Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1550/2026 29.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)- *****/**** saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, əmək pensiyasının yenidən hesablanmasını və əmək pensiyasının hüququnun yarandığı tarixdən təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1977-ci il tarixdən ##.##.1979-cu il tarixinədək keçmiş sovet ordu sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. 1974-cü ildən əmək fəaliyyətinə başlamış, 1974-1998-ci illərdə kolxoz və pambıq zavodunda işləmişdir, buna dair arxiv arayışı var. Eyni zamanda iddiaçı 2008-ci ildən bugünədək əmək fəaliyyətini davam etdirir. Hətta, Heydər Əliyev adına Beynəlxalq Aeroportunun “Airport Gate’’ müəssisəsində 2001-ci il tarixdən 2007-ci il tarixədək ÜS üzləyicisi vəzifəsində işləmişdir. Lakin, həmin illər iddiaçının pensiya kapitalına əlavə olunmamışdır. Sözügdən müəssisəyə ##.##.2025-ci il tarixində sorğu göndərilsə də, sorğuya cavab verilməmişdir. Iddiaçının 40 ildən artıq iş stajı olmasına baxmayaraq, 320 manat pensiya alır. Iddiaçı pensiyanın yenidən hesablanması ilə əlaqədar cavabdehə müraciət etmiş, müraciətə cavab olaraq ##.##.2025-ci il tarixli imtina məktubu verilmişdir. 1974-cü ildən bugünədək fasiləsiz çalışır. Buna görə də iddiaçının pensiyasının minimum hesablanması qanunvericiliyin tələbinə və iddiaçının əldə etdiyi staja uyğun hesablanmamışdır. 40 ildən artıq iş stajı olan bir şəxs kimi hesab edir ki, minimum pensiya ala bilməz. Cavabdehin iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının ##.##.2006-cı il tarixinədək mübahisələndirilməyən sığorta stajı 21 il 10 ay 29 gün müəyyən edilmişdir. ##.##.2006-cı il tarixinədək mübahisələndirilən dövr müəyyən edilməmişdir. Iddiaçı İddiaçı təqdim etdiyi sənədlərin surətlərinə əsasən ##.##.2006-cı il tarixinə kimi faktiki sığorta stajı 21 il 10 ay 29 gün olduğu halda, ona Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. Həmçinin İddiaçı ##.##.2006-##.##.2024-cü illərdə fərdi şəxsi hesabında pensiya kapitalı 11928,68 manat (2025-ci il tarixinə indeksasiya olunmaqla) təşkil edir. Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı ilə (hakim S.İ.Qənbərova) iddia rədd edilmişdir. Iddiaçı Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarını mübahisələndirmiş və apellyasiya şikayətində göstərmişdir ki, məhkəmə iddiaçıdan hüquqmüəyyənedici sənədlər tələb etmiş, iddiaçı da iddia ərizəsinə lazım olan sənədləri əlavə edib məhkəməyə təqdim etmişdir. Bunlardan əlavə sənədlər iddiaçıda olmadığı səbəbindən iddia rədd edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı izahatında bildirdi ki, o, ##.##.1977ci il tarixdən ##.##.1979-cu il tarixinədək keçmiş sovet ordu sıralarında müddətli həqiqi hərbi xidmət keçmiş, 1974-cü ildən əmək fəaliyyətinə başlamış, 1974-1998-ci illərdə kolxoz və pambıq zavodunda işləmiş, buna dair arxiv arayışı var. Hətta, Heydər Əliyev adına Beynəlxalq Aeroportunda da 2001-ci il tarixdən 2007-ci il tarixədək işləmişdir. Lakin, həmin illər pensiya kapitalına əlavə olunmamışdır. Sözügedən müəssisəyə sorğular göndərilsə də, sorğulara işin mahiyyətinə əhəmiyyətli təsir edəcək cavablar verilməmişdir. Hazırda kifayət qədər iş stajı və pensiya kapitalı olmasına baxmayaraq, müəyyən edilmiş minimum məbləğdə pensiya alır. Hesab edir ki, bu ədalətli deyil. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə1 izahatında bildirdi ki, iddiaçının pensiya yaşı, yəni 65 yaşı 2024-cü ildə tamam olmuşdur. Həmin dövrdə minimum pensiya məbləği 280 manat olmuşdur. “Əmək pensiyaları haqqında” Qanuna əsasən, əgər şəxsin 2006-2018-ci illər ərzində məcburi dövlət sosial sığorta haqları ödənilmişdirsə, onda onun 2006-cı ilədək olan 25 ildən az olan stajı güzəşt olunaraq 25 il kimi hesablanılır. Iddiaçının da 2006-ci ilədək 21 il 10 ay 29 gün iş stajı olduğundan Fond tərəfindən həmin staj illəri 25 ilə tamamalanaraq avtomatlaşdırılmış şəkildə pensiya təyin etmişdir. Həmin illərin pensiya kapitalına çevrilməsi qaydası belədir - 25 il 306-ya vurulur, nəticədə 7650 manat pensiya kapitalı yaranır. 2006-cı ildən sonrakı pensiya kapitalı da sistemdə göründüyündən, 11928,68 manat ilə toplanılır. Həmin vaxt iddiaçının pensiya miqdarı minimumdan az olmasına baxmayaraq Fond tərəfindən ona 280 manat pensiya təyin edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - AA******* saylı şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, iddiaçı ##.##.1959-cu ildə anadan olmuş, 65 yaşı ##.##.2024-cü ildə tamam olmuşdur. - “xxxx” ASC tərəfində verilmiş ##.##.2024-cü il tarixli arayışdan görünür ki, iddiaçı Bərdə * №-li Pambıqtəmizləmə zavodunda 1991-ci ilin may ayına qədər işləmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini Bərdə rayon Şöbəsinin ##.##.2024-cü il tarixli, ** saylı arayışından görünür ki, iddiaçı ##.##.1977-ci il tarixdən ##.##.1979-cu il tarixədək keçmiş Sovet ordusu sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. - Cavabdehin ##.##.2025-ci il tarixli, *-**-*/*-Q-*****/**** saylı məktubunda qeyd edilmişdir ki, “..."Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 22-1.1 və 6-1-ci maddələrinə əsasən sizə ##.##.2024-cü il tarixindən 280 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 37.3.1-ci maddəsinin tələblərinə əsasən ##.##.2024-cü il tarixində (VÖEN hesabınızın dondurulduğu tarixdən) işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyiniz üçün ##.##.2024-cü il tarixindən ##.##.2024-cü il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış 179,38 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyanızın məbləği yenidən hesablanaraq ##.##.2024-cü il tarixindən 281,25 manat müəyyən edilmişdir. Sözügedən Qanunun 29.1-ci maddəsinin tələblərinə əsasən əmək pensiyanızın məbləği indeksləşdirilərək ##.##.2025-ci il tarixindən 304,03 manata çatdırılmışdır. Qanunun 6-1ci maddəsinə uyğun olaraq əmək pensiyasının minimum məbləği ##.##.2025-ci tarixindən 320,00 manat məbləğində müəyyən olunur. Qeyd olunanlara əsasən əmək pensiyanızın məbləği (304,03 manat) əmək pensiyasının minimum məbləğindən (320,00 manat) az olduğu üçün əmək pensiyanız ##.##.2025-ci il tarixindən 320,00 manata çatdırılmışdır. Ötən dövr üzrə (##.##.2024-cü il tarixindən) hesablanmış məbləğ pensiyanızın üzərinə əlavə edilməklə sizə ödəniləcəkdir”. - Əmək pensiyasının yenidən hesablanması barədə ##.##.2024-cü il tarixli, *-**-*/*- Q-******/**** saylı qərarına əsasən pensiyanın məbləği 280.00 manat təşkil edir. Səbəb: 22.1 Yenidən araşdırma. Fərdi hesab üzrə PSK-nın məbləği: 11.602.89 manat. - Əmək pensiyasının yenidən hesablanması barədə ##.##.2025-ci il tarixli, *-**-*/*- Q-*****/**** saylı qərarına əsasən pensiyanın məbləği 320.00 manat təşkil edir. Səbəb: 22.1 Yenidən araşdırma. Fərdi hesab üzrə PSK-nın məbləği: 11928.75 manat. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdehin ## ###### 2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı məktubunda bildirilmişdir ki, “...Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEIS) “Pensiya” altsistemində qeyd olunan məlumata əsasən İddiaçı ##.##.2024-cü il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra – Qanun) 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il ######ın #-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Məlumat üçün bildiririk ki, Mərkəzi Filiala daxil olmuş ##.##.2024-cü il tarixli müraciət əsasında iddiaçı İddiaçı yaşa görə əmək pensiyası hüququna baxılmış və onun ##.##.2006-cı il tarixinədək 21 il 10 ay 29 gün sığorta stajı müəyyən edilmiş, lakin Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. Əlavə olaraq bildiririk ki, ##.##.2006-cı il tarixindən sonra MEIS “Pensiya” altsistemində olan məlumatlara əsasən ##.##.2006-cı il tarixindən ##.##.2024-cü il tarixinədək onun fərdi şəxsi hesabının sığorta hissəsində 11.602,89 manat (pensiya hüququnun yarandığı 2024-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı və ##.##.2024-cü il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün ##.##.2024-cü il tarixindən ##.##.2024-cü il tarixinədək olan dövr üzrə 179,38 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) qeydə alınmışdır”. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #- dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2- ci maddəsinə görə, Qanunun 7-ci maddəsində qadınların yaş həddi # #### 2023 - ## #### 2024-cü il üzrə 65 yaşdır. “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinə müvafiq olaraq, 2019cu il ######ın #-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il ######ın #-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 22-1.2-ci maddəsinə əsasən, 2019-cu il ######ın #-dən etibarən sağortaolunanın 2006-cı il ######ın #-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22- 1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il ######ın #-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Həmin Qanunun 22-1.3-cü maddəsinə görə, əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il ######ın #-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1-22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. “Əmək pensiyaları haqqında” Qanununun tətbiq edilməsi barədə ## #### 2006-cı il tarixli, *** nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.11-ci bəndinə görə Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. “Əmək pensiyaları haqqında” Qanununun 6-1-ci maddəsinin iddiaçıya pensiya təyin edildiyi ##.##.2024-cü il tarixə qüvvədə olan redaksiyasına əsasən, həmin Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2023-cü il ######ın #-dən 280 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, şəxsə ##.##.2024-cü il tarixə əmək pensiyasının minimum məbləğindən, yəni 280 manatdan çox olan əmək pensiyası təyin edilməsi üçün onun həmin tarixə fərdi şəxsi hesabının sığorta hissəsində 40320 manatdan artıq pensiya kapitalı olmalıdır (280 manat x 144 ay=40320). Iş materiallarından isə görünür ki, iddiaçının ##.##.2006-cı il tarixindən ##.##.2024-cü il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində 11602,98 manat pensiya kapitalı olmuşdur. Iddiaçının ##.##.2006-cı il tarixədək olan iş stajının pensiya kapitalına çevrilməsinə gəldikdə, “Əmək pensiyaları haqqında” Qanununun 27.1-ci maddəsinə əsasən Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il ######ın #-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin # ###### tarixinə qeydə alınır. Iddiaçının ##.##.2006-cı il tarixə 25 il stajı nəzərə alınmış, hər ili üçün 306 manat olmaqla, ##.##.2006-cı il tarixə 7650 manat pensiya kapitalı müəyyən edilmiş, həmin məbləğ 2024-cü ilə indeksləşdirilməklə ##.##.2006-cı il tarixindən ##.##.2024-cü il tarixinədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 11602,98 manat pensiya kapitalı ilə toplanmış, lakin əldə edilmiş məbləğ 40320 manatdan çox olmadığından iddiaçıya əmək pensiyasının minimum məbləği olan 280 manat məbləğində pensiya təyin edilmişdir. Bu hal iddiaçının 2001-2006-cı il tarixinədək olan dövr üzrə stajı nəzərə alındıqda da dəyişmir. Çünki, cavabdeh iddiaçının əmək kitabçasındakı bütün qeydləri nəzərə almış, 21 il 10 ay 29 gün sığorta stajı müəyyən etmişdir, həmin illərə iddiaçının 2001- 2006-cı illərdə işlədiyi güman edilərək həmin dövr əlavə olunduqda ümumi staj təxmini 27 il edir ki, həmin illəri də ##.##.2006-cı il tarixə pensiya kapitalına çevirdikdə və həmin məbləği 2024-cü ilə indeksləşdirilməklə (27208,22 manat) ##.##.2006-cı il tarixindən ##.##.2024-cü il tarixinədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 11602,98 manat pensiya kapitalı ilə topladıqda ##.##.2024-cü il tarixə əldə edilən məbləğ (38811,204 manat), 40320 manatdan az təşkil edir. Bu isə o deməkdir ki, həmin dövrlər nəzərə alındıqda iddiaçıya ##.##.2024-cü il tarixə təyin ediləcək olan pensiya məbləği, minimum pensiya məbləği olan 280 manatdan az təşkil edəcək, bu səbəbdən Qanunun 6-1-ci maddəsi əsas götürülməklə iddiaçının əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğinə (280 manata) çatdırılacaqdır. Işin qeyd edilən hallarını və maddi hüquq normalarını nəzərə alaraq birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, 2001-2006-cı il tarixlərdə olan dövr iddiaçının sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması, ona ##.##.2024-cü il tarixdə təyin edilmiş 280 manat pensiya məbləğinə hər hansı dəyişiklik etmədiyindən hazırkı məzmunda iddianın təmin edilməsi üçün əsas mövcud deyil. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Kamran Əkbərov Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(3-6)-1550/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1550/2026
29.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver