Məhkəmə qərarları › İş №2-1(3-6)-168/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-168/2026

29.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-168/2026 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi və məruzəsilə, X1 və Ismayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh qarşı "yerləşmə sxeminin verilməsi" tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin ##.##.1998-ci il tarixli, ** saylı qərarı əsasında Bakı şəhəri, Maştağa qəsəbəsi, 1-ci kvartal yaşayış massivi №**-də 1200 kv.m torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin (hakim Aygün Əhədova) *-*(***)-*****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması ücün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Inzibati Məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermişdir, məhkəmə işə mahiyyəti üzrə baxmaq əvəzinə formal mülahizələrlə iddianın mümkün sayılmaması barədə qərardad qəbul etməklə səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmə qərardadında yazmışdır ki, “iddiaçının tələb etdiyi Bakı şəhər Cavabdeh Maştağa Qəsəbəsi üzrə Nümayəndəliyinin Aparatının ##.##.1998-ci il tarixli ** nömrəli Qərarı əsasında ona ayrılmış 1200 kv.m torpaq sahəsinə yerləşmə cizgisinin verilməsidir. Işin hallarından müəyyən olunur ki, torpaq ayıran orqan Bakı şəhər Cavabdeh Maştağa Qəsəbəsi üzrə Nümayəndəliyi olduğundan, yerləşmə cizgisinin verilməsi üzrə də səlahiyyətli orqan qismində Bakı şəhər Cavabdeh Maştağa Qəsəbəsi üzrə Nümayəndəliyi çıxış edir. Lakin bununla bağlı iddiaçının səlahiyyətli inzibati orqan kimi cavabdeh Bakı şəhər Cavabdeh Maştağa Qəsəbəsi üzrə Nümayəndəliyinə ilkin müraciəti olduğu müəyyən olunmur. Iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli *-**/*-K-**-***/**** nömrəli məktub Cavabdeh aiddir". Daha sonra məhkəmə qərardadında yazmışdır ki, “Iddiaçının iddia tələbi üzrə məhkəməyəqədər səlahiyyətli cavabdeh inzibati orqana Maştağa qəsəbə nümayəndəliyinə müraciət etmədiyi və həmin orqanda müraciətlə əlaqədar müvafiq inzibati icraat aparılmadığından məhkəmə cavabdehin əsl cavabdehlə əvəz edilməsində hüquqi yardım göstərilməsinə zərurət görməmişdir". Məhkəmənin bu dəlilləri ilə tamamilə razılaşmır. Belə ki, Bakı şəhəri Cavabdeh başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin ##.##.1998-ci il tarixli, ** saylı qərarı əsasında Bakı şəhəri, Maştağa qəsəbəsi, 1-ci kvartal yaşayış massivi №**-də 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan torpaq sahəsi iddiaçının istifadəsində olmuşdur. Torpaq sahəsi hasar daxilindədir və torpaqda fərdi yaşayış evi mövcuddur. Qonşularla, kənar şəxslərlə torpaq sahəsinə dair hər hansı bir mübahisəsi mövcud deyil. Həmin qərar əsasında ayrılmış torpaq sahəsinin plan-ölçü sxemi (yerləşmə cizgisi) vaxtilə verilməmişdir. Həmin sərəncam ilə ayrılmış torpaq sahəsinin plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsinə dair cavabdehə etdiyi müraciətinə cavab olaraq iddiaçıya ##.##.2025-ci il tarixli cavab məktubu göndərilmişdir. Həmin məktubda göstərilir ki, müraciətinin müsbət həlli torpaq sahəsi ilə bağlı Cavabdeh arxiv sənədləri olmadığından imkan xaricindədir. Göründüyü kimi, iddia ərizəsi kifayət qədər əsaslandırılmışdır və mahiyyəti üzrə baxılıb həll oluna bilər. Lakin Bakı Inzibati Məhkəməsi tərəfindən bu hallara lazımi hüquqi qiymət verilməmişdir. Məhkəmə işə mahiyyəti üzrə baxmaq əvəzinə işə aid olmayan normalara istinad etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qərardad ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı Inzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Birinci instansiya məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, «… iddiaçının tələb etdiyi Bakı Şəhər Cavabdeh Maştağa Qəsəbəsi üzrə Nümayəndəliyinin Aparatının ##.##.1998-ci il tarixli ** nömrəli Qərarı əsasında ona ayrılmış 1200 kv.m torpaq sahəsinə yerləşmə cizgisinin verilməsidir. Işin hallarından müəyyən olunur ki, torpaq ayıran orqan Bakı Şəhər Cavabdeh Maştağa Qəsəbəsi üzrə Nümayəndəliyi olduğundan, yerləşmə cizgisinin verilməsi üzrə də səlahiyyətli orqan qismində Bakı Şəhər Cavabdeh Maştağa Qəsəbəsi üzrə Nümayəndəliyi çıxış edir. Lakin bununla bağlı iddiaçının səlahiyyətli inzibati orqan kimi cavabdeh Bakı Şəhər Cavabdeh Maştağa Qəsəbəsi üzrə Nümayəndəliyinə ilkin müraciəti olduğu müəyyən olunmur. Iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş##.##.2025-ci il tarixli *-**/*-K-**-***/**** nömrəli məktub Cavabdeh aiddir». Azərbaycan Respublikasının # ###### 1991-ci il tarixli Torpaq Məcəlləsinin 22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. Həmin Məcəllənin 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpağayırma aktında göstərilir. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Azərbaycan Respublikası Prezidentinin ##.##.1991-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş (##.##.1999-cu il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə»nin 13-cü bəndinin “q” yarımbəndinə əsasən torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək icra hakimiyyəti başçısının əsas səlahiyyətləri sırasına daxildir. Azərbaycan Respublikası Prezidentinin ##.##.1999-cu il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş (##.##.2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci bəndinə əsasən müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Azərbaycan Respublikası Prezidentinin ##.##.2012-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.6-cı bəndinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən torpaq ayrılan və ondan sonrakı dövrlərdə torpağa sahiblik və torpaqdan istifadə məsələlərini həll etmək, torpaq istifadəçilərinin müraciəti əsasında cizginin hazırlanması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxildir. Eyni zamanda qanunvericilik torpaq istifadəçilərinin hüquqlarını qorumaqla həmin hüquqların həyata keçirilməsinə maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli * nömrəli qərarında qeyd edilir: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. Işin araşdırılması prinsipi bu hallara da şamil olunur. IPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 3.1. Inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. IPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 3.5. Apellyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməlidirlər. Göründüyü kimi, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Apellyasiya instansiyası məhkəməsi isə iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ona ayrılmış torpaq sahəsinə cizginin verilməsi üçün cavabdeh Bakı şəhəri Cavabdeh müraciət etmişdir. Lakin Bakı şəhəri Cavabdeh bu müraciəti struktur qurumu olan Maştağa qəsəbəsi üzrə Nümayəndəliyinə göndərmədən və ya bu barədə iddiaçıya müvafiq yardım etmədən özü səlahiyyətli qurum kimi inzibati icraat aparmış və imtina cavabı vermişdir. Eyni zamanda qeyd edilməlidir ki, prosessual qənaət prinsipi baxımından iddiaçının yuxarı inzibati orqana müraciəti onun struktur qurumuna olan müraciəti kimi də qəbul edilməlidir. Lakin birinci instansiyası məhkəməsi qeyd olunanları nəzərə almamış, iddiaçının hüquqi marağını düzgün qiymətləndirmədən, iddiaya cavab verməli olan inzibati orqanın düzgün müəyyən edilməsi istiqamətində araşdırma aparmadan və aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında iddiaçıya hüquqi yardım etmədən, yardım etmək vəzifəsinə əməl etmədən iddianı mümkünsüz saymışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qərardad ləğv olunmalı, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı Inzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Inzibati-Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 13, 82, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərardadı ləğv edilsin və inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı Inzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar