Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1593/2026 30.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (Üçüncü şəxs MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə) “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. “xxxx” MTK-da yaşayış binasında mənzil tikintisi haqqında” ##.##.2008-ci il tarixli, ** nömrəli müqavilədən görünür ki, ünvan 2 ünvanında yerləşən 2-ci giriş, 13-cü mərtəbə *** saylı mənzil üzrə sahiblik hüququ İddiaçı adına keçirilmişdir;
2. “xxxx” MTK tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 2ci giriş, 13- cü mərtəbə *** saylı mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir.
3. Üçüncü şəxs MMC-nin təsisçilərinin ümumi yığıncağının ##.##.2025-ci il tarixli protokoldan çıxarışdan görünür ki, İddiaçı 100 faiz olmaqla, ünvan 2 ünvanında yerləşən 2-ci giriş, 13-cü mərtəbə, 2 otaqlı ümumi sahəsi 99,5 kv.m, *** saylı mənzilin payçısı olması təsdiq edilmişdir;
4. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin ##.##.2026-cı il tarixli məktubunda göstərilmişdir ki, “xxxx” MTK-ya məxsus yaşayış binasının istismarına icazə verilməsinə dair sənəd İdarədə aşkar edilməmişdir;
5. Cavabdeh * saylı Bakı Ərazi İdarəsinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, “xxxx” MTK-nın ünvan 2 ünvanındakı yaşayış binasında qeydiyyatdan keçmiş bir neçə mənzilə dair sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki, sözügedən binada yerləşən mənzillərə dair daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyat məhkəmə aktına əsasən aparılmışdır.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, **M saylı evin 2-ci giriş, 13-cü mərtəbə, *** saylı, 2 otaqlı (99,5 kv.m) mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə, cavabdeh Cavabdeh * saylı Bakı Ərazi İdarəsi onun hüquq varisi Cavabdeh ilə əvəz edilmişdir.
8. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə, Üçüncü şəxs MMC üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, **M saylı evin *** saylı mənzilinə dair “xxxx” Mənzil Tikinti Kooperativi ilə iddiaçı İddiaçı arasında ##.##.2008-ci il tarixli ** saylı müqavilə bağlanmışdır. Həmin müqavilə şərtinə əsasən İddiaçı tərəfindən pay haqqı tam olaraq ödənilmişdir. Müqavilə şərtlərinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 M saylı evin 2-ci giriş, 13- cü mərtəbə, *** saylı, 2 otaqlı (99,5 kv.m) mənzil İddiaçı adına keçirilmişdir. İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması üçün müvafiq sənədlərlə * saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh ##.##.2025-ci il tarixli, ************ nömrəli məktubla cavab verib formal mülahizələrə əsaslanaraq iddiaçının tələbini icra etməkdən imtina etmişdir. İddiaçı bildirir ki, hazırda sözügedən bina orada yaşayan sakinlərin istifadəsinə verilmiş, bütün kommunal xidmətlərlə təchiz edilmişdir. Bəzi sakinlər öz mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldıraraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışlar. İddiaçı hesab edir ki, hazırkı ünvanda yaşayan sakinlərə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdirsə, onun da belə bir hüququ vardır. İşin mahiyyəti üzrə iddiaçı onu da qeyd etmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının ##.##.2005-ci il tarixli, *** saylı sərəncamına əsasən Üçüncü şəxs MMC-yə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin şərq hissəsində yerləşən 1.68 hektar ərazisinin 0.40 hektar sahəsində yüksəkmərtəbəli binanın layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. Üçüncü şəxs MMC ilə “xxxx” MTK arasında ## #### 2005-ci il tarixli müqavilə bağlanaraq layihəyə əsasən dörd girişli, 16 mərtəbəli binanın sənədləşmə və tikinti işlərinin aparılması səlahiyyəti “xxxx" MMC tərəfindən “xxxx” MTK-ya verilmişdir. Həmin podrat müqaviləsinə əsasən “Sifarişçi” Üçüncü şəxs MMC-yə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin şərq hissəsində 1,68 ha torpaq sahəsinin 0,40 ha hissəsində podratçı “xxxx” MTK öz vəsaiti hesabına 4 bloklu, 16 mərtəbəli yaşayış binası 2007-ci ilin sonunadək tikib təhvil verməyi və həmin binanın tikintisindən əldə olunan xalis gəlirin 33%- i ilə yanaşı həmin binadan 1.2,3 otaqlı mənzillər, qaraj, ticarət mərkəzi və mansard daxil olmaqla əvəzi ödənilmədən 8.000 kv.m sahəsini, həmçinin binanın tikintisi başa çatdıqdan sonra podratçı “xxxx” MTK bina üzərində olan bütün hüquqlarını itirməklə, binanın gələcək ekspluatasiyasını (istismarını) bütünlüklə sifarişçi Üçüncü şəxs MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə üzrə sifarişçi "xxxx" MMC tərəfindən bütün öhdəliklər yerinə yetirilsə də, müqavilə üzrə podratçı “xxxx” MTK öhdəliklərini yerinə yetirməmişdir. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)- ****/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsinə əsasən ünvan 2 ünvanında inşa edilmiş yaşayış binasının istismarının “xxxx” MTK-dan alınaraq Üçüncü şəxs MMCyə verilməsi qət edilmiş və qətnamə qanuni qüvvəyə minərək ##.##.2022-ci il tarixdə icraya yönəldilmişdir. İcra qurumu tərəfindən ##.##.2023-cü il tarixdə yaşayış binasının istismarının, binaya və sakinlərə məxsus bütün sənədlərlə birlikdə “xxxx” MTK-dan alınaraq Üçüncü şəxs MMC-yə verilməsi təmin edilmişdir. Bununla da “xxxx” MTK ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasına dair bütün hüquqlarını, o cümlədən binanın istismarı və yaşayış və qeyri-yaşayış sahələrinin alqı-satqısı və sənədləşdirilməsi də daxil olmaqla itirmişdir.
10. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin * saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. Əlavə olaraq cavabdeh bildirmişdir ki, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak üzərinə həbs qoyulması və həmin ünvanda inşa edilmiş yaşayış binasındakı yaşayış və qeyri-yaşayış sahələrinin alqı-satqısı və sənədləşdirilməsinin “xxxx” MTK-ya qadağan edilməsi barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2015-ci il tarixli icra vərəqəsi daxil olmuşdur. ünvan 3 ünvanında inşa edilmiş yaşayış binasında yerləşən *** saylı mənzilə dair ##.##.2025-ci il tarixli protokoldan çıxarış Üçüncü şəxs MMC tərəfindən təsdiq edilmişdir idarənin mütəxəssisləri tərəfindən ünvanda yerli baxış keçirilən zaman məlum olmuşdur ki, mənzilin faktiki ümumi sahəsi 89.3 kv.m təşkil edir.
11. Üçüncü şəxs iddiaya dair yazılı münasibətini məhkəməyə təqdim edərək bildirmişdir ki, Üçüncü şəxs MMC (VÖEN: **********) ünvan 2 ünvanında inşa edilmiş yaşayış binasının sifarişçisi və istismarçısıdır. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının ##.##.2005-ci il tarixli, *** saylı sərəncamına əsasən Üçüncü şəxs MMCyə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin şərq hissəsində yerləşən 1,68 hektar ərazisinin 0,40 hektar sahəsində yüksəkmərtəbəli binanın layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. Üçüncü şəxs MMC ilə “xxxx” MTK arasında ## #### 2005-ci il tarixli podrat müqaviləsi bağlanaraq layihəyə əsasən dörd girişli, 16 mərtəbəli binanın sənədləşmə və tikinti işlərinin aparılması səlahiyyəti Üçüncü şəxs MMC tərəfindən “xxxx” MTK-ya verilmişdir. Həmin podrat müqaviləsinə əsasən “Sifarişçi” Üçüncü şəxs MMC-yə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin şərq hissəsində 1,68 ha torpaq sahəsinin 0,40 ha hissəsində podratçı “xxxx” MTK öz vəsaiti hesabına 4 bloklu, 16 mərtəbəli yaşayış binası 2007-ci ilin sonunadək tikib təhvil verməyi və həmin binanın tikintisindən əldə olunan xalis gəlirin 33%-i ilə yanaşı həmin binadan 1.2,3 otaqlı mənzillər, qaraj, ticarət mərkəzi və mansard daxil olmaqla əvəzi ödənilmədən 8.000 kv.m sahəsini, həmçinin binanın tikintisi başa çatdıqdan sonra podratçı “xxxx” MTK bina üzərində olan bütün hüquqlarını itirməklə, binanın gələcək ekspluatasiyasını (istismarını) bütünlüklə sifarişçi Üçüncü şəxs MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə üzrə sifarişçi Üçüncü şəxs MMC tərəfindən bütün öhdəliklər yerinə yetirilsə də, müqavilə üzrə podratçı “xxxx” MTK öhdəliklərini yerinə yetirməmişdir. ## ###### 2013-cü il tarixli icra vərəqəsi ilə Üçüncü şəxs MMC ilə «xxxx» MTK arasında bağlanmış ## #### 2005- ci il tarixli podrat müqaviləsi ilə Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, «V» yaşayış sahəsinin şərq hissəsində yerləşən 1,68 ha ərazinin 0,4 ha sahəsində inşa edilmiş 4 bloklu, 16 mərtəbəli yaşayış binasından təhvil verilməli olan 8000 kv.m sahənin təhvil verilməmiş 5000 kv.m sahəsinin Üçüncü şəxs MMC-yə naturada təhvil verilməsi vəzifəsi “xxxx” MTKya həvalə olunmuşdur. olunmuşdur. Bundan başqa Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının *-*(***)-***/**** saylı, ##.##.2018-ci il tarixli icra vərəqəsi ilə tərəflər arasında bağlanmış ## #### 2005-ci il tarixli podrat müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi «V» yaşayış sahəsinin şərq hissəsində yerləşən 1,68 ha ərazinin 0,4 ha hissəsində inşa edilmiş 4 bloklu, 16 mərtəbəli yaşayış binasındakı 180 kv.m qeyri-yaşayış sahəsinin əvəzi olaraq 63,392 manat pul məbləği cavabdeh “xxxx” MTK-dan tutularaq iddiaçı Üçüncü şəxs MMCyə ödənilməsi, eləcə də cavabdeh “xxxx” MTK-dan 860090 (səkkiz yüz altmış min doxsan) manat tutularaq iddiaçı Üçüncü şəxs MMC-nə ödənilməsi qət edilmişdir. Qeyd olunan öhdəliklərin icra edilməsi ilə bağlı məhkəmə qətnamələri qanuni qüvvəsini alaraq icraya yönəldilmiş lakin “xxxx” MTK tərəfindən həmin icra sənədləri qərəzli olaraq icra edilməmişdir. Bunun məntiqi nəticəsi olaraq isə “xxxx” MTK-nın sədri (qanuni nümayəndəsi) Əliyev Firuddin Ayət oğlu Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-*/**** saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il MTK-da vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir. “xxxx” MTK-nin sədri məhkum Əliyev Firuddin Ayət oğlu hazırda əlavə cəzasını çəkir və taksi sürücüsü kimi vergi orqanında qeydiyyatdadır və hazırda həmin MTK-da sədr və ya sədr vəzifəsini icra edən şəxs yoxdur. Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)- ****/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsinə əsasən ünvan 2 ünvanında inşa edilmiş yaşayış binasının istismarının “xxxx” MTK-dan alınaraq Üçüncü şəxs MMC -yə verilməsi qət edilmiş və qətnamə qanuni qüvvəyə minərək ##.##.2022-ci il tarixdə icraya yönəldilmiş və ##.##.2023- cü il tarixdə icra qurumu tərəfindən icra edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2- *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsi ilə Üçüncü şəxs MMC-nin iddiası təmin edilərkən məhkəmə Üçüncü şəxs MMC ilə “xxxx” MTK arasında bağlanmış ## #### 2005-ci il tarixli podrat müqaviləsinin 3.6-cı bəndinə əsaslanmışdır. Həmin müqavilənin 3.6-cı bəndinə əsasən, binanın tikintisi başa çatdıqdan sonra podratçı “xxxx” MTK bina üzərində olan bütün hüquqlarını itirməklə, binanın gələcək ekspluatasiyasını (istismarını) bütünlüklə sifarişçi Üçüncü şəxs MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi istər Üçüncü şəxs MMC ilə “xxxx” MTK arasında bağlanmış ## #### 2005-ci il tarixli podrat müqaviləsinə əsasən, istərsə də qanuni qüvvəsini alaraq icra edilmiş Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsi ilə “xxxx” MTK ünvan 4 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasına dair bütün hüquqlarını itirmişdir və binanın istismarı bütünlüklə Üçüncü şəxs MMC -yə məxsusdur. Eyni zamanda onu da qeyd etmək istəyirik ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- ****/**** saylı, ##.##.2022ci il tarixli qətnaməsi icra edilərkən ünvan 2 ünvanında inşa edilmiş yaşayış binasına və həmin binada yerləşən bütün mənzillərə dair sənədlər icra qurumu tərəfindən “xxxx” MTK-dan alınaraq Üçüncü şəxs MMC-yə təhvil verilmişdir. Hazırda sözügedən binaya və orada yerləşən mənzillərə dair bütün sənədlər və qovluqlar Üçüncü şəxs MMC - nin ofisindədir. Nəticə etibarilə “xxxx” MTK-nın qeyd edilən bina ilə bağlı heç bir hüquqi bağlılığı qalmamışdır.
12. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
13. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
b) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, iddiaçı müqavilə bağlayaraq əldə etdiyi, pay haqqını ödədiyi və faktiki olaraq sahiblik və istifadəsində olan mənzilə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir ki, bu qadağanın iddiaçının tələbinin təmin edilməsinə təsiri yoxdur. Həmin qadağa MTKya tətbiq edilmişdir. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, cavabdeh həmin tarixdən sonraki dövrlərdə “xxxx” MTK tərəfindən verilmiş protokoldan çıxarışlar və maliyyə arayışları əsasında vətəndaşların daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatını həyata keçirmişdir ki, hazırkı halda iddiaçıya münasibətdə fərqli yanaşma onun gözlənilən mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilir.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
16. Məhkəmədə cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmədə iştirak etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə kolleqiyası verilmiş apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10-cu maddəsinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
19. “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununun: ## ###### 2013-cü il tarixədək qüvvədə olan redaksiya: 1-ci maddəsinin 6-cı abzasına əsasən, dövlət şəhərsalma norma və qaydaları — müvafiq icra hakimiyyəti orqanları tərəfindən tərtib və təsdiq edilən, şəhərsalma fəaliyyətində əməl olunan normativ hüquqi aktlar və normativ-texniki sənədlər hesab olunur; 12-ci maddəsinə əsasən, şəhərsalma fəaliyyəti ərazilərin və yaşayış məskənlərinin təhlükəsizliyi, təbii və texnogen təsirlərdən qorunması tələblərinə əməl olunmaqla qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir; 17-ci maddəsinə əsasən, şəhərsalma fəaliyyəti sahəsində şəhərsalma norma və qaydalarına, tikinti qaydalarına, təsdiq olunmuş şəhərsalma sənədlərinə əməl etmək hüquqi və fiziki şəxslərin vəzifələridir; 19-cu maddəsinə əsasən, şəhərsalma fəaliyyətinə nəzarətin məqsədi fiziki və hüquqi şəxslər tərəfindən qanunvericilik aktlarının tələblərinə və təsdiq olunmuş şəhərsalma sənədlərinə mütləq əməl olunmasını təmin etməkdən, ərazilərdə və mövcud tikililərdə qanunsuz olaraq yenidən planlaşdırma, yenidənqurma, konstruktiv dəyişikliklər edilməsinin qarşısını almaqdan ibarətdir. Şəhərsalma fəaliyyətinə nəzarət təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. 25-ci maddəsinin 7-ci abzasına əsasən, tikintisi başa çatmış bina və qurğuların istismara verilməsi qaydaları pozulduqda hüquqi və fiziki şəxslər inzibati və mülki məsuliyyət daşıyırlar.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXIŞININ HƏDLƏRİ
21. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
22. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən)
24. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 17-20-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
25. Belə ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, **M saylı evin 2-ci giriş, 13-cü mərtəbə, *** saylı, 2 otaqlı (99,5 kv.m) mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsini tələb edir.
26. Buna əsas kimi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, **M saylı evin *** saylı mənzilinə dair “xxxx” Mənzil Tikinti Kooperativi ilə iddiaçı İddiaçı arasında ##.##.2008-ci il tarixli ** saylı müqavilə bağlandığını, həmin müqavilə şərtinə əsasən onun tərəfindən pay haqqının tam olaraq ödənildiyini və Müqavilə şərtlərinə əsasən həmin mənzilin İddiaçı adına keçirildiyini bildirmişdir.
27. Cavabdeh orqan isə qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin olmadığını bildirərək, iddia ərizəsini təmin etməkdən imtina etmişdir.
28. İşin apellyasiya baxışı zamanı FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, qeyd edilən çoxmənzilli yaşayış binasının sifarişçisinə ## #### 2023-cü il tarixli Ö/****** saylı “istismara hazırlıq” aktı təqdim edilmişdir.
29. Qanunvericilik normalarına əsasən həm ## ###### 2013-cü il tarixinə qədər inşa edilmiş çoxmənzilli binalarda yaşayış evləri üzərində mülkiyyət hüququnun qeydə alınması üçün, həm də ## ###### 2013-cü ildən qüvvəyə minən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üzərində mülkiyyət hüququnun qeydə alınması üçün təqdim edilməli olan sənədlərin sırasında istismara qəbul aktı və ya tikinti obyektinin istismarına icazə olmalıdır.
30. Lakin, iddiaçıya məxsus mənzilin yerləşdiyi mübahisəli yaşayış binasının istismara qəbul aktı mövcud deyildir.
31. Belə olan halda kollegiya hesab edir ki iddiaçı tələbinin təmin edilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslardan hər hansı birini cavabdeh inzibati orqana təqdim etmədiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
32. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
33. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.