Azәrbaycan Respublikası adından Qərar Bakı şәhәri İş № 2-1(3-6)-1699/2026 16.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlәr Aytәn Pәnah qızı Oruczadәnin sәdrliyi vә mәruzәsi ilә, X4 vә X6 ibarәt tәrkibdә, Abbaslı Sücayәt Hafiz qızının katibliyi ilә, Iddiaçı İddiaçı, Cavabdehin nümayәndәsi X1, Üçüncü şәxsin nümayәndәsi vә vәkili vәkil2 iştirakları ilә, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh (üçüncü şәxs Azәrbaycan Respublikası Dövlәt Neft Şirkәti) qarşı “daşınmaz әmlaka mülkiyyәt hüququnun dövlәt qeydiyyatına alınması” tәlәbinә dair inzibati iş üzrә Bakı Inzibati Mәhkәmәsinin *-*(***)-*****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarından iddiaçı tәrәfindәn tәrәfindәn verilmiş apellyasiya şikayәtinә әsasәn inzibati işә Bakı Apellyasiya Mәhkәmәsinin binasında, açıq şifahi mәhkәmә baxış iclasında baxaraq aşağıdakı qәrarı qәbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh * saylı Bakı Ərazi Idarәsinә (hazırkı Cavabdeh) qarşı iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, Bakı şәhәri, Xәzәr rayonu, Buzovna qәsәbәsi, ev 319 (yeni qaydalarla: ünvan 2) ünvanında yerlәşәn vә şәxsi mülkiyyәtindә olan fәrdi yaşayış evinin qanuni istifadәsindә olan hәyәtyanı sahәsinә dair mülkiyyәt hüquqlarının dövlәt reyestrindә qeydiyyata alınması, o cümlәdәn müvafiq çıxarışın vә plan-ölçü sәnәdinin verilmәsi öhdәliyinin cavabdehә hәvalә edilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Iddia tәlәbi onunla әsaslandırılmışdır ki, Bakı şәhәri, Xәzәr rayonu, Buzovna qәsәbәsi, ev 319 (Yeni qaydalarla: ünvan 2) ünvanında yerlәşәn fәrdi yaşayış evi müvafiq çıxarışa әsasәn iddiaçının mülkiyyәtindәdir vә sözügedәn fәrdi yaşayış evinin hәyәtyanı sahәsi onun texniki pasportuna әsasәn 0,11913 ha tәşkil edir, o cümlәdәn hәmin torpaq sahәsi müvafiq sәrәncamlar әsasında yaşayış evi mülkiyyәtçisinin sahibliyinә, istifadәsinә vә sәrәncamına verilmişdir. Qeyd edilәnlәrlә әlaqәdar sözügedәn torpaq sahәsinin dövlәt reyestrindә qeydiyyata alınması vә müvafiq çıxarışın verilmәsinә dair cavabdehә müraciәt etmişdir. Lakin cavabdeh tәşkilat müraciәtә ## ##### 2025-ci il mәktubla cavab olaraq bildirmişdir ki, elektron kadastr mәlumatlarına әsasәn göstәrilәn torpaq sahәsi Azәrbaycan Respublikası Dövlәt Neft Şirkәtinin istifadәsinә verilmiş әrazidә olmaqla, yaxınlığında lәğv edilmiş işlәk neft quyuları yerlәşir. Bundan başqa, texniki pasportla torpaq sahәsinin faktiki vәziyyәti arasında perimetrik ölçü fәrqlәri mövcuddur vә torpaq sahәsinin sәnәd üzrә sahәsi 1191,3 kv.m qeyd edilsә dә, faktiki 1175 kv.m tәşkil edir. Əlavә olaraq, müvafiq ünvanda yerlәşәn daşınmaz әmlak “xxxx” ASC-nin xeyrinә ipoteka ilә yüklü edilmişdir. Qeyd olunanlara әsasәn, Daşınmaz әmlakın dövlәt reyestri haqqında Azәrbaycan Respublikası Qanunun 15-ci maddәsinә әsasәn hüquqların dövlәt qeydiyyatına alınmasından imtina edilir. Hәmin torpaq sahәsinin dörd bir tәrәfindә yerlәşәn qonşu torpaq sahәlәri dövlәt reyestrindә şәxsi mülkiyyәt kimi qeydiyyata alınmış vә bu qeyd edilәnlәrә әsasәn, cavabdeh tәşkilatın imtinası qanunsuz vә әsassızdır. Əgәr xәyali olaraq әsaslı olduğu düşünülsә, o zaman sözügedәn qonşu torpaq sahәlәrinin dә şәxsi mülkiyyәt kimi dövlәt qeydiyyatına alınması istisna tәşkil etmәli idi. Imtina mәktubunda “texniki pasportla torpaq sahәsinin fakitiki vәziyyәti arasında perimetrik ölçü fәrqlәri mövcuddur vә torpaq sahәsinin sәnәd üzrә sahәsi 1191,3 kv.m qeyd edilsә dә, faktiki 1175 kv.m tәşkil edir” qeyd olunmuşdur. Torpaq sahәsinin faktiki ölçüsü 1175 kv.m tәşkil edirsә belә, hәmin ölçüyә münasibәtdә hüquqların dövlәt reyestrindә qeydiyyata alınmasına etiraz etmir. “xxxx” ASC-nin xeyrinә ipoteka ilә yüklü edilәn hәmin ünvanda yerlәşәn fәrdi yaşayış evidir vә bu hal da torpaq sahәsinә münasibәtdә hüquqların qeydiyyata alınmasından imtina edilmәsi üçün әsas ola bilmәz. Cavabdeh tәrәfindәn tәqdim olunmuş etiraz onunla әsaslandırılmışdır ki, elektron kadastr mәlumatlarına әsasәn göstәrilәn torpaq sahәsi Azәrbaycan Respublikası Dövlәt Neft Şirkәtinin istifadәsinә verilmiş әrazidә olmaqla, yaxınlığında lәğv edilmiş vә işlәk neft quyuları yerlәşir. Hәmçinin texniki pasportla torpaq sahәsinin faktiki vәziyyәti arasında perimetrik ölçü fәrqlәri mövcuddur. Bundan başqa, torpaq sahәsinin sәnәd üzrә sahәsi 1191.3 kv.m qeyd edilsә dә, faktiki 1175 kv.m tәşkil edir. Müvafiq ünvanda yerlәşәn daşınmaz әmlak “xxxx” ASC-nin xeyrinә ipoteka ilә yüklü edilmişdir. Bakı Inzibati Mәhkәmәsinin ##.##.2025-ci il tarixli qәrardadı ilә Azәrbaycan Respublikası Dövlәt Neft Şirkәti üçüncü şәxs qismindә (zәruri cәlbetmә) inzibati mәhkәmә icraatına cәlb edilmişdir. Üçüncü şәxs tәrәfindәn tәqdim olunmuş etiraz onunla әsaslandırılmışdır ki, hәmin koordinatlarda yerlәşәn torpaq sahәsi neft-qaz әmәliyyatlarının aparılması üçün 1976-cı ildә, daha sonra 2018-ci ildә müvafiq tәkmillәşdirilmәlәr aparılmaqla, Dövlәt Neft Şirkәtinin (Azneft IB-nin) daimi istifadәsinә verilmiş әrazilәrin hüdudları daxilindә yerlәşmişdir. Hәmçinin müәyyәn olunmuşdur ki, hәmin torpaq sahәsi neft-qaz әmәliyyatlarının aparılması mәqsәdilә SOCAR-ın daimi istifadәsinә ayrılmış әrazilәrin hüdudları daxilindә yerlәşir. Hәmçinin müәyyәn olunmuşdur ki, torpaq sahәsinin 31, 42, 58 vә 69 metrlik mәsafәsindә 4 әdәd lәğv olunmuş neft-qaz quyusu mövcuddur. Bakı Inzibati Mәhkәmәsinin *-*(***)-*****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı ilә (hakim S.Qәnbәrova) iddia tәmin edilmәmişdir. Birinci instansiya mәhkәmәsi qәrarını onunla әsaslandırmışdır ki, “...Işdən görünür ki, mübahisəli torpaq sahəsi və üzərində yerləşən yaşayış sahəsi ləğv olunmuş neft-qaz quyusunun xüsusi mühafizə zonasında yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göstərilənlərdən müəyyən olunur ki, iddiaçının tələbinin təmin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə müəyyən edilən bütün hallar hazırkı iş üzrə mövcud deyil. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, cavabdehin imtinası əsaslı olmuşdur.” Qәrardan narazı qalan iddiaçı apellyasiya şikayәti verәrәk, qәrarın lәğv edilmәsi, iddia tәlәbinin tәmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, qәrar maddi vә prosessual hüquq normalarının pozulması ilә qәbul olunduğundan lәğv edilmәlidir. Mәhkәmә iddianı rәdd edәrkәn aşağıdakı hallara istinad etmişdir: 1. Mübahisәli torpaq sahәsi SOCAR-ın daimi istifadәsinә ayrılmış әrazilәrin hüdudları daxilindә olması; 2. Mübahisәli torpaq sahәsi vә üzәrindә yerlәşәn yaşayış sahәsi lәğv olunmuş neft-qaz quyusunun xüsusi mühafizә zonasında yerlәşmәsi. Iş materiallarında olan Əzizbәyov rayon X5 icraiyyә komitәsinin ##.##.1990-cı il tarixli * nömrәli qәrarından görünür ki, Buzovna qәsәbәsi, Kirov küçәsi ** nömrәli ev, * nömrәli mәnzildә yaşayan, ##.##.1990-cı ildәn hal-hazıra kimi heç bir yerdә işlәmәyәn, ev növbәsindә durmayan, amma ev şәraitini yaxşılaşdırmaq üçün bütün әsasları olan Ismayılov Azad Mayıl oğluna Buzovna qәsәbәsindә *** nömrәli sahәdә fәrdi ev tikmәk üçün 600 kv.m torpaq sahәsi ayrılmışdır. Nәzәrә alınmalıdır ki, torpaq sahәsi üzәrindә hüquq hәmin torpaq sahәsinin ayrılması (mülkiyyәtә, icarәyә, istifadәyә) barәdә hüquqmüәyyәnedici sәnәd әsasında yaranır. Hüquqmüәyyәnedici sәnәd qanunla müәyyәn olunmuş qaydada lәğv edilәnә, geri çağırılana, dәyişdirilәnә vә ya etibarsız sayılana qәdәr qüvvәdә sayılır vә etibarlı hesab olunur. Bu mәnada hüquqmüәyyәnedici sәnәdlәrin qüvvәdә olduğu müddәtdә, qeyd edilәn sәnәdlәrin aid olduğu konkret şәxsin hәmin sәnәdә әsaslanan hüququ şәxsin müraciәti әsasında qeydiyyata alınmalıdır. Göründüyü kimi, mübahisәli torpaq sahәsinә dair ilkin hüquqmüәyyәnedici sәnәdin olması vә hәmin sәnәdin hazırda qüvvәdә olması işin mübahisәsiz halını tәşkil etmişdir. Mәhkәmәnin iddianı rәdd edәrkәn “SOCAR”-ın daimi istifadәsinә ayrılmış әrazilәrin hüdudları daxilindә olmasına istinad etsә dә, nәzәrә almamışdır ki, “SOCAR” ## ######## 1992-ci il tarixdә yaranmışdır. Hәmin torpaq sahәsi ilә bağlı onun hüquqmüәyyәnedici sәnәdi isә ##.##.1990-cı il tarixli olmuşdur. Maraqlı mәqam odur ki, mәhkәmә hәm torpaq sahәsinә dair Əzizbәyov rayon X5 icraiyyә komitәsinin ##.##.1990-cı il tarixli * nömrәli qәrarın mötәbәrliyini qәbul etsә dә (onun etibarsız saymamış), hәm dә hәmin torpaq sahәsinin 1992-ci il tarixdә yaradılmış SOCAR-a mәxsus olmasını bildirmişdir. Bundan başqa nәzәrә alınmalıdır ki, torpaq sahәsinin yerlәşdiyi әrazinin hәr bir tәrәfi qonşu bağlarla әhatә olunmuş vә hәmin torpaq sahәlәrinin çıxarışları mövcud olmuşdur. Bu isә hәmin torpaq sahәlәrin SOCAR-a ayrılmadığını sübut edir. Belә olan tәqdirdә isә hәmin torpaq sahәlәrinin içindә SOCAR-a mәhz ona mәxsus olan 12 ha torpaq ayrılmışdır. Bu isә absurt vә gülüncdür. Mәhkәmә tәrәfindәn iddianı rәdd edәrkәn istinad etdiyi hal mübahisәli torpaq sahәsi vә üzәrindә yerlәşәn yaşayış sahәsi lәğv olunmuş neft-qaz quyusunun xüsusi mühafizә zonasında yerlәşmәsi olmuşdur. Hәmin torpaq sahәsi bağlar olan mәhәllәdә yerlәşmәklә çıxarışlı bağ sahәlәrinin ortasında yerlәşir. Halbuki, iş materiallarına әlavә edilmiş ortofoto planından görünür ki, mübahisәli torpaq sahәsinin yerlәşdiyi әrazi yaşayış massividir, әrazidә avtomobil yolları var, yolların hәr tәrәfi yaşayış evlәrindәn ibarәtdir. Belә olan tәqdirdә digәr torpaq sahәlәrinә çıxarış verilmәklә cavabdeh inzibati orqan hәmin torpaq sahәlәrinin ortasında yerlәşәn mәhz ona mәxsus torpaq sahәsinin neft-qaz quyusunun xüsusi mühafizә zonasında olmasını bildirmәyi ona qarşı qәrәzli mövqeyi sübut etmәklә bәrabәrlik prinsipinә zidd olmuşdur. Bu zaman hәm dә nәzәrә alınmalıdır ki, şәxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda tәmin oluna bilәr. Belә proqnozlaşdırma isә inzibati orqanların inzibati, yәni hüquq tәtbiqi praktikasına vә bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şәxs onun müraciәtinin inzibati praktikaya uyğun vә artıq hәll edilmiş oxşar işlәrә analoji qaydada hәll olunacağını әvvәlcәdәn bilmәk vә proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şәxsә belә imkan mәhz bәrabәr yanaşma vә etimadın qorunması prinsiplәri vasitәsi ilә yaradılır. Bundan başqa, cavabdehin digәr dәlili “faktiki vәziyyәti arasında perimetrik ölçü fәrqlәri mövcuddur vә torpaq sahәsinin sәnәd üzrә sahәsi 1191,3 kv.m qeyd edilsә dә, faktiki 1175 kv.m tәşkil etmәsi” dәlilidir. Mәhkәmә kollegiyasının da bildiyi kimi, mәhkәmә tәcrübәsindә minlәrlә bu hallarla bağlı qәrarlar olmuş vә belә halda mәhkәmә tәrәfindәn faktiki әraziyә dair hüquqlar qeydiyyata alınmışdır. Hәtta onun tәrәfindәn dә bu hala etiraz edilmәyәrәk faktiki sahәyә münasibәtdә iddianın tәmin edilmәsi xahiş edilmişdir. Apellyasiya şikayətinə qarşı etiraz: Üçüncü şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә qarşı etiraz iddiaya etiraza uyğun olaraq әsaslandırılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Mәhkәmә kollegiyası iclasında iştirak edәn iddiaçının nümayәndәsi apellyasiya şikayәtinin mәzmununa uyğun izahat verәrәk, apellyasiya şikayәtinin tәmin edilmәsini, birinci instansiya mәhkәmәsinin qәrarının lәğv edilmәsi vә iddia tәlәbinin tәmin edilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etdi. Mәhkәmә kollegiyası iclasında iştirak edәn cavabdehin nümayәndәsi vә üçüncü şәxsin nümayәndә-vәkili apellyasiya şikayәtinin dәlillәrinә etiraz edәrәk, onun tәmin edilmәmәsini vә birinci instansiya mәhkәmәsinin qәrarının dәyişdirilmәdәn saxlanılmasını xahiş etdilәr. Əsaslandırıcı hissə: Azәrbaycan Respublikası Inzibati-Prosessual Mәcәllәsinin 82-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi mübahisә ilә bağlı işә şikayәt hәddindә vә hüquqi mәsәlәlәr, habelә sübutlar vә faktlar (faktiki hallar) әsasında mahiyyәti üzrә tam hәcmdә baxır. Apellyasiya şikayәti qanunla müәyyәn olunmuş tәlәblәrә riayәt olunmaqla verilmişdir, şikayәtin mümkün sayılmaması üçün әsaslar yoxdur. Belә ki, şikayәt birinci instansiya mәhkәmәsinin qәrarının tәqdim olunduğu gündәn 30 gün әrzindә verilmişdir (IPM-85.1), formal baxımdan әsaslandırılmış vә şikayәtçinin tәlәbi göstәrilmişdir (IPM-85.2, 85.3). Mәhkәmә kollegiyası işdә iştirak edәn şәxslәri dinlәyib, apellyasiya şikayәtinin dәlillәrini araşdırıb hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәli, birinci instansiya mәhkәmәsinin qәrarı maddi vә prosessual hüquq normalarının pozuntusu ilә qәbul edildiyindәn lәğv edilmәli, iddia tәmin edilmәlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Mәhkәmә kollegiyası iş üzrә iddianın mahiyyәti üzrә baxılmasına imkan verәn mümkünlük şәrtlәrinә qiymәt verәrәk belә nәticәyә gәlir ki, iddia mümkün sayılır. Belә ki, baxılan işdә iddianın ümumi vә xüsusi mümkünlük şәrtlәri mövcuddur. Yәni iddia inzibati mübahisәdir vә ona baxmaq sәlahiyyәti inzibati mәhkәmәlәrә aiddir (IPM-in 1.1, 2.1, 3.1 vә 8.1.4-cü maddәlәri). Iddiaçı IPM-in 2.2.3-cü maddәsindә nәzәrdә tutulmuş iddianı (öhdәliyin icrası) qaldırmışdır. Iddiaçı cavabdehin üzәrinә inzibati aktın qәbul edilmәsi ilә әlaqәdar olmayan müәyyәn hәrәkәtlәrin edilmәsi öhdәliyinin qoyulmasını xahiş edir. Cavabdeh tәrәfindәn iddiaçının müvafiq müraciәtinә baxılaraq qaldırılan mәsәlәnin hәllindәn imtina olunduğundan, tәrәflәr arasında inzibati mübahisә mövcuddur. Iddiaçı әvvәlcә inzibati orqana müraciәt etmiş, lakin cavabdeh tәrәfindәn iddiaçının müraciәti tәmin edilmәmişdir. IPM-in 35.1-ci maddәsinә görә bu Mәcәllәdә başqa qayda nәzәrdә tutulmamışdırsa, iddiaçının iddia әrizәsindә inzibati aktın qәbul edilmәsi vә ya qәbul edilmәsindәn imtina olunması, yaxud inzibati orqanın hәrәkәti vә ya hәrәkәtsizliyi nәticәsindә onun hüquqlarının vә qanunla qorunan maraqlarının pozulduğunu әsaslandırdığı hallarda mübahisәlәndirmә haqqında, mәcburetmә haqqında, öhdәliklәrin icrası haqqında vә müәyyәn hәrәkәtlәri etmәkdәn çәkinmәyә dair iddia mümkün sayılır. Iddiaçı subyektiv hüquqa malikdir. Hazırkı iş üzrә iddiaçı cavabdeh orqana müraciәt etmiş, cavabdeh tәrәfindәn imtina verildikdәn sonra mәhkәmәdә iddia qaldırmışdır. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin: - 139.1-ci maddәsinә görә mülkiyyәt hüququ vә daşınmaz әmlaka digәr hüquqlar, bu hüquqların mәhdudlaşdırılması, әmәlә gәlmәsi, başqasına keçmәsi vә xitamı dövlәt qeydiyyatına alınmalıdır. - 139.3-cü maddәsinә әsasәn daşınmaz әmlaka hüquqların dövlәt qeydiyyatı müvafiq icra hakimiyyәti orqanı (Azәrbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlәt Reyestri Xidmәti) tәrәfindәn qanunvericiliklә müәyyәn edilmiş qaydada tәrtib edilәn vә aparılan daşınmaz әmlakın dövlәt reyestrindә hәyata keçirilir. - 152.1-ci maddәsinә әsasәn mülkiyyәt hüququ - subyektin ona mәnsub әmlaka (әşyaya) öz istәdiyi kimi sahib olmaq, ondan istifadә etmәk vә ona dair sәrәncam vermәk üzrә dövlәt tәrәfindәn tanınan vә qorunan hüququdur. «Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 178.8-ci maddәsinin şәrh edilmәsinә dair» Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ####### 2010-cu il tarixli Qәrarında göstәrilir ki, «Azәrbaycan Respublikası qanunvericiliyindә tәsbit edilmiş mülkiyyәt hüququnun tәminatı mexanizmi mәhz daşınmaz әmlakın dövlәt reyestrindә qeydiyyat әsasında hәyata keçirilir. Daşınmaz әmlaka aid olan mәlumatların vahid dövlәt reyestrindә qeydiyyatı hәm dövlәt, hәm dә mülkiyyәtçilәrin mәnafelәrinin qorunması baxımından vacibdir. Daşınmaz әmlakın dövlәt qeydiyyatının nәticәsindә şәxsin qanuni әsaslarla әldә etdiyi müvafiq daşınmaz әmlaka mülkiyyәt hüququnun tanınması bu hüququn pozulmasının vә mübahisә edilmәsinin qarşısını alır. Daşınmaz әmlakın dövlәt qeydiyyatı әmlaka dair mülkiyyәt hüququnu tәsdiqlәyәn sәnәdlәrin hәqiqiliyinә vә әsaslılığına tәminat kimi qiymәtlәndirilir. Dövlәt orqanlarının bu istiqamәtdәki fәaliyyәtinin әsas mәqsәdlәrindәn biri isә hәr kәsin hüquq vә qanuni mәnafelәrinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahәdә dövlәt orqanlarına hәvalә edilmiş sәlahiyyәtlәrin hәyata keçirilmәsi nәticәsindә hәr hansı fiziki vә ya hüquqi şәxsin hüquqlarının, o cümlәdәn mülkiyyәt hüquqlarının tam hәcmdә reallaşdırılmasının әsassız olaraq mәhdudlaşdırılmasının yolverilmәzliyi dә xüsusi әhәmiyyәt kәsb edir». Azәrbaycan Respublikası Torpaq Mәcәllәsinin: - 55-ci maddәsinә әsasәn hüquqi vә fiziki şәxslәrin torpaq sahәsi üzәrindә hüquqları: müvafiq icra hakimiyyәti orqanlarının vә ya bәlәdiyyәlәrin qәrarları vә onlarla bağlanan müqavilәlәr; hüquqi vә (vә ya) fiziki şәxslәr arasında bağlanan müqavilәlәr vә torpaqla bağlı digәr әqdlәr; mәhkәmәnin torpaq sahәsi üzәrindә hüququn müәyyәn edilmәsinә dair qәrarı vә ya hökmü; vәrәsәlik hüququ әsasında vә qanunvericiliklә müәyyәn edilmiş digәr yollarla yaranır. - 65-ci maddәsinә әsasәn torpaq sahәsinin yerquruluşu planı torpaq sahәsinin müәyyәn miqyasda tәrtib edilmiş vә planaalma aparılan anda özündә әrazinin bütün vәziyyәtini (bitki örtüyü, çaylar, yollar vә digәr obyektlәr), şәrti işarәlәr vә nişanәlәr vasitәsilә әks etdirәn xәritәdir. Torpaq ayrılması üçün sahә seçildikdә hәmin sahәnin istifadәyә vә icarәyә verilmәsi (satılması) barәdә müvafiq qәrar qәbul edilәnә qәdәr onun sәrhәdlәri yerdә (naturada) vә xәritәdә müәyyәn edilir. Torpaq sahәlәrinin sәrhәdlәrinin yerdә (naturada) müәyyәn edilmәsi yerquruluşu qaydasında aparılır. Torpaq sahәsinin planı vә ölçüsünün hazırlanması, onun sәrhәdlәrinin yerә (naturaya) keçirilmәsi yerquruluşu işlәrinin aparılmasına hüququ olan tәşkilatlar tәrәfindәn hәyata keçirilir vә yerdә yoxlandıqdan sonra müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn tәsdiq edilir. Torpaq sahәsinin tәsdiq edilmiş planı torpaq sahәsinin istifadәyә vә ya icarәyә verilmәsi (satılması) barәdә müqavilәnin ayrılmaz hissәsidir. Torpaq sahәlәrinin sәrhәdlәri yerә (naturaya) keçirildikdәn sonra onun sahәsi ölçülür vә torpaqların istifadәyә vә ya icarәyә verilmәsi (satılması) barәdә müqavilә bağlanılır. - 66-cı maddәsinә әsasәn dövlәt vә bәlәdiyyә mülkiyyәtindә olan torpaq sahәlәrinin hәr hansı hüquqda hüquqi vә fiziki şәxslәrә verilmәsi müvafiq icra hakimiyyәti orqanının vә ya bәlәdiyyәnin qәrarı vә tәrәflәr arasında bağlanmış müqavilә әsasında hәyata keçirilir. Xüsusi mülkiyyәtdә olan torpaqlar üzәrindә bütün hüquqların başqasına keçmәsi isә tәrәflәr arasında bağlanmış vә notarial qaydada tәsdiq edilmiş müqavilә әsasında hәyata keçirilir. Müqavilәdә tәrәflәrin hüquqları vә vәzifәlәri, torpaq sahәsinin hüquqi statusu, öhdәliklәr, mәhdudiyyәtlәr vә servitutlar, müqavilәyә xitam verilmәsinin әsasları vә torpaqların istifadәsi vә mühafizәsi üzrә digәr şәrtlәr nәzәrdә tutulur. Torpaq üzәrindә hüquqlar (müddәti on bir aydan az olan icarә vә istifadә hüquqları istisna olmaqla) qanunvericiliklә müәyyәn edilmiş qaydada daşınmaz әmlakın dövlәt reyestrindә dövlәt qeydiyyatına alınır vә hәmin reyestrdәn çıxarışla rәsmilәşdirilir. - 67-ci maddәsinә әsasәn torpaq üzәrindә hüquqların (müddәti on bir aydan az olan icarә vә istifadә hüquqları istisna olmaqla) dövlәt qeydiyyatı qanunvericilikdә nәzәrdә tutulmuş qaydada daşınmaz әmlakın dövlәt reyestrindә aparılır. - 68-ci maddәsinә әsasәn torpaq sahәlәri üzәrindә hüquqlar torpaq sahәlәrinin sәrhәdlәrinin yerdә müәyyәn edilmәsindәn, onların planı vә ölçüsünün tәrtib edilmәsindәn, torpaq sahәlәrinin verilmәsi barәdә müqavilәnin bağlanmasından vә onun müәyyәn olunmuş qaydada dövlәt qeydiyyatından keçirilmәsindәn sonra yaranır. - 86-cı maddәsinә әsasәn Azәrbaycan Respublikasının torpaq qanunvericiliyi ilә müәyyәn olunmuş qaydada qeydiyyata alınmış, bәlәdiyyәlәrin ehtiyat fondunun özәllәşdirilә bilәn torpaq sahәlәri alqısatqı obyekti ola bilәr. Bәlәdiyyә mülkiyyәtindәki torpaqların alqı-satqısı әrazinin inkişaf planları, yerquruluşu, yaşayış mәntәqәlәrinin baş planı, şәhәrsalma sәnәdlәri әsasında planlaşdırılır vә qanunvericiliklә müәyyәn edilmiş qaydada bәlәdiyyәlәr tәrәfindәn hәyata keçirilir. “Daşınmaz әmlakın dövlәt reyestri haqqında” Azәrbaycan Respublikası Qanunun: “Daşınmaz әmlakın dövlәt reyestri haqqında” Azәrbaycan Respublikası Qanununa әsasәn daşınmaz әmlak üzәrindә hüquqların әmәlә gәlmәsinin, başqasına keçmәsinin, mәhdudlaşdırılmasının (yüklülüyünün) vә xitam verilmәsinin dövlәt qeydiyyatı üçün әsasdır. - 2.1-ci maddәsinә әsasәn daşınmaz әmlaka mülkiyyәt vә digәr әşya hüquqlarının dövlәt qeydiyyatı (bundan sonra - hüquqların dövlәt qeydiyyatı) Azәrbaycan Respublikasının Mülki Mәcәllәsinә uyğun olaraq daşınmaz әmlaka hüquqların әmәlә gәlmәsinin, mәhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçmәsinin vә bu hüquqlara xitam verilmәsinin dövlәt tәrәfindәn tanınması vә tәsdiq edilmәsi barәdә hüquqi aktdır. - 2.2-ci maddәsinә әsasәn Azәrbaycan Respublikasının Mülki Mәcәllәsi ilә vә bu qanunla müәyyәn edilmiş qaydada daşınmaz әmlak üzәrindә hüquqların qeydiyyatı daşınmaz әmlakın dövlәt reyestrindә aparılır. - 2.4-cü maddәsinә әsasәn hüquqların dövlәt qeydiyyatı ilә bağlı mübahisәlәr mәhkәmә qaydasında hәll edilir. - 4.1-ci maddәsinә әsasәn bu Qanun qüvvәyә mindiyi günәdәk daşınmaz әmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tәrәfindәn aparılmış dövlәt qeydiyyatı öz hüquqi qüvvәsini saxlayır - 8.0-cı maddәsinә әsasәn daşınmaz әmlak üzәrindә hüquqların әmәlә gәlmәsinin, başqasına keçmәsinin, mәhdudlaşdırılmasının (yüklülüyünün) vә xitam verilmәsinin dövlәt qeydiyyatı üçün aşağıdakılar әsas hesab olunur: - 8.0.8. bu Qanun qüvvәyә minәnәdәk әldә edilmiş vә yaranmış daşınmaz әmlak obyektlәri üzәrindә hüquqların әldә edilmәsini tәsdiq edәn müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilәn sәnәdlәr......... - 10.2.1-ci maddәsindә vurğulanır ki, hüquqların dövlәt qeydiyyatı üçün bu Qanunun 8-ci maddәsindә nәzәrdә tutulmuş әsaslardan birinin olması kifayәtdir. Bu normanın mәtninә vә mәzmununa görә, Qanunun 8-ci maddәsindә tәsbit olunmuş әsaslardan (sәnәdlәrdәn) hәr hansı birinin tәqdim olunması cavabdeh tәrәfindәn qeydiyyatın aparılması üçün yetәrli sayılmalıdır. - 12.1-ci maddәsinә görә daşınmaz әmlaka mülkiyyәt vә digәr әşya hüquqlarının әmәlә gәlmәsi vә başqasına keçmәsi müvafiq icra hakimiyyәti orqanları tәrәfindәn hazırlanan sәnәdlәr әsasında qeydiyyat orqanı tәrәfindәn verilәn dövlәt reyestrindәn çıxarışla rәsmilәşdirilir. - 15-ci maddәsinә әsasәn hüquqların dövlәt qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilә bilәr: dövlәt qeydiyyatı barәdә müraciәt olunan hüquq bu qanuna әsasәn dövlәt qeydiyyatına alınmalı deyildirsә, hüquqların dövlәt qeydiyyatı üçün notariat qaydasında tәsdiqlәnmәsi tәlәb olunmayan sәnәdlәrin forması vә mәzmunu qanunvericiliklә müәyyәn edilmiş tәlәblәrә uyğun deyildirsә, hüquqların dövlәt qeydiyyatı barәdә әrizәni vermәyә ixtiyarı olmayan şәxs müraciәt etdikdә, daşınmaz әmlaka hüququn tanınması barәdә icra hakimiyyәti vә ya bәlәdiyyә orqanının aktı qanunvericiliklә müәyyәn edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz әmlak barәsindә tәsdiqlәyici sәnәd vermiş şәxs hәmin әmlak üzәrindә hüquqa dair sәrәncam sәlahiyyәtinә malik olmadıqda, bu Qanunun 14-cü maddәsindә nәzәrdә tutulmuş qeydiyyatın dayandırılmasına sәbәb olmuş hallar aradan qaldırılmadıqda. Azәrbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrәli Fәrmanı ilә “Daşınmaz әmlakın dövlәt reyestri haqqında” Azәrbaycan Respublikasının Qanunu qüvvәyә minәnәdәk әldә edilmiş vә yaranmış daşınmaz әmlak obyektlәri üzәrindә hüquqların әldә edilmәsini tәsdiq edәn sәnәdlәrin Siyahısı”nın 2-ci bәndinә әsasәn Azәrbaycan Respublikası Sovet Sosialist Respublikaları Ittifaqının tәrkibindә olduğu dövrdә, habelә Azәrbaycan Respublikası müstәqillik әldә etdikdәn sonra “Daşınmaz әmlakın dövlәt reyestri haqqında” Azәrbaycan Respublikasının Qanunu qüvvәyә minәnәdәk olan dövrdә Azәrbaycan Respublikasının әrazisindә yaşayış vә bağ evlәri, elәcә dә onların altında olan vә ya belә evlәrin tikintisi üçün ayrılmış torpaq sahәlәrinә dair qüvvәdә olmuş qanunvericilikdә nәzәrdә tutulan aşağıdakı sәnәdlәr “Daşınmaz әmlakın dövlәt reyestri haqqında” Azәrbaycan Respublikasının Qanunu qüvvәyә minәnәdәk әldә edilmiş vә yaranmış daşınmaz әmlak obyektlәri üzәrindә hüquqların әldә edilmәsini tәsdiq edәn sәnәddir: 2.4. yaşayış vә bağ evlәrinә dair texniki inventarlaşdırma orqanları tәrәfindәn 2001ci il ######ın #-dәk tәrtib olunmuş texniki pasportlar (müvafiq tikililәrin yerlәşdiyi hәyәtyanı torpaq sahәlәrinin ölçüsü göstәrildiyi halda);. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Mәhkәmә kollegiyası әvvәla iş materiallarında olan sәnәdlәrә diqqәt yetirir: - Əzizbәyov rayon X5 icraiyyә komitәsinin ##.##.1990-cı il tarixli * nömrәli qәrarından görünür ki, Buzovna qәsәbәsi, Kirov küçәsi ** nömrәli ev, * nömrәli mәnzildә yaşayan, ##.##.1990-cı ildәn hal-hazıra kimi heç bir yerdә işlәmәyәn, ev növbәsindә durmayan, amma ev şәraitini yaxşılaşdırmaq üçün bütün әsasları olan Ismayılov Azad Mayıl oğluna Buzovna qәsәbәsindә *** nömrәli sahәdә fәrdi ev tikmәk üçün 600 kv.m torpaq sahәsi ayrılmışdır. - 1997-ci il tarixli yaşayış evinin texniki pasportundan görünür ki, Buzovna qәsәbәsi, *** saylı evin yerlәşdiyi torpaq sahәsi 1191,3 kv.metr tәşkil edir. - ## ###### 1998-ci il tarixli ****** saylı müqavilәdәn görünür ki, Ismayılov Azad Mayıl oğlu Bakı şәhәri, Buzovna qәsәbәsi, 1/ev 319-da bir yaşayış otağı, sahәsi 11,4 kv.m, bir kömәkçi sahәsi 10,8 kv.m-dә olan yaşayış sahәsi X7. - Hüquqların dövlәt qeydiyyatı haqqında daşınmaz әmlakın dövlәt reyestrindәn ##.##.2006-cı il tarixli, ********* qeydiyyat nömrәli çıxarışdan görünür ki, Bakı şәhәri, Əzizbәyov rayonu, Buzovna qәsәbәsindә istifadәdә olan 0.11913 ha torpaq sahәsindә yerlәşәn 2 vә 1 mәrtәbәli, 5 otaqlı, 100.8 kv.m yaşayış, 167.9 kv.m kömәkçi sahәdәn ibarәt *** nömrәli fәrdi yaşayış evi tam mülkiyyәt üzrә X7 adına daşınmaz әmlakın dövlәt reyestrindә qeydiyyata alınmışdır. - Işdә olan ##.##.2024-cü il tarixli satıcı X7 ilә ipoteka saxlayan “xxxx” ASC vә alıcı (ipoteka qoyan) İddiaçı arasında bağlanmış alqı-satqı vә ipoteka müqavilәsindәn görünür ki, satıcı Bakı şәhәri, Xәzәr rayonu, Buzovna qәsәbәsi, ev 319 (yeni qaydalarla: AZ 1093, ünvan 1) ünvanında yerlәşәn ümumi sahәsi 268,6 kv.metr olan 2 mәrtәbәli fәrdi yaşayış evini alıcı-ipoteka qoyanın mülkiyyәtinә vermişdir. - Işdә olan hüquqların dövlәt qeydiyyatı haqqında daşınmaz әmlakın dövlәt reyestrindәn ##.##.2025-ci il tarixli, ********** nömrәli çıxarışdan görünür ki, Bakı şәhәri, Xәzәr rayonu, Buzovna qәsәbәsi, ev 319 (yeni qaydalarla: AZ 1093, ünvan 1) ünvanında yerlәşәn ümumi sahәsi 268,6 kv.metr olan fәrdi yaşayış evi İddiaçı xüsusi mülkiyyәtindәdir. Fәrdi yaşayış evinin yerlәşdiyi istifadәdә olan torpaq sahәsi 0,0214 ha tәşkil edir. - Daşınmaz әmlakın texniki vәziyyәtini әks etdirәn ##.##.2024-cü il tarixli müayinә aktından görünür ki, torpaq sahәsi hüquq müәyyәnedici sәnәd üzrә 1191.3 kv.m, faktiki 1175.9 kv.m tәşkil edir. - Cavabdehin mәhkәmәyә ünvanlanmış *-**-*-**/*-*****/**** nömrәli ##.##.2026-cı il tarixli mәktubundan görünür ki, göstәrilәn torpaq sahәsi faktiki olaraq hasardaxili 0.1175 ha tәşkil edir. Torpaq sahәsi üzәrindә iki mәrtәbәli yaşayış evi vә kömәkçi tikili mövcuddur. Sahәdәn 1.0 m mәsafәdә elektrik xәtti keçir. Vahid elektron kadastr baza mәlumatlarına әsasәn sahә “Yaşayış mәntәqәlәrinin torpaqları” kateqoriyasına aiddir. Sahәdәn 92.0 metr mәsafәlәrdә işlәk, 32.0 metr mәsafәdә isә lәğv olunmuş neft quyularının baza mәlumatı mövcuddur. Işin faktiki hallarından görünür ki, Bakı şәhәri, Xәzәr rayonu, Buzovna qәsәbәsi, ev 319 (Yeni qaydalarla: ünvan 2) ünvanında yerlәşәn fәrdi yaşayış evi müvafiq çıxarışa әsasәn iddiaçının mülkiyyәtindәdir vә sözügedәn fәrdi yaşayış evinin hәyәtyanı sahәsi onun texniki pasportuna әsasәn 0,11913 ha tәşkil edir, o cümlәdәn hәmin torpaq sahәsi ilә bağlı texniki pasport 1997-ci ildә tәrtib edilmişdir. Iddiaçı qeyd olunan hüquqmüәyyәnedici sәnәdlәrә istinad edәrәk, sözügedәn torpaq sahәsi üzәrindә mülkiyyәt hüquqlarının daşınmaz әmlakın dövlәt reyestrindә qeydiyyata alınması ilә bağlı cavabdeh inzibati orqana müraciәt etmiş, lakin müraciәtinin tәmin edilmәsindәn imtina edilmişdir. Cavabdeh inzibati orqan imtinasında, etirazında o hallara istinad etmişdir ki: - elektron kadastr mәlumatlarına әsasәn göstәrilәn torpaq sahәsi Azәrbaycan Respublikası Dövlәt Neft Şirkәtinin istifadәsinә verilmiş әrazidә olmaqla, yaxınlığında lәğv edilmiş vә işlәk neft quyuları yerlәşir. - texniki pasportla torpaq sahәsinin faktiki vәziyyәti arasında perimetrik ölçü fәrqlәri mövcuddur. Torpaq sahәsinin sәnәd üzrә sahәsi 1191.3 kv.m qeyd edilsә dә, faktiki 1175 kv.m tәşkil edir. - müvafiq ünvanda yerlәşәn daşınmaz әmlak “xxxx” ASC-nin xeyrinә ipoteka ilә yüklü edilmişdir. Birinci instansiya mәhkәmәsinin iddia tәlәbinin rәdd edilmәsi bağlı gәldiyi nәticәdә habelә qeyd etmişdir ki, - mübahisәli torpaq sahәsi SOCAR-ın daimi istifadәsinә ayrılmış әrazilәrin hüdudları daxilindәdir; - mübahisәli torpaq sahәsi vә üzәrindә yerlәşәn yaşayış sahәsi lәğv olunmuş neftqaz quyusunun xüsusi mühafizә zonasında yerlәşir. Mәhkәmә kollegiyası apellyasiya şikayәtinin dәlillәrini әsaslı, cavabdeh inzibati orqanın imtinasını vә birinci instansiya mәhkәmәsinin iddia tәlәbinin tәmin edilmәmәsi ilә bağlı gәldiyi nәticәni әsassız hesab edir. Mәhkәmә kollegiyası cavabdehin vә üçüncü şәxsin etirazında göstәrdiyi dәlili әsassız hesab edәrәk qeyd edir ki, iddia olunan mübahisәli torpaq sahәsi Dövlәt Neft Şirkәtinin әrazisi hüdudları daxilindә yerlәşsә dә, bu hal vәtәndaşın mülkiyyәt hüquqlarının reallaşdırılmasına maneә yarada bilmәz. Belә ki, Azәrbaycan Respublikası Torpaq Mәcәllәsinin 22-ci maddәsinin 2-ci bәndinә әsasәn әhalinin tәhlükәsizliyinin tәmin olunması, sәnaye, nәqliyyat, rabitә, müdafiә vә digәr tәyinatlı obyektlәrin istismarına lazımi şәrait yaradılması üçün onların әtrafında xüsusi (qoruyucu, sanitariya vә s.) hüquqi rejimli mühafizә zonaları yaradılır. Telekommunikasiya fәaliyyәti üçün fiziki vә hüquqi şәxslәrә verilәn torpaq sahәlәrinin, o cümlәdәn mühafizә zona vә zonalarının ölçüsü bu fәaliyyәt növü üçün torpaq ayrılması normalarına vә layihә-texniki sәnәdlәrә müvafiq olaraq müәyyәnlәşdirilir. Hәmin maddәnin 3-cü bәndinә әsasәn zona üzrә müәyyәn edilmiş rejimlә, torpaqların tamamilә tәsәrrüfat dövriyyәsindәn çıxarılması nәzәrdә tutulan hallar istisna olmaqla, әrazisindә mühafizә zonası müәyyәn edilәn torpaq mülkiyyәtçilәri, istifadәçilәri vә icarәçilәri torpaq sahәsi üzәrindә hüquqlardan mәhrum edilmirlәr. Mühafizә zonasının hüdudlarında torpaq mülkiyyәtçilәri, istifadәçilәri vә icarәçilәri bu zonalar üçün tәsdiq edilmiş qaydalara әmәl etmәyә borcludurlar. Hәmin maddәnin 5-ci bәndinә әsasәn sәnaye, nәqliyyat, rabitә vә digәr tәyinatlı torpaqların istifadәsi qaydaları müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilir, xüsusi hüquqi rejimli mühafizә zonalarının müәyyәnlәşdirilmәsi qaydaları isә müvafiq normativ hüquqi aktlarla tәnzimlәnir. “Texniki tәhlükәsizlik haqqında” Azәrbaycan Respublikasının Qanunun әlavәsindәn görünür ki, neftqazçıxarma sәnayesi (magistral neft-qaz boru kәmәrlәrini daxil etmәklә) vә geoloji kәşfiyyat işlәri tәhlükә potensiallı istehsal obyektlәrinin sırasına aiddir. Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2017-ci il # ###### tarixli ** nömrәli qәrarı ilә tәsdiq edilmiş “Tәhlükә potensiallı tәbiәt vә texnogen xarakterli hadisәlәrin baş vermә ehtimalının yüksәk olduğu zonalarda mühafizә tәdbirlәrinin növlәri vә onların tәtbiqi halları”nın 3.3-cü bәndinә görә әhalinin sağlamlığını, әtraf mühiti vә әmlakı dәnizdә vә quruda neft-qaz әmәliyyatları zamanı yarana bilәcәk qәzalardan mühafizә etmәk üçün bu obyektlәr әtrafında xüsusi mühafizә zonaları müәyyәn edilmişdir. Neftqazçıxarma sәnayesi obyektlәrindәn yaşayış binalarına, fәrdi yaşayış evlәrinә, yataqxanalara, ictimai vә inzibati binalara, müvәqqәti salınmış qәsәbәlәrә qәdәr minimum mәsafә 75 m olmalıdır. Mәhkәmә kollegiyası diqqәtә çatdırır ki, yuxarıda istinad olunan qanunvericilik normalarının mәzmunundan göründüyü kimi, tәhlükә potensiallı istehsal obyektlәr sırasına daxil olan torpaq sahәlәrinin istifadә qaydalarında mәhdudiyyәtlәr nәzәrdә tutulsa da, onların xüsusi mülkiyyәtdә olmasına heç bir qadağa yoxdur. Əksinә, hәmin torpaq sahәlәri torpaq mülkiyyәtçisinin vә ya istifadәçisinin istifadәsindә qalır vә onlar tәrәfindәn qanunvericilikdә nәzәrdә tutulmuş tәlәblәrә riayәt edilmәklә istifadә oluna bilәr. Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrәli ##.##.2024-cü il tarixli qәrarında qeyd edilmişdir ki, “...mübahisәli torpaq sahәsi 2005-ci il tarixdә saziş әsasında ‘‘X3” Şirkәtinin istifadәsinә verilmiş kontrakt sahәsinә daxil edildiyi halda, hәmin sahә iddiaçıya bundan daha әvvәl – 2000-ci il tarixdә Binәqәdi rayon Icra Hakimiyyәti başçısının **** nömrәli sәrәncamı әsasında ayrılmışdır. Belә olan halda, hәmin torpaq sahәsinin hazırda neft şirkәtinin kontrakt sahәsinә düşmәsi hәmin sahә üzәrindә iddiaçının mülkiyyәt hüququnun dövlәt tәrәfindәn tanınmasına maneә tәşkil etmәmәlidir. iddiaçının sözügedәn torpaq sahәsi üzәrindә mülkiyyәt hüququ “Daşınmaz әmlakın dövlәt reyestri haqqında” Qanunun 8.0.1-ci maddәsindә tәsbit olunmuş hüquqmüәyyәnedici sәnәdә – Binәqәdi rayon Icra Hakimiyyәti Başçısının ## #### 2000-ci il tarixli, **** nömrәli sәrәncamına әsaslanır. hәmin әrazidә yerlәşәn qonşu torpaq sahiblәrinin hüquqları qeydә alındığı vә onlara bu barәdә müvafiq çıxarışlar verildiyi halda, onlarla eyni vәziyyәtdә olan, tәlәbi eyni faktiki hallara vә hüquqi әsaslara söykәnәn iddiaçıya münasibәtdә hüququn qeydiyyata alınmasından vә çıxarışın verilmәsindәn cavabdeh tәrәfindәn imtina olunmuşdur.” Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrәli, ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrәli, ##.##.2024-cü il tarixli qәrarlarında da oxşar hüquqi mövqe sәrgilәnmişdir. Cavabdehin vә üçüncü şәxsin iddiaya dair etirazında qeyd etdiyi, eyni zamanda birinci instansiya mәhkәmәsinin iddia tәlәbinin rәdd edilmәsi әsası kimi göstәrdiyi mübahisәlәndirilәn torpaq sahәsinin Azәrbaycan Respublikası Dövlәt Neft Şirkәtinin istifadәsinә verilmiş әrazidә olmaqla, yaxınlığında lәğv edilmiş vә işlәk neft quyularının yerlәşmәsi dәlilinә münasibәtdә mәhkәmә kollegiyası qeyd edir ki, mövcud qanunvericiliklә işlәk vә ya lәğv olunmuş quyuların mühafizә zonası tikililәrә qәdәr müәyyәn olunmuşdur. Belә ki, Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin “Tәhlükә potensiallı tәbiәt vә texnogen xarakterli hadisәlәrin baş vermә ehtimalının yüksәk olduğu zonalarda mühafizә tәdbirlәrinin növlәri vә onların tәtbiqi halları”nın tәsdiq edilmәsi haqqında ##.##.2017-ci il tarixli ** nömrәli Qәrarının 3.3-cü bәndinә әsasәn, әhalinin sağlamlığını, әtraf mühiti vә әmlakı dәnizdә vә quruda neft-qaz әmәliyyatları zamanı yarana bilәcәk qәzalardan mühafizә etmәk üçün neftqazçıxarma sәnayesi obyektlәri әtrafında xüsusi mühafizә zonaları müәyyәn edilmişdir. Qәrara әsasәn, lәğv olunmuş quyuların mühafizә zonası şәxsi tikililәrә qәdәr minimum 75 metr, mancanaq dәzgahı ilә istismar olunan vә basqı quyuların mühafizә zonası isә şәxsi tikililәrә qәdәr minimum 150 metr müәyyәn olunmuşdur. Hazırkı halda isә iddia olunan mübahisәli torpaq sahәsindә inşa edilmiş tikiliyә müvafiq çıxarış verilmişdir. Iddiaçının hazırda iddia tәlәbi torpaq sahәsi üzәrindә mülkiyyәt hüququnun daşınmaz әmlakın dövlәt reyestrindә qeydiyyata alınması, bu barәdә çıxarış vә torpaq sahәsinin plan vә ölçüsünün verilmәsi barәdәdir. Belә olan halda torpaq sahәsinin sәrhәdlәri nәzәrә alınmaqla cavabdeh inzibati orqanın qeyd etdiyi kimi sahәdәn 92 metr mәsafәlәrdә işlәk, 32 metr mәsafәdә isә lәğv olunmuş neft quyularının olması iddia tәlәbinin tәmin olunmasından imtina üçün әsas ola bilmәz. Cavabdeh inzibati orqanın mәhkәmәyә ünvanladığı ##.##.2026-cı il tarixli mәktubdan da görünür ki, mübahisәlәndirilәn torpaq sahәsi “Yaşayış mәntәqәlәrinin torpaqları” kateqoriyasına aiddir. Hәmçinin mәhkәmәyә tәqdim edilmiş ortofoto görüntüdәn dә aydın olur ki, qeyd edilәn torpaq sahәsinin qonşuluğunda yaşayış mәntәqә torpaqlarına aid torpaq sahәlәri olmaqla, üzәrindә fәrdi yaşayış evlәri tikilmişdir. Göründüyü kimi, hәmin әrazi yaşayış massivi olmaqla, iddia olunan torpaq sahәsinin әtrafı yaşayış evlәrindәn ibarәtdir. Cavabdeh inzibati orqanın texniki pasportla torpaq sahəsinin faktiki vəziyyəti arasında perimetrik ölçü fərqlərinin mövcud olması, torpaq sahəsinin sənəd üzrə sahəsinin 1191.3 kv.m qeyd edilsə də, faktiki 1175 kv.m təşkil etməsi barәdә imtina dәlilinә münasibәtdә qeyd olunmalıdır ki, iddiaçı hәm iddia әrizәsindә, hәm dә apellyasiya şikayәtindә hüquqi marağının mәhz mülkiyyәtindә olan fәrdi yaşayış evinin yerlәşdiyi torpaq sahәsinin mövcud olan ölçüdә qeydiyyata alınaraq çıxarışın verilmәsi ilә bağlı olduğunu bildirmişdir. Hәmçinin, apellyasiya baxışı zamanı da iddiaçı müayinә aktı ilә göstәrilәn ölçüdә, yәni 1175 kv.m torpaq sahәsinә dair mülkiyyәt hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilmәsini xahiş etdi. Kollegiya cavabdeh orqanın mәhkәmәyә ünvanladığı ##.##.2026-cı il tarixli mәktubunda torpaq sahәsindәn 1.0 m mәsafәdә elektrik xәttinin keçmәsi barәdә qeydinә münasibәtdә dә Torpaq Mәcәllәsinin 22-ci maddәsinin 3-cü bәndini bir daha diqqәtә çatdırır. Hәmçinin, eyni tәlәb 1991-ci il # ###### tarixli Torpaq Mәcәllәsinin 81-ci maddәsindә dә tәsbit olunmuşdur. Hәmin normaya әsasәn, әrazisindә mühafizә zonası müәyyәn edilәn torpaq mülkiyyәtçilәri, sahiblәri vә istifadәçilәri aidiyyәti üzrә mülkiyyәt, sahiblik vә istifadә hüququndan mәhrum edilmirlәr. Mühafizә zonasının hüdudlarında torpaq mülkiyyәtçilәri, torpaq sahiblәri vә torpaq istifadәçilәri bu zonalar üçün tәsdiq edilmiş qaydalara әmәl etmәyә borcludurlar. Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2005-ci il ## #### tarixli qәrarı ilә tәsdiq edilmiş «Gәrginliyi 1000 voltdan yuxari olan elektrik şәbәkәlәrinin mühafizәsi» Qaydalarının 3-cü bәndindә qeyd edilir ki, elektrik şәbәkәlәrinin qorunmasının tәmin edilmәsi, istismar üçün normal şәraitin yaradılması vә bәdbәxt hadisәlәrin baş vermәsinin qarşısının alınması mәqsәdi ilә torpaq sahәlәri ayrılır, mühafizә zonaları müәyyәn edilir, yaşıllıq zonalarında vә meşә massivlәrindә cığırlar salınır. Hәmin Qaydaların 5-ci bәndindә qeyd edilir ki, hava elektrik ötürücü xәtlәri boyunca kәnar naqillәrin meyl etmәmiş vәziyyәtindә hәr iki tәrәfdәn şaquli müstәvilәrlә mәhdudlaşan torpaq sahәsi vә hava fәzası şәklindә >1≤20 Un, KV gәrginliyindә 10 metr elektrik şәbәkәsinin mühafizәsi zonası müәyyәn edilmişdir. Elektrik şәbәkәlәrinin mühafizә zonalarına daxil olan torpaq sahәlәri torpaq mülkiyyәtçisinin vә yaxud istifadәçisinin istifadәsindә qalır vә onlar tәrәfındәn bu Qaydaların tәlәblәrinә riayәt edilmәklә, kәnd tәsәrrüfatı vә digәr işlәrin aparılması mәqsәdi ilә istifadә oluna bilәr (6-cı bәnd); Elektrik şәbәkәlәrindәn binalara, qurğulara, ağac-kol sahәlәrinә qәdәr, hava elektrik ötürücü xәtlәrinin naqillәrindәn yer vә su sәthinә qәdәr olan minimal mәsafәlәr qabarit, kәsişmә, yaxınlaşma) Azәrbaycan Respublikasının Energetika Nazirliyi tәrәfindәn tәsdiq olunmuş müvafiq qaydalara (tikinti işlәri isә «Tikinti Normaları vә Qaydaları»na) әsasәn müәyyәn edilir vә binaların layihәlәşdirilmәsi, tikintisi, ağacların yolların әkilmәsi, budanması vә kәsilmәsi zamanı mütlәq bu Qaydalara riayәt edilmәlidir (9-cu bәnd); Elektrik şәbәkәlәrinin mühafizә zonalarında hәmin şәbәkәlәrin istismarçılarının vә yaxud mülkiyyәtçilәrinin rәsmi razılığı olmadan aşağıda göstәrilәn işlәrin yerinә yetirilmәsi qadağandır: a) binaların vә qurğuların tikintisi, quraşdırılması, tәmiri yenidәn qurulması vә sökülmәsi; b) hәr növ dağmәdәn işlәri, yüklәmә-boşaltma (dәnizdә, çayda, göldә vә s.), dibdәrinlәtmә, torpaqqazma, partladılma, meliorasiya işlәrinin görülmәsi, ağac vә kol әkilmәsi, qırılması, budanması, çöl düşәrgәlәrinin qurulması, mal-qaranın yerlәşdirilmәsi, çәpәr çәkilmәsi, üzümlük vә bağlar üçün dayaqların quraşdırılması, kәnd tәsәrrüfatı bitkilәrinin suvarılması; ç) hava elektrik ötürücü xәtlәrinin mühafizә zonalarında ümumi hündürlüyü yol sәthindәn 4,5 m-dәn artıq olan maşın vә mexanizmlәrin keçmәsi; Belәliklә, qüvvәdә olan qanunvericilik elektrik şәbәkәlәrinin mühafizә zonalarına daxil olan torpaq sahәlәrinin istifadәyә verilmәsini istisna etmәsә dә, mühafizә zonasına aid torpaq sahәsinin istifadәçisi qeyd olunan Qaydaların 12-ci bәndinә nәzәrdә tutulmuş işlәri elektrik şәbәkәlәrin istismarçılarının vә yaxud mülkiyyәtçilәrinin rәsmi razılığı olmadan apara bilmәz. Normaların mәzmunundan göründüyü kimi, elektrik şәbәkәlәrinin mühafizә zonalarına daxil olan torpaq sahәlәrinin istifadә qaydalarında mәhdudiyyәtlәr nәzәrdә tutulsa da, onların xüsusi mülkiyyәtdә olmasına heç bir qadağa yoxdur. Əksinә, hәmin torpaq sahәlәri torpaq mülkiyyәtçisinin vә ya istifadәçisinin istifadәsindә qalır vә onlar tәrәfindәn hәmin Qaydaların tәlәblәrinә riayәt edilmәklә istifadә oluna bilәr. Analoji hüquqi mövqә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** saylı iş üzrә qәbul etdiyi ##.##.2019-cu il tarixli qәrarında, *-*(***)-****/**** saylı iş üzrә ## #### 2020-ci il tarixli qәrarında, 2- *(***)-***/**** saylı iş üzrә ## #### 2020-ci il tarixli qәrarında, *-*(***)-***/**** saylı iş üzrә qәbul etdiyi ##.##.2021-ci il qәrarında, *-*(***)-****/**** saylı iş üzrә ##.##.2023-cü il tarixli qәrarında da öz tәsdiqini tapmışdır. Belәliklә, qüvvәdә olan qanunvericiliyin vә mövcud mәhkәmә tәcrübәsinin tәlәblәrinә әsasәn hәtta torpaq sahәsinin elektrik şәbәkәlәrinin mühafizә zonasında yerlәşmәsi, hәmin torpaq sahәsi üzәrindә iddiaçının mülkiyyәt hüquqlarının qeydiyyata alınması üçün maneә yaratmır. Bu sәbәbdәn kollegiya cavabdehin qeyd edilәn dәlilini әsassız hesab edir. Belәliklә, inzibati işin araşdırılmış hallarından göründüyü kimi, torpaq sahәsi üzәrindә mülkiyyәt hüququnun daşınmaz әmlakın dövlәt reyestrindә qeydiyyata alınmasından imtina edilmәsi üçün qanunvericilikdә nәzәrdә tutulmuş әsaslar mövcud deyildir. Mәhkәmә kollegiyası fikrini ümumilәşdirәrәk qeyd edir ki, Azәrbaycan Respublikasının qanunvericiliyindә tәsbit edilmiş mülkiyyәt hüququnun tәminatı mexanizmi mәhz daşınmaz әmlakın dövlәt reyestrindә qeydiyyat әsasında hәyata keçirilir. Daşınmaz әmlaka aid olan mәlumatların vahid dövlәt reyestrindә qeydiyyatı hәm dövlәt, hәm dә mülkiyyәtçilәrin mәnafelәrinin qorunması baxımından vacibdir. Daşınmaz әmlakın dövlәt qeydiyyatı nәticәsindә şәxsin qanuni әsaslarla әldә etdiyi müvafiq daşınmaz әmlaka mülkiyyәt hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz әmlakın dövlәt qeydiyyatı әmlaka dair mülkiyyәt hüququnu tәsdiqlәyәn sәnәdlәrin hәqiqiliyinә vә әsaslılığına tәminat kimi qiymәtlәndirilir. Dövlәt orqanlarının bu istiqamәtdәki fәaliyyәtinin әsas mәqsәdlәrindәn biri isә hәr kәsin hüquq vә qanuni mәnafelәrinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahәdә dövlәt orqanlarına hәvalә edilmiş sәlahiyyәtlәrin hәyata keçirilmәsi nәticәsindә hәr bir fiziki vә ya hüquqi şәxsin hüquqlarının, o cümlәdәn mülkiyyәt hüquqlarının tam hәcmdә reallaşdırılmasının әsassız olaraq mәhdudlaşdırılmasının yolverilmәzliyi dә xüsusi әhәmiyyәt kәsb edir. Son olaraq mәhkәmә kollegiyası belә bir nәticәyә gәlir ki, qeyd edilәn torpaq sahәsi kateqoriyasına görә yaşayış mәntәqәlәri torpaqlarında yerlәşmәklә dövlәtin müstәsna mülkiyyәtindә saxlanılan torpaqlara aid edilmәsi iş üzrә araşdırmalar zamanı müәyyәn edilmәdi. Eyni zamanda mәhkәmә kolegiyası cavabdehin imtinasında qeyd etdiyi “müvafiq ünvanda yerlәşәn daşınmaz әmlak “xxxx” ASC-nin xeyrinә ipoteka ilә yüklü edilmişdir” dәlilinә münasibәtdә qeyd edir ki, fәrdi yaşayış evinin bank qarşısında ipoteka ilә yüklü olması hәmin evin yerlәşdiyi torpaq sahәsi üzәrindә mövcud olan mülkiyyәt hüququnun dövlәt qeydiyyatına alınmasından imtina üçün müstәqil vә qanuni әsas tәşkil etmir. Ipotekanın mövcudluğu daşınmaz әmlak üzәrindә hüququn dövlәt qeydiyyatının mümkünsüzlüyü ilә avtomatik nәticәlәnmir. Əksinә, qanunvericilik daşınmaz әmlak üzәrindә mülkiyyәt hüququnun dövlәt qeydiyyatı ilә hәmin әmlak üzәrindә ipoteka vә digәr yüklülüklәrin ayrıca qeydiyyatını nәzәrdә tutur. Belәliklә, fәrdi yaşayış evinin bank qarşısında yüklü olması әsası ilә torpaq sahәsi üzәrindә mülkiyyәt hüququnun dövlәt qeydiyyatından imtina edilmәsi qanunvericiliyin tәlәblәrinә uyğun hesab edilә bilmәz. Belәliklә, hazırkı inzibati işә apellyasiya qaydasında baxan mәhkәmә kollegiyası yuxarıda qeyd olunanlara mәcmu halda hüquqi qiymәt verәrәk hesab edir ki, birinci instansiya mәhkәmәsinin qәrarı lәğv edilmәli, iddia tәlәbi tәmin edilmәlidir. Azәrbaycan Respublikası Inzibati Prosessual Mәcәllәnin 52-ci maddәsinә әsasәn mәhkәmә iddia әrizәsinin ifadә tәrzi ilә bağlı olmasa da, iddia tәlәbindәn kәnara çıxmağa haqlı deyildir. Hәmin Mәcәllәsinin 68.1-ci maddәsinә әsasәn mәhkәmә mübahisә ilә bağlı iş üzrә inzibati mәhkәmә icraatı nәticәsindә onda yaranmış daxili inam әsasında qәrar qәbul edir. Qәrarda mәhkәmәnin mövqeyi üçün әsas olmuş sәbәblәr göstәrilmәlidir. Hәmin Mәcәllәnin 87.6-cı maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsinin qәrarını dәyişdirmәdәn qüvvәdә saxlaya bilәr, dәyişdirә bilәr vә ya lәğv edәrәk (tam vә ya qismәn) yeni qәrar qәbul edә bilәr. Birinci instansiya mәhkәmәsinin qәrarı apellyasiya tәlәbi hәddindә dәyişdirilә bilәr. Nəticəvi hissə: Azәrbaycan Respublikası Inzibati Prosessual Mәcәllәsinin 35, 80, 87, 90 vә 94-cü maddәlәrini rәhbәr tutaraq Mәhkәmә kollegiyası Qərara aldı: Iddiaçı İddiaçı tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilsin. Bakı Inzibati Mәhkәmәsinin *-*(***)-*****/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı lәğv edilsin. Iddia tәlәbi tәmin edilsin. Bakı şәhәri, Xәzәr rayonu, Buzovna qәsәbәsi, ev 319 (yeni qaydalarla: ünvan 2) ünvanında yerlәşәn iddiaçının xüsusi mülkiyyәtindә olan fәrdi yaşayış evinin yerlәşdiyi 1175 kv.m hәyәtyanı sahәyә dair iddiaçının mülkiyyәt hüquqlarının dövlәt reyestrindә qeydiyyata alınmaqla buna dair müvafiq çıxarışın vә plan-ölçü sәnәdinin verilmәsi öhdәliyi cavabdehә hәvalә edilsin. Qәrardan onun rәsmi qaydada verildiyi (elektron kabineti olan tәrәflәrin elektron kabinetinә yerlәşdirildiyi) gündәn 1 (bir) ay müddәtindә Bakı Apellyasiya Mәhkәmәsinin Inzibati Kollegiyası vasitәsilә Azәrbaycan Respublikasının Ali Mәhkәmәsinin Inzibati Kollegiyasına kassasiya şikayәti verilә bilәr. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(3-6)-1699/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1699/2026
16.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver