Məhkəmə qərarları › İş №2-1(3-6)-1575/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1575/2026

29.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1575/2026 29.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Iddiaçı Iddiaçı Mikayıl oğlunun, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı Iddiaçı Mikayıl oğlunun cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı əlilliyin müəyyən edilməsi tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDI: Iddiaçı Iddiaçı Mikayıl oğlu cavabdeh “xxxx” publik hüquqi şəxsinə (*hazırda “xxxx” publik hüquqi şəxsi) qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, cavabdehin ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi və ##.##.2025-ci ildən 2-ci dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı polis əməkdaşı kimi xidməti vəzifələrini icra edən zamanı xəsarət almışdır. ##.##.2019-cu il tarixdə həkim komissiyası tərəfindən aldığı travma şəhadətləndirilmişdir. Hal-hazırda aldığı ağır xəsarətdən əziyyət çəkir. ##.##.2020-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ona “Bədənin bir neçə nahiyələrini əhatə edən digər müştərək sınıqlar, müştərək travma: sağ qamış sümüyünün orta 1/3-nin bitişmiş, incik sümüyünün qeyri-düzgün bitişmiş, köhnəlmiş sınığı, açıq sınıq və cərrahi əməliyyatdan sonrakı vəziyyət. Sağ qamış sümüyünün xroniki postravmatik osteomileliti, funksiya edən fistula ilə. Qarın boşluğu orqanlarının travması. Müştərək travma (##.##.2014) nəticəsində lobarotomiyadan, köndələn çənbər bağırsaq və nazik bağırsaq yaralarının tikilməsindən sonrakı vəziyyət diaqnozu ilə 5 il müddətinə hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar ikinci dərəcə əlillik təyin olunmuşdur. 5 il müddətində iddiaçı müxtəlif tibb müəssisələrində müayinə olunaraq müalicə almışdır. 5 ildən sonra ona qeydiyyatda olduğu tibb müəssisəsi tərəfindən Forma 88 göndərilmiş, lakin Tibbi Sosial Ekspert komissiyası tərəfindən ona imtina verilmiş, imtina diaqnoz əlillik əlaməti təyin edilməməsi ilə əsaslandırılmışdır. Iddiaçı uzun illərdir ki, xidmət zamanı aldığı xəsarətdən əziyyət çəkir, daimi həkim nəzarəti altındadır və heç yerdə işləyə bilmir. Cavabdeh iddiaya qarşı etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı barəsində qərar ##.##.2025-ci il tarxində olmasına baxmayaq, iddiaçı həmin qərardan 30 gündən artıq müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Belə ki, Əlilliyi olan şəxslərin hüquqları haqqında qanunun 3.7-ci maddəsinə əsasən, əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar X2 Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların X2 Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur. Bundan başqa, Bakı şəhər sakini ##.##.1985-ci il təvəllüdlü Iddiaçı (FIN: *******) (Göndərişin nömrəsi: unikal kod Rəsmiləşdirilmiş göndərişdə əlillik səbəbi: xüsusi Müraciətlərin sayı: ##.##.2019 GND; ##.##.2019 MDE; ##.##.2020 GND; ##.##.2020-##.##.2025 (5 il) II dərəcə HXVYY (ESDAS 20420016346). Təqdim edilmiş sənəd sayı: 10 Hərbi bilet: AO №******* Hərbi xidmət illəri: ##.##.2005-##.##.2007 Hərbi rütbə: R XHŞ- DIN TI ##.##.2019-cu il tarixli *** nömrəli Xəstəlik haqqında Şəhadətnamə) hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı 2012-ci ildə qapalı kəllə-beyin travması aldığını, 2014-cü ildə avtoqəza keçirdiyini, aşağı və yuxarı ətraflarında sınıq xəsarətləri olduğunu qeyd etmişdir. Cərrahi müayinə: (Ibrahimov Zahid) Baxış zamanı sağ baldırın ön səthində boylama istiqamətdə təxminən 15 sm ölçüdə, sağ bazunun aşağı 1/3-də təxminən 10 sm ölçüdə, sol saidin aşağı 1/3-də təxminən 10 sm ölçüdə əməliyyat çapıqları, həmçinin yuxarı orta laparotomiyanın çapığı müşahidə edilmişdir. Sağ baldır nahiyəsində osteomielit fistulası qeyd edilməmişdir. Hər iki ön və arxa qamış arteriyalarının şaxəsi üzərində nəbz normal hiss edilmişdir. DTSERA-da aparılmış laborator və Instrumental müayinələrin adı: aparılmamışdır. Qərarın əsaslandırılması: Hazırda əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntular izlənilməmişdir. Qərar: Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı ilə (hakim S.İ.Qənbərova) iddia qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin ##.##.2025-ci il tarixli, *-**-*/*-*-****/**** saylı qərarının ləğv edilməsi, iddiaçı Iddiaçı Mikayıl oğluna ##.##.2025-ci il tarixdən orqanizmin funksiyalarının 40 faiz pozulması ilə 2 il müddətinə əliliyin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh birinci instansiyası məhkəməsinin qərarını mübahisələndirmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, iddiaçının təqdim etdiyi sənədlər və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MəhkəməTibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin ekspertlərinin rəyinə əsaslanmış, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun əlillik təyinatına əsas verməməsi halı iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4- Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin, məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, göndərişdə olan diaqnozun Əsasnamədə mövcud olmasının müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin və onun ağırlaşmaları intrumental müayinə nəticələri ilə təsdiq olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Buna baxmayaraq, Psixiatriya Mərkəzi heç bir instrumental müayinə əsasında vermədiyi və tamamilə subyektiv yanaşmanı əks etdirən rəyi məhkəmə əsas götürmüşdür. Birinci instansiya məhkəməsi sadəcə anamnestik məlumatlar əsasında tərtib edilən həkim rəylərinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmiş, göndərişdə qeyd olunan reabilitasiya potensiallı xəstəlik əlillik səviyyəsində öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Belə ki, göndərişdə əsas diaqnoz kimi “M86.4 Aşağı ətrafın çıxığının, gərilməsinin və deformasiyasının, Sağ qamış sümüyünün orta1/3-nin bitişmiş, incik sümüyünün qeyridüzgün bitişmiş sınığı, açıq sınıqdan sonrakı vəziyyət, müvafiq kobud periostal qalınlaşma, sümük iliyi kanalının hissəvi daralması və keçirilmiş əməliyyata aid sümük defektləri. Sağ qamış sümüyünün orta1/3-nin tez-tez kəskinləşən xroniki osteomieliti, funsiya edən fistulu. Daimi ağrı sindromu” diaqnozu qeyd edilmişdir. Əsasnamənin 13-cü bəndinə əsasən - Orqanizmin sümük-əzələ sisteminin xəstəliklərdən, zədə və ya çatışmazlıqdan irəli gələn davamlı pozuntularının dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən hərəkətetmə funksiyasının (sadə və mürəkkəb hərəkətləri etmək qabiliyyəti) pozuntusunun təzahür dərəcəsinin qiymətləndirilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması. Tibbi-sosial ekspertiza zamanı orqanizmin dorsopatiyalardan irəli gələn sümük-əzələ sisteminin funksiya pozuntularının dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi ağır sindrom davamlılığına və təzahür dərəcəsinə, onurğa sütununun hərəkətliyinin məhdudlaşmasına və yuxarı və aşağı ətrafların funksiya pozuntularına əsaslanır, ifrazat orqanlarının funksiya pozuntuları da nəzərə alınır. Bu halda aşağıdakılar rəhbər tutulur: - qeyri-davamlı cüzi ağrı sindromu və onurğa sütununun hərəkətliliyinin cüzi məhdudlaşması, yuxarı və aşağı ətrafların funksiyalarının cüzi pozuntusu, sidiyin və nəcisin cüzi saxlanılmaması ilə müşayiət olunan patologiya zamanı 10-20 bal verilir; - daimi və ya tez-tez kəskinləşən ağrı sindromu, onurğa sütununun hərəkətliliyinin mülayim məhdudlaşması, yuxarı və aşağı ətrafların funksiyalarının mülayim pozuntusu, sidiyin və nəcisin orta dərəcəli saxlanılmaması ilə müşayiət olunan patologiya zamanı 40-60 bal verilir; daimi və ya tez-tez kəskinləşən ağrı sindromu, onurğa sütununun hərəkətliliyinin təzahür edən məhdudlaşması, yuxarı və aşağı ətrafların funksiyalarının təzahür edən pozuntusu, sidiyin və nəcisin ağır dərəcəli saxlanılmaması ilə müşayiət olunan patologiya zamanı 70-90 bal verilir; onurğa sütununun təzahür edən statodinamik funksiyasının pozuntuları, yuxarı və aşağı ətrafların funksiyalarının əhəmiyyətli təzahür edən pozuntusu; - gigiyenik vasitələrin istifadə edilməsinin qeyri-mümkünlüyü və digər şəxslərin daimi qulluğuna ehtiyac olduğu zaman sidiyin və nəcisin ağır dərəcəli saxlanılmaması ilə müşayiət olunan patologiya zamanı 10 bal verilir. Yanaşı xəstəliklər R26.8 Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Gərginlik zamanı axsama. Yanaşı xəstəliklər T93.3 Aşağı ətrafın çıxığının, gərilməsinin və deformasiyasının, Sağ qamış sümüyünün orta1/3-nin bitişmiş, incik sümüyünün qeyri-düzgün bitişmiş sınığı, açıq sınıqdan sonrakı vəziyyət ,müvafiq kobud periostal qalınlaşma,sümük iliyi kanalının hissəvi daralması və keçirilmiş əməliyyata aid sümük defektləri. Bu patalogiyaların heç biri iddiaçının səhhətində öz əksini tapmır. Diaqnozu təsdiq edən tibb müəssisəsinin rəyləri TSEK tərəfindən tədqiq edilmiş və əlillik təyinatına əsas verən səviyyədə - 35 faiz OFP müəyyən edilməmişdir. Buna baxmayaraq, eyni klinik instrumental müayinə nəticələri əsasında Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi əlavə müəyinə həyata keçirmədən rəy vermişdir. Məhkəmə iki ziddiyyətli tibbi mövqeyi aydınlaşdırmaq əvəzinə sadəcə ekspert rəyinə əsaslanaraq Agentliyin (TSEK-in) hüquqlarını pozmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, diaqnozun əlillik təyinatına əsas verməməsi halı iddiaçının əyani müayinəsi zamanı təsdiqini tapmışdır. Məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, göndərişdə olan diaqnozun Əsasnamədə mövcud olmasının müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin və onun ağırlaşmaları intrumental müayinə nəticələri ilə təsdiq olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Buna baxmayaraq heç bir instrumental müayinə əsasında verilməmiş və tamamilə subyektiv yanaşmanı əks etdirən rəyi məhkəmə əsas götürmüşdür. Birinci instansiya məhkəməsi sadəcə anamnestik məlumatlar əsasında tərtib edilən həkim rəylərinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Iddiaçı Mikayıl oğlu izahatında bildirdi ki, polis əməkdaşı kimi xidməti vəzifələrini icra edən zamanı xəsarət almışdır. ##.##.2019cu il tarixdə həkim komissiyası tərəfindən aldığı travma şəhadətləndirilmişdir. Hal-hazırda aldığı ağır xəsarətdən əziyyət çəkirəm. Daimi həkim nəzarətindədir. Problem ayağındadır, heç yerdə işləyə bilmir. Birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını xahiş edir. Məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - Daxili Işlər Nazirliyi Tibb Idarəsinin Arif Heydərov adına Respublika Hospitalının ##.##.2025-ci il tarixli tibbi-sosial ekspertiza müayinəsinə göndərişdən görünür ki, iddiaçının sağlamlıq vəziyyəti qiymətləndirilərək “əsas diaqnoz - M86.4 Drenə olunmuş sinusla xroniki osteomielit. Sağ qamış sümüyünün orta 1/3-nin tez-tez kəskinləşən xroniki osteomieliti, funsiya edilən fistulu.”, yanaşı xəstəliklər – R26.8 -Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Gərginlik zamanı axsama, T93.3- Aşağı ətrafın çıxığının, gərilməsinin və deformasiyasının, Sağ qamış sümüyünün orta1/3-nin bitişmiş, incik sümüyünün qeyri-düzgün bitişmiş sınığı,açıq sınıqdan sonrakı vəziyyət, müvafiq kobud periostal qalınlaşma, sümük iliyi kanalının hissəvi daralması və keçirilmiş əməliyyata aid sümük defektləri, R52.2- Digər daimi ağrı, Daimi ağrı sindromu, T93.0- Aşağı ətrafın açıq yaralanmasının nəticələri, Sağ qamış sümüyünün orta 1/3-nin bitişmiş, incik sümüyünün qeyri-düzgün bitişmiş sınığı, açıq sınıqdan sonrakı vəziyyət” diaqnozu qoyulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin Tibbi-sosial ekspert komissiyasının ##.##.2025-ci il tarixli, *-**-*/*-*- ****/**** saylı qərarından görünür ki, xxxxnin Tibbi-Sosial Ekspert Komissiyası ##.##.2025-ci il tarixində iddiaçının müraciətinə əsasən əyani müayinəsini həyata keçirmiş və müəyyən etmişdir ki, baxış zamanı sağ baldırın ön səthində boylama istiqamətdə təxminən 15 sm ölçüdə, sağ bazunun aşağı 1/3-də təxminən 10 sm ölçüdə, sol saidin aşağı 1/3-də təxminən 10 sm ölçüdə əməliyyat çapıqları, həmçinin yuxarı orta laparotomiyanın çapığı müşahidə edilmişdir. Sağ baldır nahiyəsində osteomielit fistulası qeyd edilməmişdir. Hər iki ön və arxa qamış arteriyalarının şaxəsi üzərində nəbz normal hiss edilmişdir. Hazırda əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntular izlənilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq, cavabdehin ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** saylı məktubundan görünür ki, Iddiaçı dövlət tibb müəssisəsinin göndərişi və müraciəti əsasında ##.##.2020-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq, ##.##.2020-ci il tarixindən Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar səbəbindən ilkin olaraq ikinci dərəcə 5 il müddətinə (##.##.2025-ci il tarixinədək) əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Əlillik müddətinin bitdiyi ##.##.2025-ci il tarixindən sonra vətəndaşın əlillik vəziyyəti Daxili Işlər Nazirliyinin Tibb Idarəsinin A.Heydərov adına Respublika Hospitalının H********VAX nömrəli göndərişi və müraciəti əsasında ##.##.2025-ci il tarixində Agentlikdə əyani müayinə nəticəsində qiymətləndirilmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq, ##.##.2025-ci il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanununun 3-cü maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Qaydanın 2-ci bəndinə müvafiq olaraq, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Iş materiallarında olan sənədlərdəndən göründüyü kimi, iddiaçıya ##.##.2025-ci il tarixli göndəriş ilə: -əsas diaqnoz - M86.4 Drenə olunmuş sinusla xroniki osteomielit. Sağ qamış sümüyünün orta 1/3-nin tez-tez kəskinləşən xroniki osteomieliti, funsiya edilən fistulu.”; - yanaşı xəstəliklər – R26.8 -Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Gərginlik zamanı axsama; - T93.3- Aşağı ətrafın çıxığının, gərilməsinin və deformasiyasının, Sağ qamış sümüyünün orta 1/3-nin bitişmiş, incik sümüyünün qeyridüzgün bitişmiş sınığı, açıq sınıqdan sonrakı vəziyyət, müvafiq kobud periostal qalınlaşma, sümük iliyi kanalının hissəvi daralması və keçirilmiş əməliyyata aid sümük defektləri; - R52.2- Digər daimi ağrı, Daimi ağrı sindromu; -T93.0- Aşağı ətrafın açıq yaralanmasının nəticələri, Sağ qamış sümüyünün orta1/3- nin bitişmiş, incik sümüyünün qeyri-düzgün bitişmiş sınığı, açıq sınıqdan sonrakı vəziyyət” diaqnozu qoyulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmişdir və həmin Meyarlar əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Meyarlardan görünür ki, şəxsə əlillik onun sağlamlığının pozulması, yəni qoyulmuş diaqnoz üzrə xəstəliyin onun özünəqulluq bacarığı; sərbəst hərəkətetmə bacarığı; istiqamətseçmə bacarığı; ünsiyyət bacarığı; davranışına nəzarətetmə bacarığı; öyrənmə bacarığı; əmək fəaliyyəti bacarığına təsir etmə imkanı nəzərə alınmaqla qiymətləndirilir. Yəni şəxsdə hər hansı bir xəstəliyin olması ona əlillik təyin edilməsi üçün hələ əsas deyildir. Həmin xəstəlik Meyarlarda göstərilən qiymətləndirmə göstəricilərinə uyğn dəyərləndirilməli, yalnız bundan sonra həmin xəstəliyin əlillik təyin edib etməməsi müəyyən olunmalıdır. Meyarların 13.1.1-ci bəndinə əsasən, M86-osteomielit diaqnozu üzrə şəxsin əlilliyi aşağıdakı hallar nəzərə alınmaqla qiymətləndirilir: - prosesin aktivliyinin orta dərəcəsi, fistulanın tez-tez və ya daimi irinləməsi – 40 faiz – 2 il; - prosesin aktivliyinin təzahür edən dərəcəsi (ağır kəskinləşmələr hərarətlə, təzahür edən şişkinlik və yumşaq hissələrin iltihabı, sekvestrin irinləməsi və xaric olunması)- 70 faiz – 2 il. Iş materiallarında olan “xxxx” publik hüquqi şəxsinin ##.##.2024-cü il tarixli T**/**** saylı ekspert rəyindən görünür ki, ekspert müəyyən etmişdir ki, Vətəndaş Iddiaçı tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına DINnin Tibb Idarəsinin “A.Heydərov adma Respublika Hospitalı tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli, H00264574VAX (Forma TQS №- 088) göndərişində XBT 10 kodu üzrə qeyd edilmiş “Əsas diaqnoz: M86.4drenə olunmuş sinusla xroniki osteomielit, sağ qamış sümüyünün orta V^-nin tez-tez kəskinləşən xroniki osteomieliti, funksiya edilən fıstulu. Yanaşı xəstəliklər: R26.8hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, gərginlik zamanı axsama, T93.3-aşağı ətrafın çıxığının, gərilməsinin və deformasiyasının, sağ qamış sümüyünün orta V-nin bitişmiş sınığı, açıq sınıqdan sonrakı vəziyyət, müvafiq kobud periostal qalınlaşma, sümük iliyi kanalının hissəvi daralması və keçirilmiş əməliyyata aid sümük defektləri, R52.2-digər daimi ağrı, daimi ağrı sindromu, T93.0-aşağı ətrafın açıq yaralanmasının nəticələri, sağ qamış sümüyünün orta 1/3- nin bitişmiş, incik sümüyünün qeyri-düzgün bitişmiş sınığı, açıq sınıqdan sonrakı vəziyyət” diaqnoz ilə stasionarda müayinə və müalicədə olmuşdur. O, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. Vətəndaş Iddiaçı məhkəmə-tibbi müayinəsi zamanı sağ baldırın ön səthində 25 sm uzunluğunda çapıq toxuma vardır. Çapıq toxumanın orta hissəsindən başlayaraq aşağı getdikcə 11x4 sm sahədə dəri örtüyü solğun göyümtülqəhvəyi rəngdədir, onun üzərində isə 2 ədəd səthi qartmaqla örtülü yara vardır. Yumşaq toxuma ödemlidir, istidir, əllə basdıqda barmaq izləri qalır. Sağ baldırın dairəsi 44 sm, sol baldırın dairəsi isə 42 sm-dir. Bundan əlavə, iddiaçı barədə verilmiş ##.##.2025-ci il tarixli göndərişdən görünür ki, dəri və dərialtı toxumalar adidir. Sağ baldırın orta 1/3-də dəridə yaradan irinli ifrazat gəlməkdədir, yaranın kənarı hiperemiyalıdır. Iddiaçıya qoyulmuş xroniki osteomielit diaqnozu aşağıdakılarla xarakterizə olunur: fistulun (irin kanalının) mövcudluğu; yerli iltihab əlamətləri; hərəkət məhdudluğu; sümük defektləri; periostal dəyişikliklər; stasionar müalicə faktları. Işdə olan göndərişdən, ekspert rəyindən bu halların iddiaçıda olması öz təsdiqini tapır. Belə ki, göndərişdə "funksiya edən fistul", irinli ifrazatın gəlməsi, yaranın kənarlarında hiperemiya (qızartı) olmasının qeyd edilməsi, ekspert rəyində isə yumuşaq toxumanın ödəmli və isti olması, sağ baldırın sola nisbətdə qalınlaşması (şişlik olması) müəyyən edilmişdir, hansı bu hallar osteomielitin əlamətlərinə uyğun gəlir. Birinci instansiya məhkəməsi bütün yuxarıda qeyd olunanları nəzərə alaraq haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının hazırkı sağlamlıq vəziyyətinə prosesin aktivliyinin ağır dərəcədə təzahür etməsi müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçıya orqanizmin funksiyalarının 40 faiz pozulması ilə əlllik təyin edilməlidir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayətində məhkəmənin əsas götürdüyü rəyə münasibətdə “Psixiatriya Mərkəzi” ifadəsinin işlədilməsi diqqətdən kənarda qala bilməz. Şikayət olunan məhkəmə qərarında mübahisə üçün əhəmiyyətli ekspert rəyi kimi xxxxnin rəyi göstərilmişdir. Apellyasiya şikayətində isə həmin rəyə etiraz edilərkən iş materiallarında bu ekspertiza ilə əlaqəsi görünməyən başqa quruma istinad edilmişdir. Bu uyğunsuzluq özlüyündə şikayətin rədd edilməsi üçün ayrıca əsas olmasa da, ekspert sübutuna qarşı irəli sürülən həmin etirazın konkret iş materialları ilə lazımi səviyyədə əlaqələndirilmədiyini göstərir. Apellyasiya şikayətinin digər əsas dəlili birinci instansiya məhkəməsinin inzibati orqanın diskresion səlahiyyətinə müdaxilə etməsi ilə bağlıdır. Şikayətdə Ali Məhkəmənin ##.##.2022-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarındakı hüquqi mövqeyə istinad edilərək məhkəmənin inzibati orqanın diskresion səlahiyyətini öz səlahiyyəti ilə əvəz edə bilməyəcəyi göstərilmişdir. Bununla belə, şikayətin özündə istinad edilən həmin hüquqi mövqedə də inzibati orqanın diskresion səlahiyyətə malik olduğu hallarda tam sərbəst olmadığı, həmin səlahiyyəti düzgün həyata keçirməli olduğu xüsusi olaraq qeyd edilir. Inzibati orqanın qeyri-müəyyən hüquqi anlayışın konkret faktlara tətbiqi ilə bağlı qiymətləndirmə fəaliyyəti, bir qayda olaraq, tam məhkəmə nəzarətinə tabedir, məhkəmə həm hüquqi anlayışın məzmununu, həm də konkret faktların həmin anlayışa uyğunluğunu yoxlamaq səlahiyyətinə malikdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Inzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Inzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 2-1(112)-13431/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Kamran Əkbərov Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar