Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-171/2026 05.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X1 (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Əlizadə Bahar Famil qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi vəkil1, üçüncü şəxs "X3 Kompani S.A" Şirkətinin nümayəndəsi X2 iştirakı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və "X3 Kompani S.A" Şirkəti) "Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi (Yeni qaydalarla: AZ1128, Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi Cavid Cabarzadə 3-cü döngə, giriş 15A) ünvanında olan 0,021 ha torpaq sahəsi üzərində yerləşən bir mərtəbəli 4 otaqlı fərdi yaşayış evinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ona müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarından üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi (Yeni qaydalarla: AZ1128, Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi Cavid Cabarzadə 3-cü döngə, giriş 15A) ünvanında yerləşən 0,021 ha torpaq sahəsi üzərində iddiaçı İddiaçı xüsusi mülkiyyət hüququ ##.##.2024-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi ilə bağlı onun adına "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. Iddiaçı məlumatlandırma icraatı qaydalarına riayət etmədən, göstərilən torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. O, ##.##.2024-cü ildə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə ərizə ilə müraciət edərək, fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin * saylı Bakı Ərazi Idarəsi ##.##.2024-cü il tarixli cavab məktubu ilə bundan imtina edərək bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən, göstərilən torpaq sahəsinin yaxınlığında neft quyusunun olması barədə baza məlumatı mövcuddür. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) göndərilmiş sorğuya cavab olaraq **-*/*-****/**** nömrəli ##.##.2024-cü il tarixli məktubla bildirilmişdir ki, sözügedən fərdi yaşayış evi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsində olmuş ərazilərin, hal-hazırda Azərbaycan Respublikasının ##.##.2005-ci il tarixli ***-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişə əsasən, "X3 Kompani S.A" Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları, eyni zamanda, 942 və **** nömrəli ləğv olunmuş neft-qaz quyularının 51 və 26 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları"nın təsdiq edilməsi barədə ##.##.2017-ci il tarixli ** nömrəli Qərarının 3.3-cü bəndi ilə ləğv olunmuş quyulardan şəxsi tikililərə 75 metrlik mühafizə zonası müəyyən olunmuşdur. Odur ki, istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, sözügedən fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatına alınmasına etiraz edilir. BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ ICRAAT: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi (Yeni qaydalarla: AZ1128, Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi Cavid Cabarzadə 3-cü döngə, giriş 15A) ünvanında olan 0,021 ha torpaq sahəsi üzərində yerləşən bir mərtəbəli 4 otaqlı fərdi yaşayış evinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ona müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Iddia onunla əsaslandırılmışdır ki, 2024-cü ildə alqı-satqı qaydasında Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi (Yeni qaydalarla: AZ1128, Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi Cavid Cabarzadə 3-cü döngə, giriş 15A) ünvanında olan 0,021 ha torpaq sahəsi iddiaçı tərəfindən alınmışdır. Cavabdeh təqdim etdiyi çıxarışa əsasən, sözügedən ünvanda yerləşən 0,021 ha torpaq sahəsi ##.##.2024-cü ildə iddiaçının xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Daha sonra təsdiq edilmiş eskiz layihəsi əsasında torpaq sahəsi üzərində ümumi sahəsi 104,12 kv.m olan 1 mərtəbəli 4 otaqlı yaşayış evi tikilmişdir. Həmin fərdi yaşayış evi iddiaçının və onun ailəsinin istifadəsindədir. Lakin sözügedən yaşayış evinə dair rəsmi sənəd mövcud olmadığından, o, kommunal xətlər çəkdirə və kommunal xidmətlərdən istifadə edə bilmir. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və "X3 Kompani S.A" Şirkəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər (zəruri cəlbetmə). Cavabdeh iddianı qəbul etməmiş və etirazını ##.##.2024-cü il tarixli imtina məktubunun dəlilləri ilə əsaslandırmışdır. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti iddiaya etirazında iddianın rədd olunmasını xahiş etmiş və bildirmişdir ki, iş materiallarında olan koordinatlarla müəyyən olunmuşdur ki, sözügedən fərdi yaşayış evi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsində olmuş ərazilərin, hal-hazırda isə Azərbaycan Respublikasının ##.##.2005-ci il tarixli ***-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişə əsasən "X3 Kompani S.A" Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları, eyni zamanda, 942 və **** nömrəli ləğv olunmuş neftqaz quyularının 51 və 26 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Bu səbəblərdən, həmçinin qanunvericiliyin tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız neft-qaz əməliyyatlarının aparılması üçün istifadə oluna bilər. Üçüncü şəxs "X3 Kompani S.A" Şirkəti də iddiaya etirazında iddianın rədd olunmasını xahiş etmiş və bildirmişdir ki, "X3 Kompani S.A." Şirkəti "Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə bağlanmış ##.##.2005-ci il tarixli Saziş əsasında fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin ##.##.2005ci il tarixli *** nömrəli Sərəncamına əsasən, ARDNŞ-ə Suraxanı blokunun mülkiyyətçisi və əməliyyatçısı qismində Sazişi Azərbaycan Respublikası adından hazırlamaq, imzalamaq və onun qüvvədə olduğu müddətdə dövlətin mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. Şirkət Azərbaycan Respublikasında fəaliyyət göstərmək məqsədilə nümayəndəlik yaratmış və həmin nümayəndəlik şirkətin etibarnaməsinə uyğun olaraq səlahiyyətləri həyata keçirir. Sazişin 10-cu maddəsinə əsasən ARDNŞ neft-qaz əməliyyatlarının aparılması üçün qanuni istifadəsində olan zəruri torpaq sahələrini Saziş müddəti ərzində şirkətin Azərbaycan Respublikasındakı nümayəndəliyinin sərəncamına verir. Sazişin 2.1-ci maddəsinə uyğun olaraq, nümayəndəliyə kontrakt sahəsində neft-qaz əməliyyatlarını həyata keçirmək üçün vahid və müstəsna hüquq tanınmışdır. Kontrakt sahəsinin sərhədləri Sazişə * saylı Əlavədə göstərilən coğrafi koordinatlarla müəyyən edilir. Beləliklə, nümayəndəliyin istifadəsində olan torpaq sahəsinin sərhədləri məhz həmin xəritə ilə təsbit olunmuşdur və bu ərazilər üzrə şirkətin istifadə hüququ qüvvədədir. Iddiaçı tərəfindən təqdim edilmiş koordinatlara əsasən müəyyən edilir ki, mübahisələndirilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi neft-qaz əməliyyatları üçün şirkətin istifadəsində olan kontrakt sahəsinin hüdudları daxilində, həmçinin şirkətin balansında olan 942 və **** nömrəli neft-qaz quyularının mühafizə zonalarında yerləşir. Bu isə sənaye təyinatlı torpaqlardan istifadə hüququnun pozulmasına, eyni zamanda, əməliyyat şirkətinin neft və qaz hasilatının həyata keçirilməsinə maneə yaradır. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi (Yeni qaydalarla: Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi Cavid Cabarzadə 3-cü döngə, giriş 15A) ünvanında olan 0,021 ha torpaq sahəsi üzərində yerləşən 4 otaqlı yaşayış evinə dair iddiaçı İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni bununla əsaslandırmışdır ki, iddiaçının torpaq sahəsinə dair mülkiyyət hüquqları artıq dövlət qeydiyyatına alınmışdır. Belə olan halda, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin qeydiyyata alınmasından imtina edilməsi hüquqi əsaslardan məhrumdur. Mülkiyyət hüququnun toxunulmazlığı prinsipi nəzərə alınaraq qeyd edilməlidir ki, iddiaçı mülkiyyətçi olaraq torpaq sahəsi üzərində sərbəst şəkildə sahiblik, istifadə və sərəncam hüquqlarına malikdir. Dövlət qeydiyyatına alınmış mülkiyyət hüququ, yalnız formal səbəblərlə məhdudlaşdırıla bilməz. Bundan əlavə, cavabdehin mövqeyi ziddiyyətlidir. Belə ki, cavabdeh iddiaçıya torpaq sahəsinə dair mülkiyyət hüququnu tanıyıb və qeydiyyata alıbsa, həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin dövlət qeydiyyatına alınmasına da eyni hüquqi yanaşma tətbiq olunmalıdır. Cavabdehin iddiaçının mülkiyyət hüquqlarını şübhə altına alması hüquqi baxımdan əsassızdır və qəbul edilə bilməz. Iddiaçının əmlakına mülkiyyət hüquqlarının dövlət qeydiyyatından imtina cavabdehin əvvəl aparmış olduğu qeydiyyatla uyğunluq təşkil etmir. Adıçəkilən torpaq sahəsinin dövlət qeydiyyatı zamanı imtinanın göstərilən dəlilləri mövcud olmadığı halda, həmin torpaq sahəsində inşa olunan tikiliyə münasibətdə imtina verilməsini məhkəmə mülkiyyət hüquqlarının pozuntusu kimi qiymətləndirir. Torpaq sahəsinə münasibətdə mülkiyyət hüququnun qeydiyyatına maneə təşkil edilməməyə dair həmin hal tikiliyə münasibətdə də fərqli qiymətləndirməyə səbəb olmur. Odur ki, torpaq sahəsində formalaşmış mövqedə olduğu kimi, cavabdehin istinad etdiyi əsaslar fərdi yaşayış sahəsinə dair hüquqların dövlət qeydiyyatına əsas yaratmaqdadır. Göründüyü kimi istər, cavabdehin həmin torpaq sahəsinə əvvəllər qeydiyyatın aparılması baxımından, istərsə də, cavabdehin imtina dəlillərinin qanunsuzluğu təsdiq edən işin faktiki və hüquqi hallarının qiymətləndirilməsi baxımından iddianın təmini əsaslı hesab edilməlidir. Nə qədər ki, məqsədli təyinatı torpaq sahəsinin yaşayış məntəqələri torpaqları olmaqla inzibati orqan tərəfindən tanınmışdır, məqsədli təyinatına uyğun istifadə üçün nəzərdə tutulmuş həmin sahədə inşa edilən fərdi yaşayış evinə münasibətdə fərqli mövqeyin nümayiş etdirilməsi inzibati orqanın mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına yönəlmiş əvvəlki rəftarı ilə uyğunsuzluq təşkil edir. Cavabdeh və üçüncü şəxs nəzərə almamışdır ki, fərdi yaşayış evinin inşa edildiyi torpaq sahəsi digər kateqoriya torpaq sahəsi yox, məhz yaşayış məntəqələri kateqoriyasına aiddir və həmin kateqoriyada yaşamaq üçün əsas yaradır. Hazırkı halda isə, cavabdeh yaşayış məntəqələri kateqoriyalı torpaq sahəsində yaşanılmasının dövlət tərəfindən tanınmasına əsas olmuş qeydin aparılmasından imtina edir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Əgər mövqe belədirsə, aydın deyildir ki, yaşayış məntəqələri kateqoriyalı torpaq sahəsinin mülkiyyətçisi kimi ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam verməni hansı qaydada həyata keçirməlidir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayəti həmin üçüncü şəxsin iddiaya etirazının dəlilləri ilə əsaslandırılmışdır. TƏRƏFLƏRIN IZAHATLARI: Məhkəmə iclasında üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi vəkil1 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi. Üçüncü şəxs "X3 Kompani S.A" Şirkətinin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Iddiaçının nümayəndəsi Nümayəndə isə apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadına əsasən, cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh * saylı Bakı Ərazi Idarəsi hüquq varisi olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh ilə əvəz edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə bunun səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən işə onun iştirakı olmadan baxıldı. TƏTBIQ EDILƏN HÜQUQ: "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi ... 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 22. Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar
1. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır.
2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir.
3. Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.
4. Təsərrüfat dövriyyəsindən çıxarılan torpaq sahələri xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılacaq müəssisələrə verilir və ya ehtiyat fondu torpaqlarına aid edilir.
5. Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir.
"Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2017-ci il tarixli ** nömrəli Qərarı: "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il ## #### tarixli ***-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il # ######## tarixli *** nömrəli Fərmanının 1.6.16-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: "Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları" təsdiq edilsin. Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları
3. Neftqazçıxarma sənayesi obyektləri 3.3. Əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Neftqazçıxarma sənayesi obyektlərindən yaşayış binalarına, fərdi yaşayış evlərinə, yataqxanalara, ictimai və inzibati binalara, müvəqqəti salınmış qəsəbələrə, sənaye və kənd təsərrüfatı müəssisələrinə, elektrikötürücü xətlərinə və elektrik yarımstansiyalarına qədər minimum məsafələr (metrlə) aşağıdakı cədvəldə verilmişdir: Sır Neftqazçıxar Yaşayış Ictimai Sənaye və Elektrikötür Elektrik a ma sənayesi binaları, binalar kənd ücü xətləri yarımstansi №- obyektləri fərdi (mədəniyyət təsərrüfatı (havaxətləri- yaları (35/6 si yaşayış və təhsil müəssisələri 6 kV və kV və evləri, müəssisələri nin binaları yuxarı) yuxarı) yataqxanal nin binaları, ar, inzibati uşaq binalar və bağçasımüvəqqəti körpələr evi, salınmış tibb qəsəbələr müəssisələri nin binaları, iri ticarət mərkəzləri, əyləncə kompleksləri və s.) 1 2 3 4 5 6 7 3 Ləğv 75 125 25 15 25 olunmuş quyular
Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI:
Məhkəmə kollegiyası aşağıdakı hallara görə bu qənaətə gəldi ki, apellyasiya şikayəti əsaslıdır, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Işdən görünür ki, hazırkı inzibati mübahisə, iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlıdır. Cavabdehin evə mülkiyyət hüququnu qeydiyyata almaqdan imtinasının səbəbi bu olmuşdur ki, sözügedən fərdi yaşayış evi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsində olmuş ərazilərin, hal-hazırda Azərbaycan Respublikasının ##.##.2005-ci il tarixli ***-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişə əsasən, "X3 Kompani S.A" Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları, eyni zamanda, 942 və **** nömrəli ləğv olunmuş neft-qaz quyularının 51 və 26 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti həm iddiaya etirazında, həm də apellyasiya şikayətində eyni dəlillərə istinad edərək, sözügedən fərdi yaşayış evinin neftqaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsində olmuş ərazilərin, halhazırda isə Azərbaycan Respublikasının ##.##.2005-ci il tarixli ***-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişə əsasən "X3 Kompani S.A" Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları, eyni zamanda, 942 və **** nömrəli ləğv olunmuş neft-qaz quyularının 51 və 26 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşdiyini bildirmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə gəldiyi nəticəni bununla əsaslandırmışdır ki, evin yerləşdiyi torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ əvvəlcədən qeydiyyata alındığına görə cavabdeh evə də iddiaçının mülkiyyət hüququnu qeydiyyata almağa borcludur və cavabdehin imtinası iddiaçının mülkiyyət hüquqlarını pozur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları"nın təsdiq edilməsi haqqında ##.##.2017-ci il tarixli ** nömrəli qərarına istinad etməyi məqsədə müvafiq hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakının dövlət reyestrindən çıxarış"la müəyyən edilir ki, iddiaçıya məxsus olan 0,021 ha torpaq sahəsi Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi (Yeni qaydalarla: AZ1128, Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi Cavid Cabarzadə 3-cü döngə, giriş 15A) ünvanında yerləşir. Mülkiyyət hüququnun qeydiyyata alınması tələb edilən tikili də məhz bu torpağın üzərində inşa edilmişdir. Üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və "X3 Kompani S.A" Şirkəti tərəfindən təqdim edilmiş xəritə və ##.##.2025-ci il tarixli arayışdan görünür ki, iddiaçıya məxsus torpaq sahəsi ləğv olunmuş iki ədəd quyunun mühafizə zonasında yerləşir (iş vərəq 63-68, 77-80). Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları"nın təsdiq edilməsi haqqında ##.##.2017-ci il tarixli ** nömrəli qərarının 3-cü bəndi ilə ləğv olunmuş quyularla yaşayış evləri arasında mühafizə zonası isə ən azı 75 metr olması müəyyən edilmişdir. Lakin iddiaçının hüququnun qeydiyyata alınmasını tələb etdiyi fərdi yaşayış evi ilə ləğv olunmuş quyular arasında məsafə qeyd edilən qaydalardakı parametrlərə cavab vermir. Daha dəqiq deyilsə, fərdi yaşayış evi ilə ləğv olunmuş quyular arasında məsafə qaydalarda müəyyən edilmiş məsafədən daha az, yəni 26 və 51 metr təşkil edir. Məhkəmə kollegiyası bildirir ki, ləğv olunmuş quyuların mühafizə zonasında məskunlaşmaq orada yaşayan şəxslərin sağlamlığına ciddi təhdid yaradır. Heç də təsadüfi deyil ki, qanunverici "Texniki təhlükəsizlik haqqında" Qanunda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** nömrəli qərarında neft-qaz hasilatı sənayesini əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid etmişdir. Belə mühafizə zonasının müəyyən edilməsi əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün nəzərdə tutulmuşdur. Beləliklə, iddiaçının inşa etdiyi fərdi yaşayış evi ləğv olunmuş quyuların mühafizə zonasında yerləşdiyindən məhz həmin fərdi yaşayış evində yaşayan və yaşayacaq şəxslərin sağlamlıqlarının, eləcə də ətraf mühitin mühafizəsinin təmini üçün iddia təmin edilməməli olduğuna görə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Bundan başqa, birinci instansiya məhkəməsi bu hala da diqqət yetirməmişdir ki, iddiaçı fərdi yaşayış evini inşa edərkən məlumatlandırma icraatının qaydalarına riayət etməmişdir. Eyni zamanda, məhkəmə kollegiyası cavabdehin imtinası nəticəsində iddiaçının mülkiyyət hüququnun pozulması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VI hissəsinə əsasən, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü hissəsində deyilir ki, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Göründüyü kimi, torpaq üzərində xüsusi mülkiyyət hüququ mütləq hüquq deyil və müəyyən məhdudiyyətlərə məruz qala bilər. Eyni zamanda, mühafizə zonasının hüdudlarında yerləşən torpaq sahələrinin mülkiyyətçiləri həmin mühafizə zonaları üçün təsdiq edilmiş qaydalara əməl etmək öhdəliyi daşıyırlar. Ona görə də cavabdehin imtinası iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun pozulması anlamına gəlmir. Iddiaçı evi inşa edərkən mühafizə zonası üçün təsdiq edilmiş qaydalara əməl etmədiyi üçün cavabdehin imtinası əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası bu qərara gəldi ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək yeni qərar qəbul olunmaqla iddia rədd edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ləğv edilsin və yeni qərar qəbul olunsun. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh qarşı "Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi (Yeni qaydalarla: AZ1128, Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi Cavid Cabarzadə 3-cü döngə, giriş 15A) ünvanında olan 0,021 ha torpaq sahəsi üzərində yerləşən bir mərtəbəli 4 otaqlı fərdi yaşayış evinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ona müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası rədd edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.