Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1508/2026 17.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X1 (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, iddiaçı İddiaçı, iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi" tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı ##.##.2008-ci ildə Bakı şəhərində doğulmuş və ##.##.2018-ci ildən hazıradək ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Iddiaçının atası X6 ##.##.1977-ci ildə Ağdam şəhərində doğulmuş və ##.##.1994-cü ildən hazıradək ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Iddiaçının anası Qanuni nümayəndə ##.##.1983-cü ildə Bakı şəhərində doğulmuş və ##.##.2000-ci ildə hazıradək ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli arayışından görünür ki, aşağıdakı daşınmaz əmlaklara X6 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır: - Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti **/** nömrəli evin ** nömrəli mənzili, - Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Mərdəkan şossesi 5-ci döngə *A nömrəli fərdi yaşayış evi, - Goranboy rayonu Qarasüleymanlı kəndində yerləşən fərdi yaşayış evinə (arxiv əsaslarında təvəllüdü barədə məlumat aşkar edilmədi). Cavabdehin ##.##.2025-ci il tarixli arayışından görünür ki, iddiaçı İddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 57/58 ünvanında müvəqqəti qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində faktiki məskunlaşmışdır. Komitənin Regional idarəetmə və status şöbəsinin 2007-2025-ci illəri əhatə edən elektron məlumat bazasında X6, Qanuni nümayəndə, X5 və X3 məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi barədə qeyd aşkar edilməmişdir. X6 ##.##.2025-ci il tarixli ərizə ilə Cavabdeh müraciət edərək, ##.##.2008-ci il təvəllüdlü övladı İddiaçı məcburi köçkün vəsiqənin verilməsini xahiş etmişdir. Cavabdeh bundan imtina edərək ##.##.2025-ci il tarixli cavab məktubunda bildirmişdir ki, "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.1.6-cı bəndinin tələblərinə əsasən, valideynlərindən atası "məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. İddiaçı anası Qanuni nümayəndə qeydiyyatı ünvan 4 ünvanında olduğundan övladına məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ APARILAN ICRAAT: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. O, iddia tələbini belə əsaslandırmışdır ki, X6 ilə Qanuni nümayəndə birgə nikahından ##.##.2008-ci il təvəllüdlü İddiaçı dünyaya gəlmişdir. Iddiaçının atası X6 1993-cü ildə erməni təcavüzü nəticəsində ünvan 1 ünvanında müvəqqəti məskunlaşmışdır. Iddaçının atası X6 məcburi köçkün statusu vardır və bu barədə ona Cavabdeh tərəfindən ##.##.2014-cü ildə AA seriyalı ****** nömrəli məcburi köçkün vəsiqəsi verilmişdir. Iddiaçıya məcburi köçkün statusu və vəsiqəsi verilməsi üçün Cavabdeh ərizə ilə müraciət edilmiş, lakin Komitə imtina cavabı vermişdir. Cavabdeh iddiaya yazılı etiraz verməmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Cavabdeh ##.##.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.1.6-cı bəndində "valideynlərindən atası "məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlar" məcburi köçkün statusunu və onu təsdiq edən vəsiqəni almaq hüququna malik şəxslər olaraq müəyyən edilmişdir. Iddiaçıya münasibətdə 1-ci və 3-cü şərt ödənilsə də, 2-ci şərt, yəni hər iki valideynin qeydiyyatının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmasına dair şərt ödənilməmişdir. Belə ki, iddiaçının anası işğal olunmuş rayon (şəhər) üzrə deyil, ünvan 3 ünvanı üzrə daimi qeydiyyatdadır. Bu hal isə iddiaçının hazırkı tələbinin təmin edilməsindən imtina üçün əsas təşkil edir. Iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.1.6-cı bəndinə əsasən, valideynlərdən atası məcburi köçkün statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir. Göründüyü kimi, qanunun tələbinə əsasən, atanın məcburi köçkün statusuna malik olması onun övladı üçün məcburi köçkün statusunun verilməsinə kifayət edir. Lakin məhkəmə bunu nəzərə almamışdır. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya Idarəsinin ##.##.2025-ci il tarixli məktubundan da göründüyü kimi, o ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Onun qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş Ağdamdır və bu səbəbdən cavabdeh tərəfindən ona məcburi köçkün statusu və vəsiqəsi verilməli idi. Lakin cavabdeh və məhkəmə bu faktı nəzərə almamışlar. "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.1.6-cı bəndinin məqsədyönlü və sistemli təhlili göstərir ki, həmin normanın əsas məqsədi formal meyarları tətbiq etmək deyil, məcburi köçkün düşmüş şəxslərin və onların ailə üzvlərinin sosial hüquqlarının təmin edilməsidir. Bu baxımdan, onun yaşayış yeri üzrə daimi qeydiyyat ünvanının məhz işğal olunmuş ərazi üzrə olması faktı onun məcburi köçkün ailəsinə mənsubiyyətini və faktiki olaraq məcburi köçkün statusuna uyğun olduğunu təsdiq edir. Birinci instansiya məhkəməsi bu mühüm halı nəzərə almamış, normanı yalnız formal qaydada şərh etməklə işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Bu isə nəticə etibarilə onun sosial təminat hüququnun əsassız olaraq pozulmasına səbəb olmuşdur. TƏRƏFLƏRIN IZAHATLARI: Məhkəmə iclasında iddiaçının qanuni nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmədiyinə və məhkəməyə bunun səbəbləri barədə məlumat vermədiyinə görə işə onun iştirakı olmadan baxıldı. TƏTBIQ EDILƏN HÜQUQ: "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; Maddə 9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları ("Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin ##.##.1999-cu il tarixli *** nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Cavabdeh öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər; Maddə 10. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (##.##.1999-cu il tarixli *** nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Cavabdeh) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; Maddə 12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (##.##.1999-cu il tarixli *** nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Cavabdeh) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Azərbaycan Respublikası Prezidentinin ##.##.2005-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Cavabdeh haqqında Əsasnamə": 3.1. Komitə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla "məcburi köçkün" statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir. Cavabdeh ##.##.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar": 4.1. "Məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: ... 4.1.6. Valideynlərindən atası "məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kollegiya qeyd edir ki, iddiaçıya məcburi köçkün statusunun verilməsi ilə bağlı mübahisə "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın tələblərinə uyğun həll edilməlidir. Həmin Qaydaların 4.1.6-cı bəndinə görə, uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə o halda verilir ki, 1) atası "məcburi köçkün" statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının atası məcburi köçkün olmaqla Ağdam rayonunda pasport qeydiyyatındadır və Bakı şəhərində məskunlaşmışdır. Iddiaçının anası isə ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Deməli, iddiaçının hər iki valideyninin qeydiyyatının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması şərti təmin olunmur. Ona görə də cavabdeh iddiaçıya "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqə verməkdən imtina etməkdə haqlı olmuş və birinci instansiya məhkəməsi iddianı düzgün olaraq rədd etmişdir. Iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, məcburi köçkün statusunun verilməsi ilə bağlı Qaydalar insanların konstitusion hüquqlarını pozan və qanunları əngəlləyən məhdudiyyətlər yaratmamışdır. Inzibati orqanın vəzifəsidir ki, qanun və qaydalarda nəzərdə tutulmuş tələblərə əməl etsin. Hazırkı halda iddiaçıya məcburi köçkün statusunun verilməsi ilə bağlı şərtlər ödənilmədiyindən cavabdeh tərəfindən verilmiş imtina qanuni və əsaslı olmuşdur. Iddiaçının apellyasiya şikayətinin digər dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ünvan 2-də qeydiyyatda olması uşaqların məcburi köçkün statusu alması ilə bağlı yuxarıda göstərilən qaydaları dəyişmir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas müəyyən etmədi və bu qənaətə gəldi ki, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim edildiyi gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-6)-1508/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1508/2026
17.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver