Məhkəmə qərarları › İş №2-1(3-6)-1492/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1492/2026

22.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1492/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X3 və X5 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Iddiaçı iddiaçı1, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, Iddiaçılar iddiaçı1, iddiaçı2 cavabdeh Cavabdeh qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)- ****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarından iddiaçı iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDI: Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin ## ### 2023-cü il tarixli 2(103)- ****/**** nömrəli qətnaməsi ilə hər iki iddia tələbinin təmin edilərək qət edilmiş Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi * nömrəli evin paylı mülkiyyətçiləri olan birinci iddia üzrə iddiaçı iddiaçı1 qızma - “V” tikilisi bütövlükdə və “B” tikilisinin * saylı; birinci iş üzrə iddiaçı iddiaçı2 - “A” tikilisinin 4, 5, * saylı otaqları; ikinci iddia üzrə iddiaçılar X2 və X1 - “B” tikilisinin 11,** saylı otaqları, “D” tikilisi bütövlükdə və “Q” tikilisi və yerləşdiyi torpaq sahəsinin paylara uyğun naturada ayrılmaqla onların adına mülkiyyət hüquqlarını reyestrdə dövlət qeydiyyatına alaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati *-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən evin “V” tikilisi bütövlükdə və “B” tikilisinin * saylı iddiaçı1 adına, “A” tikilisinin 4, 5, * saylı otaqlarının iddiaçı2 adına mülkiyyət hüquqlarını reyestrdə dövlət qeydiyyatına alaraq ayrıca çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh həvalə edilməsi qərara alınmış, idda tələbi qalan hissədə təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı iddiaçı1 tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ona aid təmin olunmayan hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması ##.##.2026-cı il tarixə təyin edilmişdir. ##.##.2026-cı il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı məhkəməyə yazılı ərizə ünvanlayaraq apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin geri qaytarılması barədə ərizənin məhkəmə tərəfindən qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə digər iddiaçı iddiaçı2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iştirak etməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası IPM-nin 62-ci maddəsinə əsasən digər iddiaçı iddiaçı2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçı tərəfin şikayətin geri qaytarılması barədə ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 88.1-ci maddəsinə əsasən şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Həmin Məcəllənin 88.2-ci maddəsinə əsasən şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir. Həmin Məcəllənin 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı məhkəmə qərarının ona aid hissəsindən şikayət verdiyindən və daha sonra həmin apellyasiya şikayətinin geri qaytarılmasını xahiş etdiyindən, apellyasiya şikayətini geri götürmək iddiaçının hüququ olduğundan və hazırkı iş üzrə onun bu hüququndan istifadə etməsi başqa şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına toxunmadığından onun bu barədə ərizəsi təmin edilməlidir. Ona görə də, şikayətin geri götürülməsi barədə ərizə qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 80, 88, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Iddiaçılar iddiaçı1, iddiaçı2 cavabdeh Cavabdeh qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə iddiaçı iddiaçı1 apellyasiya şikayətinin geri qaytarılmasına dair ərizəsi təmin edilsin və apellyasiya icraatına xitam verilsin. Iddiaçı iddiaçı1 izah edilsin ki, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət verilməsinə yol verilmir. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar