Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-159/2026 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı qızının cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər: X8 (sədrlik edən və məruzəçi), X9 və X4 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, Iddiaçı İddiaçı qızının, Iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, Iddiaçı İddiaçı qızının cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “”Müharibə veteranı adı”nın və vəsiqəsinin verilməsi üçün adının daxil edildiyi siyahının göndərilməsi” tələbinə dair Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: IŞIN HALLARI:
1. Silahlı Qüvvələrin Baş Klinik Hospitalı rəisinin ##.##.2020-ci il tarixli *** nömrəli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, xidməti zərurətlə əlaqədar adları göstərilən hərbi qulluqçular müvafiq hərbi hissələrə ezamiyyətlə getmiş hesab olunmuşlar: ***-*** nömrəli hərbi hissəyə 1. R İddiaçı qızı, anesteziologiya və reanimasiya bölməsinin tibb bacısı – anestezist. Əsas: MN-nin Tibb Baş Idarə rəisinin ##.##.2020-ci il tarixli, *** nömrəli telefonoqraması və tibb xidməti R-leytenatı C.Əkbərovun raportu (d.o № *****, 11303)
2. ##.##.2020-ci il tarixli, **** nömrəli Ezamiyyət vəsiqəsinin surətindən görünür ki, R İddiaçı qızı xidməti zərurətlə əlaqədar ##.##.2020-ci ildən ##.##.2020-ci ilədək, 10 gün müddətinə N nömrəli hərbi hissəyə ezam olunmuşdur.
3. N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli, *** nömrəli əmrindən çıxarışdan görünür ki, döyüş tapşırığını yerinə yetirmək üçün ezamiyyətə gəlmiş aşağıda adları qeyd olunan hərbi qulluqçular hərbi hissənin ezamiyyətə gəlmişlərin siyahısına əlavə olunmuşlar və qazan təminatına qoyulmuşlar: 10. R İddiaçı qızı. Əsas: Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ## ######## 2020-ci il tarixli **** nömrəli ezamiyyət vəsiqələri.
4. N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli, *** nömrəli əmrindən çıxarışdan görünür ki, döyüş tapşırığını yerinə yetirmək üçün ezamiyyətə gəlmiş aşağıda adları qeyd olunan hərbi qulluqçuların ezamiyyət müddəti başa çatdığı üçün hərbi hissənin ezamiyyətdə olanlar siyahısından və qazan təminatından çıxarılmışlar:
4. R İddiaçı qızı. Əsas: Silahlı Qüvvələrin Baş Klinik Hospitalının **** nömrəli ezamiyyət vəsiqəsi.
5. Silahlı Qüvvələrin Baş Klinik Hospitalı rəisinin ##.##.2020-ci il tarixli *** nömrəli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, ##.##.2020-ci il tarixdən gəlmiş və vəzifələrinin icrasına başlamış hesab olunmuşlar (Ezamiyyətdən, N nömrəli hərbi hissədən (Beyləqan rayonu)): R İddiaçı qızı, anesteziologiya və reanimasiya bölməsinin tibb bacısı – anestezist. Əsas: ##.##.2020-ci il tarixli 4574, 4579, 4582, **** nömrəli ezamiyyət vəsiqələri.
6. N №-li hərbi hissə tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, ** saylı arayışın surətindən görünür ki, R İddiaçı qızı 44 günlük Vətən Müharibəsi dövründə N nömrəli hərbi hissəyə ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək ezam olunmuş, döyüş əməliyyatları zamanı xəstə və yaralılara tibbi yardım göstərilməsində iştirak etmişdir.
7. Iddiaçı İddiaçı qızı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ona müharibə veteranı adı verilməsi üçün ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh isə ##.##.2024-cü il tarixli məktub ilə bildirmişdir ki, barəsində təqdim olunmuş arayış-məlumata əsasən döyüş əməliyyatları aparlan dövrdə (## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək) xidmət keçdiyi (ezamiyyətdə olduğu) hərbi hissənin yerləşdiyi yer ərazi meyarlarına uyğun gəlmədiyinə görə vətəndaş İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdıırlması məqsədilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.
BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ ICRAAT:
8. Iddiaçı İddiaçı qızı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı qızı 2014-cü ilin oktyabr ayından Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında Anestezologiya və Reanimasiya bölməsində anestezist tibb bacısı vəzifəsində xidmətə başlamış, halhazırda Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Oftalmologiya bölməsinin anestezist tibb bacısı vəzifəsində, R rütbəsi ilə xidmətini davam etdirir. Vətəndaş İddiaçı ##.##.2020-ci il tarixindən ##.##.2020-ci il tarixinə qədər II Vətən Müharibəsində gedən döyüş əməliyyatlarında yaralanan hərbi qulluqçulara tibbi xidmət göstərilməsi məqsədi ilə N nömrəli hərbi hissəyə ezam olunmuşdur. Belə ki, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi tərəfindən verilmiş ## ######## 2020-ci il tarixli *** nömrəli əmrindən görünür ki, anesteziologiya və reanimasiya bölməsinin tibb bacısıanestezisti, R İddiaçı qızı ***-*** nömrəli hərbi hissəyə ezam olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən verilmiş ezamiyyət vəsiqəsində görünür ki, R İddiaçı qızı xidməti zərurətlə əlaqədar ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək *** nömrəli hərbi hisssəyə ezam olunmuşdur. Həmin ezamiyyət vəsiqəsinə əsasən N nömrəli hərbi hissə komandirinin ## ######## 2020-ci il tarixli *** nömrəli əmri ilə R İddiaçı qızı hərbi hissənin ezamiyyətə gəlmişlərsiyahısına əlavə olunaraq qazan təminatına qoyulmuşdur. N nömrəli hərbi hissə komandirinin ## ####### 2020-ci il tarixli *** nömrəli əmri ilə R İddiaçı qızı ezamiyyət müddəti başa çatdığı üçün hərbi hissənin ezamiyyətdə olanlar siyahısından və qazan təminatından çıxarılmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi tərəfindən verilmiş ## ####### 2020-ci il tarixli *** nömrəli əmrdən görünür ki, R İddiaçı qızı N nömrəli hərbi hissədən ## ####### 2020-ci il tarixdə ezamiyyətdən gəlmiş və vəzifəsinin icrasına başlamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin ##.##.2024cü il tarixli ** nömrəli arayışından görünür ki, R İddiaçı qızı 44 günlük Vətən müharibəsi dövründə N nömrəli hərbi hissəyə ##.##.2020- ci il tarixdən ##.##.2020-ci il tarixədək döyüş əməliyyatları zamanı xəstə və yaralılara tibbi yardım göstərilməsində iştirak etmək üçün ezam olunmuşdur. Tərəfindən ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət edilmiş, müraciətə ##.##.2024-cü il tarixli imtina məktubu ilə cavab verilmişdir. Məktubda qeyd olunmuşdur ki, barəsində təqdim olunmuş arayışməlumata əsasən, döyüş əməliyyatları aparılan dövrdə (## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci tarixədək) xidmət keçdiyi (ezamiyyətdə olduğu) hərbi hissənin yerləşdiyi yer ərazi meyarlarına uyğun gəlmədiyinə görə vətəndaş İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Iddiaçı hesab edir ki, sözügedən imtina tamamilə əsassızdır və hüquq normalarına ziddir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
10. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı münasibətində iddia tələbinin təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, Müdafiə Nazirliyinin “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyası”nın ##.##.2024-cü il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, döyüş əməliyyatları aparılan dövrdə (##.##.2020-##.##.2020) xidmət keçdiyi (ezamiyyətdə olduğu) hərbi hissənin yerləşdiyi yer ərazi meyarlarına uyğun gəlmədiyinə görə, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə, sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli 216 Nə-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasına əsasən: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığıərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləridə ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Iddiaçı bilavasitə döyüş əməliyyatlarında iştirak etməmişdir, ezam olunduğu yer isə yuxarıda göstərilmiş Əsasnamənin 1-ci hissəsinin 10- cu abzasında (yəni, Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş əraziləri) sadalanmış ərazilər olmamışdır. Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş edilmişdir.
11. Bakı Inzibati Məhkəməsinin Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi və iddiaçı İddiaçı qızına Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırılmaqla “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi xahiş edilmişdir.
12. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.
APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI VƏ MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI
Apellyasiya şikayətinin dəlilləri:
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı əsassız olduğundan, tam ləğv olunmalıdır. Məhkəmə tərəfindən prosessual və maddi normaların pozulması düzgün olmayan qərarın qəbul edilməsi ilə nəticələnmişdir. Məhkəmə tərəfindən “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2021-ci il tarixli *** nömrəli Qərarın müddəaları pozulmaqla qərar qəbul edilmişdir. Məhkəmə qərar qəbul edərkən, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsini və “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3cü maddəsini nəzərə almamışdır. Həmin maddəyə əsasən: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar.” Müdafiə Nazirliyinin veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyasının ##.##.2024-cü il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, döyüş əməliyyatları aparılan dövrdə (##.##.2020- ##.##.2020) xidmət keçdiyi (ezamiyyətdə olduğu) hərbi hissənin yerləşdiyi yer ərazi meyarlarına uyğun gəlmədiyinə görə, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə, sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasına əsasən: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteram” adı verilir. Iddiaçı bilavasitə döyüş əməliyyatlarında iştirak etməmişdir, ezam olunduğu yer isə yuxarıda göstərilmiş Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında (yəni, Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş əraziləri) sadalanmış ərazilər olmamışdır. Döyüş əməliyyatlarının tibbi təminatı üzrə tapşırıqlarının yerinə yetirmiş şəxslərə o şərtlə “müharibə veteranı” adı və vəsiqəsi verilir ki, onlar qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında qeyd olunan ərazilərdə yetirmiş olsunlar. Iddiaçının isə ezam olunduğu, Füzuli rayonunun Əhmədbəyli yaşayış məntəqəsi həmin ərazilərin siyahısına daxil olmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2021-ci il tarixli *** №-li Qərarını nəzərə alınmalıdır. Ona əsasən döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə o şərtlə “müharibə veteranı” adı və vəsiqəsi verilir ki, həmin şəxslər qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında qeyd olunan ərazilərdə (Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş əraziləri) yerinə yetirmiş olsunlar. Iddiaçı ##.##.2020-ci il tarixdən 2020-ci ilin oktyabrın əvvəlinə kimə ezam olunmuşdur, N hərbi hissənin dislokasiya yeri Füzuli rayonu olmuşdur. Füzuli rayonunun Əhmədbəyli yaşayış məntəqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2021-ci il tarixli *** №-li Qərarında göstərildiyi kimi 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazi olmamışdır. Hətta məhkəmə, qərarında (səh.4) N nömrəli hərbi hissənin ##.##.2025-ci il tarixli *-**-***/*-**/**** nömrəli məktubuna istinad etsə də, N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməsi üçün ## ####### 2020-ci il tarixdən işğaldan azad olunmuş ərazilərə cəlb olunduğunu göstərsə də, nədənsə buna hüquqi qiymət verməmişdir və iddiaçının ##.##.2020-ci il tarixədək həmin hərbi hissədə ezam olunmasını nəzərə almamışdır. Məhkəmə qərarından görmək olar ki, N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməsi və həmin hərbi hissəni dislokasiyasının döyüş əməliyyatları aparılmayan ərazidə, yəni Füzuli rayonunun Əhmədbəyli yaşayış məntəqəsində yerləşməsi məsələsinə kifayət qədər diqqət yetirilməyib, fərq qoyulmayıb və Müdafiə Nazirliyinin rəsmi məktublarında qeyd olunanlar nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüzün dəf edilməsini, ərazi bütövlüyünün və toxunulmazlığının silahlı müdafiəsini təmin edən qurumdur. Buna görə hərbi hissələrin dislokasiyanın və döyüş əməliyyatlarında iştirak etməsi Müdafiə Nazirliyi tərəfindən müəyyən olunur və təqdim olunmuş sənədlər mötəbər məlumatlardır. Həmin məsələlər dövlət qurumlarının səlahiyyətinə aiddir və vətəndaşın buna dair mülahizələrinin hər hansı hüquqi qüvvəsi yoxdur. Məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli 2-1(102)- ****/**** nömrəli qərarları nəzərə alınmalıdır. Həmin qərarın 28-ci bəndinə əsasən: ‘‘Nəzərə almaq lazımdır ki, məhkəmə iddiaçının döyüş əməliyyatlarında iştirakı barədə gəldiyi nəticəni şübhələrdən azad, məhkəmə iclasında tam və hərtərəfli araşdırılmış sübutlara istinadla əsaslandırmalıdır. Hazırkı işdə bu, iddiaçının döyüş əməliyyatlarında iştirakına münasibətdə baş vermədiyindən, cavabdehin üzərinə hazırkı məzmunda öhdəlik qoymaqla məhkəmə haqlı olmamışdır. ” Məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli 2-1 (***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli 2-1 (102)-914/2025, ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı nəzərə alınmalıdır. ##.##.2024- cü il tarixli 2-1 (107)-337/2024, 21.11,2023-cü il tarixli 2-1 (102)-2317/2023, ##.##.2023-cü il tarixli 2-1(102)-2061/2023 (bənd 24,28), ##.##.2018-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarları nəzərə alınmalıdır.
Apellyasiya şikayətinə etirazın dəlilləri:
14. Apellyasiya şikayətinə qarşı yazılı mülahizə (etiraz) iddia tələbinin məzmununa uyğun əsaslandırılmışdır.
Tərəflərin izahatları
15. ## ##### 2026-cı il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunsa da cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Inzibati məhkəmə icraatının iştirakçıları məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir.
16. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı qızı və onun nümayəndəsi və vəkili X1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
17. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsi qərarının ləğv edilib iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
18. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunu:
3. Aşağıdakılar müharibə veteranları sayılırlar: ...Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;
7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.
19. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## il tarixli *** saylı qərarı ilə təsdiq edilmişdir):
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: – Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Bu Əsasnamənin 1-ci hissəsində göstərilən sənədlərin və ya məlumatların X10 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edən şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X10 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən şəxs tərəfindən təmin edilir. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.
2. 2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin ikinci-səkkizinci abzaslarında qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin halhazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X14 Xidməti və Azərbaycan Respublikasının Strateji X12 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Qeyd. Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
20. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 14.3. Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASIYA INSTANSIYA MƏHKƏMƏSININ MÖVQEYI
21. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
22. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.
23. Iddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın məktubunun tarixi ##.##.2024-cü il tarixdir. Iddiaçı isə iddia ilə məhkəməyə ##.##.2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası IPM-nin 38.2-ci, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür.
24. Işin mahiyyətinə gəldikdə isə, iddiaçı İddiaçı qızının tələbi ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədədir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında tibbi təminat üzrə tapşırıqları yerinə yetirmək üçün döyüş əməliyyatları zamanı yaralıların çeşidlənməsində, ilkin tibbi yardımın göstərilməsində döyüş bölgəsində tibb bacısı – anestezist kimi iştirak etməsi faktı təkzibolunmazdır. Iddiaçının döyüşlərdə iştirak edən N nömrəli hərbi hissəsinin tərkibində tibbi təminat üzrə tapşırıqları yerinə yetirməsi həmin hərbi hissənin verdiyi müvafiq arayış və hərbi hissələrin müvafiq əmrləri ilə də sübuta yetirilir.”
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəmənin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:
26. Yuxarıda qeyd edilən qanunvericilik normalarından görünür ki, mülki şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün qanunverici iki şərt müəyyən etmişdir: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etməli, yəni döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmalı; - bu fakt hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında öz təsdiqini tapmalıdır.
27. Iş materiallarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən verilmiş ezamiyyət vəsiqəsinə əsasən R İddiaçı qızı xidməti zərurətlə əlaqədar ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək *** nömrəli hərbi hisssəyə ezam edilmişdir. Həmin ezamiyyət vəsiqəsinə əsasən N nömrəli hərbi hissə komandirinin ## ######## 2020-ci il tarixli *** nömrəli əmri ilə R İddiaçı qızı hərbi hissənin “ezamiyyətə gəlmişlər” siyahısına əlavə olunaraq qazan təminatına qoyulmuşdur. N nömrəli hərbi hissə komandirinin ## ####### 2020-ci il tarixli *** nömrəli əmri ilə R İddiaçı qızı ezamiyyət müddəti başa çatdığı üçün hərbi hissənin ezamiyуətdə onlar siyahısından və qazan təminatından çıxarılmışdır.
28. Işin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəmənin sorğusuna N №-li hərbi hissə tərəfindən verilmiş cavab məktubundan görünür ki, İddiaçı qızı “Vətən müharibəsi” zamanı ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək N nömrəli hərbi hissədə ezamiyyətdə olmuşdur. Məlumat üçün bildirilir ki, N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etmək üçün ## ####### 2020-ci il tarixdən işğaldan azad olunmuş ərazilərə cəlb olunmuşdur.
29. Iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərardadından aydın olur ki, iddiaçı X3 da ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək hazırki N nömrəli hərbi hissəyə ezam olunmuş və orda döyüş əməliyyatlarının tibbi təminatının həyata keçirilməsində işirak etmişdir. Inzibati işə kassasiya instansiyası icraatında baxan məhkəmə cavabdehin kassasiya şikayətində oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməməsinə istinad edərək cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkün saymamış və şikayətin qəbulundan imtina etmişdir.Hazırki inzibati işin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası X3 şahid qismində dindirmiş və o izahatında bildirmişdir ki, o, İddiaçı ilə eyni gün və eyni saatda N saylı hərbi hissəyə ezam olunmuş, müharibə şəraitində xidmət keçmiş və N saylı hərbi hissə əslində hərbi qospital olmuşdur.
30. Beləliklə müəyyən olunur ki, iddiaçı Tünzalə Ruhulla qızı 44 günlük Vətən Müharibəsi dövründə N nömrəli hərbi hissəyə ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək ezam olunmuş, döyüş əməliyyatları zamanı xəstə və yaralılara tibbi yardım göstərilməsində iştirak etmişdir. Həmin fakt sözügüdən hərbi hissənin verdiyi müvafiq arayış və hərbi hissələrin müvafiq əmrləri ilə də sübuta yetirilir.
31. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci və 2.2-ci bəndlərinə əsasən iddiaçıya veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunsuz olmuş və iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilməlidir.
32. Yuxarıda qey edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərardadında da qeyd olunmuşdur ki, “kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, qanunvericiliyə əsasən döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçularla yanaşı, döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər də “Müharibə veteranı” hesab edilirlər. Döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə isə döyüş təminatı, mənəvipsixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Döyüş əməliyyatları ilə bağlı tapşırıqlar yalnız döyüş təminatı anlamında qəbul edilə bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün döyüş təminatı ilə yanaşı, həm də digər təminat növlərinin, o cümlədən maddi-texniki təminatı və arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının xx.xx.2023- cü il tarixli *-*(***)- ****/**** nömrəli, xx.xx.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli, xx.xx.2025-ci il tarixli *- *(***)-****/**** nömrəli qərarları).
33. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
34. Hazırki işdə də cavabdeh iddiaçı İddiaçı qızına Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırılmaqla “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinasının mövcudluğunu sübut edə bilmir.
35. Yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalıdır.
36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev