Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1500/2026 16.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Axundov İlham Abil oğlunun cavabdeh Cavabdeh qarşı “səbəbli əlaqənin müəyyən edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X8 və X5 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı Axundov İlham Abil oğlunun, onun vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. “xxxx” publik hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli **-*-**/*-***/**** nömrəli arayışa əsasən işğal zamanı Şuşa Mərkəzi Xəstəxanasının bütün arxiv sənədləri işğal zonasında qalmışdır.
2. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai Rayon İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *** nömrəli arayışa əsasən 1957-ci il təvəllüdlü Axundov İlham Abil oğlu həqiqətən ##.##.1991-ci ildən ##.##.1993-cü ilədək hərbi xidmətdə olmuş, hərbi xidmət dövründə AR Baş Prokurorluğunun nəzdində yaradılmış “Vahid İstintaq Əməliyyat” qrupunun tərkibində Qarabağda hərbi xidmətə ezam olunmuşdur.
3. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçıya MV seriyalı, ***** nömrəli, ##.##.2020-ci il tarixli “Müharibə veteranı” vəsiqəsi verilmişdir.
4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ####### 2015ci il tarixli qətnaməsinə əsasən Axundov İlham Abil oğlunun ## ##### 1991-ci ildən ## ##### 1993-cü ilə kimi Qarabağ uğrunda döyüş zonalarında erməni qəsbkarları ilə döyüşlərdə iştirak etməsi faktı müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.
5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən # ###### 2026cı il tarixli *-**-*/*-***/**** nömrəli məktubla Axundov İlham Abil oğluna dair tibbi-sosial ekspertiza sənədlərinin surəti məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən İ.Axundova sonuncu dəfə ##.##.2021-ci il tarixdən 5 il müddətinə ikinci dərəcəli əlillik dərəcəsi təyin edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Axundov İlham Abil oğlu cavabdeh Cavabdeh qarşı diaqnoz xəstəliyinin (“Sol orta beyin arteriyası hövzəsində işemik insultun qalıq əlamətləri, ÜİX. İnfarkdan sonra sağ tərəfli hemiparez” səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” ifadəsi ilə dəyişdirilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1991-ci ildən ##.##.1993-cü ilədək ##.##.1991-ci ildə Azərbaycan Respublikasının Baş prokurorunun ** saylı əmri ilə X2 Vilayətində yaradılmış Azərbaycan Respublikasının Prokrurluğunun tərkibində Prokurorluq, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin “Vahid İstintaq Əməliyyat Qrupu”nun tərkibində işləyərkən İ Qarabağ müharibəsində iştirak etmişdir. Bununla əlaqədar Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)- ****/**** saylı ##.##.2015-ci il tarixli qətnaməsi və ***** nömrəli, ##.##.2020-ci il tarixli müharibə veteranı vəsiqəsini əlavə edir. Qeyd edir ki, o, Vahid İstintaq Əməliyyat Qrupunda xidmətə başlayanda ilkin olaraq Ştab Şuşa şəhərində yerləşdiyi üçün Şuşa şəhərinə getmiş, o zaman müxtəlif özünümüdafiə batalyonlarında erməni ekstramistlərlə döyüşlərdə iştirak etmişdir. İlk dəfə Kərkicahan qəsəbəsi uğrunda döyüşlər zamanı ağır xəsarət almışdır. O zaman yanında mərmi partlaması nəticəsndə “Kəllə beyin travması, “Kontuziya” almışdır. Xəsarətdən sonra o, yüksən qan təzyiqi və insult keçirmiş, ona görə də, uzun müddət stasionar müalicələrdə olmuşdur. Sonradan xəstəliyi şiddətlənmiş, başında, qulağında səslər əmələ gəlmiş, yaddaş pozuntusu baş vermiş, görmə qabiliyyəti zəifləmiş, hərəkətlərində çətinliklər yaranmış, ürək bulanmasından, baş gicəllənməsindən əziyyət çəkir. Aldığı xəsarətlərin ilkin müalicəsi Şuşa xəstəxanasında aparılmışdır. Müalicəni təsdiq edən çıxarış epikrizi Şuşa Xəstəxanasında qalmışdır. Lakin, sonradan ermənilərin Şuşa şəhərini işğal etməsindən sonra müalicə sənədləri xəstəxanada qalmışdır. Sonradan onun xəstəliyi şiddətləndiyi üçün ##.##.2007-ci ildən ##.##.2007- ci ilə kimi Rusiya Federasiyasının Yekatrenburq şəhərində xəstəxanada Nevroloji şöbədə müayinə və müalicədə olmuşdur. ##.##.2008-ci ildən ##.##.2008-ci ilə kiimi aprel ayhında “AR SN X1”ndə müalicədə olmuşdur. ##.##.2008-ci ildə Bakı Medical Centrdə ona “Sol alın payında subkortikal ağ maddədə və sol sentrum semiovalede işemik sahələr” diaqnozu qoyulmuş və həmin diaqnoz üzrə müalicə almışdır. ##.##.2016-cı il tarixdə ona TSEK tərəfindən ikinci qrup əlillik dərəcəsi təyin edilmişdir. O illər üzrə müalicəsini davam etdirmiş və hər il stasionar qaydada müalicədə olmuşdur. O, 1991ci ildə aldığı xəstəliyin səbəb əlaqəsinin dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən ##.##.2025-ci il tarixli məktubla imtina edilmişdir. Hesab edir ki, ona ##.##.2016-cı ildə təyin edilmiş 2-ci dərəcəli əlillik qrupunda göstərilən diaqnoz-xəstəlik “Sol orta beyin arteriyası hövzəsində işemik insultun qalıq əlamətləri, ÜİX. İnfarkdan sonra sağ tərəfli hemiparez” 1991-ci ilin yay aylarında Şuşa rayonu, Kərkicahan qəsəbəsi uğrunda gedən döyüşlərdə aldığı kontuziyanın (travmanın) nəticəsində yaranmışdır.
8. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, Müdafiə nazirinin ## #### 2008-ci il tarixli *** saylı əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimat”ın 209-cu maddəsinin tələblərinə uyğun olaraq Axundov İlham Abil oğlunun aldığı xəsarətlərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi üçün onun qeydiyyatda olduğu SHXÇDX-nın müvafiq rayon idarəsindən göndəriş, onun xəsarət almasını təsdiq edən tibbi sənədlər və hərbi xidmət keçməsinə dair arayış (arayışda nə vaxtdan nə vaxta kimi hansı hərbi hissələrdə hərbi xidmət və hərbi toplanış keçdiyi, nə vaxt kimin əmri ilə Silahlı Qüvvələrdə ehtiyata buraxıldığ, əgər vətəndaş ehtiyata buraxılmayıbsa onun hərbi xidmət yeri üzrə hərbi prokurorluğun cinayət işinə xitam verilməsi və ya barəsində cinayət işi olmamasına dair məktubuna və ya amnistiya aktına əsasən qeydiyyata götürüldüyü qeyd olunmalıdır) MN MHHK-na göndərilməlidir. Lakin, SHXÇDX-nın Xətai rayon İdarəsinin İ.Axundov barəsində verdiyi ##.##.2025-ci il tarixli *** nömrəli hərbi xidmətkeçmə haqqında arayışı Müdafiə nazirinin ## #### 2008-ci il tarixli *** saylı əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimat”ın 209-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, həmin arayışda İ.Axundovun ##.##.1991-ci il tarixdən ##.##.1993-cü il tarixədək hərbi xidmətdə olması göstərilsə də, onun kimin əmri ilə hansı hərbi hissənin tərkibində hərbi xidmətdə olması və kimin əmri ilə ehtiyata buraxılması barədə məlumat göstərilməmişdir. SHXÇDX-nın Xətai rayon İdarəsi həmin arayışı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2015- ci il tarixli qətnaməsi əsasında vermişdir. Həmin qətnamədə isə İ.Axundovun ##.#.1991- ci il tarixdən ##.##.1993-cü il tarixə kimi Qarabağda “hərbi xidmətkeçmə” faktı deyil, döyüşlərdə “iştirak etmə” faktı müəyyən edilmişdir. Bunlar isə tam fəqli anlayışlardır. Belə ki, şəxsin döyüşlərdə iştirak etməsi onun hərbi xidmət keçməsi anlamına gələ bilməz. Həmçinin, Müdafiə Nazirliyi Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Mərkəzi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli K/** nömrəli müayinə aktında da, onun bədən səthində partlayış travmasına xarakterik aşkar bədən xəsarəti və digər xəsarət izlərinin müəyyən edilmədiyi göstərilmişdir. Bundan başqa, İ.Axundov ezamiyyətdə olduğu müddətə aid heç bir tibbi və ya hərbi tibbi sənəd təqdim etmədiyindən ona xəstəliklərinin hərbi xidmətlə səbəb əlaqəsinə dair qərar vermək mümkün deyildir.
9. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
10. İddiaçı Axundov İlham Abil oğlu həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
b) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1991–1993-cü illərdə vahid hərbi qeydiyyat sistemi mövcud olmamışdır, nizami hərbi hissələr tam formalaşmamışdır, döyüşlər əsasən könüllü və yarı-təşkilatlanmış strukturlar vasitəsilə aparılmışdır. Belə olan halda, cavabdehin və məhkəmənin həmin dövr üçün faktiki olaraq mövcud olmayan sənədləri tələb etməsi hüquqi baxımdan əsassız və ədalətsizdir. İddiaçı döyüş zamanı ağır travma almışdır, sonrakı dövrdə nevroloji xəstəliklər inkişaf etmişdir, nəticədə insult və əlillik yaranmışdır. Bu, tibbi baxımdan ardıcıl və məntiqi inkişaf edən prosesdir. Məhkəmə bu əlaqəni müəyyən etmək üçün əlavə ekspertiza təyin etməmiş, tibbi sənədləri dərin təhlil etməmiş və nəticədə əsas mübahisə predmetini araşdırmamışdır.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
13. Məhkəmədə iddiaçı və onun vəkili ərizəyə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmədə nümayəndəsinin işitrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iclasının cavabdehin nümayəndəsinin işitrakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun:
2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: 1.2. Hərbi-həkim ekspertizası dinc və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji X7 Agentliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. Hərbi-həkim komissiyası hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçən, hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki: a) vətəndaş hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə hərbihəkim komissiyası tərəfindən şəhadətləndirilmiş və ya müalicə almış olsun, yaxud hərbi xidmətdən (orqanlarda xidmətdən) sağlamlıq vəziyyətinə görə buraxılmış olsun; b) vətəndaşda döyüş əməliyyatlarında iştirak etdiyi dövrdə almış olduğu bədən zədələnmələrinin aşkar nəticələri olsun; c) hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmış xəsarət, xəstəlik nəticəsində, yaxud hərbi xidmətdən (hərbi toplanışın qurtarmasından), orqanlarda xidmətdən buraxıldıqdan sonra 3 (üç) ay ərzində vətəndaşın əlilliyi müəyyən edilmiş olsun, yaxud o, vəfat etsin. 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”; əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə dinc dövrdə dövlət sərhədini mühafizə edərkən almışsa;... 7.3. Hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olubolmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. 7.5. Hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi vətəndaşların özlərinin, sosial müdafiə orqanlarının, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrin, orqanların kadr aparatlarının, habelə pensiya təminatını həyata keçirən orqanların müraciəti əsasında hərbi-həkim komissiyası tərəfindən təyin edilir.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXIŞININ HƏDLƏRİ 17.Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. 18.Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.2 maddələrinə əsasən)
20. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 14-16-cı bəndləri) əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalıdır.
21. Belə ki, iddiaçı diaqnoz xəstəliyinin (“Sol orta beyin arteriyası hövzəsində işemik insultun qalıq əlamətləri, ÜİX. İnfarkdan sonra sağ tərəfli hemiparez”) səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” ifadəsi ilə dəyişdirilməsini tələb edir.
22. Cavabdeh orqan isə İ.Axundovun ##.##.1991-ci il tarixdən ##.##.1993-cü il tarixədək hərbi xidmətdə olması göstərilsə də, onun kimin əmri ilə hansı hərbi hissənin tərkibində hərbi xidmətdə olması və kimin əmri ilə ehtiyata buraxılması barədə məlumatın göstərilmədiyini, onun bədən səthində partlayış travmasına xarakterik aşkar bədən xəsarəti və digər xəsarət izlərinin müəyyən edilmədiyini və ezamiyyətdə olduğu müddətə aid heç bir tibbi və ya hərbi tibbi sənəd təqdim etmədiyini bildirərək, imtina cavabı vermişdir.
23. İşin apellyasiya baxışı zamanı Cavabdeh tərəfindən verilmiş ##.##.2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, Axundov İlham Abil oğlu Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilməmişdir.
24. Həmçinin, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən verilmiş ##.##.2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, Axundov İlham Habil oğlu ##.##.1991-ci ildən ##.##.1993-cü ilədək Azərbaycan Respublikası Prokurorluğu, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin Qarabağ üzrə vahid istintaqəməliyyat qrupunda müqavilə əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiq vəzifəsində çalışmış, ##.##.1993-cü il tarixdə Azərbaycan Respublikasının prokurorluq orqanlarına işə qəbul olunaraq müxtəlif vəzifələrdə işləmiş və xidməti vəzifəsini yarıtmaz yerinə yetirdiyinə, əmək intizamını dəfələrlə pozduğuna və özünü ləkələyən hərəkətlərə yol verdiyinə görə Respublika Prokurorluğu Ali Attestasiya Komissiyası tərəfindən tutduğu vəzifəyə uyğun hesab edilmədiyindən Azərbaycan Respublikası Baş prokurorunun ##.##.1995ci il tarixli əmri ilə tutduğu vəzifədən azad edilərək prokurorluq orqanlarından xaric edilmişdir.
25. Qanunvericiliyin normalarından göründüyü kimi, travmanın a) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” dispoziya şərtinə uyğun olması üçün şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə dinc dövrdə dövlət sərhədini mühafizə edərkən almış olduğu müəyyən edilməlidir.
26. Lakin, iş materiallarından belə bir halın olması öz təsdiqini tapmamış və iddiaçının sağlamlıq vəziyyəti barədə epikrizlərdə onda “Sol orta beyin arteriyası hövzəsində işemik insultun qalıq əlamətləri, ÜİX. İnfarktdan sonra sağ tərəfli hemiparez” diaqnozunun olması müəyyən edilmişdir.
27. Odur ki, iddiaçının xəstəliyinin səbəbli əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilməsi qeyrimümkündür.
28. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
29. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı Axundov İlham Abil oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.