Məhkəmə qərarları › İş №2-1(3-6)-1499/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1499/2026

18.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1499/2026 18.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Sevdimalıyeva Günel Arif qızının sədrliyi və məruzəsi ilə, Hüseynov Pərviz Aktiv oğlundan və X1 ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “ezamiyyət pulunun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## ###### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 1əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi 1.

2. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 1971-ci ildə Gəncə şəhərində doğulmuşdur. Hərbi təhsilini 1995-ci ildə X2 Raket Komandanlıq Məktəbinində, 2010-cu ildə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında almışdır. ##.##.1989- ##.##.1991-ci illərdə Ukrayna Respublikasında Müddətli hərbi xidmətdə olmuşdur. ##.##.2024-cü il tarixdə xidmət müddətinin yaşa görə başa çatması ilə əlaqədar ehtiyata buraxılmışdır. ##.##.2020-ci ildə Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında “Şəxsi heyət mübadiləsi” protokoluna əsasən Türkiyə Respublikasının Ankara şəhərinə xidməti ezamiyyətə göndərilmişdir. Ezamiyyət müddəti sonradan сənab nazir Zakir Həsənovun əmri ilə artırılaraq ##.##.2022-ci il tarixədək müəyyən olunmuşdur. Lakin ##.##.2020-##.##.2022- ci illərdə Türkiyə Respublikasının Ankara şəhərindəki ezamiyyət müddəti ərzində ona ödənilməli olan ezamiyyət haqqı tam ödənilməmişdir. Belə ki, Xidməti ezamiyyətdə olduğu müddət ərzində, ona Azərbaycan Respublikası Maliyyə büdcə idarəsi tərəfindən Türkiyə Silahlı Qüvvələrinin Rının aylıq pul məvacibinin 75% Tükr lirəsi (TL) dəyərində (1235 azn) maaş hesablanmışdır.

3. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, işçilərin ezamiyyətə göndərilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ezamiyyə xərclərinin normaları haqqında" ##.##.2008-ci il tarixli ** nömrəli Qərarı ilə tənzimlənir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli 14 №li “Ezamiyyə xərclərinin normaları haqqında” qərarının 8-ci bəndinə əsasən, “X3”nın hazırlanması və təsdiq edilməsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həvalə edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin ##.##.2012-ci il tarixli Q-** nömrəli Qərarı ilə "X3" təsdiq edilmişdir. Qeyd edilən Qaydaların 5-ci bəndində göstərilmişdir “Ezamiyyət xərclərinin 1 günlük normasına gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat və digər xərclərlə bağlı xərclər daxildir”. Həmin Qaydaların “Xarici ölkələrə ezamiyyələr” hissəsinin 4-cü bəndində “Bütün ezamiyyə xərclərini dəvət edən tərəf öz üzərinə götürdüyü hallarda işçiyə ezamiyyə xərci ödənilmir” qeyd edilmişdir. Iddia ərizəsindən göründüyü kimi, iddiaçı hərbi hissədən “mübadilə əsasında” qarşılıqlı təcrübə mübadiləsi üçün ezamiyyətə deyil xidmətini davam etdirilməsi üçün Türkiyyə Respublikasına göndərilmişdir. “Azərbaycan Respublikası Hökuməti Ilə Türkiyyə Respublikası Hökuməti arasında şəxsi heyətin mübadiləsinə dair” Protokol təsdiq edilmişdir. Qeyd olunan Protokola əsasən mübadilə əsasında Türkiyyə Respublikasına göndərilmiş şəxsi heyətin bütün xərcləri göndərilən dövlət tərəfindən təmin edilmiş və bu səbəbdən ezamiyyət sayıla bilməzdir. Əlavə olaraq bildirilir ki, müdafiə nazirinin qərarına əsasən, mübadilə əsasında göndərilmiş şəxsi heyətin daimi xidmət yerində aldıqları pul təminatı saxlanılmış əlavə olaraq yaşayış xərclərinin qarşılanması məqsədilə Türkiyyə Respublikasında eyni vəzifədə xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşının 75% miqdarında əlavə pul vəsaiti ödənilmişdir. Mübadilə əsasında göndərilən hərbi qulluqçular müdafiə nazirinin müvafiq qərarı ilə nəzərdə tutulmuş ödənişlərdən məlumatlı olmuşlar və mübadilə müddətində etiraz etməmişdilər. Göründüyü kimi Iddiaçının tələb etdiyi (yemək, yatmaq və digər) Q-1 №li Qaydalarda qeyd olunan ezamiyyə xərcləri tam şəkildə sazişdə öz əksini tapmış və qarşılanmışdır.

II. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

4. Bakı Inzibati Məhkəməsinin *-*(*-*)-****/**** saylı iş üzrə ##.##.2026-cı il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

5. Məhkəmə qərarını “Hərbi qulluqçuların statusu haqqında” Qanun, “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli ** nömrəli Qərarı, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin ## ###### 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X3” Azərbaycan Respublikasının 2018-ci il # ####### tarixli ****-VQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında imzalanan şəxsi heyətin mübadiləsinə dair Protokolu" ilə əsaslandırmışdır.

6. Məhkəmə qərarı onunla əsaslandırılmışdır ki, qeyd edilən 40 günlük müddətlə bağlı məhdudiyyət istər ümumi qaydada işçilər, istərsə də hərbi qulluqçulara münasibətdə tətbiq edilir. Hazırkı işdən müəyyən olunur ki, iddiaçı 40 gündən artıq, yəni ##.##.2020-ci ildən ##.##.2022-ci ilədək Türkiyə Respublikası Ankara şəhərinə Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığına göndərilmişdir. Bu halda iddiaçının 2 ilə yaxın müddətdə xarici ölkədə olması ezamiyyət sayıla bilməz. Məhkəmə qeyd edir ki, iddiaçının Türkiyə Respublikasına göndərilməsi ilə bağlı əmrlərdə “ezam olunma” ifadəsindən istifadə edilsə də bu özlüyündə birbaşa iddiaçının xarici ölkəyə ezam olunmasını ehtiva etmir, qeyd edilən ifadəyə hərfi mənada deyil, ezamiyyətin xüsusiyyətləri, şərtləri baxımından yanaşılması tələb olunur. Hazırkı iş üzrə isə müyyəndir ki, iddiaçı Türkiyə Respublikasında hərbi qulluçqçu kimi xidməti vəzifəsini icra etməyə cəlb edilməmiş, o həmin ölkədə olduğu müddətdə xidməti tapşırığı yerinə yetirməklə təlimatlandırmamışdır. Iddiaçı xarici ölkəyə hərbi xidmət sahəsində mübadilə proqramı çərçivəsində göndərilmişdir. Iddiaçının həmin dövrlərdə Türkiyə Respublikasına ezamiyyətə getməsi ilə bağlı yuxarıda qeyd olunan şərtlərin ödənilməsi (ölkədən çıxıb, ölkəyə qayıtmaq barədə pasport və ya onu əvəz edən sənəddə səlahiyyətli orqanlar tərəfindən qeyd aparılması, yaxud «Ezamiyyə vəsiqəsi» verilməsi ezamiyyətdən qayıtdıqdan sonra ezamiyyət ilə əlaqədar xəclədiyi vəsaitlərin məbləği haqqında avans hesabatını təqdim etməsi də müəyyən edilmir. Işin hallarından müəyyən olunur ki, adıçəkilən protokolun və Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq qərarına əsasən Türkiyə Respublikasına göndərilən Azərbaycan Ordusunun hərbi qulluqçularının Türkiyə Respublikasında olduğu müddətdə daimi xidmət yerində aldıqları pul təminatı, qəbul edən Türkiyə Respublikasının Silahlı Qüvvələrində eyni vəzifədə xidmət edən hərbi qulluqçunun aylıq maaşının 75 faizi miqdarında əlavə ödəniş və əlavə xərclər (icbari tibbi sığorta, viza və mübadilə olunduğu ölkədə qeydiyyat xərcləri) olaraq ödənilməsi nəzərdə tutulmuşdur. Təqdim edilmiş icraat materiallarından da müəyyən olunur ki, iddiaçıya 2020-2022-ci illərdə Türkiyə Respublikasında olduğu müddətdə pul təminatında ona burada aldığı əmək haqqı, kirayə haqqı, Türkiyə Respublikasının Silahlı Qüvvələrində eyni vəzifədə xidmət edən hərbi qulluqçunun aylıq maaşının 75 faizi həcmində ödəniş hesablanaraq ödənilmişdir. Beləliklə, hazırkı iddia tələbinin hüquqi əsası “Ezamiyyə xərclərinin normaları haqqında” qərar təşkil etmədiyindən iddia tələbi təmin edilməməlidir.

7. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsini xahiş edilmişdir.

III. Apellyasiya şikayətinin dəlilləri:

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bir sıra faktiki halları aydınlaşdırmamışdır. Bu halların hər biri məhkəmənin gəldiyi nəticəyə birbaşa təsir göstərə biləcək xarakter daşıyır: Məhkəmə iş materiallarında olan ##.##.2020-ci il tarixli *** nömrəli əmri (ezamiyyətə göndərilmə) və ##.##.2022-ci il tarixli *** nömrəli əmri (ezamiyyətdən qayıtma) əsasında onun hüquqi statusunu araşdırmamışdır. Həmin əmrlər ezamiyyət statusunun əsas hüquqi faktıdır və bu fakt təsdiqləndiyi halda ezamiyyətlə bağlı maddi təminat hüquqlarının yaranması üçün hüquqi əsas təşkil edir. Məhkəmə bu əsas halları araşdırmadan ezamiyyətin mövcud olmadığını nəticə kimi qəbul etməklə qərarını qeyri-mötəbər əsaslara söykəmişdir. Məhkəmə ##.##.2022-ci il tarixli ** nömrəli əmrlə ezamiyyət müddətinin uzadılması faktını araşdırmamışdır. Nazirin xüsusi əmri ezamiyyətin rəsmi və davamlı xarakterini təsdiq edir, eyni zamanda “40 günlük limit” arqumentini hüquqi cəhətdən əsassız edir. Məhkəmə onun Türkiyə Respublikasında konkret hansı xidməti vəzifələri icra etdiyini və xidməti fəaliyyətlə məşğul olub-olmadığımı araşdırmamışdır. Vəzifə icrası ezamiyyət statusunu təsdiq edir və ödənilmiş əmək haqqı ilə digər təminatların hüquqi əsasını müəyyən edir. Bu fakt aydınlaşdırılmadan “xidmət icra olunmayıb” nəticəsi əsassızdır. Məhkəmə, iş materiallarında olan mehmanxana xərclərinin ödənilməsi faktına hüquqi qiymət verməmişdir. Mehmanxana xərclərinin ödənilməsi yalnız ezamiyyət statusu olduqda mümkün olan maliyyə təminatıdır və inzibati orqan (MN) tərəfindən faktiki olaraq tanındığını göstərir. Bu fakt nəzərə alınmadan ezamiyyətin inkarı məntiqi ziddiyyət yaradır. Məhkəmə “ezamiyyət vəsiqəsinin olmaması”nı əsas götürmüş, lakin bu sənədin niyə verilmədiyini, verilməsinin hansı orqanın vəzifəsi olduğunu və dövlət orqanının hərəkətsizliyini araşdırmamışdır. Dövlət orqanının hərəkətsizliyi və ya səhlənkarlığı şəxsin hüquqlarının məhdudlaşdırılması üçün əsas ola bilməz. Məhkəmə beynəlxalq protokola əsasən “qonaq hərbi heyət” və “mübadilə üzrə ezam olunmuş şəxs” statusunu faktiki və hüquqi cəhətdən müəyyən etməmişdir. Bu status beynəlxalq müqavilə əsasında formalaşmaqla, tətbiq edilən hüquqi rejimi müəyyən edir və üstün hüquqi qüvvəyə malik norma kimi məhkəmə tərəfindən nəzərə alınmalı idi. Məhkəmə ərzaq payı əvəzinə pul kompensasiyası ödənişinin dayandırılması, mənzil kirayəsi kompensasiyasının azaldılması və ezamiyyət ödənişlərinin dəyişdirilməsinin normativ hüquqi əsaslarını cavabdehdən tələb etməmiş və araşdırmamışdır. Qanunla nəzərdə tutulmuş imperativ sosial təminat hüquqlarının məhdudlaşdırılması yalnız qanuni əsas olduqda mümkündür. Məhkəmə cavabdehin tətbiq etdiyi subyektiv hesablanma metodunun mövcud normativ hüquqi akta əsaslandığını araşdırmamışdır. Bu metodun qanunauyğunluğu müəyyən edilmədən maddi tələblər üzrə düzgün nəticəyə gəlmək mümkün deyil. Yuxarıda qeyd olunan faktiki halların aydınlaşdırılmaması məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının ya ümumiyyətlə tətbiq edilməməsinə, ya da natamam tətbiqinə, habelə hüquq normalarının düzgün təfsir edilməməsinə səbəb olmuş və nəticədə qəbul edilmiş qərarı əsassız və natamam etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər- Birinci instansiya məhkəməsi iş üzrə bir sıra faktiki halların mövcudluğunu qəbul etmiş, lakin həmin halları qanunla nəzərdə tutulmuş sübut vasitələri ilə təsdiq etməmiş, onları ya ümumiyyətlə sübutsuz qəbul etmiş, ya da qeyrimötəbər və əlaqəsiz mülahizələrə əsaslandırmışdır: Məhkəmə mənim daimi xidmət yerindən xarici ölkəyə göndərilməyimi ezamiyyət hesab etməmişdir. Bu nəticə aşağıdakılarla ziddiyyət təşkil edir: - iş materiallarında olan rəsmi ezamiyyət əmrləri (##.##.2020-ci il tarixli *** nömrəli və ##.##.2022-ci il tarixli *** nömrəli əmrlər); - ezamiyyət müddətinin uzadılması barədə Müdafiə Nazirinin ##.##.2022-ci il tarixli ** nömrəli əmri; - mehmanxana xərclərinin ödənilməsi faktı. Məhkəmə bu rəsmi sənədləri təkzib edən heç bir sübut təqdim etmədən, yalnız abstrakt mülahizələrə əsaslanaraq ezamiyyət faktını inkar etmişdir. Məhkəmə Türkiyə Respublikasında xidməti fəaliyyətlə məşğul olmadığım qənaətinə gəlmişdir. Halbuki: - göndərilmə rəsmi əmrlərlə həyata keçirilmişdir; - həmin müddət ərzində əsas əmək haqqından başqa mehmanxana xərcləri ödənilmişdir; - mənim statusum dövlətlərarası mübadilə proqramı çərçivəsində müəyyən edilmişdir. Bu hallar xidməti fəaliyyətin mövcudluğunu təsdiq etdiyi halda, məhkəmə əks nəticəni heç bir konkret sübuta əsaslandırmadan qəbul etmişdir. Məhkəmə ezamiyyət faktının sübutu üçün ezamiyyət vəsiqəsin vacibliyini əsas götürmüş, lakin bu sənədin ezamiyyətin yeganə sübut vasitəsi olmadığını nəzərə almamışdır. Məhkəmə həmin sənədin olmamasına səbəb olan halları və bunun hansı orqanın vəzifəsi olduğunu araşdırmadan bu faktı mənim əleyhimə qiymətləndirmişdir ki, bu da sübutetmə qaydalarının pozulmasıdır. Məhkəmə cavabdeh tərəfindən tətbiq edilən “75% xarici zabitin maaşı” metodunu qanuni hesab etmişdir. Lakin: - hansı normativ hüquqi akta əsaslandığı müəyyən edilməmiş; - hüquqi tətbiq mexanizmi və hesablanma qaydası cavabdehdən tələb olunmamış; - həmin məbləğin hansı normativ aktla təsbit edildiyi araşdırılmamış; - Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** nömrəli və *** nömrəli qərarları ilə uyğunluğu yoxlanılmamış; - “75%” göstəricisinin hansı hüquqi norma əsasında müəyyən edildiyi sübut olunmamışdır. Halbuki inzibati orqan tətbiq etdiyi məhdudlaşdırıcı və ya hüquqi nəticə yaradan metodun normativ əsasını sübut etməyə borcludur. Məhkəmə isə həmin metodun hüquqi mənbəyini, normativ əsasını və tətbiq edilmə qaydasını araşdırmadan cavabdehin mövqeyini qəbul etmiş, bununla da işin hallarının tam və obyektiv araşdırılması prinsipini pozmuşdur. Nəticədə məhkəmə qərarı ehtimala və cavabdehin təsdiqlənməmiş izahına əsaslanmış, hüquqi müəyyənlik və qanunçuluq tələblərinə uyğun əsaslandırılmamışdır. Məhkəmə beynəlxalq protokolun tətbiqini əhəmiyyətsiz hesab etmişdir. Halbuki: - protokolun mənə şamil olunub-olunması; - protokolun hüquqi qüvvəsi və daxili normativ aktlara nisbətən prioriteti; - protokolun “ezam olunma” anlayışının məzmunu araşdırılmamışdır. Bu hallar sübutsuz qaldığı halda məhkəmə hüquqi nəticəni əsaslandırmışdır. Yuxarıda göstərilənlər sübut edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən halları qanunla nəzərdə tutulmuş sübut vasitələri ilə təsdiq etməmiş, mövcud sübutları nəzərə almamış və ya təhrif etmiş, nəticələri isə ehtimal xarakterli mülahizələrə əsaslandırmışdır. Bu isə IPM-in 58, 68 və 69-cu maddələrinin pozulması ilə nəticələnmiş və qəbul edilmiş qərarın sübutlara əsaslanmadığını və hüquqi baxımdan əsassız olduğunu göstərir. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş və ya iş materiallarından açıq-aydın görünən faktiki hallar ilə məhkəmənin gəldiyi hüquqi nəticələr arasında ciddi və aradan qaldırılmamış ziddiyyətlər mövcuddur. Məhkəmə həmin faktlardan irəli gələn hüquqi nəticələri düzgün müəyyən etməmişdir: Məhkəmə ##.##.2020-ci il tarixli *** nömrəli və ##.##.2022-ci il tarixli *** nömrəli əmrlərin mövcudluğunu və hüquqi qüvvəsini inkar etməmişdir. Lakin buna baxmayaraq, mənim ezamiyyətdə olmadığım nəticəsinə gəlmişdir. Bu, hüquqi faktın (ezamiyyət əmri) qəbul edilməsi ilə həmin faktın doğurduğu hüquqi nəticənin (ezamiyyət statusunun) əsassız şəkildə rədd edilməsi deməkdir və açıq məntiqi ziddiyyət təşkil edir. Məhkəmə Müdafiə Nazirinin ##.##.2022-ci il tarixli ** nömrəli əmri ilə ezamiyyət müddətinin uzadılması faktını nəzərə almamış və eyni zamanda ezamiyyətin mövcud olmadığını qəbul etmişdir. Hüquqi münasibət mövcud olmadığı halda onun uzadılması mümkün olmadığından, bu yanaşma faktiki hallardan çıxarılan nəticənin məntiqsiz olduğunu göstərir. Iş materiallarından xaricdə olduğum müddətdə mənə mehmanxana xərclərinin ödənildiyi müəyyən edilir. Bu cür ödənişlər yalnız ezamiyyət hüquqi rejimi çərçivəsində mümkündür. Məhkəmə bu faktı nəzərə aldığı halda, eyni zamanda ezamiyyətin mövcud olmadığını qəbul etməklə faktlarla ziddiyyət təşkil edən nəticəyə gəlmişdir. Məhkəmə bir tərəfdən Türkiyə Respublikasında xidməti fəaliyyətlə məşğul olmadığı qənaətinə gəlmişdir. Eyni zamanda məhkəmə tərəfindən müəyyən edilmişdir ki, həmin dövrdə pul təminatım (əsas maaşı) saxlanılmış və ona əlavə ikinci əmək haqqının ödənişi (xarici zabitin maaşının 75%-i həcmində) həyata keçirilmişdir. Hərbi qulluqçulara pul təminatının saxlanılması və əlavə ödənişlərin verilməsi yalnız xidməti vəzifələrin icrası ilə bağlı hüquqi münasibətin davam etdiyini təsdiq edir. Məhkəmənin bir tərəfdən “xidməti fəaliyyət yoxdur” nəticəsinə gəlməsi, digər tərəfdən isə həmin fəaliyyətə xas olan maliyyə təminatının qanuni hesab edilməsi arasında açıq və əsaslı ziddiyyət mövcuddur. Bu ziddiyyət məhkəmənin faktiki hallardan düzgün hüquqi nəticə çıxarmadığını və qərarın əsassız olduğunu göstərir. Məhkəmə ezamiyyət vəsiqəsinin olmamasını əsas götürərək ezamiyyəti inkar etmişdir. Lakin eyni zamanda ezamiyyətə göndərilmə əmrlərinin və maliyyə təminatının (mehmanxana xərclərinin ödənilməsi) mövcudluğunu nəzərə almışdır. Məhkəmə bu sübutlar arasında hüquqi prioriteti düzgün müəyyən etməmiş, daha yüksək hüquqi qüvvəyə malik sübutları nəzərə almadan formal sənədin olmamasına üstünlük vermişdir. Məhkəmə onun beynəlxalq mübadilə proqramı çərçivəsində xarici ölkəyə göndərildiyini qəbul etmişdir. Lakin bu statusdan irəli gələn hüquqi nəticələri, o cümlədən beynəlxalq müqavilənin (Protokolun) tətbiqini nəzərə almamışdır. Bu isə faktın qəbul edilməsi ilə onun hüquqi kvalifikasiyasının aparılmaması arasında ziddiyyət yaradır. Yuxarıda göstərilənlər aydın şəkildə sübut edir ki, birinci instansiya məhkəməsi müəyyən etdiyi faktiki hallardan düzgün hüquqi nəticə çıxarmamış, faktlarla hüquqi nəticələr arasında məntiqi əlaqəni təmin etməmiş və işin real hallarına uyğun gəlməyən qərar qəbul etmişdir.

IV. Tərəflərin izahatları:

9. Məhkəmə kollehiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasının keçirilmə yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılan cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasında iştrak etməmiş və iştrak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər.

Əsaslandırıcı hissə

V. Tətbiq olunan hüquq

Azərbaycan Respublikasının “Hərbi qulluqçuların statusu haqqında” Qanunu: Maddə 4. Hərbi qulluqçular tərəfindən hərbi xidmət vəzifələrinin icrası

2. Hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş, əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. Zərurət olduqda hərbi qulluqçu komandirin (rəisin) əmri ilə və ya öz təşəbbüsü ilə istənilən vaxtda və istənilən yerdə öz vəzifələrinin icrasına başlamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli “Ezamiyyə xərclərinin normaları haqqında” Qərarı:

2. “Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları” təsdiq edilsin.

4. Müəyyən edilsin ki, ezamiyyə xərclərinin 1 günlük normasına mehmanxana xərcləri və gündəlik xərclər (yemək, şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlərlə bağlı xərclər) daxildir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin ##.##.2012-ci il tarixli “X3”nın təsdiq edilməsi haqqında Qərarı: III. Xarici ölkələrə ezamiyyələr

4. Bütün ezamiyyə xərclərini dəvət edən tərəf öz üzərinə götürdüyü hallarda işçiyə ezamiyyə xərci ödənilmir. Azərbaycan Respublikasının 2018-ci il # ####### tarixli ****-VQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında imzalanan şəxsi heyətin mübadiləsinə dair Protokolu": Maddə 2.

1. Qonaq hərbi heyət – Göndərən Dövlətin Silahlı Qüvvələrinə mənsub olan, Qəbul edən Dövlətin ölkəsində təlim, tədris, müşahidəçilik və mübadilə məqsədilə olan hərbi şəxsi heyəti ifadə edir.

5. Mübadilə – Tərəflər arasında razılaşmaya əsasən müəyyən müddətə və sahələr üzrə Göndərən Dövlətin mütəxəssis heyətinin Qəbul edən Dövlətdə aidiyyəti vəzifələrin icrası üçün ezam olunması fəaliyyətini ifadə edir. Maddə 4. Tərəflər arasında şəxsi heyətin mübadiləsi aşağıda qeyd olunan sahələrdə həyata keçirilir:

1. hərbi təhsil müəssisələri arasında elmi-pedaqoji kadrların mübadiləsi,

2. V, Vnin müavini, taqım/V, taqım/Vnin müavini, taqım/bölük Ru və s. vəzifələrin yerinə yetirilməsi üçün aidiyyəti şəxsi heyətin ezam olunması,

3. qərargah xidmətləri üzrə qarşılıqlı təcrübə mübadiləsi fəaliyyətlərinin təşkili, 4.qarşılıqlı razılaşma əsasında müxtəlif ixtisaslar və sahələr üzrə təlimatçımütəxəssislərin və ya mobil təlim qruplarının dəvət edilməsi,

5. əlaqələndirici zabit vəzifəsinin təsis edilməsi. Maddə 6. m. Tərəflər başqa cür razılığa gəlmədikləri təqdirdə, Qonaq hərbi heyət ezam olunduğu hərbi hissə/təşkilatın yerləşdiyi qarnizonun hüdudları daxilində yerləşdirilir. o. Qəbul edən Dövlətin milli qanunvericiliyinə uyğun olaraq, bu Protokol çərçivəsində ezam olunan mübadilə heyəti Qəbul edən Dövlətin öz vəzifələrində olan bərabər rütbədəki şəxsi heyəti ilə eyni məhdudiyyətlərə və şərtlərə malikdir. Maddə 7

1. Qonaq hərbi heyətlə ailə üzvlərinə təcili tibbi və stomotoloji xidmətlər Qəbul edən Dövlət tərəfindən ödənişsiz göstəriləcəkdir.

2. Təcili tibbi və təcili stomotoloji xidmətlər xaricindəki müayinə və müalicə xərcləri Qəbul edən Dövlətin milli qanunvericiliyinə görə etdiriləcək tibbi sığorta və ya beynəlxalq sığorta müqavilələri çərçivəsində etibarlı bir tibbi sığorta tərəfindən ödənilir. Qonaq hərbi heyət və ailə üzvlərinin sığorta haqlan və müalicə xərcləri Göndərən Dövlət və ya Qonaq hərbi heyətin özü tərəfindən ödənilir. Maddə 8

3. Iaşə və yaşayış: a. Qəbul edən Dövlət Qonaq hərbi heyətə ezam olunduğu komandanlığın qonaq evində ödəniş qarşılığında yer ayırır. Qonaq hərbi heyət Qəbul edən Dövlətdəki ona bərabər tutulan heyətin ödədiyi qədər məbləği ödəyir. Maddə 9

1. Qonaq hərbi heyətin və ailə üzvlərinin hər növ maliyyə və təminat haqları Göndərən Dövlət tərəfindən təmin olunur. Göndərən Dövlət, aşağıda göstərilənlər də daxil olmaqla, mübadilə olunan şəxsi heyətin bütün məsrəf və xərclərini təmin edir: a. Qonaq hərbi heyətin maaşı, bütün təxsisatı və təminatı, b. Qonaq hərbi heyətin və ailə üzvlərinin, Qəbul edən Dövlətə səyahətləri də daxil olmaqla, ancaq bununla məhdudlaşmayaraq, tapşırığı ilə bağlı olmaq şərtilə bütün səyahət xərcləri, c. Qonaq hərbi heyətin və ailə üzvlərinin şəxsi əşyalarının daşınması və bu əşyalarda meydana gələ bilən itki və zərərlər, d. Qonaq hərbi heyətin bu Protokol xaricində qala biləcək rəsmi və/və ya qeyri-rəsmi təlimlə bağlı xərcləri. Azərbaycan Respublikası “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu: 23.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrin Azərbaycan Respublikasının normativ hüquqi aktlarına münasibətdə hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyası Maddə 151.Beynəlxalq aktların hüquqi qüvvəsi Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

VI. Məhkəmənin mövqeyi

11. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

12. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli “Ezamiyyə xərclərinin normaları haqqında” Qərarının 8-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, 1 ay müddətində “X3”nı hazırlayıb müvafiq qaydada təsdiq etsinlər. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin ##.##.2012-ci il tarixli “X3”nın təsdiq edilməsi haqqında Qərarının 4-cü bəndində göstərilmişdir ki, işçilərin ezamiyyət müddəti təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir, lakin yolda olduğu müddət hesaba alınmamaqla, bu müddət 40 gündən yuxarı ola bilməz. Göründüyü kimi, sözügedən qərarla 40 günədək ezam olunmuş şəxslərin hüquqi vəziyyəti tənzimlənmişdir.

13. Tərəflər arasında mübahisələndirilməyən hal ondan ibarətdir ki, iddiaçı ##.##.2020- ##.##.2022-ci illərdə Türkiyə Respublikasının Ankara şəhərində ezamiyyətdə olmuşdur.

14. Iddiaçının hüquqi marağı və məqsədi ezamiyyətdə olduğu müddətə görə ona ezamiyyət haqqının verilməsinə nail olmaqdan ibarətdir.

15. Iş materiallarından müəyyən olunur ki, iddiaçının Türkiyə Cumhuriyyətində ezamiyyəti “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyyə Respublikası Hökuməti arasında şəxsi heyətin mübadiləsinə dair” Protokola əsasən həyata keçirilmişdir. Həmin Protokolun 9-cu bəndində göstərilmişdir ki: Maddə 9

1. Qonaq hərbi heyətin və ailə üzvlərinin hər növ maliyyə və təminat haqları Göndərən Dövlət tərəfindən təmin olunur. Göndərən Dövlət, aşağıda göstərilənlər də daxil olmaqla, mübadilə olunan şəxsi heyətin bütün məsrəf və xərclərini təmin edir: a. Qonaq hərbi heyətin maaşı, bütün təxsisatı və təminatı, b. Qonaq hərbi heyətin və ailə üzvlərinin, Qəbul edən Dövlətə səyahətləri də daxil olmaqla, ancaq bununla məhdudlaşmayaraq, tapşırığı ilə bağlı olmaq şərtilə bütün səyahət xərcləri, c. Qonaq hərbi heyətin və ailə üzvlərinin şəxsi əşyalarının daşınması və bu əşyalarda meydana gələ bilən itki və zərərlər, d. Qonaq hərbi heyətin bu Protokol xaricində qala biləcək rəsmi və/və ya qeyri-rəsmi təlimlə bağlı xərcləri.

16. Beləliklə, iki ölkə arasında imzalanmış protokol qaydalarına əsasən qonaq hərbi heyətin hər növ maliyyə və təminat haqları, o cümlədən yemək və yataq xərcləri Göndərən Dövlət –hazırkı halda Cavabdeh tərəfindən təmin olunur. Işin hallarından müəyyən olunur ki, adıçəkilən protokolun və Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq qərarına əsasən Türkiyə Respublikasına göndərilən Azərbaycan Ordusunun hərbi qulluqçularının Türkiyə Respublikasında olduğu müddətdə daimi xidmət yerində aldıqları pul təminatı, qəbul edən Türkiyə Respublikasının Silahlı Qüvvələrində eyni vəzifədə xidmət edən hərbi qulluqçunun aylıq maaşının 75 faizi miqdarında əlavə ödəniş və əlavə xərclər (icbari tibbi sığorta, viza və mübadilə olunduğu ölkədə qeydiyyat xərcləri) olaraq ödənilməsi nəzərdə tutulmuşdur. Təqdim edilmiş icraat materiallarından da müəyyən olunur ki, iddiaçıya 2020- 2022-ci illərdə Türkiyə Respublikasında olduğu müddətdə pul təminatında ona aldığı əmək haqqı, kirayə haqqı, Türkiyə Respublikasının Silahlı Qüvvələrində eyni vəzifədə xidmət edən hərbi qulluqçunun aylıq maaşının 75 faizi həcmində ödəniş, eləcə də mühmanxana xərcləri hesablanaraq ödənilmişdir.

17. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikası “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu baxımından “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyyə Respublikası Hökuməti arasında şəxsi heyətin mübadiləsinə dair” Protokol Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli “Ezamiyyə xərclərinin normaları haqqında” Qərarından daha üstün hüquqi qüvvəyə malikdir.

18. Odur ki, göstərilən məsələyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli “Ezamiyyə xərclərinin normaları haqqında” Qərarı şamil edilmir. Belə ki, iddiaçının qeyd edilən müddətdə ezamiyyəsi ilə bağlı məsələləri tənzimləyən xüsusi sənəd - yuxarıda qeyd edilən Protokol mövcuddur. Iddiaçının ezamiyyə xərcləri də məhz həmin Protokola uyğun olaraq yuxarıdakı kimi ödənmişdir. Belə olan təqdirdə iddiaçının Nazirlər Kabinetinin müvafiq qərarına istinad ezamiyyə xərclərinin ödənilməsi tələbi əsassızdır.

19. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Nəticə hissəsi

20. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94- cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qərarı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qərardan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Günel Sevdimalıyeva Hakimlər Pərviz Hüseynov Orxan Ismayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar