Deməli, 2018-ci ildə baxılmış inzibati iş üzrə vahid və ziddiyyətsiz qərarın qəbul edilməsi Maraqlı şəxs, yaxud həmin vaxt reyestrdə mülkiyyətçi kimi göstərilən onun hüquq sələfinin məhkəmə icraatına cəlb olunmasını tələb edirdi. Bu baxımdan söhbət adi deyil, məhz zəruri cəlbetmədən gedir. Ərizəçinin hüquqlarına təsirin əhəmiyyətli olub-olmaması qiymətləndirilərkən mübahisəli qərarın formal məzmunu ilə kifayətlənmək olmaz. Həmin qərarın icrası nəticəsində ərizəçinin adına qeydə alınmış əmlakın 83,7 kv.m. hissəsi üzərində başqa şəxsin mülkiyyət hüququ rəsmiləşdirilmiş, bu qeydiyyat isə ərizəçinin həmin sahəyə sahiblik və istifadə imkanlarını faktiki olaraq məhdudlaşdırmışdır. Mülki məhkəmələrdə qaldırılmış əmlakın boşaldılması tələblərinin təmin edilməməsinin əsas səbəblərindən biri də İddiaçı sahibliyinin qüvvədə olan dövlət qeydiyyatına və həmin qeydiyyatın əsasında dayanan ## #### 2018-ci il tarixli məhkəmə qərarına söykənməsi olmuşdur. Belə hüquqi nəticə ərizəçinin hüquqlarına əhəmiyyətsiz və ya dolayı təsir kimi qiymətləndirilə bilməz. Bu mərhələdə mübahisəli sahə üzərində tərəflərdən hansının maddi hüququnun üstün olması həll edilmir. Icraatın təzələnməsi haqqında ərizəyə baxılarkən müəyyən edilməli məsələ Maraqlı şəxs mülkiyyət hüququnun qəti şəkildə tanınması deyil, onun iştirakı olmadan qəbul edilmiş qərarın hüquqi vəziyyətinə birbaşa və əhəmiyyətli təsir göstərib-göstərməməsidir. Iş materialları bu təsirin mövcudluğunu təsdiq etdiyindən, birinci instansiya məhkəməsinin mübahisənin maddi-hüquqi tərəfinə aid məsələləri icraatın təzələnməsinin prosessual şərtləri ilə eyniləşdirməsi düzgün olmamışdır. Birinci instansiya məhkəməsinin Maraqlı şəxs göstərdiyi halların əvvəllər mülki məhkəmə icraatının predmeti olması barədə istinadı da ərizənin rədd edilməsi üçün hüquqi əsas yaratmır. Mülki işlərdə mübahisənin predmetini əmlakın özgəsinin sahibliyindən geri tələb edilməsi, sahiblik və istifadə hüquqlarına maneələrin aradan qaldırılması və əmlakın boşaldılması təşkil etmişdir. Hazırkı ərizənin predmeti isə Maraqlı şəxs iştirak etmədiyi inzibati məhkəmə icraatına zəruri üçüncü şəxs qismində cəlb olunması, həmin icraatda qəbul edilmiş qərarın ləğvi və iş üzrə icraatın təzələnməsidir. Işlərin tərəfləri, prosessual predmeti və hüquqi əsasları eyni olmadığından mülki işlər üzrə qəbul edilmiş məhkəmə aktları hazırkı prosessual məsələnin həllini istisna edən təsir yaratmır. Əksinə, həmin mülki məhkəmə aktları hazırkı ərizənin əsaslılığını təsdiq edən halları özündə əks etdirir. Bu aktlarda hər iki şəxsin mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alındığı, İddiaçı sahibliyinin məhz həmin qeydiyyat səbəbindən qanuni hesab edildiyi və qeydiyyatların eyni fiziki sahəni ehtiva etdiyi müəyyən olunmuşdur. Beləliklə, mülki işlər üzrə qəbul edilmiş qərarlar 2018-ci il inzibati məhkəmə aktının ərizəçinin hüquqlarına təsir etmədiyini deyil, əksinə, həmin qərarın doğurduğu hüquqi nəticələrin ərizəçinin öz əmlakından istifadə etməsinə mane olduğunu göstərir. Həmçinin qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə də İddiaçı hüquqlarının dövlət qeydiyyatının və texniki pasportunun ayrıca inzibati icraatda ləğv edilməsi barədə iddia mümkün sayılmamışdır. Həmin qərardadda göstərilmişdir ki, İddiaçı hüquqlarının dövlət qeydiyyatının əsasında ## #### 2018-ci il tarixli məhkəmə qərarı dayandığından, həmin qərar qüvvədə olduğu müddətdə qeydiyyatın ayrıca icraatda ləğvi mümkün deyildir və Maraqlı şəxs hüquqi marağı *-*(**)-****/**** nömrəli iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi yolu ilə təmin oluna bilər. Bu hüquqi mövqe Ali Məhkəmənin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə qüvvədə saxlanılmışdır. Belə olan halda, bir tərəfdən, İddiaçı qeydiyyatının ayrıca icraatda mübahisələndirilməsi 2018-ci il tarixli qərarın qüvvədə olması səbəbindən qeyri-mümkün sayıldığı, digər tərəfdən isə həmin qərarın qəbul edildiyi icraata qoşulmaq barədə ərizə sonrakı mülki məhkəmə aktlarına istinadla rədd edildiyi təqdirdə Maraqlı şəxs faktiki olaraq hər hansı səmərəli hüquqi müdafiə vasitəsindən məhrum edilir. Belə yanaşma şəxsi aradan qaldırılması mümkün olmayan prosessual vəziyyətə salır və Konstitusiyanın 60-cı maddəsində təmin edilən səmərəli məhkəmə müdafiəsi hüququnun mahiyyətinə uyğun gəlmir. Ərizənin verilməsi müddətinə münasibətdə də birinci instansiya məhkəməsinin əsaslandırması yetərli hesab edilə bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə icraatına cəlb edilməmiş şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxt konkret müəyyən edilməli və həmin şəxsin təqdim etdiyi əsaslandırmaya hüquqi qiymət verilməlidir. Lakin mübahisələndirilən qərardadda Maraqlı şəxs hüquq pozuntusu barədə konkret olaraq hansı tarixdə məlumatlı olduğu, müvafiq müddətin hansı tarixdən hesablandığı və həmin müddətin ötürülüb-ötürülmədiyi müəyyən edilməmişdir. Maraqlı şəxs İddiaçı sahibliyi və dövlət qeydiyyatı haqqında daha əvvəl məlumatlı olması, özlüyündə, onun ## #### 2018-ci il tarixli qərarın hüquqlarının bərpasına müstəqil maneə olduğunu və həmin qərarın ləğvinin yeganə səmərəli müdafiə vasitəsi sayıldığını da həmin vaxt bildiyi nəticəsinə gəlmək üçün kifayət deyildir. Ərizəçi əvvəlcə mülki məhkəmə icraatı qaydasında, daha sonra isə İddiaçı dövlət qeydiyyatının ləğvi barədə ayrıca inzibati iddia verməklə hüquqlarını müdafiə etməyə çalışmışdır. Yalnız sonuncu inzibati iş üzrə Ali Məhkəmənin ## ####### 2025-ci il tarixli qərarının rəsmi təqdim edilməsindən sonra (##.##.2025-ci il) 2018-ci il üzrə məhkəmə icraatına qoşulmanın onun üçün yeganə mümkün prosessual müdafiə vasitəsi olduğu qəti şəkildə müəyyən edilmişdir. Ərizə isə həmin qərarın 2025-ci il oktyabrın sonunda rəsmi təqdim edilməsindən sonra, ## ###### 2025-ci il tarixdə verilmişdir. Bu müddət ağlabatan olmaqla yanaşı, Inzibati Prosessual Məcəllənin 85.1-ci maddəsində qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş otuz günlük müddətə uyğun yanaşma baxımından da ötürülməmişdir. Birinci instansiya məhkəməsi Konstitusiya Məhkəməsinin müəyyən etdiyi meyarları qərardadda sadalasa da, onları işin konkret hallarına tətbiq etməmişdir. Qərardadda Maraqlı şəxs ilkin icraata nə üçün zəruri qaydada cəlb edilməli olmadığı, ## #### 2018-ci il tarixli qərarın onun hüquqlarına təsirinin niyə əhəmiyyətli sayılmadığı və müraciətin hansı səbəbdən vaxtında verilmədiyi göstərilməmişdir. Bunun əvəzinə, sonrakı mülki məhkəmə aktlarının mövcudluğu ərizənin təmin edilməsini istisna edən hal kimi qəbul olunmuşdur. Halbuki həmin məhkəmə aktları nə Maraqlı şəxs 2018-ci il inzibati icraatda iştirak hüququnu aradan qaldırır, nə də onun iştirakı olmadan qəbul edilmiş qərarın yaratdığı prosessual pozuntunu aradan qaldıra bilər. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının stabilliyi prinsipi mühüm əhəmiyyət daşısa da, bu prinsip məhkəmə aktından hüquqları birbaşa təsir görən, lakin icraata cəlb edilməmiş şəxsin dinlənilmək və səmərəli məhkəmə müdafiəsi hüququnun tamamilə istisna edilməsinə əsas vermir. Konstitusiya Məhkəməsinin ## ##### 2017-ci il tarixli qərarı məhz bu iki hüquqi dəyər arasında ədalətli tarazlığın yaradılmasına yönəlmişdir. Hazırkı işdə qərarın qəbulundan uzun müddət keçməsi təkbaşına ərizənin rəddinə əsas ola bilməz, ərizəçinin başqa hüquqi müdafiə vasitələrindən ardıcıl istifadə etməsi, 2018ci il qərarının mübahisənin həllinə maneə olması barədə qəti hüquqi nəticənin yalnız 2025ci ildə formalaşması və müraciətin bundan dərhal sonra edilməsi birlikdə qiymətləndirilməlidir. Beləliklə, ## #### 2018-ci il tarixli qərar Maraqlı şəxs əldə etdiyi qeyri-yaşayış sahəsinin bir hissəsi üzərində digər şəxsin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsas olmuş, onun sahiblik və istifadə imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmışdır. Həmin qərarın Maraqlı şəxs hüquqlarına müdaxilə etmədən qəbul edilməsi mümkün olmadığından o, ilkin məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilməli idi. Onun iştirakı təmin edilmədən qərarın qəbul olunması mühüm prosessual pozuntu yaratmışdır. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(**)-****/**** saylı qərardadı ləğv olunmalı, Maraqlı şəxs zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməli, * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ## #### 2018-ci il tarixli, *-*(**)-****/**** saylı qərarı ləğv edilməli və iş üzrə icraat təzələnməlidir. Yekunda məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, icraatın təzələnməsi mübahisəli qeyri-yaşayış sahəsi üzərində tərəflərin maddi hüquqlarının əvvəlcədən müəyyən edilməsi deyil, bütün maraqlı şəxslərin iştirakı və dinlənilmək hüququ təmin olunmaqla mübahisəyə yenidən baxılması məqsədi daşıyır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cümaddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(**)-****/**** saylı qərardadı ləğv edilsin. Maraqlı şəxs inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizəsi təmin edilsin. * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2018-ci ii tarixli, *-*(**)-****/**** saylı qərarı ləğv edilərək, Maraqlı şəxs inzibati iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilsin. Işə mahiyyəti üzrə baxılması təzələnsin. Inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı Inzibati Məhkəməsinə göndərilsin. Qərardaddan qərardadın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar