Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-157/2026 05.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi hakim: İsmayılov Orxan Nadir oğlu, Hakimlər Hüseynov Pərviz Aktiv oğlu və X1 ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə dair plan-sxemin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon Hakimiyyəti başçısının ##.##.1992-ci il tarixli **** saylı sərəncamına əsasən Suraxanı rayonu, Əmircan qəsəbəsi, * nömrəli sahədə fərdi yaşayış evi tikmək üçün ona ayrılmış 1000 kv.m torpaq sahəsinə ayrıc aktının (plan-sxem) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı ilə (hakim A.V.Babayev) iddia təmin edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, apellyasiya şikayətinin baxılmadan geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.1-ci maddəsinə əsasən şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətindən imtinasını iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, cavabdeh apellyasiya şikayətini geri götürdüyündən iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3 və 88-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi tərəfindən verilmiş ərizə təmin edilsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarından cavabdehin verdiyi apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-6)-157/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-157/2026
05.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver