Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1601/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X2 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdeh “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X1in Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın nümayəndəsi X3 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X1in Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X1in Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, ##.##.1984-cü il tarixdən 1994-cü il tarixinədək işlədiyi illərin sığorta stajına daxil edilməklə, ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1961-ci ildə Füzuli rayonunda doğulmuşdur. Əmək fəaliyyətinə başladığı müddətdən hal-hazırkı vaxtadək olan iş yeri barədə qeydlər əmək kitabçasında qeyd edilmişdir. Ona yaşa görə əmək pensiyası təyin edilməsi ilə əlaqədar Sosial Ödənişlərin Təyinat üzrə Mərkəz filialına müraciət etmiş və ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Milli Arxiv Idarəsi X4 Filialı tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**-DA-*F/*-***/**** saylı arxiv arayışından görünür ki, işlədiyi Füzuli rayon Suvarma Sistemləri Idarəsinin 1984-2009-cu illərə aid sənədləri X4 Filialına təhvil verilməmişdir. Azərbaycan Dövlət Su X11 Su Meliorasiya Xidməti X1 Füzuli Su Meliorasiya Sistemləri Idarəsi tərəfindən ##.##.2025-ci il tarixli, *** saylı arayışdan görünür ki, Füzuli Suvarma Sistemləri Idarəsinin ##.##.1984-cü il tarixli, ** nömrəli əmri ilə həmin Idarədə nizamlayıcı vəzifəsinə işə qəbul edilmiş və həmin Idarənin ##.##.2009-cu il tarixli, **/* nömrəli əmri ilə işdən azad edilmişdir. 1993-cü ildə Füzuli SSI-nin həmin dövrü əhatə edən bütün arxiv sənədləri işğal zonasında qalmışdır. Odur ki, İddiaçı 1984-1994-cü illər ərzində Füzuli SSI-də işləməsi barədə arxiv sənədləri əldə etmək mümkün deyildir. İddiaçı pensiya stajı ilə bağlı yaranmış çətinliyin aradan qaldırılması üçün aidiyyatı üzrə dövlət orqanına müraciət etməyi tövsiyyə edilmişdir. Odur ki, iddiaçının əmək kitabçasında qeyd edilmiş 1984- 1994-cü ilədək Füzuli Suvarma Sistemləri Idarəsində işlədiyi illər sığorta stajına daxil edilməklə, yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdeh iddiaya qarşı etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə əsasən ##.##.2025-ci il tarixində pensiya yaşına çatmışdır. Iddiaçı İddiaçı təqdim etdiyi sənədlərin surətlərində və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatara əsasən ##.##.1980-ci il tarixindən ##.##.1983-cü il tarixinədək təhsil aldığı illər, ##.##.1984-cü il tarixindən ##.##.2006-cı il tarixinədək əmək fəaliyyəti zamanı onun adına əməkhaqqı hesablanan dövrlər də nəzərə alınmaqla cəmi sığorta stajı 17 il 2 ay 25 gün təşkil edir ki, bu da yuxarıda qeyd edilən Qanunun 7-ci maddəsində təsbit olunmuş 25 il sığorta stajından azdır. Eyni zamanda iddiaçı İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ##.##.2006-cı il tarixinədək 13 il 5 ay 25 gün sığorta stajına uyğun olaraq 13888,21 manat, ##.##.2006-cı il tarixindən ##.##.2009-cu il tarixinədək 1680,15 manat olmaqla, ümumilikdə 15568,36 manat (2025-ci il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 46080 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən manat) az olmayan pensiya təminatına imkan vermir. Bildirilir ki, Mərkəzi Filial tərəfindən iddiaçı İddiaçı sığorta stajı ilə bağlı bu hallar mübahisələndirilmişdir: Regionlarla Iş üzrə X5 X8 Istismarı Idarəsi ilə birgə tərtib etdiyi ##.##.2025-ci il tarixli akta əsasən ##.##.1984-cü il tarixinə aid əmr kitabları Füzuli X8 Istismarı Idarəsində saxlanılmamış, həmçinin 1984-1994-cü illərə aid əməkhaqqı cədvəlləri aşkar edilməmiş, eyni zamanda ##.##.2025-ci il tarixli akta əsasən sözügedən dövrə aid əməkhaqqı cədvəlləri isğal zonasında qaldığı üçün həmin dövrün iddiaçının sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Iddiaçının müvafiq dövrlərlə bağlı əmr kitabları, əməkhaqqı cədvəlləri askar edilmədiyindən şəxsin həmin müəssisədə əmək fəaliyyəti dövrünün mötəbərlivinə şübhə yarandığı üçün qeyd edilən dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Eyni zamanda bildirilir ki, "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən iddiaçıya ##.##.2018-ci tarixindən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş qadın kimi yaşa görə sosial müavinət təyin edildiyi üçün (hazırda ödənişi 220 manat məbləğində olmaqla davam etdirilir) Qanunun 22-1.2-ci maddəsi tətbiq edilməklə avtomatlaşdırımış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi də qanunvericilikdə nəzərdə tutulmamışdır. Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı ilə (hakim N.İ.Abıyev) iddia təmin edilərək, ##.##.1961-ci il təvəllüdlü İddiaçı 64 yaşdan, yəni ##.##.2025-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X1in Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh birinci instansiyası məhkəməsinin qərarını mübahisələndirmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı təqdim etdiyi əmək kitabçasının surətində qeyd edilmiş Füzuli rayon X9 mötəbərliyinə əsaslı şübhələr olan ##.##.1984-cü il tarixindən ##.##.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrünün yenidən araşdırılması zərurəti yaranmış və müvafiq quruma sorğu göndərilmişdir. Regionlarla Iş üzrə X5 X8 Istismarı Idarəsi ilə birgə tərtib etdiyi ##.##.2025-ci il tarixli akta əsasən ##.##.1984-cü il tarixinə aid əmr kitabları Füzuli X8 Istismarı Idarəsində saxlanılmadığı, ##.##.2025-ci həmçinin 1984-1994-cü illərə aid əməkhaqqı cədvəlləri aşkar edilmədiyi, eyni zamanda ##.##.2025-ci il tarixli akta əsasən sözügedən dövrə aid əməkhaqqı cədvəlləri işğal zonasında qaldığı üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Bundan əlavə, sözügedən müəssisədə ##.##.1995-ci il tarixindən ##.##.2006-cı il tarixinədək iddiaçının adına əməkhaqqı hesablandığından həmin dövrlər sığorta stajına daxil edilmişdir. Məlumat üçün bildirilir ki, cavabdeh tərəfindən Azərbaycan Respublikasının Milli Arxiv Idarəsinin Füzuli Filalına yazılmış ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** saylı sorğuya cavab olaraq qeyd edilmişdir ki, iddiaçı İddiaçı 1984-1994-cü illərdə işlədiyi Füzuli rayon Suvarma Sistemləri Idarəsinin sənədləri X4 Filialına təhvil verilməmişdir. Bununla yanaşı, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ##.##.2025-ci il tarixli, *- **-*/*-******/**** saylı sorğuya cavab məktubunda bildirilmişdir ki, Füzuli rayon Suvarma Sistemləri Idarəsi barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər-hansı məlumat yoxdur. Hazırkı vəziyyətdə iddiaçının 1984-1994-cü illərə aid əməkhaqqı cədvəllərinin olmaması iddiaçının həmin idarədə işləməsi faktına mötəbər bir sübut kimi qiymətləndirilməsinə şübhə doğurur. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinin ##.##.2020-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına və 7.0.2-ci naddəsinə əsasən sizə ##.##.2018-ci il tarixindən 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş qadın kimi yaşa görə sosial müavinət təyin edildiyi üçün (hazırda 220 manat məbləğində olmaqla ödənişi davam etdirilir) Qanunun 22-1.2-ci maddəsi tətbiq edilməklə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, iddiaçı 1984-1994-cü illərdə Füzuli rayon Su Sistemləri Idarəsində əmək fəaliyyəti ilə məşğul olduğunu bildirsə də, həmin dövrə aid əməkhaqqı cədvəllərinin aşkar edilməməsi səbəbindən qeyd olunan iş müddətinin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Bununla belə, sözügedən hal iddiaçının faktiki əmək fəaliyyətini istisna etmədiyindən iş üzrə mövcud sübutlar məcmu halında qiymətləndirilməməlidir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X1in Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın nümayəndəsi X3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı ##.##.1984-cü il tarixdən 1994cü ilədək Füzuli rayon Suvarma Sistemləri Idarəsində işlədiyi müddətin sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 64 yaşının tamam olduğu ##.##.2025-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, müəyyən edilmiş pensiya yaşına çatmış şəxsin fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı minimum əmək pensiyasından az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, belə pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ yaranır. Başqa sözlə, yetərli pensiya kapitalı ilə azı 25 il sığorta stajı alternativ hüquqi şərtlərdir, pensiya kapitalının kifayət etməməsi, şəxsin azı 25 il sığorta stajına malik olduğu halda, özlüyündə pensiya hüququnun yaranmasına mane olmur. Hazırkı işdə iddiaçının qanunla müəyyən edilmiş yaş həddinə çatması mübahisələndirilmir. Cavabdehin imtinası iddiaçının fərdi hesabında tələb olunan məbləğdə pensiya kapitalının və cavabdeh tərəfindən qəbul edilən məlumatlar əsasında 25 il sığorta stajının olmaması ilə əsaslandırılmışdır. Cavabdeh iddiaçının 17 il 2 ay 25 gün sığorta stajını və ümumilikdə 15.568,36 manat pensiya kapitalını tanımış, lakin 1984- 1994-cü illəri əhatə edən əmək fəaliyyəti dövrünü nəzərə almamışdır. Iş materiallarında iddiaçıya məxsus, notariat qaydasında təsdiq olunmuş AZE seriyalı ******* nömrəli əmək kitabçasının surəti vardır. Həmin əmək kitabçasında iddiaçının ##.##.1984-cü il tarixdə Füzuli Suvarma Sistemləri Idarəsində nizamlayıcı vəzifəsinə qəbul edildiyi və ##.##.2009-cu il tarixdə işdən azad olunduğu göstərilmişdir. Əmək kitabçasındakı məlumatlar iş materiallarında olan digər sübutlarla da təsdiqlənir. Azərbaycan Dövlət Su X12 Su Meliorasiya Xidmətinin Füzuli X8 Istismarı Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *** nömrəli arayışda iddiaçının Füzuli Suvarma Sistemləri Idarəsinin ##.##.1984-cü il tarixli * nömrəli əmri ilə nizamlayıcı vəzifəsinə qəbul edildiyi və ##.##.2009-cu il tarixli **/* nömrəli əmrlə işdən azad olunduğu təsdiq edilmişdir. Arayışda həmçinin 1993-cü ildə Füzuli rayonunun işğalı zamanı idarənin həmin dövrü əhatə edən arxiv sənədlərinin işğal zonasında qalması səbəbindən 1984- 1994-cü illərə aid ilkin arxiv sənədlərinin əldə edilməsinin mümkün olmadığı göstərilmişdir. Göstərilən arayış əmək kitabçasındakı məlumatları, iddiaçının işə qəbul və işdən azad edilməsinin tarixlərini, əmrlərin nömrələrini və tutduğu vəzifəni göstərməklə təsdiq edir. Apellyasiya şikayətində həmin arayışın saxta olması, onu vermiş qurumun səlahiyyətsizliyi, arayışdakı əmr nömrələrinin həqiqətə uyğun olmaması və ya arayışın başqa şəxsə aid olması barədə hər hansı dəlil irəli sürülməmişdir. Milli Arxiv Idarəsinin Füzuli filialının cavabı da əmək münasibətinin olmadığını deyil, Füzuli Suvarma Sistemləri Idarəsinin 1984-2009-cu illərə aid sənədlərinin dövlət arxivinə təhvil verilmədiyini təsdiq edir. Bu məlumat məzmununa görə mənfi sübut deyil. Arxiv sənədlərinin təhvil verilməməsi və ya işğal nəticəsində əlçatan olmaması həmin sənədlərdə iddiaçı barədə məlumatın mövcud olmadığını, əmək kitabçasındakı qeydlərin saxta olduğunu və yaxud iddiaçının faktiki işləmədiyini təsdiq etmir. Bundan başqa, cavabdeh inzibati orqan iddiaçının həmin müəssisədə ##.##.1995ci ildən ##.##.2006-cı ilədək adına əməkhaqqı hesablanmış dövrləri sığorta stajına daxil etmişdir. Eyni müəssisə üzrə sonrakı dövrün cavabdeh tərəfindən tanınması, əmək kitabçasında 1984-cü ildə başlanmış və fasiləsiz şəkildə davam etdiyi göstərilmiş əmək münasibətinin mövcudluğunu dolayı yolla təsdiqləyən əlavə haldır. Cavabdeh 1995-ci ildən sonrakı dövrü qəbul etdiyi halda, əmək kitabçasında eyni işəgötürən və eyni əmək münasibəti üzrə göstərilmiş əvvəlki dövrü yalnız əməkhaqqı cədvəllərinin qorunmaması səbəbindən istisna etmişdir. Belə vəziyyətdə iş üzrə sübutlar qarşılıqlı əlaqədə qiymətləndirilməlidir. Əmək kitabçası işə qəbul və işdən azad edilmə tarixlərini göstərir, müvafiq idarənin arayışı həmin tarixləri və əmrlərin nömrələrini təsdiq edir, arxiv orqanının cavabı ilkin sənədlərin niyə təqdim edilə bilmədiyini izah edir, cavabdehin öz məlumatları isə iddiaçının həmin müəssisədə sonrakı əmək fəaliyyəti dövrünü təsdiqləyir. Bu sübutların heç biri digəri ilə ziddiyyət təşkil etmir. Əksinə, onlar bir-birini tamamlayan və eyni faktiki nəticəyə gətirən sübutlar sistemini əmələ gətirir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə görə, fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən sənədlər və dəlillər onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab edilir. Sənədlərin mötəbərliyinə əsaslı şübhə yarandıqda inzibati orqan onların mötəbərliyinin yoxlanılması üçün müstəqil tədbirlər görməlidir. Bu normanın məzmunundan “əsaslı şübhə” ilə “sənədin həqiqətə uyğun olmadığının sübuta yetirilməsi” anlayışlarının eyni olmadığı aydın olur. Əsaslı şübhənin mövcudluğu inzibati orqana əlavə yoxlama aparmaq səlahiyyəti verir. Lakin şübhə yoxlamanın yekun hüquqi nəticəsi deyil və sənədin mötəbərliyi prezumpsiyasını avtomatik aradan qaldırmır. Sənəddəki məlumatın nəzərə alınmaması üçün yoxlama nəticəsində həmin məlumatın həqiqətə uyğun olmadığı müəyyən edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.1.1-ci yarımbəndində də ##.##.2006-cı ilədək olan əmək fəaliyyəti dövrünün əmək kitabçasına, o olmadıqda işəgötürənin və ya dövlət arxivinin arayışına əsasən müəyyən edilməsi nəzərdə tutulmuş, həmin sənədlərin mötəbərliyinə əsaslı şübhə yarandıqda işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi qaydası müəyyən edilmişdir. Qaydaların bu müddəası əmək kitabçasındakı məlumatın yalnız əməkhaqqı cədvəli ilə təsdiqləndiyi halda qəbul edilməli olduğunu nəzərdə tutmur. Əmək kitabçası normanın özündə müstəqil sübut vasitəsi kimi göstərilmişdir. Məlumatların üzləşdirilməsi nəticəsində arxiv sənədlərinin saxlanılmadığı müəyyən edildikdə isə bundan əmək kitabçasındakı qeydin yanlış olması barədə nəticə çıxarıla bilməz. Belə yanaşma sənədin həqiqətə uyğun olmadığının sübut edilməsi ilə onu əlavə sənədlərlə təsdiqləməyin obyektiv səbəblərdən mümkün olmamasını eyniləşdirmiş olardı. Hazırkı iş üzrə aparılmış yoxlamalar nəticəsində əmək kitabçasındakı qeydlərin saxtalaşdırılması, əmrlərin mövcud olmaması, möhür və imzaların həqiqi olmaması, iddiaçının həmin dövrdə başqa müəssisədə işləməsi və ya əmək münasibətinin göstərilən tarixdən sonra başlaması barədə hər hansı məlumat əldə edilməmişdir. Tərtib edilmiş aktlarda yalnız əmr kitablarının və əməkhaqqı cədvəllərinin aşkar edilmədiyi, onların işğal zonasında qaldığı göstərilmişdir. Apellyasiya şikayətinin özündə də həmin halın iddiaçının faktiki əmək fəaliyyətini istisna etmədiyi etiraf olunmuşdur. Iş materiallarından görünür ki, arxiv sənədlərinin olmaması iddiaçının hərəkəti və ya hərəkətsizliyi ilə bağlı deyil. Sənədlərin bir hissəsi dövlət arxivinə təhvil verilməmiş, digər hissəsi isə Füzuli rayonunun işğalı nəticəsində işğal zonasında qalmışdır. Vətəndaşın nə işəgötürənin arxiv sənədlərini qorumaq, nə həmin sənədləri dövlət arxivinə təhvil vermək, nə də müharibə və işğal nəticəsində itirilmiş sənədləri bərpa etmək imkanına və hüquqi vəzifəsinə malik olması qəbul edilə bilər. Inzibati orqanın yanaşması qəbul edildiyi təqdirdə, dövlət və ya işəgötürən tərəfindən arxiv sənədlərinin lazımi qaydada qorunmamasının, eləcə də işğal nəticəsində sənədlərin itirilməsinin bütün mənfi nəticələri əmək fəaliyyəti dövründə ona verilmiş rəsmi sənədi qoruyub saxlamış işçinin üzərinə qoyulmuş olardı. Bu isə sübutların mötəbərliyi prezumpsiyasının, obyektiv araşdırma prinsipinin və şəxsin təqsiri olmadan onun qazanılmış sosial təminat hüququnun məhdudlaşdırılmasına yol verilməməsi tələbinin mahiyyətinə uyğun olmazdı. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, arxiv sənədlərinin və əməkhaqqı cədvəllərinin aşkar olunmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu səbəb əmək kitabçasında göstərilmiş stajın qəbul edilməməsi üçün yetərli əsas sayıla bilməz. Apellyasiya şikayətində əmək kitabçasındakı qeydlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1996-cı il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara uyğun aparılmadığı da bildirilmişdir. əmək kitabçasındakı qeydlərin tərtibində işəgötürən tərəfindən yol verilmiş mümkün formal nöqsanlar işçinin əmək fəaliyyətinin baş vermədiyi anlamına gəlmir. Əmək kitabçasının tərtibi işəgötürənin vəzifəsidir. Işçinin sənədin blankını seçmək, qeydin formasını müəyyən etmək, əmrin nömrəsini yazmaq, möhür və imzaların yerləşdirilməsinə nəzarət etmək səlahiyyəti yoxdur. Işçinin təqsiri olmadan baş vermiş formal çatışmazlığın onun əmək stajının və bunun əsasında yaranan pensiya hüququnun itirilməsinə səbəb olması üçün həmin nöqsanın sənədin həqiqiliyini və ya məzmununu şübhə altına alan konkret xarakter daşıması sübut edilməlidir. Hazırkı halda əmək kitabçasında iddiaçının adı, doğum tarixi, işə qəbul tarixi, işlədiyi müəssisə, vəzifəsi, işdən azad edilmə tarixi və buna əsas olmuş sənədlər göstərilmiş, qeydlər imza və möhürlə təsdiq edilmişdir. Daha mühümü, həmin məlumatlar müvafiq idarənin ##.##.2025-ci il tarixli arayışı ilə eyni tarixlər və əmr nömrələri göstərilməklə təsdiqlənmişdir. Buna görə əmək kitabçasının blankının adı və ya onun tərtibində ehtimal edilən formal xüsusiyyətlər həmin sənəddə əks olunan məlumatların sübutetmə qüvvəsini aradan qaldıra bilməz. Beləliklə, iş üzrə mövcud sübutların məcmusu iddiaçının ##.##.1984-cü il tarixdən Füzuli Suvarma Sistemləri Idarəsində əmək fəaliyyətinə başladığını təsdiq edir. Əmək kitabçasındakı məlumatlar müvafiq idarənin rəsmi arayışı ilə təsdiqlənmiş, həmin məlumatların həqiqətə uyğun olmadığını göstərən hər hansı sübut müəyyən edilməmişdir. Əmr kitablarının və əməkhaqqı cədvəllərinin qorunmaması isə iddiaçının təqsirindən asılı olmayan obyektiv səbəblərlə, o cümlədən işğal nəticəsində arxiv sənədlərinin əlçatmaz olması ilə bağlıdır. Cavabdeh sənədlərin həqiqətə uyğun olmadığını sübut etməmiş, yalnız onları ilkin arxiv və mühasibat sənədləri ilə əlavə yoxlamağın mümkün olmadığını göstərmişdir. Sənədin yoxlanılmasının mümkün olmaması onun saxta və ya məzmunca yanlış olmasına bərabər tutula bilməz. Əks yanaşma sübutların mötəbərliyi prezumpsiyasını aradan qaldırar və dövlət orqanlarının sənədləri qorumaması ilə işğal nəticəsində yaranmış mənfi nəticələri əsassız olaraq vətəndaşın üzərinə qoyardı. Mübahisəli dövr cavabdeh tərəfindən tanınmış digər dövrlərlə birlikdə nəzərə alındıqda iddiaçının ümumi sığorta stajı 25 ildən artıq olur. Bu halda pensiya kapitalının tələb olunan məbləğdən az olması “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi baxımından yaşa görə əmək pensiyasının təyin edilməsinə maneə yaratmır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Inzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Inzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(3-6)-1601/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1601/2026
22.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver