Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1614/2026 16.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI GIRIŞ HISSƏ: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Iddiаçı, eyni zamanda digər iddiaçının nümayəndəsi iddiaçı2, Iddiаçı iddiaçı2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Bakı Şəhəri Binəqədi Rayon Icra Hakimiyyətinə qarşı “infilyasiya nəticəsində yaranan zərərin ödənilməsi öhdəliyinin cavabdeh inzibati orqanının üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarından iddiaçılar tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 4əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVIRI HISSƏ: Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Bakı Şəhəri Binəqədi Rayon Icra Hakimiyyətinə qarşı “infilyasiya nəticəsində yaranan zərərin ödənilməsi öhdəliyinin cavabdeh inzibati orqanının üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək infilyasiya nəticəsində yaranan 13.742 manat zərər (real zərər), əmlakın dəyərinin artması ilə əlaqədar 15.000 manat zərər (real zərər), 220 manat mütəxəsis rəyi üçün ödənilmiş rüsum, 336 manat vəkilə ödənilmiş xidmət haqqı olmaqla, cəmi 29.298 manat pul məbləğinin iddiaçı iddiaçı2 və infilyasiya nəticəsində yaranan 13.742 manat zərər (real zərər), əmlakın dəyərinin artması ilə əlaqədar 15.000 manat zərər (real zərər), 220 manat mütəxəsis rəyi üçün ödənilmiş rüsum olmaqla, cəmi 28.962 manat pul məbləğinin iddiaçı iddiaçı1 ödənilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi rayon Icra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1, ** nömrəli mənzil mülkiyyət sənədləri ilə iddiaçı iddiaçı1 məxsusdur. Daşınmaz Əmlakın Dövlət Reryester Xidməti tərəfindən həmin mənzilə dair ona ##.##.2019-cu il tarixli çıxarış və texniki pasport verilmişdir. Həmin mənzillər qəzalı vəziyyətdə olduğuna görə sakinlərə birdəfəlik yardım ödəməklə köçürülməsi və ünvan 1 saylı ünvanda qəzalı vəziyyətdə olan yataqxana binasının köçürülməsi və sahəsi 30 kv.m-ə qədər və daha az olan mənzillərə 30000.0 manat, 30 kv.m-dən çox olan mənzillərə hər kv.m-nə 1000.0 manat birdəfəlik maddi yardımın ödənilməsi nəzərdə tutulmuşdur. Iddiaçılar cavabdehə hər iki mənzilə dair mülkiyyət sənədləri təqdim etsə də cavabdeh cəmi 36000 manat maddi yardımın ödənilməsini nəzərdə tutmuşdur. Iddiaçıların hər birinin ayrı-ayrılıqda mənzilləri olduğuna görə hər mənzilə 30500 manat vəsait ayrılmalı idi. Iddiaçılar cavabdehin mövqeyi ilə razılaşmayaraq inzibati qaydada məhkəməyə müraciət etmiş və Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, Iş № *-1(112)-****/**** saylı qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçı iddiaçı2 qəzalı vəziyyətdə olan ünvan 1, saylı binanın **B saylı mənzilin mülkiyyətçisi kimi birdəfəlik 30500 manat məbləğində maddi yardımın ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon Icra Hakimiyyətinin üzərinə qoyulması və iddiaçı iddiaçı1 qəzalı vəziyyətdə olan ünvan 1, saylı binanın 66 mənzilin mülkiyyətçisi kimi birdəfəlik 30500 manat məbləğində maddi yardımın ödənilməsi öhtəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon Icra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir. Cavabdeh orqan qərardan apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-****/**** saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, Iş № *-1(112)- ****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh qərardan kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli *-*(***)-****/**** saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Bakı şəhəri Binəqədi rayon Icra Hakimiyyəti maddi yardımı iddiaçılara 2019-cu il tarixdə ödəməli idi, lakin əsassız olaraq uzun müddət ödəməmiş və ya düzgün olmayaraq cəmi 36.000 manat ödəmək istəmiş, sonda iddiaçılar uzun müddət məhkəmələrdə qalmış və nəhayət 2025-ci ildə Bakı inzibatı Məhkəməsinin ədalətli qərarı qanuni qüvvəyə minmişdir. 2019-cu ildən hazırki vaxta qədər Azərbaycan manatı infilyasiyaya uğramış, dəyərdən düşmüşdür. Məlumdur ki, 2019-cu ildə iddiaçılara maddi yardım ödənilsəydi və həmin ildə onlar ev alsaydılar, hazırda həmin evin qiyməti daha çox olardı. Infilyasiya nəticəsində malların və xidmətlərin qiymətləri artır. Bu da insanların eyni məbləğdə pul ilə daha az mal ala bilməsi deməkdir. Məsələn, iddiaçılar 2019-cu ildə 30.500 manata ala biləcəyi evi 2025-ci ildə təqribən 50000 manat və daha baha qiymətə almağa məcburdurlar. Eyni zamanda iddiaçıların mənzilləri 2019-ci ildə hər biri 30.000 manat qiymətləndirilmiş və buna görədə 30 kv.m-ə qədər olan otaqlara 30000 manat vəsaitin ödənilməsi nəzərdə tutulmuşdur. Hazırda əmlakın qiymətləndirilməsinə dair mütəxəsis rəylərinə əsasən iddiaçıların mülkiyyətində olan mənzillərin hər birinin dəyəri 45.000 manat müəyyən edilmişdir. Məlumdur ki, ölkədəki cari iqtisadi vəziyyət və infilyasiya səviyyəsini nəzərə almaqla Azərbaycan Respublikası Mərkəzi Bankı uçot dərəcəsini müəyyənləşdirir, infilyasiya nəticəsində yaranan zərəri hesablamaq və iddia tələbini dəqiqləşdirmək üçün Azərbaycan Respublikasında 2019-cu ildən 2025-ci ilə qədər hər il üçün ayrı-ayrılıqda uçot dərəcəsinin həddinin neçə faiz olması barədə Azərbaycan Respublikası Mərkəzi Bankına ##.##.2025-ci il tarixdə məktubla müraciət edilmiş və Azərbaycan Respublikası Mərkəzi Bankı # ###### 2025- ci il tarixli, *-*-**/*-*- ****-**-*****/**** saylı cavab məktubu ilə Azərbaycan Respublikasında 2019-cu ildən 2025ci ilə qədər hər il üçün ayrı-ayrılıqda uçot dərəcəsinin həddinin neçə faiz olmasını qeyd etmişdir. Cavab məktubunda olan qeydlərə əsasən hesablama aparılmış və 30.500 manat pul 2019-cu ildən 2025-ci ilə qədər 13.742 manat inflyasiyaya uğramışdır. Deməli 30.500 manata qarşı infilyasiya nəticəsində yaranan zərərin cəmi məbləği 13.742 manat olmuşdur. Iddiaçı hesab edir ki, cavabdeh orqanının imtinası əsassızdır. Cavabdeh Bakı şəhəri Binəqədi rayon Icra Hakimiyyəti maddi yardımı iddiaçılara 2019-cu il tarixdə ödəməli idi, lakin əsassız olaraq uzun müddət ödəməmiş və ya düzgün olmayaraq cəmi 36.000 manat ödəmək istəmiş, sonda iddiaçılar uzun müddət məhkəmələrdə haqlarını tələb etmiş və nəhayət 2025-ci ildə Bakı inzibatı Məhkəməsinin ədalətli qərarı qanuni qüvvəyə minmişdir. 2019-cu ildən hazırki vaxta qədər Azərbaycan manatı infilyasiyaya uğramış, dəyərdən düşmüş və daşınmaz əmlak bazarında mənzillərin qiyməti qalxmışdır. Cavabdehin günahı nəticəsində iddiaçılar zərərə düşmüşlər. Müvafiq zərər (kompensasiya) cavabdeh tərəfindən ödənilməlidir. Bundan əlavə, iddiaçıların hər biri IVC X3 220 manat mütəxəsis rəyi üçün pul ödəmişlər. Iddiaçı iddiaçı2 hüquqi yardım almaq üçün vəkillə elektron müqavilə bağlamış və vəkilə 336 manat ödəmişdir. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından */**** saylı, ##.##.2019- cu il tarixli məktub Maliyyə Nazirliyinə və Bakı Şəhər Icra Hakimiyyətinə təqdim olunaraq, Bakı şəhərində qəzalı vəziyyətdə olan 17 çoxmənzilli binada yaşayan sakinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə həmin sakinlərin köçürülməsi istiqamətində tədbirlərin həyata keçirilməsinin ölkə rəhbərliyi tərəfindən məqbul hesab edildiyi bildirilmişdir. Verilmiş tapşırığa əsasən Bakı şəhərində qəzalı vəziyyətdə olan 17 çoxmənzilli yataqxana binalarının sakinlərinə birdəfəlik yardım ödəməklə köçürülməsi nəzərdə tutulmuşdur. ünvan 3 saylı ünvanda qəzalı vəziyyətdə olan yataqxana binasının köçürülməsi və 30 kv.m-ə qədər olan otaqlara 30000,0 manat, 30 kv.m-dən çox olan mənzillərə hər kv.m-ə 1000,0 manat, habelə mənzildən əşyaların daşınmasına və bir aylıq kirayə haqlarına görə hər mənzil üçün 500 manat məbləğində birdəfəlik maddi yardımın ödənilməsi nəzərdə tutulmuşdur. Həmin binalardan sakinlərin birdəfəlik maddi yardım ödənilməklə köçürülməsi üçün 28.7 milyon manat məbləğində vəsaitin 2019-cu il dövlət büdcəsinin islahatlarla bağlı xərclər yarımbəndində Bakı Şəhər Icra Hakimiyyətinin nəzarəti altında Bakı şəhərinin müvafiq rayon icra hakimiyyətlərinə ayrılmasına razılıq verilməklə, müvafiq tədbirlərin görülməsinin təmin edilməsi barədə tapşırıq verilmişdir. Göstərilən məsələlərin icrası ilə bağlı Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi **A saylı ünvanında yerləşən və qəzalı vəziyyətdə olan binada yaşayan ailələrə ayrılan birdəfəlik maddi yardımın öz təyinatı üzrə istifadə olunmasını təmin etmək məqsədilə Rayon Icra Hakimiyyətində müvafiq komissiyanın yaradılması tapşırıldığından, Binəqədi Rayon Icra Hakimiyyəti başçısının ** saylı ##.##.2019-cu il tarixli Sərəncamına əsasən Rayon Icra Hakimiyyəti başçısı yanında rayonun müvafiq strukturlarından ibarət Komissiya yaradılmışdır. Rayon Icra Hakimiyyətinin yaratdığı komissiya tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Koroğlu Rəhimov 53A ünvanında yaşayan sakinlərlə görüş keçirilmiş, onlara ölkə başçısı tərəfindən qəzalı yataqxana binasından köçmələri üçün birdəfəlik maddi yardımların ayrılması barədə məlumat verilmiş və sakinlər bu tədbiri dəstəkləmişlər. Sözügedən yataqxana binasında yaşayan ailələr siyahıya alınarkən vətəndaş iddiaçı2 atası iddiaçı1 2 otaqlı, sahəsi 36 kv.m olan ** saylı mənzilə dair Çıxarış təqdim etdiyi üçün siyahıda yalnız onun adı qeyd olunmuş və onun üçün 36500 manat məbləğində birdəfəlik maddi yardımın ödənilməsi nəzərdə tutulmuşdur. Siyahıyaalınma prosesi tamamlandıqdan və siyahılara uyğun maddi yardımın ödənilməsi üçün müəyyən məbləğ ayrıldıqdan sonra vətəndaş iddiaçı1 həmin binada yerləşən ** saylı mənzilin bölünməsini təmin edərək, oğlu iddiaçı2 adına **B saylı mənzilə yeni çıxarış əldə etmiş və maddi yardımın hər mənzilə görə ayrı hesablanıb ödənilməsini tələb etmişdir. Rayon Icra Hakimiyyəti tərəfindən vətəndaşın müraciəti müsbət təmin edilməmişdir. Bundan sonra, vətəndaşlar iddiaçı2 və iddiaçı1 Məhkəməsinə iddia tələbi ilə müraciət edərək, mülkiyyətlərində olan Bakı şəhəri, Yusif oğlu Bakı şəhəri Binəqədi Rayon Icra Hakimiyyətinə qarşı Bakı Inzibati Binəqədi rayonu, Koroğlu Rəhimov **A saylı binanın 66 və **B saylı mənzillərinin sökülməsi ilə əlaqədar onların hər birinə 30500 manat birdəfəlik maddi yardımın ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər. Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)- ****/**** saylı qərarı ilə iddia tələbi məhkəmə tərəfindən təmin olunmuşdur. Həmin Qərarda "Iddiaçı iddiaçı2 qəzalı vəziyyətdə olan Bakı şəhəri, Binəqədi rayonu, Koroğlu Rəhimov **A saylı binanın **B saylı mənzilinin mülkiyyətçisi kimi birdəfəlik 30500 manat məbləğində maddi yardımın ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi Rayon Icra Hakimiyyətinin üzərinə qoyulsun. Habelə, iddiaçı iddiaçı1 qəzalı vəziyyətdə olan Bakı şəhəri, Binəqədi rayonu, Koroğlu Rəhimov **A saylı binanın ** saylı mənzilinin mülkiyyətçisi kimi birdəfəlik 30500 manat məbləğində maddi yardımın ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi Rayon Icra Hakimiyyətinin üzərinə qoyulsun." qeyd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-****/**** saylı qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli *-*(***)-****/**** saylı qərarı ilə Bakı Inzibati Məhkəməsinin yuxarıda qeyd olunan qərarı dəyişdirilmədən saxlanılmışdır. Vətəndaş iddiaçı1 maddi yardım kimi ödənilməsi üçün Rayon Icra Hakimiyyətinə maliyyə vəsaiti ayrıldığından, həmin vəsait onun adına açılmış bank hesabına köçürülmüşdür. Lakin, iddiaçı2 maddi yardım kimi ödənilməsi üçün maliyyə vəsaiti ayrılmadığından, tərəflərindən sözügedən məhkəmə qərarının icrası mümkün olmamışdır. Məlumat üçün qeyd edilmişdir ki, Bakı Şəhər Icra Hakimiyyətinin ##.##.2019-cu il tarixli, *-***/*g saylı məktubunun icrası olaraq, bina qəzalı olduğundan istismarının dayandırılması və orada yaşayan sakinlərin təhlükəsizliyini təmin etmək məqsədilə yataqxanada yerləşən mənzil sahibləri ilə razılaşma protokolu imzalanaraq onlara birdəfəlik maddi yardım (kompensasiya) ödənilməklə köçürülmə işləri həyata keçirilmişdir (sonuncu məlumata əsasən uçota alınmış 102 mənzil sahibindən 84 mənzil sahibi təyin olunan ödənişi qəbul etmişdir). Birdəfəlik maddi yardımla razılaşmayan sakinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə onlara qəzalı yataqxana binasında yerləşən mənzilə görə ayrılmış kompensasiya məbləğini almaqla 5 gün müddətində mənzilin boşaldılaraq Binəqədi Rayon Icra Hakimiyyətində yaradılmış Komissiyaya təhvil verilməsi barədə bildirişlər təqdim edilməklə xəbərdarlıq edilmişdir. Binəqədi Rayon Icra Hakimiyyəti Bakı Şəhər Icra Hakimiyyəti başçısının Bakı şəhəri Səbail, Suraxanı, Sabunçu, Binəqədi, Xətai, Yasamal Rayon Icra Hakimiyyətilərinin başçılarına ##.##.2019-cü il tarixli 7- ***/*g saylı məktubla verdiyi tapşırığa əsasən hərəkət edir. Həmin məktubda isə rayon ərazisində yerləşən və qəzalı vəziyyətdə olan binalarda yaşayan ailələrə ayrılan birdəfəlik maddi yardımın öz təyinatı üzrə istifadə olunmasının təmin olunması tapşırılmışdır. Bu istiqamətdə başqa səlahiyyətlər yuxarıda qeyd olunan Rayon Icra Hakimiyyətlərinə verilməmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı (hakim F.Əlizadə) ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçılar apellyasiya şikayətləri verərək, qərarın ləğv edilərək iddia tələbinin tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Hər iki apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamışdır. Iddiaçıya 2019-ci ildə verilməli olan kompensasiyanın hələ də verilməməsinin səbəbini, iddiaçının mənzilində qaz, su, və elektrik xətlərinin kəsilməsinin səbəbini, binanın sökülməməsinin və iddiaçıların köçürülməməsinin səbəblərini araşdırmayaraq bir neçə dəqiqəlik baxış iclasında tələsik qərar qəbul etmişdir. Əvvəlki məhkəmə qərarlarında iddiaçının maddı yardımı 2019-cu il tarixdə almaq hüququnun olması öz təsdiqini tapmışdır. Eyni xarakterli (açar söz “qazanılmış hüquq konsepsiyası”) işlər üzrə Ali Məhkəmənin onlarla qərarları vardır. Iş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından */**** saylı, ##.##.2019 cu il tarixli məktubuna əsasən Bakı şəhərində qəzalı vəziyyətdə olan 17 çoxmənzilli yataqxana binalarının sakinlərinə birdəfəlik yardım ödəməklə köçürülməsi nəzərdə tutulmuşdur. Cavabdehin yazılı etirazında qeyd edilir ki, “Bakı Şəhər Icra Hakimiyyətinin ##.##.2019-cu il tarixli, *-***/*g saylı məktubunun icrası olaraq, bina qəzalı olduğundan istismarının dayandırılması və orada yaşayan sakinlərin təhlükəsizliyini təmin etmək məqsədilə yataqxanada yerləşən mənzil sahibləri ilə razılaşma protokolu imzalanaraq onlara birdəfəlik maddi yardım (kompensasiya) ödənilməklə köçürülmə işləri həyata keçirilmişdir (sonuncu məlumata əsasən uçota alınmış 102 mənzil sahibindən 84 mənzil sahibi təyin olunan ödənişi qəbul etmişdir).” Deməli, iddiaçının həmin maddi yardımı almaq hüququ 2019-cu ildə yaranmışdır. Cavabdeh inzibati orqan iddiaçının qazanılmış hüququnu (haqqını) 2019-cu ildə həyata keçirtməli idi. Lakin əsassız olaraq uzun müddət ödəməmiş və ya düzgün olmayaraq cəmi 36.000 manat ödəmək istəmiş, sonda iddiaçılar uzun müddət məhkəmələrdə haqlarını tələb etmiş və nəhayət 2025-ci ildə Bakı inzibatı Məhkəməsinin ədalətli qərarı ilə iddiaçının 2019-cu ildə pozulmuş hüququ bərpa edilmişdir. 2019-cu ildən hazırki vaxta qədər Azərbaycan manatı infilyasiyaya uğramış, dəyərdən düşmüş və daşınmaz əmlak bazarında mənzillərin qiyməti qalxmışdır. Cavabdehin günahı nəticəsində iddiaçı zərərə düşmüşdür. Müvafiq zərər (kompensasiya) cavabdeh tərəfindən ödənilməlidir. Iddiaçılar bu gün də həmin maddi yardımı almamışdırlar. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin tam təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HISSƏ: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. Iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ** nömrəli ## ##### 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd). Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6cı bənd). Məhkəmələrin diqqətinə çatdırılsın ki, IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Inzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, birinci instansiya məhkəməsinin hazırki mübahisəyə ayrıca iddia predmeti kimi yanaşaraq mahiyyəti üzrə araşdırması maddi və prosessual hüquq normalarının pozuntusuna əsas vermişdir. Məhkəmə kollegiyası əvvəla iş materiallarında olan sənədlərə diqqət yetirir: - ##.##.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilir ki, iddiaçı iddiaçı2 ünvan 2 ünvanında yerləşən daşınmaz əmlaka tam pay əsasında mülkiyyət hüququna malikdir. - ##.##.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilir ki, iddiaçı iddiaçı1 Bakı şəhəri, Binəqədi rayonu, K.Rəhimov küçəsi, ev 53a, mənzil 66 ünvanında yerləşən daşınmaz əmlaka tam pay əsasında mülkiyyət hüququna malikdir. - Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarına əsasən iddia tələbi təmin edilərək iddiaçı iddiaçı2 qəzalı vəziyyətdə olan Bakı şəhəri Binəqədi rayonu Koroğlu Rəhimov **A saylı binanın **B saylı mənzilin mülkiyyətçisi kimi birdəfəlik 30500 manat məbləğində maddi yardımın ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon Icra Hakimiyyətinin üzərinə qoyulması və iddiaçı iddiaçı1 qəzalı vəziyyətdə olan Bakı şəhəri Binəqədi rayonu Koroğlu Rəhimov **A saylı binanın ** saylı mənzilin mülkiyyətçisi kimi birdəfəlik 30500 manat məbləğində maddi yardımın ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon Icra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli *-*(***)-****/**** saylı qərarı ilə cavabdeh orqanın kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. - Binəqədi Rayon Icra Hakimiyyətinin iddiaçılar iddiaçı2 və iddiaçı1 inflyasiya nəticəsində yaranan 13742 manat və əmlakın dəyərinin artması ilə əlaqədar 15000 manat olmaqla, cəmi 28.742 manat miqdarında dəymiş zərərin ödənilməsi ilə əlaqədar müraciətinə cavab məktubu ilə bildirilmişdir ki, iddiaçılar iddiaçı2 və iddiaçı1 mülkiyyətində olan ünvan 1 saylı binada yerləşən 66 və **B saylı mənzillərin sökülməsi ilə əlaqədar kompensasiya məbləğinin müəyyən edilməsi Rayon Icra Hakimiyyətinin səlahiyyətləri xaricində olduğundan müraciətdə qeyd edilən məsələnin müsbət həlli mümkün deyildir. Həmçinin qeyd edilmişdir ki, bu məktub dəymiş zərərin ödənilməsindən imtina sayılmır. Kollegiya iddiaçıların hazırkI tələbinin tərkibini diqqətə çatdırır. Hazırda iddiaçılar birgə iddia qaldıraraq infilyasiya nəticəsində yaranan 13.742 manat zərər (real zərər), əmlakın dəyərinin artması ilə əlaqədar 15.000 manat zərər (real zərər), 220 manat mütəxəsis rəyi üçün ödənilmiş rüsum, 336 manat vəkilə ödənilmiş xidmət haqqı olmaqla, cəmi 29.298 manat pul məbləğinin iddiaçı iddiaçı2 və infilyasiya nəticəsində yaranan 13.742 manat zərər (real zərər), əmlakın dəyərinin artması ilə əlaqədar 15.000 manat zərər (real zərər), 220 manat mütəxəsis rəyi üçün ödənilmiş rüsum olmaqla, cəmi 28.962 manat pul məbləğinin iddiaçı iddiaçı1 ödənilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi rayon Icra Hakimiyyətinin üzərinə qoyulmasını xahiş edirlər. Hazırkı tələbin hüquqi mahiyyəti müəyyən edilərkən onun iddiaçılar tərəfindən “zərər” adlandırılması həlledici hesab edilə bilməz. Məhkəmə tələbin prosessual formasına deyil, onun faktiki məzmununa və hüquqi mahiyyətinə qiymət verməlidir. Iddiaçıların hazırkı tələbləri üzrə göstərdiyi hallar – kompensasiyanın vaxtında - 2019-cu ildən ödənilməməsi, həmin müddət ərzində inflyasiyanın baş verməsi və pulun alıcılıq qabiliyyətinin azalması – bilavasitə əvvəlki məhkəmə aktının icrası ilə bağlı hallardır. Bununla əlaqədar olaraq, məhkəmə kollegiyası apellyasiya şikayətlərini əsassız sayaraq iddiaçıların mülkiyyətində olan mənzillərin dəyərinin hazırda yüksək olması ilə bağlı əmlakın dəyərinin artması ilə əlaqədar hər birinə 15000 manat real zərərin ödənilməli olması iddiasına münasibətdə diqqətə çatdırır ki, yuxarıda qeyd edilən və iş materiallarından göründüyü kimi, iddiaçılar ilə cavabdeh arasında məhkəmə mübahisələri olmuşdur. Belə ki, iddiaçılar mülkiyyətlərində olan mənzillərə görə hər birinə birdəfəlik 30500 manat məbləğində maddi yardımın ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon Icra Hakimiyyətinin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişlər, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarına əsasən iddia tələbi tam təmin edilərək iddiaçı iddiaçı2 qəzalı vəziyyətdə olan Bakı şəhəri Binəqədi rayonu Koroğlu Rəhimov **A saylı binanın **B saylı mənzilin mülkiyyətçisi kimi birdəfəlik 30500 manat məbləğində maddi yardımın ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon Icra Hakimiyyətinin üzərinə qoyulması və iddiaçı iddiaçı1 qəzalı vəziyyətdə olan Bakı şəhəri Binəqədi rayonu Koroğlu Rəhimov **A saylı binanın ** saylı mənzilin mülkiyyətçisi kimi birdəfəlik 30500 manat məbləğində maddi yardımın ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon Icra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli *-*(***)-****/**** saylı qərarı ilə cavabdeh orqanın kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin inzibati işə (iddia 2024-cü ildə qaldırılmış) baxılması ##.##.2025-ci il tarixdə yekunlaşmış, hazırkI iddia tələbi isə 6 ay sonra - ##.##.2025-ci ildə irəli sürülmüşdür. Əvvəlki inzibati işə baxılarkən iddiaçıların tələbinin artırılması, mənzillərin qiyməti ilə razı olmamaları barədə ərizə ilə müraciət edilməmişdir. Işə mahiyyəti üzrə baxılıb, hüquqi qiymət verilmiş, iddiaçılara ödəniləcək birdəfəlik maddi yardımın dəyəri tələblərində göstərildiyi kimi müəyyən edilmişdir. Iş materiallarından da görünür ki, iddiaçılar müəyyən edilmiş qiymətlə bağlı tələbi özləri irəli sürmüşdürlər. Bundan əlavə iddiaçıların həmin iddianı irəli sürərkən pul məbləğinin 2019-cu ildən ödənilməli olması kimi bir tələbləri olmamış və məhkəmələr tərəfindən də yalnız 2024-cü ildəki iddia tələbində irəli sürülmüş hər bir iddiaçıya mənzillərin dəyərinə görə 30500 manat verilməsi ilə bağlı nəticəyə gəlinmişdir. Kollegiya da qeyd edir ki, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra onda göstərilən təmin olunmuş tələblər üzrə icraya yönəldilir. Digər tərəfdən iddiaçıların tələbini ehtiva edən tələblərdən biri də infilyasiya nəticəsində yaranan 13.742 manat zərər (real zərər) ödənilməli olması ilə bağlı dəlilə də qiymət verərək kollegiya diqqətə çatdırır ki, infilyasiya nəticəsində dəymiş zərər, pul məbləğinin indeksasiyası yalnız mövcud məhkəmə qərarının icrası mexanizmində həllini tapmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, II və III hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2025-ci il Qərarında Mülki Prosessual Məcəllənin 232-ci maddəsinin hüquqi mahiyyəti izah edilərkən göstərilmişdir ki, indeksasiya qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində yaranan inflyasiya itkilərinin kompensasiyasını və pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən hüquqi mexanizmdir. Həmin indeksasiya məhkəmə tərəfindən qəbul edilmiş qətnamənin səmərəli icrasının təmin olunmasına və məhkəmənin öz aktının icrasına nəzarət funksiyasına xidmət edir. Konstitusiya Məhkəməsi həmçinin xüsusi olaraq qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 232-ci maddəsində nəzərdə tutulmuş indeksasiya institutu prosessual qənaət prinsipi baxımından artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə tutulmalı olan pul məbləğlərinə dair yeni iddianın qaldırılmasının qarşısını alır. Konstitusiya Məhkəməsinin Plenumu oxşar mövqeyi “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il ## ####### tarixli Qərarında ifadə etmişdir. Göründüyü kimi, MPM-in 232-ci maddəsinə əsasən tərəflər məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə üzrə tutulmalı olan pul məbləğinin tam ödənilməsinədək olan müddət ərzində indeksasiyası ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilərlər. Məhkəmə kollegiyası IPM-in 13-cü maddəsinin tələblərindən çıxış edərək iddiaçılara hüquqi yardım göstərərək izah edir ki, IPM-in 1.2-ci maddəsindən çıxış edərək MPM-in 232-ci maddəsinə istinad edərək iddiaçılar məhz məhkəmə qərarı ilə tutulmalı olan pul məbləğinin icrasınadək olan müddət ərzində indeksasiya ilə bağlı ərizə ilə əsas iddiaya baxan məhkəməyə müraciət etmək hüquqa malikdirlər. O da diqqətə çatdırılır ki, hazırkı iş materiallarından da göründüyü kimi Bakı şəhəri Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi ünvanında yerləşmiş yaşayış sahələrinə görə müvafiq məhkəmə instansiyalarının qanuni qüvvəyə minmiş qərarlarına əsasən iddiaçı iddiaçı1 ümumilikdə 30500 manat məbləğində kompensasiya cavabdeh tərəfindən tam ödənilmişdir. Lakin iddiaçı iddiaçı2 vəsaitin ödənilməsi həyata keçirilməmiş və cavabdeh orqan bunu maliyyə vəsaiti ayrılmaması ilə izah etməyə çalışmışdır. Məhkəmə kollegiyası bu halla bağlı da iddiaçının məhkəmə qərarının icrası (icra icraatı) qaydasında ərizə ilə müraciət etmək hüququnun olduğunu diqqətə çatdırır. Bundan əlavə həm birinci instansiya məhkəməsində icraat zamanı, həm də apellyasiya icraatı zamanı aparılan araşdırmalardan müəyyən olunmuşdur ki, iddiaçılara məxsus olan sözügedən əmlaklar hal-hazıradək sökülməmişdir, mənzillər iddiaçıların istifadəsində olmaqla orada yaşayırlar. Qeyd edilənlərdən əlavə iddiaçıların iddiasını ehtiva edən digər tələblər isə mütəxəssis üçün ödənilmiş rüsum və vəkil xidmətinə görə xidmət haqqına münasibətdə kollegiya qeyd edir ki, iddiaçıların hazırda irəli sürdüyü əsas tələblər mümkünsüz olduğundan həmin xidmət haqqlarının da hazırda müstəqil iddia çərçivəsində tələbi mümkün sayıla bilməz. Bununla da məhkəmə kollegiyası yekunda qeyd edir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfındən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafıq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfındən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. NƏTICƏVI HISSƏ: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı ləğv edilsin. Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Bakı Şəhəri Binəqədi Rayon Icra Hakimiyyətinə qarşı “infilyasiya nəticəsində yaranan zərərin və s. ödənilməsi öhdəliyinin cavabdeh inzibati orqanının üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(3-6)-1614/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1614/2026
16.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver