Məhkəmə qərarları › İş №2-1(3-6)-1696/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1696/2026

12.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1696/2026 12.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X6 (əvvəlki icraatda Dövlət Sosial Müdafiə Fondunun Suraxanı Rayon Şöbəsinə) qarşı əmək pensiyanın yenidən hesablanması tələbinə dair inzibati iş üzrə yeni açılmış hallara dair icraatın təzələnməsi barədə Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)- */**** saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Suraxanı Rayon Şöbəsinə qarşı 50 yaşdan hüququ yarandığı tarixdən əmək pensiyası təyin edilərək həmin vaxt qüvvədə olan qaydada əmək haqqından hesablanmaqla ##.##.2006-cı il tarixdən ##.##.2007-ci il tarixədək və ##.##.2007-ci il tarixdən müraciət etdiyi tarixədək yaranmış fərqin birdəfəlik ödənilməsi tələbinə dair iddia ərizəsi ilə * saylı Bakı Inzibati- Iqtisadi Məhkəməsinə müraciət etmişdir. * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ## ####### 2014-cü il tarixli, *-*(**)- ****/**** saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı güzəştli şərtlərlə ##.##.2006-cı il tarixdən əmək pensiyasının təyin edilməsi və ##.##.2006-cı il tarixdən ##.##.2007-ci il tarixədək olan dövr üçün təyin olunmuş pensiyanın məbləğinin, ##.##.2007-ci il tarixdən təyin olunmuş əmək pensiyasının yenidən hesablanması zamanı yaranacaq məbləğ fərqinin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu və 27-ci maddələrinin ##.##.2006-cı il tarixdə qüvvədə olan tələbləri əsasında hesablanaraq birdəfəyə iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə həvalə olunması qərara alınmışdır. * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ## ####### 2014-cü il tarixli, *-*(**)- ****/**** saylı qərarı qanuni qüvvəyə mindikdən sonra ##.##.2014-cü il tarixdə icraya yönəldilmişdir. ##.##.2026-cı il tarixdə cavabdeh inzibati orqan elektron məhkəmə sistemi vasitəsilə birinci instansiya məhkəməsinə ərizə təqdim edərək, * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ## ####### 2014-cü il tarixli, *-*(**)-****/**** saylı qərarının ləğv edilməsini və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona hüququnun yarandığı 50 yaşının tamam olduğu tarixdən əmək pensiyası təyin edilərək həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması, ##.##.2006-cı il tarixindən ##.##.2007-ci il tarixinədək və ##.##.2007-ci il tarixindən müraciət etdiyi tarixədək yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinin üzərinə qoyulmasını xahiş etmişdir. * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ## ####### 2014-cü il tarixli, *-*(**)-****/**** saylı qərarına əsasən iddiaçıya ##.##.2006-cı il tarixindən əmək pensiyasının təyin edilməsi və ##.##.2006-cı Il tarixindən ##.##.2007-ci il tarixinədək olan dövr üçün təyin olunmuş pensiya məbləğinin, ##.##.2007-ci il tarixindən təyin olunmuş əmək pensiyasının yenidən hesablanması zamanı yaranacaq fərq məbləğinin həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq orta aylıq əməkhaqqı əsas götürülməklə hesablanması və fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması qərara alınmış və həmin qərar qanuni qüvvəsini almışdır. İddiaçı işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı yeni açılmış hallarla bağlı icraat üzrə təzələnməlidir. Hazırkı iş üzrə də qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraat təzələnməsi üçün əsas olan yeni sübutlar və hallar aşkar edilmişdir. Eləcə də saxta sənədlər əsasında qəbul edilmiş məhkəmə qərarının icrası nəticəsində iddiaçıya 109668,04 manat əsassız vəsait ödənilmişdir. Həmçinin, İddiaçı işi üzrə yeni açılmış hallara dair ərizənin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddət də ötürülməmişdir. Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-*/**** saylı qərardadı ilə (hakim G.C.Tanrıverdiyeva) ərizənin təmin edilməsi, * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ## ####### 2014-cü il tarixli, *-*(**)-****/**** saylı qərarının ləğv edilməsi, iş üzrə icraatın təzələnərək hazırlıq icraatı ilə bağlı məhkəmə iclası ##.##.2026-cı il tarixə, saat 10:50-yə təyin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərardadı İddiaçı tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, inzibati məhkəmə icraatının iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Bildirilir ki, məhkəmə tərəfindən cavabdeh inzibati orqanın yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsi təmin edilərkən, həmin ərizənin prosessual müddət baxımından yolverilənliyi və qanunla müəyyən edilmiş müddət çərçivəsində verilib-verilməməsi ümumiyyətlə araşdırılmamışdır. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessua! Məcəlləsində imperativ xarakter daşıyan 3 aylıq prosessual müddət müəyyən edilmişdir. Həmin normaya əsasən, bu müddətin axımı yeni açılmış halların və ya sübutların ərizə verən şəxsə məlum olduğu gündən hesablanır. Hazırkı iş üzrə cavabdeh inzibati orqan istinad etdiyi hallarla bağlı uzun müddətdir məlumatlı olmuş, hətta həmin hallar əsasında daha əvvəl də icraatın təzələnməsi barədə məhkəməyə müraciət etmişdir. * saylı Bakı Inzibati- Iqtisadi Məhkəməsinin ##.##.2014-cü il tarixli, *-*(**)-****/**** saylı qərarının qəbul edilməsindən artıq 12 ildən çox müddətin keçməsinə baxmayaraq, cavabdeh inzibati orqanın ərizəsinin qanunvericilikdə nəzərdə tutulmuş 3 aylıq prosessual müddət ötürüldükdən sonra verildiyi açıq şəkildə göründüyü halda, məhkəmə tərəfindən həmin müddətin keçməsinə hüquqi qiymət verilməmiş və müddətin bərpası üçün hər hansı əsasın mövcudluğu araşdırılmadan icraatın təzələnməsi barədə nəticəyə gəlinmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsi üçün iki şərtin birlikdə mövcud olması vacibdir: 1) sonradan yeni sübutların və ya halların aşkar olunması; 2) həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmaması. Bu şərtlərin və ya onlardan hər hansı birinin mövcud olmaması qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsini istisna edir. Hazırkı iş üzrə məhkəmə tərəfindən Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin ## ###### 2025-ci il tarixli "cinayət işinin icraatına hissəvi xitam verilməsi haqqında” qərarı yeni açılmış hal kimi qəbul edilmişdir. Halbuki, həmin hallar cavabdeh inzibati orqana əvvəlcədən məlum olmuş, əvvəlki məhkəmə araşdırmasının predmetini təşkil etmiş və məhkəmələr tərəfindən hüquqi qiymət verilmişdir. Belə ki, cavabdeh inzibati orqan uzun müddətdir aparılan cinayət təqibi, iddia olunan saxtalaşdırma faktları və bununla bağlı istintaq materialları barədə məlumatlı olmuş, həmin hallar əsasında daha əvvəl də yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə məhkəməyə müraciət etmişdir. Iş üzrə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2021-ci il tarixli, *-*(***)-****/**** saylı qərardadı ilə icraatın təzələnməsi üçün qanuni əsasların mövcud olmadığı müəyyən edilmişdir. Belə olan halda, cavabdeh inzibati orqanın istinad etdiyi halların onun üçün yeni məlum olmuş hallar kimi təqdim edilməsi Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin yeni açılmış hallarla bağlı icraatın təzələnməsini tənzimləyən normalarının mahiyyətinə və tətbiq şərtlərinə açıq şəkildə ziddir. Belə ki, iş üzrə əvvəlki məhkəmə araşdırması zamanı Quliyev IIham Məmməd oğlu barəsində qanuni qüvvəyə minmiş ittiham hökmünün mövcud olmaması nəzərə alınaraq icraatın təzələnməsi üçün yetərli hüquqi əsasın olmadığı nəticəsinə gəlinmişdir. Xüsusilə vurğulanmalıdır ki, hazırkı vaxtadək də İddiaçı barəsində qanuni qüvvəyə minmiş hər hansı ittiham hökmü mövcud deyildir. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin ## ###### 2025-ci il tarixli qərarı isə qanuni qüvvəyə minmiş məhkəmə hökmü deyil, ibtidai araşdırma orqanı tərəfindən qəbul edilmiş prosessual qərardır. Həmin qərarın məzmunundan da açıq şəkildə görünür ki, İddiaçı barəsində hər hansı ittiham hökmü qəbul edilməmiş, onun cinayət məsuliyyəti məsələsinə məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. Əksinə, qərarda yalnız digər şəxs barəsində cinayət təqibinə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə xitam verildiyi göstərilmişdir. Bu baxımdan, istinad olunan qərarda əks etdirilən hallar məhkəmə hökmü ilə müəyyən edilmiş faktlar hesab edilə bilməz və hazırkı iş üzrə preyudisial xarakter daşımır. Digər tərəfdən, məhkəmə araşdırmasının predmetini təşkil edən mübahisələndirilən məsələ iddiaçının pensiyasının ona 50 yaşından güzəştli şərtlərlə pensiya təyin edilməsi və bununla bağlı onun əmək pensiyasının yenidən hesablanması tələbi təşkil etmiş, məhz bu məsələ ətrafında * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsi tərəfindən iddiaçının təqdim etdiyi həqiqiliyi mübahisələndirilməyən sənədlər tədqiq edilərək müvafiq qiymətləndirilmədən sonra ##.##.2014-cü il tarixli qərarla iddia təmin edilmişdir. Yəni saxtalaşdırıldığı iddia olunan sənədlər məhkəmə araşdırmasının obyektlərini təşkil etmişdir. Beləliklə, iş üzrə yeni açılmış hal kimi təqdim edilən xüsusatlar nə cavabdeh inzibati orqan üçün əvvəllər məlum olmayan hallar hesab edilə bilər, nə də həmin hallar qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təsdiq edilmiş preyudisial faktlar kimi qiymətləndirilə bilər. Cavabdeh inzibati orqanın istinad etdiyi hallar uzun müddətdir ona məlum olmuş, əvvəlki məhkəmə araşdırmalarının predmetini təşkil etmiş və həmin hallara məhkəmələr tərəfindən artıq hüquqi qiymət verilmişdir. Bununla yanaşı, hazırkı vaxtadək İddiaçı barəsində qanuni qüvvəyə minmiş hər hansı ittiham hökmü mövcud deyildir. Belə olan halda, yalnız ibtidai araşdırma orqanı tərəfindən qəbul edilmiş prosessual qərara və istintaq materiallarına əsaslanmaqla, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə yekunlaşmış inzibati məhkəmə icraatının illər sonra yenidən təzələnməsi Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin yeni açılmış hallarla bağlı müddəalarının mahiyyəti və tətbiq şərtləri ilə uzlaşmır. Nəticə etibarilə, Bakı Inzibati Məhkəməsi tərəfindən icraatın təzələnməsi barədə gəlinmiş nəticə hüquqi müəyyənlik, legitim gözlənti və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının stabilliyi prinsiplərinə zidd olmaqla, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 izahatında bildirdi ki, hazırda birinci instansiya məhkəməsi tərəfindən yeni açılmış hallarla bağlı ərizələrə müsbət yanaşaraq təmin olunur. Yeni açılmış hallarla bağlı qanunvericiiyin tələbinə uyğun olaraq 3 ay müddətinə riayət edilmişdir. Belə ki, prokurorluğun xitam qərarı ##.##.2025-ci ildə inzibati orqana təqdim edilmiş və yeni açılmış hallarla bağlı isə inzibati orqan tərəfindən ##.##.2026-ci il tarixdə müraciət edilmişdir. Yeni açılmış hallarla müraciət etməyə əsas isə ondan ibarətdir ki, iddiaçı tərəfindən pensiya təyini zamanı bir çox sənədlərdə saxtakarlığa yol verilmişdir. Iddiaçı tərəfindən şəxsiyyət vəsiqəsi, güzəştli arayış, iddiaçının işlədiyi müəssisədən verilmiş əmək haqqı arayışı və əmək kitabçası saxta olaraq təqdim edilmişdir. Bu vaxta qədər iddiaçıya əsassız olaraq kifayət qədər böyük məbləğdə pensiya ödənilmiş və bununla dövlət nəfinə ziyan vurulmuşdur. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası qanunvericliyin tələblərini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası tərəfi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman düzgün nəticəyə gəlinmişdir. Belə ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Suraxanı Rayon Şöbəsinə qarşı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və pensiyanın yenidən hesablanması ilə bağlı iddiası * saylı Bakı Inzibati- Iqtisadi Məhkəməsinin ## ####### 2014-cü il tarixli, *-*(**)-****/**** saylı qərarı ilə təmin edilmiş, iddiaçıya ## ###### 2006-cı il tarixdən əmək pensiyasının təyin edilməsi, müvafiq dövr üzrə pensiya məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi cavabdehin üzərinə qoyulmuş, həmin qərar qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. ## ###### 2026-cı il tarixdə cavabdeh inzibati orqan yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, ərizənin faktiki əsası kimi Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsində aparılan ********* nömrəli cinayət işi üzrə ## ###### 2025-ci il tarixdə qəbul edilmiş “cinayət işinin icraatına hissəvi xitam verilməsi haqqında” qərarı və həmin qərarda əks olunmuş istintaq materiallarını göstərmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, inzibati məhkəmə icraatının iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Inzibati Prosessual Məcəllənin 106.1-ci maddəsinə görə, məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır; 106.2-ci maddəsinə əsasən isə Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsasın mövcudluğu müəyyən edildikdə ərizənin təmin edilməsi və icraatın təzələnməsi haqqında qərardad qəbul olunur. Göstərilən normaların məzmunundan irəli gəlir ki, yeni açılmış hallar üzrə icraat qanuni qüvvəyə minmiş məhkəmə aktının adi instansiya qaydasında yenidən yoxlanılması vasitəsi deyildir. Bu institutun məqsədi əvvəlki məhkəmə araşdırması zamanı obyektiv səbəblərdən araşdırma predmetinə çevrilə bilməmiş, lakin həmin vaxt məlum olsaydı işin faktiki əsaslarının və sübutların qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərə biləcək yeni materialların nəzərə alınmasına prosessual imkan yaratmaqdır. Bu mənada “yeni sübut” anlayışının müəyyən edilməsində həlledici olan onun əvvəllər araşdırılmış faktları sadəcə təkrar etməsi deyil, əvvəlki məhkəmə qərarının faktiki əsasına münasibətdə yeni məlumat verməsi və həmin məlumatın işin nəticəsinə təsir etmək qabiliyyətinə malik olmasıdır. Hazırkı işdə bu meyarların mövcud olduğu qənaətinə gəlmək üçün kifayət qədər əsas vardır. Belə ki, 2014-cü ildə həll edilmiş inzibati mübahisənin mahiyyəti İddiaçı güzəştli şərtlərlə əmək pensiyası almaq hüququnun mövcudluğu, həmin hüququ yaradan əmək fəaliyyəti və iş stajı, eləcə də pensiyanın hesablanmasına təsir göstərən əməkhaqqı göstəriciləri ilə bağlı olmuşdur. Buna görə iddiaçının əmək kitabçası, güzəştli şərtlərlə işləməsini təsdiq edən arayış və əməkhaqqı haqqında arayış mübahisənin həllinə təsir edən əsas sübutlar sırasında olmuşdur. ## ###### 2025-ci il tarixli qərarda isə digər şəxslərlə yanaşı, İddiaçı konkret pensiya işi ayrıca göstərilmiş, həmin pensiya işinə daxil edilmiş və onun adına rəsmiləşdirilmiş əmək kitabçasının, şəxsiyyət vəsiqəsinin surətinin, Bakı Neft Maşınqayırma zavodunun adından verilmiş güzəştli arayışın və “28 MAY” NQÇI-nin adından verilmiş əməkhaqqı arayışının saxta hazırlanmasına dair istintaqla əldə edilmiş məlumatlar əks olunmuşdur. Qərarda, həmçinin X1 istintaq zamanı müvafiq şəxslərə aid saxta sənədləri şəxsən hazırlayaraq məhkəmələrə təqdim etdiyini bildirdiyi və toplanmış sübutlara əsasən onun Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsi barədə istintaq nəticəsinin formalaşdırıldığı göstərilmişdir. Bu xüsusatların hüquqi əhəmiyyəti yalnız cinayət-prosessual qərarın qəbul edilməsində deyil, həmin qərarda məhz hazırkı iddiaçıya və 2014-cü il məhkəmə qərarının faktiki əsasını təşkil etmiş konkret sənədlərə dair yeni məlumatların fərdiləşdirilmiş şəkildə əks olunmasındadır. Odur ki, apellyasiya şikayətində saxtalaşdırıldığı göstərilən sənədlərin özlərinin 2014-cü il məhkəmə araşdırmasında artıq tədqiq edildiyinə istinad edilməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir. Sənədlərin əvvəlki işdə mövcud olması ilə həmin sənədin mənşəyinin və həqiqiliyinin şübhə altına alınmasına əsas verən sonradan əldə edilmiş sübutların mövcud olması eyni anlayışlar deyildir. Əvvəlki məhkəmə icraatında əmək kitabçasının və arayışların özlərinin sübut kimi tədqiq edilməsi, sonradan həmin sənədlərin hazırlanma üsuluna, onları hazırlamış şəxsə və istifadə edilmə şəraitinə dair əldə edilmiş məlumatların da həmin vaxt məhkəməyə məlum olması mənasına gəlmir. Əksinə, hazırkı halda yeni olan məhz əvvəllər tədqiq edilmiş sənədlərin sübutetmə keyfiyyətinə və mötəbərliyinə fərqli hüquqi qiymət verilməsinə səbəb ola biləcək məlumatların sonradan əldə olunmasıdır. Əgər belə məlumatlar ilkin məhkəmə araşdırması zamanı mövcud sübutetmə bazasının tərkib hissəsi olsaydı, məhkəmə iddiaçının güzəştli pensiya hüququnun yaranmasını təsdiq edən həmin sənədlərin mötəbərliyini başqa hüquqi və faktiki şəraitdə qiymətləndirməli olardı. Bu səbəbdən sonradan əldə edilmiş materiallar əvvəlki sübutların sadəcə təkrar təqdimatı deyil, onların mötəbərliyinə bilavasitə təsir edən yeni sübutlar kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası, eyni zamanda, qeyd edir ki, icraatın təzələnməsi mərhələsində həmin materialların qiymətləndirilməsi ilə İddiaçı hər hansı cinayət əməli törətməsi məsələsi həll edilmir. Icraatın təzələnməsi üçün müəyyən edilməli olan məsələ onun cinayət məsuliyyəti deyil, sonradan əldə edilmiş məlumatların əvvəlki inzibati mübahisənin nəticəsinə təsir göstərə biləcək xarakter daşıyıb-daşımamasıdır. Bu baxımdan apellyasiya şikayətində İddiaçı barəsində qanuni qüvvəyə minmiş ittiham hökmünün olmamasına və ## ###### 2025-ci il tarixli qərarın preyudisial qüvvəyə malik məhkəmə hökmü sayılmamasına istinad edilməsi də əsaslı hesab edilə bilməz. Inzibati Prosessual Məcəllənin 100-cü maddəsi icraatın təzələnməsini yalnız qanuni qüvvəyə minmiş cinayət hökmünün mövcudluğu ilə şərtləndirmir. Qanunverici daha geniş məzmunlu “yeni sübutlar və ya hallar” anlayışından istifadə etmişdir. Buna görə hər hansı materialın başqa məhkəmə icraatında preyudisial fakt yaratmaması onun Inzibati Prosessual Məcəllənin 100-cü maddəsi mənasında yeni sübut kimi qiymətləndirilməsini öz-özlüyündə istisna etmir. Başqa sözlə, preyudisiallıq yeni sübutun yolverilənliyinin və ya hüquqi əhəmiyyətinin zəruri şərti deyildir. Preyudisial fakt məhkəmənin təkrar sübut etmədən qəbul etdiyi faktı, yeni sübut isə əvvəlki icraatda təqdim edilməmiş və işin nəticəsinə təsir göstərə biləcək məlumat mənbəyini ifadə edir. Hazırkı işdə ## ###### 2025-ci il tarixli qərara birinci mənada deyil, ikinci mənada hüquqi qiymət verilir. Həmçinin nəzərə alınmalıdır ki, cinayət təqibinə X1 barəsində əməlin baş verməməsi və ya cinayət tərkibinin olmaması səbəbindən deyil, cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsası ilə xitam verilməsi qərara alınmışdır. Buna görə xitam faktı həmin qərarda toplanmış və təsvir edilmiş sübutların inzibati məhkəmə tərəfindən Inzibati Prosessual Məcəllənin 100-cü maddəsinin məqsədləri baxımından nəzərdən keçirilməsinə mane olmur. Məhkəmə kollegiyasının bu yanaşması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ilə də uyğunluq təşkil edir. Belə ki, “X.Məmmədova və N.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin # ### 2016-cı il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2017-ci il tarixli Qərarında yeni açılmış hallar institutu ilə bağlı hüquqi müəyyənlik və həlledici yeni material anlayışına dair mühüm hüquqi mövqe ifadə olunmuşdur. Qeyd olunan iş mülki prosessual qanunvericiliyin tətbiqi ilə bağlı olsa da, orada qiymətləndirilən faktiki vəziyyət və formalaşdırılan ümumi konstitusion-hüquqi meyar hazırkı mübahisə üçün bilavasitə əhəmiyyət daşıyır. Həmin işdə də qanuni qüvvəyə minmiş məhkəmə aktlarından sonra prokurorluğun araşdırması nəticəsində əvvəlki məhkəmə icraatında istifadə olunmuş sənədlərin saxtalaşdırılmasına dair yeni materiallar əldə edilmiş, cinayət təqibinə məsuliyyətə cəlbetmə müddətinin keçməsi səbəbindən xitam verilmişdi. Konstitusiya Məhkəməsi həmin materialların yalnız cinayət işi üzrə yekun ittiham hökmünün mövcud olmaması səbəbindən hüquqi əhəmiyyətini itirməsi yanaşmasını qəbul etməmiş, onların əvvəlki iş üçün yeni və həlledici material olubolmamasının ayrıca qiymətləndirilməsinin zəruriliyini vurğulamışdır. Konstitusiya Məhkəməsinin həmin qərarında ifadə olunmuş yanaşmaya görə, işə əvvəllər baxılarkən məlum olmayan həlledici materiallar dedikdə, məhkəmə aktı qəbul edilərkən tərəflərin hüquq və vəzifələri barədə məhkəmənin nəticəsinə əhəmiyyətli dərəcədə təsir göstərə bilən materiallar nəzərdə tutulur. Həmin meyarın hazırkı işə tətbiqi göstərir ki, iddiaçının güzəştli pensiya hüququnun sübut edilməsində istifadə edilmiş əsas sənədlərin mənşəyi və həqiqiliyi barədə sonradan əldə edilmiş konkret məlumatlar işin nəticəsinə təsir etmək qabiliyyətinə malik olduğundan Inzibati Prosessual Məcəllənin 100cü maddəsinin məqsədləri baxımından əhəmiyyətli hesab edilməlidir. Apellyasiya şikayətində cavabdeh inzibati orqanın əvvəllər də aparılan cinayət araşdırmasından və sənədlərin saxtalaşdırılması ilə bağlı ehtimallardan məlumatlı olmasına, eləcə də daha əvvəl yeni açılmış hallarla bağlı icraatın təzələnməsi üçün müraciət edilməsinə istinad olunması da hazırkı ərizədə göstərilən sübutların yeniliyini aradan qaldırmır. Bu baxımdan ümumi xarakterli məlumatla konkret yeni sübutun fərqləndirilməsi zəruridir. Cinayət işinin aparıldığından və ya müxtəlif pensiya işlərində saxta sənədlərdən istifadə edilməsi ehtimalından məlumatlı olmaq, İddiaçı konkret pensiya işinə daxil edilmiş konkret sənədlər üzrə ## ###### 2025-ci il tarixli qərarda əks olunmuş fərdiləşdirilmiş məlumatların mövcudluğu ilə eyniləşdirilə bilməz. Apellyasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2021-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadına istinad edilməsi də başqa nəticəyə gəlməyə əsas vermir. ## ###### 2025-ci il tarixli qərarın və həmin qərarda İddiaçı pensiya işinə aid konkret sənədlərlə bağlı sistemləşdirilmiş nəticələrin 2021-ci il tarixli məhkəmə aktından sonra meydana çıxması mübahisəsizdir. Bu səbəbdən əvvəlki icraat zamanı başqa sübut bazası əsasında yeni açılmış halların mövcud olmadığı barədə nəticəyə gəlinməsi sonradan yaranmış yeni sübutların Inzibati Prosessual Məcəllənin 100-cü maddəsi üzrə müstəqil qiymətləndirilməsini istisna etmir. Apellyasiya şikayətinin Inzibati Prosessual Məcəlləsinin 103.1-ci maddəsində nəzərdə tutulmuş üç aylıq müddətin ötürülməsi barədə dəlili də iş materialları ilə təsdiq olunmur. Belə ki, Inzibati Prosessual Məcəllənin 103.1-ci maddəsinə görə, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə Məcəllənin 100-cü maddəsində nəzərdə tutulan sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən üç ay müddətində verilə bilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi ## ###### 2025-ci il tarixli qərarın inzibati orqana ## ###### 2025-ci il tarixdə təqdim edildiyini, yeni açılmış hallarla bağlı ərizənin isə ## ###### 2026-cı il tarixdə məhkəməyə verildiyini bildirmişdir. Ərizənin ## ###### 2026-cı il tarixdə təqdim edilməsi birinci instansiya məhkəməsinin qərardadı ilə də təsdiq olunur. Beləliklə, hazırkı ərizənin faktiki əsasını təşkil edən konkret materialın inzibati orqana təqdim edildiyi vaxtla ərizənin məhkəməyə verildiyi vaxt arasında üç aylıq müddət keçməmişdir. Apellyasiya şikayətində cavabdehin bundan əvvəl cinayət təqibinin aparılmasından ümumi şəkildə məlumatlı olması barədə dəlil həmin müddətin daha əvvəl başlaması üçün kifayət etmir. Inzibati Prosessual Məcəllənin 103.1-ci maddəsi müddətin başlanmasını ərizəçinin ümumi şübhə və ya ehtimaldan xəbərdar olduğu vaxtla deyil, icraatın təzələnməsi üçün əsas təşkil edən konkret yeni sübutun və ya halın ona məlum olduğu günlə əlaqələndirir. Hazırkı halda ərizənin əsasını ümumi olaraq cinayət işinin aparılması faktı deyil, ## ###### 2025-ci il tarixli qərarda İddiaçı pensiya işindəki konkret sənədlərə dair əks olunmuş yeni məlumatlar təşkil etdiyindən, müddətin hesablanması da məhz həmin materialın inzibati orqana məlum olduğu vaxtdan aparılmalıdır. Iddiaçının hüquqi müəyyənlik, legitim gözlənti və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının stabilliyi prinsiplərinə istinad edən dəlilləri də göstərilən nəticəni dəyişmir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının stabilliyi hüquqi müəyyənlik prinsipinin mühüm tərkib hissəsidir və məhkəmə aktına yalnız tərəflərdən birinin işin nəticəsindən narazı qalması və ya əvvəlki sübutların yenidən qiymətləndirilməsini istəməsi səbəbindən yenidən baxıla bilməz. Bununla yanaşı, qanunvericinin Inzibati Prosessual Məcəllənin 100-cü maddəsində xüsusi olaraq yeni açılmış hallar üzrə icraat institutu müəyyən etməsi göstərir ki, hüquqi müəyyənlik prinsipi əvvəllər obyektiv səbəbdən təqdim olunması mümkün olmayan və məhkəmə araşdırmasının nəticəsinə həlledici təsir göstərə biləcək yeni materialların sonradan aşkar edildiyi müstəsna hallarda həmin materialların məhkəmə tərəfindən qiymətləndirilməsini istisna etmir. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən ## ###### 2017-ci il tarixli Qərarında da hüquqi müəyyənlik prinsipi ilə yeni açılmış həlledici materialların araşdırılması zərurəti arasında məhz belə balansın təmin edilməsinin vacibliyi göstərilmişdir. Hazırkı işdə icraatın təzələnməsi 2014-cü ildə verilmiş hüquqi qiymətin sadəcə yenidən nəzərdən keçirilməsi və ya tərəfə işə ikinci dəfə baxılması imkanı yaradılması məqsədi daşımır. Icraatın təzələnməsinə səbəb məhkəmə qərarının faktiki əsasını təşkil etmiş mühüm sənədlərin mənşəyi və mötəbərliyi barədə sonradan əldə edilmiş, əvvəlki məhkəmə araşdırmasının sübut bazasına daxil olmayan konkret məlumatlardır. Bu xüsusiyyət hazırkı işi qanuni qüvvəyə minmiş məhkəmə aktının əsassız şəkildə yenidən təftiş edildiyi hallardan fərqləndirir və hüquqi müəyyənlik prinsipinə ziddiyyət yaratmır. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, yeni açılmış hallar üzrə icraatın təzələnməsi mərhələsinin prosessual məqsədi sonradan aşkar edilmiş materialların ilkin işin faktiki əsasları ilə birlikdə araşdırılmasına imkan yaratmaqdır. Bu mərhələdə yeni sübutların işin nəticəsinə təsir edə biləcək əhəmiyyətə malik olması müəyyən olunur, həmin sübutların yekun sübutetmə qüvvəsi və onların ilkin iddia üzrə hüquqi nəticəsi isə təzələnmiş icraat çərçivəsində bütün sübutların məcmusu əsasında qiymətləndirilməlidir. Odur ki, icraatın təzələnməsi özü-özlüyündə iddiaçının pensiya hüququnun mövcud olmadığına dair qabaqcadan nəticə kimi başa düşülə bilməz. Əksinə, bu prosessual institut sonradan aşkar edilmiş mühüm sübutların məhkəmə araşdırmasından kənarda qalmamasını və işin bütün əhəmiyyətli faktiki halları nəzərə alınmaqla araşdırılmasını təmin edir. Beləliklə, iş materiallarının məcmusundan müəyyən edilir ki, ## ###### 2025-ci il tarixli cinayət-prosessual qərarda və onun əsaslandığı materiallarda İddiaçı pensiya hüququnun müəyyən edilməsində istifadə edilmiş əsas sənədlərin mənşəyinə və həqiqiliyinə dair əvvəlki məhkəmə araşdırmasının sübut bazasında olmayan konkret məlumatlar əks olunmuş, həmin məlumatlar 2014-cü il tarixli məhkəmə qərarının faktiki əsasına bilavasitə aid olmuş, ilkin icraatda məlum olduğu təqdirdə sübutların qiymətləndirilməsinə və iş üzrə qəbul ediləcək məhkəmə aktının məzmununa əhəmiyyətli təsir etmək qabiliyyətinə malik olmuşdur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94 və 100-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-*/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar