Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1707/2026 28.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X1 (sədrlik edən və məruzəçi), X7 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, iddiaçı İddiaçı iştirakı ilə iddiaçı İddiaçı cavabdeh Bakı Şəhəri Binəqədi Rayon Icra Hakimiyyətinə qarşı "yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində kimi uçota alınma" tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə baxışı qaydasında Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı ##.##.1979-cu ildə Sumqayıt şəhərində anadan olmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır. Iddiaçı İddiaçı mülkiyyətində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak yoxdur. O, ##.##.1997-ci ildən ##.##.2005-ci ilədək Sumqayıt şəhəri 18-ci mikrorayon ev 20 mənzil 11-də, ##.##.2005-ci ildən ##.##.2012-ci ilədək Sumqayıt şəhəri 17-ci mikrorayon ev 37 mənzil 1-də yaşayış yeri üzrə qeydiyyatda olmuş, ##.##.2012-ci ildən hazıradək isə ünvan 3 ünvanında qeydiyyatdadır. Hazırda qeydiyyatda olduğu fərdi yaşayış evi X8 mülkiyyətindədir. Iddiaçı hazırda həmin evdə deyil, ailəsi ilə birlikdə ünvan 1 ünvanında kirayədə yaşayır. Iddiaçının ##.##.1995-ci ildə müddətsiz üçüncü dərəcə gözdən əlilliyi müəyyən olunmuşdur. Iddiaçı İddiaçı cavabdeh Bakı Şəhəri Binəqədi Rayon Icra Hakimiyyətinə ərizə ilə müraciət edərək mənzil sahəsi ilə təmin olunmasını xahiş etmiş, lakin cavabdeh ##.##.2025-ci il tarixli cavab məktubunda bildirmişdir ki, qeydiyyata olduğu ünvana dair * nömrəli formada arayış (ümumi və yaşayış sahəsi qeyd olunmaq şərtilə) və əlilliyini təsbit edən sənədi Rayon Icra Hakimiyyətinə təqdim etdikdən sonra məsələyə yenidən baxılacaq. Bakı Şəhəri Binəqədi Rayon Icra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı verilmiş ##.##.2025-ci il tarixli * nömrəli forma arayışda göstərilmişdir ki, onun daimi qeydiyyatda olduğu Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi Ilham Hacıyev küçəsi **A nömrəli ev sahəsi 89,7 kv.m olan 5 yaşayış otağından, sahəsi 15,5 kv.m köməkçi sahədən ibarətdir, ümumi sahəsi isə 105,2 kv.m-dir. Göstərilən yaşayış evi 1 mərtəbədən ibarətdir. Evin kommunal şəraiti - qaz, su, işıq var. Ev şəxsi mülkdür, X8 məxsusdur. Qeyd olunan ünvanda daimi pasport qeydiyyatında olan şəxslər İddiaçı da daxil olmaqla cəmi 11 nəfərdir. Iddiaçı İddiaçı cavabdeh Bakı Şəhəri Binəqədi Rayon Icra Hakimiyyətinə yenidən ərizə ilə müraciət edərək üçüncü dərəcəli gözdən əlil kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmasını xahiş etmiş, lakin cavabdeh ##.##.2025-ci il tarixli cavab məktubunda bildirmişdir ki, yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışda (* nömrəli forma) göstərilən bütün şəxslərin qeydiyyata alınma tarixi barədə məlumatlar dəqiq göstərilməklə yeni arayış təqdim edildikdən sonra təkrar müraciəti əsasında məsələyə yenidən baxılacaq. Bakı Şəhəri Binəqədi Rayon Icra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı verilmiş ##.##.2025-ci il tarixli * nömrəli forma arayışda göstərilmişdir ki, onun daimi qeydiyyatda olduğu Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi Ilham Hacıyev küçəsi **A nömrəli ev sahəsi 89,7 kv.m olan 5 yaşayış otağından, sahəsi 15,5 kv.m köməkçi sahədən ibarətdir, ümumi sahəsi isə 105,2 kv.m-dir. Göstərilən yaşayış evi 1 mərtəbədən ibarətdir. Evin kommunal şəraiti - qaz, su, işıq var. Ev şəxsi mülkdür, X8 məxsusdur. Qeyd olunan ünvanda daimi pasport qeydiyyatında olan şəxslər İddiaçı da daxil olmaqla cəmi 17 nəfərdir. Bundan sonra iddiaçı İddiaçı cavabdeh Bakı Şəhəri Binəqədi Rayon Icra Hakimiyyətinə yenə də ərizə ilə müraciət edərək üçüncü dərəcəli gözdən əlil kimi mənzil növbəsinə götürülməsini xahiş etmiş, lakin cavabdeh ##.##.2025-ci il tarixli cavab məktubunda bildirmişdir ki, təqdim olunmuş * nömrəli forma arayışa əsasən, 2024-2025-ci illər ərzində iddiaçının yaşadığı ünvana 7 nəfər qohumunun daimi qeydiyyata alındığı faktı müəyyən edilmişdir. Bu hal mənzil şəraitinin süni (qəsdən) pisləşdirilməsi kimi qiymətləndirilir. Yaşadığı mənzildə qohumlarının qeydiyyata alındığı tarixdən 5 il keçdikdən sonra III qrup gözdən əlil kimi mənzil sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması məsələsinə təkrar müraciəti əsasında yenidən baxıla bilər. BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ APARILAN ICRAAT: Iddiaçı İddiaçı cavabdeh Bakı Şəhəri Binəqədi Rayon Icra Hakimiyyətinə qarşı "onun 3cü qrup gözdən əlil kimi yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi haqqında sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə" iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir. Bundan sonra o, məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək iddia tələbini "yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi uçota alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması" formasında ifadə etmişdir. Iddiaçı öz tələbini belə əsaslandırmışdır ki, ona 3-cü qrup gözdən əlillik təyin edilmişdir. ünvan 2 ünvanında qeydiyyatda olsa da, həmin evdə yaşamır. Hal-hazırda ailəsi ilə birlikdə ünvan 1 ünvanında fərdi yaşayış evində kirayədə yaşayır. Dörd övladı var. Hal-hazırda müəllim olaraq işləyir. Mənzil şəraitinin yaxşılaşdırılması üçün qanunun ona verdiyi hüquqdan istifadə edərək üç dəfə cavabdehə mənzil növbəsinə götürülməsi üçün müraciət etmiş, lakin cavabdeh hər dəfə ona imtina vermişdir. O, tələb olunan arayışı, eyni zamanda, faktiki yaşadığı ünvanda ona fərdi yaşayış evinin tikilməsi üçün bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılmaması barədə məktubu və ona ipoteka kreditinin, o cümlədən, güzəştli ipoteka kreditinin verilməməsi barədə məlumatı əks etdirən məktubu ərizəsinə əlavə edərək, cavabdehə müraciət etmişdir. Cavabdeh ##.##.2025-ci il tarixli məktubla ona imtina verərək bildirmişdir ki, qeydiyyatda olduğu ünvana 2024-2025-ci illər ərzində 7 nəfər qohumu daimi qeydiyyata alınmışdır və bu hal mənzil şəraitinin süni pisləşdirilməsi kimi qiymətləndirilmişdir. Lakin o bildirir ki, qeydiyyatda olduğu mənzil onun uzaq qohumunun mülkiyyətindədir. Qeydiyyatda olan şəxslər həmin şəxsin ailə üzvləridir. Həmin mülkiyyətçinin öz mənzilinə hər hansı şəxsi qeydiyyata aldırıb qeydiyyatdan çıxartması onun səlahiyyətində deyil. Qeyd olunan səbəb onu mənzil növbəsinə götürməkdən imtinanın səbəbi ola bilməz. Cavabdeh iddianı qəbul etməmişdir. O, ##.##.2025-ci il tarixli yazılı etirazında iddianın mümkün sayılmamasını xahiş etmiş və bildirmişdir ki, iddiaçının cavabdehə daxil olmuş müraciətinə cavab olaraq ##.##.2025-ci il tarixli məktubla bildirilmişdir ki, təqdim olunan * nömrəli forma arayışa əsasən, 2024-2025-ci illər ərzində yaşadığı ünvana 7 nəfər qohumunun daimi qeydiyyata alındığı faktı müəyyən edilmişdir. Bu hal mənzil şəraitinin süni (qəsdən) pisləşdirilməsi kimi qiymətləndirilir. Həmçinin qeyd olunmuşdur ki, yaşadığı mənzilə qohumlarının qeydiyyata alındığı tarixdən 5 il keçdikdən sonra üçüncü dərəcəli gözdən əlil kimi mənzil sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması məsələsinə təkrar müraciəti əsasında yenidən baxıla bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Həmin Məcəllənin 53.1.3-cü maddəsinə əsasən, bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə yaşayış sahəsinə ehtiyacı olan vatandaş qismində uçota almaqdan imtinaya yol verilir. Bakı Şəhər Xalq Deputatları Sovetinin ##.##.1989-cu il tarixli qararı ilə təsdiq edilmiş "Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi" Qaydalarının 12-ci bəndinin 3-cü hissəsinə əsasən, vətəndaşın yaşayış otağına köçməklə və ya başqa şəxsləri (ərdən, arvaddan və yetkinlik yaşına çatmayan uşaqlardan başqa) özünün mənzil sahəsinə köçürmək və yazdırmaq yolu ilə, habelə mənzilini dəyişdirmək və ya bölmək yolu ilə öz mənzil şəraitini süni surətdə pisləşdirən vətəndaşlar da mənzil şəraitini pisləşdirmiş hesab olunur. Işin araşdırılan hallarından və qeyd olunan qanunvericilik normalarından görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Icra Hakimiyyəti tərəfindən İddiaçı qarşı onun hüquq və azadlıqlarını pozan qanunsuz hərəkətlər edilməmiş və müraciətinə əsasən ona qanunvericiliyin tələblərinə əsasən müvafiq cavab məktubu göndərilmişdir. Beləliklə də, iddiaçı İddiaçı Bakı Şəhəri Binəqədi Rayon Icra Hakimiyyətinə qarşı iddia irəli sürməsi əsassızdır, onun hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış və həmin halın mövcudluğunu isə o, iddia ərizəsində əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə isə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçı İddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması öhdəliyi cavabdeh Bakı Şəhəri Binəqədi Rayon Icra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Məhkəmənin qərarında göstərilmişdir ki, cavabdehin imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozur. Belə ki, yeni Mənzil Məcəlləsində yaşayış sahəsinə ehtiyacı olan şəxslərin uçota alınmasını tənzimləyən normalar nəzərdə tutulmuşdur. Dövlət hər bir vətəndaşın rifahının yüksəldilməsi və layiqli həyat səviyyəsi qayğısına qaldığından aydındır ki, dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması adambaşına 5 kv.m-dən az ola bilməz. Odur ki, iddiaçı hazırda 17 nəfər ailə tərkibi ilə birlikdə sahəsi 105.2 kv.m olan mənzildə yaşadığından, həmin mənzil də iddiaçıya və onun hər hansı bir ailə üzvünə məxsus olmadığından, iddiaçının adına hal-hazıradək ümumiyyətlə hər hansı daşınmaz əmlak qeydə alınmadığından, onun fərdi vəziyyəti nəzərə alınmaqla yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün qanuni gözləntisi var və hazırda uçot normasının olmaması onun yaşayış sahəsinə ehtiyacı olmayan şəxs hesab edilməsi üçün əsas ola bilməz. Odur ki, cavabdeh qurumun imtinası nəticəsində tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsəd arasındakı ağlabatan mütənasiblik pozulmuşdur. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya etirazın dəlilləri ilə əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, Rayon Icra Hakimiyyətinin etirazında iddiaçının müraciətinə baxılmasının nəticəsi və istinad edilən qanunvericilik normaları barədə ətraflı məlumat verilsə də, məhkəmə öz qərarında etirazda göstərilən xüsusatlara əsassız və qanunları təhrif etməklə münasibət bildirmiş, həmin xüsusatları tam həcmdə araşdırmamış və iş materiallarında olan sənədləri lazımınca tədqiq etməmişdir. Məhkəmənin qərarında cavabdehin mövqeyinin əsassız olduğu qətiyyən sübut edilməmişdir. TƏRƏFLƏRIN IZAHATLARI: Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Cavabdeh, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etmədiyinə və məhkəməyə bunun səbəbləri barədə məlumat vermədiyinə görə işə onun iştirakı olmadan baxıldı. TƏTBIQ EDILƏN HÜQUQ: "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanunu: 27.0. Dövlət əlilliyi olan şəxslərin və onların ailələrinin qidalanma, geyim və yaşayış yeri daxil edilməklə layiqli həyat səviyyəsinin, həyat şəraitinin yaxşılaşdırılmasının təmin və təşviq edilməsi üçün aşağıdakı tədbirləri həyata keçirir: 27.0.1. əlilliyi olan şəxslərin əlilliklə bağlı ehtiyaclarının ödənilməsi üçün köməklik göstərir; 27.0.2. əlilliyi olan şəxslərin sosial müdafiə və yoxsulluğun azaldılması üzrə dövlət proqramlarından istifadə etmək imkanlarını təmin edir; 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 49.1. Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin ayrılma norması (bundan sonra – ayrılma norması) sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahəsinin ümumi sahəsinin (ölçülərinin) müəyyənləşdirilməsi üçün əsas götürülən yaşayış sahəsinin minimal ölçüsüdür. 49.2. Dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. 49.6. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən kateqoriyadan olan vətəndaşlar üçün fərqli uçot norması və ya dövlət mənzil fondundan sosial kirayə müqavilələri əsasında verilən yaşayış sahələrinin ümumi normadan daha yuxarı ayrılma norması müəyyən edilə bilər. 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra - yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa); 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir; 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
52. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə.
"Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2019-cu il tarixli *** nömrəli qərarı: Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilsin.
"Azərbaycan Respublikası Prezidentinin ##.##.2012-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında" Əsasnamə:
4. Yerli icra hakimiyyəti başçısının səlahiyyətləri ... 4.6.9. əlilliyi olan şəxslərin yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində tədbirlər görmək, onların bərpa müəssisələrinin fəaliyyətinə və inkişafına, əlilliyi olan şəxslərin reabilitasiya proqramlarının icrasına və əlilliyi olan şəxslərin həyat fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına dəstək vermək. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanunu:
1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. ...
Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI:
Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Işdən görünür ki, iddiaçı İddiaçı ##.##.1995-ci ildə müddətsiz olaraq gözdən əlil kimi üçüncü dərəcəli əlillik təyin edilmişdir. Iddiaçı bununla bağlı mənzil növbəsinə götürülməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh iddiaçının öz mənzil şəraitini süni surətdə pisləşdirdiyini qeyd edərək, müraciətin təmin olunmasından imtina etmişdir. Kollegiyanın fikrincə, burada nəzərə alınmalıdır ki, iddiaçının mülkiyyətində daşınmaz əmlak, o cümlədən fərdi yaşayış evi, yaxud mənzil yoxdur. Cavabdeh iddiaçının ailə üzvlərinin mülkiyyətində ev və ya mənzil olması, yaxud hər hansı yaşayış sahəsinə istifadə hüquqlarının olması barədə dəlil irəli sürməmişdir. Bu hallar məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Iddiaçının qeydiyyatda olduğu evlə bağlı qeyd edilməlidir ki, yaşayış yeri üzrə qeydiyyat icazə xarakteri daşımır və iddiaçının onun ailə üzvü olmayan başqa bir şəxsə məxsus olan evdə qeydiyyatda olması özü-özlüyündə həmin evdən istifadə hüququ yaratmır. Həm də iddiaçının qeydiyyatda olduğu evdə yaşaması ümumiyyətlə təsdiq olunmur. O, hazırda ünvan 1ndə kirayədə yaşadığını bildirir. Işdə olan ##.##.2026-cı il tarixli arayışlardan da görünür ki, iddiaçının övladları X3, X4 və X5 rayonu Masazır kəndində yerləşən * nömrəli tam orta ümumtəhsil məktəbin müvafiq olaraq 4-cü, 7-ci və 9-cu siniflərində təhsil alırlar. Belə olan halda, iddiaçının qeydiyyatda olduğu evdə neçə nəfərin qeydiyyatda olmasının iddiaçının sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilib-edilməməsi üçün əhəmiyyəti yoxdur. Bu səbəbdən cavabdehin imtinası əsassızdır. Cavabdeh apellyasiya şikayətində iddiaçıya göndərdiyi imtina cavabının və iddiaya etirazının dəlillərini təkrarlamaqla kifayətlənmiş, əlavə olaraq isə göstərmişdir ki, birinci instansiya məhkəməsi etirazın dəlillərini tam həcmdə araşdırmamış və işdə olan sənədləri lazımınca tədqiq etməmişdir. Kollegiya bununla razılaşmır və qeyd edir ki, etirazın yeganə dəlili iddiaçının öz mənzil şəraitini süni şəkildə pisləşdirməsindən ibarətdir, bu dəlil birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırılmış və haqlı olaraq əsassız hesab olunmuşdur. Ona görə də kollegiya bu qənaətə gəldi ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh Bakı Şəhəri Binəqədi Rayon Icra Hakimiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin **-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.