Məhkəmə qərarları › İş №2-1(3-6)-1661/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1661/2026

16.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1661/2026 16.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək ona “Müharibə veteranı” adının və müvafiq vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin Cavabdeh həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Prezidentin ##.##.2020-ci il tarixli Sərəncamına əsasən, Səfərbərlik və HXÇ DX-nin Xəzər rayon idarəsindən həqiqi hərbi xidmətə qəbul edilmiş ##.##.2020-ci il tarixdən ##.##.2021-ci il tarixədək 282 və N №-li hərbi hissələrdə hərbi xidmət keçmiş, 44 günlük Vətən Müharibəsi dövründə Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunmasında iştirak etmiş, buna görə “X2 görə” medalı ilə və “Fəxri Fərmanla” təltif olunmuşdur. Lakin ona indiyədək “müharibə veteranı” adı və vəsiqəsi verilməmişdir. O, ##.##.2024-cü il tarixdə etibarnamə üzrə nümayəndəsi vasitəsi ilə cavabdehə ərizə ilə müraciət edərək ona “müharibə veteranı” adı və vəsiqəsi adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin AR Nazirlər Kabinetinə göndərilməsi barədə qərar qəbul edilməsini, belə bir qərar qəbul edilmədiyi halda əsaslandırılmış imtina cavabının onun ünvanına göndərilməsini xahiş etmişdir. Lakin müraciəti bu günə qədər cavablandırılmamışdır. Cavabdeh inzibati orqan iddiaya yazılı münasibəti məhkəməyə təqdim edilməmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki: “...Xüsusən qeyd edilməlidir ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin 2021ci il ## #### tarixli 2714 nörməli sərəncamı ilə “X2 görə” medalı ilə təltif edilmişdir. Iddiaçının ##.##.2020-##.##.2020-ci il tarixlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməsi müəyyən olunmamışdır. Belə olan halda müəyyən olunur ki, iddiaçı Nazirlər Kabinetinin *** saylı qərarı ilə ona Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün tələb olunan bütün şərtləri ödəyir.” Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı tam ləğv olunmalı və iddia mümkünsüz sayılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən həm maddi hüquq normaları, həm də prosessual hüquq normaları düzgün tətbiq edilməyərək əsassız qərar qəbul edilmişdir. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsaslara gəldikdə qeyd etmək zəruridir ki, müharibə veteranı adı müvafiq komissiyanın rəyi əsasında verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** saylı Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu - on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X5 Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin üçüncü abzasına əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ##### 2015-ci il tarixli * saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsalandırdığı hallarda iddia mümkün sayılır. Iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasa gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”sı tərəfindən iddiaçı İddiaçı barəsində onun hüquq və qanuni mənafelərini məhdudlaşdıran hər hansı inzibati akt qəbul edilməmişdir. Belə ki, Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”nın ##.##.2025-ci il tarixli *-**-**/*-****/**** nömrəli məktubuna əsasən vətəndaş İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün toplanılmış sənədlərə komissiyanın iclasında baxılaraq müsbət qərar qəbul edilmiş və razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndəriləcəyi qeyd olunmuşdur. Tərəflər arasında artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməsi barədə vəsatət “Elektron məhkəmə informasiya sistemi’’ndə yerləşdirilmişdir. Lakin iddia tələbinə baxan birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə almadan birbaşa iddia tələbini təmin edərək iddiaçı İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsini cavabdeh Cavabdeh üzərinə qoymuşdur. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Iddiaçı əlavə olaraq hüquqi marağına uyğun iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Ərizə icraata qəbul edildi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Elektron məhkəmə informasiya sistemi vasitəsilə nümayəndə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Hazırkı işdə söhbət Inzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. IPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Qanun: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. ... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Hərbi qulluqçuların statusu haqqında” ##.##.1991-ci il tarixli Qanun: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə:

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1- ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.

2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin ikinci-səkkizinci abzaslarında qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım Ismayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X5 Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

Apellyasiya şikayətinin dəlillərinə münasibət:

Məhkəmə kollegiyası əvvəla diqqətə çatdırır ki, cavabdeh inzibati orqan apellyasiya şikayətində qeyd etmişdir ki, Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”sı tərəfindən iddiaçı İddiaçı barəsində onun hüquq və qanuni mənafelərini məhdudlaşdıran hər hansı inzibati akt qəbul edilməmişdir. Belə ki, Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”nın ##.##.2025-ci il tarixli *-**-**/*-****/**** nömrəli məktubuna əsasən vətəndaş İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün toplanılmış sənədlərə komissiyanın iclasında baxılaraq müsbət qərar qəbul edilmiş və razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndəriləcəyi qeyd olunmuşdur. Tərəflər arasında artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməsi barədə vəsatət “Elektron məhkəmə informasiya sistemi’’-ndə yerləşdirilmişdir. Lakin iddia tələbinə baxan birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə almadan birbaşa iddia tələbini təmin etmişdir. Hesab edir ki, iddia mümkün sayılmamalıdır. Qeyd edilən hal mübahisənin məhkəmədən kənar həllinə və bu əsasla IPM-in 67.3cü maddəsinə əsasən məhkəmə baxışına xitam verilməsinə o zaman əsas ola bilərdi ki, cavabdeh orqan məhkəmə icraatı gedişində iddianın təmin edilməsi istiqamətində hər hansı hərəkət etmiş olardı. Iş materiallarından göründüyü kimi, eyni zamanda apellyasiya şikayətində qeyd edildiyi kimi Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”nın ##.##.2025-ci il tarixli *-**-**/*-****/**** nömrəli məktubuna əsasən vətəndaş İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün toplanılmış sənədlərə komissiyanın iclasında baxılaraq müsbət qərar qəbul edilmiş və razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndəriləcəyi qeyd olunmuşdur. Ancaq hazırkı iş üzrə qərar qəbul edilən günədək, eyni zamanda apellyasiya icraatı zamanı müvafiq sənədlərin Nazirlər Kabinetinə göndərilməsinin cavabdeh tərəfindən təmin edilməsi, iddiaçıya müharibə veteranı statusu və vəsiqəsinin verilməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Göründüyü kimi, tərəflər arasında hazırda real mübahisə mövcuddur. Bununla da məhkəmə kollegiyası diqqətə çatdırır ki, hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılaraq qərar qəbul etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Inzibati işin mahiyyəti ilə bağlı ilk olaraq məhkəmə kollegiyası aşağıdakı sənədləri nəzərdən keçirir. - AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən ##.##.1980-cı il təvəllüdlü İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Neft Daşları, * nömrəli yataqxana ünvanında qeydiyyatdadır. - N nömrəli Hərbi Hissə tərəfindən verilən ##.##.2021-ci il tarixli Fəxri Fərmana əsasən İddiaçı Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunmasında fəaliyyətinə, yüksək intizamına, bacarığına və vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə təltif edilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilən ##.##.2022-ci il tarixli ************* nömrəli “Vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair” Elektron Arayışa əsasən ##.##.1980-cı il tarixli İddiaçı ##.##.2002-##.##.2003, ##.##.2020-##.##.2021-ci il tarixlərində həqiqi hərbi xidmət keçmişdir. Ehtiyyata buraxılma səbəbi: xidməti müddəti başa çatdığına görə. - İ-***** nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikası Prezidentinin ##.##.2021-ci il tarixli **** nömrəli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. - Bakı Inzibati Məhkəməsinin sorğusuna cavab olaraq Cavabdeh tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *-**-**/*-***/**** nömrəli məktubla bildirilmişdir ki, N nömrəli hərbi hissənin sənədləri, Azərbaycan Respublikası Müdafiə Nazirinin 2020-ci il tarixli məxfi əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilmədiyindən İddiaçı N nömrəli hərbi hissədəki xidməti və *** nömrəli, N nömrəli Hərbi Hissələrin sentyabr-noyabr 2020-ci il tarixində döyüş şəraitində olan hərbi hissələr olub-olmaması barədə araşdırma aparıla bilməmişdir. Həmin məktubla təqdim edilən sənədlərdən görünür ki: - N nömrəli Hərbi Hissə komandirinin ##.##.2020-ci il tarixli ** nömrəli Əmrinə əsasən “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ######## 2020-ci il tarixli Sərəncamına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrindən zabitlərin həqiqi hərbi xidmətinə qəbul edilmiş ehtiyatda olan zabitlər ## ###### 2020-ci il tarixdən N nömrəli hərbi hissədən gəlmiş hesab edilsinlər, şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilsinlər, müvafiq vəzifələrin qəbuluna və icrasına başlasınlar:

6. R İddiaçı, hərbi hissənin 5-ci taborunun rabitə taqımının komandiri(hərbi rütbəsi R yazılmışdır)-Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon Idarəsində qeydiyyatdadır. Əsas: Azərbaycan Respublikası Müdafiə Nazirinin ##.##.2020-ci il tarixli *** nömrəli əmrindən çıxarış. - N nömrəli Hərbi Hissə komandirinin ** nömrəli Əmrinə əsasən “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ######## 2020-ci il tarixli Sərəncamına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq idarə, şöbə və bölmələrindən çağırılaraq 2-ci Tamamlama mərkəzindən (N №-li hərbi hissə) göndərilmiş ehtiyatda olan zabitlər ## ###### 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilsinlər, müvafiq vəzifələrin qəbuluna və icrasına başlasınlar:

6. R İddiaçı, hərbi hissənin 5-ci taborunun rabitə taqımının komandiri(hərbi rütbəsi R yazılmışdır). Əsas: Azərbaycan Respublikası Müdafiə Nazirinin ##.#.2020ci il tarixli ***** nömrəli əmrindən çıxarış. - N nömrəli Hərbi Hissə komandirinin ##.##.2021-ci il tarixli *** nömrəli Əmrinə əsasən R İddiaçı, 5-ci motoatıcı taborunun rabitə taqımının komandiri, Dövlət Sərhəd Xidmət rəisinin ## ###### 2021-ci il tarixli 177 ş/h nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən tərxis edildiyinə görə, işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin, ## ###### 2021-ci il tarixindən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılsın və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinə göndərilsin. R İddiaçı, Azərbaycan Respublikası Müdafiə nazirinin ## ####### 2017-ci il tarixli ** nömrəli qərarında nəzərdə tutulmuş birdəfəlik pul mükafatını tam həcmdə almağa layiqdir. R İddiaçı, 2021-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilməyib, 2021-ci ilin növbəti məzuniyyətindən 15 gün istifadə edib, 1 (misli) vəzifə maaşı həcmində əlavə pul təminatı ödənilməyib, (hərbi rütbəsi “R” yazılmışdır). Əsas: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Rəisinin ##.##.2021-ci il tarixli 177 ş/h nömrəli əmrindən çıxarış. - Bakı Inzibati Məhkəməsinin sorğusuna cavab olaraq Füzuli Hərbi Prokurorluğunun ##.##.2025-ci il tarixli *-*-***/*-**-****/** nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı barəsində Füzuli Hərbi Prokurorluğunda təqsirləndirici material və cinayət işi yoxdur. - Cavabdeh N nömrəli Hərbi Hissənin İddiaçı ünvanladığı ##.##.2022-ci il tarixli **** nömrəli cavab məktubunda göstərilmişdir ki, İddiaçı ##.##.2020-ci il tarixdə səfərbərliklə N nömrəli hərbi hissəyə gətirilmiş və ##.##.2020-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrinə əsasən N nömrəli Hərbi Hissəyə köçürülmüsünüz. Odur ki, Vətən müharibəsi zamanı xidmət keçdiyiniz N nömrəli hərbi hissə döyüş əməliyyatları zamanı tamamlama mərkəzi kimi fəaliyyət göstərdiyinə görə birbaşa döyüş əməliyyatlarında iştirak etmədiyi üçün "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, şəxsi işinizdə müvafiq qeydlərin düzgün yazılması və "Müharibə veteranı" adının və vəsiqəsinin verilməməsi üçün N nömrəli Hərbi Hissə komandanlığına müraciət etməyiniz məqsədəuyğun hesab olunur. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhər Xəzər Rayon Idarəsi tərəfindən verilən ##.##.2021-ci il tarixli *** nömrəli Arayışa əsasən 1980-cı il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il tarixli Sərəncamına və Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanununa əsasən ##.##.2020-ci il tarixdə qismən səfərbərliklə hərbi xidmətə cəlb edilmiş müvafiq hərbi hissəyə təhvil verilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Rəisinin ##.##.2021-ci il tarixli *** nömrəli əmrinə əsasən ##.##.2021-ci il tarixdə hərbi xidmətdən tərxis olunub, ##.##.2021-ci il tarixdə SHXÇDX nın Xəzər Rayon Idarəsində qeydiyyata alınıb. - EZ seriyalı ******* nömrəli Hərbi Biletə əsasən ##.##.1980-cı il təvəllüdlü İddiaçı ##.##.2001-ci il tarixdə hərbi and içmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin ##.##.2001-ci il tarixli ***st nömrəli əmrinə əsasən “R” hərbi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin ##.##.2020-ci il tarixli ****rt nömrəli əmrinə əsasən “R” hərbi rütbəsi verilmişdir. SHXÇDX-nin Yevlax Rayon Idarəsi tərəfindən ##.##.2002-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətə çağırılmış və ##.##.N-ci ildə hərbi hissəyə göndərilmişdir. SHXÇDX-nin Xəzər Rayon Idarəsi tərəfindən ##.##.2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətə çağırılmış və ##.##.N-ci ildə hərbi hissəyə göndərilmişdir. ##.##.2021-ci ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Rəisinin ##.##.2021-ci il tarixli 177 ş/h nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyyata və ya istefaya buraxılmışdır. ##.##.2003-cü il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə 156-cı maddəsinin a bəndinə (xidmət müddəti başa çatdığına görə) əsasən ehtiyyata təxris olunub. AR Müdafiə Nazirliyinin ##.##.2020-ci il **** №-li AR DSX rəisinin ##.##.2020-ci il **** nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 84-cü maddəsinə müvafiq olaraq hərbi xidmətini davam etdirmək üçün AR DSX Rəisinin sərəncamına əsasən ezam olunub. “Həqiqi hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə müvafiq olaraq tutduğu vəzifədən azad olunaraq DSX-də həqiqi hərbi xidmətdən AR SQ-in ehtiyyatına buraxılıb. - Bakı Inzibati Məhkəməsinin sorğusuna cavab olaraq Cavabdeh ##.##.2025-ci il tarixli *-**-**/*-****/**** nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Ordusunun “Vətən Müharibəsi” zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası Müdafiə Nazirinin ##.##.2021ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli Hərbi Hissə döyüş əməliyyatlarında iştirak etmişdir. Hazırkı iş materiallarından görünür ki, cavabdeh inzibati orqan iddiaçının tələbini təmin etməmiş, bu zaman Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2021-ci il ## ###### tarixli *** nömrəli Qərarının 1.1-ci, 1.2-ci və 1.3-cü yarımbəndlərində qeyd olunan tələblərə (meyarlara) uyğun gəlmədiyini əsaslandırmamışdır. Məhkəmə kollegiyası qeyd edilənlərdə bağlı diqqətə çatdırır ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamənin normalarından göründüyü kimi, mülki şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün: 1) O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən oktyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etməli, yəni döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmalı; 2) bu fakt hərbi biletlər (hərbi xidmət keçməmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında öz təsdiqini tapmalıdır. Yuxarıda sadalanan sənədlərdən də aydın olduğu kimi hazırkı iş üzrə iddiaçıya münasibətdə qeyd olunan tələblər ödənilmişdir. Inzibati işin həm birinci instansiya, həm də apellyasiya icraatı zamanı araşdırılmış hallarından müəyyən edilir ki, iddiaçı SHXÇDX-nin Xəzər rayon çağırış komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış və Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ######## 2020-ci il tarixli Sərəncamına əsasən ##.##.2020-ci il tarixdən ##.##.2021-ci il tarixədək 282 və N nömrəli Hərbi Hissələrdə həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Rəisinin ##.##.2021-ci il tarixli 177 ş/h nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, sözügedən Əsasnamənin yuxarıda sadalanan bəndlərindən də aydın olur ki, müvafiq əsaslar olduqda müharibə veteranı adı və vəsiqəsinin verilməsi səlahiyyətini icra edən orqanlar müvafiq komissiyaya malik olmalı və həmin komissiyanın rəyi nəzərə alınmaqla müharibə veteranı adı və vəsiqəsi verilməlidir. Hazırkı halda isə qeyd edilməlidir ki, iddiaçıya münasibətdə komissiyanın rəyi müsbət olmuşdur. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, iş üzrə təqdim edilmiş və birinci instansiya icraatı zamanı verilmiş məhkəmə sorğuları ilə əldə edilmiş sənədlər iddiaçının 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Vətən Müharibəsi dövründə işğal altında olmuş ərazilərində döyüş əməliyyatlarında iştirakını sübut etmək üçün kifayət edir. Belə ki, N saylı hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli ** nömrəli, ##.##.2020- ci il tarixli ** nömrəli əmrlərindən görünür ki, iddiaçı ## ###### 2020-ci il tarixdən N nömrəli hərbi hissədən N nömrəli Hərbi Hissəyə göndərilmiş və N nömrəli Hərbi Hissənin şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilməklə, hərbi hissənini 5-ci taborunun rabitə taqımının komandiri kimi xidmətə başlamış, ##.##.2021-ci il tarixli *** nömrəli əmrə əsasən iddiaçı ##.##.N-ci ildən hərbi hissəninin şəxsi heyət siyahısında və bütün növ təminatlardan çıxarılmışdır. Məhkəmə sorğusuna cavab olaraq Cavabdeh ##.##.2025-ci il tarixli cavab məktubundan da iddiaçının xidmət keçdiyi N nömrəli Hərbi Hissənin “Vətən Müharibəsi” zamanı döyüş əməliyyatlarında iştirak etdiyi göstərilmişdir. Beləliklə, ##.##.2020-##.##.2020-ci il tarixlərdə iddiaçının döyüş əməliyyatlarında iştirak edən N nömrəli Hərbi Hissənin 5-ci taborunun rabitə taqımının komandiri olduğu, döyüş əməliyyatlarında iştirakı məhkəmə araşdırmaları nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası tərəfindən xüsusilə diqqətə çatdırılır ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin 2021-ci il ## #### tarixli **** nömrəli sərəncamı ilə “X2 görə” medalı ilə təltif edilmişdir. Apellyasiya baxışı zamanı da məhkəmə kollegiyası tərəfindən həmin medala baxış keçirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından da aydın olduğu kimi iddiaçının ##.##.2020-##.##.2020-ci il tarixlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməsi müəyyən olunmamışdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini haqlı sayaraq bir daha diqqətə çatdırır ki, iddiaçı Nazirlər Kabinetinin *** saylı qərarı ilə ona Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün tələb olunan bütün şərtləri ödəyir. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mahiyyəti üzrə araşdırmanı tam apararaq iddiaçının tələbini təmin edərək “Müharibə veteranı” adının və müvafiq vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin Cavabdeh həvalə olunması nəticəsinə gəlsə də, apellyasiya araşdırması zamanı iddiaçı tərəfindən dəqiqləşdirilmiş iddia ərizəsi təqdim edilmiş və həmin ərizə icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin Qeyd hissəsində belə bir tənzimləmə öz əksini tapmışdır ki, bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının *- *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli Qərarında qeyd edilmişdir ki:

32. Qeyd olunan normanın tətbiqinə münasibətdə kollegiya hesab edir ki, həmin müddəa hakimiyyətlər bölgüsünə və icra hakimiyyətinin vahidliyinə dair konstitusion prinsiplər nəzərə alınmaqla təfsir olunmalıdır. Bu mənada, normanın məqsədi də nəzərə alındıqda o, müstəsna olaraq icra hakimiyyətinin öz daxilində müharibə veteranı adının verilməsi ilə bağlı aparılan inzibati icraat daxilində tətbiq edilən qayda kimi çıxış edir. Başqa sözlə, inzibati icraat daxilində şəxsə müharibə veteranı adının verilməsi ilə bağlı məsələni həll edərkən Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla hərəkət edə bilər. Bu qaydada davranma vahid icraat daxilində şəxs üçün əlverişli inzibati aktın çıxarılması ilə nəticələndiyi hallarda yol veriləndir.

33. Bundan fərqli olaraq, şəxsə müharibə veteranı adının verilməsindən imtina olunduqda, hazırkı işin hallarına münasibətdə həmin imtina icra hakimiyyətinin adından Müdafiə Nazirliyi tərəfindən edilir. Öz növbəsində, məhkəmə tərəfindən iddianın təmin olunması ilə bağlı qərar işin hallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən edilmiş faktlara müvafiq maddi hüquq normalarının tətbiq edilməsi ilə çıxarılır. Belə qərar iddiaçının müharibə veteranı adının verilməsi ilə bağlı tələbinin artıq təmin edilməli olduğu nəticəsini yaradır. Ona görə də, məhkəmə mübahisələri yarandıqda cavabdeh qismində də imtinanı verən orqan çıxış etməlidir. Nəzərə almaq lazımdır ki, icra hakimiyyətinin vahidliyi prinsipinə görə icra hakimiyyətini təmsil edən inzibati orqanlar məhkəmə icraatında vahid icra hakimiyyətini təmsil edirlər. Həmin orqanlar məhkəmədə mübahisəyə baxılması ilə bağlı öz hüquqlarının və maraqlarını deyil, təmsil etdikləri dövlətin, o cümlədən icra hakimiyyəti sisteminin maraqlarını qoruyurlar. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq icra hakimiyyəti orqanlarını təmsil edən inzibati orqanlar vahid hakimiyyət qolunun tərkibi olaraq məhz icra hakimiyyətinin adından inzibati fəaliyyəti həyata keçirir və səlahiyyətlərinə aid məsələlərə dair qərarlar qəbul edirlər. Əks hal, dövlətin icra hakimiyyəti qolunun tərkibinə daxil olan qeyri-məhdud sayda inzibati orqanların məhkəmə icraatına lüzumsuz olaraq qoşulmasına rəvac verə bilər. Belə ki, hər hansı bir icra hakimiyyəti orqanının inzibati məhkəmə icraatında iştirak edərək dövləti təmsil etməsi həmişə bütün digər icra hakimiyyəti orqanlarının həmin icraata cəlb olunmasını şərtləndirmir. Bu zaman onu da nəzərə almaq lazımdır ki, icraatda iştirak edən icra hakimiyyəti orqanını təmsil edən inzibati orqan tam hüquqla proses iştirakçısı kimi vahid icra hakimiyyəti sisteminin maraqlarının müdafiəsi ilə bağlı bütün mümkün hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanına malik olur.” Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, birinci instansiya məhkəməsi tərəfindən araşdırma tam və əsaslı aparılaraq yekunda iddiaçının tələbinin təmini nəticəsinə gəlindiyindən, birinci instansiya məhkəməsinin qərarı tələb “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Cavabdeh üzərinə qoyulması” kimi göstərilməklə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə:

Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı tələb “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Cavabdeh üzərinə qoyulması” kimi göstərilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar