Məhkəmə qərarları › İş №2-1(3-6)-1665/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1665/2026

06.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1665/2026 06.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə qarşı əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), X6 və X5 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı Qazi Eyvaz Qurban oğlununun, cavabdehin nümayəndəsi X2 iştiraklarıı ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2018-ci il tarixli *** nömrəli X3 Qurban oğluna “Sağ gicgah nahiyyəsində 2sm ölçüdə və üz hissəsində çoxlu qəlpə yaraları” (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhəri Səbail rayon idarəsinin ##.##.2018-ci il tarixli ** nömrəli göndərişi, ##.##.2018-ci il tarixli ** nömrəli arayışı, Şərur rayon mərkəzi xəstəxanasından verilmiş ##.##.1992-ci il tarixli çıxarış epikrizi, Sumqayıt şəhər məhkəməsinin ##.##.2018-ci il tarixli iş №*(***)- ***/**** saylı Qiyabi qətnaməsi, Naxçıvan Muxtar Respublikasının hərbi prokurorluğunun ##.##.2017-ci il tarixli **/**** nömrəli məktubu, MN MHHK-nın həkim mütəxəssis-cərrahın rəyi ilə təsdiq edilir), “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” qeyd edilmişdir.

2. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair iddiaçıya SMS vasitəsi ilə göndərilmiş məlumatdan görünür ki, ##.##.2025-ci il tarixli göndəriş əsasında iddiaçının əlillik vəziyyəti qiymətləndirilmiş və ona diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X10-sosial ekspert komissiyasının *-**-*/*-*- ****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarında göstərilmişdir: Obyektiv müayinə: başağrıları, qıcolma tutmalarından şikayətlənmişdir. Anamnestik məlumatlarında tutmalarının ay ərzində ~1 (bir) dəfə baş verdiyini, həmin vaxt qışqıraraq qeyri-ixtiyari hərəkətlər etdiyini bildirmiş, medikamentoz preparatlardan “Depakine”, “Clonazepam” qəbul etdiyini qeyd etmişdir. Müayinə zamanı həyəcanlı, tərli olmuş, arterial təzyiqi 200/100 mm cv st, nəbzi ~110-120 vurğu olmuş, taxikardiya müşahidə edilmişdir. Nevroloji müayinə:(Zəkiyeva Kimayə)- Təqdim edilmiş EEQ müayinə nəticəsinə əsasən epikativlik aşkarlanmamış, hal-hazırda əlillik təyinatına əsas verə biləcək nevroloji patologiya qeyd edilməmişdir. Psixiatrik müayinə:(Mehtizadə Şəhla) Bələdliyi bütün istiqamətlərdə saxlanılmış, zahirən geyimi səliqəli, mimikası situasiyaya uyğun olmuşdur. Ünsiyyətə daxil olmuş, verilən suallara qısa məzmunlu, adekvat cavablar vermişdir. Aparılmış müalicələr barədə məlumat verə bilməmiş, başın sağ təpə nahiyəsində çapıq izlənilmişdir. DTSERA-da aparılmış laborator və İnstrumental müayinələrin adı: Transtorakal Exokardioqrafiya müayinəsi. DTSERAda aparılmış Transtorakal Exokardioqrafiya müayinə nəticəsinə əsasən ürək funksiyasında əlillik təyinatına əsas verə biləcək patofunksional dəyişikliklər aşkarlanmamışdır. Həmçinin anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, əlillik təyinatına əsas verən nevroloji və psixi defisit müşahidə edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

4. Məhkəmənin iş üzrə ##.##.2025-ci il tarixli qərardadı ilə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilməsi qərara alınmışdır. İş üzrə məhkəməyə daxil olmuş **** nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: İ.Motivləşdirici hissə. Yoxlanılan şəxs İddiaçı hazırda “ÜZVİ (TRAVMA MƏNŞƏLİ) ŞƏXSİYYƏT POZUNTUSU, DEPRESSİV DAXİLOLMALAR, KOQNİTİV FUNKSİYALARIN ENMƏSİ VƏ ANAMNEZİNDƏ QICOLMA TUTMALARI İLƏ” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (döyüşlərdə kəllə-beyin travması alması, bundan sonra baş ağnlanndan əziyyət çəkməsi, yaddaşının zəifləməsi, qıcolma tutmalannın müşahidə edilməsi, əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, əsəb gərginlik anlannda özünə xəsarət yetirməsi, gecə yuxusunun pozulması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasında “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyalann enməsi, tez-tez baş verən qıcolma tutmaln ilə, dekompensasiya dövrü” diaqnozu təyin edilməsi) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. İ İ.Yekun hissəsi: İnzibati işin materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır. 1-ci sual: ##.##.1966-cı il təvəllüdlü iddiaçı İddiaçı canlı müayinə olunmaqla onun xəstəlik (xəstəliklər) diaqnozu müəyyən edilsin. Cavab: Yoxlanılan şəxs İddiaçı hazırda “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi və anamnezində qicolma tutmalari İlə” (F07.0) aşkar edilir. 2-ci sual: İddiaçı əlillik dərəcəsi təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Eksperta və Reabilitasiya Agentliyinə ünvanlanmış ##.##.2018-ci il tarixli, *******AAB*F nömrəli və ##.##.2025-ci il tarixli Q********BBP nömrəli Forma 88 göndərişlərində qeyd olunmuş xəstəliklər müəyyən olunurmu? Cavab: Yoxlanılan şəxs İddiaçı əlillik dərəcəsi təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Eksperta və Reabilitasiya Agentliyinə ünvanlanmış ##.##.2018-ci il tarixli, *******AAB*F nömrəli və ##.##.2025-ci il tarixli Q********BBP nömrəli Forma 88 göndərişlərində qeyd olunmuş xəstəliklər müəyyən olunur. 3-cü sual: İddiaçı canlı müayinəsi zamanı onda tibb müəssisəsinin Forma 88 göndərişlərində olan xəstəliklərdən başqa hər hansı daimi xəstəlik (xəstəliklər) müəyyən olunurmu? Əgər müəyyən olunursa həmin xəstəlik (xəstəliklər) Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli No 187 qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü? Cavab: Bu sualı cavablandırmaq məhkəmə psixiatrik ekspertizasının səlahiyyətlərinə aid deyil. 4-cü sual: İddiaçı canlı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qusurlar (X11 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodlara uyğun göstərilməklə aşkar olunur? Cavab: Yoxlanılan şəxs İddiaçı hazırda “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi və anamnezində qicolma tutmalari İlə” (F07.0) aşkar edilir. 5-ci Sual: İddiaçı canlı müayinəsində xəstəliklərinin qiymətləndirilməsi zamanı onda kəllə-beyin travma nəticəsində ağır dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu müəyyən olunurmu? Cavab: Yoxlanılan şəxs X1 hazırda “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnİtİv funksİyalarin enməsi və anamnezində qicolma tutmaları İlə” (F07.0) müəyyən edilir. 6-cı sual: İddiaçı canlı müayinəsində xəstəliklərinin qiymətləndirilməsi zamanı koqnitiv funksiyaların enməsi, tez-tez baş verən qicolma tutmaları ilə dekompensasiya dövrü müəyyən olunurmu? Cavab: İddiaçı canlı müayinəsində xəstəliklərinin qiymətləndirilməsi zamanı koqnitiv funksiyaların enməsi, tez-tez baş verən qicolma tutmaları ilə dekompensasiya dövrü müəyyən olunur.”

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əlilliyinin müəyyənləşdirilməməsinin qanunsuz hesab edilməsi; onun əlilliyinin düzgün müəyyənləşdirilməsinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

6. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “##.##.2025-ci il tarixli göndəriş əsasında ##.##.2025-ci il tarixdən orqanizmin funksiyaları 35-60 faiz pozulmaqla Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır səbəb əlaqəsi göstərilməklə 2 il müddətinə əlillik təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul edilməsini xahiş etmişdir

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış Naxçıvan Muxtar Respublikasının hərbi Prokurorluğunun ##.##.2017-ci il tarixli **/**** nömrəli məktubunda barəsində cinayət işi olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən Sədərək rayonunda döyüş zamanı ##.##.1992-ci ildə aldığı və ##.##.1992-ci ildən ##.##.1992-ci ilə kimi Şərur rayon mərkəzi xəstəxanasinda müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: "Sag gicgah nahiyyəsində 2 sm ölçüdə və üz hissəsində çoxlu qəlpə yaraları" (Azərbaycan Respublikası SHXÇDX-nm Bakı şəhəri Səbail rayon idarəsinin ##.##.2018-ci il tarixli ** nömrəli göndərişi, ##.##.2018-ci il tarixli ** nömrəli arayışı, Şərur rayon mərkəzi xəstəxanasından verilmiş ##.##.1992ci il tarixli çixarış epikrizi, Sumqayıt şəhər Məhkəməsinin ##.##.2018-ci il tarixli iş №*(***)-***/**** saylı Qiyabi qətnaməsi, Naxçıvan Muxtar Respublikasının hərbi Prokurorluğunun ##.##.2017-ci il tarixli **/**** nömrəli məktubu, MN MHHK-nm həkim mütəxəssisi- cərrahın rəyi ilə təsdiq edilir). “HƏRBİ TRAVMADIR, AZƏRBAYCAN RESPUBLİKASININ MÜDAFİƏSİ ZAMANI ALINMIŞDIR. ” Dz: keçirilmiş kəllə beyin travması, davamlı qalıq əlamətləri, posttravmatik ensofalopatiya. tonik qıc olma tutmaları, epilepsiya tutmaları ayda 10-11 dəfə, vertebrobazikulyar sistemin qan dövranının çatışmamazlığı, hipertoniya xəstəliyi 2ci dərəcəli, Ü.İ.X, gərginlik stobil stenokardiyası 2-3-cü dərəcəli, gicgah nahiyyəsində və üz hissəsində çoxlu sayda qəlpə yaralarından sonrakı kobud çapıqlar, kəskin nevrotik vəziyyət. Nəticədə düzgün aparılmayan müayinələr nəticəsində diaqnoz əlillik təyin etməməsi cavabı verilmişdir. Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sistemində ona əlillik verilməsindən imtina edilməsi cavabı verilmişdir.

8. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, iddiaçının ##.##.2025-ci il tarixində əyani müayinəsi zamanı anamnestik məlumatlarında tutmalarının ay ərzində ~1 (bir) dəfə baş verdiyini, həmin vaxt qışqıraraq qeyri-ixtiyari hərəkətlər etdiyini bildirmiş, medikamentoz preparatlardan “Depakine”, “Clonazepam” qəbul etdiyini qeyd etmişdir. Müayinə zamanı həyəcanlı, tərli olmuş, arterial təzyiqi 200/100 mm cv st, nəbzi ~110- 120 vurğu olmuş, taxikardiya müşahidə edilmişdir. Təqdim edilmiş EEQ müayinə nəticəsinə əsasən epikativlik aşkarlanmamış, hal-hazırda əlillik təyinatına əsas verə biləcək nevroloji patologiya qeyd edilməmişdir. Bələdliyi bütün istiqamətlərdə saxlanılmış, zahirən geyimi səliqəli, mimikası situasiyaya uyğun olmuşdur. Ünsiyyətə daxil olmuş, verilən suallara qısa məzmunlu, adekvat cavablar vermişdir. Aparılmış müalicələr barədə məlumat verə bilməmiş, başın sağ təpə nahiyəsində çapıq izlənilmişdir. DTSERAda Transtorakal Exokardioqrafiya müayinəsi həyata keçirilmişdir. DTSERA-da aparılmış Transtorakal Exokardioqrafiya müayinə nəticəsinə əsasən ürək funksiyasında əlillik təyinatına əsas verə biləcək patofunksional dəyişikliklər aşkarlanmamışdır. HəmÁinin anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, əlillik təyinatına əsas verən nevroloji və psixi defisit müşahidə edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddianın təmin edilməsi, ##.##.2025-ci il tarixli göndəriş əsasında ##.##.2025-ci il tarixdən orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar alınmışdır” səbəb əlaqəsi göstərilməklə 2 il müddətinə İddiaçı əlillik təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.

10. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

b) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi sadəcə anamnestik məlumatlar əsasında tərtib edilən həkim rəylərinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmiş, göndərişdə qeyd olunan reabilitasiya potensiallı xəstəlik əlillik səviyyəsində öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

13. Məhkəmədə iddiaçı ərizəsinə uyğun izahat verərək, apellyasiya şikayətinin rədd edilməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını, cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X10-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: ... 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; ... 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

18.Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. 19.Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.2 maddələrinə əsasən)

21. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 14-17-ci bəndləri) əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalıdır.

22. Belə ki, iddiaçı ##.##.2025-ci il tarixli göndəriş əsasında ##.##.2025-ci il tarixdən orqanizmin funksiyaları 35-60 faiz pozulmaqla Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır səbəb əlaqəsi göstərilməklə ona 2 il müddətinə əlilliyin təyin olunmasını tələb edir.

23. Cavabdeh orqan isə diaqnozun əlillik əlaməti təyin etməməsinə əsaslanaraq əliliyin təyinatından imtina etmişdir.

24. İş materiallarından görünür ki, Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən iddiaçı İddiaçı olan “Sağ gicgah nahiyyəsində 2 sm ölçüdə və üz hissəsində çoxlu qəlpə yaraları” diaqnozunun “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı verilmişdir. Göründüyü kimi, iddiaçının diaqnozunda qeyd olunan xəstəliklərin səbəbi kimi hərbi travma olması və Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınması göstərilmişdir. Bakı Azərbaycan Xəzər Dəniz gəmiçiliyi QSC Sosial İnkişaf İdarəsi MDX tərəfindən verilmiş ##.##.2018-ci il tarixli *******AAB*F nömrəli Göndərişdə göstərilmişdir ki, iddiaçı müəssisəyə ##.##.2017-ci il tarixdə daxil olmuş, ##.##.1992-##.##.1992-ci il, ##.##.2017-##.##.2018-ci il tarixlərdə müxtəlif müəssisələrdə müayinə və müalicələrdə olmuşdur. Əsas diaqnoz: S06.0 kodu, Baş beynin silkələnməsi, Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Ağırlaşma: G93.4 kodu, Dəqiqləşdirilməmiş ensefalopatiya, Posttravmatik ensefalopatiya, tonik klonik qıcolma tutmaları ilə, G40 kodu, Epilepsiya, Epilepsiya, tutmaların sayı ayda 9-11 dəfə, G45.0 kodu, Vertebrobazilyar arterial sistem sindromu, Vertebro bazilyar sisteminin qan dövranı çatmamazlığı. Bakı Azərbaycan Xəzər Dəniz gəmiçiliyi QSC Sosial İnkişaf İdarəsi MDX tərəfindən verilmiş ##.##.2018-ci il tarixli *******AAB*F nömrəli Göndəriş əsasında iddiaçıya 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Daha sonra iddiaçı barəsində Bakı * nömrəli X9 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli Q********BBP nömrəli Göndərişdə göstərilmişdir ki, iddiaçı müəssisəyə ##.##.2025-ci il tarixdə daxil olmuş, ##.##.1992-##.##.1992-ci il, ##.##.2023- ##.##.2025-ci il tarixlərdə müxtəlif müəssisələrdə müayinə və müalicələrdə olmuşdur. Əsas diaqnoz: F07.0 kodu, Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, tez-tez baş verən qıcolma tutmaları ilə, dekompensasiya dövrü. Cavabdehin ##.##.2025-ci il tarixli imtina qərarından görünür ki, Bakı * nömrəli X9 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli Q********BBP nömrəli Göndəriş əsasında ##.##.2025-ci il tarixdə iddiaçının əlillik vəziyyəti qiymətləndirilmiş və ona diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir.

25. Eyni zamanda işin apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı ilkin olaraq ##.##.2018-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə 5 il müddətinə (##.##.2023-cü il tarixinədək) əlillik təyinatı aparılmışdır. Daha sonra dövlət tibb müəssisəsinin göndərişi və müraciəti əsasında İddiaçı ##.##.2025-ci il tarixində Agentlikdə qəbulda olmuşdur.Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik səviyyəsində ağırlaşmalar aşkar olunmadığından, ##.##.2025-ci il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

26. Göründüyü kimi iddiaçıya verilən şəhadətnamədə göstərilən xəstəliklə göndərişdə qeyd olunan əsas diaqnoz (F07.0) arasında səbəbli əlaqə müəyyən olunduğu müəyyən olunur və bu hal iş materiallarında olan ekspert rəyində və forma 88 arayışında da təsdiq olunur.

27. Odur ki, iddiaçıda olan xəstəliklər ona əlilliyin təyininə əsas versə də, cavabdeh inzibati orqan bu halı nəzərə almamış, səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmişdir.

28. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

29. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar