Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1589/2026 05.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı çıxarışın verilməsi tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)- ****/**** saylı qərarından üçüncü şəxs üçüncü şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə qarşı (struktur dəyişikliyi ilə əlaqədar hal-hazırda “xxxx” publik hüquqi şəxsi) məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu, X6 ##.##.2003-cü il tarixli, *** nömrəli Qərarı ilə vətəndaş İddiaçı Binəqədi rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən İddiaçı alqı-satqı qaydasında mülkiyyətinə ayrılmış 600 kv.m. torpaq sahəsinin dair mülkiyyət hüquqlarının tanınaraq dövlət reyestrində qeydiyyata almaqla müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu, X6 ## ##### 2003-cü il tarixli, *** saylı Qərarı ilə vətəndaş İddiaçı Binəqədi rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən 600 kv.m. boş torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş İddiaçı alqı-satqı qaydasında mülkiyyətinə ayrılmışdır. Belə ki, həmin qərarla 2.400.000 manatın X6 hesablaşma hesabına köçürülməsi onun tərəfindən icra edilmişdir. Müvafiq torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı müvafiq olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət ünvanlamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsi tərəfindən ##.##.2024-cü il tarixli məktubla bildirilmişdir ki, təqdim edilmiş sənədlər toplusunda olan torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Bundan başqa, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə bələdiyyənin qərarına istinad olunmamış və cizgi səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Dövlət orqanının yuxarıdakı imtinası tamamilə qanunsuz və əsassızdır. Belə ki, iddiaçıya ayrılmış torpaq sahəsi ilə bağlı bütün sənədlər qaydasındadır və Əmlak Komitəsinin müvafiq qurumuna da təqdim edilmişdir. Cavabdeh iddiaya qarşı etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamış və cizgi səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən iddia ərizəsində qeyd olunan nömrə ilə əlaqə saxlamaq mümkün olmadığından ünvana texniki baxış keçirilməsi mümkün olmamışdır. Üçüncü şəxs üçüncü şəxs1 iddiaya etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddia olunan torpaq sahəsi Binəqədi OIL ƏŞ-nin Saziş ərazisinin hüdudları daxilində yerləşir. Eyni zamanda, torpaq sahəsinin 16 metrlik məsafəsində ləğv olunmuş neft-qaz quyusu mövcuddur. Iş üzrə cavabdehin mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtinası əsaslı olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin ##.##.2015-ci il tarixli, *** saylı Fərmanının 2-ci bəndinə əsasən, Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2017-ci il tarixli qərarına əsasən, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər. Həmçinin, Sazişin təsdiq olunduğu Azərbaycan Respublikasının ## ######## 2005-ci il tarixli, ***-IIQ saylı Qanunun 4-cü bəndində göstərilir ki, Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Həmçinin, Sazişin 25.1-ci bəndi ilə tövsif olunmuşdur ki, ... bu Saziş Azərbaycan Respublikasının Parlamenti tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Qanunu qüvvəsinə minir və Azərbaycan Respublikasında müddəaları bu Sazişə uyğun gəlməyən və ya zidd olan hər hansı başqa mövcud və ya gələcək qanundan, fərmandan, yaxud inzibati sərəncamdan (və ya onun bir hissəsindən) üstün tutulur, (bu Sazişdə konkret olaraq başqa cür göstərilən hallar istisna olmaqla). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci hissəsinə əsasən, həmin Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə (hakim L.S.Musayeva) iddia təmin edilərək, üçüncü şəxs2 ##.##.2003-cü il tarixli, *** saylı Qərarı ilə ayrılmış Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində yerləşən torpaq sahəsinə dair iddiaçı İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınması və buna dair müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Üçüncü şəxs üçüncü şəxs1 birinci instansiyası məhkəməsinin qərarını mübahisələndirmiş və apellyasiya şikayəti etirazın məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin həlli məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - Cavabdehin iddiaçıya ünvanlandığı ##.##.2024-cü il tarixli, *-**-*-**/*-İ-****-*-**** saylı imtina məktubunda qeyd edilmişdir ki, “... təqdim etdiyiniz sənədlər toplusunda olan torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Bundan əlavə torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamış və cizgi səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır”. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Dövlət Arxivinin Bakı Filialının ##.##.2025-ci il tarixli, *-**-*F/*-***/**** saylı məktubla məhkəməyə təqdim edilmiş üçüncü şəxs2 ##.##.2003-cü il tarixli, *** saylı vətəndaş İddiaçı torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında qərarında qeyd edilmişdir ki, Binəqədi rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən 600 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş İddiaçı alqı-satqı qaydasında mülkiyyətinə ayrılması qərara alınmışdır. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Dövlət Arxivinin Bakı Filialının ##.##.2025-ci il tarixli, *-**-*F/*-***/**** saylı məktubla verilmiş torpaqların alqısatqısına dair müqavilə qeyd edilmişdir ki, Binəqədi qəsəbə ərazisindən 600 kv.m. torpaq sahəsi üçüncü şəxs2 ##.##.2003-cü il tarixli, *** saylı qərarına əsas götürülək İddiaçı 2.400.000 AZM satılmışdır. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Dövlət Arxivinin Bakı Filialının ##.##.2025-ci il tarixli, *-**-*F/*-***/**** saylı məktubla verilmiş torpaq sahəsinin cizgi-plan ölçüsündə görünür ki, İddiaçı ayrılmış 600 kv.m. torpaq sahəsinin olduğu yerin cizgiləri müəyyən edilmişdir. - Iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş AIT seriyalı, ****** saylı mədaxil orderinin qəbzində qeyd edilmişdir ki, İddiaçı tərəfindən 2.400.000 AZM məbləğində vəsait üçüncü şəxs2 kassa hesabına mədaxil edilmişdir. - Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən ##.##.2025-ci il tarixli müayinə baxış aktında qeyd edilmişdir ki, torpaq sahəsi, bir tərəfdən mişar daş hasarla, iki tərəfdən mişar daş hasar və üzərindəki mövcud tiklilərin çöl divarları bir tərəfdən mişar daş hasar və qonşu tiklinin çöl divarları ilə sərhədlənib. Torpaq sahəsi üzərində bir ədəd yaşayış evi, həyət tiklisi, s/q mövcuddur. Göründüyü kimi, iş materiallarında olan arxiv sənədləri bir-birini tamamlayan sübutlar təşkil edir. Belə ki, Dövlət Arxivinin Bakı Filialından məhkəmənin sorğusu əsasında əldə edilmiş materiallardan görünür ki, X6 ## ##### 2003-cü il tarixli *** nömrəli qərarı ilə 600 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə İddiaçı alqısatqı qaydasında verilməsi qərara alınmış, həmin qərar əsasında tərəflər arasında torpağın alqı-satqısına dair müqavilə bağlanmış, müqavilədə torpaq sahəsinin qiyməti 2.400.000 AZM göstərilmiş, AIT seriyalı ****** nömrəli mədaxil orderi ilə həmin məbləğin bələdiyyənin hesabına ödənilməsi təsdiq edilmişdir. Cavabdehin imtinası alqı-satqı aktının keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməməsi, həmçinin yerləşmə cizgisində bələdiyyə qərarına istinadın və səlahiyyətli şəxsin imzasının olmaması ilə əsaslandırılmışdır. Məhkəmə araşdırması zamanı isə qərarın, müqavilənin və cizginin dövlət arxiv fondunda saxlanıldığı müəyyən edilmiş, cavabdehin öz mütəxəssisləri tərəfindən yerində baxış keçirilərək faktiki istifadə olunan sahə müəyyən edilmişdir. Bu baxımdan ilkin müraciət zamanı torpaq sahəsinin fərdiləşdirilməsinə mane olan məlumat çatışmazlığı sonrakı rəsmi araşdırma zamanı əhəmiyyətli dərəcədə aradan qalxmışdır. Bununla belə, bələdiyyə qərarının ləğv edilməməsi onun dövlət qeydiyyatı üçün avtomatik və mütləq əsas olması demək deyil. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.4-cü maddəsi hüququ yaradan bələdiyyə aktının qanunla müəyyən edilmiş qaydada etibarsız hesab olunmasını, 15.1.5-ci maddəsi isə sənədi vermiş şəxsin əmlak üzərində sərəncam vermək səlahiyyətinin olmamasını bir-birindən fərqli imtina əsasları kimi müəyyən edir. Buna görə SOCAR-ın torpağın dövlət mülkiyyətində olan neft sənayesi sahəsinə aid olması barədə dəlili mahiyyətcə 15.1.5-ci maddə baxımından yoxlanılmalıdır: mübahisəli sahə 2003-cü ildə bələdiyyənin sərəncam verə bilmədiyi dövlət torpağı olmuşdursa, təkcə *** nömrəli qərarın sonradan formal olaraq ləğv edilməməsi qeydiyyat üçün kifayət etməzdi. Lakin iş üzrə toplanmış sübutlar belə nəticəyə gəlməyə imkan verməlidir ki, məhz mübahisəli torpaq sahəsi ## ##### 2003-cü ildə dövlət mülkiyyətində saxlanılan və neftqaz hasilatı üçün konkret təsərrüfat subyektinin istifadəsinə verilmiş ərazi olub. Hazırkı materiallarda bu tarixi faktı birbaşa müəyyən edən dövlət aktına, torpaqayırma qərarına, istifadə hüququnu təsdiq edən sənədə və ya həmin dövrə aid koordinatlı yerquruluşu planına istinad edilmir. Qeydiyyat orqanının ## ###### 2026-cı il tarixli məktubu yalnız vahid elektron kadastr bazasının hazırkı məlumatına əsasən sahənin dövlət mülkiyyətində və “Binəqədi Oil” ərazisində olduğunu bildirir. Hazırkı kadastr qeydinin mövcudluğu əhəmiyyətli sübutdur, lakin bu məlumatın özündən həmin hüquqi rejimin 2003-cü ildə də eyni formada mövcud olduğu nəticəsi çıxmır. Bu məsələ hazırda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.2-1-ci maddəsi ilə xüsusi qaydada tənzimlənir. Hüquqların qeydiyyatı üçün təqdim olunan sənədlərdə torpağın kateqoriyası və ya məqsədli təyinatı dövlət torpaq kadastrında saxlanılan məlumatla uyğun gəlmədikdə qeydiyyat orqanı yerquruluşu sənədlərini təhlil etməklə araşdırma aparmalıdır. Araşdırma təqdim edilmiş sənədlərdəki məlumatların doğru olduğunu təsdiqlədikdə hüquq qeydiyyata alınmalı, dövlət torpaq kadastrında isə düzəliş edilməlidir. Qanunun 15.1.7-ci maddəsinə görə məhz həmin araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlışlığı təsdiqləndiyi halda qeydiyyatdan imtina mümkündür. Bu normativ həll göstərir ki, qanunverici hüquqmüəyyənedici sənədlə cari kadastr məlumatı arasındakı ziddiyyəti avtomatik olaraq kadastr məlumatının üstünlüyü ilə həll etmir. Ziddiyyətin səbəbi ilkin yerquruluşu və hüquqi sənədlər əsasında müəyyənləşdirilməlidir. Hazırkı işdə arxivdə qorunan bələdiyyə qərarı, alqı-satqı müqaviləsi, ödəniş sənədi və yerləşmə cizgisi mövcud olduğu halda, yalnız elektron kadastr bazasındakı sonrakı məlumatdan çıxış etməklə həmin sənədlərin əhatə etdiyi hüquqi əsasın yanlış olduğu qənaətinə gəlmək olmaz. Iş materiallarında Qanunun 9.2-1ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində 2003-cü il sənədlərində göstərilən məlumatların yanlışlığının təsdiq edildiyini göstərən nəticə olmadığı halda 15.1.7-ci maddədəki imtina əsası da yaranmış hesab edilə bilməz. SOCAR-ın hasilatın pay bölgüsü haqqında Sazişə istinadına ayrıca hüquqi qiymət verilməlidir. Mübahisəli ərazi üçün aidiyyəti normativ akt ## ##### 2005-ci il tarixli ***-IIQ nömrəli Qanundur. Həmin Qanunla ## ######## 2004-cü ildə ARDNŞ, AZEN X1.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor yataqları üzrə bağlanmış Saziş qəbul və təsdiq edilmişdir. Qanunun 5-ci bəndi qüvvəyə mindikdən sonra kontrakt sahəsinin istənilən hissəsi barədə əvvəllər bağlanmış saziş, kontrakt və bu cür başqa sənədlə verilə bilən hüquq və vəzifələrin ləğvini və Saziş iştirakçılarına neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüququ nəzərdə tutur. Bu müddəa ona görə diqqətdən kənarda saxlanıla bilməz ki, mətninə görə əvvəlki hüquqi münasibətlərə də təsir etmək imkanına malikdir. Buna görə iddiaçının sənədlərinin 2003-cü ilə aid olması özü-özlüyündə SOCAR-ın dəlilini rədd etmək üçün yetərli deyil. Lakin ***-IIQ nömrəli Qanunun 5-ci bəndinin konkret iddiaçıya tətbiq edilməsi üçün əvvəlcə həmin normanın faktiki şərti müəyyən edilməlidir: mübahisəli, texniki cəhətdən fərdiləşdirilmiş torpaq sahəsinin Sazişdə təsbit edilmiş kontrakt sahəsinin məhz hansı hissəsinə düşdüyü etibarlı yerquruluşu və koordinat məlumatları ilə müəyyən olunmalıdır. Ümumi şəkildə “Binəqədi Oil ərazisi” yazılmış cari elektron kadastr məlumatı Sazişin kontrakt sərhədlərini və konkret sahənin həmin sərhədlərlə üst-üstə düşməsini özlüyündə əvəz etmir. Bundan sonra isə 5-ci bənddə istifadə olunan “əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr” ifadəsinin iddiaçının 2003-cü il bələdiyyə qərarı və onun əsasında bağlanmış torpaq alqı-satqısı müqaviləsindən irəli gələn hüquqi vəziyyəti əhatə edib-etmədiyi müəyyənləşdirilməlidir. Normanın əsas məqsədi kontrakt sahəsində Saziş iştirakçılarına neft-qaz əməliyyatlarının aparılması üçün müstəsna hüquqi rejim yaratmaqdır. Ona görə bu müddəadan konkret şəxsin yerüstü torpaq sahəsi üzrə dövlət qeydiyyatına yönəlmiş hüquqmüəyyənedici əsasının aradan qalxdığı nəticəsini çıxarmaq üçün həm ərazi üstüstə düşməsi, həm də əvvəlki hüququn həmin normanın ləğvedici təsir dairəsinə daxil olması əsaslandırılmalıdır. Apellyasiya şikayətində normanın mətni göstərilsə də, bu iki hüquqi əlaqə fərdiləşdirilmiş sübutlarla qurulmadıqda ***-IIQ nömrəli Qanunun mövcudluğu təkbaşına iddianın rəddinə kifayət etmir. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli *** nömrəli Fərmanına dair dəlil də eyni metodla qiymətləndirilməlidir. Fərmanın 2-ci hissəsində xüsusi olaraq əmlakın neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olub-olmaması müvafiq əmlaka hüququn əmələ gəldiyi andakı vəziyyətə bağlanır. Deməli, həmin müddəaya əsaslanan imtina üçün cari kadastr vəziyyətini deyil, iddiaçının qeydiyyat tələbini doğuran hüquqmüəyyənedici sənədlərin formalaşdığı dövrdə konkret torpaq sahəsinin hüquqi vəziyyətini müəyyən edən materiallar araşdırılmalıdır. 2003-cü il vəziyyətinə dair belə sənəd olmadan 2026-cı ildə sistemdə olan “dövlət mülkiyyəti - Binəqədi Oil” qeydini geriyə tətbiq etmək mümkün deyil. Torpağın kateqoriyası məsələsində də eyni sübut standartı tətbiq edilməlidir. Torpaq Məcəlləsinin 9-cu maddəsinin 2-ci hissəsi torpaq kateqoriyalarını sadalayır, 3-cü hissəsi isə torpaqların kateqoriyalara aid edilməsini səlahiyyətli orqanın müəyyən etdiyi qaydada həyata keçirilən hüquqi prosedura bağlayır. Konstitusiya Məhkəməsinin ## #### 2017-ci il tarixli qərarına görə hüquqmüəyyənedici sənəddə göstərilən kateqoriya səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş kateqoriyaya uyğun gəlmədikdə qeydiyyatdan imtina edilə bilər. Lakin bu hüquqi mövqenin tətbiqi üçün ilk növbədə səlahiyyətli orqanın konkret torpaq sahəsi barədə müəyyən etdiyi kateqoriya mötəbər sənədlə müəyyən olunmalıdır. Bir tərəfdən bələdiyyə qərarının mətnində sahənin fərdi yaşayış evinin tikintisi üçün verilməsi, digər tərəfdən cari elektron kadastrda dövlət/neft ərazisi kimi göstərilməsi mövcud olduğundan bu ziddiyyət Torpaq Məcəlləsinin 9-cu maddəsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.2-1-ci maddəsi çərçivəsində həll edilməlidir, onun bir tərəfini yalnız ehtimal əsasında üstün tutmaq olmaz. Mübahisəli sahənin yaxınlığında ləğv edilmiş neft quyusunun mövcudluğu da ayrıca hüquqi məsələdir. Iş materiallarına görə quyu torpaq sahəsindən təxminən 16-17 metr məsafədədir. Bu fakt ictimai təhlükəsizlik, tikinti və torpaqdan istifadə rejimi baxımından əhəmiyyətsiz sayıla bilməz. Bununla yanaşı, sonradan müəyyən edilmiş mühafizə zonasının mövcudluğunun daha əvvəl tərtib olunmuş hüquqmüəyyənedici sənədin etibarsızlığına təsiri də müəyyən suallar doğurur. Qanunvericilik daşınmaz əmlak üzərində hüququ və həmin hüququn məhdudlaşdırılmasını, o cümlədən servitut və digər yüklülükləri ayrıca hüquqi institutlar kimi nəzərdə tutur. Dövlət reyestrində məhdudiyyətlər də ayrıca əks etdirilir. Odur ki, təhlükəsizlik zonasına dair norma mülkiyyət hüququnun özünün dövlət qeydiyyatını qadağan etmirsə, həmin norma torpaqdan istifadə və tikinti hüququna tətbiq olunan məhdudiyyət kimi nəzərə alınmalı, lakin təkbaşına əvvəlki hüquqmüəyyənedici əsasın yoxluğu kimi qiymətləndirilməməlidir. Qonşu torpaq sahələrinə dair qeydiyyat sənədlərinin əhəmiyyəti də bu çərçivədə müəyyən edilməlidir. Iş materiallarında mübahisəli sahənin yaxınlığında yerləşən bir sıra torpaqların eyni bələdiyyənin qərarları əsasında fərdi yaşayış məqsədli xüsusi mülkiyyət kimi dövlət qeydiyyatına alındığına dair sənədlər mövcuddur. Birinci instansiya məhkəməsi həmin halı iddiaçıya münasibətdə fərqli inzibati yanaşmanın göstəricisi hesab etmişdir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən analoji mühüm faktiki və hüquqi xüsusiyyətlərə malik işlərdə obyektiv və ağlabatan səbəb olmadan fərqli inzibati qərarlar qəbul edilməməlidir. Bununla belə, qonşu sahələrin qeydiyyata alınmış olması iddiaçının hüququnun müstəqil yaranma əsası deyil. Bu sübut yalnız o halda əhəmiyyətlidir ki, onların hüquqi vəziyyətinin, ilkin torpaqayırma mənbəyinin və yerləşməsinin hazırkı sahə ilə müqayisə oluna bildiyi müəyyənləşdirilsin. Bu mənada qonşu qeydiyyatlar əsas hüquqi mənbə deyil, inzibati yanaşmanın ardıcıllığının yoxlanılmasına xidmət edən yardımçı sübutdur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDI: Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Fərid Ismayılzadə
Məhkəmə qərarları › İş №2-1(3-6)-1589/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1589/2026
05.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver