Məhkəmə qərarları › İş №2-1(3-6)-1528/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1528/2026

17.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1528/2026 17.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “büdcədənkənar ödəniş kimi qeyd olunmuş vəsaitin dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına aparıldığı barədə yeni arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Açar sözlər: (büdcədənkənar ödəniş kimi qeyd olunmuş vəsaitin dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına aparıldığı barədə yeni arayışın verilməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Hüseynov Pərviz Aktiv oğlu və X4 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi ilə, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “büdcədənkənar ödəniş kimi qeyd olunmuş vəsaitin dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına aparıldığı barədə yeni arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları DVX-nin Milli Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli məktubdan görünür ki, İdarənin sabiq böyük dövlət vergi müfəttişi İddiaçı ##.##.2024-cü il tarixli müraciətinə əsasən ##.##.2022-##.##.2024-cü il tarixlər üzrə “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın * nömrəli əlavəsinə uyğun arayış tərtib edilmişdir. Əlavə olaraq qeyd edilir ki, son 24 ay üzrə istifadə edilməmiş məzuniyyət günləri üçün son haqq hesab məbləği 5949,00 (büdcədən 2697,60 büdcədənkənar vəsaitdən 3251,40) manat təşkil etmişdir. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyalarının yenidən hesablanması haqqında” ##.##.2024-cü il tarixli, 3-17-1/3-3- ****/**** nömrəli qərarına əsasən, İddiaçı ##.##.2023-cü ildə təyin edilmiş yaşa görə (dövlət qulluğu) əmək pensiyasının məbləği yenidən hesablanaraq 1222,78 manat müəyyən edilmişdir. İddiaçı İddiaçı vergi orqanlarında dövlət qulluqçusu kimi fəaliyyət göstərmiş, sonradan ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edilərkən cavabdeh tərəfindən təqdim olunmuş ##.##.2022–##.##.2024-cü illəri əhatə edən arayış əsas götürülmüş, həmin arayışda iddiaçının əməkhaqqına daxil olan müəyyən məbləğlər büdcədənkənar vəsaitlər hesabına verilən ödəniş kimi göstərilmişdir. İddiaçı isə həmin ödənişlərin dövlət büdcəsi hesabına formalaşdığını bildirərək onların pensiyanın hesablanması zamanı nəzərə alınmalı olduğunu iddia etmiş, bu məqsədlə cavabdehə müraciət edərək yeni arayışın verilməsini tələb etmişdir. Lakin cavabdeh tərəfindən həmin müraciətin təmin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) tərəfindən ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək olan dövr üzrə verilmiş "Əmək pensiyaçılarına qulluq stajına görə əlavələrin hesablanması üçün arayış"da, büdcədənkənar ödəniş kimi qeyd olunmuş 60165,50 manat vəsaitin dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına aparıldığı barədə yeni arayışın verilməsi və əlavə pensiyanın hesablanması məqsədilə həmin arayışın üçüncü şəxsə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının ərizəsi nəzərə alınmaqla, məhkəmənin müvafiq qərardadı ilə iş üzrə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı əmək pensiyaçısıdır. Ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən dövlət qulluqçusu kimi yaşa görə 1222,78 manat əmək pensiyası təyin edilmişdir. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş “Əmək pensiyaçılarına qulluq stajına görə əlavələrin hesablanması üçün arayış”da, 60165,50 manat büdcə ödənişlərinin büdcədənkənar vəsait kimi göstərilməsi nəticəsində ona təyin olunmuş pensiya az hesablanmışdır. Belə ki, 2019-cu il # ###### tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il ## ###### tarixli, ****-VQD nömrəli Qanunu ilə həmin Qanuna əlavə edilmiş 20.30-cu maddədə göstərilmişdir ki, “bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır.” Qanuna dəyişiklik edilməsində əsas məqsəd, büdcədənkənar vəsaitlər hesabına üstünlük əldə etməklə dövlət büdcəsinə əlavə maliyyə yükünün yaranmasının qarşısını almaqdır. Məlum olduğu kimi, qulluq stajına görə əlavə almaq hüququ olan şəxslərin dövlət büdcəsindən aldıqları əmək haqqı və ona əlavələr hüquqi aktlar (məsələn, “Dövlət qulluğu haqqında” Qanun, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və s.) əsasında müəyyən edilir və fərqli qurumlarda çalışmasından asılı olmayaraq, eyni kateqoriyadan olan şəxslərə münasibətdə ayrı-seçkiliyə yol vermədən vahid təminat təqdim edir. Belə ki, büdcədənkənar vəsaitlər hesabına ödənilən əlavələr hər bir qurum tərəfindən individual (fərdi) formada, onun büdcədənkənar fondlarının imkanlarına əsasən müəyyən olunur. Bu zaman, bəzən eyni kateqoriyadan olan (məsələn, dövlət qulluqçuları və s.), ancaq fərqli qurumlarda çalışan şəxslərin aylıq əmək haqları (büdcədən və büdcədənkənar fond hesabına ödənilən) arasında kəskin fərqlər meydana gələ bilər. Lakin, iddiaçı bildirir ki, onunla eyni kateqoriyaya aid olan və fərqli qurumlarda çalışmış şəxslərlə müqayisədə büdcədənkənar ödənişlər hesabına heç bir üstünlük əldə etməmişdir. Əksinə, qanuna edilmiş bu dəyişiklikliyə əsasən, qeyd edilən kateqoriyadan olan vergi əməkdaşlarının əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır (orta aylıq əmək haqqının təqribən 60,0 faizini təşkil edən bu ödənişlərdən gəlir vergisi və məcburi dövlət social sığorta ayırmaları tutulub). Odur ki, onunla eyni kateqoriyaya aid olan və fərqli dövlət qurumlarında çalışan işçilərlə orta aylıq əmək haqqları eyni olsa da, iddiaçıya təqribən 2,5 dəfə az pensiya təyin edilmişdir. Bu da Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş bərabərlik və sosial təminat hüquqlarının pozulmasına səbəb olur. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə əlavədə bildirilmişdir ki, iddia ərizəsində qeyd etdiyi kimi onunla eyni kateqoriyaya aid olan və fərqli qurumlarda çalışmış şəxslərlə müqayisədə büdcədənkənar ödənişlər hesabına heç bir üstünlük əldə etməmişdir. Qeyd olunanlara aydınlıq gətirmək üçün bir müqayisəli cədvəl məhkəməyə təqdim olunur (cədvəl əlavə olunur). Cədvəldəki müqayisəli məlumatdan göründüyü kimi, DVX-nin Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş Əmək pensiyaçılarına qulluq stajına görə əlavələrin hesablanması üçün arayışa əsasən son 24 ay üzrə əmək haqqının orta aylıq məbləği 4035,36 manat, o cümlədən dövlət büdcəsindən ayrılmış vəsait üzrə 1528,47 manat, büdcədənkənar vəsait üzrə 2506,89 manat təşkil edir. İddiaçı hesab edir ki, müvafiq qanunvericilik aktlarına əsasən (“Dövlət qulluğu haqqında” Qanun və s.) fərqli qurumlarda çalışmasından asılı olmayaraq, eyni kateqoriyadan olan şəxslərə münasibətdə ayrı-seçkiliyə yol vermədən vahid təminat təqdim edildiyi üçün, ona qulluq stajına görə əmək pensiyası 4035,36 manat vəsaitdən hesablanmalı idi. Yəni ona çatacaq orta aylıq əmək haqqının cəmi, cədvəldə müqayisə edilmiş sabiq prokurorluq əməkdaşının əmək haqqı ilə təqribən eynidir və bu vəsait dövlət büdcəsi hesabına maliyyələşmişdir. Lakin bunun 1528,47 manatı qulluq stajına görə əmək pensiyası hesablanarkən dövlət məvacibinin orta aylıq məbləğinə aid edilmiş, digər 2506,89 manatı isə qulluq stajına görə əmək pensiyası hesablanarkən dövlət məvacibinin orta aylıq məbləğinə aid edilməmişdir. Belə ki, iddiaçıya ödənilmək üçün X2 köçürülmüş 4035,36 manat vəsaitin 1528,47 manatı əmək haqqı kimi ödənilmiş, dövlət büdcəsinin vahid xəzinə hesabının sərbəst qalığı kimi əks olunmuş digər 2506,89 manat isə İqtisadiyyat Nazirliyinin xüsusi hesabına köçürülməklə vəzifə maaşına əlavənin verilməsinə yönəldilmişdir. Göründüyü kimi, 2506,89 manatı vəsait işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə İqtisadiyyat Nazirliyinin xüsusi hesabına köçürülmüş vəsaitdir, dövlət büdcəsinə proqnozdan artıq daxilolmaların yığımı ilə sıx əlaqədardır və dövlət büdcəsinin vahid xəzinə hesabının sərbəst qalığı hesabına həyata keçirilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti isə “İqtisadiyyat Nazirliyinin hesabına vəsaitlərin hansı mənbədən daxil olmasından asılı olmayaraq işçilərə birbaşa həmin hesabdan verilən ödənişləri büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər hesab edir”. Lakin büdcədənkənar vəsaitlər hesabına ödənilən əlavələr adından da göründüyü kimi, dövlət büdcəsindən kənar mənbələr hesabına maliyyələşdirilməlidir. Eyni zamanda, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda istifadə olunan əsas anlayışlar 1.1.6-cı maddəsində qeyd olunduğu kimi büdcədənkənar əməliyyatlar - müvafiq icra hakimiyyəti orqanlarının və büdcə təşkilatlarının qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən kənarda əldə etdikləri gəlirləri və həyata keçirdikləri xərcləri üzrə maliyyə əməliyyatlarıdır. Məlumat üçün bildirilir ki, orta aylıq əmək haqqının iki hissəyə bölünüb ayrı-ayrı hesablardan verilməsi, qərar və qaydalarla tənzimlənmişdir. “Normativ hüquq aktlar” haqqında Azərbaycan Respublikasının Qanununun 2.6-cı maddəsinə əsasən, Fərman və ya digər normativ hüquqi akt qanunula ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. Odur ki, iddiaçı ilə eyni kateqoriyaya aid olan və fərqli dövlət qurumlarında çalışan işçilərlə orta aylıq əmək haqqları eyni olsa da, ona təqribən 2,5 dəfə az pensiya təyin edilmişdir. Bu da, eyni kateqoriyadan olan və fərqli qurumlarda çalışan şəxslərin əmək pensiyalarının hesablanmasındakı bu fərqli yanaşma, habelə birinə münasibətdə digərinə qanuni üstünlüklərin müəyyən edilməsi Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş bərabərlik və sosial təminat hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu səbəbdən qeyd olunan əməliyyatlar büdcədənkənar əməliyyat hesab oluna bilməz və həmin vəsaitlər hesabına aparılmış ödənişlər “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.30-cu maddəsinin təsir dairəsinə düşmür və qulluq stajına əlavələrin hesablanması zamanı nəzərə alınmalıdır. Əks halda dövlət büdcəsindən ayrılmış, lakin əmək pensiyasına cəlb edilməyərək mübahisəyə səbəb olan 2506,89 manat vəsait, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üçün büdcədənkənar vəsait, iddiaçı üçün heç nəyə yaramayan qeyri-qanuni gəlirdir. Cavabdeh vergi orqanı tərəfindən məhkəməyə iddiaya dair yazılı münasibət (etiraz) təqdim edilmişdir. Etirazda bildirilmişdir ki, Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı ##.##.2024-cü il tarixli, **************** nömrəli məktubla ##.##.2022-##.##.2024-cü illər üzrə “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilmə qaydası”nın * nömrəli Əlavəsinə uyğun olaraq Arayış təqdim edilmişdir. İddiaçı ərizəsində 60165,50 manat büdcə ödənişlərinin büdcədənkənar vəsait kimi göstərilməsi nəticəsində ona təyin edilmiş pensiyanın az hesablandığını qeyd etmişdir. Müvafiq hala münasibətdə bildirilir ki, 2022-2023-cü illər Vergi Məcəlləsinin 22-1.1-ci maddəsinə əsasən, vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyaları üzrə müvafiq olaraq 109,3 mln.manat (93%) və 41,6 mln.manat (43%), 22-1.3-cü maddəsinə əsasən isə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə proqnozdan artıq daxil olmuş vəsaitlər üzrə isə müvafiq olaraq 254,1 mln.manat və 261.3 mln.manat olmaqla, ümumilikdə 2022-ci il ərzində 363,4 mln.manat və 2023cü il ərzində 302,9 mln. manat vəsait İqtisadiyyat Nazirliyinin büdcədənkənar xüsusi hesabına köçürülmüşdür. Göründüyü kimi, həmin illər üzrə qeyd olunan istiqamətdə büdcədənkənar vəsaitlərin tərkibində maliyyə sanksiyalarının xüsusi çəkisi 30,1% və 13,7%, dövlət büdcəsinin vahid xəzinə hesabının sərbəst qalığının xüsusi çəkisi isə 69,9% və 86,3% təşkil etmişdir. Beləliklə, qeyd olunan dövr üzrə büdcədənkənar xüsusi hesaba vəsaitlərin əksər hissəsinin dövlət büdcəsindən (vahid xəzinə hesabının sərbəst qalığı hesabına) köçürüldüyü, dolayısı ilə bu əməliyyatların büdcədənkənar əməliyyat hesab olunmadığı və həmin vəsaitlər hesabına əməkdaşlara verilmiş ödənişlərin “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanununun 20.30-cu maddəsinin təsir dairəsinə düşmədiyi və qulluq stajına əlavələrin hesablanması zamanı nəzərə alınmalı olduğu qeyd edilmişdir. Məlum olduğu kimi, Vergi Məcəlləsinin 22-1.1-ci maddəsinə müvafiq olaraq İqtisadiyyat Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və elmi-texniki potensialının artırılması məqsədi ilə, habelə dövlət və ictimai əhəmiyyətli məqsədlərlə əlaqədar vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin və məhkəmə qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış malların satışından əldə edilən müəyyən hissəsi Nazirliyin hesabına, qalan hissəsi isə dövlət büdcəsinə köçürülür. Həmçinin Məcəllənin 22-1.3-cü maddəsinə müvafiq olaraq İqtisadiyyat Nazirliyinin Məcəllənin 22-1.1-ci maddəsində nəzərdə tutulan mənbələr hesabına gəlirlərinin faktiki daxil olmalarının məbləği proqnozlaşdırılan məbləğdən az olduqda, bu fərq əvvəlki il üçün dövlət büdcəsi haqqında qanunla təsdiq edilən dövlət büdcəsinin gəlirləri üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan artıq daxil olan vəsait hesabına (maddədə müəyyən edilən istisnalar nəzərə alınmaqla) köçürülür. Həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 20.30-cu maddəsinə əsasən, bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.27-ci maddəsinə əsasən, vahid xəzinə hesabının sərbəst qalığı dövlət xəzinədarlığının bank və maliyyə institutlarındakı hesablar sistemində ötən illərin dövlət büdcələrinin icrası nəticəsində cari büdcə ilinin əvvəlinə qalan vəsaitin məbləğidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ###### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”yə əsasən: Büdcədənkənar vəsaitlər - Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədən ayrılan təxsisatlardan əlavə daxil olmuş vəsaitlərdir (1.2.1); İdarə və təşkilatlar tərəfindən malların satışına, işlərin görülməsinə və ya xidmətlərin göstərilməsinə görə tam, yaxud qismən büdcədənkənar gəlirlərə aid edilən haqların, inzibati cərimələrin, maliyyə sanksiyalarının ödənişi milli valyutada, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə və ya köçürmə yolu ilə nağdsız qaydada həyata keçirilir və müvafiq xəzinə hesabına köçürülür. (3.1); İlin sonuna büdcədənkənar vəsaitlər üzrə bütün xəzinə hesablarının qalıqları X2 köçürülür (qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla) (3.5.). Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2023-cü il ## ###### tarixli, Q-** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nın 6.9-cu bəndində vahid xəzinə hesabının sərbəst qalığından ayırmaların yönəldiyi istiqamətlərdən biri kimi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 22- 1.3-cü maddəsi nəzərdə tutulmuşdur. Qanunvericilikdə “büdcədən ayrılan təxsisatlar”a anlayış verilməsə də, mərkəzi icra hakimiyyəti orqanlarının (o cümlədən İqtisadiyyat Nazirliyinin) fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il ## ####### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatı”nın 1-ci bölməsinin 1-ci köməkçi bölməsinin 4-cü paraqrafında nəzərdə tutulmuş xərclər hesabına maliyyələşdirilir. Qeyd olunanlardan göründüyü kimi, mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyəti dövlət büdcəsinin müvafiq xərc maddələri hesabına, Vergi Məcəlləsinin 22-1.3-cü maddəsində nəzərdə tutulan fərq isə vahid xəzinə hesabının vahid qalığı hesabına maliyyələşdirilir. Nəzərə alınmalıdır ki, vahid xəzinə hesabında toplanan vəsaitin bir qismi də büdcədənkənar vəsaitlər üzrə xəzinə qalıqlarından formalaşır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ####### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və elmi-texniki potensialının artırılması məqsədilə, habelə dövlət və ictimai əhəmiyyətli məqsədlərlə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nda vəsaitlər formalaşması mənbəyindən (maliyyə sanksiyaları və ya vahid xəzinə hesabının qalığı) asılı olmayaraq büdcədənkənar vəsaitlər anlayışı ilə əhatə olunur. Üstəlik İqtisadiyyat Nazirliyinin hesabına köçürülən vahid xəzinə hesabının qalığının bir qismi dövlət və ictimai əhəmiyyətli məqsədlərə (ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək verilməsi, habelə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması) yönəldildiyindən bu vəsait “büdcədən İqtisadiyyat Nazirliyinə ayrılmış təxsisat” hesab olunmur. İqtisadiyyat Nazirliyinin hesabına vəsaitlərin hansı mənbədən daxil olmasından asılı olmayaraq işçilərə birbaşa həmin hesabdan verilən ödənişlər büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər hesab olunur. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraza əlavədə, həmçinin bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.30-cu maddəsinə əsasən, bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ####### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və elmitexniki potensialının artırılması məqsədilə, habelə dövlət və ictimai əhəmiyyətli məqsədlərlə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nda vəsaitlər formalaşması mənbəyindən (maliyyə sanksiyaları və ya vahid xəzinə hesabının qalığı) asılı olmayaraq büdcədənkənar vəsaitlər anlayışı ilə əhatə olunur. Həmçinin, İqtisadiyyat Nazirliyinin hesabına köçürülən vahid xəzinə hesabının qalığının bir qismi dövlət və ictimai əhəmiyyətli məqsədlərə (ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək verilməsi, habelə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması) yönəldildiyindən bu vəsait “büdcədən İqtisadiyyat Nazirliyinə ayrılmış təxsisat” hesab olunmur. İddia ərizəsində göstərilən əsasa dair bir daha bildirilir ki, İqtisadiyyat Nazirliyinin hesabına vəsaitlərin hansı mənbədən daxil olmasından asılı olmayaraq işçilərə birbaşa həmin hesabdan verilən ödənişlər büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər hesab olunur. Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ilə (hakim Tural Məlikov) iddia tələbi təmin edilməmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, iş № *-*(***)-*****/**** saylı qərarını ləğv edərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə tərəfindən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, iddiaçının mövqeyi lazımi səviyyədə qiymətləndirilməmişdir. Məhkəmə qərarında iddiaçının hüquqazidd əməllərinin nədən ibarət olduğu və belənçi nəticəyə gəlməyə əsas verən hallar qərarda açıqlanmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş bəzi sübutlar ise ümumiyyətlə nəzərə alınmamışdır. Bununla yanaşı, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normaları düzgün müəyyən edilməmiş və yanlış şərh olunmuşdur. Eyni zamanda, məhkəmə prosessual hüquq normalarının tələblərinə əməl etməmiş, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərini tam təmin etməmiş, nəticə etibarilə qərarını əsasən cavabdeh tərəfin irəli sürdüyü arqumentlər əsasında formalaşdırmışdır. İlk növbədə mübahisənin düzgün həlli üçün iddiaçıya ödənilmiş vəsaitlərin hüquqi mahiyyətini, yəni onların dövlət büdcəsi vəsaiti, yoxsa büdcədənkənar vəsait kimi qiymətləndirilməsi məsələsini aydınlaşdıraq. Belə ki, “Büdcə sistemi haqqında” Qanunun 1.1.6-cı maddəsinə əsasən, Büdcədənkənar əməliyyatlar-büdcə təşkilatlarının dövlət büdcəsindən (və Naxçıvan MR büdcəsindən) ayrı şəkildə, qanunla icazə verilən mənbələrdən (maliyyə sanksiyası və cərimələrdən) əldə etdikləri vəsaitlərin daxil olması və həmin vəsaitlərin xərclənməsi ilə bağlı maliyyə əməliyyatlarıdır. Yəni, büdcədənkənar vəsait- büdcəyə girmədən (və ya büdcə xərclərinə yük olmadan), büdcədən kənar gəlir və xərclərin idarə olunmasıdır. Qanunun bu normasından açıq şəkildə görünür ki, vəsaitin büdcə və ya büdcədənkənar hesab olunması onun dövlət büdcəsinə daxil olub-olmamasından asılıdır. Belə ki, Qanunvericinin müəyyən etdiyi meyara əsasən: Vəsait büdcəyə daxil edilirsə - büdcə vəsaiti hesab olunur; Vəsait büdcə xaricində formalaşırsa - büdcədənkənar vəsait hesab olunur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 22-1-ci maddəsi ilə tənzimlənən vəsaitlər qanunun birbaşa göstərişinə əsasən maliyyə sanksiyaları da daxil olmaqla tam şəkildə dövlət büdcəsinə daxil edilmiş, dövlət büdcəsində proqnozlaşdırılmış və büdcə icrası çərçivəsində xərclənmiş büdcə gəlirləridir. Bu üç meyarın eyni vaxtda mövcudluğu həmin vəsaitlərin büdcə rejiminə tabe olduğunu hüquqi baxımdan mübahisəsiz edir. Azərbaycan Respublikasının Milli Məclisi bu vəsaitin hüquqi taleyini dövlət büdcəsi gəliri kimi müəyyən etmişdir. Bu isə qanunvericinin birbaşa iradəsi olmaqla altnormativ aktlarla dəyişdirilə bilməz. Çünki, vəsaitin hüquqi təbiəti- onun hansı hesabdan ödənilməsinə görə deyil, hansı hüquqi rejimə tabe olmasına görə müəyyən edilir. Cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş etiraz məktubu ilə bir daha təsdiq olunur ki, Dövlət Vergi Xidmətinin əməkdaşlarına ödənilən əlavələrin əhəmiyyətli hissəsi (2022-ci ildə 69,9 faiz, 2023-cü ildə isə 86,3 faiz) cərimələrdən deyil, dövlət büdcəsinə proqnozdan artıq daxilolmalar (vergi yığımları) hesabına formalaşmışdır. Bu isə mübahisəli vəsaitin faktiki olaraq dövlət büdcəsinin ümumi gəlirlərinin tərkib hissəsi olduğunu bir daha sübut edir. Nəticədə, vəsaitlərin birbaşa dövlət büdcəsinin ümumi gəlirləri hesabına formalaşması həmin vəsaiti “cərimələrdən ayırma" statusundan çıxararaq birbaşa büdcə assignasiyasına (məqsədli və təyinatlı vəsaitə) çevirir. Vəsaitin assignasiyaya çevrilməsi o deməkdir ki, nazirliyin "xüsusi hesabındakı" pul artıq cərimə və sanksiyalardan deyil, birbaşa Dövlət Xəzinəsindən qidalanır. Yəni, “köməkçi-maliyyə sanksiyası" yığımı, "əsas-vergi" yığımına çevrilir. Bu isə vəsaitin büdcədənkənar adlandırılmasını hüquqi baxımdan qeyri-miimkün edir. Eyni zamanda, həmin vəsaitlər uzun müddət ərzində “Büdcə sistemi haqqında Qanunun 19.5-1.2-ci maddəsinə uyğun olaraq xərclərin maliyyələşdirilməsi məqsədilə istifadə edilmiş, müntəzəm və sabit xarakter daşıyan “vəzifə maaşına əlavə" kimi rəsmiləşdirilmiş və onlardan qanunvericiliyə uyğun olaraq vergi və sosial sığorta haqları tutulmuşdur. Bu hallar vəsaitin əmək fəaliyyəti ilə birbaşa bağlı olduğunu və faktiki əmək gəliri kimi çıxış etdiyini göstərir. Bu səbəbdən həmin ödənişlər təsadüfi və ya əlavə xarakterli deyil, əməyin müqabilində verilən sistemli ödəniş kimi qiymətləndirilməlidir. Lakin, Bakı İnzibati Məhkəməsi mübahisəli vəsaiti “büdcədənkənar vəsait” kimi qiymətləndirmiş və bu mövqeyini Nazirlər Kabinetinin ## ####### 2017-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq olunmuş “Qayda”ya istinad etməklə əsaslandırmışdır. Qeyd olunan “Qayda" hüquqi təbiətinə görə icraedici xarakter daşıyan normativ aktdır və yalnız qanunvericilikdə nəzərdə tutulmuş vəsaitlərin istifadəsi və hərəkət mexanizmini tənzimləyir. Həmin aktın vəsaitlərin hüquqi statusunu dəyişdirmək və ya onları “büdcədənkənar vəsait” kimi yeni hüquqi kateqoriyaya aid etmək səlahiyyəti yoxdur. Bununla yanaşı, Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş belə bir normativ akt vasitəsilə şəxslərin sosial təminat hüquqlarının məhdudlaşdırılması yolverilməzdir. Bu, Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin tələblərinə ziddir. Bu maddənin birinci hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin ikinci hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Beləliklə, məhkəmə tərəfindən tətbiq edilən hüquqi əsaslar düzgün seçilməmiş, mübahisəli vəsaitin hüquqi mahiyyəti səhv qiymətləndirilmiş və nəticədə qanunsuz qərar qəbul edilmişdir. Bu yanaşma normativ hüquqi aktların iyerarxiyası prinsipinə açıq şəkildə ziddir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 2.6-cı maddəsinə görə aşağı hüquqi qüvvəli aktlar yuxarı hüquqi qüvvəli aktlara zidd ola və onların məzmununu dəyişdirə bilməz. Eyni zamanda İnzibati Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən, inzibati aktın qanuniliyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. İnzibati icraat haqqında Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan iş üzrə bütün halları, o cümlədən iddiaçının xeyrinə olan halları tam araşdırmağa borcludur. Lakin cavabdeh mübahisəli vəsaitin büdcədənkənar olduğunu təsdiq edən heç bir mötəbər sübut təqdim etməmiş, yalnız ümumi izahatlarla kifayətlənmişdir. Məhkəmə isə bu izahatları sübut kimi qəbul edərək cavabdehdən zəruri sübutların təqdim olunmasını tələb etməmiş, əlavə araşdırma aparmamış və sübutetmə yükünün düzgün tətbiqini təmin etməmişdir. Məhkəmə öz qərarında izah etməmişdir ki, necə olur ki, eyni vəsait büdcə gəliri kimi yığılır, amma xüsusi hesaba köçən kimi "büdcədənkənar" olur? Bu, qanunun ruhuna (ratio legis) ziddir, çünki bu vəsait dövlətin topladığı vergilərdir. Bu səbəbdən, qeyd olunan vəsaitlərin "Əmək pensiyaları haqqında” Qanunun 20.30-cu maddəsinin təsir dairəsinə düşüb-düşməməsi məsələsi formal təsnifata deyil, onların real hüquqi və iqtisadi mahiyyətinə əsasən qiymətləndirilməli idi. Nəticədə iş üzrə sübut bazası birtərəfli formalaşmış, yalnız cavabdehin izahatlarına əsaslanmışdır. Bu isə İnzibati Prosessual Məcəllənin 12-ci maddəsində təsbit olunan işin hallarının hərtərəfli və obyektiv araşdırılması prinsipinin pozulmasına səbəb olmuşdur. Bundan əlavə, vəsaitin hüquqi statusu (büdcə və ya büdcədənkənar olması) mübahisəlidirsə, Konstitusiya Məhkəməsinin analoji mövqeyinə və Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən qanunvericilikdəki bütün ziddiyyətlər və aydın olmayan məqamlar vətəndaşın xeyrinə şərh edilməlidir. Məhkəmə bu prinsipi də nəzərə almamışdır. Beləliklə, Bakı İnzibati Məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması nəticəsində qanunsuz və əsassız qərar qəbul edilmişdir.Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı i1 tarixli qərarı qəbul edilərkən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələbləri əhəmiyyətli dərəcədə pozulmuşdur. İcraatın qeyrieffektivliyi: İddia ##.##.2025-ci ildə verilsə də, qərar 9 ay sonra çıxarılmışdır. Cəmi 4 iclas keçirilmiş, mahiyyət üzrə müzakirə isə yalnız bir dəfə (##.##.2025) aparılmışdır. Sübutların araşdırılmanıası: İş üçün həlledici əhəmiyyət kəsb edən və tərəfimdən rəsmən təqdim edilən əlavə məlumatlar (##.##.2026, ##.##.2026 və ##.##.2026-cı il tarixli) qərarda tamamilə görməzdən gəlinmişdir. Məhkəmə bu sübutlara heç bir hüquqi qiymət verməmişdir, (sənədlər əlavə olunur). İş üzrə mühüm sübutların əldə olunması məqsədilə ## ####### 2025-ci il tarixdə Bakı İnzibati Məhkəməsinin sənədlərin qəbulu şöbəsinə Maliyyə Nazirliyindən müvafiq məlumatların tələb olunmasına dair yazılı vəsatət təqdim edilmiş, həmin vəsatət məhkəmə tərəfindən rəsmi qaydada qəbul edilərək daxilolma ştampı ilə təsdiqlənmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən, məhkəməyə daxil olmuş hər bir vəsatət üzrə onun təmin edilməsi və ya rədd edilməsi barədə əsaslandırılmış qərardad qəbul edilməliydi. Lakin ## ####### 2025-ci il tarixindən ## #### 2026-cı il tarixədək olan müddət ərzində həmin vəsatətə dair məhkəmə tərəfindən heç bir hüquqi qiymət verilməmiş, münasibət bildirilməmiş və müvafiq qərardad çıxarılmamışdır. Belə ki, İPM-in 58.3-cü maddəsinə əsasən sübutların cəlb olunmasına dair şifahi məhkəmə iclasında qaldırılmış vəsatət yalnız məhkəmənin əsaslandırılmış qərardadı ilə rədd edilə bilər. Bərabərlik hüququnun pozulması ilə bağlı dəlilə münasibətdə məhkəmə ümumi şəkildə qeyd etmişdir ki, müxtəlif dövlət orqanlarında əməkhaqqının strukturu və əlavə ödənişlərin hüquqi rejimi fərqli normativ əsaslarla tənzimlənə bilər və bu fərqlər qanunvericilikdən irəli gəldiyi halda, özlüyündə ayrı-seçkilik hesab edilə bilməz. Lakin məhkəmə bu yanaşmanı işin faktiki hallarına tətbiq edərkən mübahisəli vəsaitin hüquqi mahiyyətini, onun formalaşma mənbəyini, dövlət büdcəsi ilə əlaqəsini və xərclənmə mexanizmini tam və hərtərəfli araşdırmamışdır. Nəticə etibarilə, iş üçün həlledici əhəmiyyət kəsb edən hallar aydınlaşdırılmadan. mübahisəli vəsaitin düzgün hüquqi təsnifatı aparılmadan qərar qəbul edilmişdir. Bu isə eyni hüquqi statusa və funksional vəzifələrə malik şəxslər üzrə ödənişlərin süni şəkildə fərqli hüquqi rejimlərə salınmasına səbəb olmuşdur. Belə yanlış təsnifat nəticəsində eyni funksiyanı yerinə yetirən şəxslərin əmək haqları süni şəkildə parçalanmış, fərqli hüquqi rejimə salınmış və bunun nəticəsində pensiya hüququ qeyri-bərabər şəkildə həyata keçirilmişdir. Bu səbəbdən də iddiaçı kimi ona ##.##.2019-cu ilədək pensiyaya çıxmış analoji şəxslərlə (həmkarlarında), habelə eyni hüquqi statusa, qulluq müddətinə və iş stajına malik digər dövlət qulluqçuları ilə müqayisədə təxminən 2,5-3 dəfə az pensiya təyin edilmişdir. Bu hallar məhkəmənin bərabərlik prinsipini düzgün tətbiq etmədiyini, həmçinin vergi və gömrük orqanlarında analoji hüquqi vəziyyətlərin təhlilini araşdırmadığını göstərir. Halbuki: Gömrük orqanlarında: Gömrük Məcəlləsinin 334.1.2-ci maddəsinə və NK-mn *** nömrəli qərarına əsasən, komitənin xüsusi hesabına daxil olmuş vəsaitlərin 60 faizi dövlət büdcəsinə köçürüldükdən sonra əməkdaşların vəzifə maaşına əlavə kimi ödənilmiş, bununla vəsaitin büdcə statusu rəsmiləşdirilməklə pensiya hesablanarkən nəzərə alınmışdır. Vergi orqanlarında isə eyni mahiyyət daşıyan vəsaitlərin 86,3 faiz büdcə ilə birbaşa bağlı olmasına baxmayaraq, formal olaraq "büdcədənkənar vəsait” kimi qiymətləndirilərək pensiya hesablamasından kənarda saxlanılmışdır. Bu fərqli yanaşmanın səbəbləri məhkəmə tərəfindən araşdırılmamış və hüquqi qiymətləndirilməmişdir. Beləliklə, məhkəmə eyni hüquqi vəziyyətdə olan şəxslərə münasibətdə vahid yanaşmanı düzgün qiymətləndirməmiş və bununlada Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik prinsipini nəzərə almamışdır. Eyni zamanda, “İnzibati icraat haqqında Qanunun 12-ci maddəsində təsbit olunmuş analoji hallarda vahid yanaşma prinsipi də pozulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin ##.##.2020-ci il tarixli, N« **/**** saylı qərardadında sosial təminat sahəsində vahid yanaşmanın təmin edilməsinin vacibliyi xüsusi vurğulansada. məhkəmə bu hüquqi mövqeni də nəzərə almamışdır. Yekun olaraq hesab edir ki, inzibati hüquqda formal yanaşma deyil, hüquqi münasibətin mahiyyəti üstün tutulmalıdır. Eyni hüquqi statusa malik dövlət qulluqçuları arasında pensiya təminatında 2,5-3 dəfə fərqin yaranması obyektiv hüquqi əsaslandırma tələb edir. Belə əsaslandırma aparılmadığından, mövcud fərq süni xarakter daşıyır və qanunvericiliyin tələblərinin, eləcə də sosial ədalət prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Bundan əlavə. Azərbaycan Respublikasının Prezidentinin ## #### 2026-cı il tarixli *** nömrəli Fərmanı ilə təsdiq olunmuş ‘'Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununa edilmiş dəy işikliklər dövlət qulluğunda əməkhaqqı sisteminin vahidləşdirilməsinə, şəffaflığın artırılmasına, ödənişlərin hüquqi mahiyyətinin dəqiqləşdirilməsinə və əvvəl mövcud olmuş parçalanmış ödəniş mexanizminin aradan qaldırılmasına xidmət edir və qeyd olunan dəyişiklik iddiaçının mövqeyinin əsaslı olduğunu təsdiq edir. Hazırkı mübahisə üzrə isə məhkəmə iddiaçının pozulmuş konstitusion hüququnu bərpa etmək əvəzinə, cavabdehin xeyrinə əsassız qərar çıxarmaqla ən ali qanun olan Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci (sosial təminat hüququ), 60-cı (məhkəmə müdafiəsi hüququ), 71-ci (hüquq və azadlıqların təminatı), 129- cu (məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır) və 149-cu (normativ hüquqi aktların hüquqi qüvvəsi) maddələrinin tələblərinin pozulmasına gətirib çıxarmışdır. “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin birinci hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25, 38 ,71-ci maddələrinə uyğunluğunun yoxlanılmasına dair" AR Konstitusiya Məhkəməsinin ## ###### 1999-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, beynəlxalq təcrübədə şəxsin məhkum olunması onun sosial təminat hüququndan məhrum edilməsinə əsas deyil. Eyni zamanda Konstitusiya Məhkəməsi “İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt”m 9-cu maddəsində istinad edərək qeyd etmişdir ki, həmin pakta əsasən, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var. Göründüyü kimi Konstitusiya Məhkəməsi hətta vətəndaş məhkum edilsə belə onun sosial təminat hüququnun məhdudlaşdırılınasının yolverilməzliyi qənaətinə gəlmişdir. İddiaçı tərəfindən verilən apellyasiya şikayətinə ##.##.2026-cı il tarixli əlavə onunla əsaslandırılmışdır ki, qanunun büdcədənkənar vəsaitə verdiyi imperativ tərif. Birinci instansiya məhkəməsi 60 165,50 manat həcmində mübahisəli vəsaiti “büdcədənkənar vəsait” kimi qiymətləndirərkən, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 10-cu maddəsində təsbit olunmuş aktların iyerarxiyasını pozaraq, Qanunun imperativ müddəasını icra hakimiyyəti orqanının alt-qanunvericilik aktına (Nazirlər Kabinetinin *** saylı Qərarı ilə təsdiq olunmuş qaydaya) verdiyi daraldıcı şərhlə əvəz etmişdir. “Büdcə sistemi haqqında” Qanunun 1.1.6-cı maddəsinə görə, büdcədənkənar vəsait yalnız büdcə təşkilatının dövlət büdcəsindən kənarda, öz fəaliyyəti nəticəsində əldə etdiyi gəlirdir. Bu statusun iki mütləq şərti mövcuddur: a) vəsait dövlət büdcəsinə daxil olmadan formalaşmalıdır; b) onun mənbəyi qurumun öz fəaliyyəti (o cümlədən maliyyə sanksiyaları) olmalıdır. Mübahisəli vəsait isə bu şərtlərin heç birinə uyğun gəlmir — o, X2 (VXH) mədaxil edilmiş və büdcə xərclərinin icrası çərçivəsində İqtisadiyyat Nazirliyin xüsusi hesabına transfert olunmuşdur. Vergi Məcəlləsinin 22-1-ci maddəsi maliyyə sanksiyalarını, cərimələri və proqnozdan artıq yığımları birmənalı şəkildə dövlət büdcəsinin gəliri kimi müəyyən edir. Bu baxımdan, vəsaitin VXH-dən keçməsi faktı onun hüquqi statusunu qəti şəkildə həll edir: bu, qurumun “öz gəliri” deyil, dövlət büdcəsinin xərc maddəsi — transfert — kimi formalaşan vəsaitdir. Bu fərqi əyaniləşdirmək üçün Naxçıvan Muxtar Respublikasının özünümaliyyələşdirmə modelinə istinad etmək kifayətdir: tutaq ki, Muxtar Respublikanın illik fəaliyyət xərcləri 150 milyon manat, daxili imkanları hesabına yığdığı vəsait isə 100 milyon manat olarsa, yaranan 50 milyon manatlıq kəsirin mərkəzi büdcədən qarşılanması halında Muxtar Respublikanın gəliri yalnız 100 milyon manat sayılır; dövlət büdcəsindən köçürülən 50 milyon manat isə heç bir halda gəlir deyil, xərc kəsirini qarşılayan transfertdir. Mübahisəli halda da vəziyyət eynidir: bütün vəsaitlər Dövlət Vergi Xidmətinin (DVX) daxili gəliri kimi deyil, konb-et sosial müdafiə xərclərinin qarşılanması məqsədilə 100% dövlət büdcəsindən transfert olunmuşdur və buna görə “büdcədənkənar gəlir” hesab edilə bilməz, əksinə hüquqi statusuna görə əmək pensiyası bazasına daxil edilməlidir. Əks yanaşma transferi institutunun hüquqi mahiyyətini dəyişdirməklə yanaşı, "Büdcə sistemi haqqında" AR Qanununda təsbit olunmuş büdcələrarası "transfert" mexanizminin məqsədinə də ziddir. Qanunvericilik iradəsinin dəyişməsi: Vergi Məcəlləsinin 22-1-ci maddəsində “büdcədənkənar” statusunun normativ əsasının olmaması. Vergi Məcəlləsinin əvvəlki redaksiyada mövcud olmuş 22.2-ci maddəsi vergi orqanları işçilərinin sosial müdafiəsi üçün ayrıca “büdcədənkənar fond” yaradılmasını birbaşa nəzərdə tuturdu. ## ##### 2017-ci il tarixli ***-VQD nömrəli Qanunla bu maddə ləğv edilmiş, əvəzinə fərqli hüquqi məzmuna malik 22-1-ci maddə (“Vergi orqanları tərəfindən tətbiq olunan maliyyə sanksiyalarından və digər vəsaitlərdən ayırmalar”) qəbul edilmişdir. Yeni maddədə nə “büdcədənkənar”, nə də “fond” anlayışı işlədilmir— maddə yalnız vəsaitin İqtisadiyyat Nazirliyinin hesabı ilə dövlət büdcəsi arasında bölüşdürülməsi qaydasını tənzimləyir. Qanunvericinin əvvəlki normada mövcud olan hüquqi institutu yeni normanın qəbulu zamanı bilərəkdən aradan qaldırması təsadüfi hal kimi qiymətləndirilə bilməz — bu, həmin institutdan imtina iradəsinin obyektiv ifadəsidir. Beləliklə, # ### 2017-ci il tarixdən Vergi Məcəlləsinin 22-1-ci maddəsi əsasında köçürülən vəsaitin “büdcədənkənar vəsait” statusu daşıdığını təsdiqləyən heç bir hüquqi əsas mövcud deyildir. Cavabdeh inzibati orqanın təqdim etdiyi məktublar təsdiqləyir ki, DVX əməkdaşlarına ödənilən əlavələrin böyük hissəsi (2022-ci ildə 69,9 faiz, 2023-cii ildə 86,3 faiz) sanksiyalar deyil, dövlət büdcəsinə proqnozdan artıq daxilolmalar (vergiyığımları) hesabına formalaşmışdır. Bu, mübahisəli vəsaitin faktiki olaraq dövlət büdcəsinin ümumi gəlirlərinin tərkib hissəsi olduğunu təsdiqləyir. Vəsaitin bu qaydada formalaşması onu “cərimələrdən ayırma”statusundan çıxarır və birbaşa büdcə assiqnasiyasına (məqsədli və təyinatlı vəsaitə) çevirir: nazirliyin xüsusi hesabındakı vəsait artıq cərimə və sanksiyalardan deyil, birbaşa Dövlət Xəzinəsindən qidalanır. Bu isə vəsaitin büdcədənkənar adlandırılmasını hüquqi baxımdan qeyri-münıkün edir. Alt-qanunvericilik aktının qanun normasını daraltmasının yol verilməzliyi. Konstitusiyanın 119-cu maddəsinə əsasən, Nazirlər Kabineti yalnız icraedici-sərəncamverici səlahiyyətə malikdir və Qanunun məqsədini (işçilərin sosial müdafiəsinin gücləndirilməsini) daxili qaydalarla daraldaraq vətəndaşın əmək pensiyası hüququnu (sosial müdafiənin ən ali forması) məhdudlaşdıra bilməz. Nazirlər Kabinetinin *** saylı Qərarı yalnız icra mexanizmini tənzimləyir və Qanunla təsbit olunmuş “dövlət gəliri” statusunu dəyişdirmək səlahiyyətinə malik deyil: Vergi Məcəlləsinin 22-1.1-ci maddəsi Nazirlər Kabinetinə vəsaitin hüquqi təsnifatını müəyyənləşdirmək deyil, yalnız istifadə qaydasını müəyyənləşdirmək səlahiyyəti vermişdir. Alt-akt vasitəsilə bir qanunun (“Büdcə sistemi haqqında” Qanunun 1.1.6 və 19.5-ci maddələri, Vergi Məcəlləsinin 22-1-ci maddəsi) başqa bir qanunun (“Əmək pensiyaları haqqında” Qanunun 20.30-cıı maddəsi) təsir dairəsinə daxil edilməsi Konstitusiyaya, qanunun aliliyi prinsipinə və normativ-hüquqi aktların iyerarxiyasına ziddir. Qanunun təsir dairəsinin genişləndirilməsi və ya daraldılması yalnız yeni qanunla və ya mövcud qanuna dəyişiklik edilməklə mümkündür— Dövlət Gömrük Komitəsinə münasibətdə olduğu kimi. “Büdcədənkənar xərc” və “büdcədənkənar gəlir” anlayışlarının qarışdırılması. “Büdcə sistemi haqqında” Qanunun 19.5-1.2.1-ci maddəsi mübahisəli vəsaiti yerli orqanların büdcədənkənar xərclərinin maliyyələşdirilməsi kimi tanıyır — yəni bu, dövlətin xərclədiyi vəsaitdir, qurumun qazandığı gəlir deyil. Birinci instansiya məhkəməsi bu iki fərqli hüquqi kateqoriyanı — dövlətin verdiyi xərc transfertini və qurumun mövcud olmuyan gəlirini — eyniləşdirməklə vəsaitin ilkin mənbəyini (dövlət büdcəsini) nəzərdən qaçırmış. maliyyə-hiiquq məntiqini pozmuş və nəticədə Dövlət Vergi Xidmətinin (DVX) heç bir əlavə fəaliyyət göstərmədən başqasının (dövlət büdcəsinin) vəsaitinə yiyələnib, onu birtərəfli qaydada "büdcədənkənar vəsait” adlandırmasan qanunauyğun hesab etmişdir. “inzibati icraat haqqında” Qanunun 14-cü maddəsində təsbit olunmuş diskresion hüdudların pozulması. Yuxarıda göstərilən normativ təhrif, cavabdeh orqanın mülahizə (diskresion) səlahiyyətini həyata keçirərkən “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin üç tələbinin ardıcıl şəkildə pozulmasına səbəb olmuşdur: Maddə 14.1 (qanuni hüdudların aşılması): Qanunla (Maddə 1.1.6 və Vergi Məcəlləsinin 22-1-ci maddəsi) müəyyən olunmuş imperativ status inzibati orqanın öz mülahizəsi ilə dəyişdirilə bilməz; bunu etməklə qanunla müəyyən edilmiş hüdud aşılmışdır. Maddə 14.2 (səlahiyyətin məqsədinə ziddiyyət): Qanunvericinin nəzərdə tutduğu “sosial müdafiənin gücləndirilməsi” məqsədi, vəsaitin pensiya bazasından çıxarılması yolu ilə əksinə — sosial vəziyyətin pisləşdirilməsi nəticəsinə xidmət etmişdir. Maddə 14.3 (əsassız məhdudlaşdırma): Ödənişdən mütəmadi olaraq Dövlət Sosial Müdafiə Fondu (DSMF) tutulmasına baxmayaraq, vəsaitin büdcə mənşəyi nəzərə alınmadan pensiya hüququ əsassız məhdudlaşdırılmışdır. Bərabərlik prinsipinin pozulması: analoji dövlət orqanı ilə müqayisə (Konstitusiya, maddə 25). Maddi hüquq normalarının analoji sahələrdə fərqli tətbiqi vətəndaşlar arasında əsassız fərqləndirməyə səbəb olmuş və bərabərlik prinsipini zədələmişdir. Dövlət Gömrük Komitəsində (DGK) tətbiq olunan mexanizmə görə, “Büdcə sistemi haqqında” Qanunun 1.1.6-cı maddəsinə və Gömrük Məcəlləsinin 224.1.5 və 224.1.6-cı maddələrinə uyğun olaraq, yığılan cərimə və ödənişlərin 93 faizi dövlət büdcəsinə deyil, DGK-nın xüsusi hesabına köçürülür və yalnız bu halda hüquqi baxımdan xalis büdcədənkənar vəsait sayılır. Gömrük Məcəlləsinin 334.1.2-ci maddəsinə və Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarına əsasən, həmin vəsaitin 60 faizi dövlət büdcəsinə geri transfert olunaraq əməkdaşların vəzifə maaşlarına əlavələrə yönəldilir; bu mexanizm sayəsində # #### 2022-ci il tarixdən sonra qulluq stajına görə pensiyaya çıxan gömrük əməkdaşlarının əmək pensiyası bazası əhəmiyyətli dərəcədə (2,5-3,0 dəfə) artmışdır. Gömrük əməkdaşlarında rəsmi mexanizmlə dövlət büdcəsinə transfert edilib pensiya bazasına daxil edilən vəsaitin analoqu, Dövlət Vergi Xidmətində birbaşa dövlət büdcəsindən (VXH-dən) formalaşdığı və ondan sosial sığorta lıaqqı ödənildiyi halda pensiya hesablamasından kənarda saxlanılır. Bu ziddiyyətli yanaşma Konstitusiyanın 25-ci maddəsinə (bərabərlik hüququ) və “İnzibati icraat haqqında” Qanunun 14.3-cü maddəsində təsbit olunmuş, analoji hallarda fərqli mülahizə yeritmə qadağasına ziddir (bax: aşağıda, V bölmə). Sübutların araşdırılmasında prosessual pozuntu (İPM maddə 58.7, Konstitusiya maddə 129). Cavabdeh inzibati orqanın məhkəmə işinə təqdim etdiyi rəsmi məktublar vəsaitin 100 faizinin (86,3 faizi vergi yığımı, 13,7 faizi maliyyə sanksiyası) dövlət büdcəsi mənşəli olduğunu birmənalı təsdiqləyir. Birinci instansiya məhkəməsi bu rəsmi göstəriciləri İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinin tələbinə zidd olaraq qiymətləndirmədən kənarda qoymuş və qərarını cavabdehin heç bir qanunvericilik aktına əsaslanmayan subyektiv izahına söykəmişdir. Bu, Konstitusiyanın 129-cu maddəsinin III hissəsində təsbit olunmuş — məhkəmə aktının qanuna və sübut olunmuş faktlara əsaslanması tələbinin — birbaşa pozulmasıdır. Ödənişin əməkhaqqı xarakteri və məcburi sosial sığorta faktı. Mübahisəli ödənişin 50 faizinədək olan məbləği, işçilərin (o cümlədən onun) vəzifə və rütbələrinə əsasən sabit düsturla hər ay vəzifə maaşlarına əlavələrin verilməsi üçün hesablanan əməkhaqqının struktur hissəsidir. Həmin ödənişdən “Sosial sığorta haqqında” Qanuna uyğun olaraq hər ay istisnasız olaraq DSMF haqqının tutulması dövlətin bu vəsaiti əməkhaqqı xarakterli gəlir kimi tanıdığının və gələcək pensiya təminatı öhdəliyini üzərinə götürdüyünün faktiki sübutudur. Çünki məcburi dövlət sosial sığorta haqqı yalnız əməkhaqqı xarakterli gəlirlərdən tutula bilər. Sözügedən vəsaitin qalan hissəsi isə işçilərin kollektiv və fərdi qaydada mükafatlandırılmasına, eləcə də digər analoji ödənişlərə yönəldilir. “Əmək pensiyaları haqqında” Qanunun 20.30-cu maddəsinin düzgün tətbiqi və yeni normativ tənzimləmə. “Əmək pensiyaları haqqında” Qanunun 20.30-cu maddəsinin hüquqi hədəfi dövlət büdcəsi ilə heç bir əlaqəsi olmayan, tamamilə kənar təsərrüfat fəaliyyətindən formalaşan mənbələri pensiya hesablamasından kənarda saxlamaqdır. Mübahisəli halda isə vəsait dövlətin rəsmi vergi siyasətinin və vahid büdcə sisteminin birbaşa nəticəsi kimi VXH-dən ayrılmışdır və bu maddənin tənzimlədiyi vəziyyətə aid deyildir. Birinci instansiya məhkəməsinin qərarı ## #### 2026-cı il tarixində çıxarılsa da, fiziki şəxsin hüquqi vəziyyətini yaxşılaşdıran ## ###### 2026-cı il tarixli ***-VIQD nömrəli Qanun həmin tarixdə artıq qüvvədə idi. Həmin Qanunun tətbiqi ilə bağlı qəbul edilmiş ## #### 2026-cı il tarixli *** nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı isə mübahisəli ödənişlərin hüquqi statusuna konseptual aydınlıq gətirmiş, dövlət məvacibinin tərkibini vahidləşdirməklə sözügedən ödənişlərin birbaşa dövlət məvacibi (dövlət büdcəsi) rejimünə aid olduğunu hüquqən təsbit etmişdir. Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinə əsasən, fiziki şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların geriyə qüvvəsi birmənalı xarakter daşıyır. Bu səbəbdən, göstərilən normativ dəyişikliklərin və Fərmanın ehtiva etdiyi hüquqi məntiq yuxarı instansiya məhkəməsi tərəfindən 'Əmək pensiyaları haqqında' Qanunun 20.30-cu maddəsinin tətbiqi zamanı nəzərə alınmalı, mənim pensiyaya çıxdığım dövrə (may 2024-cü il) geriyə şamil edilməklə tətbiq olunmalıdır. Sübutetmə öhdəliyinin pozulması: İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinin tətbiq edilməməsi. İnzibati Prosessual Məcəllənin (İPM) ən mühüm prinsiplərindən biri inzibati orqanın sübutetmə öhdəliyidir (İPM, maddə 67). İnzibati hüquq münasibətlərində iddiaçı heç nəyi sübut etməyə borclu deyil; əksinə, qəbul etdiyi aktın və ya fəaliyyətsizliyin qanuniliyini sübut etmək öhdəliyi məhz inzibati orqanın üzərinə düşür. Birinci instansiya məhkəməsi Cavabdehdən tətbiq etdiyi daxili (idarədaxili) qaydanın Qanıuıa uyğunluğunu (IPM-in 67.1-ci maddəsi) sübut etməyi tələb elməmiş, bununla da aşağı lıiiquqi qüvvəyə malik daxili aktı Qanundan üstün tutmuşdur. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa və “İnzibati icraat haqqında” Qanunun 10.1-ci maddəsinə (qanunilik prinsipi) əsasən: İnzibati orqanın daxili aktları Qanuna zidd ola bilməz; Daxili təlimatlar Qanunun vətəndaşa verdiyi hüquqları məhdudlaşdıra bilməz. Məhkəmə Cavabdehin hüquqi əsaslandırmadan uzaq daxili qaydasını Qanun normasından üstün tutmaqla, normativ aktların iyerarxiyasını kobud şəkildə pozmuş və İPM-in 67.1-ci maddəsini tətbiq etməmişdir. Bu, formal kənaraçıxma deyil, iş üzrə obyektiv həqiqətin müəyyən olunmasına mane olan həlledici prosessual pozuntudur: inzibati mühakimə icraatının mahiyyətinə görə, Cavabdeh orqan mübahisəli aktın və ya fəaliyyətsizliyin qanuniliyini sübut edə bilmədiyi və hüquqi nornıa əvəzinə idarədaxili qaydalara sığındığı halda, məhkəmə iddianı təmin etməyə borclu idi. İddiaçı tərəfindən verilən apellyasiya şikayətinə ##.##.2026-cı il tarixli əlavə onunla əsaslandırılmışdır ki, Mübahisəli ödəniş — vəzifə maaşına, onun vəzifə və rütbəsinə əsasən sabit düsturla hər ay hesablanan əlavə — əməkhaqqının ayrılmaz struktur hissəsidir, təsadüfi və ya birdəfəlik xarakter daşıyan ödəniş deyil. Bunun sübutu yalnız iddiaçının iddiası ilə deyil, dövlət orqanının öz rəsmi sənədi ilə təsdiqlənir: Vergi orqanları işçilərinə aylıq vəzifə maaşına əlavələrin verilməsi barədə əmrdə həmin vəsait birbaşa "əməyin ödənişi” kimi təsbit edilmişdir. Nəticə etibarilə: dövlət orqanının rəsmi əmri ilə əməyin ödənişi kimi tanınan və mütəmadi, sabit düsturla hesablanan bu ödənişin pensiya təyin edilməsi zamanı nəzərə alınmaması, əməkhaqqı anlayışının məzmununu təhrif edir və hüquqaziddir. 2024-cü ilin may ayında pensiyaya çıxarkən əməkhaqqımın 60%-i "büdcədənkənar vəsait" adı altında pensiya hesablama bazasından çıxarılmışdır. Lakin bu təsnifat faktiki vəziyyətə uyğun deyil: sözügedən vəsait real olaraq dövlət büdcəsindən ödənilmiş və üstəlik, məcburi dövlət sosial sığortasına cəlb edilərək ondan sığorta haqqı tutulmuşdur. Bu işin həlledici faktoloji ziddiyyətidir: dövlət bir tərəfdən həmin vəsaiti sığortaya cəlb edilməli gəlir kimi tanıyıb ondan icbari sığorta haqqı tutmuş, digər tərəfdən isə eyni vəsaiti pensiya təyin edərkən "nəzərə alınmayan" gəlir elan etmişdir. Sığorta haqqı, tutulmuş vəsaitin pensiya hesablamasından kənarda saxlanılması, "Əmək pensiyaları haqqında" Qanunun məqsəd və mahiyyətinə ziddir, çünki sosial sığorta sisteminin əsas prinsipi ödənilmiş sığorta haqqı ilə təyin edilən pensiya arasındakı qarşılıqlı asılılıqdır. Şəxsin hüquqi vəziyyətini yaxşılaşdıran ## ###### 2026-cı il tarixli ***-VIQD nömrəli Qanun, birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından əvvəl qüvvəyə minmişdir. Qanunun keçid müddəası əvvəllər ödənilmiş bu növ əlavələrin yeni dövlət məvacibinin tərkibinə daxil edilməsini birmənalı şəkildə təsbit edir. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən artıq qüvvədə olan bu normanı nəzərdən qaçırmışdır. Bu, sadəcə mübahisəli hüquqi şərh deyil, mövcud faktiki vəziyyətin nəzərə alınmaması faktıdır. ## #### 2026-cı il tarixli *** nömrəli Fərmanla *** nömrəli Fərmanın 9-cu bəndində nəzərdə tutulmuş "büdcədənkənar vəsaitlər" məhdudiyyəti ləğv edilmişdir. Bu ləğv iki hüquqi nəticəyə gətirib çıxarır: birincisi, sözügedən ödənişlərin dövlət məvacibi (dövlət büdcəsi) rejiminə aid olduğunu təsdiqləyir; ikincisi, əvvəllər "büdcədənkənar" adlandırılaraq kənarlaşdırılan vəsaitlərin də pensiya bazasına daxil edilməsinə hüquqi imkan yaradır. Fərman qüvvəyə mindiyi tarixdən (## #### 2026) etibarən büdcədənkənar mənbədən ödəniş anlayışının özü öz hüquqi əsasını itirmişdir. Yuxarıda göstərilən dəyişikliklər (***-VIQD nömrəli Qanun və *** nömrəli Fərman) onun pensiya məbləğimin artmasına imkan yaradan, yəni hüquqi vəziyyətimi birbaşa yaxşılaşdıran normalardır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinə əsasən, şəxsin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktlar geriyə şamil edilir. Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2007-ci il tarixli qərarında da belə yanaşmaya üstünlük verilərək göstərilmişdir ki, «yeni və əvvəlki qanunların arasında kolleziyalar yaranarsa yalnız fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsinin geriyə şamil olunmasının mümkünlüyünü nəzərdə tutan Konstitusiyanın 149-cu maddəsinin VII hissəsi əsas götürülməlidir». Bu üç ünsürün — (1) qanunun keçid müddəası, (2) fərmanla məhdudiyyətin ləğvi və (3) Konstitusiyanın geriyə qüvvə prinsipi — birgə təhlili göstərir ki, "Əmək pensiyaları haqqında" Qanunun 20.30-cu maddəsi tətbiq edilərkən bu normativ məntiq rəhbər tutulmalı və onun pensiyaya çıxdığı dövrə (may 2024cü il) geriyə şamil edilməlidir. Yuxarıda göstərilənləri ümumiləşdirərək bildirir ki, birinci instansiya məhkəməsi ## #### 2026-cı il tarixli qərarını çıxararkən: (1) mübahisəli ödənişin əməkhaqqının struktur hissəsi olduğunu dövlət orqanının rəsmi sənədi ilə təsdiqlənməsinə baxmayaraq, bunu qiymətləndirməmiş; (2) həmin vəsaitdən icbari sosial sığorta haqqı tutulmasının pensiya bazasına daxil edilmə tələbini doğurduğunu nəzərə almamış; (3) qərar qəbul edildiyi an artıq qüvvədə olan ***-VIQD nömrəli Qanunu tətbiq etməmiş; (4) Konstitusiyanın 149-cu maddəsinin VII hissəsində təsbit olunmuş geriyə qüvvə prinsipini rəhbər tutmamışdır. İddiaçı tərəfindən verilən apellyasiya şikayətinə ##.##.2026-cı il tarixli əlavə onunla əsaslandırılmışdır ki,dövlət qulluqçusu kimi ona yaşa görə əmək pensiyası təyin edilərkən son 24 ay üzrə əldə etdiyi əməkhaqqının 60165,50 manat məbləğində hissəsi — əvvəlki illərə aid kompensasiyalar çıxıldıqdan sonra isə 50682,06 manat hissəsi — "büdcədənkənar vəsait" kimi qiymətləndirilərək pensiyanın hesablanması bazasından kənarlaşdırılmış və nəticədə ona cəmi 1222,78 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Halbuki, eyni və ya oxşar hüquqi statusa malik, dövlət qulluğunda müqayisə olunan əmək stajına malik digər şəxslərlə, o cümlədən # ###### 2019-cu ilədək pensiyaya çıxmış keçmiş vergi əməkdaşları ilə müqayisədə mənə 3 dəfə az pensiya hesablanmışdır. Bu fərq iş stajı, 30 il dövlət qulluğunda çalışma müddəti və hüquqi status baxımından obyektiv və əsaslandırılmış izahını tapmır, nəticə etibarilə dövlət qulluqçusunun sosial təminatı məqsədinə uyğun gəlmir. Cavabdeh inzibati orqandan AR Ombudsman Aparatı vasitəsilə rəsmi qaydada əldə etdiyi əlavə məlumatlarla tanış olduqdan sonra mübahisəli vəsaitin əslində büdcə vəsaiti olduğunu müəyyən etmiş və bu əsasla hüquqlarının müdafiəsi üçün Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Lakin, məhkəmə onun əleyhinə qərar çıxarmış, bu zaman nə qanuna, nədə ki, sübuta istinad etməmişdir. "Büdcə sistemi haqqında" Qanunun 1.1.6-cı maddəsinə əsasən, vəsaitin büdcədənkənar hesab olunması üçün maliyyə sanksiyalarının və cərimələrin dövlət büdcəsindən ayrı şəkildə formalaşması və büdcəyə daxil olmaması şərtdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 22-1-ci maddəsi ilə tənzimlənən mübahisəli vəsaitlər (maliyyə sanksiyaları və cərimələr daxil olmaqla) qanunun birbaşa göstərişinə əsasən: tam şəkildə dövlət büdcəsinə daxil edilir; dövlət büdcəsində qabaqcadan proqnozlaşdırılır; büdcənin icrası çərçivəsində xərclənir. Bu üç meyarın eyni vaxtda mövcudluğu həmin vəsaitlərin büdcə rejiminə tabe olduğunu göstərir. Vergi Məcəlləsinin 22-1-ci maddəsində isə həmin vəsaitin pensiya hesablaması bazasına daxil edilməsini qadağan edən heç bir norma yoxdur, qanunda nəzərdə tutulmayan məhdudiyyət isə tətbiq edilə bilməz — bu, hüququn ümumi və fundamental prinsipidir. Əgər vəsait dövlət büdcəsi gəliri kimi formalaşırsa, onun pensiya hesablaması bazasından kənarda saxlanılması üçün açıq və konkret norma mövcud olmalıdır. Belə norma isə mövcud deyil, qanunun özündə belə bir qadağa nəzərdə tutulmadığı halda isə onu tətbiqedici normativ akt yarada bilməz. Belə ki, Vergi Məcəlləsinin 22-1-ci maddəsini qəbul edən Azərbaycan Respublikasının Milli Məclisi həmin vəsaitin hüquqi taleyini dövlət büdcəsi gəliri kimi müəyyən etmişdir, bu isə qanunvericinin iradəsi olub dəyişdirilə bilməz. Qanunun müəyyən etdiyi bu norma iddia predmeti olan vəsaitin real hərəkəti ilə də təsdiqlənir. Vergi Məcəlləsinin 22-1-ci maddəsinə əsasən maliyyə sanksiyaları və cərimələr dövlət büdcəsinə köçürülür və vergi xətti ilə dövlət büdcəsi proqnozunun yerinə yetirilməsində iştirak edir. Bu proses aşağıdakı ardıcıllıqla həyata keçirilir: Maliyyə sanksiyasının tətbiqi: Vergi yoxlaması zamanı qayda pozuntusu aşkar edilir və vergi ödəyicisinə maliyyə sanksiyası (cərimə) hesablanır. Vəsaitin dövlət büdcəsinə ödənilməsi: Vergi ödəyicisi tətbiq olunan maliyyə sanksiyasını və ya cəriməni Xəzinədarlıq hesabına (dövlət büdcəsinə) ödəyir. Pul 100 faiz həcmində büdcə daxilolması kimi qeydə alınır və proqnozun icrasına daxil edilir. Xəzinədarlıq daxil olmuş vəsaitlər barədə məlumatı Dövlət Vergi Xidmətinə göndərir. 43 faizinin xüsusi hesaba köçürülməsi: Dövlət Xəzinədarlığı büdcəyə daxil olan həmin maliyyə sanksiyasının 43 faizini ayıraraq İqtisadiyyat Nazirliyinin (Dövlət Vergi Xidmətinin) xüsusi bank hesabına yönəldir; bu köçürmə vergi orqanının yerinə yetirdiyi büdcə proqnozu göstəricisini aşağı salmır. Vəsaitin təyinatı üzrə istifadəsi: Xüsusi hesaba toplanan bu vəsait vergi orqanı əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi (vəzifə maaşına əlavə, fərdi və kollektiv mükafatlandırma və s.) və vergi sisteminin maddi-texniki bazasının inkişafı üçün xərclənir. Qısa xülasə: cərimə ödəndikdə dövlət bunu büdcəyə yığılan daxilolma kimi qeydə alır və Vergi Xidmətinin proqnozu dolmuş sayılır, qalan 43 faizlik hissə isə sonradan büdcənin öz daxilindən Vergi Xidmətinin xüsusi hesabına ayrılır. Bu, vəsaitin əvvəldən sona qədər dövlət büdcəsinin nəzarəti və uçotu altında qaldığını, formalaşma mənbəyinin büdcə olduğunu bir daha təsdiqləyir. Qanunun tələbi və vəsaitin real hərəkəti ilə yanaşı, cavabdehin özünün təqdim etdiyi məktublardakı rəqəmsal göstəricilər də bu vəsaitin formalaşma strukturunu birmənalı şəkildə açıqlayır:2022-ci ildə mübahisəli vəsaitin 69,9 faizi əvvəlki ildən dövlət büdcəsinə proqnozdan artıq daxil olmuş vergi yığımlarından, qalan 30,1 faizi isə cari ilin maliyyə sanksiyalarından formalaşıb; 2023-cü ildə isə eyni mənbədən — proqnozdan artıq vergi yığımlarından — 86,3 faizi, maliyyə sanksiyalarından isə yalnız 13,7 faizi formalaşıb. Bu göstəricilər onu sübut edir ki, mübahisəli vəsaitin hamısı məhz dövlət büdcəsinə daxil olmuş vergi yığımlarından və maliyyə sanksiyalarından, yəni birbaşa büdcə mənbəyindən yaranıb. Beləliklə, həm qanunun birbaşa göstərişi (2.1), həm vəsaitin real hərəkəti (2.2), həm də cavabdehin öz imzası ilə təsdiqlədiyi rəqəmsal sübutlar (2.3) eyni nəticəyə gətirir: qanun açıq şəkildə müəyyən edir ki, dövlət büdcəsinə ödənilən hər hansı vəsait — mənbəyindən asılı olmayaraq — büdcə vəsaiti statusunu daşıyır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi mübahisəli vəsaiti "büdcədənkənar" hesab etmişdir. Bu qənaət nə qanunun tələbinə, nə də işdə olan faktiki sübutlara əsaslanmır və onlarla birbaşa ziddiyyət təşkil edir. Sübutların düzgün qiynıətləndirilməməsi və qanunun tələblərinin nəzərə alınmaması nəticəsində qəbul edilmiş bu qənaət Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin pozulmasına səbəb olmuşdur. Mübahisənin düzgün həlli üçün iddiaçıya ödənilmiş vəsaitlərin hüquqi mahiyyətinin —yəni dövlət büdcəsi vəsaiti, yoxsa büdcədənkənar vəsait kimi qiymətləndirilməsinin — aydınlaşdırılması ilkin şərtdir. Lakin bu günə kimi hər iki instansiya məhkəməsi tərəfindən cavabdeh inzibati orqan qarşısında aşağıdakı əsas suallar qoyulmamışdır: A)Hansı qanun, hansı maddə, hansı norma sözügedən vəsaitin büdcə vəsaiti adlandırılmasını qadağan edir? B)Cavabdeh inzibati orqan hansı qanunun hansı maddəsinə əsaslanaraq bu vəsaiti büdcədənkənar vəsait adlandırır? Bu suallara heç bir konkret və birbaşa hüquqi istinad mövcud deyil. Məhkəmə iclaslarının hər birində tərəfimdən cavabdeh inzibati orqanın nümayəndəsinə həmin suallar ünvanlanmış, lakin nümayəndə bu suallardan yayınmışdır. ## ###### 2026-cı il tarixli məhkəmə iclasında hakim xanım cavabdeh inzibati orqanın (DVX) nümayəndəsinə aşağıdakı sualı vermişdir: "Adından göründüyü kimi, büdcədənkənar vəsaitlər büdcə ilə əlaqəsi olmayan, büdcədən kənarda toplanmış vəsaitlərdir. İddiaçı bildirir ki, bu vəsaitlər Vergi Məcəlləsinin 22-1.1-ci maddəsində nəzərdə tutulduğu kimi tam şəkildə dövlət büdcəsinə ödənilir. Siz iddiaçının mövqeyi ilə razısınızmı? Bu mübahisəli vəsaitlər həqiqətən tam şəkildə büdcəyə ödənilirmi?" Cavabdeh inzibati orqanın nümayəndəsi bu sualı təsdiq edərək bildirmişdir ki, bəli, vəsaitlər tam şəkildə büdcəyə ödənilir. Bununla belə, vəsaitlərin mənbəyindən asılı olmayaraq, İqtisadiyyat Nazirliyinin xüsusi hesabına köçürülən bu vəsaitin büdcədənkənar vəsait adlandırıldığını əlavə etmişdir. Bu ziddiyyətli izahatdan sonra hakim xanım cavabdehdən ödəniş proseslərinin necə həyata keçirildiyinin yazılı şəkildə hazırlanıb məhkəməyə təqdim edilməsini tələb etmişdir. Lakin bu tapşırığın verildiyi tarixdən — ## ######## 2026-cı il tarixinə kimi — göstərilən məlumat məhkəməyə təqdim edilməmişdir. Qeyd olunan hüquqi sualların cavabdeh tərəfindən cavablandırılması məhkəmənin düzgün qərar qəbul etməsi üçün zəruri əsas yaradacaqdır. Belə ki, İnzibati Prosessual Məcəllənin (İPM) ən mühüm prinsiplərindən biri məhz inzibati orqanın sübutetmə öhdəliyidir (İPM, maddə 67). İnzibati hüquq münasibətlərində iddiaçı heç nəyi sübut etməyə borclu deyil; əksinə, qəbul edilmiş aktın qanuniliyini sübut etmək öhdəliyi inzibati orqanın üzərinə düşür. Cavabdeh bu öhdəliyi bu günə qədər yerinə yetirməmişdir. Bu mövqeni sonradan qəbul edilmiş qanunvericilik də təsdiqləyir. Prezidentin ## #### 2026-cı il tarixli fərmanı ilə əmək haqları vahid tarif üzrə birləşdirilmiş, büdcə və büdcədənkənar vəsaitlər arasındakı fərq ləğv edilmişdir. Bu fərman ## ###### 2026-cı il tarixindən əvvəl vəzifəsindən azad olunmuş dövlət qulluqçularına da şamil edilmişdir. Apellyasiya instansiya məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(*-*)- ****/**** nömrəli qərardadı ilə iş üzrə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Apellyasiya şikayətinə etirazın dəlilləri Üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayətinə etiraz verərək, şikayətin rədd edilməsi və Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı i l tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəməsində üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)- *****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Əmək pensiyasları haqqında” Qanun: -1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Qanuna ## ###### 2018-ci il tarixli Qanunla əlavə edilmiş və 0# ###### 2019-cu il tarixdən qüvvəyə minmiş 20.30-cu maddəyə əsasən, bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2-ci bəndinə əsasən, bu Qaydanın 2.1-ci bəndində göstərilən şəxslər istisna olmaqla, əmək pensiyasının təyin edilməsi, Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin bu hüququn yarandığı tarixdən sonra Fondun aidiyyəti struktur bölməsinə və ya Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST” mərkəzlərinə (bundan sonra – “DOST” mərkəzi) bu Qaydanın * nömrəli Əlavəsi ilə müəyyən edilmiş formada yazılı, o cümlədən elektron müraciəti əsasında aparılır və bu Qaydanın 2.9-cu bəndi nəzərə alınmaqla aşağıdakı sənədlərin (bu Qaydanın 4cü hissəsi nəzərə alınmaqla) təqdim edilməsi tələb olunur: -2.2.5. əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması üçün (hərbi qulluqçular və xüsusi rütbəli şəxslər, habelə onların ailə üzvləri istisna olmaqla) bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulanlara əlavə olaraq müvafiq dövlət orqanının təqdim etdiyi forması bu Qaydaya * nömrəli Əlavə ilə müəyyən edilmiş arayış. Azərbaycan Respublikasının ## #### 2001-ci il tarixli ***-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 78-ci bəndinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən vergi orqanında xidmət edən vəzifəli şəxslərin pensiya təminatı xüsusi rütbəli şəxslər üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bu maddənin birinci cümləsində nəzərdə tutulan vəzifəli şəxslər istisna olmaqla, vergi orqanında dövlət qulluğunda çalışan digər vəzifəli şəxslərə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş pensiya təminatı şamil edilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: -22-1.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və elmi-texniki potensialının artırılması məqsədi ilə, habelə dövlət və ictimai əhəmiyyətli məqsədlərlə əlaqədar vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin və məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış malların satışından əldə edilən vəsaitin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hissəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına, qalan hissəsi isə dövlət büdcəsinə köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. -22-1.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) bu Qanunun 22-1.1-ci maddəsində nəzərdə tutulan mənbələr hesabına gəlirlərinin faktiki daxilolmalarının məbləği büdcə sistemi haqqında qanunvericilikdə nəzərdə tutulan qaydada proqnozlaşdırılan gəlirlərinin məbləğindən az olduqda, bu fərq əvvəlki il üçün Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında qanunu ilə təsdiq edilən dövlət büdcəsinin gəlirləri üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan artıq daxil olan vəsait (neft-qaz sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri (podratçılar), “Avtomobil Yolları” X3 mədaxil mənbələri üzrə daxilolmalar, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş qaydada şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin onların sərəncamında saxlanılan və istifadəsinə verilən hissəsi istisna olmaqla) hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürülür. “Büdcə sistemi haqqında” Qanunun 1.1.27-ci maddəsinə əsasən vahid xəzinə hesabının sərbəst qalığı – dövlət xəzinədarlığının bank və maliyyə institutlarındakı hesablar sistemində ötən illərin dövlət büdcələrinin icrası nəticəsində cari büdcə ilinin əvvəlinə qalan vəsaitin məbləğidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ###### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”dən: -1.2.1. büdcədənkənar vəsaitlər – Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların (bundan sonra - idarə və təşkilat) büdcədən ayrılan təxsisatlardan əlavə daxil olmuş vəsaitlərdir. - 2.1. Büdcədənkənar vəsaitlər malların satışından, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən büdcə təşkilatlarının əldə etdiyi vəsaitlər, habelə inzibati cərimələrin, maliyyə sanksiyalarının, dövlət nəfinə müsadirə olunmuş əmlakın satışından, habelə dövlət nəfinə müsadirə olunmuş pul vəsaitlərinə görə daxil olan vəsaitlərin qanunvericiliklə müəyyən edilmiş məbləğdə həmin gəlirlərin yığılmasını təmin edən dövlət orqanlarının xüsusi xəzinə hesabına köçürülən hissəsi, idarə və təşkilatların qanuna və ya ondan irəli gələn normativ hüquqi aktlara uyğun olaraq göstərdikləri xidmətlərə görə tutulan haqlar hesabına formalaşdırılır. -3.1. İdarə və təşkilatlar tərəfindən malların satışına, işlərin görülməsinə və ya xidmətlərin göstərilməsinə görə tam, yaxud qismən büdcədənkənar gəlirlərə aid edilən haqların, inzibati cərimələrin, maliyyə sanksiyalarının ödənişi milli valyutada, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə və ya köçürmə yolu ilə nağdsız qaydada həyata keçirilir və müvafiq xəzinə hesabına köçürülür. Həmin vəsaitlər elektron ödəmə sistemləri vasitəsilə ödənildikdə müvafiq ödəmə sistemindən çıxarış, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank və ya poçt sənədi verilir. -3.5. İlin sonuna büdcədənkənar vəsaitlər üzrə bütün xəzinə hesablarının qalıqları X2 köçürülür (qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla). Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2023-cü il ## ###### tarixli, Q-** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət xəzinədarlığı vasitəsilə maliyyə əməliyyatlarının həyata keçirilməsi və həmin əməliyyatların uçotunun aparılması Qaydası”nın 6.9-cu bəndinə əsasən, vahid xəzinə hesabının sərbəst qalığı “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.5-ci maddəsinə, habelə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 22-1.3-cü maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il # #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamında saxlanılması və istifadəsi Qaydası”na uyğun olaraq müvafiq istiqamətlərə yönəldildikdə həmin ayırmalar xəzinə uçotunda nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ####### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və elmi-texniki potensialının artırılması məqsədilə, habelə dövlət və ictimai əhəmiyyətli məqsədlərlə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın 1.1-ci bəndinə əsasən, bu Qayda Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 22-1-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Republikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – İqtisadiyyat Nazirliyi) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, madditexniki bazasının möhkəmləndirilməsi və elmi-texniki potensialının artırılması məqsədilə, habelə dövlət və ictimai əhəmiyyətli məqsədlərlə əlaqədar vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyalarından və məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış malların satışından İqtisadiyyat Nazirliyinin hesabına köçürülən vəsaitdən (bundan sonra büdcədənkənar vəsait) istifadə qaydasını müəyyən edir. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini və ona edilmiş əlavələri, eləcə də həmin dəlillərə qarşı təqdim olunmuş etirazları qarşılıqlı əlaqədə qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin mahiyyətini iddiaçının əmək fəaliyyəti dövründə ona ödənilmiş və əməkhaqqı arayışında büdcədənkənar vəsait hesabına verilmiş ödəniş kimi göstərilmiş məbləğlərin dövlət büdcəsindən ayrılmış vəsait hesabına ödənilmiş məbləğ kimi göstərilməklə yeni arayışın verilməsi üçün hüquqi əsasın olub-olmaması təşkil edir. Birinci instansiya məhkəməsi haqlı olaraq mübahisənin düzgün həlli üçün həmin ödənişlərin iqtisadi mənbəyinin deyil, onların qanunvericiliklə müəyyən edilmiş hüquqi rejiminin həlledici əhəmiyyət daşıdığı qənaətinə gəlmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 20.30cu maddəsi qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlərin nəzərə alınmamasını birbaşa müəyyən edir. Mübahisəli vəsaitlərin hüquqi rejiminə dair İddiaçı apellyasiya şikayətində mübahisəli vəsaitlərin əhəmiyyətli hissəsinin dövlət büdcəsinə daxil olmuş və proqnozdan artıq daxilolmalar hesabına formalaşdığını əsas gətirərək onların büdcədənkənar vəsait hesab edilə bilməyəcəyini bildirir. Kollegiya bu mövqeni əsaslı hesab etmir. Nəzərə almaq lazımdır ki, Vergi Məcəlləsinin 22-1-ci maddəsi ilə yaradılmış mexanizm çərçivəsində müəyyən mənbələrdən formalaşan vəsaitlərin İqtisadiyyat Nazirliyinin xüsusi hesabına köçürülməsi və həmin vəsaitlərdən ayrıca hüquqi rejim əsasında istifadə edilməsi müəyyən edilmişdir. İş materiallarından görünür ki, 2022-ci ildə 363,4 milyon manat, 2023-cü ildə isə 302,9 milyon manat məbləğində vəsait İqtisadiyyat Nazirliyinin büdcədənkənar xüsusi hesabına köçürülmüşdür. Beləliklə, vəsaitin müəyyən mərhələdə dövlət büdcəsi gəlirləri ilə əlaqəli olması onun sonrakı hüquqi rejimini müəyyən edən yeganə meyar deyil. Qanunvericilik həmin vəsaitləri xüsusi hesaba yönəltməklə və onlardan istifadə üçün ayrıca mexanizm müəyyən etməklə onları ümumi büdcə təxsisatı rejimindən fərqləndirmişdir. Birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi, vəsaitlər dövlət büdcəsi ilə bağlı mənbədən formalaşsa belə, xüsusi hesaba keçirildikdən və ayrıca hüquqi rejimə tabe edildikdən sonra büdcədənkənar vəsait statusunda istifadə olunur. Bu səbəbdən iddiaçının vəsaitin ilkin iqtisadi mənşəyi ilə onun konkret pensiya münasibətindəki hüquqi statusunu eyniləşdirən dəlili qəbul edilə bilməz. Sosial sığorta haqqının tutulmasına dair dəlil İddiaçı, həmçinin mübahisəli məbləğlərdən məcburi dövlət sosial sığorta haqqı tutulmasını həmin ödənişlərin pensiyanın hesablanmasına daxil edilməli olmasının sübutu kimi təqdim edir. Kollegiya hesab edir ki, burada əmək pensiyasının sığorta mexanizmi ilə qulluq stajına görə xüsusi əlavənin hesablanması bir-birindən fərqləndirilməlidir. Büdcədənkənar və ya dövlət büdcəsi vəsaiti hesabına ödənilməsindən asılı olmayaraq, əməkhaqqından tutulmuş məcburi dövlət sosial sığorta haqları pensiyanın sığorta komponentində hüquqi nəticə yaradır. Lakin qulluq stajına görə əlavə qanunvericinin ayrıca müəyyən etdiyi xüsusi pensiya mexanizmidir və həmin əlavənin hesablanması bazası “Əmək pensiyaları haqqında” Qanunun 20.30-cu maddəsi ilə ayrıca məhdudlaşdırılmışdır. Üçüncü şəxsin etirazında da məhz bu iki hüquqi mexanizmin fərqli olduğu göstərilmişdir. Buna görə də ödənişdən sosial sığorta haqqının tutulması həmin məbləğin qulluq stajına görə əlavənin hesablanması bazasına daxil edilməsini avtomatik şərtləndirmir. Bərabərlik prinsipinə və gömrük əməkdaşları ilə müqayisəyə dair İddiaçının əsas dəlillərindən biri də vergi orqanlarının əməkdaşları ilə gömrük orqanlarının əməkdaşlarının pensiya təminatı arasında fərqin Konstitusiyanın 25-ci maddəsində təsbit olunmuş bərabərlik hüququnu pozmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, bu dəlil Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarında ifadə edilmiş hüquqi mövqelər nəzərə alınmaqla qiymətləndirilməlidir. Ali Məhkəmə həmin qərarda bərabərlik prinsipinin tətbiqi üçün ilk növbədə müqayisə olunan subyektlərin eyni və ya ən azı müqayisə edilə bilən vəziyyətdə olmasının müəyyən edilməli olduğunu göstərmişdir. Bundan sonra fərqli rəftarın mövcudluğu və belə rəftarın obyektiv və ağlabatan əsasının olub-olmaması yoxlanılmalıdır. Həmin işdə Ali Məhkəmənin müəyyən etdiyi qeyri-bərabər münasibət eyni dövlət orqanında, yəni Dövlət Gömrük Komitəsində xidmət etmiş, eyni əlavəni almış və həmin əlavədən eyni qaydada sosial sığorta haqqı ödəmiş şəxslərin müxtəlif zaman dövrlərində pensiya hüququ əldə etmiş qrupları arasında yaranmışdı. Ali Məhkəmə məhz bu səbəbdən həmin qrupları müqayisə edilə bilən hesab etmişdir. Hazırkı işdə isə müqayisə başqa xarakter daşıyır. İddiaçı müxtəlif dövlət orqanlarında, yəni vergi və gömrük orqanlarında xidmət etmiş şəxsləri müqayisə edir. Həmin şəxslərin dövlət xidmətində olmaları onları avtomatik şəkildə bütün maliyyə və pensiya təminatı elementləri baxımından eyni hüquqi vəziyyətə gətirmir. Bu baxımdan, Ali Məhkəmənin həmin qərarında istifadə etdiyi “qanunvericinin real iradəsi” meyarı hazırkı iş üçün xüsusi əhəmiyyət kəsb edir. Ali Məhkəmə gömrük işi üzrə müəyyən etmişdir ki, 2019-cu ildən büdcədənkənar vəsait hesabına ödənilən 60 faiz əlavənin pensiya hesablanmasından çıxarılmasına baxmayaraq, 2022-ci ildə normativ tənzimləmə dəyişdirilmiş, həmin vəsaitin 60 faizinin dövlət büdcəsinə köçürülməsi və tam həcmdə əməkdaşların aylıq vəzifə maaşına əlavə kimi verilməsi müəyyən edilmişdir. Bunun nəticəsində həmin ödənişlər yenidən pensiya hesablanmasına daxil edilmişdir. Məhz bu normativ ardıcıllıq Ali Məhkəməyə belə nəticəyə gəlməyə əsas vermişdir ki, gömrük əməkdaşlarına münasibətdə normayaratma subyektlərinin real iradəsi həmin əlavəni pensiya təminatı sistemindən birdəfəlik çıxarmaq deyil, onun pensiyada nəzərə alınmasının hüquqi mexanizmini dəyişdirmək olmuşdur. Başqa sözlə, Ali Məhkəmənin gömrük işi üzrə gəldiyi nəticə həmin ödənişlərin təbiətinin bütün dövlət orqanlarında eyni olması fikrinə deyil, Gömrük Komitəsinə münasibətdə mövcud olmuş konkret normativ ardıcıllığa və qanunvericinin xüsusi iradəsinə əsaslanmışdır. Hazırkı vergi münasibətlərində isə eyni normativ ardıcıllıq müəyyən edilmir. Əksinə, Vergi Məcəlləsinin 22-1-ci maddəsi, onun tətbiq mexanizmini müəyyən edən normativ tənzimləmə və “Əmək pensiyaları haqqında” Qanunun 20.30-cu maddəsi birlikdə qiymətləndirildikdə, vergi əməkdaşlarına ödənilən mübahisəli məbləğlərin xüsusi, yəni büdcədənkənar maliyyələşmə rejimində saxlanıldığı görünür. Həmin vəsaitlərin İqtisadiyyat Nazirliyinin hesabına köçürülməsi və “büdcədənkənar vəsait” kimi istifadə olunması normativ aktın özündə də ifadə edilmişdir. Bu hal göstərir ki, gömrük əməkdaşlarına münasibətdə mövcud olan normativ iradə ilə vergi əməkdaşlarına münasibətdə qanunvericinin seçimi eyni olmamışdır. Bu fərqlilik təsadüfi inzibati təcrübədən deyil, iki sahə üçün fərqli normativ maliyyələşmə mexanizmlərinin müəyyən edilməsindən irəli gəlir. Ali Məhkəmənin qərarında da vurğulandığı kimi, bərabərlik prinsipi formal eyniliyi deyil, maddi bərabərliyi tələb edir, yəni subyektlərin faktiki hüquqi vəziyyəti, hüquq və vəzifələrinin mahiyyəti və tətbiq olunan hüquqi rejim nəzərə alınmalıdır. Bu yanaşmadan çıxış etdikdə, vergi və gömrük əməkdaşlarının yalnız dövlət xidmətində olmaları və onlara əməkhaqqına əlavə ödənişlərin verilməsi həmin qrupların pensiya təminatının bütün elementləri baxımından eyni vəziyyətdə olduğunu təsdiq etmir. Əksinə, həmin ödənişlərin formalaşması, dövlət büdcəsinə köçürülməsi, yenidən əməkhaqqına yönəldilməsi və pensiya bazasına daxil edilməsi mexanizmləri müxtəlifdir. Fərqli rəftarın obyektiv və ağlabatan əsasına dair Ali Məhkəmənin həmin qərarından çıxış etməklə hazırkı işdə ikinci mərhələdə fərqli rəftarın obyektiv əsasının olub-olmaması da qiymətləndirilməlidir. Kollegiya hesab edir ki, vergi və gömrük əməkdaşlarının pensiya təminatında müəyyən fərqlərin olması özü-özlüyündə Konstitusiyanın 25-ci maddəsinin pozulması demək deyildir. Dövlət ayrı-ayrı xidmət sahələrinin maliyyələşdirilməsi, həmin sahələrdə çalışan şəxslərin əməkhaqqı strukturu və xüsusi pensiya təminatı ilə bağlı fərqli mexanizmlər müəyyən etmək səlahiyyətinə malikdir. Xüsusilə sosial təminat sahəsində qanunverici dövlətin maliyyə imkanlarını, pensiya sisteminin dayanıqlılığını, müvafiq dövlət xidmətinin xüsusiyyətlərini və büdcədənkənar gəlirlərin formalaşma mexanizmini nəzərə almaqla müəyyən tənzimləmə mülahizəsinə malikdir. Ali Məhkəmənin özü də sosial təminat sahəsində qanunvericinin mülahizə sərbəstliyinin mövcudluğunu qəbul etmiş, yalnız həmin mülahizənin bərabərlik, hüquqi müəyyənlik və haqqədalət prinsipləri ilə məhdudlaşdığını göstərmişdir. Hazırkı işdə isə gömrük işi üzrə Ali Məhkəmənin müəyyən etdiyi kimi, eyni orqan daxilində eyni şəxslər qrupu arasında izah edilməyən üçillik normativ boşluq mövcud deyil. Vergi əməkdaşlarına münasibətdə qanunverici bütöv bir kateqoriya üçün büdcədənkənar vəsaitlər hesabına ödənilən məbləğlərin qulluq stajına görə əlavənin hesablanmasında nəzərə alınmamasını müəyyən etmişdir. Belə tənzimləmənin obyektiv əsası da ondan ibarətdir ki, ayrı-ayrı dövlət orqanlarının büdcədənkənar gəlirlərinin həcmi və həmin gəlirlər hesabına əməkdaşlara verilən əlavələrin məbləği müxtəlif ola bilər. Bu cür dəyişkən və qurumun maliyyə imkanlarından asılı ödənişlərin dövlət büdcəsi hesabına uzunmüddətli pensiya öhdəliyinin bazasına avtomatik çevrilməməsi qanunvericinin sosial təminat sistemi daxilində maliyyə tarazlığını qorumağa yönəlmiş seçimidir. Qanunvericinin sosial təminat sahəsində mülahizə sərbəstliyi Kollegiya qeyd edir ki, sosial təminat sahəsində şəxslərə verilən təminatların növlərinin, həcminin və onların hesablanması qaydalarının müəyyən edilməsi zamanı dövlətin maliyyə imkanlarının nəzərə alınması bu sahənin hüquqi tənzimlənməsinin xüsusiyyətlərindən irəli gəlir. Sosial təminat hüququnun həyata keçirilməsi dövlətin müvafiq maliyyə resursları hesabına davamlı öhdəliklər götürməsini tələb etdiyindən, qanunverici pensiya təminatı sistemini formalaşdırarkən həm şəxslərin sosial təminat maraqlarını, həm də həmin sistemin maliyyə imkanları çərçivəsində davamlı fəaliyyətini nəzərə almaq səlahiyyətinə malikdir. Bu yanaşma üçüncü şəxsin etirazında istinad edilən Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ilə də uzlaşır. Həmin mövqeyə görə, sosial hüquqların təmin edilməsinin özünəməxsus xüsusiyyətlərindən biri onların həyata keçirilməsinin dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlı olmasıdır. Bu baxımdan, “Əmək pensiyaları haqqında” Qanunun 20.30-cu maddəsində büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlərin qulluq stajına görə əlavənin hesablanması zamanı nəzərə alınmamasına dair qayda qanunvericinin sosial təminat sahəsində malik olduğu mülahizə sərbəstliyi çərçivəsində pensiya təminatının hesablanma əsaslarına münasibətdə müəyyən etdiyi hüquqi tənzimləmə kimi qiymətləndirilməlidir. Beləliklə, hazırkı mübahisənin həlli dövlət büdcəsi üçün konkret maliyyə nəticəsinin yaranıb-yaranmamasından deyil, iddiaçının tələb etdiyi ödənişlərin qüvvədə olan qanunvericiliyə əsasən qulluq stajına görə əlavənin hesablanması bazasına daxil olubolmamasından asılıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar