Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(3-6)-170/2026 12.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Açar sözlər: (qanunsuz əlverişli inzibati aktın ləğvi, inzibati icraatda qeyri-müəyyən hüquqi anlayışların tətbiqi, əhəmiyyətsiz inzibati akt) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X8 və X3 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "qərarın ləğv edilməsi" tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 18 avqust 2025-ci il tarixli, 2-1(112)-8403/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X6-Sosial Ekspert Komissiyasının xx.xx.2019-cu il tarixli xxxxxxx0009nömrəli qərarına əsasən İddiaçı xx.xx.2019-cu il tarixdə ilkin olaraq qiymətləndirilmiş, səbəb:ümumi xəstəlik=>gözdən əlil, TSEK-in diaqnozu: binokulyar, ağır görmə pozğunluğu, OUpiqmentli topetoretinal distrofiya,OS-Paralitik çəpgözlük. Başlanğıc fəsadlı katarakta. ODsadə hipermetropik astiqmatizm E və HM 1.0.VİSOD=0.03 k/etmir(yüzdə üç); VİSOS=0.01k/etmir(yüzdə bir). Əlilliyin müəyyən olunması meyarı: 2.1.Birinci dərəcə əlillik=>2.1.9. hər iki gözün tam və ya əməli korluğu(yaxşı görən gözdə görmə itiliyinin korreksiya ilə 0.04 və ondan az olması və ya görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması), (H54-H54.9); əmək zəmanəti barədə:kənar şəxsin qulluğuna ehtiyac var, olmaqla xx.xx.2019-cu il tarixdən birinci dərəcəli əlillik dərəcəsi təyin olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2025-ci il tarixli 3-17-4/3-1-1737/2025 nömrəli Qərarında göstərilmişdir ki, Nazirlik tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X2 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 28 (iyirmi səkkiz) nəfərə dair xx.xx.2025-ci il tarixə əyani müayinəyə çağırılmaları haqqında ünvanlarına sifarişli-xəbərnaməli məktublar göndərilmişdir. Aparılan araşdırmalar çərçivəsində bu vətəndaşlardan 4 (dörd) nəfər və digər tarixlərdə əyani müayinəyə dəvət edilmiş lakin xx.xx.2025-ci il tarixində komissiyada iştirak etmiş 2 (iki) vətəndaşın əyani müayinəsi həyata keçirilmiş, mövcud sənədləri araşdırılmış, 24 (iyirmi dörd) nəfər vətəndaş əyani müayinəyə gəlmədiyindən tibbi-ekspert sənədləri və ekspertiza üçün əhəmiyyətli digər məlumatları araşdırılmış, digər tarixlərdə komissiyada iştirak edərək müayinə edilmiş, xx.xx.2025-ci il tarixində müayinə sənədi təqdim etmiş 2 (iki) nəfər vətəndaş da daxil olmaqla ümumilikdə 32 (otuz iki) nəfər barəsində aşağıdakıları müəyyən etmişdir: 8. Kəlbəcər rayon sakini xx.xx.1958-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) dair Hacıqabul Dəmir yol xəstəxanasının 4086003AACAV nömrəli göndərişi Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2019-cu il tarixində qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1.9 bəndinə müvafiq ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən mddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. Göndərişdə qeyd edilən diaqnoz “Binokulyar, ağır görmə pozğunluğu, OUpiqmentli tapetoretinal distrofiya.OS-Paralitik çəpgözlük. Başlanğıc fəsadlı katarakta .OD- Sadə hipermetropik astiqmatizm E və Hm 1.0 .VİS OD=0,03 k/etmir (yüzdə üç); VİS OS=0,01 k/etmir (yüzdə bir).”olmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17- 4/2-M-31905/2024 nömrəli məktub əsasında xx.xx.2025- ci il tarixində əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul ediləcəyi barədə məlumat qeyd edilmişdir. Lakin vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, əlillik təyinatı barədə qüvvədə olan qərar ləğv edilsin, xx.xx.2019-cu il tarixindən “Diaqnozun öz təsdiqini tapmaması” qərarı qəbul edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X5 Heyətinin xx.xx.2025-ci il tarixli 3-17-4/3-3-574/2025 nömrəli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) Aparatının Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 28 (iyirmi səkkiz) nəfərin ünvanına xx.xx.2025-ci il tarixinə əyani müayinəyə çağırılmaları haqqında sifarişli-xəbərnaməli məktub göndərilmişdir. Tibbi-Sosial Ekspert Komissiyası həmin vətəndaşlardan 4 (dörd) nəfərin və digər tarixlərdə əyani müayinəyə dəvət edilmiş lakin xx.xx.2025-ci il tarixində müayinədə iştirak etmiş 2 (iki) nəfərin əyani müayinəsini həyata keçirmiş, 24 (iyirmi dörd) nəfər vətəndaş əyani müayinəyə gəlmədiyindən tibbi- ekspert sənədləri və ekspertiza üçün əhəmiyyətli digər məlumatlarını araşdırmış, digər tarixlərdə komissiyada iştirak edərək müayinə edilmiş və xx.xx.2025-ci il tarixində əlavə müayinə sənədi təqdim etmiş 2 (iki) nəfər vətəndaş da daxil olmaqla ümumilikdə 32 (otuz iki) nəfərin tibbi-ekspert sənədləri və ekspertiza üçün əhəmiyyətli digər məlumatlarını araşdırmış barələrində qərar qəbul etmiş və müvafiq protokolla rəsmiləşdirmişdir. Aparılmış inzibati icraatın nəticələri və Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2025-ci il tarixli 3-17-4/3-3-467/2025 nömrəli qərarını xx.xx.2025-ci il tarixli və 3-17-4/3-1- 1737/2025 nömrəli xidməti məruzəsini nəzərə alaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21, 62 və 67-ci maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X1”nin 3.2.4 və 4.5.18-ci yarımbəndlərini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndini rəhbər tutaraq X10 qərara almışdır: Əlilliyin qiymətləndirilməsi nəticələrinə dair vətəndaşlar barədə aşağıdakı qərarlar qəbul edilsin: 1.1. İddiaçı - Əlillik təyinatı barədə qüvvədə olan qərar ləğv edilsin, xx.xx.2019-cu il tarixindən “Diaqnozun öz təsdiqini tapmaması” qərarı qəbul edilsin; Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X10nin qərarının İddiaçı aid hissədə ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5 Heyətinin xx.xx.2025-ci il tarixli 3-17-4/3-3-574/2025 nömrəli qərarının İddiaçı aid hissədə ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixli qərardadla iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2018-ci il tarixdə müddətsiz olaraq 1- ci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı bir müddət ona təyin edilmiş əlilliyə görə pensiyanı almışdır. Sonradan ona təyin edilmiş pensiya dayandırılmış və o müayinəyə dəvət edilmişdir. Aparılmış müayinələrdən sonra İddiaçı təyin edilmiş əllik bərpa edilmişdir. Əlillik bərpa edilən zaman xx.xx.2018-ci ildən yox xx.xx.2019-cu il tarixdən qeyd edilmişdir. Yenə bir müddət pensiya aldıqdan sonra İddiaçı pensiyası yenidən dayandırılmışdır. Bununla bağlı İddiaçı rəhbəri olduğunuz quruma müraciət edərək dayandırılmış pensiyasınn bərpa edilməsini xahiş etmişdir. Agentlik tərəfindən ona təyin edilmiş əlilliyə görə pensiyanın qüvvədə olması bildirilmişdir. Daha sonra İddiaçı DSMF-yə müraciət edərək dayandırılmış pensiyanın ödənişinin bərpa dilməsini xahiş etsə də DSMF orqanı bundan imtina etmişdir. Daha sonra İddiaçı ƏƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Filialın “əmək pensiyasının dayandırılması haqqında xx.xx.2020-ci il tarixli, **********5 saylı qərarının ləğv edilməsi və ona təyin edilmiş əmək pensiyasının dayandırıldığı xx.xx.2020ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6237/2022 SAYLİ. xx.xx.2022-Cİ İL TARİXLİ Qərarı ilə iddia tələbi təmin edilmişdir. Daha sonra həmin qərardan verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin iş üzrə qəbul etdiyi qərardan verilmiş kassasiya şikayəti isə Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2- 1(102)- 556/2023 saylı qərardadı qeyri-mümkün sayılmışdır. Hazırda icra mərhələsində müəyyən olunmuşdur ki, İddiaçı 1006 manat məbləğində pensiya təyin edilmiş və həmin pensiyamın ödənişinə bu ilin May ayından başlanılacaqdır. Halbuki İddiaçı pensiyası dayandırılmamışdan öncə yəni xx.xx.2018-xx.xx.2020-ci il tarixədək ödənilmiş əmək pensiyası; 2018-ci il aprel üçün 2057.06, manat, may ayı üçün 2057.06 manat, iyun üçün 2057.06 manat, iyul üçün 2447.93 manat, avqust üçün 2447.93 manat, sentyabr ayı üçün 2447.93 manat 2019-cu il üzrə 2861.10 manat, 2020-ci il yanvar ayı üzrə 5483.76 manat, fevral ayı üzrə 5483.76 manat, mart aı üzrə 2861.10 manat, aprel ayı üzrə 2861.10 manat, may ayı üzrə 2861.10 manat, iyun ayı üzrə 2861.10 manat, iyul ayı üzrə 2861.10 manat, avqust ayı üzrə 2861.10 manat, sentyabr ayı üzrə 2861.10 manat, oktyabr ayı üzrə 0.00, noyabr ayı üzrə 1 127.36 manat, dekabr ayı üzrə 563.68 manat pensiya ödənilmişdir. Göründüyü kimi şəxsə yüksək məbləğdə pensiya ödənişləri edilmişdir. İddiaçı DSMF orqanına müraciət edərək ona hansı səbəbdən ona 1006 manat pensiya təyin edildiyinə dair məlumatın verilməsini tələb edən zaman DSMF orqanı ona cavab olaraq əlillik təyinatında əvvəllər xx.xx.2018-ci il tarixi yazıldığı halda indi isə həmin tarix xx.xx.2019-cu il qeyd edildiyini və 2019-cu ildə qüvvədə olan qaydalara əsasən ona təyin edilmiş pensiya məbləğinin daha az olmalı olduğu cavabı verilmişdir. Daha sonra cavabdeh tərəfindən inzibati icraat qaydasında aparılmış araşdırmaya görə iddiaçının qüvvədə olan əlilliyi xx.xx.2019-cu ildən diaqnozun öz təsdiqini tapmaması əsası ilə ləğv edilmişdir. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı (FİN:xxxxxxx) dair Hacıqabul Dəmir yol xəstəxanasının 4086003AACAV nömrəli göndərişi TibbiSosial Ekspert Komissiyası tərəfindən xx.xx.2019-cu il tarixində qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1.9 bəndinə müvafiq ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən mddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. Göndərişdə qeyd edilən diaqnoz “Binokulyar, ağır görmə pozğunluğu, OUpiqmentli tapetoretinal distrofiya.OS-Paralitik çəpgözlük. Başlanğıc fəsadlı katarakta .OD- Sadə hipermetropik astiqmatizm E və Hm 1.0 .VİS OD=0,03 k/etmir (yüzdə üç); VİS Os=0,01 k/etmir (yüzdə bir).” olmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17- 4/2-M-31905/2024 nömrəli məktub əsasında xx.xx.2025- ci il tarixində əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul ediləcəyi barədə məlumat qeyd edilmişdir. Lakin vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən, əlillik təyinatı barədə qüvvədə olan qərar ləğv edilsin, xx.xx.2019-cu il tarixindən “Diaqnozun öz təsdiqini tapmaması” qərarı qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 3.7-ci bəndinə əsasən Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İnzibati icraat haqqında qanunun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsaslardan biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının 13-cü bəndinə əsasən Orqanizmin sümük-əzələ sisteminin xəstəliklərdən, zədə və ya çatışmazlıqdan irəli gələn davamlı pozuntularının dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən hərəkətetmə funksiyasının (sadə və mürəkkəb hərəkətləri etmək qabiliyyəti) pozuntusunun təzahür dərəcəsinin qiymətləndirilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması ilə. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8403/2025 nömrəli iş üzrə 18 avqust 2025-ci il tarixli qərarı ilə (Aygün Əhədova) iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli 3-17-4/3-3-574/2025 nömrəli qərarı İddiaçı aid hissədə-Əlillik təyinatı barədə qüvvədə olan qərarın ləğv edilməsi, xx.xx.2019cu il tarixindən “Diaqnozun öz təsdiqini tapmaması” qərarın qəbul edilməsi hissəsində" ləğv edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 18 avqust 2025-ci il tarixli, 2- 1(112)-8403/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, müvafiq tibbi-ekspertizaların həyata keçirilməsini təmin etməmişdir. Həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 3.7-ci bəndinə əsasən Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İnzibati icraat haqqında qanunun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsaslardan biridir. Qanunvericilik Agentliyə öz verdiyi qərarın düzgünlüyünə şübhə yarandığı halda əsaslılığının yenidən yoxlanması üçün hüquq vermişdir. Bu hüquqdan istifadə edilməsi nəticəsində şəxsin dəyişkən sağlamlıq vəziyyəti ilə əlaqədar yeni halın aşkarlandığı halda barəsində yeni qərar qəbul etməkdə də tam haqlıdır. Agentlik müayinə-müalicə müəssisəsi deyil, həmin müəssisələr tərəfindən aparılmış laborator və instrumental müayinələrin nəticələrini və müalicə müddətlərinin qiymətləndirməsini həyata keçirən orqandır. Əyani müayinə zamanı vətəndaşın xəstəlik müddətində aldığı müalicələri əks etdirən sənədlər qiymətləndirilərək barəsində yekun qərar qəbul edilir. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 18 avqust 2025-ci il tarixli, 2-1(112)-8403/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin 18 avqust 2025-ci il tarixli, 2-1(112)-8403/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 1. Əsas anlayışlar Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.7. tibbi reabilitasiya - orqanizmin anadangəlmə, yaxud xəstəlik və ya zədə nəticəsində sonradan pozulmuş funksiyalarının bərpasına və kompensasiyasına yönəldilmiş tibbi tədbirlər sistemi Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 3.5.Müvafiq icra hakimiyyəti orqanı əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. 3.6. Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. İnzibati Prosessual Məcəllə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: ... 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X5 Heyətinin xx.xx.2025-ci il tarixli 3-17-4/3-3-574/2025 nömrəli qərarının İddiaçı aid hissədə ləğv edilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, “... birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, müvafiq tibbiekspertizaların həyata keçirilməsini təmin etməmişdir. Həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 3.7-ci bəndinə əsasən Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İnzibati icraat haqqında qanunun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsaslardan biridir. Qanunvericilik Agentliyə öz verdiyi qərarın düzgünlüyünə şübhə yarandığı halda əsaslılığının yenidən yoxlanması üçün hüquq vermişdir. Bu hüquqdan istifadə edilməsi nəticəsində şəxsin dəyişkən sağlamlıq vəziyyəti ilə əlaqədar yeni halın aşkarlandığı halda barəsində yeni qərar qəbul etməkdə də tam haqlıdır. Agentlik müayinə-müalicə müəssisəsi deyil, həmin müəssisələr tərəfindən aparılmış laborator və instrumental müayinələrin nəticələrini və müalicə müddətlərinin qiymətləndirməsini həyata keçirən orqandır. Əyani müayinə zamanı vətəndaşın xəstəlik müddətində aldığı müalicələri əks etdirən sənədlər qiymətləndirilərək barəsində yekun qərar qəbul edilir.”. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlilinə münasibətdə bir neçə mərhələdə hüquqi dəyərləndirmə aparılmasını məqsədəmüvafiq hesab edir.
1. Hüquq normasının hipotezası və inzibati icraatda qeyri-müəyyən hüquqi anlayışların tətbiqi İlk növbədə qeyd etmək lazımdır ki, mübahisələndirilən və iddiaçıya münasibətdə əlverişsiz hüquqi nəticə yaradan Agentliyin xx.xx.2025-ci il tarixli, 3-17-4/3-3-574/2025 nömrəli qərarının qəbul edilməsinin maddi hüquqi əsası kimi “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndi çıxış edir. Həmin normaya nəzər salaq: 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Hüquq nəzəriyyəsindən məlumdur ki, hüquq normaları öz daxili məntiqi quruluşuna görə üç əsas elementlərdən ibarətdir: hipoteza, dispozisiya və sanksiya. Bu elementlər hüquq normasının hüquqi mahiyyətini tam şəkildə ifadə etməyə, onun necə və nə zaman tətbiq ediləcəyini müəyyənləşdirməyə imkan verir. Hüquq normasının bu strukturu onun praktik fəaliyyətinə çevirilməsi baxımından da vacibdir. Hipoteza-hüquq normasının hansı şəraitdə və hansı hüquqi vəziyyətlərdə tətbiq ediləcəyini göstərir. O, hüquqi nəticənin yaranması üçün zəruri olan faktiki və hüquqi halları müəyyən edir. Dispozisiya-hüquq normasının əsas məzmun hissəsidir, yəni subyektlərin hüquq və öhdəliklərinin nədən ibarət olduğunu, hansı davranışın onlardan gözlənildiyini əks etdirir. Sanksiya isə normaya əməl olunmadığı təqdirdə tətbiq olunacaq hüquqi nəticəni - məsuliyyət və cəza tədbirini göstərir. (bəzən də müvafiq davranışa görə mükafatı). Bu struktur normaya daxili məntiqilik verir: “əgər belə bir şərait mövcuddursa, o zaman bu cür davranmaq lazımdır, əks halda belə nəticə ilə qarşılaşacaqsan” modeli yaranır. Hüquq normasının bu cür quruluşu onun həm hüquqi texnika baxımından aydın və tətbiqedilən olmasını təmin edir, həm də hüquq müəyyənlik və proqnozlaşdırıla bilmə prinsiplərinin həyata keçməsinə şərait yaradır. Hipoteza-hüquq normasının tətbiq edilməsi üçün zəruri olan obyektiv və subyektiv şərtləri müəyyən edən hissədir. Yəni hipoteza göstərir ki, norma kimə və hansı hallarda şamil olunur. Bu, hüquq münasibətlərinin konkret şəraitdə hansı şəxslərə aid olduğunu və hüquq normasının hansı vəziyyətlərdə qüvvəyə mindiyini izah edir. Elmi ədəbiyyatda qeyd edilir ki, hüquq normasının hipotezası hüquq normasının əsas struktur elementlərindən biri kimi çıxış edir və onun funksiyası normanın tətbiq olunma şərtlərini müəyyənləşdirməkdir. Yəni hipoteza normanın hansı subyektlərə tətbiq olunacağı ilə yanaşı, hansı hüquqi və faktiki şəraitdə tətbiq olunduğunu da göstərir. Hüquq normasının hipotezası qanunverici orqan tərəfindən əvvəlcədən ehtimal edilən hallara (faktlara) əsaslanaraq müəyyən edilir. Hüquqi tənzimlənməsi zəruri hesab edilən münasibətlər, ilk növbədə, bu münasibətlərin yaranmasına səbəb ola biləcək halların aydın şəkildə müəyyən edilməsini tələb edir. Qeyd olunan normada “əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda” ifadəsi hipotezadır. Başqa sözlə, həmin faktın baş verməsi kifayət edir ki, hüquq normasında nəzərdə tutulmuş hüquqlar qüvvəyə minsin və ya müvafiq vəzifələr icra edilməyə başlasın. Hipotezada ifadə olunan hüquqi faktların müəyyənlik dərəcəsindən asılı olaraq mücərrəd və kazual hipotezalar fərqləndirilir. Kazual hipotezalar hüquq normasının tətbiqi üçün lazım olan hüquqi faktları konkret hadisələrin dəqiq təsvirinə əsasən ifadə edir. Mücərrəd hipotezalar isə hüquq normasının tətbiqi üçün tələb olunan hüquqi faktı dəqiq və konkret davranış modeli ilə deyil, ümumi və qeyri-müəyyən anlayışlarla ifadə edir. Məhkəmə tərkibi yuxarıda göstərilənləri hazırkı mübahisəyə tətbiq edərək qeyd edir ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndindəki “əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda” müddəası bir neçə qeyri-müəyyən hüquqi anlayışın birlikdə işlədilməsi ilə formalaşan qiymətləndirmə formuludur. Burada hüquqi dəyərləndirilməli olan vacib məsələ ondan ibarətdir ki, “düzgünlük”, “şübhə” və “əsaslı sübutlar” dedikdə nə başa düşülür? Başqa sözlə, “qərarın düzgünlüyü” inzibati aktın faktiki, yoxsa hüquqi hallarının səhv olmasıdır? “Şübhə” dedikdə bu zaman sadə ehtimal kifayətdir, yoxsa yüksək ehtimal tələb olunur? Hansı tələblərə cavab verən sübutlar cavabdeh orqan üçün “əsaslı” hesab edilməlidir? Məhkəmə tərkibi qeyd edir ki, inzibati hüquqda “qeyri-müəyyən hüquqi anlayışlar” dedikdə konkret şəkildə müəyyən olunmamış, lakin vəziyyətdən asılı olaraq hüquq tətbiq edən inzibati orqan tərəfindən şərh edilən (məzmunu doldurulan) və inzibati aktın səbəb ünsürünü müəyyənləşdirən ifadələr başa düşülür. Nəzərə almaq lazımdır ki, qeyri-müəyyən hüquqi anlayışların tətbiqi inzibati orqanın işin faktiki və hüquqi hallarının müəyyənləşdirilməsində mülahizə sərbəstliyi ilə əlaqədardır. Bununla da inzibati orqan işin faktiki vəziyyətinin hüquqi baxımdan qiymətləndirilməsini həyata keçirir. İnzibati orqanın publik hüquq sahəsindəki fəaliyyəti üzərində məhkəmə nəzarətinin olması hüquqi dövlətin əsas əlamətlərindən biridir. Məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, inzibati qanunverciliyin ümumi prinsip və tələbləri baxımından, eləcə də inzibati hüquq elmində formalaşmış yanaşmaya görə, qeyri-müəyyən hüquqi anlayışların inzibati orqan tərəfindən tətbiqi, yəni qeyd olunan səlahiyyətin necə realizə edilməsi inzibati məhkəmə icraatı qaydasında tam həcmdə yoxlanıla bilər. Mübahisələndirilən qərarlarda müvafiq Qaydaların 3.7-ci bəndindəki hipoteza şərtləri aşağıdakı kimi əsaslandırılmışdır: “...Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Daxili nəzarəti, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 28 (iyirmi səkkiz) nəfərin ünvanına, sonuncusu xx.xx.2025-ci il tarixli olmaqla bir neçə dəfə əyani müayinəyə çağırılmaları haqqında sifarişli-xəbərnaməli məktub göndərilmişdir. Aparılan araşdırmalar çərçivəsində bu vətəndaşlardan 4 (dörd) nəfər və digər tarixlərdə əyani müayinəyə dəvət edilmiş lakin xx.xx.2025-ci il tarixində komissiyada iştirak etmiş 2 (iki) vətəndaşın əyani müayinəsi həyata keçirilmiş, mövcud sənədləri araşdırılmış, 24 (iyirmi dörd) nəfər vətəndaş əyani müayinəyə gəlmədiyindən tibbi-ekspert sənədləri və ekspertiza üçün əhəmiyyətli digər məlumatları araşdırılmış, digər tarixlərdə komissiyada iştirak edərək müayinə edilmiş, xx.xx.2025-ci il tarixində müayinə sənədi təqdim etmiş 2 (iki) nəfər vətəndaş da daxil olmaqla ümumilikdə 32 (otuz iki) nəfər barəsində qərar verilmişdir...” Kəlbəcər rayon sakini xx.xx.1958-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) dair Hacıqabul Dəmir yol xəstəxanasının 4086003AACAV nömrəli göndərişi TibbiSosial Ekspert Komissiyası tərəfindən xx.xx.2019-cu il tarixində qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1.9 bəndinə müvafiq ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən mddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. Göndərişdə qeyd edilən diaqnoz “Binokulyar, ağır görmə pozğunluğu, OU-piqmentli tapetoretinal distrofiya.OS- Paralitik çəpgözlük. Başlanğıc fəsadlı katarakta .OD-Sadə hipermetropik astiqmatizm E və Hm 1.0 .VİS OD=0,03 k/etmir (yüzdə üç); VİS OS=0,01 k/etmir (yüzdə bir).” olmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-M-31905/2024 nömrəli məktub əsasında xx.xx.2025- ci il tarixində əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul ediləcəyi barədə məlumat qeyd edilmişdir. Lakin vətəndaş əyani müayinəyə gəlməmişdir. Göründüyü kimi, cavabdeh iddiaçını risk qrupuna aid etmişdir. Risk qrupuna mahiyyəti barədə isə heç bir ağlabatan açıqlama verməmişdir. Bundan başqa, iddiaçının əyani müayinədə iştirak etməməsinə baxmayaraq, əvvəlki tibbi sənədlər əsasında qərar qəbul etmişdir. Halbuki, “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar”ın mövcudluğu ilə bağlı məsələ qiymətləndirilərkən nəzərə alınmalıdır ki, burada əsaslı şübhədən kənar sübut standartı tətbiq olunmalıdır. Başqa sözlə, müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq konkret, uyğun və yetərli əsaslar ortaya çıxmış olmalıdır. Yalnız belə tələblərə cavab verən əsasların mövcudluğundan çıxış edilməklə müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın qanuniliyinin yoxlanılmasına dair icraata başlanıla bilər. Eyni zamanda, sözügedən hallar konkret iddiaçı ilə birbaşa bağlı hallar olmalı, məhz ona təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq mötəbər və rəsmi mənbələrdən əldə olunmuş əsaslar müəyyən edilmiş olmalıdır. Beləliklə, məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, cavabdeh inzibati orqan mavafiq Qaydaların 3.7-ci bəndindəki qeyri-müəyyən hüquqi anlayışları obyektiv, məntiqi və hüquqi meyarlarla şərh edə bilməmişdir. Başqa sözlə, inzibati orqan həmin anlayışların məzmununu məhz qeyd olunan meyarlar əsasında müəyyən etməli olduğu halda qüsurlu qiymətləndirmə fəaliyyətinə yol verərək heç bir ciddi və aydın əsaslandırma aparmadan iddiaçı barəsində əlverişsiz inzibati akt qəbul etmişdir. Məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, inzibati orqanlar tərəfindən qeyrimüəyyən hüquqi anlayışların təfsiri və həmin anlayışın təfsiri əsasında qəbul ediləcək qərar hüququn aliliyi prinsipi ilə ziddiyyət təşkil etməməli, eləcə də fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) qeyri-mütənasib müdaxilə vəziyyəti yaratmamalıdır. Ali Məhkəmənin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadının 29cu bəndində qeyd olunmuşdur ki, inzibati aktların səbəb ünsürünün yoxlanılmasında nəzərə alınmalı olan prinsiplərdən biri də mütənasiblik tələblərinə riayət edilibedilməməsidir. Buna görə, inzibati aktın doğuracağı nəticə ilə onun səbəbi arasında ağlabatan mütənasiblik təmin olunmalıdır. Eyni zamanda qeyd etmək lazımdır ki, qeyri-müəyyən hüquqi anlayışlarla bağlı inzibati orqanların fəaliyyəti inzibati məhkəmə icraatı qaydasında yoxlanılarkən bəzi digər prinsiplərə də əməl olunub-olunmaması yoxlanılır. Belə ki, bu zaman rəhbər tutulmalı prinsiplərdən ən vacibi “müəyyənlik” prinsipidir. Əslində bu prinsipin elementləri “İnzibati icraat haqqında” Qanunun 58-ci maddəsində göstərilmişdir: 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Göründüyü kimi, inzibati hüquqda müəyyənlik prinsipi ona xidmət edir ki, fiziki və hüquqi şəxslər müxtəlif hüquqi vəziyyətləri əvvəlcədən qiymətləndirə və hərəkətlərini (fəaliyyətlərini) ona uyğun tənzimləyə bilsinlər. Bundan başqa, qeyd olunmalıdır ki, belə mübahisələr həll edilərkən həm də “İnzibati icraat haqqında” Qanunun 67.12- ci maddəsinin müddəaları da nəzərə alınmalıdır. Buna görə, qanunsuz əlverişli inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçı TSEK tərəfindən xx.xx.2019-cu il tarixində qiymətləndirilmiş və və barəsində göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz birinci dərəcə ilkin əlillik təyinatı aparılması qərarı verilmişdir. Cavabdehin mübahisləndirilən qərarları isə xx.xx.2019-cu il tarixdən bir neçə il keçdikdən sonra qəbul edilmişdir. Cavabdeh mübasiləndirlən qərarları qəbul edərkən isə əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq mötəbər və yeni sübutlara əsaslanmamışdır. Eyni zamanda, mübahisləndirilən qərarlarda “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallara da istinad edilməmişdir. Nəzərə almaq lazımdır ki, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6-cı maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Bundan başqa, qeyd edilməlidir ki, cavabdeh tərəfindən iddiaçıya əlillik təyinatı barədə qüvvədə olan xx.xx.2019-cu il tarixli qərar ləğv edilmiş və həmin vaxtdan, yəni xx.xx.2019-cu il tarixdən “Diaqnoz öz təsdiqini tapmadı” məzmunlu mübahisələndirilən qərarı qəbul edilmişdir. Başqa sözlə, Agentlik iddiaçıya münasibətdə əlverişli inzibati aktı xx.xx.2025-ci il tarixli, 3-17-4/3-3-574/2025 nömrəli qərarı ilə ləğv etmiş və bununla da, əlverişli inzibati aktın (xx.xx.2019-cu il tarixli qərarın) qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin sistemli təhlili onu deməyə əsas verir ki, qanunsuz əlverişli inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. İstisna yalnız “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində göstərilən hallarla bağlıdır. Beləliklə, yuxarıda qeyd olunanların qarşılıqlı təhlili onu deməyə əsas verir ki, qeyri-müəyyən hüquqi anlayışların tətbiqinə yönəlik inzibati fəaliyyət zamanı inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun prinsip və tələblərinə əməl edilməmişdir. Belə olan halda isə cavabdehin mübasiləndirilən xx.xx.2025-ci il tarixli, 3-17-4/3-3- 574/2025 nömrəli inzibati aktı iddiaçıya aid hissədə səbəb ünsürü baxımından qüsurlu hesab edilməlidir.
2. TSEK-in xx.xx.2025-ci il tarixli, 3-17-4/3-1-1737/2025 nömrəli qərarını etibarlı inzibati akt kimi qəbul etmək olarmı?
İlk növbədə qeyd etmək lazımdır ki, iş materiallarına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X4- Sosial Ekspert Komissiyasının xx.xx.2025-ci il tarixli, 3-17-4/3-1-1737/2025 nömrəli qərarı da əlavə edilmişdir (i.v.50-51). Məhkəmə tərkibi mübahisə predmeti olmasa da, həmin qərara da hüquqi qiymət verilməsini zəruri hesab edir. Qeyd edilməlidir ki, TSEK-in xx.xx.2025-ci il tarixli qərarı da mübasiləndirilən xx.xx.2025-ci il tarixli qərarla eyni məzmundadır. Sadəcə xx.xx.2025-ci il tarixli qərar Agentlik tərəfindən, xx.xx.2025-ci il tarixli qərar isə TSEK tərəfindən qəbul edilmişdir. TSEK-in xx.xx.2025-ci il tarixli, 3-17-4/3-1-1737/2025 nömrəli qərarında göstərilmişdir ki, “Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 28 (iyirmi səkkiz) nəfərə dair xx.xx.2025-ci il tarixə əyani müayinəyə çağırılmaları haqqında ünvanlarına sifarişli-xəbərnaməli məktublar göndərilmişdir. Aparılan araşdırmalar çərçivəsində bu vətəndaşlardan 4 (dörd) nəfər və digər tarixlərdə əyani müayinəyə dəvət edilmiş lakin xx.xx.2025-ci il tarixində komissiyada iştirak etmiş 2 (iki) vətəndaşın əyani müayinəsi həyata keçirilmiş, mövcud sənədləri araşdırılmış, 24 (iyirmi dörd) nəfər vətəndaş əyani müayinəyə gəlmədiyindən tibbi-ekspert sənədləri və ekspertiza üçün əhəmiyyətli digər məlumatları araşdırılmış, digər tarixlərdə komissiyada iştirak edərək müayinə edilmiş, xx.xx.2025-ci il tarixində müayinə sənədi təqdim etmiş 2 (iki) nəfər vətəndaş da daxil olmaqla ümumilikdə 32 (otuz iki) nəfər barəsində aşağıdakıları müəyyən etmişdir: 8. Kəlbəcər rayon sakini xx.xx.1958-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) dair Hacıqabul Dəmir yol xəstəxanasının 4086003AACAV nömrəli göndərişi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2019-cu il tarixində qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1.9 bəndinə müvafiq ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən mddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. Göndərişdə qeyd edilən diaqnoz “Binokulyar, ağır görmə pozğunluğu, OU-piqmentli tapetoretinal distrofiya.OS-Paralitik çəpgözlük. Başlanğıc fəsadlı katarakta .OD-Sadə hipermetropik astiqmatizm E və Hm 1.0 .VİS OD=0,03 k/etmir (yüzdə üç); VİS OS=0,01 k/etmir (yüzdə bir).”olmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-M-31905/2024 nömrəli məktub əsasında xx.xx.2025-ci il tarixində əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul ediləcəyi barədə məlumat qeyd edilmişdir. Lakin vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, əlillik təyinatı barədə qüvvədə olan qərar ləğv edilsin, xx.xx.2019-cu il tarixindən “Diaqnozun öz təsdiqini tapmaması” qərarı qəbul edilsin”. Göründüyü kimi, TSEK-in xx.xx.2025-ci il tarixli, 3-17-4/3-1-1737/2025 nömrəli qərarı inzibati aktın rekvizitlərinə malikdir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, həmin qərar nəticəsində müəyyən edilmiş hallar cavabdehin etirazının, apellyasiya şikayətinin əsasını təşkil edir. Məhkəmə tərkibi qeyd edir ki, məhkəmə araşdırması zamanı TSEK-in (məhz TSEK-in, Agentliyin yox) iddiaçını xx.xx.2025-ci il tarixdə əyani müayinəyə cəlb etməyə səlahiyyətli olmasına dair hər hansı bir hüquqi akt müəyyən edilməmişdir Müvafiq Qaydaların da tələblərindən göründüyü kimi, maraqlı şəxsi (vətəndaşı) əyani müayinəyə cəlb etməyə səlahiyyətli orqan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Başqa sözlə, belə səlahiyyət tibbi-sosial ekspert komissiyalarına (TSEK-ə) deyil, subordinasiya baxımından yuxarı inzibati orqan olan Agentliyə məxsusdur. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Agentlik və TSEK eyni orqan kimi qiymətləndirilə bilməz. Belə ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (Agentlik) tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən həyata keçirilir. Eyni zamanda, “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən, əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir (3.4-cü bəndd). Əlilliyin qiymətləndirilməsi barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır (3.5-ci bənd). Xüsusi ilə o da qeyd edilməlidir ki, Agentlik əlilliyin təyin edilməsindən imtina edilmiş şəxsləri deyil, məhz əlilliyi müəyyən edilmiş şəxsləri onların müraciətləri əsasında, habelə əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında inzibati icraat aparmaqla əyani müayinəyə cəlb edə bilər. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X1”nin 3.2.4-cü bəndinə əsasən, tibbi-sosial ekspert komissiyalarının qərarlarından narazı olan vətəndaşların müraciəti əsasında, habelə əlilliyin qiymətləndirilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar olduqda, əlilliyi müəyyən edilmiş şəxsləri əyani müayinəyə cəlb etmək Agentliyin hüquqları sırasındadır. Qeyd olunmalıdır ki, İİQ-nin 65-ci maddəsində inzibati aktın etibarsızlığının əsasları müəyyən edilmişdir. Həmin əsaslardan biri də müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktdır. İnzibati hüquq nəzəriyyəsində mövcud yanaşma ondan ibarətdir ki, inzibati orqanın səlahiyyətinin zaman, məkan, subyekt və predmet baxımından sərhədləri müəyyən edilmişdir. Bu baxımdan inzibati məhkəmə icraatında inzibati aktın səlahiyyət ünsürü qiymətləndirilərkən zaman, məkan, subyekt və predmet baxımından müəyyən olunmuş sərhədlərin aşılıb-aşılmadığı araşdırılmalıdır. Predmet üzrə səlahiyyət inzibati orqanın məzmun etibarilə hansı məsələni həll etmə imkanına sahib olmasında ifadə olunur. Yəni inzibati orqanın mahiyyət etibarilə hansı münasibətləri tənzimləmək səlahiyyəti vardır. İnzibati idarəçilik orqanlarının öz daxilində səlahiyyət bölgüsündən asılı olaraq açıq-aşkar qərar qəbul etmək səlahiyyəti olmayan orqanın inzibati akt qəbul etməsi də bu aktın əhəmiyyətsiz olmasını bildirir. Məhkəmə tərkibi qeyd edir ki, Agentliyin əlilliyi müəyyən edilmiş şəxsləri əyani müayinəyə cəlb etməyə səlahiyyəti olsa da, TSEK-ə münasibətdə isə ümumiyyətlə, şəxsi əyani müayinəyə cəlb etmək səlahiyyəti qanunverici tərəfindən tanınmamışdır. Elmi ədəbiyyatda qeyd edilir ki, inzibati orqanlar yalnız qanunla müəyyən edilmiş sərhədlər daxilində fəaliyyət göstərə bilər. Başqa sözlə desək, inzibati orqanların səlahiyyətləri dar təfsir (potestas stricte interpretatur) olunmalı və şübhə halında “səlahiyyət əleyhinə prezumpsiya” (in dubiis, non praesumitur pro potentia) işə düşür. Yəni inzibati orqanın hansısa məsələyə dair səlahiyyətli olub-olmaması ilə bağlı tərəddüd olarsa, bu zaman belə prezumpsiya edilir ki, inzibati orqan həmin məsələni həll etməkdə (inzibati akt qəbul etməkdə) səlahiyyətli deyil. Məhkəmə tərkibi qeyd edir ki, predmet baxımından səlahiyyətsiz həm də aşağı pillədə dayanan inzibati orqanın subordinasiya baxımından yuxarı inzibati orqanın səlahiyyətini mənimsəməsində ifadə olunur. Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 71-ci maddəsinin X bəndinə əsasən dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Beləliklə, müvafiq hüquqi dəyərləndirmə nəticəsində məhkəmə tərkibində belə qənaət formalaşır ki, TSEK-in iddiaçını əyani müayinəyə cəlb etməklə qəbul etdiyi xx.xx.2025-ci il tarixli, 3-17-4/3-1-1737/2025 nömrəli qərar qərar səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt kimi tanınmalıdır. Həmin qərarın qəbul edilməsi ilə TSEK tərəfindən “səlahiyyətlərin hüdudları” (bəzən “səlahiyyətlilik” də adlanır), “səlahiyyətlərin iyerarxiyası” və “qanunçuluq” prinsiplərinin tələbləri pozulmuşdur. Səlahiyyətlərin hüdudları prinsipinin mahiyyəti ondan ibarətdir ki, hər bir inzibati orqan yalnız qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində fəaliyyət göstərə bilər. Heç bir orqan öz səlahiyyətlərini aşmamalı və ya başqa orqanın səlahiyyətlərinə müdaxilə etməməlidir. Başqa sözlə, bu prinsip hər bir orqanın qanunla müəyyən olunmuş fəaliyyət sərhədlərini qoruyur. Səlahiyyətlərin iyerarxiyası prinsipi inzibati hüquqda dövlət idarəetməsinin əsas prinsiplərindən biridir və inzibati orqanlar arasında tabeçilik münasibətlərinin necə qurulduğunu müəyyən edir. Başqa sözlə, bu prinsip inzibati idarəçilik sisteminin daxili strukturunu və tabeçiliyi müəyyən edir. Qanunçuluq prinsipinin tələbinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər(İİQ-nin 11-ci maddəsi). Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə tərkibi qeyd edir ki, TSEK-in xx.xx.2025-ci il tarixli, 3-17-4/3-1-1737/2025 nömrəli qərarı qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılan və heç bir hüquqi nəticə yaratmayan etibarsız inzibati akt kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə
Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 18 avqust 2025-ci il tarixli 2-1(112)-8403/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.