Məhkəmə qərarları › İş №2-1(3-6)-154/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-154/2026

07.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-154/2026 07.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı Cavabdeh qarşı "kompensasiya ödənilməsi" iddia tələbinə dair işi üzrə (Açar sözlər: iddianın mümkünlüyü; mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmasının yolverilməzliyi) Hakimlər Ismayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X3 və X5 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı Cavabdeh qarşı "kompensasiya ödənilməsi" iddia tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *- *(***)-*****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Işin halları Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/** saylı ##.##.2008-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *-***/**** saylı iş üzrə ##.##.2007- ci il tarixli qətnaməsi qismən - İddiaçı və X1 ailə üzvləri ilə birlikdə qeydiyyatda olduqları Bakı şəhəri, Məmmədyarov küçəsi ** saylı evin əvəzinə digər abad yaşayış sahəsi ilə təmin edilməsi vəzifəsinin “Içərişəhər" Dövlət Tarixi-Memarlıq Qoruğu Idarəsinə həvalə olunması hissəsində ləğv edilmiş, iddia tələbi “Içərişəhər" Dövlət Tarixi-Memarlıq Qoruğu Idarəsinə qarşı hissədə rədd edilmiş, cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin olunmuş, qətnamə İddiaçı və X1 ailə üzvləri ilə birlikdə qeydiyyatda olduqları Bakı şəhəri, Məmmədyarov küçəsi, ** saylı evin əvəzinə digər abad yaşayış sahəsi ilə təmin etmək vəzifəsinin Bakı şəhəı Icra Hakimiyyətinə həvalə edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/** nömrəli ##.##.2008-ci il tarixli icra vərəqəsindən görünür ki, Bakı şəhər Səbail rayon Məhkəməsinin *-***/**** saylı iş üzrə ##.##.2007- ci il tarixli qətnaməsi qismən - İddiaçı və X1 ailə üzvləri ilə birlikdə qeydiyyatda olduqları Bakı şəhəri, Məmmədyarov küçəsi, ** saylı evin əvəzinə digər abad yaşayış sahəsi ilə təmin edilməsi vəzifəsinin “Içərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu Idarəsinə həvalə olunması hissəsində ləğv edilməsi, iddia tələbi “Içərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu Idarəsinə qarşı hissədə rədd edilməsi, cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin olunmuş, qətnamə İddiaçı və X1 ailə üzvləri ilə birlikdə qeydiyyatda olduqları Bakı şəhəri, Məmmədyarov küçəsi, ** saylı evin əvəzinə digər abad yaşayış sahəsi ilə təmin etmək vəzifəsinin Cavabdeh həvalə edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Işlər üzrə Məhkəmə Kollegiyasının *(***)-***/** nömrəli ##.##.2009-cu il tarixli qərarından görünür ki, kasassiya şikayəti təmin edilməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2008-ci il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilməsi barədə tələbkar İddiaçı ərizəsinin qəbulundan ərizənin yolverilməzliyinə görə imtina edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** saylı ##.##.2025- ci il tarixli qərardadından görünür ki, tələbkar İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2024-cü il tarixli qərardadından görünür ki, iddiaçı İddiaçı cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “icra üsulunun dəyişdirilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** saylı ##.##.2025ci il tarixli apellyasiya şikayəti təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin 2- *(***)-*****/**** nömrəli ##.##.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı Cavabdeh tərəfindən əsaslı təmir adı ilə plana salınmış Cavabdeh sərəncamı ilə boşaldılmış və yaşayış üçün yararsız vəziyyətə salınmış (uçurdulmuş) mənzilin əvəzinə kompensasiyanın ödənilməsi öhdəliyinin Cavabdeh və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında anadan olmuş, 1989cu ilə qədər həmin ünvanda yaşamış və hazırki vaxtadək həmin ünvanda pasport qeydiyatındadır. Həmin bina tarixi memarlıq abidəsi kimi dövlət qeydiyyatındadır və 1989-cu ildə təmir edilmək üçün Cavabdeh nəzdində fəaliyyət göstərən “Bərpaçı” baş idarəsinin planına salınmış və əsaslı təmir adı ilə Cavabdeh sərəncamı ilə boşaldıbmış və yaşayış üçün yararsız vəziyyətə salınmışdır. O, həmin vaxtdan ayrı-ayrı mənzillərdə öz hesabına kirayədə yaşamağa məcbur olmuşdur. ##.##.2006-cı il tarixli Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə kirayə haqqının ödənilməsi vəzifəsi “Içəri Şəhər Dövlət-X4” idarəsinə tapşırılmışdır. Qətnamənin qanuni qüvvəyə minməsinə və icraya yönəldilməsinə baxmayaraq hazırki vaxtadək icra edilməmişdir. ##.##.2007-ci il tarixli Səbail rayon Məhkəməsinin qətnaməsi, ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla yaşadığı, Bakı şəhəri Səbail rayonu Məmmədyarov küçəsində yerləşən ** saylı mənzilin əvəzinə digər abad yaşayış sahəsi ilə təmin olunmağı öhdəliyi Cavabdeh həvalə edilmişdir və Bakı Apelyasiya Məhkəməsinin *(***)-**** saylı ##.##.2008-ci il tarixli qətnaməsi ilə qanuni qüvvəyə minmiş, icraya yönəldilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-***/** saylı ##.##.2009-cu il tarixli qərarı ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin vaxtdan 17 ilə yaxın müddət keçməsinə baxmayaraq məhkəmənin qətnaməsi icra olmamışdır. Belə olan halda isə mənim mənafeyi ciddi surətdə zərər görmüş, bütün bu vaxt ərzində mənim onsuzda kirayələrdə keçən ağır həyat şəraiti dahada ağırlaşmışdır. Bütün bunları nəzərə alıb mən Bakı şəhəri Icra Hakimiyyətinin başçısı X2 qəbulunda olmuş, icra başçısı onun mənzil ilə təmin etmək üçün boş yaşayış sahəsi olmadığı, əgər o, kompensasiya tələbi ilə məhkəməyə müraciət edəcəyi təqdirdə, Icra hakimiyyətinin bu tələbi qəbul edərək kompensasiyanı ödəyə biləcəklərini bildirmişdir. Bildirilir ki, ## #### 2021-ci il tarixli Əmlak Ekspert Mərkəzinin rəyinə əsasən həmin mənzilin qiymətləndirilməsi aparılmış və yekun olaraq 91.8 kv m (ümumi sahə), hər kv metri 2501.4 manatdan hesablanaraq yekun olaraq, 229 500 (iki yüz iyirmi doqquz min beş yüz) manat kimi qiymətləndirilmişdir. Bütün bunları nəzərə alıb qeyd etmək istəyir ki, Cavabdeh nəzdində fəaliyyət göstərən “Bərpaçı” baş idarəsinin planına salınmış və əsaslı təmir adı ilə Cavabdeh sərəncamı ilə boşaldılmış və yaşayış üçün yararsız vəziyyətə salınmış (uçurdulmuş) mənzilin əvəzinə kompensasiyanın ödənilməsi ilə qətnamənin icrası həyata keçirilə bilər. Belə ki, Bakı Apelyasiya Məhkəməsinin 8(103)-206/2025, ##.##.2025-ci il tarixli qərardadı ilə qanuni qüvvəyə minmiş, Bakı şəhər Səbail rayon Məhkəməsinin No *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadında göstərilmişdir ki, ‘"Belə olan halda, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2008-ci il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilməsi barədə tələbkar İddiaçı ərizəsinin qəbulundan ərizənin yolverilməzliyinə görə imtina edilməli, ərizə və ona əlavə edilmiş sənədlər tələbkar İddiaçı qaytarılmalı və “kompensasiya’’ iddia tələbi ilə onun müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli (hakim Aysev Almazova) qərardadı ilə iddia mümkün sayılmamışdır. Iddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərardadından apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi və iddia üzrə iş materiallarının mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Cavabdeh (BŞIH) 19 il ərzində qətnaməni icra etməməsi klassik bir "hərəkətsizlik" nümunəsidir. Bu hərəkətsizlikdən doğan zərər (təzminat) müstəqil inzibati mübahisə predmeti olduğu halda, məhkəmə bunu yanlışlıqla mülki icraatın davamı kimi qiymətləndirmişdir. Hakim Almazova iddiaçının tələbinin "icra üsulu" ilə "kompensasiya" arasında qaldığını qeyd etsə də, bu "formal xətanın" aradan qaldırılmasına kömək etmək əvəzinə, iddianı dərhal qeyri- mümkün saymışdır. Bu, məhkəmənin qanunla üzərinə qoyulmuş "prosessual rəhbərlik" funksiyasının yerinə yetirilməməsidir. Ali Məhkəmə Plenumunun ** saylı qərarının 4.2-ci bəndi tələb edir ki, mümkünlüyün yoxlanılması mərhələsində məhkəmə işin əsaslılığına (mahiyyətinə) toxunmamalıdır. Hakim qərardadda "eyni predmetlə bağlı yeni mübahisə yaranmamışdır" deyərək artıq mübahisənin mahiyyəti barədə qəti rəy bildirmişdir. Halbuki, yeni bir hüquqi əsasın (kompensasiya tələbi) olubolmaması iddianın mümkünlüyü deyil, mahiyyəti üzrə araşdırmada müəyyən edilməli idi. Məhkəmə 2024-cü ildəki "icra üsulunun dəyişdirilməsi" tələbi ilə hazırkı "kompensasiya" tələbini eyniləşdirmişdir. Plenum qərarının 8.3-cü bəndinə görə, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Iddiaçı əvvəlki işdə buraxdığı prosedur xətasını (yanlış iddia növü) düzəldərək, IPM 2.2.7-yə uyğun "kompensasiya" tələbi irəli sürmüşdür ki, bu da qanunla yol veriləndir. Səbail Rayon Məhkəməsi (##.##.2025) tərəflərə inzibati məhkəməyə getməyi izah etmişdir. Bakı Inzibati Məhkəməsi isə işi yenidən mülki məhkəməyə yönləndirir. Bu yanaşma Avropa Insan Hüquqları Məhkəməsinin presedentlərində qeyd olunan "məhkəməyə çatımlılıq" (Konvensiya, maddə 6) hüququnu illüziyaya çevirir. Iddiaçı iki fərqli məhkəmə instansiyası arasında hüquqi labirintə salınmışdır. Məhkəmə qərardadında iddia ərizəsinin IPM-in 46.1-ci maddəsinin tələblərinə (iddiaçının tələbi hissəsində) cavab vermədiyini qeyd edir. Lakin mənbələrdə açıq görünür ki, IPM-in 46.3-cü maddəsi hakimə "ağlabatan müddət təyin etmək" vəzifəsini qoyur. Hakim iddia ərizəsində qeyri- dəqiqlik aşkar etdiyi halda, onu düzəltmək üçün mənə vaxt verməli idi. Bu müddəti təyin etmədən iddianı mümkün saymamaq, qanunun birbaşa göstərişinə (imperativ normaya) ziddir. Məhkəmə hesab edir ki, iş mülki qaydada baxılmalı və Səbail Rayon Məhkəməsinə aiddir. IPM-in 8.2-ci maddəsinə əsasən, mübahisə məhkəmənin səlahiyyətinə aid olmadıqda, məhkəmə tərəfləri dinlədikdən sonra işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərməlidir. Hakim Almazova iddianı IPM 35.3-cü maddə ilə "mümkün saymamaqla" bitirməməli, həqiqətən mülki aidiyyət olduğunu düşünürdüsə, işi Səbail Rayon Məhkəməsinə göndərməli idi. Iddianı birbaşa rədd etmək iddiaçının məhkəməyə çatımlılıq hüququnu bloklayır. Məhkəmə 2024-cü ildəki iddiaya istinad edərək, tələbin eyni olduğunu iddia edir. Ali Məhkəmə Plenumunun ** saylı qərarının 8.3-cü bəndində deyilir ki, "iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir" Iddiaçı əvvəlki işdə buraxdığı prosedur xətasını (məsələn, yanlış iddia növü olan "icra üsulunun dəyişdirilməsi") düzəldərək, bu dəfə qanuna uyğun (IPM 2.2.7) tələb irəli sürmüşdür. Məhkəmə bunu "eyni iddia" kimi yox, "xətanın düzəldilməsi" kimi görməli idi. Qərardadda maraqlı şəkildə Avropa Məhkəməsinin Hornsby Yunanıstana qarşı qərarına istinad edilir. Məhkəmə bu presedenti sadəcə sitat gətirib, amma əksinə hərəkət edib. Həmin presedentə görə, qərarın icrası məhkəmə araşdırmasının ayrılmaz hissəsidir. 19 il icra olunmayan qətnamə artıq "icra prosesi" deyil, dövlətin səmərəli hüquqi müdafiə vasitəsi yaratmaqda uğursuzluğudur. Inzibati məhkəmə bu uğursuzluğun (hərəkətsizliyin) vurduğu ziyanı IPM 2.2.7 -yə əsasən kompensasiya etməlidir. Bakı Apelyasiya Məhkəməsinin 8(103)-206/2025, ##.##.2025-ci il tarixli qərardadı ilə qanuni qüvvəyə minmiş, Bakı şəhər Səbail rayon Məhkəməsinin No *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadında göstərilmişdir ki, "Belə olan halda, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2008-ci il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilməsi barədə tələbkar İddiaçı ərizəsinin qəbulundan ərizənin yolverilməzliyinə görə imtina edilməli, ərizə və ona əlavə edilmiş sənədlər tələbkar İddiaçı qaytarılmalı və "kompensasiya" iddia tələbi ilə onun müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Prosessual məsələlər Apellyasiya məhkəməsində iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadının ləğv edilməsi və iddia üzrə iş materiallarının mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Inzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra-inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin Inzibati kollegiyasına şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı mübahisə mahiyyət etibarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən verilmiş icra sənədi ilə bağlıdır ki, bu da mülki məhkəmə qətnaməsinin icrasından irəli gəlmişdir. Başqa sözlə, qeyd olunan mübahisə cavabdehin mülki məhkəmə qətnaməsinin icrasına yönəlmiş qərarı ilə bağlı olduğundan, predmet baxımından inzibati məhkəmələrin səlahiyyətinə aid edilə bilməz. Məhkəmənin predmet üzrə aidiyyəti məhkəmə hesab olunması üçün, onun həmin mübahisəyə dair qərar qəbul etmə səlahiyyətinə malik olması şərti ödənilmiş olmalıdır. Inzibati prosesdə bu şərt o zaman ödənilmiş sayılır ki, mübahisə inzibati və ya ümumi (publik) hüquq münasibətləri ilə bağlı və həmin münasibətlərdən yaranmış olsun. Bu şərt ödənilmədiyi təqdirdə mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Yuxarıda istinad olunan normalarda təsbit edilmiş qaydaya görə, inzibati məhkəmələr yalnız inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə baxmaq və həll etmək səlahiyyətinə malikdir. Bundan başqa, qeyd olunmalıdır ki, məhkəmənin müvafiq sorğusuna cavab olaraq Bakı şəhəri Səbail Rayon Icra şöbəsinin ##.##.2026-cı il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: “...Bakı Apellyasiya məhkəməsi tərəfindən verilmiş *(***)-****/**** saylı, ##.##.2008-ci il tarixli icra vərəqəsinə əsasən Səbail rayon məhkəməsinin *-***/**** saylı, ##.##.2007-ci il tarixli qətnaməsi qismən - İddiaçı və X1 ailə üzvləri ilə birlikdə qeydiyyatda olduqları Bakı şəhəri, Məmmədyarov küçəsi, ** saylı evin əvəzinə digər abad yaşayış sahəsi ilə təmin edilməsi vəzifəsinin "Içərişəhər" Dövlət Tarixi-Memarlıq Qoruğu Idarəsinə həvalə olunması hissəsində ləğv edilməsi qərara alınmışdır. Iddia tələbi "Içərişəhər" Dövlət Tarixi-Memarlıq Qoruğu Idarəsinə qarşı hissədə rədd edilmişdir. Cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin olunmuşdur. Qətnamə İddiaçı və X1 ailə üzvləri ilə birlikdə qeydiyyatda olduqları Bakı şəhəri, Məmmədyarov küçəsi, ** saylı evin əvəzinə digər abad yaşayış sahəsi ilə təmin etmək Cavabdeh həvalə edilməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Səbail rayon məhkəməsinə ##.##.2008-ci il tarixdə icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasına dair təqdimatla müraciət edilmiş və Səbail rayon məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2009-cu il tarixli qərardadına əsasən Səbail rayon məhkəməsinin *-***/** saylı, ## ###### 2007-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Sonrakı ərəfədə borcluya müxtəlif vaxtlarda xəbərdarlıq məktubları göndərilmişdir. Cavabdeh daxil olmuş ##.##.2009-cu il tarixli məktubda Cavabdeh tərəfindən mərkəzləşdirilmiş qaydada yaşayış binaları inşa olunmadığından, eləcə də yerli sovetin fondunda boş mənzilin olmadığından qeyd olunan qətnamənin icra olunmasının mümkün olmadığı qeyd edilmişdir...Sonuncu dəfə icra sənədinin icrası ilə bağlı borclu dövlət orqanına inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı xəbərdarlıq məktubu ##.##.2026-cı il tarixdə göndərilmişdir. Bununla yanaşı, məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi və bununla bağlı qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi haqqında ölkə Prezidentinin ## #### 2010-cu il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən dövlət orqanları tərəfindən məhkəmə qərarlarının icra olunması vəziyyətinə dair hər altı aydan bir Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılmışdır. Bakı Apellyasiya məhkəməsi tərəfindən verilmiş *(***)-****/**** saylı, ##.##.2008-ci il tarixli icra sənədi borclu dövlət orqanları siyahısına əlavə edilmişdir. Icra tədbirləri davam etdirilir...” Məhkəmə tərkibi qeyd edir ki, mübahisənin inzibati (publik) – hüquqi xarakteri həmin mübahisəyə (iddia və ya ərizəyə) inzibati məhkəmələr tərəfindən baxılması üçün əsas mümkünlük şərtlərindən sayılır. Hazırkı işdə bu şərt ödənilmədiyi üçün iddianın mümkün sayılmaması barədə məhkəmənin gəldiyi nəticə düzgündür. Digər tərəfdən, məhkəmə qətnaməsinin məcburi icrasına nəzarət, həmin qətnaməni qəbul etmiş məhkəmənin məsuliyyət sferasına aiddir və icra sənədi üzrə tədbirlər yalnız müvafiq məhkəmə tərəfindən müəyyən edilə bilər. Icra məmurunun hərəkətinin və ya qərarının hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğunu güman etdiyi hallarda, şəxs sözügedən hərəkətdən və qərardan müdafiə olunmaq üçün icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə müraciət edə bilər. Nəzərə almaq lazımdır ki, məhkəmə qərarının icrası ədalətli məhkəmə məhkəmə araşdırması prinsipinın tərkib hissəsi sayılmalı və onun davamı kimi qəbul edilməlidir. Bu mənada hazırkı iş üzrə iddiaçı bu qaydaya uyğun olaraq, icra sənədini vermiş və icraya nəzarət edən mülki məhkəməyə müraciət etməli idi. Belə ki, cavabdehin mübahisə olunan hərəkəti məzmun etibarı ilə mülki hüquq normalarına əsaslanan müvafiq məhkəmə qətnaməsi ilə müəyyən edilmiş tələbin icrası ilə bağlıdır. Məhkəmə qətnaməsinin icrasının həmin qətnamə ilə müəyyən olunmuş həddə həyata keçirilməsinə nəzarət, icraya möhlət vermə və ya qətnaməni hissə-hissə icra etdirmə, onun icra üsulunu və qaydasını dəyişdirmə həmin işə baxmış və qətnaməni çıxarmış məhkəmənin səlahiyyət sferasına aiddir. Məhz bu səbəblərdən icra məmurunun məhkəmə qətnaməsinin və həmin qətnamə əsasında verilmiş icra sənədinin icrası üzrə qərarı və ya hərəkəti ilə bağlı mübahisələr inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələr kimi qiymətləndirilə və bu səbəbdən onlara inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanların davamı və təsdiqi olaraq bir daha vurğulayır ki, Avropa Insan hüquqları Məhkəməsinin “Assanidze Gürcüstana qarşı” işi üzrə # ##### 2004-cü il tarixli qərarında ifadə edilən hüquqi mövqeyə görə, istənilən məhkəmənin qəbul etdiyi qərarın icrası “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə araşdırmasının tərkib hissəsi sayılmalıdır. Məhkəmə tərəfindən verilən qərarın icra olunması Konvensiyanın 6-cı maddəsinin məqsədləri çərçivəsində "məhkəmə araşdırmasının" ayrılmaz tərkib hissəsini təşkil etməlidir (Gülməmmədova Azərbaycana qarşı, § 35, Romańczyk Fransaya qarşı, § 53, aliment üzrə borcların bərpası üzrə məhkəmə qərarının icrası ilə bağlı). Məhkəmə kollegiyasının bu qənaəti həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan 2017-ci il ## ####### tarixli qərarında ifadə olunmuş hüquqi mövqe ilə də uzlaşır. Belə ki, həmin qərarda ifadə olunmuş hüquqi mövqeyə görə, “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsi baxımından tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan 2015-ci il # ######## tarixli qərarında müəyyən edilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmələr Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə baxırlar. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, hazırkı iddianın inzibati məhkəmə tərəfindən aidiyyətlə bağlı mümkün sayılmaması, müvafiq iddia ilə predmet aidiyyəti üzrə səlahiyyətli məhkəməyə, konkret mübahisəyə münasibətdə isə əsas iş üzrə qətnamə çıxarmış mülki məhkəməyə müraciət etmək hüququnu istisna edə bilməz və etməməlidir. Şəxsin dövlət orqanlarının qərar və hərəkətlərindən məhkəmə qaydasında müdafiə hüququ konstitusiyanın qoruma sferasına aiddir və hər bir halda təmin olunur. Lakin bu tələb şəxsin məhkəmə qaydasında müdafiə hüququnun predmet aidiyyəti üzrə səlahiyyətli məhkəmələr tərəfindən təmin edilməsi prinsipini istisna edən hal kimi təfsir edilməməlidir. Beləliklə, mülki məhkəmə qətnaməsinin icrası üzrə həmin məhkəmə tərəfindən verilmiş icra sənədinin icrasından irəli gələn mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı və həll edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və IPM-in 80, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Iddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar