Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1504/2026 15.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Iddiaçı Səftərov Elnur Çingiz oğlunun iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş Idarəsinə qarşı (üçüncü şəxs Inşaat Konstruksiyaları MMC) “qeyri-yaşayış sahəsinin istismara qəbul edilməsinə icazə verilməsi öhdəliyinin cavabdehə həvalə ediməsi” iddia tələbinə dair Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq QƏRARA ALDI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək istifadəsində olan ünvan 1 ünvanında inşa edilmiş zirzəmili 2 mərtəbəli qeyri-yaşayış obyektinin istismarına icazənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayəti mümkün sayılaraq məhkəmə iclası ## #### 2026-cı il tarixə təyin edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ünvanlanan ərizə ilə bildirilmişdir ki, iddiaçının iddia tələbində əks olunan tələb artıq icra edilmiş, hazırda tərəflər arasında mübahisə mövcud deyildir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı yazılı ərizə təqdim edərək, iddiadan imtina etdiyini bildirərək, imtinanın nəticəsinin ona bəlli olduğunu, imtinanın qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyası iddiaçının ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli və hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-ci maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 55-ci maddəsrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş Idarəsinə qarşı (üçüncü şəxs Inşaat Konstruksiyaları MMC) “qeyri-yaşayış sahəsinin istismara qəbul edilməsinə icazə verilməsi öhdəliyinin cavabdehə həvalə ediməsi” tələbinə dair iş üzrə iddiaçının iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(3-6)-1504/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1504/2026
15.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver