Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1645/2026 05.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı keçmiş dövr üzrə pul vəsaitinin ödənilməsi tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)- *****/**** saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin ##.##.2006-cı il tarixli Fərmanına əsasən hərbi qulluqçu kimi ona verilən pensiyanın ##.##.2007-ci ildən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-ci ildə Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmiş və döyüşlər zamanı ağır yaralandığı üçün hər iki gözü və qulaqlarını itirərək 1-ci qrup əlil olmuşdur. Azərbaycan Respublikası Prezidenti tərəfindən ##.##.2006-cı il tarixdə müharibə əlillərinin hərbi qulluqçu kimi pensiya almaları haqqında Fərman imzalanmışdır. Lakin, həmin Fərman cavabdeh tərəfindən 2015-ci ildə icra edilmişdir. Müəyyən hissəsi ödəniş olmayan əlillər məhkəmə yolu ilə 2007-ci ildən hesablanaraq həmin pulların alınmasına nail olmuşlar. O da bütün əlillər kimi 2015-ci ildən hərbi qulluqçu olmasına baxmayaraq ##.##.2023-cü ilə kimi adi vətəndaş kimi təqaüd almışdır. Dəfələrlə cavabdehə müraciət etməsinə baxmayaraq heç bir nəticə əldə edə bilməmişdir. Ona yalnız əvvəlki 3 il üzrə, ##.##.2020-ci ildən hesablanaraq hissə-hissə ödəniş ödənilmişdir. Lakin, o öz narazılığını bildirsə də, müraciəti təmin edilməmişdir. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya ##.##.1992-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ümumi əsaslarla İ qrup əlil kimi pensiya təyin edilmiş, ##.##.2006-cı il tarixindən isə qanunvericiliyə əsasən pensiyanın ödənilməsi DSMF tərəfindən həyata keçirilir. Daha sonra iddiaçıya Nazirlik xətti ilə pensiya təyin olunması üçün ##.##.2023-cü il tarixdə Mərkəzi Filiala daxil olmuş Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin MN-***** nömrəli məlumat vərəqinə əsasən iddiaçıya Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən ## ### 2023-cü il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə uyğun olaraq “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” İ dərəcə əlilliyə görə müvafiq təminat xərcliyinin (639,00 manat) 100 faizi miqdarında (maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi və müvafiq indeksləşdirilmələr də nəzərə alınmaqla 896.53 manat) əmək pensiyası təyin edilərək keçmiş üç il müddət üzrə ##.##.2020-##.##.2023-cü il tarixləri arasındakı dövr üçün hesablanmışdır. Bununla bağlı ##.##.2023-cü il tarixli, *-**-*/******/**** saylı qərar qəbul edilmişdir. Qanunun 32.1-1-ci və 37.6-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mndiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ödənilir. Qeyd olunanlara əsasən əmək pensiyası üzrə keçmiş üç il müddət üçün 24.844, 42 manat pul vəsaiti müəyyən edilmişdir. Eyni zamanda, Qanunun 5.1-ci maddəsinə əsasən müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zamanı iddiaçıya Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filalı tərəfindən ##.##.2020-##.##.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 6823,05 manat ümumi əsaslarla əlilliyə görə pensiya məbləğinin ödənildiyi müəyyən olunmuşdur. Qeyd olunanları nəzərə alaraq iddiaçıya hərbi qulluqçu kimi ötən dövr üzrə ödənilməli olan 234.844,42 manat vəsaitdən həmin dövr ərzində ümumi əsaslarla əlilliyə görə ödənilmiş ümumilikdə 6823.05 manat pensiya məbləği çıxılmış, qalıq 18021,37 manat vəsaitin 5300,91 manatı ##.##.2023-##.##.2024-cü il tarixləri arasındakı dövr ərzində hər ay 588.99 manat olmaqla 2720,46 manatı isə Mərkəzi Filiala müraciətini nəzərə alaraq ##.##.2024-##.##.2024-cü il tarixləri arasındakı dövr ərzində hissə-hissə pensiyasının üzərinə əlavə olunaraq müvafiq kart hesabına köçürülmüşdür. Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar iddiaçının pensiyası 2024-cü ilin # ###### tarixindən 896.53 manat məbləğində, 2025- c ilin 1 yanvar tarixindən isə 969,16 manat məbləğində müəyyən olunmaqla ödənişi həyata keçirilir. Göründüyü kimi, iddiaçı ona təyin edilmiş pensiyanın ##.##.2007-ci il tarixindən hərbi qulluçu kimi hesablanıb ödənilməsini xahiş etsə də, bununla bağlı müraciəti və əsas verən rəsmi sənəd (Azərbaycan Rspublikasının Müdafiə Nazirliyinin MN-***** nömrəli məlumat vərəqi) 2023-cü ilin aprel ayında Mərkəzi Filiala təqdim edilmişdir. Qanunvericilikdə isə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulmuşdur. Qanunun tələbləri nəzərə alınmaqla iddiaçının pensiyası yenidən hesablanmış, həmçinin müraciətindən əvvəlki üç il üçün pensiyası hesablanaraq ödənilmişdir Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı ilə (hakim A.A.Abdullayeva) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı iddiaçı tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı izahatında bildirdi ki, 1992-ci ildə Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmiş və döyüşlər zamanı ağır yaralandığı üçün 1-ci qrup əlil olmuşdur. Azərbaycan Respublikası Prezidenti tərəfindən 2006-cı il tarixdə müharibə əlillərinin hərbi qulluqçu kimi pensiya almaları haqqında Fərman imzalanmışdır. Lakin, həmin Fərman cavabdeh tərəfindən vaxtında icra edilməmişdir. O da bütün əlillər kimi 2015-ci ildən hərbi qulluqçu olmasına baxmayaraq ##.##.2023-cü ilə kimi adi vətəndaş kimi təqaüd almışdır. Ona həmişə ətrafdakılar deyirdi ki, pensiyanı az alır. O da Fondun rayon üzrə idarəsinə gedirdi, onlar isə onu hər şeyin düzgün hesablandığna əmin edirdilər. Yalnız döyüş yoldaşı ilə görüşdən sonra ölkə başçısının fərmanından xəbəri olmuşdur. Ondan sonra ona 2-3 ilin pulun verdilər. Cavabdeh inzibati orqan tərəfindən son 3 ilin pulu ödənilməli idi, heç onu da düz əməlli tam ödəmədilər. Hissə-hissə ödədilər. Eyni zamanda digər 13 ilin pulunu isə heç ödəmək istəmirlər, səbəbini bilmək istəyir. Ona əsas kimi Müdafiə Nazirliyi tərəfindən sənədin gec göndərildiyi bidirilir. O, evdən heç hara çıxmır deyə dövlət başçısının qərarıfərmanı çıxmağından xəbəri olmayıb, bəs bu dövlət orqanları niyə belə görməzdən gəlib. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, iddiaçıya ##.##.1992-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin müdafiəsi ilə əlaqədar olaraq İ qrup əlil kimi pensiya təyin edilmiş, ##.##.2006-cı il tarixdən isə qanunvericiliyə əsasən pensiyanın ödənilməsi DSMF tərəfindən həyata keçirilir. Daha sonra iddiaçıya ##.##.2023-cü il tarixdə Mərkəzi Filiala daxil olmuş Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumat vərəqinə əsasən Nazirlik xətti ilə pensiya təyin olunmuşdur. Iddiaçı ona təyin edilmiş pensiyanın ##.##.2007-ci il tarixindən hərbi qulluçu kimi hesablanıb ödənilməsini xahiş etsə də, bununla bağlı müraciəti və əsas verən rəsmi sənəd (Azərbaycan Rspublikasının Müdafiə Nazirliyinin MN-***** nömrəli məlumat vərəqi) 2023-cü ilin aprel ayında Mərkəzi Filiala təqdim edilmişdir. Qanunvericilikdə isə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulmuşdur. Beləliklə əmək pensiyası üzrə keçmiş üç il müddət üçün 2020-2023-cü illər üzrə 24.844,42 manat pul vəsaiti müəyyən edilmişdir. Eyni zamanda, Qanunun 5.1-ci maddəsinə əsasən müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zamanı iddiaçıya Fondun tərəfindən 2020- 2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 6823,05 manat ümumi əsaslarla əlilliyə görə pensiya məbləğinin ödənildiyi müəyyən olunmuşdu. Daha sonra həmin məbləğ çıxılaraq qalan təxmini 18 minə qədər olan şəxsə tam ödənilmişdir. Iddiaçı iradları Müdafiə Nazirliyinə etməlidir. Çünki şəxsin hərbi qulluqçu kimi pensiya almasına əsas Müdafiə Nazirliyindən Fonda daxil olmuş məlumat vərəqidir. Nazirlik məlumat vərəqini vaxtında göndərməyibsə, Fond məlumat vərəqinin olub-olmadığını, yaxud niyə göndərmədiyini sorğu edə bilməz. Inzibati orqanın belə bir öhdəliyi yoxdur. Vətəndaşa Fondda da izah edildi ki, müraciətini və iddia ərizəsini Müdafiə Nazirliyinə qarşı edə bilər. Bu isitqamətdə Ali Məhkəmənin mövqeyi mövcuddur, etirazda ona istinad edilib. Həmin mövqeyə görə 2019-cu ildən sonra müraciət edən hərbi qulluqçular yalnız müraciətdən əvvəlki 3 il üzrə pensiya ala bilər. Hazırda şəxsin müraciəti də 2019-cu ildə sonra aiddir, eyni zamanda məlumat vərəqi də 2019-cu ildən sonra Fonda daxil olmuşdur. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi, hazırkı işdə iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar aldığı xəsarət nəticəsində əlilliyinin yaranması, onun hərbi qulluqçular sırasından müharibə ilə əlaqədar əlilliyi olan şəxs kimi xüsusi pensiya təminatına hüququnun mövcudluğu tərəflər arasında mübahisə doğurmur. Cavabdeh həmin hüququ tanımış və 2023-cü ildə iddiaçının pensiyasını müvafiq təminat xərcliyi nəzərə alınmaqla hesablamışdır. Mübahisənin predmeti yalnız həmin hesablama nəticəsində yaranan fərqin ## ###### 2007-ci ildən başlayaraq bütün əvvəlki dövr üçün ödənilməli olub-olmamasından ibarətdir. Iddiaçının istinad etdiyi xüsusi pensiya təminatının hüquqi əsası apellyasiya şikayətində göstərildiyi kimi ayrıca fərmandan deyil, “Əmək pensiyaları haqqında” Qanuna ## ###### 2006-cı il tarixli ***-IIIQD nömrəli Qanunla edilmiş dəyişikliklərdən irəli gəlir. Həmin dəyişikliklərlə hərbi qulluqçular sırasından olan müharibə əlillərinin kateqoriyası müəyyən edilmiş, hərbi xidmət dövründə alınmış xəsarət nəticəsində əlilliyə görə əmək pensiyasının təyin edilməsi və İ qrup müharibə əlillərinə müvafiq təminat xərcliyinin 100 faizi həcmində pensiya təminatı nəzərdə tutulmuş və həmin hüquqi tənzimləmə ## ###### 2007-ci ildən qüvvəyə minmişdir. Lakin pensiya hüququnun maddi-hüquqi əsasının müəyyən tarixdən mövcud olması həmin tarixdən sonrakı bütün dövr üzrə pensiya fərqinin heç bir prosedur və zaman şərti nəzərə alınmadan ödənilməsini öz-özlüyündə şərtləndirmir. Pensiya hüququnun yaranması ilə əvvəllər təyin edilmiş pensiyanın sonradan başqa hüquqi əsaslar nəzərə alınmaqla yenidən hesablanması və həmin yenidən hesablama nəticəsində yaranan fərqin keçmiş dövr üçün ödənilməsi hüquqi baxımdan fərqli məsələlərdir. Hazırkı işdə iddiaçıya əvvəllər əlilliyə görə əmək pensiyası təyin edilmiş və uzun müddət ödənilmiş, sonradan isə onun hərbi xidmət zamanı aldığı xəsarətin hüquqi nəticələri və təminat xərcliyi nəzərə alınmaqla həmin pensiyanın məbləği dəyişdirilmişdir. Buna görə mübahisə əmək pensiyasının ilk dəfə təyin edilməsi deyil, əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması münasibəti kimi qiymətləndirilməlidir. Bu fərqləndirmə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1 və 32.1-2-ci maddələrinin tətbiqi baxımından həlledici əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2022-ci il tarixli N.Hüseynbəyovun şikayəti üzrə qərarında göstərilmişdir ki, Qanunun 32.1-1-ci maddəsinin “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası məntiqi baxımdan pensiyanın ilk dəfə hesablanması hallarını ehtiva edir, ## ###### 2018-ci il tarixli qanunvericilik dəyişikliyi ilə əlavə edilmiş 32.1-2-ci maddə isə ## ###### 2019-cu ildən sonra inzibati orqana müraciət etmiş pensiyaçıların əmək pensiyalarının yenidən hesablanması hallarını tənzimləyir. Konstitusiya Məhkəməsi eyni zamanda müəyyən etmişdir ki, ## ###### 2019-cu ilədək əmək pensiyasının yenidən hesablanması üçün müvafiq inzibati orqana müraciət etmiş pensiyaçılara münasibətdə 32.1-1-ci maddədə nəzərdə tutulmuş üçillik məhdudiyyət tətbiq edilmir. Beləliklə, hazırkı iş üzrə əvvəlcə müəyyən edilməli olan hüquqi əhəmiyyətli fakt iddiaçının hərbi qulluqçu kimi pensiyasının yenidən hesablanması məqsədilə səlahiyyətli inzibati orqana ilk hüquqi əhəmiyyətli müraciətinin tarixidir. “Əmək pensiyaları haqqında” Qanunun 31.1 və 31.2-ci maddələrinin sistemli təhlilindən görünür ki, pensiya hüququnun həyata keçirilməsi üçün müraciət mexanizmi qanunvericilikdə ayrıca nəzərdə tutulmuş, əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və zəruri sənədlərə pensiya təyin edən orqan tərəfindən baxılması müəyyən edilmişdir. Hərbi qulluqçulara münasibətdə həmin prosedur daha xüsusi qaydada tənzimlənmişdir. Hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar şəxsin müraciəti əsasında onun xidmət etdiyi orqan tərəfindən tərtib edilməli və pensiyanın təyin edilməsi üçün Fonda təqdim olunmalıdır. Buna görə şəxsin hərbi qulluqçu statusunun dövlət orqanlarının informasiya sistemlərində və ya başqa uçot sənədlərində mövcud olması öz-özlüyündə pensiyanın xüsusi qaydada yenidən hesablanması üçün qanunla nəzərdə tutulmuş müraciətin və həmin müraciət əsasında hazırlanmalı olan təminat xərcliyi barədə məlumat vərəqəsinin mövcudluğunu əvəz etmir. Iş üzrə aparılmış araşdırma ilə ## ###### 2019-cu ilədək iddiaçı tərəfindən onun pensiyasının hərbi qulluqçu kimi yenidən hesablanmasına yönəlmiş və qanunvericilikdə nəzərdə tutulan proseduru işə salan müraciətin edilməsi təsdiq olunmamışdır. Iddiaçının Fondun rayon strukturuna müraciət etməsi və ona pensiyasının düzgün hesablandığının bildirilməsi barədə izahatı nəzərə alınsa da, bu hal pensiyanın yenidən hesablanması barədə hüquqi cəhətdən müəyyən edilə bilən ərizənin təqdim edildiyini təsdiq edən sənəd və ya digər obyektiv məlumatla təsdiq olunmur. Eyni zamanda, iddiaçının Müdafiə Nazirliyinə əvvəlki müraciətlərinin olubolmaması, həmin müraciətlərin tarix və məzmunu, habelə MN-***** nömrəli məlumat vərəqəsinin hansı müraciət əsasında və nə üçün 2023-cü ildə hazırlanması məhkəmə tərəfindən ayrıca araşdırılmışdır. Müvafiq inzibati orqanlardan alınmış sənədlər ## ###### 2019-cu ilədək pensiyanın yenidən hesablanmasına yönəlmiş müraciətin mövcudluğunu və 2023-cü ildə təqdim edilmiş məlumat vərəqəsinin belə əvvəlki müraciətin gecikmiş icrası olduğunu təsdiq etmir. Bu səbəbdən hazırkı münasibət ## ###### 2019-cu ildən sonra edilmiş müraciət əsasında pensiyanın yenidən hesablanması halına aiddir və keçmiş dövr üçün ödəniş “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsi ilə əlaqəli şəkildə 32.1-1-ci maddədə müəyyən edilmiş qayda nəzərə alınmaqla həyata keçirilməlidir. Hazırkı iş üzrə hüquqi əhəmiyyət daşıyan məhz bu haldır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi və apellyasiya şikayəti ilə mötəbər sübutlarla təkzib edilməyən faktlara əsasən, iddiaçının pensiyasının hərbi qulluqçu kimi yenidən hesablanmasına əsas verən məlumat vərəqi 2023-cü ilin aprel ayında cavabdehə daxil olmuş, həmin sənəd əsasında ## ### 2023-cü il tarixində yenidən hesablama aparılmışdır. Cavabdeh ## ##### 2020-ci ildən ## ##### 2023-cü ilədək olan dövrü, yəni müraciətdən əvvəlki üçillik müddəti nəzərə alaraq yaranmış pensiya fərqini hesablamışdır. Məhkəmə kollegiyası, həmçinin, 2020-2023-cü illər üzrə hesablanmış pensiya fərqinin tam ödənilməməsi barədə iddiaçının məhkəmə iclasındakı dəlilini araşdırmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş hesablamalar və ödəniş sənədləri əsasında həmin dövr üzrə hesablanmış ümumi məbləğdən iddiaçıya əvvəlki əsaslarla ödənilmiş pensiya çıxıldıqdan sonra yaranmış 18.021,37 manat fərqin tam şəkildə iddiaçının hesabına ödənildiyi müəyyən edilmişdir. Buna görə həmin dövrə münasibətdə ödənilməmiş pensiya borcunun qalması təsdiq olunmur. Apellyasiya şikayətində iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə iştirak etməsi, ağır yaralanması və İ dərəcə əlilliyinin olması xüsusi vurğulanmışdır. Bu hallar mübahisəsizdir və onların hüquqi və mənəvi əhəmiyyəti şübhə altına alınmır. Lakin həmin halların mövcudluğu məhkəməyə qüvvədə olan pensiya qanunvericiliyinin keçmiş dövr üzrə ödənişə dair imperativ normalarını tətbiq etməmək səlahiyyəti vermir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsi sosial təminat hüququnu təmin etməklə yanaşı, həmin təminatın qanunla müəyyən edilmiş əsaslar və qaydalar çərçivəsində həyata keçirilməsini nəzərdə tutur. Konstitusion sosial təminat hüququ qanunvericilikdə müəyyən edilmiş pensiya hüququnun məhkəmə müdafiəsini təmin edir, lakin məhkəmənin qanunverici tərəfindən müəyyən edilmiş hesablama və ödəniş qaydalarından kənara çıxaraq ayrıca ödəniş mexanizmi müəyyən etməsini nəzərdə tutmur. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulamağı zəruri hesab edir ki, hazırkı işdə üçillik qaydanın tətbiqi iddiaçının hərbi qulluqçu kimi pensiya hüququnun inkar edilməsi və ya onun gələcək dövr üçün pensiya təminatından məhrum olunması nəticəsini də doğurmamışdır. Əksinə, həmin hüquq inzibati orqan tərəfindən tanınmış, pensiya müvafiq təminat xərcliyi əsasında yenidən hesablanmış və qanunvericiliyin imkan verdiyi keçmiş dövr üçün yaranmış fərq ödənilmişdir. Mübahisələndirilən məsələ yalnız daha əvvəlki dövr üçün əlavə pul ödənişi tələbidir və həmin tələbə qanunvericiliyin keçmiş dövr üzrə ödənişi tənzimləyən xüsusi normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Inzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Fərid Ismayılzadə
Məhkəmə qərarları › İş №2-1(3-6)-1645/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1645/2026
05.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver