Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1708/2026 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi verilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), X9 və X5 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və vəsiqəsinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARI:
1. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, ##.##.2007-ci il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır.
2. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, ##.##.1972-ci il təvəllüdlü X2 rayonu, Hacıxanlı ərazisi, Hacıxanlı kəndi ünvanında qeydiyyatdadır.
3. AA seriyalı ****** saylı “Məcburi köçkün” vəsiqəsinin surətindən müəyyən olunur ki, X2 (iddiaçının anası) 1992-ci il tarixdən Laçın rayonundan məcburi köçkün düşmüşdür. Hazırda Xətai rayonunda məskunlaşmışdır.
4. Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən ##.##.2008-ci il tarixdə verilmiş AZ-II ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı 17.012.2007-ci il tarixində doğulmuşdur. X1 Kərim oğlu, anası X2r.
5. Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışın surətindən müəyyən olunur ki, ##.##.2008-ci il tarixində Sabunçu rayon VVADQ şöbəsinin doğum haqqında akt qeydləri kitabında İddiaçı doğumu 1364 №-si ilə qeyd edilmişdir. Doğum tarixi ##.##.2007-ci ildir. Valideynləri anası Nəsibova Gülşən, X1dır. Ata haqqında məlumat ananın deməsinə görə yazılmışdır.
6. Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2012-ci il tarixli, ** №-li arayışın surətindən müəyyən olunur ki, X2 barəsində ailə vəziyyətinin müəyyən edilməsi məqsədi ilə ##.##.1992-ci ildən ##.##.2010-cu ilədək aparılan yoxlama əsasında X2 barəsində nikah akt qeydi aşkar olunmamışdır.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2009-cu il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, ##.##.2007-ci ildə Bakı şəhərində anadan olan İddiaçı anası X2 öhdəsində olması faktı müəyyən edilmişdir.
8. İddiaçı məcburi köçkün statusu və vəsiqəsi verilməsi üçün Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etmiş, lakin cavabdeh tərəfindən verilmiş *-**-*/*-N-****-**/****/**** saylı ##.##.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6 bəndinin tələblərinə əsasər valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. ##.##.2007-ci il təvəllüdlü İddiaçı atası Kərimov Yadigar Kərim oğlu məcburi köçkün statusuna malik olmadığından övladınıza məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:
9. İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə (bundan sonra mətndə Komitə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızı ##.##.2007-ci il təvəllüdlü İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
10. Sonradan iddiaçının qanuni nümayəndəsi X2 tərəfindən ##.##.2025-ci il tarixdə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edilərək, məhkəmədən iddiaçı qismində ##.##.2007-ci il təvəllüdlü İddiaçı, iddiaçının qanuni nümayəndəsi qismində isə X2 qəbul etməklə, ##.##.2007-ci il təvəllüdlü İddiaçı məcburi köçkün vəsiqəsinin verilməsi vəzifəsinin Komitəyə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2007-ci il təvəllüdlü İddiaçı anası ilə birlikdə yaşayır. Anası Laçın rayonundan məcburi köçkün düşdüyü üçün, Komitə tərəfindən ona AA seriyalı ****** nömrəli məcburi köçkün vəsiqəsi verilmişdir. Lakin ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı cavabdeh orqana rəsmi müraciəti olsa da, cavabdeh qürum atası məcburi köçkün olmadığı üçün ona vəsiqə verilməsindən imtina etmişdir. Lakin qeyd edir ki, komitə tərəfindən onun müraciətinə verdiyi imtina mövcud qanunvericiliyə tamamilə ziddir.
12. Cavabdeh tərəfindən iddia tələbinə yazılı etiraz verilərək iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı Komitəyə müraciəti daxil olmuş və müraciəti Komitə tərəfindən cavablandırılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu ve onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6 bəndinin tələülərinə əsasən valideynlərindən atası "məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. ##.##.2007-ci il təvəllüdlü İddiaçı atası Kərimov Yadigar Kərim oğlu məcburi köçkün statusuna malik olmadığından iddiaçıya məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir.
13. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı ilə idda tələbi rədd olunmuşdur.
14. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
Apellyasiya şikayətinin dəlilləri:
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, anası - X2 rayonu, Hacıxanlı kəndində daimi qeydiyyatda olmuş və məcburi köçkün statusuna malikdir. O da həmin ünvanda qeydiyyatdadır və onun övladıdır. Valideynləri faktiki ailə münasibətlərində olmuş, onların qeyri-nikah münasibətindən dünyaya gəlmişdir. Atalıq faktı tanınsa da anasının soyadını daşıyır. Lakin atası məcburi köçkün statusuna malik deyil. Bu hallar mübahisəsizdir və iş materialları ilə təsdiq olunur. Məhkəmə “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaları”ın 4.1.6-cı yarımbəndini tətbiq edərkən: normanın məqsədini nəzərə almamış; sosial hüquqların təmin olunması prinsipini pozmuş; hüququ (hüquqi məhdudiyyət) formalizm əsasında tətbiq etmişdir. Normaya edilmiş dəyişiklik (əvvəllər hər iki valideynin məcburi köçkün olması tələb olunurdu) nəticəsində əvvəl də mümkün olan hüququn transformasiyası baş vermişdir ki, bu, sosial hüquqlar sahəsində yolverilməz haldır, üstəlik, diskriminasiyadır, habelə Konstitusiyanın 25 və 38-ci maddələri ilə ziddiyyət təşkil edir. Belə ki, normaya edilən dəyişiklik hüququ birtərəfli məhdudlaşdırıb; əvvəlki hüquqi tənzimləmə ilə müqayisədə qismən üstünlük (ancaq birtərəfli) yaradılıb; mahiyyət etibarilə bu dəyişiklik: hüquqi müəyyənlik, proporsionallıq və bərabərlik prinsiplərinə zidd nəticə yaradır.Halbuki hüquq nəzəriyyəsinə və məhkəmə təcrübəsinə görə sosial hüquqlar geniş və məqsədyönlü şərh edilməlidir. Milli qanunvericiliyin mahiyyətinə görə: məcburi köçkün statusu ailə xarakterlidir; məcburi köçkün şəxsin övladı onun ailə üzvü hesab olunur; valideynlərdən yalnız birinin statusu uşağın hüquqlarını istisna etmir. Məhkəmə bu fundamental hüquqi prinsipi nəzərə almamış və yalnız formal əsaslara görə hərəkət etmişdir. Məhkəmə normanı geniş kontekstdən ayırmış; onu mütləq qayda kimi tətbiq etmiş; alternativ hüquqi əsaslan nəzərə almamışdır. Bu isə maddi hüququn düzgün tətbiq edilməməsi deməkdir. Eyni ailədə olan şəxslər arasında fərq qoyulmuşdur. Mən yalnız atamın statusuna görə hüquqlardan məhrum edilmişəm. Bu, əsassız diferensiasiyadır və ayrı-seçkilik təşkil edir. Məcburi köçkün statusu sosial müdafiə hüququnun tərkib hissəsidir. Bu hüququn formal əsaslarla məhdudlaşdırılması Konstitusiyaya ziddir. Yəni eyni ailə daxilində hüquqların parçalanması bu prinsipə ziddir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Tərəflərin izahatları
17. ##.##.2026-cı il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunsa da cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir.
18. İddiaçı İddiaçı iddia tələbinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
19. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu:
1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: ... məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir.
9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələsini həll edən orqanlar Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər..
20. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 2013-cü il ## ### tarixli * nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”: 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.2. Sakini olduqları rayon işğal edildikdən sonra birbaşa MDB ölkələrinə gedərək orada müvəqqəti yaşadıqdan sonra Azərbaycan Respublikasına gələrək məcburi köçkün kimi müvəqqəti qeydiyyata düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.3. Sakini olduqları rayon işğal edilənədək daimi yaşayış yeri üzrə həqiqi hərbi xidmətə çağırılmış və işğal zamanı həqiqi hərbi xidmətdə olmuş şəxslərə; 4.1.4. Hərbi qulluğa daxil olmuş və işğal zamanı işğal bölgəsində müddətli hərbi xidmətdə olan işğal edilmiş rayonun sakinlərinə (hərbi xidmətdən tərxis olunduqdan sonra); 4.1.5. Sakini olduqları rayon işğal edilən zaman Azərbaycan Respublikasında və MDB ölkələrində ali, orta-ixtisas və peşə məktəblərində təhsil alan, təhsil müddətində sakini olduğu rayonda daimi yaşadığı ünvandan qeydiyyatdan çıxmadan təhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) müvəqqəti qeydiyyatda olan şəxslərə; 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; 4.1.7. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara; 4.1.8. “Məcburi köçkün” statusuna malik olan valideynlərini itirmiş və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə. 4.2. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir: 4.2.1. İşğal zamanı həmin rayonlarda işləyən, lakin sakini olduğu işğal olunmamış şəhərdə (rayonda) pasport qeydiyyatında olan şəxslərə. 4.2.2. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayon) sakini ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına. 4.2.3. “Məcburi köçkün” statusu olmayıb, “məcburi köçkün” şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə. 4.2.4. Sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran və fərariliyə görə barəsində amnistiya aktı tətbiq olunan şəxslərə. 4.2.5. Sakini olduğu rayonun işğalından sonra “məcburi köçkün” statusu olan şəxslər tərəfindən himayə və qəyyumluğa götürülmüş “məcburi köçkün” statusuna malik olmayan şəxslərə. 4.2.6. “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına.
21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsalandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
23. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.
24. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, imtina məktubunun tarixi ##.##.2025-ci il tarixdir. İddiaçı isə ##.##.2026-cı il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür.
25. İşin mahiyyətinə gəldikdə isə hazırda iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı tələbi “##.##.2007-ci il təvəllüdlü İddiaçı məcburi köçkün vəsiqəsinin verilməsi” barədədir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırılmışdır ki, “hazırkı iş üzrə Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərt, yəni hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmasına dair şərt ödənilməmişdir.”
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəmənin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:
27. İşin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqarasiya İdarəsi tərəfindən verilmiş **/*-***** saylı, ##.##.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, ##.##.1973-cü il təvəllüdlü Kərimov Yadigar Kərim oğlu ##.##.2017-ci il tarixdən hazıradək ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.
28. Birinci instansiya məhkəməsinin sorğusuna Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının arxivi tərəfindən *-**-*/*-******/**** saylı, ##.##.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən ##.##.1973-cü il təvəllüdlü Kərimov Yadigar Kərim oğlunun X2 ilə nikahı haqqında akt qeydinə dair məlumat aşkar edilmədi. Həmçinin informasiya sistemində araşdırma zamanı ##.##.2007- ci il təvəllüdlü İddiaçı doğumunun nikahda olmayan ananın ərizəsi əsasında Sabunçu rayon qeydiyyat şöbəsində qeydə alındığı və doğumu haqqında akt qeydində atasının Nəsibov Yadigar Kərim oğlu qeyd edildiyi müəyyən edilmişdir.
29. Beləliklə, müəyyən olunur ki, iddiaçının anası X2 rayonu, Hacıxanlı ərazisi, Hacıxanlı kəndi ünvanında qeydiyyatda olmasına baxmayaraq atası Kərimov Yadigar Kərim oğlu ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.
30. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan qanunvericilk normalarının mənasından görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün isə hər hansı bir qaydaların müəyyən edilməsi üçün digər hüquqi aktın qəbul edilməsi bu qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir.
31. Məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş qanunun II fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir.
32. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ##.##.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar»ının 4.1.6-cı yarımbəndinə əsasən məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara) verilir.
33. Hazırki işdə də iddiaçının atası ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.
34. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçıya “məcburi köçkün” statusunun verilməsi mümkün olmadığından iddia birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilməmişdir.
35. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
36. Hazırki işdə iddiaçı onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyi üçün bu hal onun iddiasının təmin olunmasını qeyri-mümkün edir.
37. Odur ki, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
38. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev