Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1704/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI GIRIŞ HISSƏ: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə qarşı “kompensasiya ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(*- *)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 5əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVIRI HISSƏ: Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, onların qanunsuz hərəkətləri nəticəsində sökülən mənzilinə görə dəymiş 164000 manat maddi və 20000 manat mənəvi zərərin müştərək olmaqla cavabdehlərdən tutularaq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, 2012-ci il tarixdə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 82 kv.m olan müasir təmirli 3 otaqlı mənzili öz vəsaiti hesabına tikmiş, övladları ilə birlikdə həmin mənzildə yaşamışdır. Həmin mənzilə 2015-ci il tarixdə “Azəriqaz” IB tərəfindən qaz sayğacının və qaz xəttinin qoşulması təmin edilərək müvafiq müqavilə bağlamışdır. ##.##.2023-cü il tarixdə Baktelekom ilə müqavilə bağlayaraq həmin mənzilə telefon və internet xidməti qoşulmuşdur. 2013-cü il tarixdən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı müqavilə əsasında hər il üçün məişət tullantılarının daşınması üçün ödənişlər etmişdir. 2013-cü il tarixdən “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı müqavilə əsasında mənzilinə verilmiş abonent kodu ilə hər ay üçün elektrik enerjisindən istifadə etdiyi üçün ödənişlər etmişdir. 2014-cü il tarixdən “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı müqavilə əsasında mənzilinə verilmiş abonent kodu ilə hər ay üçün sudan istifadə etdiyi üçün ödənişlər etmişdir. Eyni zamanda mənzilin olduğu ünvan üzrə Nərimanov Rayon Icra Hakimiyyəti Başçısının sahə üzrə ** saylı MKIS-dən aldığı arayışlar əsasında Nərimanov rayonu * saylı şəhər Poliklinkasında özü və övladları tibbi qeydiyyata alınmaqla müayinə və müalicə olmuş, həmçinin mənzilin olduğu ünvan üzrə Nərimanov Rayon Icra Hakimiyyəti Başçısının sahə üzrə ** saylı MKISdən aldığı arayışlar əsasında müəyyən olunur ki, həmin mənzildə uzun müddətdir yaşamışdır. Eyni zamanda yer qurluşundan çıxarış olaraq ev ünvanın koordinatları göstərilməklə sahə üzrə ** saylı MKIS-dən müvafiq çıxarış almışdır. Onun kimi həmin ünvanda yaşayan hər kəs 2010-cu ildə torpaq alıb mənzil tikən zaman dövlətin müvafiq qurumları tərəfindən hansısa etiraz bildirilməyib və etirazsız, fasiləsiz həmin mənzildə ailəsi ilə birgə yaşamışdır. Dövlətin müvafiq qurumları tərəfindən həmin mənzilə mülkiyyət hüququ defakto tanınıb və rəsmi olaraq mülkiyyət hüququnun tanınması üçün gözləntilər vardır. Qeyd edir ki, həmin mənzilə mülkiyyət hüququnun yaranması məsələsinə gəldikdə isə, Avropa Məhkəməsinin formalaşmış presedent hüququna nəzər yetirmək lazımdır. Məhkəmə “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə ## ###### 2004-cü il tarixli qərarında göstərmişdir ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Belə ki, Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə göstərmişdir ki, şəxs qaunsuz tikili tikib həmin tikilidə etirazsız və fasiləsiz yaşamışsa demək dövlət onun mülkiyyət hüququnu tanımışdır. Bildirir ki, Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” işə müvafiq olaraq onunda 2012-ci il tarixdə ünvan 2 ünvanında yerləşən öz vəsaiti hesabına tikdiyi 3 otaqdan ibarət olan müasir təmirli mənzilə mülkiyyət hüququ Azərbaycan Respublikasının müvafiq qurumları tərəfindən tanınmışdır. Qeyd edir ki, avqustdan başlamaqla sentyabra qədər cavabdehlər tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən öz vəsaiti hesabına tikdiyi 3 otaqdan ibarət ümumi sahəsi 82 kvm olan müasir təmirli mənzili hər hansı qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan qanunsuz olaraq vəhşicəsinə özünün və ailə üzvlərinin gözü qarşısında sökülərək yerlə yeksan edildi və həmin vaxtdan mənəvi və fiziki stress keçirir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində sökülən mənzilinə görə dəymiş 164000 manat maddi və 20000 manat mənəvi zərərin müştərək olmaqla tutularaq ona verilməsinə zərurət var. Cavabdeh “xxxx” Qapalı Səhmdar Cəmiyyəti onu Nərimanov rayon məhkəməsinə verərək mənzilin kompensasiya verilmədən sökülərək ərazinin boşaldılması tələbi irəli sürmüşdür və təəssüflər olsun ki, məhkəmə hazırlıq iclası başlamamış mənzili vəhşicəsinə sökülərək əşyalar ilə birgə yerlə yeksan edilmiş və bir çox sənədləri söküntü altında qalmışdır. Bakı Inzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı ilə (hakim B.Cəlalov) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi, iddia tələbinin mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə qərardadında göstərmişdir ki, iddiaçı tərəfindən cavabdeh Bakı Icra Hakimiyyəti tərəfindən söküntünün həyata keçirilməsinə dair sübut iş materialında yoxdur. Lakin məhkəmə nəzərə almamışdır ki, məhkəmə iclası zamanı çıxışında bildirmişdir ki, təqdim etdiyi video görüntülərdən görünür ki, cavabdeh2 tabeliyində olan cavabdeh2 Başçısının Aparatı strukturunda şəhər üzrə mənzil-kommunal xidməti sahəsində fəaliyyət göstərən Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı departamentinin işçiləri söküntünü həyata keçirənlərdən biri idi. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2019-cu il tarixli qərarı ilə təsdiq edilərək cavabdeh2 başçısının tabeliyində təsərrüfat hesablı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır və Bakı şəhərində tikintiyə və söküntüyə birbaşa nəzarəti və söküntüyə layihələri təsdiq edən səlahiyyətli qurum kimi fəaliyyət göstərməsini məhkəmə nəzərə almamışdır. Digər cavabdehə gəldikdə isə məhkəmə nəzərə almamışdır ki, cavabdehlərdən biri inzibati orqan olan iddia tələbinə inzibati məhkəmədə baxıb ədalətli qərar vermək prosessual qanunvericiliyin tələbidir və məhkəmənin vəzifəsidir ki, icraata qəbul edib ədalətli qərar qəbul etsin. Hesab edir ki, iddia tələbi üzrə kifayət qədər cavabdehlərə qarşı sübutları və prosessual əsasları olmasına baxmayaraq inzibati məhkəmə əsassız qərar qəbul edərək idda tələbini mümkün hesab etməmişdir. Buna görə də Bakı Inzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iddia tələbinin mümkün sayılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası IPM-nin 62-ci maddəsinə əsasən cavabdehlərin nümayəndələrinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. ƏSASLANDIRICI HISSƏ: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Inzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Bununla əlaqədar iddianın mümkünlüyü ilə bağlı Məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ** nömrəli, ## ##### 2015-ci il tarixli, Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. IPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. Iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Inzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Hazırkı inzibati işin faktiki hallarından görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilinin cavabdehlər tərəfindən qanunsuz olaraq söküldüyünü iddia edərək onların qanunsuz hərəkətləri nəticəsində sökülən mənzilinə görə dəymiş 164000 manat maddi və 20000 manat mənəvi zərərin müştərək olmaqla tutularaq ona verilməsini tələb edir. Iddiaçı iddia tələbini cavabdehlər cavabdeh2 və xxxx QSC-yə qarşı yönəltmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdeh2 hazırkı iddia tələbinə cavab verməli olan inzibati orqan olmaması barədə mövqeyini haqlı və əsaslı sayır. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq qeyd edir ki, iddiaçı cavabdeh inzibati orqanın qərarını və ya hüquq və mənafeyinə toxunan hərəkət və ya hərəkətsizliyini mübahisələndirə bilər. Iddiaçı evinin sökülməsi nəticəsində ona ziyan vurulduğunu iddia edir. Lakin hazırkı iş materiallarından həmin söküntü işlərinin məhz Bakı şəhəri Icra Hakimiyyəti tərəfindən həyata keçirilməsi, bununla bağlı hər hansı inzibati akt qəbul edilməsi müəyyən edilmir. Belə ki, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh2 tərəfindən məhkəməyə ünvanlanan *-**/*-***/**** nömrəli ##.##.2026-cı il tarixli məktubla bildirilmişdir ki: “...müraciətinizdə qaldırılan məsələyə aidiyyəti üzrə baxılması və nəticəsi barədə Sizə məlumat verilməsi üçün tərəfimizdən Nərimanov Rayon Icra Hakimiyyətinə məktub göndərilmişdir.” Nərimanov rayon Icra Hakimiyyətinin *-**/*-***/**** nömrəli, ##.##.2026-cı il tarixli məktubu ilə bildirilmişdir ki, qeyd edilən fərdi yaşayış evləri Nərimanov-Böyükşor və Bakı sərnişin dəmiryolu xətlərinin mühafizə zonasında, dövlət mülkiyyətində olan torpaq sahəsini zəbt etməklə, qanunsuz olaraq inşa edilmişdir. Mülki qanunvericiliyin tələblərinə görə özbaşına tikinti aparmış şəxs həmin tikiliyə dair mülkiyyət hüququ əldə etmir və onun tikintiyə dair sərəncam vermək (satmaq, bağışlamaq, icarəyə vermək və digər əqdlər bağlamaq) ixtiyarı yoxdur. Eyni zamanda bildiririk ki, Nərimanov Rayon Icra Hakimiyyəti tərəfindən sözügedən ərazidə söküntü işləri aparılmamışdır və kompensasiyanın ödənilməsi barədə Nərimanov RIH-də məlumat mövcud deyildir. Əlavə olaraq bildiririk ki, qeyd edilən xüsusatlarla əlaqədar “xxxx” QSC-nin təqdimatı əsasında aidiyyəti qurumlar tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılmışdır. Təhqiqat işləri başa çatdıqdan sonra qaldırılmış məsələlərə aidiyyəti qurumlar tərəfindən müvafiq hüquqi qiymət veriləcəkdir. Iddiaçı İddiaçı müraciəti ilə bağlı aparılmış inzibati icraat materiallarının surətləri məhkəməyə təqdim olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı hüquqlarının məhz cavabdeh cavabdeh2 inzibati orqan tərəfindən pozulmasını, tələbini məhz nəyə görə cavabdeh kimi qoyduğu həmin quruma qarşı qaldırmasını əsaslandırmamış, hüququnun cavabdeh inzibati orqan tərəfindən pozulduğunu sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası iddia tələbinin “xxxx” QSC-yə qarşı yönələn hissədə isə diqqətə çatdırır ki, “Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. “Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il ## ##### tarixli * nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2024-cü il tarixli Qərarı ilə bu növ mübahisələrə mülki məhkəmə icraatı çərçivəsində baxılmalı olması qərara alınmışdır. Belə ki, həmin Qərarın 5-ci bəndindən görünür ki, 14-cü bənd aşağıdakı redaksiyada verilmişdir: “Təbii inhisar subyektləri dövlət və ictimai maraqları təmin etməyə yönəlmiş fəaliyyətlərin həyata keçirilməsi ilə əlaqədar həm onların fəaliyyətinin dövlət tənzimlənməsini həyata keçirən orqanlarla (rəqabət orqanı, Tarif (qiymət) Şurası və digər tənzimləyici qurumlar), həm də təsərrüfat subyektləri və istehlakçılarla münasibətlərə daxil olurlar. Buna görə, məhkəmələr ilk növbədə, təbii inhisar subyektlərinin iştirakçısı olduğu mübahisələrin qeyd edilən iki kateqoriya münasibətlərdən məhz hansının çərçivəsində yarandığını aydınlaşdırmalıdırlar. Təbii inhisarları tənzimləyən orqanlarla təbii inhisar subyektlərinin daxil olduqları münasibətlər ümumi hüquq sahəsinə aid olduğundan belə münasibətlərdən yaranan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır. Çünki təbii inhisar fəaliyyətinin dövlət tənzimlənməsi ilə bağlı qərarların qəbul olunması, hərəkət və ya hərəkətsizliyin edilməsi publik maraqlar naminə hakimiyyət səlahiyyətlərinin icrası qaydasında həyata keçirilən, eləcə də ünvanlandığı təbii inhisar subyektləri barəsində hüquqi nəticələr yaradan fəaliyyətdir. Müvafiq olaraq belə fəaliyyətin həyata keçirilməsi nəticəsində hüquqlarının pozulduğunu iddia edən təbii inhisar subyektləri tərəfindən təbii inhisarları tənzimləyən orqanlara qarşı qaldırılmış iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Təbii inhisar subyektlərinin təsərrüfat subyektləri və istehlakçılarla daxil olduqları münasibətlər (təbii inhisar subyektlərinin şəbəkələrinə qoşulma, texniki şərtlərin verilməsi, məhsulun satışına dair müqavilə bağlanılması və s.) isə konkret subyektlərə təbii inhisar fəaliyyətinə aid edilmiş sahələr üzrə məhsulun satışı və ya xidmətlərin təqdim edilməsinə yönəlmiş iqtisadi fəaliyyət olmaqla son nəticədə mülki-hüquqi xarakter daşıyır. Həmin münasibətlər xüsusi hüquq rejiminə tabe edildiyinə görə, bununla bağlı yaranmış mübahisələr inzibati hüquq sahəsində yaranmış münasibətlər kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır. Təbii inhisar subyektlərinə qarşı və ya onlar tərəfindən qaldırılmış deliktdən əmələ gələn, yaxud əşya hüquqlarının müdafiəsinə yönəlmiş və digər iddiaların məhkəmə aidiyyəti müəyyən edilərkən isə həmin münasibətlərdə təbii inhisar subyektinin qanunvericiliyə müvafiq olaraq publik səlahiyyətin icrası qaydasında, yoxsa mülki dövriyyənin bərabər hüquqlu iştirakçısı kimi iştirak edib-etmədiyinə qiymət verilməlidir. Təbii inhisar subyektinin qanunvericiliklə verilmiş ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərin (məsələn, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət ehtiyacları üçün torpaqların geri alınması ilə bağlı alan orqan kimi müəyyən olunduqda) icrasından doğan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır. Qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş ümumi (publik) hüquq sahəsinə aid səlahiyyətlərin həyata keçirilməsi vəziyyəti mövcud olmadıqda, əksinə, mülki dövriyyənin iştirakçısı kimi gündəlik təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən yaranan mübahisələrdən söz edildikdə (vurulmuş zərərin əvəzinin ödənilməsi, ərazinin boşaldılması və s.) isə işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır.” Iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-*(***)- ****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı “xxxx” QSC-nin cavabdehlərə İddiaçı və qeyrilərinə qarşı qanunsuz tikilinin sökülüb kənarlaşdırılması tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, dəmir yolunun mühafizə zolağında qanunsuz inşa edilmiş ev hazırda mövcud olmadığından onun sökülməsinə dair qaldırılmış iddia da əsaslı sayıla bilməz. “xxxx” QSC-nin İddiaçı ünvanlanan ##.##.2026-cı il tarixli məktubda qeyd olunmuşdur ki, ünvan 4 ünvanında, daha dəqiq olaraq Nərimanov-Böyükşor və Bakı sərnişin-Keşlə dəmir yolu xətlərinin kəsişmələri arasında yerləşən evlər dəmir yolunun mühafizə zolağında inşa edildiyindən, məsələnin araşdırılması məqsədilə məhkəmə və hüquq mühafizə orqanlarına müraciət olunmuşdur. Göründüyü kimi, “xxxx” QSC Bakı şəhər Nərimanov Rayon Məhkəməsində iddia qaldıraraq dəmiryollarının mühafizə zolağında inşa edilmiş özbaşına tikililərin sökülməsi tələbini irəli sürmüşdür. Bu isə həmin qurumun dəmir yollarının mühafizəsini təmin edilməsi ilə bağlı öz səlahiyyətlərini yerinə yetirmək üçün həyata keçirdiyi fəaliyyətə aiddir və torpaq sahəsinə sahibliyin və istifadənin təmin edilməsinə yönəlmiş mülki dövriyyənin iştirakçısı kimi xüsusi hüquq sahəsindən irəli gələn fəaliyyətinə aiddir. Məhkəmə kollegiyası aşağıdakı qanunvericilik normalarını diqqət önünə çəkir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2005-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın 2-ci hissəsinin 3-cü abzasına əsasən təhkim zolağı- dəmir yolunun mühafizə zonasına aid olan və dəmir yolu xətlərinin torpaq yatağına bitişən, dəmir yolu nəqliyyatının təhlükəsiz fəaliyyət göstərməsi məqsədilə “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardır. Həmin Qaydaların 21-ci bəndinə əsasən təhkim zolağı hüdudlarında torpaq sahələrindən müvəqqəti istifadə edən hüquqi və fiziki şəxslər tərəfindən bu ərazidə hər hansı əsaslı tikinti işlərinin aparılmasına, həmin ərazidən qumun, gilin, digər tikinti materiallarının və torpağın götürülməsinə, dəmir yolu təyinatlı bina və digər tikililərə, həmçinin dəmir yolu obyektlərinin zərərli təbii təsirlərdən qorunması məqsədilə əkilmiş ağaclara təhlükə yaradan, hərəkət təhlükəsizliyinə ziyan vuran, dəmir yolu xətti boyu görünməni pisləşdirən obyektlərin yerləşdirilməsinə və tikilməsinə yol verilmir. Həmin Qaydanın 23-cü bəndinə görə “xxxx” Qapalı Səhmdar Cəmiyyəti və Daxili Işlər Nazirliyi dəmir yolunun xüsusi mühafizə zonası, təhkim zolağı və sanitariya-mühafizə zonası hüdudlarında torpaq sahələrindən istifadə edən şəxslər tərəfindən torpaqdan istifadə qaydalarına riayət olunmasına nəzarət edir, bu zonalarda qanunsuz tikililərin yerləşdirilməsinin qarşısını alırlar. Yuxarıda qeyd olunan qətnamədən və maddi hüquq normalarından müəyyən olunur ki, QSC hazırki iddiaçının sahibliyində olan tikilinin dəmir yоlunun mühаfizə zоlаğındа inşa edilməsinə istinad edərək, onun sökülməsini xahiş etmiş, bu zaman torpaqların geri alınması ilə bağlı ona hər hansı bir səlahiyyət verilməmiş, mülki dövriyyənin iştirakıçısı kimi fəaliyyətini təmin etmək məqsədilə balansında olan dəmir yolunun mühafizə zolağına məxsus torpaqlardan qanunsuz tikililərin kənarlaşdırılması, ona məxsus torpaqların boşaldılması məqsədini güdmüşdür. Beləliklə, iddiaçı ilə cavabdeh arasında həmin məsələ ilə bağlı yaranmış münasibət inzibati deyil, mülki-hüquqi xarakterlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı iddiası mülki hüquq pozuntusundan (deliktdən) əmələ gələn öhdəlik olmaqla inzibati mübahisə hesab olunmadığından inzibati məhkəmə icraatında baxıla bilməməsi ilə bağlı birinci instansiyanın mövqeyi qanuni olmuşdur. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. NƏTICƏVI HISSƏ:
Göstərilənlərə əsasən və IPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli