Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1541/2026 23.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı iddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi PHŞ-ə qarşı “orqanizm funksiyalarının 85-90 faiz pozulmasının müəyyən edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. ##.##.2021-ci il tarixində “qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, Anadangəlmə yüngül dərəcəli kəmağıllıq, davranış pozuntuları və nitq qüsuru ilə IQ 50-69-dur. Nitq artikylyasının spesifik pozğunluğu, dil və nitq inkişafının spesifik pozuntusu, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, sadə özünəqulluq vərdişlərini sərbəst icra etməkdə çətinlik çəkir. Davranış pozuntuları olduğu üçün daim digər şəxsin nəzarətinə ehtiyac var” diaqnozun mətni ilə 3 il müddətinə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir.
2. ##.##.2024-cü il tarixində “uşaq autizmi, kanner sindromu, yüngül kəmağıllıq qulluq və müalicə təlb edən ciddi davranış və nitq pozuntusu ilə İQ 50” diaqnozun mətni ilə təkrar müddətsiz orqanizmin funksiyalarının 65 faiz pozulması müəyyən edilmişdir.
3. ##.##.2025-ci il tarixində “uşaq autizmi, kanner sindromu, ağır kəmağıllıq qulluq və müalicə təlb edən ciddi nitq və davranış pozuntusu ilə İQ 20” diaqnozun mətni ilə təkrar müddətsiz orqanizmin funksiyalarının 80 faiz pozulması müəyyən edilmişdir.
4. ##.##.2025-ci il tarixində “uşaq autizmi, kanner sindromu, ağır kəmağıllıq qulluq və müalicə təlb edən ciddi nitq və davranış pozuntusu ilə İQ 20” diaqnozun mətni ilə təkrar müddətsiz orqanizmin funksiyalarının 80 faiz pozulması müəyyən edilmişdir.
5. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-sosial ekspert komissiyasının ##.##.2025-ci il tarixli *******0013 nömrəli Qərarına əsasən iddiaçı1 orqanizm funksiyalarının 80 faiz pozulması ilə təkrar müdətsiz əlillik təyin edilmişdir. Diaqnoz: F84.0 uşaq autizmi, Kanner sindromu, ağır kəmağıllıq qulluq və müalicə tələb edən nitq və davranış pozuntusu ilə, İQ 20.
6. Psixi Sağlamlıq Mərkəzi X1 tərəfindən verilmiş ##.##.2021-ci il tarixli Arayışa əsasən iddiaçı1 ##.##.2021-ci il tarixdə direktor müavini t.ü.f.d Gülnarə Musabəyova tərəfindən müayinə olunub. Diaqnoz: Uşaq autizmi, Kanner sindromu F84.0
7. * nömrəli X5 tərəfindən verilmiş Həkim Psixiatr Komissiyasının ##.##.2025-ci il tarixli Rəyinə əsasən iddiaçı1 “uşaq autizmi, Kanner sindromu, ağır kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntusu ilə” diaqnozu məyyən edilmişdir. IQ-20, F84.0 F72.1, F80.0, F90.1, Z74.3.
8. Məhkəmənin hazırki iş üzrə ##.##.2025-ci il tarixli qərardadına əsasən hazırki iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X1 tərəfindən verilmiş ##.##.2026-cı il tarixli ** nömrəli Ekspert Rəyinə əsasən iddiaçı1 Uşaq autizmi. Kanner sindromu. Ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodlar (F84.0, F72.1) müəyyən edilir.
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı qismində Qanuni nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin üzərinə övladları iddiaçı1 və iddiaçı2 əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi barədə inzibati akt qəbul edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” X1ndə avtomobil sürücüsü işləmişdir. Səhhətində yaranmış ciddi problemlərlə əlaqədar həkimə müraciət etmiş və iddiaçıya “Parkinson” diaqnozu qoyulmuş və bülletenə çıxarılmışdır. Bu xəstəliyin dərmanları olduqca baha olduğu üçün və iddiaçının maddi imkanı olduqca aşağı olduğu üçün həmin dərmanları ala bilmir və eyni zamanda müalicə qəbul edə bilmir. Bu səbəbdən iddiaçı əlilliyin təyin edilməsi üçün əvvəlcə ** nömrəli şəhər poliklinikasına Forma 88 tərtib edib sistemə yerləşdirilməsi ilə bağlı müraciət etmişdir. ** nömrəli şəhər poliklinikası tərəfindən iddiaçıya verilmiş xəstəlik vərəqəsindən də görünür ki, iddiaçıya qoyulan diaqnoz G 20, yəni Parkinson xəstəliyidir. Lakin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ##.##.2025-ci il tarixində imtina edilmişdir. Həmin imtinada qeyd edilmişdir ki, diaqnoz əlillik əlaməti təyin etmir. Göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyininin göstərilən əsaslarla müraciətimə imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması mevarları”-nın 6.6.1-ci bəndində Parkinson xəstəliyinin əlilliyi təyin edən xəstəlik kimi qeyd edilmiş və həmin xəstəlik cədvəldə G20 kimi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçıda mövcud olan xəstəlik əlilliyin təyin edilməsinə əsas olduğu halda imtina olunmuşdur ki, bu da onun qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnmişdir.
11. Məhkəmənin Qərardadı ilə iş üzrə iddiaçı Qanuni nümayəndə əsl olan iddiaçılar iddiaçı1 və iddiaçı2 ilə əvəz edilmişdir.
12. İddiaçıların nümayəndəsi qismində Qanuni nümayəndə məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddiaçı iddiaçı2 münasibətdə baxılmadan geri qaytarılmasını xahiş etmişdir.
13. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək iddiaçı iddiaçı1 sonuncu göndəriş əsasında qiymətləndirildiyi ##.##.2025-ci il tarixdən orqanizm funksiyalarının 85-90% pozulmasının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı * nömrəli X5 ##.##.2025-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: F84.0 Uşaq autizmi, uşaq autizmi kanner sindromu, ağır kəmağıllıq qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntusu ilə. İQ-20 Müddətsiz 80% əlillik təyinatı aparılmışdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir.
15. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddianın təmin edilməsi, iddiaçı iddiaçı1 sonuncu göndəriş əsasında qiymətləndirildiyi ##.##.2025-ci il tarixindən orqanizm funksiyalarının 85-90 faiz pozulmasının müddətsiz olaraq müəyyən edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.
16. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
b) Apellyasiya şikayətinin dəlilləri
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, diaqnozun 80% olmaqla əlillik təyinatına əsas verməsi halı iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin Tibbi-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. İddiaçının səhhətində - uşaq autizmi (tipik autizm, Kanner sindromu) – əsas həyat bilikləri və vərdişlərinin qazanılmasına əhəmiyyətli dərəcədə mane olan verbal və qeyri-verbal əlaqənin nəzərəçarpacaq dərəcədə pozulması və stereotip qeyri-funksional davranışlar öz əksini tapır. Diaqnozu təsdiq edən tibb müəssisəsinin rəyləri TSEK tərəfindən tədqiq edilmiş və əlillik təyinatına əsas verən səviyyədə-80 faiz orqanizmin funksional pozuntusu müəyyən edilmişdir. Buna baxmayaraq eyni klinik instrumental müayinə nəticələri əsasında “xxxx” X1 əlavə müəyinə həyata keçirmədən rəy vermişdir. Məhkəmə iki ziddiyyətli tibbi mövqeyi aydınlaşdırmaq əvəzinə sadəcə ekspert rəyinə əsaslanaraq Agentliyin (TSEK-in) hüquqlarını pozmuşdur.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
19. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmədə nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iclasının tərəflərin nümayəndələrnin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
20.“İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: ... 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; ... 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXIŞININ HƏDLƏRİ
24.Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. 25.Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.2 maddələrinə əsasən)
27. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 20-23-cü bəndləri) əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalıdır.
28. Belə ki, iddiaçı iddiaçı1 sonuncu göndəriş əsasında qiymətləndirildiyi ##.##.2025-ci il tarixdən orqanizm funksiyalarının 85-90% pozulmasının müəyyən edilməsini tələb edir.
29. Lakin, cavabdeh orqan tərəfindən iddiaçıya əlillik təyin edilərkən tibbi göndərişdə əks olunmuş “F72.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır kəmağıllıq, İQ-20” diaqnozu deyil, “F84.0 Uşaq autizmi, uşaq autizmi kanner sindromu, ağır kəmağıllıq qulluq və müalicə tələb edən cidi nitq və davranış pozuntusu ilə İQ-20” nəzərə alınmışdır.
30. İş materiallarından görünür ki, iddiaçının əlillik təyin edən xəstəlikdən (əsas diaqnoz F84.0 və ağırlaşma F72.1) əziyyət çəkməsi işin mübahisəsiz halı olmaqla tibbi göndərişlə (forma 88) təsdiqini tapmışdır. Belə ki, tibbi göndərişə əsasən iddiaçının vəziyyətini əks etdirən əsas diaqnoz “F84.0 Uşaq autizmi, uşaq autizmi kanner sindromu, ağır kəmağıllıq qulluq və müalicə tələb edən cidi nitq və davranış pozuntusu ilə İQ-20” və ağırlaşma “F72.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır kəmağıllıq, İQ-20” olaraq qeyd olunmuşdur. Eyni zamanda Forma 88 arayışına əsasən “zahirən gərgindir. Narahatdır, bir yerdə qərar tutmur. Ona edilən müraciəti anlamır. Göz kontaktı qısamüddətlidir. Adına nadir hallarda başını çevirir. Təfəkkürü konkretdir. Abstrakt təfəkkürü inkişaf etməyib. Nitqi kasaddır. Təqribən 5-7 söz bilir. Cümlə qurmur, çətinlik çəkir. Nitqi əlaqəsiz ifadələrdən ibarətdir. Qışqırır. Səbəsiz gülür, ağlayır. Emosional iradi sferası labildir. Otaqdakı əşyalara əl atır. Hərəkətləri stereotipikliyə və impulsivliyə meyillidir. İntellektual-mnestik funksiyaları yaşıdlarından kəskin geri qalır. İQ-20. Bədən üzvlərini göstərməkdə, rəqəmləri saymaqda çətinlik çəkir, rəngləri ayırmır. Adını, soyadını deyə bilmir. Maraq dairəsi dardır. Ünsiyyətə çətinliklə daxil olmur. Tənqidi yoxdur. Şəxsi gigiyena qaydalarına əməl etməyi bacarmır. Daimi qulluğa ehtiyacı var” kimi müəyyən olunmuşdur.
31. Eyni zamanda iddiaçının qeyd edilən əlillik təyin edən xəstəliklərdən (“F84 psixoloji inkişaf pozuntuları” və “F70-F73 əqli gerilik”) əziyyət çəkməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X1 tərəfindən verilmiş ##.##.2026-cı il tarixli ** nömrəli Ekspert Rəyi ilə təkrarən təsdiq edilmişdir.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiyməltəndirilməsi Qaydası”nın 1.14-cü bəndinə əsasən peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir.
33. Belə ki, iddiaçıya münasibətdə F84.0 diaqnozu əsasında orqanizm funksiyalarının 65-80 faiz pozulması müəyyən edildiyi halda, F72.1 diaqnozu əsasında orqanizm funskiyalarının 85-90 faiz pozulması müəyyən edilir.
34. Belə olan halda kollegiya hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təstiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 1.11-ci bəndinə əsasən orqanizm funksiyalarının pozulmasının əlilliyinin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizm funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizm funksiyalarının pozulmasının faiz dərəcələri fərqli olduqda ən yüksək olan göstərci 10 faiz artırılmaqla,ümumilikdə 100 faizdən çox olmamaqla müəyyən edilir.
35. İddiaçıda əlilliyinin müəyyən edilməsinə əsas verən F84.0 və F72.1 diaqnozu ayrı ayrılıqda qiymətləndirildikdə F72.1 diaqnozu üçün orqanizm funksiyasının 85-90 faiz pozulması müəyyən edilir. Yuxarda qeyd olunan Qiymətləndirmə Qaydalarının 1.11-ci bəndinə əsasən faiz göstəricilərin dəyişdirilməsi mümkün olması müəyyən edilir.
36. İddiaçının əziyyət çəkdiyi diaqnoz – “F72.1” Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır kəmağıllıq, İQ-20” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları”na əlilliyin təyin olunmasına əsas verməsinə baxmayaraq, əlilliyin orqanizm funksiyalarının pozulmasının daha aşağı faizi ilə həmin Meyarların 7.1.1.3.-cü bəndinə əsasən təyin edilməsi onun qanunla qorunan hüquqlarının pozulmasına gətirib çıxarır.
37. Odur ki, iddiaçı müvafiq əlillik təyinatını mübahisəndirdiyindən, orqanizmin funksiyalarının pozulmasının 85-90 faizi ilə müddətsiz əlillik təyinatının məhz ##.##.2025-ci tarixdən aparılması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
38. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
39. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.