Məhkəmə qərarları › İş №2-1(3-6)-1602/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1602/2026

19.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1602/2026 19.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X1 (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və X2 ibarət tərkibdə, Əlizadə Bahar Famil qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə iddiaçı İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdeh qarşı "yaşayış sahəsinin təyinatının dəyişdirilərək qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsi" tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 71,65 kv.m olan yaşayış sahəsinin təyinatının dəyişdirilərək qeyri-yaşayış sahəsinə keçirilməsinə dair qərar qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı ilə iddia rədd edilmişdir. Iddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası aşağıdakı hallara görə bu qənaətə gəldi ki, apellyasiyanın mümkün sayılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 27.2. Tərəflər və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar. Maddə 81.2. Inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Sadalanan normalardan görünür ki, birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində verilir. Müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı halda, həmin şəxs məhkəməyə buraxılmış prosessual müddətin bərpası barədə ərizə verə bilər. Ərizəyə prosessual müddətin buraxılmasında həmin şəxsin təqsirinin olmamasını təsdiq edən sübutlar əlavə edilməlidir. Iş materiallarından görünür ki, Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı iddiaçının elektron kabinetinə ##.##.2026-cı ildə yerləşdirilmişdir. Qərardan apellyasiya şikayəti həmin gündən başlayaraq 30 gün müddətində, yəni ##.##.2026-cı ildən gec olmayaraq verilə biləcəyi halda, ##.##.2026-cı ildə verilmiş, bununla da prosessual müddət buraxılmışdır. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, apellyasiya şikayəti müddət buraxıldıqdan sonra verilmişdir, ona görə də apellyasiya mümkün sayılmamalı və şikayətin qəbul edilməsindən imtina olunmalıdır. Bundan başqa, iddiaçıya izah edilmişdir ki, göstərilən prosessual müddət onun təqsiri olmadan buraxılmışdırsa, o, Bakı Apellyasiya Məhkəməsinə buraxılmış prosessual müddətin bərpası barədə ərizə verə bilər və ərizəyə prosessual müddətin buraxılmasında təqsirinin olmamasını təsdiq edən sübutları əlavə etməlidir. Lakin iddiaçı məhkəməyə müddətin bərpası barədə ərizə verməmişdir. Apellyasiyanın mümkünlüyü əsaslarının yoxlanılması ilə bağlı ##.##.2026-cı ilə təyin olunmuş məhkəmə iclası zamanı iddiaçı İddiaçı prosessual müddət ötürülmədiyinə görə apellyasiya şikayətinin mümkün hesab olunmasını xahiş etdi və bildirdi ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.3-cü maddəsinin tələbinə əsasən, müddətin axımı ##.##.2026-cı il tarixdən sonrakı gündən, yəni ##.##.2026-cı ildən başlamış, o da apellyasiya şikayətini ##.##.2026-cı ildə, yəni şikayət vermə müddətinin 30-cu günü elektron kabinetdə yerləşdirmiş, prosessual müddət ötürülməmişdir. Iddiaçı məhkəməyə bu barədə yazılı ərizə də təqdim etdi. Kollegiya bununla razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Normadan göründüyü kimi, inzibati məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları o halda tətbiq oluna bilər ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi ilə başqa qayda müəyyən edilməsin və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmasın. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verilməsinin müddəti Inzibati Prosessual Məcəllənin 85.1-ci maddəsi ilə müəyyən edildiyinə görə Mülki Prosessual Məcəllənin müddəaları tətbiq edilə bilməz. Şikayət müddətinin başlanğıcının məhz birinci instansiya məhkəməsinin qərarının tam formada təqdim olunduğu gündən hesablanması barədə hüquqi mövqe başqa bir iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qərarında da ifadə edilmişdir. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəldi ki, apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarından iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın və həmin apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar