Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1713/2026 30.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X3 və X5 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin faktiki halları
1. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsi haqqında haqqında” ##.##.2021-ci il tarixli, *********** №-li Qərarından müəyyən olunur ki, İddiaçı Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən ##.##.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. 2.Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2021-ci il tarixli, *********** №-li Qərarından müəyyən olunur ki, İddiaçı ##.##.2017-ci il tarixdən təyin olunmuş yaşa görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1- ci maddəsinə əsasən yenidən hesablanmışdır.
3. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2023-cü il tarixli, 3-17-1/3-3-*****/**** №-li Qərarından müəyyən olunur ki, İddiaçı ##.##.2017-ci il tarixdən təyin olunmuş yaşa görə əmək pensiyası “6 illik” əsası yenidən hesablanmışdır. Hazırki pensiya məbləği: 327 manat, 21 qəpik; Yenidən hesablanmış pensiya məbləği: 469 manat, 61 qəpik.
4. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2025-ci il tarixli, 3-17-1/3-3-*****/**** №-li Qərarından müəyyən olunur ki, İddiaçı ##.##.2017-ci il tarixdən təyin olunmuş yaşa görə əmək pensiyası ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 37.3.1-ci (6 illik) və 45-ci maddələri tətbiq edilir. 39.1-ci maddəsinə əsasən məhdudlaşdırma” əsası yenidən hesablanmış və *-**-*/*-*-*****/**** nömrəli qərarı ləğv edilmişdir. Hazırki pensiya məbləği: 564 manat, 51 qəpik; Yenidən hesablanmış pensiya məbləği: 487 manat, 52 qəpik.
5. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış “Artıq ödənilmiş pul vəsaiti haqqında” ##.##.2026-cı il tarixli, 3-17-1/2-H-****/**** №-li məktubunda göstərilmişdir ki, “... sizə # ###### 2017-ci il tarixindən Mərkəzi Filial tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 37.3.1-ci maddəsinin ## #### 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qanunun 45-ci maddəsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin ikinci cümləsinin ## #### 2022-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (# ###### 2023- cü il tarixinə qadınlar üçün 63 yaş 6 ay) arasındakı ayların sayı qədər artırılır. Azərbaycan Respublikasının ## #### 2022-ci il tarixindən qüvvəyə minmiş ## ### 2022-ci il tarixli ***-VIQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılıb. Eyni zamanda, Azərbaycan Respublikasının ## ### 2022-ci il tarixli ***-VIQD nömrəli Qanununun 2.2-ci maddəsinə əsasən, qeyd olunan 1.11-ci maddə Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Araşdırma zamanı, sizə ## #### 2022-ci il tarixindən əvvəl pensiya təyin olunmasına baxmayaraq, əmək pensiyanızın yenidən hesablanmasından sonra təkrar 6 il işlədiyinizə görə pensiyanız # ###### 2023-cü il tarixindən yenidən hesablanarkən işləyən əmək pensiyaçısı kimi fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalınız Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 138 aya (63 il 6 ay58 il=66 ay+(144 ay-72 ay)) bölünməli olduğu halda, 72 aya bölündüyü müəyyən edilib. Belə ki, 10813,68 manat pensiya kapitalınız 138 aya bölünməklə 78,36 (10813,68:138) manat əmək pensiyanızın (327,21 manat) üzərinə əlavə edilərək pensiya məbləğiniz 405,57 (327,21+78,36) manata (indeksləşdirilərək ##.##.2025-ci il tarixinə 487,52 manat) artırılmalı olduğu halda, 10253,10 manat pensiya kapitalı 72 aya bölünməklə 142,40 (10253,10:72) manat əmək pensiyanızın üzərinə əlavə edilərək pensiya məbləğiniz 469,61 (327,21+142,40) manata (indeksləşdirilərək ##.##.2025-ci il tarixinə 564,61 manat) artırılmaqla sizə ödənilib. Qeyd olunanlara əsasən, sizə artıq ödənilmiş 1378,54 manat pul vəsaiti müəyyən edilib. Həmin vəsaitin əmək pensiyanızdan hissə-hissə tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığınızı mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim etməyiniz xahiş olunur.”
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əmək pensiyasından tutulmaların aparılmasının cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qadağan edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. Sonradan iddiaçı ##.##.2026-cı il tarixdə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, onun barəsində cavabdeh tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2025-ci il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərarın ləğv edilməsi, müdaxilədən əvvəlki pensiya məbləğinin bərpa olunması və ödənilməmiş fərqin verilməsi öhdəliyinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Aldığı əmək pensiyası 80 manat azaldığına görə, bankla əlaqə saxlamış, onlar tərəfindən onun pensiyasından tutulmaların aparılmadığı bildirilmişdir. Bundan sonra, DOST mərkəzinə yaxınlaşmış və orada ona şifahi olaraq bildirilmişdir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən pensiyadan tutulmalar aparılır. Ona məlum oldu ki, cavabdeh tərəfindən ona məlumat verilmədən, onun razılığı olmadan pensiyasından hər ay 80 manat tutulmalar aparılır. ##.##.2023-cü il tarixdə 6 il tamam olduğuna görə onun topladığı pensiya kapitalı 72 aya bölünərək pensiyası yenidən hesablanmışdır. Cavabdeh tərəfindən 2 ildən sonra, 2025ci il tarixində ƏPQ-nin 45-ci maddəsinin 2-ci cümləsi tətbiq edilərək, onun topladığı pensiya kapitalı 138 aya bölünərək pensiyası yenidən hesablandı. Nəticədə onun aylıq pensiya məbləği azalmışdır.
9. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, Mərkəzi Filial tərəfindən İddiaçı 52 yaşının tamam olduğu ##.##.2017-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Araşdırma zamanı iddiaçıya ##.##.2022-ci il tarixindən əvvəl pensiya təyin olunmasına baxmayaraq, əmək pensiyasının yenidən hesablanmasından sonra təkrar 6 il işlədiyinə görə pensiya məbləği ##.##.2023-cü il tarixindən yenidən hesablanarkən işləyən əmək pensiyaçısı kimi fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 138 aya (63 il 6 ay- 58 il=66 ay+(144 ay-72 ay)) bölünməli olduğu halda, 72 aya bölündüyü müəyyən edilmişdir. Belə ki, 10813,68 manat pensiya kapitalı 138 aya bölünməklə 78,36 (10813,68:138) manat əmək pensiyasının (327,21 manat) üzərinə əlavə edilərək pensiya məbləği 405,57 (327,21+78,36) manata (indeksləşdirilərək 01.01,2025-ci il tarixinə 487,52 manat) artırılmalı olduğu halda, 10253,10 manat pensiya kapitalı 72 aya bölünməklə 142,40 (10253,10:72) manat əmək pensiyasının üzərinə əlavə edilərək pensiya məbləği 469,61 (327,21+142,40) manata (indeksləşdirilərək 01.01,2025-ci il tarixinə 564,61 manat) artırılmaqla İddiaçı ödənilmişdir. Qeyd olunanlara əsasən, iddiaçıya artıq ödənilmiş 1378,54 manat pul vəsaiti müəyyən edilmiş, Mərkəzi Filialın ##.##.2026-cı il tarixli *-**-*/*-H-****/**** nömrəli məktubu ilə həmin vəsaitin əmək pensiyasından hissə-hissə tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığını mümkün qədər qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur. X2 yazılı razılığı təqdim edilmədiyi üçün iddiaçının əmək pensiyasından hər hansı məbləğdə tutulma aparılmamışdır.
10. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
11. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
b) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, mübahisəli məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” 2022-ci il ## ### tarixli ***-VIQD nömrəli Qanunun 1.11-ci maddəsinin və həmin Qanunun keçid müddəalarının 2.2-ci maddəsinin tətbiqinə dair ## ##### 2026-cı il tarixli Qərardadında müəyyən etdiyi mövqeyə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququ 2022-ci il ## #### tarixindən əvvəl yaranmış şəxslərə pensiya təyinatı və ya onların əmək pensiyasının yenidən hesablanması zamanı həmin Qanunun 45-ci maddəsinin 2017-ci il ## #### tarixindən 2022-ci il ## #### tarixinədək qüvvədə olmuş ikinci cümləsi tətbiq edilməli, bu zaman gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmalıdır. Sadalananlardan da aydın olur ki, iddiaçının əmək pensiyası hüququ ##.##.2022-ci il tarixindən əvvəl (##.##.2017-ci il tarixində) yarandığı üçün onun əmək pensiyasının yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmalıdır.
ç) Proses iştirakçılarının izahatları
14. Məhkəmədə iddiaçı iddia tələbinə dəqiqləşdirmə ərizəsi verərək, əsas iddia tələbinə əlavə olaraq ondan 1.378,54 manat artıq pul vəsaitinin silinməsi məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi isə apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 22.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır; 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər; 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir; 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda.
16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. ##.##.2017-ci il tarixədək qüvvədə olan maddə 45. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə # #### 2006-cı il tarixli *** nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.11-ci bəndinə görə Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur). Həmin Qanunun 45-ci maddəsinə ##.##.2017-ci il tarixli ***-VQD nömrəli Qanunla (##.##.2017-ci ildən qüvvəyə minmişdir) 45-ci maddəsinə əsasən aşağıdakı məzmunda ikinci cümlə əlavə edimişdir: “Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.”. ##.##.2022-ci il tarixli, ***-VIQD nömrəli Qanunun (##.##.2022-ci ildən qüvvəyə minmişdir) 1.11-ci maddəsi ilə ƏPQ-nin 45-ci maddəsinin ikinci cümləsi çıxarılmışdır.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXIŞININ HƏDLƏRİ
18. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
19. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən)
21. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 15-17-ci bəndləri) əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalıdır.
22. Belə ki, iddiaçı əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2025-ci il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərarın ləğv edilməsi, müdaxilədən əvvəlki pensiya məbləğinin bərpa olunması və ödənilməmiş fərqin verilməsini tələb edir.
23. Cavabdeh orqan isə iddiaçıya əmək pensiyası təyin edilərkən pensiya məbləğinin düzgün hesablanmadığı, iddiaçının 10813,68 manat pensiya kapitalının 138 aya bölünməklə 78,36 (10813,68:138) manat əmək pensiyasının (327,21 manat) üzərinə əlavə edilərək pensiya məbləği 405,57 (327,21+78,36) manata (indeksləşdirilərək 01.01,2025-ci il tarixinə 487,52 manat) artırılmalı olduğu halda, 10253,10 manat pensiya kapitalı 72 aya bölünməklə 142,40 (10253,10:72) manat əmək pensiyasının üzərinə əlavə edilərək pensiya məbləği 469,61 (327,21+142,40) manata (indeksləşdirilərək 01.01,2025-ci il tarixinə 564,61 manat) artırılmaqla İddiaçı ödənildiyini və iddiaçıya artıq ödənilmiş 1378,54 manat pul vəsaitinin müəyyən edildiyini bildirərək, imtina cavabı vermişdir.
24. İşin materiallarından görünür ki, müvafiq məhkəmə qərarına əsasən iddiaçının 52 yaşı tamam olduğu ##.##.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonradan 6 il işlədiyinə görə iddiaçının əmək pensiyası ##.##.2023-cü il tarixli qərarla yenidən hesablanmışdır. Yenidən hesablama zamanı iddiaçının əmək pensiyasının təyin edilməsi zamanı səhvə yol verildiyi müəyyən edilmiş, həmçinin iddiaçının əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi tətbiq edilməklə yenidən hesablanmış və 2019-2024-cü illər üzrə fərdi hesabında toplanmış məbləğ 72 aya deyil 144+ güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayına bölünməklə hesablanaraq pensiya məbləğinin üzərinə əlavə edilmişdir. Nəticədə pensiya məbləğinin həmin tarixdən 469,61 manata (327,21+142,40) artırılası ilə iddiaçıya 1378,54 manat məbləğində pulun artıq hesablandığı müəyyən olunmuşdur.
25. Eyni zamanda işin apellyasiya baxışı zamanı Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş ## #### 2026-cı il tarixli sorğuya cavab məktubu iddiaya dair verilmiş etirazın məzmunu ilə eynilik təşkil edir.
26. Həmçinin iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, İddiaçı barəsində cavabdeh tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2025-ci il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərarın ləğv edilməsi, müdaxilədən əvvəlki pensiya məbləğinin bərpa edilməsi, ödənilməyən fərqin verilməsi və 1.378,54 manat artıq pul vəsiatinin silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Miidafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə quyulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin # #### 2006-cı il tarixli 377 * nömrəli Fərmanının (sonrakı dəyişiklərlə) 2.11-ci bəndinə əsasən həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur.
28. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə görə yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır.
29. Bundan başqa, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin 2017 ci il 1 iyul tarixdən 2022-ci il ## #### tarixədək qüvvədə olmuş ikinci cümləsində qeyd edilmişdir ki, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə həmin Qanunun 7- ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.
30. Göründüyü kimi “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsində pensiyaçının işlədiyi 6 (altı) il ərzində topladığı pensiya kapitalının (144-72)=72-yə bölünüb əvvəllər təyin edilmiş pensiya məbləğinə əlavə olunmaqla pensiyanın yenidən hesablanması nəzərdə tutulsa da, həmin Qanunun 9-cu maddəsində nəzərdə tutulan yaşa görə əmək pensiyası təyin olunmuş şəxslərin işlədiyi dövrdə topladığı pensiya kapitalına görə 5 pensiyanın yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddətinin sayı fərqli qaydada, yəni Qanunun 45-ci maddəsinin qüvvədən düşmüş ikinci cümləsinə uyğun müəyyən edilmişdir.
31. Lakin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” ## ### 2022-ci il tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikası Qanununun 1.11-ci maddəsinə əsasən Qanunun 45-ci maddəsinin ikinci cümləsi “Əmək pensiyaları haqqında” Qanundan çıxarılmışdır. Eyni zamanda, ## ### 2022-ci il tarixli 530- VIQD nömrəli Qanunun 2.2-ci maddəsi ilə (Keçid müddəa) 1.11-ci maddənin (yəni 45-ci maddənin ikinci cümləsinin çıxarılmasının) Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsi nəzərdə tutulmuşdur.
32. Qanunvericiliyə edilmiş dəyişiklikdən göründüyü kimi, əlavə olunan keçid müddəa dəyişikliyin qüvvəyə mindiyi ##.##.2022-ci il tarixədək təyin edilmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci (əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlar), 9.2-ci (hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar), 9.3-cü (mülki aviasiya uçuş və uçuşsınaq heyətində çalışanlar), 9.5-ci (hərbi qulluqçular) və s. maddələrində nəzərdə tutulmuş şəxslərin pensiyasının yenidən hesablanması zamanı dəyişiklikdən əvvəlki müddəanın tətbiqini nəzərdə tutur.
33. Odur ki, keçid müddəaları ##.##.2022-ci il tarixədək “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən təyin edilmiş pensiyaların yenidən hesablanması, eləcə də bu tarixə kimi hüquq qazanmış, lakin ##.##.2022-ci il tarixdən sonra təyinat üçün müraciət edənlərə pensiya təyinatı zamanı tətbiq edilməli, onların pensiyasının məbləği müəyyənləşdirilərkən Qanunun ##.##.2022-ci il tarixədək qüvvədə olmuş 45-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmalıdır
34. Hazırki iş üzrə iddiaçı əmək pensiyasının yenidən hesablanması qərarın ləğv olunmasını xahiş etsə də, cavabdeh tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən edilən pensiya məbləğinin hesablanması zamanı hər hansı səhvə yol verilməmiş, bunun tam əksinə hesablamanın məhz təminat xərcliyinə uyğun, həmçinin artımlar nəzərə alaraq aparıldığını müəyyən edilmişdir.
35. Eyni zamanda iddiaçı tərəfindən cavabdeh orqan tərəfindən hesablanmış 1.378,54 manat artıq pul vəsiatinin silinməsi tələbinə münasibətdə kollegiya qeyd edir ki, həmin məbləğə dair hazırda cavabdeh orqan tərəfindən hər hansı tutulma və ya əvəzləşdirilmə aparılmamış, sadəcə olaraq həmin vəsaitin əmək pensiyasından hissə-hissə tutularaq büdcəyə bərpa edilməsi iddiaçıdan xahiş edilmişdir.
36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi hüquqi əsaslandırması ilə düzgün nəticəyə gəlsədə belə iddia tələbinin həcminin artırılması məhkəmə qərarının ləğv edilərək yenidən hüquqi qiymət verilməsinə əsas verir.
37. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
38. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv olunmalı, iddia tələbi təmin olunmamalıdır. 39.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. İddiaçının əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2025-ci il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərarın ləğv edilməsi, müdaxilədən əvvəlki pensiya məbləğinin bərpa edilməsi, ödənilməyən fərqin verilməsi və 1.378,54 manat artıq pul vəsiatinin silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Miidafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.