Məhkəmə qərarları › İş №2-1(3-6)-1450/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1450/2026

09.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1450/2026 09.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı fiilialı tərəfindən ##.##.2025-ci il tarixli məktubla Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin ##.##.2008-ci il tarixli, **/** saylı qərarı, ona əlavə edilmiş digər sənədlər və ##.##.2008-ci il tarixli, * saylı protokolu məhkəməyə təqdim edilmişdir.

2. Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi iclasının ##.##.2008-ci il tarixli ** saylı protokolunda Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 500 kv.m. torpaq sahəsinin iddiaçıya verilməsi müzakirə olunmuşdur.

3. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin ##.##.2008-ci il tarixli **/** saylı qərarı ilə “mülkiyyətinə verilmiş 500 kv.m. torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə qaytarılması” barədə Camalova Nailə İkram qızının ##.##.2007-ci il tarixli ərizəsinə, iddiaçının ərizəsinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında“ Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə və bələdiyyənin Yerli iqtisadi inkişaf daimi komissiyasının ##.##.2008-ci il tarixli, ** saylı iclas protokolunun rəyinə əsasən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 500 kv.m. torpaq sahəsi əlavə edilmiş eskizə uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilmişdir.

4. Torpaqların alqı-satqısına dair akta əsasən Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi bələdiyyə ərazisindəki 0,05 hektar torpaq sahəsini 10000 manat müqabilində iddiaçıya satmışdır.

5. BƏÜ seriyalı ****** nömrəli kassa mədaxil orderinin qəbzinə əsasən iddiaçı tərəfindən 10000 manat məbləğində pul vəsaiti Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə ödənilmişdir.

6. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən ##.##.2025-ci il tarixli müayinə (baxış) aktında göstərilmişdir ki, vətəndaşın qonşusu tərəfindən göstərilmiş torpaq sahəsinə baxış keçirilmişdir. Ərazidə sərhəd və ya istinad nöqtəsi olmadığından işin icrası tam olaraq mümkün olmamışdır. Göstərilmiş əraziyə baxılması üçün koordinatlar əlavə edilmişdir.

7. Cavabdeh tərəfindən ##.##.2026-cı il tarixli məktub ilə məhkəməyə göndərilmiş mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 500 kv.m təşkil edir. Torpaq sahəsi üzərində tikili yoxdur. Sahəyə dair cizgi təqdim edilməyib. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən 500 kv.m sahə “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar" kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır (hər hansı dövlət təsisatlarının balansında olması barədə məlumat yoxdur).

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək M.Ə.Rəsulzadə Bələdiyyəsinin ##.##.2008-ci il tarixli, ** saylı protokolunun ** saylı qərarı ilə ona ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmi şdir.

9. Daha sonra iddiaçının vəkili məhkəməyə ərizə ilə müraciət edərək əsl olmayan cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reysterində qeydiyyata alınmasına dair ##.##.2025-ci il tarixli ********** nömrəli müraciətə baxılaraq yerləşmə cizgisi təqdim edilmədiyindən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. ünvan 1 ünvanında yaşayan vətəndaş Camalova Nailə İkram qızı M.Ə.Rəsulzadə bələdiyyəsinə müraciət edərək M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən ərazidən M.Ə.Rəsulzadə bələdiyyəsinin ##.##.2007-ci il tarixli, **/** saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 500 kv.m torpaq sahəsinin rəsmiləşdirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Vətəndaşın müraciətinə cavab olaraq bildirilmişdir ki, torpaq sahəsinin ayrılmasına dair vətəndaş Camalova Nailə İkram qızının adına verilmiş M.Ə.Rəsulzadə bələdiyyəsininin ##.##.2007-ci il tarixli, **/** saylı qərarı bələdiyyənin ##.##.2008-ci il tarixli, **/** saylı qərarı ilə qüvvədən düşmüş və həmin torpaq sahəsi bələdiyyənin ##.##.2008-ci il tarixli, **/** saylı qərarı ilə vətəndaş İddiaçı mülkiyyətinə verilmişdir. Torpaq sahəsi uzun müddətdir iddiaçının mülkiyyətindədir.

11. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri bələdiyyəsinin qərarı ##.##.2008-ci il tarixlidir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə ##.##.2007-ci il tarixdə edilmiş dəyişikliyinə əsasən 2007-ci il dekabr ayından etibarən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Bundan əlavə torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) təqdim edilməmişdir. Habelə, şərti göstərilən sahə vahid elektron kadastr baza məlumatlarına əsasən sahə dövlət mülkiyyəti torpaqlarına aid olmaqla sənaye, nəqliyyat, rabitə və digər təyinatlıdır.

12. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

13. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

b) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin ##.##.2008-ci il tarixli **/** saylı qərarının arxiv nüsxəsi məhkəməyə təqdim edilsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya ayrılan torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsidir. İşə əlavə olunan sənədlərin arxivindən, göründüyü kimi iddiaçının anası rəhmətə getmiş və vərəsəlik işinin açılması ilə bağlı təqdim olunan sənədlərdən göründüyü kimi miras əmlakın qəbul edilməsi üçün arayışı alınması zərurəti yaranmışdır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

16. Məhkəmənin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

19. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: 9.1-ci maddəsinin ##.##.2008-ci il tarixdən sonrakı redaksiyasına əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin maddənin ##.##.2007-ci ildən sonra qüvvədə olan redaksiyasında isə qeyd edilirdi: Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

21. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

22. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən)

24. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 17-20-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

25. Belə ki, iddiaçı M.Ə.Rəsulzadə Bələdiyyəsinin ##.##.2008-ci il tarixli, ** saylı protokolunun ** saylı qərarı ilə ona ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata tələb edir.

26. Cavabdeh orqan isə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri bələdiyyəsinin qərarı ##.##.2008-ci il tarixdə sözügedən torpaq sahəsini ayırmaq səlahiyyəti olmadığını, həmin torpaq sahəsinə dair yerləşmə cizgisinin təqdim edilmədiyini və sahənin dövlət mülkiyyəti torpaqlarına aid olmaqla sənaye, nəqliyyat, rabitə və digər təyinatlı olduğunu bildirərək, iddia ərizəsini təmin etməkdən imtina etmişdir.

27. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin ##.##.2008-ci il tarixli **/** saylı qərarı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 500 kv.m torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi uzun müddətdir iddiaçının mülkiyyətindədir.

28. İşin apellyasiya baxışı zamanı Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, ##.##.1969cu il təvəllüdlü X4 ##.##.1990-cı il tarixdən ##.##.2009-cu II tarixədək Bak, şəhəri, Xətai rayonu M.Muşfıq küçəsi ev 8 mənzil 4-də, ##.##.2009-cu il tarixdən hazıradək Bakı şəhəri Binəqədi rayonu M.Ə. Rəsulzadə qəsəbəsi Azadlıq prospekti ev 7 mənzil 6-da yaşayış yeri üzrə qeydiyyatdadır.

29. Qanunvericiliyin tələbindən göründüyü kimi Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin ##.##.2008-ci il tarixli **/** saylı qərarı qəbul edilən vaxt bələdiyyələrin torpaq ayırmaq səlahiyyəti yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə həyata keçirilə bilərdi. Lakin, həmin torpaq sahəsinin iddiaçıya torpaq hərracı və ya müsabiqəsi ilə ayrılması müəyyən edilməmişdir.

30. Nəzərə alınmalıdır ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1ci maddəsinin tələbləri baxımından bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan şəxsə bələdiyyələr tərəfindən torpaq sahəsi ayrılarakən hərracın və ya müsabiqənin keçirilməsinə ehtiyac yoxdur. Göründüyü kimi iddiaçı Binəqədi bələdiyyəsinin yerləşdiyi ərazi üzrə 2009-cu ildən sonra pasport qeydiyyatına düşüb. Bu isə yuxarıda qeyd edilən Qanunda göstərilən istisna halı aradan qaldırır.

31. Eyni zamanda o da nəzərə alınmalıdır ki, iddiaçıya ayrılan torpaq sahəsinin yaxınlığında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş sahələr mövcud deyil.

32. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının mülkiyyət hüquqlarını qeydiyyata aldırmaq istədiyi torpaq sahəsi ona qanuni əsaslarla ayrılmadığından birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

33. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

34. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar