Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1537/2026 19.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X1 (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və X2 ibarət tərkibdə, Əlizadə Bahar Famil qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil Vəkil/Nümayəndə iştirakı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsinə qarşı "çıxarışın verilməsi" barədə iddiasına dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək Bakı şəhəri Səbail rayonu Salyan 32 ünvanda yerləşən 997 kv.m torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı Şəhəri Səbail Bələdiyyəsinin ##.##.2003-cü il tarixli *** nömrəli sərəncamı ilə ayrılmış Bakı şəhəri Səbail rayonu Salyan şossesi 32 ünvanda yerləşən 997 kv.m torpaq sahəsi üzərində iddiaçı İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsi apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası aşağıdakı hallara görə bu qənaətə gəldi ki, apellyasiyanın mümkün sayılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 27.2. Tərəflər və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar. Maddə 81.2. Inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Sadalanan normalardan görünür ki, birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində verilir. Müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı halda, həmin şəxs məhkəməyə buraxılmış prosessual müddətin bərpası barədə ərizə verə bilər. Ərizəyə prosessual müddətin buraxılmasında həmin şəxsin təqsirinin olmamasını təsdiq edən sübutlar əlavə edilməlidir. Iş materiallarından görünür ki, Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı Idarənin elektron kabinetinə ##.##.2026-cı ildə yerləşdirilmişdir. Qərardan apellyasiya şikayəti həmin gündən başlayaraq 30 gün müddətində, yəni ##.##.2026-cı ildən gec olmayaraq verilə bilər. Lakin apellyasiya şikayəti məhkəməyə elektron qaydada ##.##.2026-cı ildə göndərilmiş, bununla da prosessual müddət buraxılmışdır. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli məktubu ilə cavabdehə bildirilmişdir ki, apellyasiya şikayəti müddət buraxıldıqdan sonra verilmişdir, ona görə də apellyasiya mümkün sayılmamalı və şikayətin qəbul edilməsindən imtina olunmalıdır. Bundan başqa, cavabdehə izah edilmişdir ki, göstərilən prosessual müddət onun təqsiri olmadan buraxılmışdırsa, o, Bakı Apellyasiya Məhkəməsinə buraxılmış prosessual müddətin bərpası barədə ərizə verə bilər və ərizəyə prosessual müddətin buraxılmasında təqsirinin olmamasını təsdiq edən sübutları əlavə etməlidir. Lakin cavabdeh məhkəməyə müddətin bərpası barədə ərizə verməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi vəkil Vəkil/Nümayəndə apellyasiya şikayətinin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə bunun səbəbləri barədə məlumat verməmişlər. Ona görə də kollegiya məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəldi ki, cavabdeh tərəfindən apellyasiya şikayəti müddət buraxılmaqla verildiyinə və prosessual müddətin bərpası barədə ərizə verilmədiyinə görə həmin şikayət üzrə apellyasiya mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın və həmin apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-6)-1537/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1537/2026
19.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver