Məhkəmə qərarları › İş №2-1(3-6)-1476/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1476/2026

02.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1476/2026 02.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X7 və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı İddiaçı və cavabdehin nümayəndəsi Hüseynova Aydan İlham qızının iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin faktiki halları

1. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2023-cü il tarixli, 3-17-1/3-7-*****/**** №-li Qərarından müəyyən olunur ki, İddiaçı ##.##.2003-cü il tarixdə təyin olunmuş əmək pensiyası “Qanunun 19-cu maddəsinin ləğv edlməsi ilə əlaqədar 77 manatın dayandırılması” olaraq yenidən hesablanmışdır. Hazırki pensiya məbləği: 1700 manat, 24 qəpik; Təminat xərcliyinin cəmi: 1450 manat, 00 qəpik; Yenidən hesablanmış pensiya məbləği: 1603 manat, 09 qəpik.

2. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış “Artıq ödənilmiş pensiya məbləği haqqında” ##.##.2023-cü il tarixli, 3-17-1/2-Q-******/**** №-li məktubunda göstərilmişdir ki, “... Sizə Azarbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən ## ##### 2003-cü il tarixində xidmət illərinə görə pensiya təyin edilib. Azərbaycan Respublikasi Prezidentinin 2006-ci il ## ###### tarixli *** nömrəli Fərmanının tələblərinə uyğun olaraq # ###### 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən sizə əmək pensiyası həmin tarixdən etibarən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Eyni zamanda bildiririk ki, sonrakı artımlar nəzərə alınmaqla # #### 2018-ci il tarixinədək Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq 32 il 14 gün (təqvimi xidmət illəriniz 21 il 3 ay 1 gün, güzəştli xidmət illəriniz 10 il 9 ay 13 gün) xidmət müddətinizə görə təminat xərcliyinizin (1042,25 manat) 91 faizi (20 ilə görə 55 faiz, 12 ilə görə 36 faiz (12x3) - 948,45 manat məbləğində əmək pensiyanız müəyyən edilib. # #### 2018-ci il tarixindən sonuncu xidmət etdiyiniz orqan tərəfindən Fonda daxil olmuş aylıq vəzifə maaşlarınızın məbləğlərinə əsasən əmək pensiyanız 1074,26 manat müəyyən edilib. # ######## 2019-cu il tarixindən sonuncu xidmət etdiyiniz orqan tərəfindən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olmuş aylıq vəzifə və rütbə maaşlarınızın məbləğlərinə əsasən sonuncu xidmət keçdiyiniz vəzifənizə uyğun vəzifə maaşınız 480,00 manat, rütbə maaşınız 150,00 manat, rejimə görə vəzifə maaşınızın 50 faizi miqdarında əlavə 240,00 manat, xidmət illərinə görə vəzifə maaşınız, rütbə maaşı və rejimə görə əlavənizin 40 faizi miqdarında əlavə-348,00 manat, məharət dərəcəsinə görə vəzifə maaşınızın 35 faizi miqdarında əlavə-168,00 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyiniz 1450,00 manat təşkil edir. Qanunun 26.3-cü maddəsinin # ###### 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il ####un #-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği # #### 2017-ci il tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajina görə əlavələrin Qanunun 29.1ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. # ###### 2023-cü il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin ## #### 2018-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il ####un #-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası"nın 2.5-ci bəndinə əsasən əmək pensiyanız təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xercliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: -20 il xidmət müddətinizə görə təminat xərcliyinizin 55 faizi; -20 ildən artıq xidmət müddətinizin (12 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (12x2) təminat xərcliyinizin 10 faizi. Əmək pensiyanızın müəyyən edilməsi üçün təminat xərcliyinizin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 79 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq, # #### 2018-ci il tarixinədək olan təminat xərcliyiniz (1042,25 manat) ilə # ######## 2019-cu il tarixindən sonrakı təminat xərcliyiniz (1450,00 manat) arasındakı fərq məbləğinin (407,75 manat) 79 faizi-322,13 manat sizin # #### 2018-ci il tarixinədək olan pensiyanızın (948,45 manat) üzərinə əlavə olunmaqla 1270,58 manat məbləğində əmək pensiyanız müəyyən edilib. “Əmək pensiyaları haqqında” Qanunun # ###### 2021-ci il tarixədək qüvvədə olmuş 19.1.7.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası alan müharibə ilə əlaqədar və müharibə iştirakçıları sırasından olan II dərəcə əlilliyi olan şəxslərin əmə pensiyasının sığorta hissəsinə 77.00 manat məbləğində əlavə hesablanır. Müraciətinizlə əlaqədar aparılmış araşdırma zamanı əmək pensiyanıza 77,00 manat məbləğində əlavənin ödənişinin # ###### 2021-ci il tarixində dayandırılmalı olduğu halda, ## ### 2023-cü il tarixinədək ödənildiyi müəyyən edilib. Bununla əlaqədar, əmək pensiyanız yenidən hesablanaraq ##.##.2021-##.##.2023-cü il tarixləri arasındakı dövr ərzində sizə artıq ödənilmiş 2426,15 manat (77,00 manat əlavə üzrə # ###### 2022-ci il tarixindən maddi yardım, # ###### 2023-cü il tarixindən indeksləşdirmə nəzərə alınmaqla) artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Əlavə olaraq bildiririk ki, maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə nəzərə alınmaqla əmək pensiyanız # ###### 2023-cü il tarixindən 1603,09 manat müəyyən edilib.”

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun ##.##.2024-cü il tarixli, 3-17-1/2-Q-101086/2024 3-li məktubunda göstərilmişdir ki, “... Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən sizə ## ##### 2003-cü il tarixində xidmət illərinizə görə pensiya təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il ## ###### tarixli *** nömrəli Fərmanının tələblərinə uyğun olaraq # ###### 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Fond həyata keçirdiyindən əmək pensiyanız həmin tarixdən etibarən Fond tərəfindən ödənilir. Əmək pensiyanızdakı sonrakı artımlar nəzərə alınmaqla "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 20.14.1-ci maddəsinin # ###### 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq # #### 2018-ci il tarixinədək, 32 il 14 gün (təqvimi xidmət illəriniz 21 il 3 ay 1 gün, güzəştli xidmət illəriniz 10 il 9 ay 13 gün) xidmət müddətinizə görə təminat xərcliyinizin (1042,25 manat) 91 faizi (20 ilə görə 55 faiz, 12 ilə görə 36 faiz (12x3) - 948,45 manat məbləğində əmək pensiyanız müəyyən edilib. # #### 2018-ci il tarixindən sonuncu xidmət etdiyiniz orqan tərəfindən Fonda daxil olmuş aylıq vəzifə maaşlarınızın məbləğlərinə əsasən əmək pensiyanız 1074,26 manat müəyyən edilib. # ######## 2019-cu il tarixindən sonuncu xidmət etdiyiniz orqan tərəfindən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olmuş aylıq vəzifə və rütbə maaşlarınızın məbləğlərinə əsasən sonuncu xidmət keçdiyiniz vəzifənizə uyğun vəzifə maaşınız 480,00 manat, rütbə maaşınız 150,00 manat, rejimə görə vəzifə maaşınızın 50 faizi miqdarında əlavə 240,00 manat, xidmət illərinə görə vəzifə maaşınız, rütbə maaşı və rejimə görə əlavənizin 40 faizi miqdarında əlavə-348,00 manat, məharət dərəcəsinə görə vəzifə maaşınızın 35 faizi miqdarında əlavə-168,00 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyiniz 1450,00 manat təşkil edir. Qanunun 26.3-cü maddəsinin # ###### 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il ####un #-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği # #### 2017-ci il tarixine azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajina görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. # ###### 2023-cü il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin ## #### 2018-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il ####un #-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası"nın 2.5-ci bəndinə əsasən əmək pensiyanız təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xercliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: -20 il xidmət müddətinizə görə təminat xərcliyinizin 55 faizi; -20 ildən artıq xidmət müddətinizin (12 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (12x2) təminat xərcliyinizin 24 faizi. Əmək pensiyanızın müəyyən edilməsi üçün təminat xərcliyinizin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 79 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq, # #### 2018-ci il tarixinədək olan təminat xərcliyiniz (1042,25 manat) ilə # ######## 2019-cu il tarixindən sonrakı təminat xərcliyiniz (1450,00 manat) arasındakı fərq məbləğinin (407,75 manat) 79 faizi- 322,13 manat sizin # #### 2018-ci il tarixinədək olan pensiyanızın (948,45 manat) üzərinə əlavə olunmaqla 1270,58 manat məbləğində əmək pensiyanız müəyyən edilib. Müraciətiniz ilə əlaqədar aparılmış araşdırma zamanı əmək pensiyanıza 77,00 manat məbləğində əlavənin ödənişinin sözügedən 19.1.7.2-ci maddənin qüvvədən düşməsi ilə əlaqədar # ###### 2021-ci il tarixində dayandırılmalı olduğu halda, ## ### 2023-cü il tarixinədək sizə ödənildiyi müəyyən edilib. Bununla əlaqədar əmək pensiyanız yenidən hesablanaraq, ##.##.2021- ##.##.2023-cü il tarixləri arasındakı dövr ərzində sizə 2426,15 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin vəsait 2023-cü ilin avqust ayından etibarən hissə-hissə əmək pensiyanızdan tutularaq büdcəyə bərpa edilir. ## ##### 2024-cü il tarixinə qalıq artıqödəməniz 983,45 manat təşkil edir.”

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2023-cü il tarixli, 3-17-1/3-7-*****/**** №-li qərarın ləğv edilməsi öhdəliyinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2003-cü il ## ##### tarixindən tez-tez xəstəliyini nəzərə alaraq, Penitensiar Xidmətin * saylı müalicə müəssisəsindən R rütbəsində müəssisə rəisinin növbəti köməkçisi vəzifəsindən xidmət müddəti: təqvim hesabı ilə 21 il 03 ay 25 gün güzəştli hesabla 32 il 00 ay 30 gün olmaqla öz ərizəsinə əsasən təqaüdə çıxmışdır. Təqaüdə çıxarkən yaşı 50-dən çox (53 yaş), xidmət illəri təqvim hesabı ilə 20 ildən çox olduğu üçün yaşa görə təqaüdə çıxmış hərbi qulluqçu sayılır. Təqaüdə çıxdıqdan 1 ay sonra 2003-cü il may ayında - əlilliyi hərbi xidmət dövrü ilə əlaqədar göstərilməklə II qrup əlillik verilmişdir. Xəstəliyinin davamı olaraq 2006-cı ildə düz bağırsağın xərçəngi diaqnozu ilə Rusiya Federasiyasında 2 dəfə ağır əməliyyat keçirmişdir. Nəticədə 3 bağırsağı tamamilə kəsilib atılmıdır. Onkoloji klinikada qeydiyyatdadır. 2003-cü ildən etibarən ona yaşa görə təqaüdə çıxmış müharibə iştirakçısı sırasından olan II qrup əlilllər üçün nəzərdə tutulmuş əmək pensiyasının baza hissəsinin 70 faizi məbləğində əmək pensiyasına əlavə ödənilməsinə başlanılmışdır. 2004-cü ilin iyun ayından bu pensiya əlavəsinin ödənişi dayandırıldı. DSMF səbəb kimi onun yaşa görə deyil, xəstəliklə əlaqədar təqaüdə çıxmadığını göstərmişdir. Belə çıxır ki, yaşa görə təqaüdə çıxmaqla xəstəliyə görə təqaüdə çıxmağın fərqini bilmirlər. Sonralar DSMF tərəfindən rejimə görə artırılmış vəzifə maaşından, qulluq illərinə görə əlavə haqqın hesablanmasında istifadə etmədikləri və pensiya əlavəsinin ödənişinin dayandırılması səbəbi ilə * saylı İnzibati-İqtisadi Məhkəməsinə ərizə ilə müraciət etmişdir. * saylı İnzibati- İqtisadi Məhkəməsinin ##.##.2013- cü il tarixli qərarı ilə yuxarıda göstərilən əlavələr üzrə ödənişlərin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması üzrə qərar çıxarılmışdır. Bu qərar ##.##.2013-cü il tarixdə qanuni qüvvəyə minmişdir. 2023-cü il may ayında Qanunun 19.1.7.2 maddəsi ilə yaşa görə əmək pensiyası alan müharibə əlillərinə (Böyük Vətən müharibəsi əlilləri istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan 2-ci qrup əlillərə sığorta hissəsinə ödənilən 77 manat məbləğində əlavə ödənişi yenidən – artıq 2 dəfə dayandırılmışdır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialın ##.##.2023-cü il tarixində ona yazdığı cavaba görə əmək pensiyasının sığorta hissəsinə ödənilən 77 manat məbləğində əlavənin ödənişinin # ###### 2021-ci il tarixdə dayandırılmalı olduğu halda ## ### 2023-cü il tarixinədək ödənildiyi müəyyən edilmişdir. Bununla əlaqədar əmək pensiyası yenidən hesablanaraq ##.##.2021- ##.##.2023-cü il tarixləri arasında dövr ərzində ona 2426,15 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. ##.##.2021ci ildən ##.##.2023-cü ilə qədər ödənilmiş 2426.15 manat məbləğində pul, əmək pensiyasından onun razılığı və Məhkəmə qərarı olmadan tutulmuşdur.

6. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən iddiaçıya ## ##### 2003-cü il tarixində xidmət illərinə görə pensiya təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il ## ###### tarixli *** nömrəli Fərmanının tələblərinə uyğun olaraq # ###### 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Fond həyata keçirdiyindən iddiaçının əmək pensiyası həmin tarixdən etibarən Fond tərəfindən ödənilir. Əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.14.1-ci maddəsinin # ###### 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq mart 2018-ci il tarixinədək, 32 il 14 gün (təqvimi xidmət illəri 21 il 3 ay 1 gün, güzəştli xidmət illəri 10 il 9 ay 13 gün) xidmət müddətinə görə təminat xərcliyinin (1042,25 manat) 91 faizi (20 ilə görə 55 faiz, 12 ilə görə 36 faiz (12x3) - 948,45 manat məbləğində əmək pensiyası müəyyən edilib. İddiaçının # #### 2018-ci il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Fonda daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən əmək pensiyası 1074,26 manat müəyyən edilib. İddiaçının # ######## 2019-cu il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı 480,00 manat, rütbə maaşı 150,00 manat, rejimə görə vəzifə maaşının 50 faizi miqdarında əlavə 240,00 manat, xidmət illərinə görə vəzifə maaşı, rütbə maaşı və rejimə görə əlavəsinin 40 faizi miqdarında əlavə-348,00 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavə-168,00 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1450,00 manat təşkil edir. İddiaçının müraciəti ilə əlaqədar aparılmış araşdırma zamanı əmək pensiyasına 77,00 manat məbləğində əlavənin ödənişinin sözügedən 19.1.7.2-ci maddənin qüvvədən düşməsi ilə əlaqədar # ###### 2021-ci il tarixində dayandırılmalı olduğu halda, ## ### 2023-cü il tarixinədək ödənildiyi müəyyən edilib. Bununla əlaqədar iddiaçının əmək pensiyası yenidən hesablanaraq, ##.##.2021-##.##.2023-cü il tarixləri arasındakı dövr ərzində iddiaçıya 2426,15 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin vəsait 2023-cü ilin avqust ayından etibarən hissə-hissə əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. ## ##### 2024-cü il tarixinə iddiaçının qalıq artıq ödəməsi 983,45 manat təşkil edir. İddiaçıdan atıq ödənilmiş 2426,15 manat vəsaitin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığını mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur.

7. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı barəsində qəbul olunmuş “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2023-cü il tarixli, 3-17-1/3-7-*****/**** №-li qərarı ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilmişdir.

8. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

b) Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun əsaslandırılmışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatları

11. Məhkəmədə cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini, iddiaçı isə apellyasia şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını məhkəmədən xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 22.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır; 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər; 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir; 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda.

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

14. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

15. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən)

17. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 12-13-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

18. Belə ki, iddiaçı Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2023-cü il tarixli, 3-17-1/3-7-*****/**** №-li qərarının ləğv edilməsini tələb edir.

19. Cavabdeh orqan isə iddiaçının əmək pensiyasına 77,00 manat məbləğində əlavənin ödənişinin sözügedən 19.1.7.2-ci maddənin qüvvədən düşməsi ilə əlaqədar # ###### 2021-ci il tarixində dayandırılmalı olduğu halda, ## ### 2023-cü il tarixinədək ödənildiyini və bununla əlaqədar iddiaçının əmək pensiyası yenidən hesablanaraq, ##.##.2021- ##.##.2023-cü il tarixləri arasındakı dövr ərzində iddiaçıya 2426,15 manat artıq pul vəsaitinin ödənildiyini bildirərək, imtina cavabı vermişdir.

20. İşin materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən 2003-cü il tarixdən iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun # ###### 2021-ci il tarixədək qüvvədə olmuş 19.1.7.2ci maddəsinə əsasən yaşa görə əmək pensiyası alan müharibə ilə əlaqədar və müharibə iştirakçıları sırasından olan II dərəcə əlilliyi olan şəxslərin əmək pensiyasının sığorta hissəsinə 77.00 manat məbləğində əlavə hesablanır. Lakin, sonradan əmək pensiyasına 77,00 manat məbləğində əlavənin ödənişinin # ###### 2021-ci il tarixində dayandırılmalı olduğu halda, ## ### 2023-cü il tarixinədək iddiaçıya 2426,15 manat artıq pul vəsaiti ödənilib.

21. Eyni zamanda işin apellyasiya baxışı zamanı Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş ## #### 2026-cı il tarixli sorğuya cavab məktubuna əsasən İddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən ## ##### 2003-cü il tarixindən xidmət illərinə görə pensiya təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il ## ###### tarixli *** nömrəli Fərmanının tələblərinə uyğun olaraq # ###### 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Fond həyata keçirdiyindən İddiaçı əmək pensiyası həmin tarixdən etibarən X3 tərəfindən ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan – sonra Qanun) # ###### 2021-ci il tarixinədək qüvvədə olmuş 19.1.7.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası alan müharibə ilə əlaqədar və müharibə iştirakçıları sırasından olan II dərəcə əlilliyi olan şəxslərin əmək pensiyasının sığorta hissəsinə 77,00 manat məbləğində əlavə hesablanır. Əlavə olaraq bildiririk ki, aparılmış araşdırma zamanı İddiaçı əmək pensiyasına 77,00 manat məbləğində əlavənin ödənişinin # ###### 2021-ci il tarixində dayandırılmalı olduğu halda, ## ### 2023-cü il tarixinədək ödənildiyi müəyyən edilib. Bununla əlaqədar, adıçəkilən şəxsin əmək pensiyası yenidən hesablanaraq ##.##.2021-##.##.2023-cü il tarixləri arasındakı dövr ərzində ona artıq ödənilmiş 2426,15 manat (77,00 manat əlavə üzrə # ###### 2022ci il tarixindən maddi yardım, # ###### 2023-cü il tarixindən indeksləşdirmə nəzərə alınmaqla) artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin vəsait ##.##.2023- ##.##.2024-cü il tarixləri arasındakı dövr ərzində adıçəkilən şəxsin əmək pensiyasından hissə-hissə tutularaq büdcəyə bərpa edilib. Məlumat üçün bildiririk ki, maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin illər üzrə indeksləşdirmələr nəzərə alınmaqla # ###### 2026-cı il tarixindən hesablanmaqla İddiaçı əmək pensiyasının məbləği 2106,24 manat təşkil edir.

22. Məhkəmçə kolleqiyası cavabdehin əvəzləşdimə ilə bağlı gətirdiyi arqumentləri qanunvericilikdə nəzərdə tutulan imperativ normalar baxımından əsassız hesab edir.

23. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin tələbinə görə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

24. Qanunun qeyd olunan tələbindən birmənalı olaraq göründüyü kimi, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir, lakin razılığı olmadığı halda məhkəmə qaydasında tutulur.

25. Hazırkı halda, belə razılıq olmadığı müəyyən edildiyindən iddiaçı inzibati orqanın əmək pensiyasının yenidən hesablanması haqqında müvafiq qərarının ləğv edilməsi və əvəzləşdirilmiş məbləğin ona qaytarılması ilə bağlı məhkəməyə müraciət etmişdir.

26. Göründüyü kimi, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən (maddə 13,67.5 və s.), inzibati icraatı lazımi qaydada aparmadan, barəsində qanunsuz hərəkətlər edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etmədən, araşdırmanı onun iştirakının təmin etməklə aparmadan, iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir.

27. Eyni zamanda o da nəzərə alınmalıdır ki, inzibati orqanın hazırki davranışı etimad hüququnun qorunması prinsipinə ziddir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5ci maddəsinə əsasən, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir Qanunun qeyd olunan tələbləri baxımından, konkret halda da, məhz, cavabdeh etimad göstərdiyi qərar əsasında qeyd olunan illər ərzində hər ay ona ödənilmiş pensiyanı xərclədiyi, hazırda isə aşkar ahıl dövrünü yaşadığı və artıq xərclənmiş həmin pul vəsaitini qaytarmaq iqtidarında olmadığı halda, iddiaçı tərəfindən ondan artıq ödənilmiş pul adı altında həmin vəsaitin ondan qaytarılmasının tələb olunması qanunsuzdur.

28. İddia tələbinin “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2023-cü il tarixli, 3-17-1/3-7-*****/**** №-li qərarının ləğv edilməsi hissəsini araşdıran məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya ## ##### 2003-cü ildə xidmət illərinə görə əmək pensiyasının təyin edilməsi zamanı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsinin qüvvədə olması və # ###### 2021-ci ildə qüvvədən düşməsi iddiaçıya əlavə ödənilən 77 manat vəsaitin dayandırılması üçün əsas hesab edilə bilməz. Bu səbəbdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2023-cü il tarixli qərarın hüquqi əsası yoxdur.

29. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir.

30. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

31. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 32.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar