Məhkəmə qərarları › İş №2-1(3-6)-1599/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1599/2026

16.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1599/2026 16.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X2 və X7 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Iddiaçı Yağnaliyeva (Hacıyeva) Umnisə Hacı qızının, Cavabdehin nümayəndəsi Zeynalov Şahin Fikrət oğlunun iştirakları ilə, Iddiaçı Yağnaliyeva (Hacıyeva) Umnisə Hacı qızının cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı Yağnaliyeva (Hacıyeva) Umnisə Hacı qızı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1968-ci il tarixdə Ermənistan SSR Mehri rayonu, Nüvədi kəndində anadan olmuş, Azərbaycan SSR, Zəngilan rayonunda qeydiyyatda olmuş və ##.##.1999-cu ildə qeydiyyatdan çıxmış, ## ### 1999cu il tarixdə X3 ilə Ağdam rayonu, Sırxavənd ərazi nümayəndəliyində nikaha girərək “Yağnaliyeva” soyadını götürmüşdür. Qanunvericiliyin tələbinə əsasən 1992-ci ilədək Azərbaycan Respublikasında yaşamış hər bir şəxs oranın vətəndaşıdır. Iddia ərizəsinə əlavə edilmiş VIII-CJI № ****** saylı SSR pasportunda olan ştempelə əsasən iddiaçı Azərbaycan Respublikası vətəndaşıdır. Onun Azərbaycan Respublikası vətəndaşı olan iki övladı vardır. Sadəcə etinazlıq üzündən şəxsiyyət vəsiqəsini almamış, nəticədə vətəndaşlıq mənsubiyyəti problemi ilə üz-üzə qalmışdır. Iddiaçı hazırkı tələblə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Həmçinin şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair verilmiş ******* saylı arayışın məzmununa əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edildiyi göstərilmişdir. Eyni zamanda, imtina məktubuna “Sorğunun baxılmamış saxlanılması haqqında” ******** saylı, ##.##.2025-ci il tarixli qərar əlavə edilmişdir. Qərar ona poçt vasitəsiylə ## ###### 2025-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Cavabdeh Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının müraciəti üzrə müvafiq araşdırma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2015-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1-ci bəndində nəzərdə tutulan hər hansı hal müəyyən edilməmişdir. Qeyd olunanlar nəzərə alınaraq ##.##.1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddiaçının Azərbaycan Respublikası vətəndaşı olmadığı barədə ##.##.2020-ci il tarixli, ******* nömrəli inzibati akt (arayış formasında) qəbul edilmişdir. Qeyd olunmalıdır ki, qanunvericilik vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın aparılması hallarını konkret müəyyən etmişdir. Sözügedən şəxs “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsində qeyd olunan şəxslərin təsir dairəsinə düşmür. Eyni zamanda iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar mövcud deyil. Iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı ##.##.2025-ci il tarixli müraciətə baxılaraq cavabdeh orqan tərəfindən “sorğunun baxılmamış saxlanılması haqqında” ##.##.2025-ci il tarixli, ******** nömrəli qərar qəbul edilmişdir. Iddiaçı barədə eyni məzmunlu ##.##.2025-ci il tarixli təkrar müraciət təhlil edilərkən faktiki və ya hüquqi halların onun xeyrinə dəyişmədiyi, eyni zamanda şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutların aşkar olunmadığı müəyyən edilmişdir. Belə ki, şəxsin ##.##.2020-ci il tarixli müraciəti zamanı “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1-ci bəndində nəzərdə tutulan hər hansı hal müəyyən edilməmişdir. ##.##.2025-ci il tarixli təkrar müraciət zamanı da “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1-ci bəndində nəzərdə tutulan hər hansı yeni hal aşkar olunmadığından inzibati orqan ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul etmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı ilə (hakim E.Abdullayev) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Inzibati Məhkəməsinin 2- *(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Belə ki, kollegiyaya bildirilmişdir ki, Bakı Inzibati Məhkəməsi ümumi sözlərlə və sadəcə qanunlardan çıxarışı öz Qərarına yerləşdirməklə iddianı təmin etməmişdir. Iddianın təmin edilməməsinə səbəb ola biləcək tutarlı əsas ortaya qoymamışdır. Iddiada “Hacıyeva (sonradan Yağnalıyeva) Umnisə Hacı qızının SSR pasportundan göründüyü kimi o, ## #### 1989-cu il tarixdə Ermənistan SSR, Mehri rayonu, Nüvədi kəndindən qeydiyyatdan çıxmış, Azərbaycan SSR Zəngilan Rayonuna qeydiyyata düşmüş, ##.##.1999-cu ildə Zəngilan rayonundan qeydiyyatdan çıxmışdır. Iddia ərizəsinə əlavə edilmiş VIII-CЛ ****** saylı SSR pasportunda olan ştempelə əsasən şəxs Azərbaycan Respublikası vətəndaşıdır. (Citizen of Azerbaijan Republic) Iddia ərizəsinə əlavə olunmuş “Nikahın bağlanması haqqında” VII-ЖГ ****** saylı Şəhadətnamədən görünür ki, ## ### 1999-cu ildə Ağdam rayonu, Sırxavənd kənd nümayəndəliyində vətəndaş X4 ilə ailə qurmuşdur. Ailə qurduqdan sonra Yağnalıyeva soyadı götürmüşdür. Mərhum əri Hafiz Yağnalıyev hazırda rəhmətə getmişdir. Azərbaycanlıdır. Azərbaycan Respublikası vətəndaşı olan iki övladı vardır. Sadəcə etinasızlıq üzündən şəxsiyyət vəsiqəsini almamış, nəticədə vətəndaşlıq mənsubiyyəti problemi ilə üz-üzə qalmışdır.” kimi bütün məlumatlar öz əksini tapmışdır. Hesab edir ki, məhkəmənin hakimi onun işinə çox ədalətsiz və barmaqarası baxmışdır. Halbuki hakim qanunvericiliyə əsasən iddiaçının iddiasında çatışmazlıq olduğu zaman belə ona yardım etməlidir və çatışmazlıqları aradan qaldırmalıdır. Qərarda qanunların maddələri yazılmaqla kifayətlənilmişdir. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 1988-ci ildə qaçqın kimi deyil, Azərbaycana gəlin kimi köçmüşdür. Ağdamda həyat yoldaşı və uşaqları ilə birgə yaşamış, sonradan isə ailəsi ilə birgə Sumqayıta köçüb orda işləyib və yaşamışdırlar. Həyat yoldaşı ilə aralarındakı münasibəti 1999-cu ildə rəsmiləşdirmiş, ancaq heç zaman ölkədən kənara çıxmamışdır. Cavabdeh inzibati orqana olan müraciəti özü tərtib etməmiş, yalnız imzalamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Iddiaçı IPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş iddianı (məcburetmə haqqında) qaldırmışdır. Iddiaçı cavabdeh inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Iddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. O da diqqətə çatdırılmalıdır ki, IPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Iş materiallarından da görünür ki, iddiaçının##.##.2020-ci il tarixli müraciətinə əsasən cavabdeh tərəfindən iddiaçıya ünvanlanan ******* nömrəli ##.##.2020-ci il tarixli məktubla bildirilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2015-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.4.7-ci yarımbəndinə əsasən 1988-ci il ######ın #dən 1992-ci il ######ın #-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduğunuz halda, bu barədə müvafiq təsdiqedici sənən (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd-qaçqın düşərək məskunlaşdığınız rayonun icra hakimiyyəti başçısının qaçqınların və məcburi köçkünlərin işləri üzrə səlahiyyətli nümayəndəsi tərəfindən verilən sənəd) ünvanımıza təqdim edildikdən sonra Sizin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinizin müəyyənləşdirilməsi ilə bağlı əlavə araşdırma aparıla bilər.” Iddiaçının ##.##.2020-ci il tarixli vətəndaşlıq mənsubiyyətinin araşdırılmasına dair müraciətinə əsasən cavabdeh tərəfindən verilmiş Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair ******* nömrəli ##.##.2020-ci il tarixli arayışla bildirilmişdir ki, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının ##.##.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Daha sonra iddiaçının vəkili tərəfindən verilmiş sorğuya əsasən cavabdeh inzibati orqan tərəfindən icraat aparılmış və ******** nömrəli ##.##.2025-ci il tarixli qərarla X1 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi barədə Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri * saylı Vəkil bürosunun ## ###### 2025-ci il tarixli, 316828m/ daxilolma nömrəsi ilə qeydiyyatdan keçmiş sorğusu baxılmamış saxlanılmışdır. Iddiaçı sonuncu müraciətinə ## ###### 2025-ci il tarixli məktubla cavab aldıqdan sonra ## ######## 2025-ci ildə hazırki iddianı qaldırır. Hesab edilir ki, iddiaçı sonuncu imtinadan sonra qanunvericiliklə müəyyən olunmuş müddət ötürmüdən məhkəmədə iddia qaldırmışdır. IPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Iddia mümkün iddia olsa da yanaşı, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə əsasən Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Konstitusiyanın 53-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikası vətəndaşlığından (onun qanunla müəyyən edilmiş itirilmə halları istisna olmaqla) məhrum edilə bilməz. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsinə (“Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət” ) əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il ######ın #-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il ######ın #-dən 1992-ci il ######ın #-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Həmin Qanunun 6-cı bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər aşağıdakılardır: Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı; Azərbaycan Respublikası vətəndaşının pasportu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## #### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 2.2-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar aşağıdakılardır: 2.2.1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il #######ın #-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa; 2.2.2. Azərbaycan Respublikasının ərazisində doğulduqda (valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduğu hallar istisna olmaqla); 2.2.3. valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla); 2.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşıdırsa; 2.2.5. valideynlərindən biri və ya hər ikisi vətəndaşlığını dəyişərək Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmişdirsə və ya onların Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmişdirsə; 2.2.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa; 2.2.7. 1988-ci il ######ın #-dən 1992-ci il ######ın #-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqındırsa; 2.2.8. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum uşaqdırsa. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən aşağıdakı hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır: 4.1.1. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda; 4.1.2. 1988-ci il ######ın #-dən 1992-ci il ######ın #-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduqda; 4.1.3. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum olan uşaq olduqda; 4.1.4. Azərbaycan Respublikasının ərazisində doğulmuş aşağıdakı şəxslərdən biri olduqda: 4.1.4.1. doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa; 4.1.4.2. doğulduğu anda hər iki valideyni vətəndaşlığı olmayan şəxs olmuşdursa; 4.1.5. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs; 4.1.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvadın hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa, həmin uşaq; 4.1.7. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq; 4.1.8. valideynlərin vətəndaşlığı dəyişdikdə və bunun nəticəsində hər ikisi Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onların uşağı; 4.1.9. uşağın valideynlərindən biri məlumdursa, həmin valideyn Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onun uşağı; 4.1.10. Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə vətəndaşlığı olmayan şəxs olduqda; 4.1.11. valideynlərdən birinin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilərsə, digəri isə Azərbaycan Respublikasının vətəndaşlığında qalarsa, onların uşağı. 4.3-cü bəndinə əsasən həmin Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır. 4.4-cü bəndinə əsasən isə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Kollegiya ilk növbədə qeyd edir ki, qanunvericilikdə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması əsasları konkret müəyyən edilmiş və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınması məsələsinə baxarkən inzibati orqana mülahizə sərbəstliyi verməmişdir. Hazırkı inzibati işin faktiki hallarından görünür ki, iddiaçı ##.##.1968-ci ildə Ermənistan SSR ərazisində doğulmuşdur. Ona Ermənistan SSR tərəfindən sovet vətəndaşlığı barədə pasport verilmişdir. O, ##.##.1999-cu ildə X5 ilə nikaha daxil olmuşdur. Cavabdeh inzibati orqan iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün qanunla nəzərdə tutulmuş hər hansı əsas mövcud olmadığına istinad edərək onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina etmişdir. Kollegiya cavabdeh inzibati orqanın imtinasını və müvafiq olaraq iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, iş materiallarından da aydın görünür ki, iddiaçı Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya Idarəsinin məhkəmə sorğusuna ##.##.2025-ci il tarixli cavab məktubunda iddiaçının Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatı, şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilməsi barədə məlumatın müəyyən edilmədiyi bildirilmişdir. VIII-СЛ ****** nömrəli SSRI vətəndaşı pasportuna əsasən X1 ##.##.1968-ci ildə Ermənistan SSR, Mehri rayonu, Nüvədi kəndində anadan olmuşdur. Pasportda aparılmış qeyddə onun ##.##.1999-cu ildə Ağdam rayonu Sırxavənd ərazi nümayəndəliyində nikah qeydiyyatında olduğu qeyd edilmişdir. Pasportda aparılmış digər qeyddə iddiaçının yaşayış yeri kimi Nüvədi kəndi göstərilmişdir. VII-ЖГ ****** saylı nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən X1 və X3 arasındakı nikah ##.##.1999-cu ildə bağlanılmış, nikahdan sonra qadına “Yağnaliyeva” soyadı verilmişdir. Iddiaçı verdiyi izahatında 1988-ci ildə Ağdam rayonuna gəlin köçdüyünü, 1992-ci ildə isə həyat yoldaşı ilə birlikdə Sumqayıt şəhərinə gəldiyini bildirsə də, qeyd edilən hallar məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır. Apellyasiya baxışı zamanı da iddiaçı 1988-ci ildə Ermənistandan deportasiya olunanlar sırasında olmadığını,yəni Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın statusunun olmadığını, Ağdama gəlin gəldiyini, həmçinin məcburi köçkün vəsiqəsinin olmadığını, Sumqayıtda işləməsi barədə isə əmək kitabçasının mövcud olmadığını bildirdi. Yuxarıda sadalanan qanunvericilik normalarından da göründüyü kimi şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti o zaman müəyyən olunur ki, onun Azərbaycan Respublikası vətəndaşı sayılmasına əsas verən hallar mövcud olsun, lakin vətəndaşlıq hüququ verən sənədləri səlahiyyətli dövlət orqanlarından əldə etmək imkanında olmasın və ya həmin sənədlərin qanuniliyinə şübhələr mövcud olmuş olsun. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”na əsasən şəxs Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadıqda və ya belə sənədləri qanunsuz əldə etməsinə əsaslı şübhələr olduqda onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat aparılır. Qeyd edilən icraat çərçivəsində barəsində icraat aparılan şəxs başqa dövlətin ərazisində doğulmuşdursa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla) və ya valideynlərindən biri başqa dövlətin vətəndaşıdırsa, yaxud həmin şəxs başqa dövlətlərdə yaşayıbsa, həmin xarici dövlətlərin vətəndaşı olmaması barədə sənədin surətini təqdim edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini haqlı sayaraq bir daha diqqətə çatdırır ki, işin hallarından göründüyü kimi iddiaçının keçmiş Azərbaycan SSR pasportu mövcud olmamış, həmçinin pasport qeydiyyatı barədə məlumatlar mövcud deyildir. Iddiaçının pasportunda isə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin möhür və ştampının olması onun Azərbaycan Respublikası vətəndaşı kimi qəbul edilməsi anlamına gələ bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən miqrasiya və inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması öz təsdiqini tapmadığından mübahisələndirilən imtina əsaslıdır və qanunsuz sayıla bilməz. Belə ki, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. - 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. IPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. IPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. IPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. IPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar