Məhkəmə qərarları › İş №2-1(3-6)-1491/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1491/2026

21.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1491/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "müharibə veteranı adı və vəsiqəsinin verilməsinə dair rəyin göndərilməsi" tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "müharibə veteranı adı və vəsiqəsinin verilməsinə dair rəyin göndərilməsi" tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ## #### 2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARI:

1. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun sabiq əməkdaşı İddiaçı Respublika Hərbi Prokurorluğunda xidmət etdiyi müddət ərzində 1992-1993- cü illəri əhatə edən dövrdə döyüş əməliyyatları aparılan bölgələrdə, eləcə də digər ərazilərdə yerləşən hərbi prokurorluq orqanlarında ezamiyyətdə olması haqqında Arayış-Cədvələ əsasən: Ağdam-##.##.1992- ##.##.1992- 03gün- ezamiyyə sənədlərində yalnız Ağdam rayonunun adı yazılmışdır. Füzuli- ##.##.1992-##.##.1992- 10 gün- ezamiyyə sənədlərində yalnız Füzuli rayonunun adı yazılmışdır. Naxçıvan- ##.##.1992-##.##.1992- 01 gün- ezamiyyə vərəqəsində yalnız Naxçıvan şəhərinin adı yazılmışdır. Naxçıvan- ##.##.1993-##.##.1993- 05 gün- ezamiyyə vərəqəsində yalnız Naxçıvan şəhərinin adı yazılmışdır. Qeyd: İddiaçı ezamiyyətdə olması haqqında yuxarıda göstərilən müddətlər 1992-1994-cü illəri əhatə edən “Ezamiyyət vərəqələrinin qeydiyyatı kitabı”na əsaslanır.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun iddiaçıya ünvanladığı məktubda bildirilmişdir ki, ##.##.2019- cu il tarixindən müharibə veteranları üçün nəzərdə tutulan Prezident təqaüdü təyin edilmiş və ödənişi ##.##.2024-cü il tarixinədək davam etdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Bildirilir ki, təqaüd işində olan ##.##.2002-ci il tarixli ****** nömrəli vəsiqə Azerbaycan Respublikası Baş Prokurorluğu tərəfindən verildiyi halda, sizə ##.##.2019-cu i tarixindən müharibə veteranlarına verilən Prezident təqaüdü təyin edilmişdir. Bu səbəbdən ##.##.2019cu il tarixindən ##.##.2024-cü il tarixinədək Prezident təqaudu Üzrə artıqödəmə müəyyən olunmuşdur. Ona göndərilmiş rəsmi cavab məktubunda ətrafir məlumat qeyd edildiyi üçün qərarın təqdim edilməsi mümkün hesab edilmir. "Inzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cu maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2024- cü il tarixli **** nömrəli Qərara əsasən İddiaçı müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli qərarına əsasən müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi Müdafiə Nazirliyi tərəfindən verilir. Vətəndaşın təqdim etdiyi ##.##.2002-ci il tarixli №****** saylı vəsiqə AR Baş Prokurorluğu tərəfindən verildiyinə görə ##.##.2019-cu il tarixindən ##.##.2024-cü il tarixədək artıq ödəmə aşkar edilmişdir. Vətəndaşa rəsmi məlumat verilməsi və inzibati icraatın başlaması ilə əlaqədar vətəndaşın təqaüdünün müvəqqəti dayandırılması qərara alınmışdır. ##.##.2019-##.##.2024-cü il tarixləri üzrə artıqvermə müəyyən edilmiş, artıqvermə səbəbi: Veteranlıq vəsiqəsi ilə əsasnamə arasında uyğunsuzluq olduğuna görə.

4. İddiaçı hazırki tələblə cavabdehə müraciət etmiş, lakin cavabdeh Cavabdeh iddiaçıya ünvanladığı ##.##.2025-ci il tarixli *-*-***/*-******/**** nömrəli məktubunda bildirilmişdir ki, Baş Prokurorluqda 2003-cü ildə "Prokurorluq orqanları işçilərinə vergi güzəştlərinin tətbiq edilməsinə əsas verən "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsinin qanuniliyi və Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** №-li qərarı ilə təsdiq əsaslılığının, habelə Azərbaycan edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin tələblərinə uyğunluğu məsələlərinin araşdırılması üzrə xüsusi komissiya yaradılmışdır. Həmin komissiyada Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əlaqəli şəkildə prokurorluq işçilərinə vergi güzəştləri hüququ verən müharibə veteranı vəsiqələrinin verilməsinin qanuniliyi məsələləri araşdırılmış və Baş Prokurorluq üzrə ##.##.2008-ci il tarixli **/** nömrəli əmrlə Baş Prokurorluğun uzunmüddətli xidmətə görə üstəlik haqqın ödənilməsi üçün əmək stajını müəyyən edən komissiyasının Sizə "Müharibə veteranı" adı və vəsiqəsi verilməsinə dair qərarı qanunsuz və əsassız olduğundan ləğv edilmişdir. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnaməyə əsasən "Müharibə veteranı" adı və vəsiqəsi yalnız 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı müəyyən edilmiş ərazilərdə aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak etmiş və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara verilir. Belə ki, döyüş şəraitində döyüş əməliyyatlarında iştirak bilavasitə döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı xidməti nəzərdə tutur. Həmçinin qanunvericiliyin tələbinə əsasən "Müharibə veteranı" adı və vəsiqəsi verilməsi döyüşlərdə iştirakı sübut edən müvafiq sənədlər əsasında verilir. Sadalananları nəzərə alaraq bildirilir ki, müraciətin təmin edilməsi imkan xaricindədir.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:

5. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin Azərbaycan Respublikasının Baş Prokurorluğunun ##.##.2025ci il tarixli 2-2-100/2- ******/**** saylı imtina məktubunun qanunsuz hesab edilməsi və Respublika Prokurorluğunda yaradılan müvafiq komissiyanın ona-İddiaçı “müharibə veteranı adı və vəsiqəsinin verilməsinə dair ## ###### 2002-ci il tarixli rəyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə göndərilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1992-2007-ci illərdə Cavabdeh, o cümlədən Respublika Hərbi Prokurorluq sistemində müxtəlif rəhbər vəzifələrdə işləmişdir. Respublika Hərbi Prokurorluğunda işlədiyi 1992-1993-cü illərdə 1- ci Qarabağ müharibəsi zamanı xidməti vəzifəsiylə əlaqədar döyüş bölgələrinə dəfələrlə hərbi qulluqçu kimi ezam olunmuşdur. Bu faktlar müvafiq əmrlərlə rəsmiləşdirilmiş və mübahisə predmeti deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş 'müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə müharibə veteranı adı verilməsinin əsaslarından biri kimi Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilməsi nəzərdə tutulmuşdur. Hərbi prokurorluqda işləyərkən döyüş bölgələrində ezamiyyətdə olduğuna görə (1992-1993-cü illərdə) Baş Prokurorluğun müvafiq komissiyasının rəyinə əsasən ona ##.##.2002-ci ildə müharibə veteranı adı və vəsiqəsi verilmişdir. Həmin komissiyanın rəyi tam əsaslı və qanunudur. Həmin vəsiqəyə əsasən Azərbaycan Respublikasının DSMF onun müharibə veteranı hüquqlarını tanımış, ## ##### 2019-cu il tarixli qərarı ilə ona Azərbaycan Respublikası Prezidentinin təqaüdünü təyin etmiş və ## ###### 2024-cü il tarixədək ona ayda 80 manat təqaüd ödənilmişdir. X2 03 və ## ##### 2024-cü il tarixli məktubları ilə bildirilmişdir ki, Filialın ## #### 2024-cü il tarixli qərarına əsasən 2002-ci il tarixli Müharibə veteranı vəsiqəsinə əsasən ona ##.##.2024- cü il tarixədək Prezidentinin təqaüdü kimi ödənilmiş 4720 manat vəsait artıq ödəmə kimi qiymətləndirilmiş və həmin məbləğin geri qaytarılması tələb olunur. Təyin olunmuş təqaüdün dayandırılmasına əsas kimi göstərilmiş ## #### 2024-cü il tarixli qərarın əldə edilməsi üçün 25 aprel tarixli məktubla Fonda müraciət etsə də (qəbulda olsa da) Mərkəz Filialı həmin qərarın surətini ona təqdim etməkdən imtina etmiş, barəsində olan və hüquqlarını kobud şəkildə pozan həmin qərarı “daxili qərar” hesab etmiş, ## ### 2024-cü il tarixli məktubla isə qərarın surətini təqdim etməkdən imtina etmişdir. O, 2007-ci ildə prokurorluq orqanlarından çıxmış, Azərbaycan Respublikası DSMF-yə müraciət edən zaman məlum olmuşdur ki, Baş Prokurorluq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin tələblərinə əməl etməyərək müharibə veteranı vəsiqəsi verdiyindən 2008-ci ildə öz qərarını ləğv etmiş, (bu barədə ona rəsmi məlumat verilməmişdir) lakin müharibə veteranı vəsiqəsi verilməsi ilə əlaqədar Müdafiə Nazirliyinə müraciət etməli olduğu halda (əsasnamənin tələbinə görə) bunu etməmişdir. Bununla əlaqədar Cavabdeh müraciət edərək xahiş etdi ki, Baş Prokurorluğun müvafiq komissiyasının ona “müharibə veteranı adı və vəsiqəsi” verilməsinə dair rəyini Əsasnamənin tələbinə uyğun olaraq baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə göndərilməsini təmin edilməlidir. Cavabdehn Kadrlar İdarəsinin rəisinin ##.##.2025-ci il tarixli *-*-***/*-******/**** saylı cavab məktubu ilə müraciətinin təmin olunmasından imtina olunmuşdur. İmtina onunla əsaslandırılmışdır ki, Baş Prokurorluqda 2003-cü ildə Prokurorluq işçilərinə vergi güzəştlərinin tətbiq edilməsinə əsas verən “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinin qanunliyi və əsaslılığının, habelə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə uyğunluğu məsələlərinin araşdırılması üçün xüsusi komissiya yaradılmışdır. Həmin komissiyada Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əlaqəli şəkildə prokurorluq işçilərinə vergi güzəştləri hüququ verən “Müharibə veteranı" vəsiqələrinin verilməsinin qanunliyi məsələri araşdırılmış və Baş Prokurorluğun uzunmüddətli xidmətə görə üstəlik haqqın ödənilməsi üçün əmək stajın müəyyən edən komissiyasının mənə “Müharibə veteranı” adı və vəsiqəsi verilməsinə dair qərarı qanunsuz və əsassız olduğundan ləğv edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən “Müharibə veteranı” adı və vəsiqəsi yalnız 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı müəyyən edilmiş ərazilərdə aparılan döyüş əməliyyatlarında özünü müdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş, döyüş əməliyyatları aparan hərbi hissə və orqanlarıntərkibində hərbi xidmət keçmiş, döyüş əməliyyatları aparan hərbi hissələrdə və ya orqanlara döyüş tapşırığımın və ya döyüş təlimatı ilə bağlı tapşırıqları yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak etmiş və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara verilir. Belə ki, döyüş şəraətində döyüş əməliyyatlarında iştirak bilavasitə döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı xidməti nəzərdə tutur. Həmçinin qanunvericiliyin tələbinə əsasən “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi döyüşlərdə iştirakı sübut edən müvafiq sənədlər əsasında verilir. Cavabdehin imtinasının əsassızlığı və qanunsuzluğu: Yuxarıda qeyd edildiyi kimi Respublika Hərbi Prokurorluğunda işlədiyim 1992-1993-cü illərdə 1-ci Qarabağ müharibəsi zamanı xidməti vəzifəmlə əlaqədar döyüş bölgələrinə dəfələrlə döyüş əməliyyatları aparan hərbi orqanlara döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün hərbi qulluqçu kimi ezam olunmuşdur. “Silahlı Qüvvələr veteranı” adı və müvafiq veteran vəsiqəsi digər aidiyyəti orqanlarla yanaşı respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikasının Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilir. 2007-ci ilədək Prokurorluq orqanlarında işləsəm də Baş Prokurorluqda 2003- cü ildə Prokurorluq işçilərinə vergi güzəştlərinin tətbiq edilməsinə əsas verən “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinin qanunliyi və əsaslılığının, habelə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə uyğunluğu məsələlərinin araşdırılması üçün yaradılmış xüsusi komissiya tərəfindən ona “Müharibə veteranı” vəsiqəsinin verilməsinə dair qərarı ləğv edilməsi barədə məlumatlandırılmamışdır. Respublika Prokurorluğunda yaradılan müvafiq komissiyanın ## ###### 2002-ci il tarixli müharibə veteranı adı və vəsiqəsin verən rəyi qanunsuz idisə, nə üçün Baş Prokurorluq ona müvafiq vəsiqəni vermiş və Azərbaycan Respublikası DSMF həmin vəsiqə əsasında ona Prezident təqaüdü təyin etmişdir. 2003-cü ildə yaradılmış komissiya bu qanunsuzluğu 5 ildən sonra müəyyən etmişdirsə bu barədə maraqlarına toxunan şəxs kimi nə üçün həmin vaxtı mənə və Azərbaycan Respublikası DSMF-yə rəsmi məlumat verməmişdir. Hesab edir ki, komissiyanın rəyi qanunu əsaslarla verilmiş, lakin həmin rəy aidiyyəti üzrə Müdafiə Nazirliyinə göndərilməli və baxılaraq qərar verilməli olduğu halda Baş Prokurorluq Müdafiə Nazirliyinin səlahiyyətini qanunsuz olaraq icra etmiş və Azərbaycan Respublikası DSMF-nin aidiyyəti əməkdaşları bu qanunsuzluğun aradan qaldırılması üçün tədbir görməmişlər. Qanunu əsaslarla bu hüququ əldə etməsi mümkün olduğu halda Baş Prokurorun Müdafiə Nazirliyinin səlahiyyətinə aid olan qərar qəbul etməsi onun müraciət etdiyi vaxtdan müharibə veteranı adı və vəsiqəsi almaq hüququnu və bu hüquqdan yaranan imtiyazlardan istifadə etmək hüququnu məhdudlaşdıra bilməz.

7. Cavabdeh inzibati orqan iddia tələbinə dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, sabiq prokurorluq əməkdaşı İddiaçı Respublika Hərbi Prokurorluğunda işlədiyi 1992-1993cü illərdə xidməti vəzifəsi ilə əlaqədar döyüş bölgələrinə hərbi qulluqçu kimi ezam olunduğunu, döyüş bölgələrinə ezam olunduğuna görə Baş Prokurorluğun müvafiq komissiyasının rəyinə əsasən ona ##.##.2002-ci ildə "Müharibə veteranı" adı və vəsiqəsi verildiyini, DSMF-nin ##.##.2019-cu il tarixli qərarı ilə ona ##.##.2024-cü il tarixədək ayda 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənildiyini, lakin ##.##.2024-cü il tarixli qərarla ödənilmiş 4720 manat vəsaitin artıq ödəmə kimi qiymətləndirilərək geri qaytarılmasının tələb olunduğunu, DSMF-nin verdiyi məlumatla Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** №-li qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin tələblərinə zidd olaraq Baş Prokurorluğun müvafiq komissiyası tərəfindən ona verilmiş "Müharibə veteranı" adı və vəsiqəsinin 2008-ci ildə Baş Prokurorluq tərəfindən ləğv olunmasının ona məlum olduğunu, bundan sonra yenidən "Müharibə veteranı" adı və vəsiqəsi verilməsinə dair rəyin Müdafiə Nazirliyinə göndərilməsini xahiş etdikdə Cavabdeh tərəfindən ##.##.2025-ci il tarixli 2- *-**/*-******/**** saylı imtina məktubu göndərildiyini bildirib, "Cavabdeh ##.##.2025-ci il tarixli *-*-**/*- ******/**** saylı imtina məktubunun qanunsuz hesab edilməsini və ona Müharibə veteranı adı və vəsiqəsinin verilməsinə dair ##.##.2002-ci il tarixli rəyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə göndərilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması"nı xahiş etmişdir. İddiaçı iddia ərizəsində həmçinin göstərmişdir ki, Baş Prokurorluğun imtinasının əsassız olmaqla, 1992-1993-cü illərdə xidməti vəzifəsi ilə əlaqədar döyüş bölgələrinə dəfələrlə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün hərbi qulluqçu kimi ezam olunmuş, 2007-ci ilədək prokurorluq orqanlarında işləsə də 2003-cü ildə Baş Prokurorluqda yaradılmış komissiya tərəfindən "Müharibə veteranı" adı və vəsiqəsinin qanuniliyinin yoxlanılaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** №-li qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin tələblərinə əsasən qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi barədə məlumatlandırılmamış və DSMF-yə rəsmi məlumat göndərilməmiş, ləğv edilmiş komissiya rəylərinin əsasları barədə məlumatsız olduğundan Baş Prokurorluğun müraciətinə cavab verməsindən imtinası qanunsuz hesab edilməli və komissiyanın rəyi aidiyyəti üzrə baxılması üçün Müdafiə Nazirliyinə göndərilməlidir. İddiaçı 1955-ci ildə Naxçıvan şəhərində anadan olmuş, 1982-ci ildə Azərbaycan Dövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirmiş, ##.##.1992-ci il tarixdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda qulluğa qəbul olunaraq Hərbi tribunallarda cinayət işlərinə baxılması üzərində nəzarət idarəsinin rəis müavini, ##.##.1993-cü il tarixdən Bakı şəhər prokurorluğunun Daxili işlər orqanlarında qanunların icrasına nəzarət şöbəsinin prokuroru, ##.##.1994-cü il tarixdən Bakı şəhəri Suraxanı rayon prokurorunun köməkçisi, ##.##.1999-cu il tarixdən Bakı şəhər prokurorluğu cinayət işləri üzrə məhkəmə qərarlarının qanuniliyinə nəzarət şöbəsinin prokuroru, ##.##.1999-cu il tarixdən Bakı şəhər prokurorluğunun Daxili işlər orqanlarında qanunların icrasına nəzarət şöbəsinin prokuroru, ##.##.2000-ci il tarixdən Sumqayıt şəhər prokurorunun müavini, ##.##.2001-ci il tarixdən Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəisi vəzifələrində işləmiş, ##.##.2005-ci il tarixdə tutduğu vəzifədən azad edilmiş, ##.##.2005-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon prokurorunun böyük köməkçisi, ##.##.2007-ci il tarixdə əmək intizamının kobud pozuntusuna yol verdiyinə görə prokurorluq orqanlarından xaric edilmişdir. Müəyyən edilmişdir ki, Cavabdeh üzrə 2003-cü ildə yaradılmış "Prokurorluq orqanları işçilərinə vergi güzəştlərinin tətbiq edilməsinə əsas verən "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsinin qanuniliyi və əsaslılığının, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** №-li qərarı ilə təsdiq edilmişMüharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin tələblərinə uyğunluğu məsələlərinin araşdırılması üzrə xüsusi komissiya tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əlaqəli şəkildə prokurorluq işçilərinə vergi güzəştləri hüququ verən müharibə veteranı vəsiqələrinin verilməsinin qanuniliyi məsələləri araşdırılmışdır. Komissiya tərəfindən Müdafiə, Daxili İşlər nazirlikləri, Respublika Hərbi Komissarlığı, yerli İcra Hakimiyyəti və digər orqanların rəhbərlərinə sorğular göndərilməklə müvafiq cavablar alınmış, həmçinin "Müharibə veteranı" vəsiqəsi almış şəxslərin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #dən 1991-ci il #######ın #-dək erməni millətçi dəstələrinə qarşı döyüş əməliyyatlarında iştirak etmələri, həmçinin 1991-ci ilin #######ın #-dan 1994-cü ilin ###ın ##-dək döyüş əməliyyatları aparılan hərbi hissə və ya orqanların tərkibində xidmət keçmələri və döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunub-olunmamaları barədə izahatları alınmaqla, həmin vəsiqələrin verilməsinin Əsasnamənin tələblərinə uyğunluğu araşdırılmışdır. Aparılan araşdırmalar ilə Baş Prokurorluğun uzunmüddətli xidmətə görə üstəlik haqqın ödənilməsi üçün əmək stajını müəyyən edən komissiyasının bir sıra prokurorluq işçilərinə, o cümlədən İddiaçı "Müharibə veteranı" adı və vəsiqələri verilməsinə dair qərarları Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995- ci il tarixli *** №-li qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin tələblərinə əsasən qanunsuz və əsassız hesab edilərək Baş Prokurorluq üzrə ##.##.2008-ci il tarixli **/** nömrəli əmrlə ləğv edilmişdir. İddiaçı iddia ərizəsində göstərdiyi kimi onun komissiyanın işindən və qərarından xəbərsiz olması mümkün deyildir. Belə ki, göründüyü kimi qeyd edilən komissiya tərəfindən prokurorluq işçilərinin izahatları alınmışdır. X5-texniki təminat şöbəsi tərəfindən qeyd edilən prokurorluq işçilərinin əmək haqqlarından gəlir vergisinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada güzəştli şərtlərlə tutulması dayandırılmaqla, zəruri tədbirlərin görülməsi təmin edilmişdir. Bundan başqa xüsusi komissiyanın işini digər dövlət orqanları ilə əlaqəli şəkildə aparması onlara müvafiq sorğular verib cavablar alması da iddia ərizəsində göstərilənləri təkzib edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnaməyə əsasən "müharibə veteranı" adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetməorqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. İddiaçı Harbi tribunallarda cinayət işlərinə baxılması üzərində nəzarət idarəsinin rəis müavini işlədiyi dövrdə 4 dəfə Ağdam, Füzuli və Naxçıvan şəhərlərində olan hərbi hissələrə ezam edilməsi onun döyüş şəraitində döyüş əməliyyatlarında iştirak etməsini təsdiq etmir. Belə ki, döyüş şəraitində döyüş əməliyyatlarında iştirak bilavasitə döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı xidməti nəzərdə tutur. Nəzərə alınmalıdır ki, döyüş əməliyyatlarının aparıldığı ərazidə yerləşən qurumda xidməti vəzifələrin icrası həmin əməliyyatlarda iştirakla eyniləşdirilə bilməz. İddiaçı müraciətinə döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən hər hansı sənəd əlavə edilməmişdir. Eyni zamanda qeyd edilən müraciətə baxılarkən İddiaçı döyüş əməliyyatlarında iştirak etməsi zəruri sənədlərlə təsdiq olunmamışdır. İddiaçı verilmiş "Müharibə veteranı" adı və vəsiqələri verilməsinə dair qərar qanunsuz və əsassız hesab edilib Baş Prokurorluq üzrə ##.##.2008-ci il tarixli **/** nömrəli əmrlə ləğv edildiyindən Baş Prokurorluq tərəfindən verilmiş rəyin Müdafiə Nazirliyinə göndərilməsi imkan xaricindədir. Bundan başqa, İddiaçı prokurorluq orqanlarında qulluq keçməsinə xitam verildikdən sonra ona "Müharibə veteranı" adı və veteran vəsiqəsinin verilməsi ilə bağlı rəyin Baş Prokurorluqda olan komissiyanın qərarı əsasında verilməsi qanunvericiliyin tələbinə əsasən mümkün deyildir. "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən prokurorluq işçisi prokurorluqdan xaric edildiyi andan qulluq keçməyə xitam verilir. Hazırda İddiaçı hərbi prokurorluq orqanlarında sistemində xidmət edən hərbi qulluqçu hesab edilmədiyi üçün "Müharibə veteranı" adı və veteran vəsiqəsinin verilməsi ilə bağlı rəyin verilməsi barədə iddianın Baş Prokurorluq tərəfindən təmin edilməsi imkan xaricindədir. Yuxarıda qeyd edilənlərə əsasən İddiaçı "Cavabdeh ##.##.2025-ci il tarixli *-*-**/*-******/**** saylı imtina məktubunun qanunsuz hesab edilməsi və ona Müharibə veteranı adı və vəsiqəsinin verilməsinə dair ##.##.2002-ci il tarixli rəyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə göndərilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması öhdəliyinin Cavabdeh üzərinə qoyulması"na dair iddiasını qanunsuz və əsassız hesab edirik və iddianın təmin edilməməsini xahiş edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli## #### 2026-cı il tarixli qərarı ilə iddia təmin olunmamışdır.

9. Həmin qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

10. Apelyasiya şikayəti iddia tələbinin məzmununa uyğun əsaslandırılmışdır.

Tərəflərin izahatları

11. ##.##.2026-cı il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunsa da iş üzrə tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmişdir. İddiaçının nümayəndəsi və vəkili ərizə verərək ##.##.2026-##.##.2026 tarixləri aralığında ölkə xaricində (Türkiyə Cümhuriyyətində) olması səbəbindən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə tərəflərin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunu:

3. Aşağıdakılar müharibə veteranları sayılırlar: ...Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;

7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

13. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin ## ##### 2006-cı il tarixli 396 nöməli Fərmanı: 2.2. həmin Qanunun 7-ci maddəsinin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini aşağıdakı orqanlar öz səlahiyyətləri daxilində həyata keçirirlər: müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar — Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti; əmək veteranı adının verilməsi ilə əlaqədar — Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının nazirlikləri, dövlət komitələri, digər mərkəzi icra hakimiyyəti orqanları, dövlət konsernləri, şirkətləri və idarələri, habelə yerli icra hakimiyyəti orqanları.

14. Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## il tarixli *** saylı qərarı ilə təsdiq edilmişdir):

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında ... Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir.

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.

17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

18. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.

19. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı hazırki tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavadeh ##.##.2025-ci il tarixli məktubla tələbin təminindən imtina etmişdir. Həmin məktubun iddiaçı tərəfindən nə vaxt əldə olunması iş materiallarından müəyyən olunmur. İddiaçı isə iddia ilə məhkəməyə ##.##.2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür.

20. İşin mahiyyətinə gəldikdə isə hazırda iddiaçı İddiaçı tələbi “cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğunun ##.##.2025-ci il tarixli 2-2-100/2- ******/**** saylı imtina məktubunun qanunsuz hesab edilməsi və Respublika Prokurorluğunda yaradılan müvafiq komissiyanın ona-İddiaçı “müharibə veteranı adı və vəsiqəsinin verilməsinə dair ## ###### 2002-ci il tarixli rəyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə göndərilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması” barədədir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “hazırkı iş üzrə iddiaçının məhz döyüş təminatında bilavasitə iştirak etməsini təsdiq edən sübutlar müəyyən olunmamışdır. Ezam sənədlərindən də müəyyən olunur ki, iddiaçının vəzifəsi tribunallarda cinayət işlərinin baxılması üzərində nəzarət idarəsinin rəis müavini olmuş, bu halda onun xidməti vəzifəsini icra etməsi istər təhkim olunduğu idarə daxilində, istərsə də döyüş əməliyyatlarının aparıldığı ərazidə yerləşən qurumda otaq şəraitində icra etməsi döyüş təminatında iştirak hesab edilə bilməz. Hərbi qulluqçudan fərqli olaraq mülki şəxslərin təkcə döyüş əməliyyatı gedən ərazidə olması yetərli deyil, mühüm məsələ döyüş əməliyyatları gedən ərazidə məhz həmin döyüş əməliyyatına xidmət edən əlavə xidmətin, işlərin görülməsidir. Bu halda iddiaçının yalnız döyüş əməliyyatı gedən ərazidə-Ağdam, Füzuliyə ezam olunması və orda olması onun bilavaitə döyüş təminatını həyata keçirdiyini deməyə əsas vermir.”

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:

22. İşin hallarından müəyyən olunur ki, İddiaçı Cavabdeh tərəfindən ##.##.2002-ci il tarixdə M/V seriyalı ****** nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. Cavabdehin mövqeyinə görə Baş Prokurorluqda 2003- cü ildə “Prokurorluq orqanları işçilərinə vergi güzəştlərinin tətbiq edilməsinə əsas verən "Müharibə veteran” adı və vəsiqəsinin verilməsinin qanuniliyi və əsaslılığının, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli 216 N-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə uyğunluğu məsələlərinin araşdırılması üzrə” xüsusi komissiya yaradılmış, həmin komissiyada Azərbaycan Respublikası Müdafiə Nazirliyi İlə əlaqəli şəkildə prokurorluq işçilərinə vergi güzəştləri hüququ verən müharibə veteranı vəsiqələrinin verilməsinin qanuniliyi məsələləri araşdırılmış və Baş Prokurorluq üzrə ##.##.2008-ci il tarixli **/** nömrəli əmrlə yuxarıda qeyd edilmiş Əsasnamənin tələblərinə zidd olaraq Baş Prokurorluğun uzunmüddətli xidmətə görə üstəlik haqqın ödənilməsi üçün əmək stajını müəyyən edən komissiyası tərəfindən bir sıra prokurorluq işçilərinə “Müharibə veteranı” adı və vəsiqələri verilməsinə dair qərarları qanunsuz və əsassız olduğundan ləğv edilmişdir.

23. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhər Yasamal Rayon İdarəsinin ##.##.2026-cı il tarixli *-**-**/*-*****/**** nömrəli məktubunda göstərilmişdir ki, 1955-ci il təvəllüdlü istefada olan R İddiaçı şəxsi işi ehtiyyatda olmağın son yaş həddini keçdiyi üçün müvafiq qaydada məhv edilmişdir.

24. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ##.##.2026-cı il tarixli *-**-**/*-***/**** nömrəli məktubunda göstərilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə ##.##.2026-cı il tarixdə daxil olmuş) cavab olaraq bildirilirmişdir ki, Ağdam rayonu istiqamətində yerləşmiş 782, 783, 785, 836, 845, 859, N №-li hərbi hissə komandirlərinin 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində və Füzuli rayonu istiqamətində yerləşmiş 720, 723, 724, 814, 839, 848, N №-li hərbi hissə komandirlərinin 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində ##.##.1955-ci il təvəllüdlü İddiaçı xidməti, təminata götürülməsi, döyüş təminatı ilə bağlı hər hansı tapşırığa cəlb olunub-olunmaması barədə məlumat aşkar edilməmişdir.

25. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Cavabdeh ##.##.2025-ci il tarixli *-*-***/*-******/**** nömrəli məktubunda göstərilmişdir ki, Baş Prokurorluqda 2003-cü ildə "Prokurorluq orqanları işçilərinə vergi güzəştlərinin tətbiq edilməsinə əsas verən "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsinin qanuniliyi və əsaslılığının, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** №-li qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin tələblərinə uyğunluğu məsələlərinin araşdırılması üzrə" xüsusi komissiya yaradılmışdır. Həmin komissiyada Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əlaqəli şəkildə prokurorluq işçilərinə vergi güzəştləri hüququ verən müharibə veteranı vəsiqələrinin verilməsinin qanuniliyi məsələləri araşdırılmış və Baş Prokurorluq üzrə ##.##.2008-ci il tarixli **/** nömrəli əmrlə Baş Prokurorluğun uzunmüddətli xidmətə görə üstəlik haqqın ödənilməsi üçün əmək stajını müəyyən edən komissiyası tərəfindən bir sıra prokurorluq işçilərinə “Müharibə veteranı" adı və vəsiqələri verilməsinə dair qərarları qanunsuz və əsassız olduğundan ləğv edilmişdir. Bu səbəbdən Baş Prokurorluğun uzunmüddətli xidmətə görə üstəlik haqqın ödənilməsi üçün əmək stajını müəyyən edən komissiya tərəfindən İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsi verilən qərar ləğv edilmişdir.

26. Həmin məktubla təqdim edilən **/** nömrəli 1992-1994-cü illər üzrə Ezamiyyə vərəqələrinin qeydiyyat kitabında ##.##.1992, ##.##.1992, ##.##.1992, ##.##.1993-cü il tarixlərdə İddiaçı ezamiyyətə göndərildiyi ilə bağlı qeyd mövcuddur. -##.##.1992-ci il tarixli Raporta əsasən İddiaçı xidməti işlə əlaqədar olaraq Ağdam şəhərinə olunması barədə sərəncam verilməsini xahiş etmişdir. -##.##.1992-ci il tarixli Raporta əsasən İddiaçı 10 gün müddətinə Füzuli rayonuna ezam olunduğundan ezamiyyə vərəqəsini sənədləşdirmək üçün sərəncam verilməsini xahiş etmişdir. -##.##.1992-ci il tarixli Raporta əsasən İddiaçı Naxçıvan Hərbi qarnizonunun hərbi prokurorluğuna ezam edildiyindən ezamiyyə vərəqəsinin sənədləşdirilməsi üçün göstəriş verilməsini xahiş etmişdir.

27. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq .31.Cavabdeh ##.##.2025ci il tarixli *-*-***/*-******/**** nömrəli məktubunda göstərilmişdir ki, Cavabdeh üzrə "Prokurorluq orqanları işçilərinə vergi güzəştlərinin tətbiq edilməsinə əsas verən “Müharibə veteranı" adı və vəsiqəsinin verilməsinin qanuniliyi və əsaslılığının, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** №-li qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin tələblərinə uyğunluğu məsələlərinin araşdırılması üzrə xüsusi komissiya tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əlaqəli şəkildə prokurorluq işçilərinə vergi güzəştləri hüququ verən müharibə veteranı vəsiqələrinin verilməsinin qanuniliyi məsələləri araşdırılmışdır. Komissiya tərəfindən Müdafiə, Daxili İşlər nazirlikləri, Respublika Hərbi Komissarlığı, yerli İcra Hakimiyyəti və digər orqanların rəhbərlərinə sorğular göndərilməklə müvafiq cavablar alınmış, həmçinin “Müharibə veteranı" vəsiqəsi almış şəxslərin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1991-ci il #######ın #-dək erməni millətçi dəstələrinə qarşı döyüş əməliyyatlarında iştirak etmələri, həmçinin 1991-ci ilin #######ın #-dan 1994-cü ilin ###ın ##-dək döyüş əməliyyatları aparılan hərbi hissə və ya orqanların tərkibində xidmət keçmələri və döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunub-olunmamaları barədə izahatları alınmaqla, həmin vəsiqələrin verilməsinin Əsasnamənin tələblərinə uyğunluğu araşdırılmışdır. Aparılan araşdırmalar ilə Baş Prokurorluğun uzunmüddətli xidmətə görə üstəlik haqqın ödənilməsi üçün əmək stajını müəyyən edən komissiyasının bir sıra prokurorluq işçilərinə, o cümlədən İddiaçı "Müharibə veteranı" adı və vəsiqələri verilməsinə dair qərarları Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** №-li qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin tələblərinə əsasən qanunsuz və əsassız hesab edilərək Baş Prokurorluq üzrə ##.##.2008-ci il tarixli **/** nömrəli əmrlə ləğv edilmişdir.

28. Yuxarıda qeyd edilən qanunvericilik normalarından aydın olur ki, qanunverici həm hərbi qulluqçulara, həm də hərbi qulluqçu olmayan şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”yə əsasən Hərbi qulluqçu olmayan şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün onlar ya döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxs olmalı, ya da ki döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxs olamlıdır. Qeyd edilən kateqoriya şəxslərə münasibətdə döyüş əməliyyatlarında iştirak aşağıdakı sənədlər əsasında müəyyən edilə bilər: -yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda); -hərbi biletlərdə qeydlər edilibsə (yalnız müvafiq əmrlər və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda); -ezam olunma barədə əmrlər; -xəsarət alma haqqında arayışlar.

29. İddiaçı Respublika Hərbi Prokurorluğunda işlədiyi vaxt 1992-1993-cü illərdə 1- ci Qarabağ müharibəsi zamanı xidməti vəzifəsi ilə əlaqədar döyüş bölgələrinə dəfələrlə hərbi qulluqçu kimi ezam olunduğunu, bununla da döyüş təminatıda iştirak etdiyini əsas gətirərək ona müharibə veteranı statusunun verilməsi üçün rəyin göndərilməsini xahiş etmişdir.

30. Nəzərə alınmalıdır ki, “Döyüş təminatı ilə bağlı tədbirlərin görülməsi” müddəası bilavasitə döyüş əməliyyatları aparan heyətin döyüş imkanlarının reallaşdırılmasının təmin edilməsi, döyüş əməliyyatları zamanı minimal itkilərlə baş tutmasının təmin edilməsinə yönəlmiş tədbirləri, o cümlədən, silahlanma, hərbi texnika ilə təmin edilməsində iştirak, müvafiq tibbi yardımın təşkili, kəşfiyyat, mühəndis təminatı mənəvi-psixoloji təminat, madditexniki təminat və tibbi təminat və s. kimi kompleks tədbirləri əhatə edir.

31. Hazırkı iş üzrə iddiaçının məhz döyüş təminatında bilavasitə iştirak etməsini təsdiq edən sübutlar müəyyən olunmamışdır. Belə ki, iddiaçının Azərbaycan Respublikası Hərbi Prokurorluğunun sabiq əməkdaşı olduğu, hərbi qulluqçu statusunda olmadığı, Respublika Hərbi Prokurorluğunda xidmət etdiyi müddət ərzində 1992-1993-cü illəri əhatə edən dövrdə döyüş əməliyyatları aparılan bölgələrdə ezamiyyət olduğu işin mübahisələndirilməyən hallarıdır. Lakin bu hal özlüyündə iddiaçının döyüş təminatıda iştirakını təsdiq etməyə kifayət etmir.

32. İş materiallarında olan təqdim ediliş ezamiyyə vərəqələrinin qeydiyyat kitabından çıxarışlar, arayış və raportlardan müəyyən olunur ki, iddiaçı həmin dövrdə xidmət etdiyi müdətdə Tribunallarda cinayət işlərinin baxılması üzərində nəzarət idarəsinin rəis müavini vəzifəsində çalışmış və özünün raportu əsasında Ağdamda ##.##.1992-##.##.1992-ci illərdə 03 gün, ##.##.1992- ##.##.1992- 10 gün- Füzuli rayonunun ezam olunmuşdur.

33. Birinci instansiya məhkəməsi düzgün olaraq işin həmin halına istinad edərək qeyd etmişdir ki, ezam sənədlərindən də müəyyən olunur ki, iddiaçının vəzifəsi tribunallarda cinayət işlərinin baxılması üzərində nəzarət idarəsinin rəis müavini olmuş, bu halda onun xidməti vəzifəsini icra etməsi istər təhkim olunduğu idarə daxilində, istərsə də döyüş əməliyyatlarının aparıldığı ərazidə yerləşən qurumda otaq şəraitində icra etməsi döyüş təminatında iştirak hesab edilə bilməz.

34. Birinci instansiya məhkəməsi bununla bağlı əlavə olaraq Müdafiə Nazirliyinə sorğu vermiş və sorğuya cavab olaraq qurum tərəfindən bildirilmişdir ki, iddiaçıın ezam olunduğu vaxt Ağdam rayonu istiqamətində yerləşmiş 782, 783, 785, 836, 845, 859, N №-li hərbi hissə komandirlərinin 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində və Füzuli rayonu istiqamətində yerləşmiş 720, 723, 724, 814, 839, 848, N №-li hərbi hissə komandirlərinin 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində ##.##.1955-ci il təvəllüdlü İddiaçı xidməti, təminata götürülməsi, döyüş təminatı ilə bağlı hər hansı tapşırığa cəlb olunub-olunmaması barədə məlumat aşkar edilməmişdir.

35. Beləliklə müəyyən olunur ki, iddiaçı döyüş əməliyyatı gedən əraziyə- Ağdam, Füzuliyə ezam olunsa da döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsində iştirak etməmişdir.

36. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.

37. Hazırki işdə iddiaçı istədiyi inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmir, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilir. Odur ki, iddiaçının tələbinin təmin olunmasından imtina etməkdə cavabdeh qurum haqlı olmuşdur. Qeyd olunanlarla bağlı iddiaçının tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi də qanuni və əsaslı olmuşdur.

38. Odur ki, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar