Məhkəmə qərarları › İş №2-1(3-6)-1533/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1533/2026

16.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1533/2026 16.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X8 və Uçotunun Təşkili Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X16 (sədrlik edən və məruzəçi), X23 və X19 ibarət tərkibdə, Şirazi Elxan oğlu Eldarzadənin katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları

1. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ##.##.2025-ci il tarixli ************** nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.

2. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ##.##.2025-ci il tarixli ************** nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 4 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 8000 manat məbləğində maliyyə sanksiyası təyib edilərək vergi məsuliyyətinə cəlb edilmişdir.

3. Cavabdeh tərəfindən təqdim edilmiş icraat materiallarına əsasən: - ##.##.2025-ci il tarixli ************** nömrəli “X8nin həyata keçirilməsi haqqında” Qərarına əsasən ünvan 1 ünvanında yerləşən çay evində X8nin həyata keçirilməsi qərara alınmışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən ##.##.2025-ci il tarixli, KY********* nömrəli Çıxarışdan görünür ki, yoxlayıcı orqanın adı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı İddiaçı, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin VÖEN-i 2008320792, yoxlamanın müddəti (başlama, sona çatma tarixi) ##.##.2025-##.##.2025, yoxlanılan dövr cari fəaliyyət, yoxlamanın predmeti və hüquqi əsasları Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi olmuşdur. - “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X8nin nəticəsi haqqında ” DVX ****** nömrəli ##.##.2025-ci il tarixli akta əsasən, ##.##.2025-ci il tarixdə saat 17:05-də təqdim olunmuş məlumatlara əsasən obyektdə iaşə xidmətinə cəlb olunmuş 8 fiziki şəxsdən 4 nəfəri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Akta əlavə ediliş siyahıda X13, X4, X17 və X5 adı qeyd edilmişdir. - “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” ## ###### 2025-ci il tarixli DVX seriyal ****** nömrəli akta əsasən “Ləbləbi” çay evində İddiaçı iştirakı olmadan ilə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına X8 həyata keçirilərkən müəyyən olunmuşdur ki, “Ləbləbi” çay evində 19023901004187645 zavod nömrəli, Tianyus30” markalı nəzarət-kassas aparatı quraşdırılmışdır. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ## #### 2024-cü il tarixli, *********** nömrəli qeydiyyat vərəqəsi ilə qeydiyyata alınmışdır. “Ləbləbi” çay evində əhali ilə pul hesablaşmalarının aparılmasında X6raşdırılıb ciddi hesabat blanklarından istifadə olunur. ##.##.2025ci il tarixdə, saat 16:50-də İddiaçı məxsus “Ləbləbi” çay evində müştəri tərəfindən çay stoluna görə 22.05 (iyirmi iki manat beş qəpik) ödənilmiş, ödənişin müqavilində həmin məbləğ X6 fiskal yaddaşına vurulmamış, çek təqdim edilməmişdir. Tərəflərindən keçirilən X8 tədbiri zamanı həmin məbləğ ssaat 17:02:15-də *** nömrəli çeklə X6 fiskal yaddaşına bərpa olunmuşdur. Bərpa çeki X hesabatı ilə akta əlavə olunmuşdur. X6 gündəlik Z hesabatları alınır.

a) Birinci instansiya məhkəməsində icraat.

4. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X8 və Uçotunun Təşkili Baş İdarəsinə qarşı cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2025-ci il tarixli ************** nömrəli və ##.##.2025-ci il tarixli ************** nömrəli qərarlarının ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı bildirir ki, ona aid ictimai iaişə müəssisəsində X8 həyata keçirilmiş, cavabdeh inzibati orqanın ##.##.2025-ci il tarixli ************** nömrəli qərarı ilə iddiaçıya Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən nəğd hesablaşmaların aparılması qaydalarının pozulmasına görə 1000 manat, ##.##.2025ci il tarixli ************** nömrəli qərarı ilə iddiaçıya Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən işçilərlə əmək müqavilələrinin bağlanmamasına görə 8000 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

6. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, uçot-baza məlumatına əsasən fərdi sahibkarın ##.##.2023-cü il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyətinin “kafelərin fəaliyyəti”ndən ibarət olduğu müəyyən edilmişdir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsinin “X8nin həyata keçirilməsi haqqında” ##.##.2025-ci il tarixli ************** nömrəli vergi ödəyicisinin fəaliyyət göstərdiyi ünvan 2 ünvanında yerləşən “Ləbləbi” çay evində keçirilmiş X8 tədbiri obyektdə X8 tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 4 (dörd) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Bu barədə ##.##.2025-ci il tarixli DVX seriyalı ****** nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X8nin nəticəsi haqqında” aktın tərtib edilmişdir. Vergi ödəyicisi və ya səlahiyyətli nümayəndəsi OVN tədbirində iştirak etmədiyindən aktla tanış olması və bir nüsxəsini qəbul etməsi mümkün olmamış, OVN tədbirinin keçirilməsi haqqında Qərar barədə vergi ödəyicisinə telefonla məlumat verilmiş, tərtib olunmuş materialların 1 (bir) nüsxəsinin qaydalara uyğun olaraq və poçtla göndəriləcəyi fərdi sahibkara bildirilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən ##.##.2025-ci il tarixli ************** nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 8000 (səkkiz min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə ##.##.2025-ci il tarixli 253912********** nömrəli məktubla vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna ##.##.2025-ci il tarixdə göndərilmiş və tərəfindən ##.##.2025-ci il tarixdə oxunmuşdur. Eyni zamanda OVN tədbiri zamanı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı müəyyən edilmişdir. Belə ki, ##.##.2025-ci il tarixdə saat 16:50-də İddiaçı məxsus “Ləbləbi” çayb evində müştəri tərəfindən çay stoluna görə 22,05 manat (iyirmi iki manat beş qəpik) ödəniş edilməsinə baxmayaraq, ödəniş müqabilində həmin məbləğin NKA-nın fiskal yaddaşına vurulmadığı, çek təqdim edilmədiyi müəyyən edilmişdir. OVN tədbiri zamanı həmin məbləğ saat 17:02:15-də *** nömrəli çek ilə NKA-nın fiskal yaddaşına bərpa edilmişdir. Bərpa çeki X hesabatı ilə akta əlavə edilmişdir. Faktla bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-ci maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq ##.##.2025-ci il tarixli DVX seriyalı ****** nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktın tərtib edildiyi, aktın vergi ödəyicisinin OVN tədbirində iştirak etməməsi səbəbindən imzalanmadığı və bir nüsxəsinin qəbul edilmədiyi müəyyən olunmuşdur. Tərtib edilmiş akt əsasında vergi orqanı tərəfindən ##.##.2025-ci il tarixli ************** nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 1000 (min min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Təlabnamə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda ##.##.2025-ci il tarixli 253912********** nömrəli məktubun vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna ##.##.2025-ci il tarixdə göndərilmiş və tərəfindən ##.##.2025-ci il tarixdə oxunmuşdur. Belə ki, vergi orqanı tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli ************** nömrəli və ************** nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarların hər ikisində qeyd edilmişdir ki, “Qərardan onun təqdim olunduğu vaxtdan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən 30 gün müddətində məhkəməyə və ya Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən 3 ay müddətində birbaşa və ya qərarı qəbul etmiş vergi orqanı vasitəsilə yuxarı vergi orqanına şikayət verilə bilər.” İşçi X17 ##.##.2025-ci il tarixli etirafedici izahatında İddiaçı tərəfindən qutabçı vəzifəsinə işə götürüldüyünü, onunla əmək müqaviləsi bağlanmadığını, gündəlik 25 manat əmək haqqı aldığını, obyektdə özündən başqa işləyən işçilərdən Sevil və Aynurəni tanıdığını bildirmişdir. İşçi X4 ##.##.2025-ci il tarixli etirafedici izahatında İddiaçı tərəfindən 3 ay olar ki, ofisiant vəzifəsinə işə götürüldüyünü, onunla əmək müqaviləsi bağlanmadığını, gündəlik 15 manat əmək haqqı aldığını, iş saatının saat 16:00-dan 02:00-dək olduğunu bildirmişdir. İşçi X20 ##.##.2025-ci il tarixli etirafedici izahatında ##.##.2025-ci il tarixdən İddiaçı tərəfindən xadimə vəzifəsinə işə götürüldüyünü, onunla əmək müqaviləsi bağlanmadığını, gündəlik 30 manat əmək haqqı aldığını, iş saatının 10:30-dan 01:00-dək olduğunu, obyektdə özündən başqa işləyən işçilərdən Seva və Elnarəni tanıdığını bildirmişdir. İşçi X5 ##.##.2025-ci il tarixli etirafedici izahatında ##.##.2025-ci il tarixdən etibarən işə başladığını, onunla əmək müqaviləsi bağlanmadığını, gündəlik nağd 25 manat əmək haqqı aldığını, iş saatının 10:00-dan 22:00-dək olduğunu, obyektdə özündən başqa işləyən işçilərdən Elnarəni tanıdığını bildirmişdir. Xüsusilə vurğulayırlar ki, vergi ödəyicisi İddiaçı OVN tədbirindən sonra aktda adı qeyd olunan fiziki şəxslərin hər biri ilə əmək müqaviləsi bağlamış və daha sonra isə əmək müqaviləsinə xitam vermişdir. Belə ki, ƏƏSMN-nin elektron informasiya sistemindən alınmış məlumata əsasən İddiaçı ##.##.2025-ci il tarixdə saat 18:51:33-də X4 ilə, ##.##.2025-ci il tarixdə saat 18:20:09-da X17 ilə, ##.##.2025-ci il tarixdə saat 18:32:01-də X20 ilə, ##.##.2025-ci il tarixdə saat 17:34: 07-də isə X5 ilə olan əmək müqaviləsi bildirişlərini ƏMAS altsisteminə daxil etmişdir. Beləliklə yuxarıda qeyd olunanlardan da göründüyü kimi X8 tədbiri tamamilə qanunvericiliyin tələblərinə uyğun formada aparılsa da iddiaçı ümümi ifadələrdən istifadə etməklə iddia ərizəsini əsaslandırmağa çalışmışdır.

7. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

8. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

b) Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmışdır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırımışdır ki, işçilərin izahatları zamanı iddiaçı tərəfindən işə götürüldüklərini, əmək haqqı aldıqlarını, iş saatları barədə məlumatları, həmçinin həmin obyektdə tanıdıqları işçilər barədə konkret təsdiqləyici ifadələr vermişlər və ƏƏSMN-nin elektron informasiya sistemindən alınmış məlumata əsasən İddiaçı ##.##.2025-ci il tarixdə saat 18:51:33-də X4 ilə, ##.##.2025-ci il tarixdə saat 18:20:09-da X17 ilə, ##.##.2025-ci il tarixdə saat 18:32:01-də X20 ilə, ##.##.2025-ci il tarixdə saat 17:34:07də isə X5 ilə olan əmək müqaviləsi bildirişlərini ƏMAS altsisteminə daxil etmişdir. Bu hal məhkəmə iclasında iştirak edən şahid X5 ifadəsi ilə də, təsdiqlənmişdir. Sözügedən hallar isə mübahisəli qərarların qəbul edilməsi ilə bağlı cavabdehin dəlillərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında iştirak edən şahidlərin ifadələri isə sonrakı bəyanatları və əvvəlki izahatları ilə təzad təşkil etdiyindən məhkəmə həmin ifadələri tam olaraq mötəbər sübut qismində qiymətləndirməmişdir.

c) Proses iştirakçılarının izahatları

11. Məhkəmədə cavabdehin nümayəndəsi iddia təbinə dair verilmiş etiraza uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını məhkəmədən xahiş etdi. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edildi.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

13. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X8ni keçirmək hüquqları vardır. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. -50.1. X8 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; 50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyriqanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; 50.1.6. xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; 50.1.9. bu Məcəllənin 50-2.1-ci və 194.1-ci maddələrində nəzərdə tutulan qaydaların aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı tələblərinə əməl edilməsinə nəzarət edilməsi. 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi; 50.1.13-1. bu Məcəllənin 16.1.11-11-ci maddəsinə əsasən vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxış keçirilməsi; 50.1.14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POSterminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunlarınverilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə, 58.7.1-ci maddəsinə əsasən təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2-ci maddəsinə görə təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3-cü maddəsinə əsasən təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

15. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

16. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən)

18. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 12-14-cü bəndləri) əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

19. İşin faktiki hallarından göründüyü kimi iddiaçı vergi ödəyicisi kimi qeydiyyatdan keçərək sahibkarlıq fəaliyyəti ilə məşğul olur və ünvan 2 ünvanında yerləşən “Ləbləbi” çay evini işlədir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsinin “X8nin həyata keçirilməsi haqqında” ##.##.2025-ci il tarixli ************** nömrəli vergi ödəyicisinin fəaliyyət göstərdiyi obyektdə keçirilmiş X8 tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 4 (dörd) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmiş və ##.##.2025ci il tarixli ************** nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 8000 (səkkiz min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Eyni zamanda OVN tədbiri zamanı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı müəyyən edilmişdir. Belə ki, ##.##.2025-ci il tarixdə saat 16:50-də İddiaçı məxsus “Ləbləbi” çayb evində müştəri tərəfindən çay stoluna görə 22,05 manat (iyirmi iki manat beş qəpik) ödəniş edilməsinə baxmayaraq, ödəniş müqabilində həmin məbləğin NKA-nın fiskal yaddaşına vurulmadığı, çek təqdim edilmədiyi müəyyən edilmişdir. OVN tədbiri zamanı həmin məbləğ saat 17:02:15-də *** nömrəli çek ilə NKAnın fiskal yaddaşına bərpa edilmişdir. Bərpa çeki X hesabatı ilə akta əlavə edilmişdir. Bununla bağlı vergi orqanı tərəfindən ##.##.2025-ci il tarixli ************** nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 1000 (min min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı hazırda həmin qərarları mübahisələndirir və ləğv edilməsini xahiş edir.

20. İşin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 və Uçotunun Təşkili Baş İdarəsinə sorğu verilmişdir.

21. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 və Uçotunun Təşkili Baş İdarəsinin ## #### 2026-cı il tarixli məktubu ilə, X8 tədbiri üzrə müşahidə kameraları vasitəsi ilə çəkilmiş videgörüntülər təqdim edilmişdir.

22. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh tərəfindən həyata keçirilmiş X8 tədbiri zamanı müxtəlif şəxslərin izahatı alınmışdır. Belə ki, işçi X17 ##.##.2025-ci il tarixli etirafedici izahatında İddiaçı tərəfindən qutabçı vəzifəsinə işə götürüldüyünü, onunla əmək müqaviləsi bağlanmadığını, gündəlik 25 manat əmək haqqı aldığını, obyektdə özündən başqa işləyən işçilərdən Sevil və Aynurəni tanıdığını bildirmişdir. İşçi X4 ##.##.2025-ci il tarixli etirafedici izahatında İddiaçı tərəfindən 3 ay olar ki, ofisiant vəzifəsinə işə götürüldüyünü, onunla əmək müqaviləsi bağlanmadığını, gündəlik 15 manat əmək haqqı aldığını, iş saatının saat 16:00-dan 02:00-dək olduğunu bildirmişdir. İşçi X20 ##.##.2025-ci il tarixli etirafedici izahatında ##.##.2025ci il tarixdən İddiaçı tərəfindən xadimə vəzifəsinə işə götürüldüyünü, onunla əmək müqaviləsi bağlanmadığını, gündəlik 30 manat əmək haqqı aldığını, iş saatının 10:30dan 01:00-dək olduğunu, obyektdə özündən başqa işləyən işçilərdən Seva və Elnarəni tanıdığını bildirmişdir. İşçi X5 ##.##.2025-ci il tarixli etirafedici izahatında ##.##.2025-ci il tarixdən etibarən işə başladığını, onunla əmək müqaviləsi bağlanmadığını, gündəlik nağd 25 manat əmək haqqı aldığını, iş saatının 10:00-dan 22:00-dək olduğunu, obyektdə özündən başqa işləyən işçilərdən Elnarəni tanıdığını bildirmişdir. Xüsusilə vurğulayırlar ki, vergi ödəyicisi İddiaçı OVN tədbirindən sonra aktda adı qeyd olunan fiziki şəxslərin hər biri ilə əmək müqaviləsi bağlamış və daha sonra isə əmək müqaviləsinə xitam vermişdir. Belə ki, ƏƏSMN-nin elektron informasiya sistemindən alınmış məlumata əsasən İddiaçı ##.##.2025-ci il tarixdə saat 18:51:33-də X4 ilə, ##.##.2025-ci il tarixdə saat 18:20:09-da X17 ilə, ##.##.2025ci il tarixdə saat 18:32:01-də X20 ilə, ##.##.2025-ci il tarixdə saat 17:34: 07-də isə X5 ilə olan əmək müqaviləsi bildirişlərini ƏMAS altsisteminə daxil etmişdir.

23. Məhkəmə kollegiyası tərəfindən məhkəmə iclasında vergi orqanı tərəfindən təqdim edilmiş diskə baxış keçirilmiş və işçilərin yuxarıda verdiyi ifadə bir daha öz təsdiqini tapmışdır.

24. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçının ünvanında həyata keçirilmiş X8 qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmiş, qeyd olunan həmin dörd nəfər şəxslə X8 tədbiri həyata keçirildikdən sonra əmək müqaviləsi bağlanmış və yoxlama zamanı tərtib edilmiş aktda göstərilənlərin doğruluğu iş materiallarında olan kifayət qədər mötəbər sübutlarla (işə cəlb edilən fiziki şəxslərin izahatları və s.) öz təsdiqini tapmış, iddiaçı tərəfindən həmin sübutları təkzib edəcək hər hansı bir dəlil məhkəməyə təqdim edilməmişdir.

25. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

26. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

27. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar