Məhkəmə qərarları › İş №2-1(3-6)-1679/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1679/2026

23.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1679/2026 23.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Ceyhun Bəşir oğlundan (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə, İddiaçı Səfərova Məhluqə Nəcəf qızının cavabdeh Cavabdeh qarşı “ümumilikdə 6185,07 manat məbləğində verginin və faiz məbləğlərinin ödənilməsi, cavabdehin vergi ödəyiciləri haqqında ** saylı və ** saylı ##.##.2024-cü il tarixli aktları əsasında qəbul edilmiş ##.##.2024cü il tarixli, ** saylı iclasının qərarlarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumilikdə 6185,07 manat məbləğində verginin və faiz məbləğlərinin ödənilməsi, cavabdehin vergi ödəyiciləri haqqında ** saylı və ** saylı ##.##.2024-cü il tarixli aktları əsasında qəbul edilmiş ##.##.2024-cü il tarixli, ** saylı iclasının qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəfindən 2024-cü ildə, Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsindən götürdüyü sənədlərdən məlum olmuşdur ki, Bakı şəhəri Cavabdeh tərəfindən ona qarşı qərəzli şəkildə, faiz məbləğləri ilə birikdə, 2021-ci, 2022-ci və 2023-cü illərə görə ümumilikdə-6185,07 manat məbləğində vergi məbləğinin ödənilməsi öhdəliyi qoyulmuşdur. Belə ki, Bakı şəhəri Cavabdeh Yerli (bələdiyyə) vergi ödəyiciləri haqqında ** saylı və ** saylı ##.##.2024-cü il tarixli Aktı əsasında, Mərdəkan Bələdiyyəsinin ##.##.2024- cü il tarixli ** saylı iclasının Qərarı ilə Vergi Məcəlləsinin 198.1.1.-ci maddəsinə əsasən hesablanmış əmlak vergisini, 206.3.-cü maddəsinə əsasən hesablanmış torpaq vergisini və həmin Məcəllənin 59.1.-ci maddəsinə əssən vergi borcu üzrə hesablanmış faizləri ödəmədiyi üçün Vergi Məcəlləsinin 53.1-ci maddəsinə, "Yerli(bələdiyyə) vergiləri və ödənişləri haqqında" Qanunun 13-cü, "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 2.1.-ci, 3.1.ci və 6.1.8-ci maddələrinə istinad edilməklə, 2021-ci, 2022-ci və 2023-cü illərə görə ümumilikdə - 6185,07 manat məbləğində vergi məbləğinin ödənilməsinin təmin edilməsi məqsədi ilə Xəzər rayon İcra Şöbəsinə müraciət edilmişdir. İcra Şöbəsində olan həmin sənədlərdən eyni zamanda o da məlum olmudur ki, bu müraciətdən əvvəl isə cavabdeh – Mərdəkan Bələdiyyəsi, tarixləri və ayı bəlli olmayan Tələbnamələrlə guya ona müraciət edərək, iki halda müvafiq olaraq 3953,31 manat və 2331,76 manat məbləğində borcun 5 gün müddətinə ödənilməsini tələb etmişdir. Beləlikə, cavabdeh-Bakı şəhəri Cavabdeh, Xəzər rayon İcra Şöbəsinə təqdim etdiyi sənədlərlə guya o qəsdən və bilərəkdən əmlak və torpaq vergisini ödəməkdən yayınmış kimi mülahizələri həqiqəti əks etdirməməklə yanaşı, onların iddiaçıya qarşı qərəzli və aqresiv münasinətini bilavasitə sübut edir. Belə ki, cavabdeh-Bakı şəhəri Cavabdeh tərəfindən İcra Şöbəsinə təqdim edilən sənədlərlə, iddiaçı ilk dəfə bu Şöbədə tanış olmuşdur. Bələdiyyə tərəfindən, vergi öhdəliyi barədə ona hər hansı bildiriş və ya qərar, yaxud da hər hansı bir tələbnamə təqdim edilməmişdir. Yuxarıda qeyd edilənlərlə əlaqədar olaraq hesab edir ki, cavabdeh-Bakı şəhəri Cavabdeh tərəfindən ona qarşı inzibati icraat qanunvericiliyinin tələblərini pozmaqla aparıldığından və ona qarşı hesablanmış vergi məbləğlərinin miqdarı və ona hesablanmış faizlər faktiki olaqraq həqiqəti əks etdirmədiyindən, iddia tələbi üzrə Bakı şəhəri Cavabdeh Yerli (bələdiyyə) vergi ödəyiciləri haqqında ** saylı və ** saylı ##.##.2024-cü il tarixli Aktı əsasında, Mərdəkan Bələdiyyəsinin ##.##.2024-cü il tarixli ** saylı iclasının Qərarı ləğv edilməlidir. Cavabdeh iddiaya tələbinə etiraz edir və bildirir ki, Bakı İnzibati Məhkəməsinin hakimi Həmid Ağalarovun icraatında olmuş *-*(***)-***/****-*** saylı, ##.##.2025-ci il tarixli qərarına əsasən, iddiaçının iddia ərizəsi geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir. Həmin qərarda Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müvafiq maddələrinə istinad edilərək iddianın geri götürülmüş sayılmasının hüquqi nəticələri izah edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.4-cü maddəsinə əsasən, iddianın geri götürülmüş sayılması eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə yeni iddianın icraata qəbul olunmasına məhdudiyyət yaradır. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əgər məhkəmə tərəflər arasında eyni predmet üzrə icraata xitam verilməsi haqqında məhkəmə aktına istinad edirsə, Bakı İnzibati Məhkəməsinin*-*(***)-****/**** saylı iş üzrə ##.##.2025-ci il tarixli Qərardadında iddiadan imtina edilməsinin hüquqi nəticələri göstərilsə də (55.4-cü maddəyə əsasən, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir.), iddianın geri götürülmüş sayılmasının nəticələri göstərilməmişdir. Bu iş üzrə qəbul olunmuş Qərardadın əsasını təşkil etmiş *-*(***)-****/**** saylı iş üzrə ##.##.2025-ci il tarixli Qərardadın özündə belə göstərilib ki , iddianın geri götürülmüş sayılması eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Cavabdeh orqan tərəfindən apellyasiya şikayətinə dair yazılı etirazı daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, ##.##.2025-ci il tarixli birinci qərardad qanuni qüvvəsini aldıqdan sonra, iddiaçı qanunsuz olaraq tamamilə eyni predmet və eyni əsaslarla yenidən İnzibati Məhkəməyə müraciət etmişdir. İddiaçının buraxılmış müddətdən sonra eyni predmetlə ikinci dəfə məhkəməyə müraciət etməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.4-cü maddəsinin tələblərinə tam ziddir. Həmin maddədə birmənalı olaraq təsbit edilmişdir: “İddiadan imtina edildikdə (iddia geri götürülmiş sayıldıqda), eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırıla bilməz. İddianın geri götürülmüş sayılması hüquqi nəticələrinə görə iddiadan imtinayə bərabərdir. Birinci məhkəmədən yayınan və qərardan 10 gün ərzində şikayət etməyib 13 gün sonra təzədən eyni predmet üzrə iddia qaldıran şəxsin bu hərəkəti məhkəmə resurslarından sui-istifadədir və qanunla qadağandır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. II. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddia mümkünlüyü şərtlərinin yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən inzibati məhkəmə icraatına aid iddia növündə və iddia müddətləri çərçivəsində, qanunla cavabdehlik daşıya bilən inzibati orqana qarşı qaldırıldığı və formal olaraq (sübutlar da əlavə olunmaqla) əsaslandırıldığı halda, mümkün iddia kimi icraata qəbul edilir. Konkret halda isə iddianın mümkünlük şərti yerinə yetirilmir. İşin mübahisələndirilən hallarından göründüyü kimi, iddiaçının hüquqi marağı və məqsədi ümumilikdə 6185,07 manat məbləğində verginin və faiz məbləğlərinin ödənilməsi, cavabdehin vergi ödəyiciləri haqqında ** saylı və ** saylı ##.##.2024-cü il tarixli aktları əsasında qəbul edilmiş ##.##.2024-cü il tarixli, ** saylı iclasının qərarlarının ləğv edilməsindən ibarətdir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı işi üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli Qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “6185,07 manat məbləğində verginin və faiz məbləğlərinin ödənilməsi öhdəliyi barədə cavabdehin “Yerli (bələdiyyə)vergi ödəyiciləri haqqında” ** saylı və ** saylı ##.##.2024-cü il tarixli aktları əsasında qəbul edilmiş ##.##.2024-cü il tarixli, ** saylı iclasının qərarlarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardad iddiaçının elektron kabinetinə ##.##.2025-ci il tarixdə yerləşdirilmişdir. İddiaçı ## #### 2025-ci il tarixində eyni - ümumilikdə 6185,07 manat məbləğində verginin və faiz məbləğlərinin ödənilməsi öhdəliyi barədə cavabdehin “Yerli (bələdiyyə)vergi ödəyiciləri haqqında” ** saylı və ** saylı ##.##.2024-cü il tarixli aktları əsasında qəbul edilmiş ##.##.2024-cü il tarixli, ** saylı iclasının qərarlarının ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı işi üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli Qərardadı ilə göstərilən tələb üzrə məhkəmə inzibati icraatına xitam verilməsi qərara alınmışdır.Hal-hazırda həmin məhkəmə aktı qüvvədədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.4-cü maddəsinə əsasən iddianın geri götürülmüş sayılması eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə yeni iddianın icraata qəbul edilməsinə məhdudiyyət yaradır. Göründüyü kimi, iddiaçının geri götürülmüş hesab edilmiş iddiası üzrə eyni predmet və əsaslarla yenidən məhkəməyə müraciət etməsi yolverilməzdir. Kollegiya hesab edir ki, iddianın geri götürülmüş sayılması nəticəsində yaranan hüquqi vəziyyət iddiaçının iddiadan imtina etməsinə bərabər tutulmalı və bu hal eyni predmet və əsaslarla təkrar müraciəti istisna etməlidir. Əks halda, həm hüquqi müəyyənlik prinsipi, həm də məhkəmə icraatının səmərəliliyi ciddi şəkildə zədələnmiş olar. Eyni zamanda o da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirilmə haqqında iddia inzibati aktın təqdim edildiyi vaxtdan vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi iddiaçı mübahisələndirdiyi Xəzər rayonu, Mərdəkan bələdiyyəsinin ##.##.2024-cü il tarixli ** saylı iclas qərarından ən azından *-*(***)-****/**** saylı iddia tələbi üzrə ərizəsinə baxılan vaxtdan, yəni 2025-ci ilin may ayından xəbərdar olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası yekunda belə hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmaması işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğundur. Ona görə də, iddiaçının apellyasiya şikayətinin həmin qərardadın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar