Məhkəmə qərarları › İş №2-1(3-6)-1594/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1594/2026

09.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1594/2026 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI GIRIŞ HISSƏ: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X4 və X10 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Iddiaçı İddiaçı, Üçüncü şəxs Üçüncü şəxs və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Polis Idarəsinə qarşı (üçüncü şəxs: Üçüncü şəxs) “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 4əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVIRI HISSƏ: Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Polis Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus ünvan 2 ünvanından Üçüncü şəxs qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə Üçüncü şəxs məhkəmə icraatına zəruri olaraq üçüncü şəxs qismində cəlb edilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ##.##.2016-cı il tarixdən onun xüsusi mülkiyyətindədir. X1 ##.##.2008-ci il tarixdə oğlu Rahib Mehdiyevlə nikaha daxil olmuş, 2016-cı ildən ünvan 2 ünvanında yaşamış və 2023-cü il tarixdən isə evdən çıxsa da qeydiyyatda qalmaqdadır. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsindən görünür ki, oğlu X2 ilə X1 arasında bağlanmış ##.##.2008-ci il tarixli nikah pozulmuşdur. Onun qeydiyyatdan çıxarılması ilə Xəzər Rayon Polis Idarəsinə etdiyi müraciət təmin edilməmiş və məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı (hakim E.Abdullayev) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan üçüncü şəxs ondan apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə düzgün araşdırma aparmamışdır. Belə ki, Üçüncü şəxs uzun müddət mübahisəli yaşayış sahəsində ailə üzvü kimi yaşamış, həmin ünvan onun daimi yaşayış yeri olmuşdur. O, yalnız formal qeydiyyatda olan şəxs deyil, faktiki olaraq həmin yaşayış sahəsi ilə sıx hüquqi və faktiki bağlılığı olan şəxs idi. Mübahisəli mənzildə ailə münasibətləri çərçivəsində yaşamış, həmin yaşayış sahəsinin saxlanılmasında, məişət şəraitinin formalaşmasında, ailədaxili münasibətlərin qurulmasında və gündəlik yaşayış xərclərinin qarşılanmasında iştirak etmişdir. Məhkəmə isə qeyd edilən hallara hüquqi qiymət vermədən yalnız formal yanaşma tətbiq etmiş, onun yaşayış hüququnun mahiyyətini və yaranmış hüquqi vəziyyəti lazımi qaydada araşdırmamışdır. Qeyd edilməlidir ki, şəxsin yaşayış sahəsində rəsmi qeydiyyatda olması həmin yaşayış sahəsi ilə hüquqi bağlılığını təsdiq edən mühüm hallardan biridir. Belə olan halda, ilk növbədə həmin şəxsin yaşayış sahəsindən istifadə hüququna qanunvericiliyin tələblərinə uyğun qaydada Rayon Məhkəməsində xitam verilməsi məsələsi həll edilməli, yalnız bundan sonra qeydiyyat məsələsinə hüquqi qiymət verilməsi mümkün hesab edilə bilər. Məhkəmə nəzərə almalı idi ki, tərəflər arasında sadəcə formal mülki münasibətlər deyil, uzun illər davam etmiş ailə-qohumluq münasibətləri mövcud olmuşdur. O, həmin ailənin gəlini olmuş, ailənin bir üzvü kimi həmin yaşayış sahəsində yaşamış və orada həyatını qurmuşdur. Bu səbəbdən yaşayış hüququna xitam veriləcəyi təqdirdə, onun yaşayış vəziyyəti, sosial durumu və uzun illər formalaşmış yaşayış mühitinin itirilməsi nəzərə alınaraq münasib kompensasiya ödənilməsi zəruridir. Məhkəmə tərəfindən həmçinin nəzərə alınmamışdır ki, hazırda Üçüncü şəxs məxsus cehiz əşyalarının mühüm hissəsi hələ də mübahisəli yaşayış sahəsində qalmaqdadır. Həmin əşyalar onun şəxsi mülkiyyəti olmaqla yanaşı, ailə həyatı dövründə istifadə edilmiş məişət və cehiz əşyalarıdır. Bu əşyaların taleyi müəyyən edilmədən, onların təhvil verilməsi təmin olunmadan və əmlak münasibətlərinə hüquqi qiymət verilmədən yaşayış hüququna xitam verilməsi onun hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən üçüncü şəxs, onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HISSƏ: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. Iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ** nömrəli ## ##### 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2 .1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd). Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6cı bənd). Məhkəmələrin diqqətinə çatdırılsın ki, IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Inzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmə kollegiyası əvvəla iş materiallarında olan sənədlərə diqqət yetirir: - ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ********** qeydiyyat nömrəli, ##.##.2016-cı il qeydiyyat tarixli çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. - Bakı Şəhəri Xəzər Rayon Icra Hakimiyyəti Başçısının Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən məhkəməyə ünvanlanan *-**-*/*-***/**** nömrəli ##.##.2026-cı il tarixli məktubla ünvan 1 ünvanında hazırda İddiaçı (##.##.1948), X5 (##.##.1957), X2 (##.##.1978), X3 (##.##.2009) yaşadığı, Baki şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi ilə (X2 arasında bağlanmış) nikahı pozulmuş X1 hazırda faktiki olaraq sözügedən ünvanda yaşamadığı bildirilmişdir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2022-ci il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdehlər X2, X1, X6 və X3 qarşı yaşayış sahəsinə istifadə hüququnun olmaması tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmiş, iddiaçı İddiaçı aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək iddiaçı X2 ilə cavabdeh X1 arasında Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon Qeydiyyat şöbəsində bağlanmış ##.##.2008-ci il tarixdə **** nömrəli akt qeydi ilə qeydiyyata alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş ##.##.2009-cu il təvəllüdlü X3 və ##.##.2010-cu il təvəllüdlü X6 anaları X1 yanında saxlanılması, ##.##.2009-cu il təvəllüdlü X3 və ##.##.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün ##.##.2023-cü il tarixdən başlayaraq iddiaçı X2 cavabdeh X1 xeyrinə hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli ##.##.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni ##.##.2009-cu il təvəllüdlü Tahirin nikahın pozulmasından sonra cavabdehin yanında saxlanılması və Tahirə görə iddiaçıdan 220 manat məbləğində alimentin ##.##.2023-cü il tarixdən başlayaraq iddiaçıdan tutularaq cavabdehə ödənilməsi barədə hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmişdir. Iddiaçı X2 cavabdeh X1 qarşı irəli sürdüyü iddia tələbinin “birgə nikahdan doğulmuş ##.##.2009-cu il təvəllüdlü Tahirin nikahın pozulmasından sonra iddiaçının yanında saxlanılması barədə” hissəsi təmin edilməyərək iddiaçı X2 ilə cavabdeh X1 nikahından doğulmuş ##.##.2009-cu il təvəllüdlü X3 (iddiaçı ilə cavabdehin arasındakı) nikahın pozulmasından sonra atasının – iş üzrə iddiaçı X2 yanında saxlanılması qət edilmişdir. - Bakı Inzibati Məhkəməsinin sorğusuna cavab olaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən məhkəməyə ünvanlanan ##.##.2026-cı il tarixli məktub ilə bildirilmişdir ki, iş üzrə qəbul edilmuş yekun məhkəmə aktı qanuni qüvvəyə minmiş və icra olunması üçün müvafiq icra orqanına yönəldilmişdir. - Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2023-cü il tarixli qərarı ilə iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Xəzər RPI-yə qarşı “yaşayış sahəsindən qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası təmin edilməmişdir. - Apellyasiya baxışı zamanı verilmiş müvafiq sorğuya cavab olaraq Bakı Inzibati Məhkəməsi tərəfindən məhkəməyə ünvanlanan *-*/*-*****/**** nömrəli ##.##.2026-cı il tarixli məktub ilə bildirilmişdir ki, iddiaçı İddiaçı Qurban oğlunun cavabdeh Xəzər Rayon Polis Idarəsinə qarşı (3-cü şəxslər X2, X1, X6 və X3 cəlb olunmaqla) “yaşayış sahəsindən qeydiyyatdan çıxartma“ tələbinə dair iddiası Bakı Inzibati Məhkəməsinin *- *(***)-****/**** nömrəli ##.##.2023-cü il tarixli qərarı ilə təmin edilməmişdir. Həmin qərardan iddiaçı İddiaçı Qurban oğlu tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ##.##.2023-cü il tarixli qərarı ilə şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *- *(***)-****/**** nömrəli ##.##.2023-cü il tarixli qərarından kassasiya şikayəti verilməmiş, qərar qanuni qüvvəyə minmişdir. Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, işin araşdırılmış hallarından göründüyü kimi iddiaçı həmin evdə qeydiyyatda olan üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını xahiş edir. Üçüncü şəxs iddiaçının keçmiş gəlinidir. Iddiaçının oğlu ilə onun arasındakı nikah 2008-ci ildə qeydə alınmış və 2023-cü ildə müvafiq məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Beləliklə, inzibati iş üzrə iddiaçının iddia tələbinin əsasını keçmiş gəlininin hazırkı yaşayış üzrə qeydiyyatdan çıxarılması təşkil edir. Iddianın əsası da onunla bağlıdır ki, yaşayış sahəsi iddiaçının mülkiyyətindədir və üçüncü şəxs orada yaşamır. Lakin iş materiallarından göründüyü kimi, hazırkı inzibati iş üzrə irəli sürülmüş iddia tələbi ilə bağlı eyni tərəflər arasında, eyni predmet və eyni faktiki-hüquqi əsaslar üzrə artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Belə ki, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2023-cü il tarixli qərarı ilə iddiaçı İddiaçı Qurban oğlunun cavabdeh Xəzər Rayon Polis Idarəsinə qarşı (3-cü şəxslər X2, X1, X6 və X3 cəlb olunmaqla) “yaşayış sahəsindən qeydiyyatdan çıxartma“ tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qərardan iddiaçı İddiaçı Qurban oğlu tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ##.##.2023-cü il tarixli qərarı ilə şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan kassasiya şikayəti verilməmiş, qərar qanuni qüvvəsini almışdır. Göründüyü kimi, məhkəmə qərarı ilə tərəflər arasındakı mübahisəyə artıq hüquqi qiymət verilmiş və həmin məhkəmə aktı qanuni qüvvəyə minmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göstərilən norma məhkəmə aktının qanuni qüvvəsinin nəticəsi olaraq eyni mübahisənin tərəflər arasında yenidən məhkəmə araşdırmasının predmetinə çevrilməsinin qarşısını alır və hüquqi müəyyənlik prinsipini təmin edir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə də Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların və hüquq münasibətlərinin başqa prosesdə mübahisələndirilməsini istisna edir. Məhkəmə kollegiyası nəzərə çatdırır ki, Inzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və Mülki Prosessual Məcəllənin müvafiq müddəaları IPM-də nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda inzibati məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər. Hazırkı mübahisə üzrə Inzibati Prosessual Məcəllədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcud olduğu halda eyni tərəflər arasında eyni iddia tələbinin və eyni əsasların yenidən irəli sürülməsinin nəticəsi mövcud olmadığından Mülki Prosessual Məcəllənin müvafiq normalarının tətbiqi mümkündür. Bundan əlavə, MPM-in 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu halda iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Iş artıq icraata qəbul edilmişdirsə, həmin hal iş üzrə icraata xitam verilməsi üçün də hüquqi əsas yaradır. Beləliklə, hazırkı iş üzrə əvvəlki məhkəmə qərarının qanuni qüvvəyə minməsi, tərəflərin, iddia predmetinin və iddianın əsaslarının eyniliyi nəzərə alınmaqla, həmin mübahisənin yenidən məhkəmə baxışının predmetinə çevrilməsi yolverilməzdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, əvvəlki inzibati iş üzrə qəbul edilmiş həm birinci instansiya, həm də apellyasiya məhkəməsinin qərarında qeyd edilmişdir ki: “Hazırkı işin hallarından görünür ki , ünvan 3 ünvanındakı ev iddiaçı İddiaçı mülkiyyətində olsa da, üçüncü şəxslər X2, X1, X6 və X3 həmin ünvandan qeydiyyatdan çıxarılması ilə bağlı «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9cu maddəsində göstərilən əsaslardan hər hansı birininin, o cümlədən adıçəkilən şəxslərin yaşayış sahəsindən çıxarılması və ya onun yaşayış sahəsindən istifadə hüququnun itirilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcudluğu müəyyən edilmir.” Məhkəmə qərarlarından göründüyü kimi, iddiaçıya şəxslərin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququnun itirilməsi barədə tələblə ümumi məhkəmədə iddia qaldırmaq tövsiyə olunmuşdur. Bununla belə məhkəmə kollegiyası diqqətə çatdırır ki, hazırkı inzibati işin materiallarından, eyni zamanda apellyasiya baxışı zamanı həm iddiaçının, həm də üçüncü şəxsin verdiyi izahatlardan da aydın olur ki, nikah pozulduqdan sonra istifadə hüququnun mövcudluğu, itirilməsi və s. ilə bağlı tərəflər arasında mübahisə mövcud olmamış, bununla əlaqədar məhkəməyə müraciət olmamışdır. Qeyd edilənlər ümumiləşdirilərək diqqətə çatdırılır ki, hazırkı iddia tələbi – İddiaçı keçmiş gəlini olan Üçüncü şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması tələbi mümkünlük şərtlərinə cavab vermədiyi üçün iddia mümkünsüz iddiadır. Beləliklə, birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü düzgün araşdırmamış, iddiaya mahiyyəti üzrə baxaraq, iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası tərəfindən həmçinin iddiaçıya hüquqi yardım göstərilərək izah edilir ki, iddiaçı yuxarıda da qeyd edildiyi kimi əvvəla müvafiq iddia tələbləri üzrə aidiyyəti mülki məhkəmədə iddia qaldırmaqla, məhkəmə qətnaməsi qəbul edildikdən sonra inzibati orqana müraciət etməklə arzuladığı hüquqi nəticəyə nail ola bilər. Bu zaman da inzibati orqan tərəfindən imtina qərarı verilsə, yenidən inzibati məhkəmədə müvafiq tələblə çıxış edə bilər. Artıq bu zaman yeni əsaslar yaranmış olacaqdır. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfındən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafıq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfındən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. NƏTICƏVI HISSƏ: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Üçüncü şəxs Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı ləğv edilsin. Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Polis Idarəsinə qarşı (üçüncü şəxs: Üçüncü şəxs) “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar