Məhkəmə qərarları › İş №2-1(3-6)-1649/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1649/2026

19.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1649/2026 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh qarşı cizginin verilməsi tələbinə dair Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, Sabunçu (keçmiş Lenin) rayon XDS IK-nin ## #### 1990-cı il tarixli, */** saylı qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün Müzəffər Israfil oğlunun adına ayrılmış Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, ** nömrəli sahədə yerləşən 600 kv.m. torpaq sahəsinin yerləşmə cizgisinin çəkilməsinin və təsdiqlənməsi vəzifəsinin cavabdeh Cavabdeh həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sabunçu (keçmiş Lenin) rayon XDS IKnin ## #### 1990-ci il tarixli, */** saylı Qərarına əsasən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, ** nömrəli sahədə fərdi yaşayış evinin tikintisi üçün iddiaçı İddiaçı XX.XX.XXXX-ci ildə anadan olmuş və ##.##.1994-cü ildə vəfat etmiş atası, Müzəffər Israfil oğlunun adına 600 kv.m. ərazisi olan torpaq sahəsi ayrılmışdır. Həmin inzibati akt ləğv edilməmiş və qüvvədədir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının ## ###### 2024-cü il tarixli, *-**-*F/*-*-****-*-****/**** saylı arxiv arayışına əsasən, Sabunçu (keçmiş Lenin) rayon XDS IK-nin ## #### 1990-cı il tarixli, */** saylı Qərara cizgi əlavə edilməmişdir. Iddiaçı İddiaçı "Vərəsəlik hüququ haqqında şəhadətnamə"nin verilməsi ilə bağlı Bakı şəhəri ** saylı Notariat Ofisinə müraciət etmiş və ##.##.2024-cu il tarixdə adına *** saylı vərəsəlik işi açılmışdır. ##.##.2025-ci ildə iddiaçı İddiaçı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, ** nömrəli sahədə yerləşən torpaq sahəsinə yerləşmə cizgisinin çəkilməsi və təsdiq olunması üçün köməklik göstərilməsi barədə bütün hüquqmüəyyənedici sənədləri *-**/*-*-*-***/**** saylı ərizəyə əlavə etməklə Cavabdeh təqdim etmişdir. Cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixli, *- **/*-*-*-***/**** saylı məktubu ilə torpaq sahəsinin yerləşmə cizgisinin verilməsindən imtina etmişdir. Imtinaya səbəb kimi torpaq sahəsinin ayrılması barədə ayrıc aktının, habelə döngə nöqtələrin koordinatlarının ayrı-ayrı vətəndaşlara verilməsinə dair məlumatın olmaması qeyd edilmişdir. Eyni mühüm faktiki hallara, hüquqmüəyyənedici sənədlərə malik olmasına baxmayaraq, ərizəçinin müraciətinin təmin edilməməsi inzibati orqanın öz praktikasında vətəndaşlara münasibətlərdə bərabər davranmaması deməkdir. Inzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Belə ki, analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)- ****/**** saylı iş üzrə qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki,"...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda ... formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının tələb etdiyi sənədin tərtib edilməsi torpaq ayırma prosedurunun ayrılmaz tərkib hissəsidir və torpaq ayırma prosedurunun sonunda həmin sənədin sərəncamla birlikdə iddiaçıya, eləcə də arxivə təqdim olunması cavabdehin məsuliyyət sferasına aid olmuşdur. Bu qayda cizginin tərtib və təsdiq olunmasına da şamil edilir. Bu zaman həm də nəzərə alınmalıdır ki, torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olmuş qanunvericiliyə görə, torpaq ayırma sənədlərinin tamlığının təmin olunması da cavabdehin öhdəliyinə aid edilmişdir. Odur ki, sərəncamın və ya onun tərkib hissəsi olan sənədlərin icra hakimiyyətinin arxivində aşkar edilməməsi, habelə hazırda qüvvədə olan qanunveiciliyin tələbi baxımından onun həmin səlahiyyətə malik olub-olmaması cavabdehi mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş qanunveiciliklə müəyyən edilmiş öhdəliyin icrasından azad etmir". Analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** saylı iş üzrə qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, "...məhkəmə kollegiyası xatırlatmağı zəruri hesab edir ki, Ali Məhkəmənin Inzibati Kollegiyası tərəfindən qəbul edilmiş cavabdeh Suraxanı RIH-nə qarşı "torpaq sahəsinin planölçü sxeminin (yerləşmə cizgisinin) verilməsi" tələbinə dair inzibati iş üzrə ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərardadla da cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməmiş və şikayət mümkün sayılmamışdır. Məhkəmə kollegiyası həmin şikayəti mümkün saymayarkən bu növ işlərlə bağlı vahid məhkəmə təcrübəsinin mövcudluğuna istinad etmiş, eyni zamanda cavabdeh tərəfindən öz mövqeyinin əsaslı olması ilə bağlı yeni dəlillər və məlumatlar təqdim etmədiyini əsas götürmüşdür. Mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Cavabdehin imtinası iddiaçının hüquqlarının pozulması halı kimi qiymətləndirilir. Iddiaçı sözügedən torpaq sahəsinin qanuni sahibi və istifadəçisi olduğu üçün aşağıda sadalanan qanunvericilik normalarına əsasən onun torpaq üzərində sahiblik hüququna təminat verilməlidir. Cavabdeh iddiaya qarşı yazılı etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, torpaq sahəsi ayrılarkən torpaq sahəsinə dair yerləşmə sxemi verilməli idi. Ayrılmış torpaq sahəsinə dair torpaq sahəsinin baş planı, ayrıc aktı və kordinatlar barədə məlumat Cavabdeh yoxdur. Iddiaçının mərhum atasına ayrılmış həmin torpaq sahəsinə dair ayrıc aktı, baş plan və kordinatlar olmadığından, imtina əsaslı olmuşdur. Belə olan halda yalnız iddiaçının ifadəsinə əsasən, iddia tələbinin təmin edilməsi yolverilməzdir. Odur ki, iddia tələbi əsassız olduğundan rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə (hakim A.Ə.Əhədova) iddia tələbi təmin edilərək, Lenin (indiki Sabunçu) Rayon Xalq Deputatları Soveti Icraiyyə Komitəsinin ##.##.1990-cı il tarixli, */** saylı Qərarına əsasında mərhum Müzəffər Israfil oğluna Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, ** nömrəli sahədə ayrılmış 600 kv.m. ölçüdə torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdeh həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərarı cavabdeh tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya torpaq sahəsi 36 il bundan öncə yəni 1990-cı ildə ayrılmışdır. Torpaq sahəsi ayrılan zaman plan ölçülər həmin torpağı ayıran qurum tərəfindən təqdim edilməli idi. Artıq həmin vaxtdan uzun müddət ötdüyündən və hazırda iddiaçının iddia etdiyi torpaq sahəsinin harada yerləşməsi barədə Cavabdeh məlumat olmadığından həmin torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi mümkün deyil. Buna baxmayaraq, məhkəmə qərar qəbul edərkən yuxarıda qeyd olunan faktları nəzərə almamış və torpaq sahəsinin dövlət mülkiyyətində olmasına münasibət bildirməmişdir. Qeyd olunanlara əsasən, cavabdeh qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərini nəzərə alaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - Bakı Şəhər ** saylı Notariat Ofisinin ##.##.2024-cü il tarixli, *** saylı məktubunda göstərilmişdir ki, ##.##.1994-cü il tarixdə vəfat etmiş atası Müzəffər Israfil oğlundan qalmış miras ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Müzəffər Israfil oğlu hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığından, “Daşınmaz əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə və «Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların dair dövlət reyestrində arayışın məhdudlaşdırılmasına (yüklülüyünə) verilməsi haqqında» Təlimatın 7-ci bəndinə uyğun olaraq, miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş forma 37 arayışını, forma 1 arayışının və ya yeni çıxarışın və bu barədə müvafiq məlumatın İddiaçı və ya onun etibarnamə üzrə nümayəndəsinin vasitəsi ilə verilməsini təmin edilməsi xahiş edilmişdir. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli, *-**-*- **/*-*****/**** saylı məktubu ilə təqdim edilən ortofoto görüntüdən müəyyən edilir ki, torpaq sahəsinin digər torpaq sahələri ilə üst-üstə düşmə halı yoxdur, torpaq sahəsinin ətrafında çoxsaylı yaşayış evləri yerləşir. Bu da torpaq sahəsinin yaşayış məntəqəsi təyinatlı olduğunu deməyə əsas verir. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli, *-**-*- **/*-*****/**** saylı məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində yerləşən 0.06 ha torpaq sahəsinin ətrafında (bitişik) qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. - Birinci instansiya məhkəməsinin cavab olaraq, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*- *****/**** saylı məktubunda göstərilmişdir ki, idarənin mütəxəssisi tərəfindən sözügedən ünvana yerli baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, faktiki torpaq sahəsi 600.0 kv.m. təşkil edir. Sahə üzərində yaşayış evi və həyət tikililəri mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən, faktiki göstərilən sahə 005013047958 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Sahə "yaşayış məntəqələrinin torpaqları" kateqoriyasına aiddir. Sözügedən sahədən hasarboyu 80 mm-lik orta təzyiqli açıq qaz xətti keçir. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli, *-**-*- **/*-*****/**** saylı məktubunda göstərilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə və faktiki olaraq 0.06 ha təşkil edir. Sahə üzərində iki ədəd yaşayış evi və köməkçi tikililər mövcuddur. Torpaq sahəsi ara sərhədi şərti olmaqla ümumi hasardaxili sahənin bir hissəsidir. Vahid elektron kadastr baza məlumatlarına əsasən, sahə "Yaşayış məntəqələrinin torpaqları" kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. Sahəyə dair digər şəxsin müraciəti mövcuddur. - Cavabdeh Bakı şəhəri Cavabdeh ##.##.2025-ci il tarixli, ***/*-Z-*-***/**** saylı məktubunda bildirilmişdir ki, Sabunçu (keçmiş Lenin) rayon XDS IK-nın ##.##.1990-cı il tarixli, */** saylı qərarı ilə Maştağa qəsəbəsi, Nizami küçəsi, ** saylı yerdə ayrılmış 600,0 kv.m. torpaq sahəsinin yerləşmə sxeminin verilməsi ilə bağlı Cavabdeh daxil olmuş ##.##.2025-ci il tarixli, *-**/*-Z-*-***/**** saylı müraciətə baxıldı. Torpaq sahəsinin ayrılması barədə ayrıc aktı, habelə həmin ərazidə torpaq sahəsinin döngə nöqtələrin koordinatlarının ayrı-ayrı vətəndaşlara verilməsinə dair Cavabdeh hər hansı bir məlumat olmadığından müraciətin təmin edilməsi imkan xaricindədir. Beləliklə, işin hallarından müəyyən olunur ki, Lenin Rayon Xalq Deputatları Soveti Icraiyyə Komitəsinin ##.##.1990-cı il tarixli, */** saylı Qərarına əsasən iddiaçının mərhum atası Müzəffər Israfil oğluna Lenin (indiki Sabunçu) rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində ** nömrəli sahədə 600 kv.m. torpaq sahəsi ayrılmışdır. Sözügedən qərar dövlət arxivinə təhvil verilmiş, lakin həmin qərarla birgə arxivə torpaq sahəsinin yerləşmə cizgisi təhvil verilməmişdir. Başqa sözlə, iddiaçı faktiki olaraq torpaqayırma barədə hüquqmüəyyənedici sənədə malik olsa da, torpaq sahəsinin yerində yerləşməsini təsdiq edən sənədi mövcud deyildir. Iddiaçı məhz həmin sənədin tərtib edilərək verilməsini cavabdehdən tələb edir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: (torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən qüvvədə olan (## ###### 2001-ci il tarixli, **-IIQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür)) 14-cü maddəsinə əsasən, müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Torpaq daimi istifadəyə rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən kolxozlara, sovxozlara, kooperativlərə, sənaye, nəqliyyat və başqa müəssisələrə, idarələrə, təşkilatlara, assosiasiyalara, səhmdar cəmiyyətlərinə, elmi tədqiqat idarələrinə, hərbi və dini təşkilatlara, respublika və xarici hüquqi şəxslərin iştirakı ilə birgə müəssisələrə, beynəlxalq birliklərə və təşkilatlara onlara həvalə edilmiş vəzifələri həyata keçirmək üçün verilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Həmin Məcəllənin 23-cü maddəsinə əsasən, vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpaqayırma aktında göstərilir. Həmin Məcəllənin 29-cu maddəsinə görə, müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Həmin Məcəllənin 57-ci maddəsinə müvafiq olaraq, yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin ## ####### 1991-ci il tarixli, 372 nöməli Fərmanına əsasən, "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (## #### 1999-cu il tarixli, *** nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (Icra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən, torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Azərbaycan Respublikası Prezidentinin # #### 2012-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin” 4.16.6-cı maddəsinə əsasən, torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, sadalanan normalardan müəyyən edildiyi kimi, istər torpaq sahəsinin ayrıldığı zaman, istərsə də hazırda qüvvədə olan torpaq qanunvericiliyi torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin - qərar, əmr, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahasinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qanunvericilik qeyd edilən torpaqayrıma ilə bağlı hərəkətlərin icrasını bilavasitə torpaqayıran quruma həvalə etmişdir. Qeyd edilən torpaqayırma prosesi başa çatdıqdan sonra ayrılmış torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınmaqla torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi hüquqların dövlət reyestrində qeydiyyatını həyata keçirən orqanın səlahiyyətlərinə aid edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin obyektiv araşdırılması üçün iş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsindən mütəxəssis rəyi alınmışdır. Həmin rəyə əsasən, iddiaçının naturada göstərdiyi torpaq sahəsinin yerləşmə koordinatları müəyyən edilmiş, təyinatına görə yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, eləcə də dövlət mülkiyyətində olan torpaq sahəsi olduğu müəyyən edilmişdir. Eyni zamanda, torpaq sahəsinin yaxınlığından hasarboyu 80 mm-lik orta təzyiqlii qaz xəttinin keçməsinə münasibətdə birinci instansiya məhkəməsi qərarında haqlı olaraq qeyd etmişdir ki, bu hal əmlaka qeydiyyatla bağlı mübahisələrdə irəli sürülən dəlillər olub, hazırkı halda torpaqayırma sənədinin ərkib hissəsi olan yerləşmə cizgisinin verilməsinə ddia mane olan hal qismində çıxış edə bilməz. Beləliklə, nə qədər ki, iddiaçıya torpaq sahəsi ayrılması barədə Lenin Rayon Xalq Deputatları Soveti Icraiyyə Komitəsinin ##.##.1990-cı il tarixli, */** saylı Qərarı hazırda da qüvvədədir, iddiaçının naturada faktiki istifadəsində olan torpaq sahəsi var və bu torpaq sahəsi yaşayış məntəqələri torpağına aid olmaqla hər hansı şəxsin qeydiyyatı ilə üst-üstə düşmür, bu halda sənəd üzrə ayrılmış 600 kv.m. ölçüdə torpaq sahəsinin yerləşmə cizgisi inzibati ərazi üzrə yerli icra hakimiyyəti orqanı tərəfindən verilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Inzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Inzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də, Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Fərid Ismayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar