Məhkəmə qərarları › İş №2-1(3-6)-1572/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1572/2026

23.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1572/2026 23.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. a) Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yaşa görə əmək pensiyası hüququnun yarandığı ##.##.2024-cü il tarixindən əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1960-cı ildə anadan olmuşdur. Onun əmək kitabçasında qeyd olunanlara əsasən, əmək fəaliyyətinə ##.##.1977-ci il tarixdə Ermənistan Respublikası Basarkeçər rayonunda yerləşən Zod qızıl mədənində xadimə vəzifəsində başlamış, ##.##.1978-ci il tarixdən həmin müəssisədə liftçi vəzifəsində keçirilərək ##.##.1988-ci il tarixədək, yəni doğma torpaqlarından deportasiya olunanadək orada işləmişdir. Bundan sonra, müxtəlif işlərdə əmək fəaliyyəti olmuşdur. Belə ki, ##.##.1989-cu il tarixdən ##.##.1989-cu il tarixədək Kolxozda üzv, ##.##.1992-##.##.1994-cü il tarixədək Bakıxanov adına sənaye-ticarət və trikotaj birliyində dərzi şagirdi və dərzi, ##.##.1994-##.##.1997- ci illərdə * №-li təsərrüfat hesablı təmir tikinti idarəsində fəhlə, ##.##.1997-##.##.2002 Nazirlər Kabineti yanında tarix və mədəniyyət abidələrinin mühafizəsi və bəıpası komitəsinin emalatxanasında xadimə, ##.##.2003- ##.##.2004-cü illərdə “xxxx” şirkətində xadimə, ##.##.2004- ##.##.2005-ci illərdə isə “Bərpa” Təmir-tikinti idarəsində xadimə vəzifələrində işləmişdir. Qeyd olunan işlərə əsasən iddiaçının sosial sığorta stajı 25 il 02 ay təşkil etmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsi ilə ##.##.1977-ci il tarixdə Ermənistan Respublikası Basarkeçər rayonunda yerləşən Zod qızıl mədənində xadimə vəzifəsində başlamış, ##.##.1978-ci il tarixdən həmin müəssisədə liftçi vəzifəsində keçirilərək ##.##.1988ci il tarixədək işlədiyi təsdiq olunur. Iddiaçının 63.5 yaşı tamam olana kimi 25 ildən artıq ümumi əmək stajının olması onun əmək kitabçası ilə təsdiq olunur.

3. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı tərəfindən təqdim edilən sənədlərə və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən İddiaçı cəmi sığorta stajı 16 il 11 ay 13 gün təşkil edir, həmçinin ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. ## ### 2025-ci il tarixində qüvvədən düşmüş “Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarf’na əsasən İddiaçı əmək kitabçasının surətində qeyd edilmiş ##.##.1997-ci il tarixindən ##.##.2002-ci il tarixinədək, ##.##.2003- cü il tarixindən ##.##.2004-cü il tarixinədək olan dövrlərin doldurulma qaydası pozulmuşdur. Belə ki ##.##.1997-ci il tarixindən ##.##.2002-ci il tarixinədək olan dövr üzrə işə daxilolma və işdən azadolma qeydində əmr tarixləri qeyd edilməmiş, o cümlədən ##.##.2003-cü il tarixindən ##.##.2004- cü il tarixinədək olan dövr üzrə işdən azadolma qeydində qaralama edilmişdir. Mərkəzi Filialın monitoriq araşdırması nəticəsində tərtib etdiyi ##.##.2025-ci il tarixli aktına əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mədəniyyət abidələrinin mühafizəsi və bərpası komitəsinin hüquqi, faktiki, arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığından ##.##.1997-ci il tarixindən ##.##.2002-ci il tarixinədək olan əmək fəaliyyəti dövrü, həmçinin xxxx şirkətinin səlahiyyətli nümayəndəsi arxiv sənədlərini təqdim etməkdən imtina etdiyi üçün və müəssisənin hüquqi, faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün ##.##.2003-cü il tarixindən ##.##.2004-cü il tarixinədək və ##.##.1997-ci il tarixindən ##.##.2002-ci il tarixinədək olan dövrlərin araşdırılaraq sığorta stajında nəzərə alınması mümkün hesab edilmir.

4. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddianın təmin edilməsi, iddiaçı İddiaçı hüququnun yarandığı 63 il 6 ayının tamam olduğu ##.##.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.

5. Cavabdeh Cavabdeh həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI

b) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti iddiaya dair etirazın məzmunu ilə eynilik təşkil edir.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

8. Məhkəmədə iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin təmin edilməsi, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi.

TƏTBIQ EDILƏN HÜQUQ

9. “Inzibati Icraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

10. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda, (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2- ci maddəsinə əsasən Qanunun 7-ci maddəsində qadınların yaş həddi # #### 2023 - ## #### 2024-cü il üzrə 63 il 6 ay müəyyən olunmuşdur. 11.Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. Iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

12.Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASIYA BAXIŞININ HƏDLƏRI

13.Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. 14.Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

15. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (IPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən)

16. Işin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 9-12-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

17. Belə ki, hazırkı işin hallarından görünür ki, iddiaçı ona yaşa görə əmək pensiyası hüququnun yarandığı ##.##.2024-cü il tarixindən əmək pensiyasının təyin olunmasını tələb edir.

18. Cavabdeh orqan isə imtina əsası kimi 3 hala istinad edir: 1) Iddiaçının ##.##.2006-cı il tarixinədək 16 il 11 ay 13 gün sığorta stajına uyğun olaraq ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. 2) “Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına” əsasən əmək kitabçasının surətində qeyd edilmiş ##.##.1997-ci il tarixindən ##.##.2002-ci il tarixinədək olan dövr üzrə işə daxilolma və işdən azadolma qeydində əmr tarixləri qeyd edilməmiş, o cümlədən ##.##.2003-cü il tarixindən ##.##.2004- cü il tarixinədək olan dövr üzrə işdən azadolma qeydində qaralama edildiyindən sözügedən dövrlərin də sığorta stajında nəzərə alınması mümkün olmamışdır. 3) ##.##.2003-cü il tarixindən ##.##.2004-cü il tarixinədək və ##.##.1997-ci il tarixindən ##.##.2002-ci il tarixinədək olan dövrlərdə işlədiyi müəssisənin hüquqi, faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmamışdır.

19. Iş materiallarından görünür ki, ##.##.2006-cı il tarixindən ##.##.2018-ci tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin ##.##.2006-cı il tarixinədək əmək kitabçasında göstərilən dövrlər pensiya kapitalına çevrilsə belə, minimum pensiya təminatına imkan vermir.

20. Odur ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 25 il sığorta stajının olması zəruridir.

21. Iddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, ##.##.1989- ##.##.1989-cu illərdə Qazaxıstan SSR-də işləmiş, ##.##.1992-##.##.1994-cü illərdə isə Bakı Sənaye-Ticarət Tikiş Birliyindən dərzi şagirdi və dərzi, ##.##.1994-##.##.1997-ci illərdə * nömrəli təsərrüfat hesablı təmir tikinti idarəsində fəhlə, ##.##.1997-##.##.2002-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında tarix və mədəniyyət abidələrinin mühafizəsi və bərpası Komitəsi Təsərrüfat hesablı bədii-istehsalat bərpa emalatxanasında xadimə, ##.##.2003-##.##.2004-cü illərdə xxxx şirkətində xadimə, ##.##.2004- ##.##.2005-ci illərdə Bərpa Təmir Tikinti MMC-də xadiməçi vəzifəsində işləmişdir. Eyni zamanda Nəsimi rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2022-ci il tarixli qıtnaməsindən görünür ki, İddiaçı ## #### 1977-ci il tarixindən, ## ######## 1978-ci il tarixinə kimi Basarkeçər rayonunun Zod qızıl mədəninə xadimə vəzifəsində, # ######## 1978-ci il tarixindən ## ####### 1988-ci il tarixinə kimi həmin mədəndə liftçi vəzifəsində işləməsi faktı təsdiq edilmişdir.

22. Lakin, ##.##.1997-ci il tarixindən ##.##.2002-ci il tarixinədək və ##.##.2003-cü il tarixindən ##.##.2004-cü il tarixinədək olan dövrlərin doldurulma qaydası pozulduğundan və həmin dövrlərə dair arxiv sənədləri təqdim edilmədiyindən sözügedən dövrlər sosial sığorta stajına daxil edilməmişdir.

23. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən iddiaçının əmək kitabçasında qeyd olunmuş dövr üzrə əmək stajı nəzərə alınmaqla əmək pensiyasının təyin olunmasından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur.

24. Odur ki, işçinin əmək fəaliyyəti haqqında sənəddə yəni, əmək kitabçasında onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər işçinin (hazırda iddiaçının) deyil, işlədiyi müəssisənin rəhbərliyinin səlahiyyətində olmuşdur. Həmin səlahiyyətə uyğun olaraq müəssisə tərəfindən əmək kitabçasının doldurulması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996cı il ## ###### tarixli *** saylı Qərarı ilə təsdiq edilmiş “Işçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”na uyğun olaraq tərtib edilmiş, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunmuş və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilməmişdir.

25. Həmçinin nəzərə alınmalıdır ki, Ali Məhkəmənin oxşar işlər üzrə formalaşmış hüquqi mövqeyinə görə, iddiaçının müvafiq müəssisələrdə əmək fəaliyyəti və müvafiq stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan, digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur (bax: Ali Məhkəmənin Inzibati Kollegiyasının ## #### 2020-ci il tarixli, 2- *(***)-****/**** nömrəli, ## ###### 2021-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarları)

26. Həmçinin, kollegiya müəssisələrin arxivlərinin olmaması dəlilinə münasibətdə qeyd edir ki, arxiv sənədlərinin saxlanılması iddiaçının deyil, işlədiyi müəssisənin rəhbərliyinin səlahiyyətində olduğundan, müəssisənin arxiv sənədlərinin mövcud olmaması iddiaçının ziyanına şərh oluna bilməz.

27. Odur ki, iddiaçının 63,5 yaşının tamam olduğu ##.##.2024-cü il tarixə 25 ildən artıq sığorta stajı olmuş, buna görə də onun həmin tarixə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.

28. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

29. Inzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

30. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası IPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar