Məhkəmə qərarları › İş №2-1(3-6)-1715/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1715/2026

08.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1715/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Cavabdeh cavabdeh1 qarşı “daşınmaz əmlakın dövlət reyestrində əmlak üzərində qeydiyyatın bərpa edilməsi və s.” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər: X5 (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı “daşınmaz əmlakın dövlət reyestrində əmlaka üzərində qeydiyyatın bərpa edilməsi və s.” tələbinə dair Bakı Inzibati Məhkəməsinin *-*(*-*)- ****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## ######## 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ APARILAN ICRAAT:

1. Iddiaçı İddiaçı cavabdeh cavabdeh1n * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə əsasən, mülkiyyət hüququnun pozulması ilə bağlı mülkiyyətində olan MH seriyalı № ******* saylı çıxarışın ləğv edilməsi barədə qərarı (və ya əsaslandırmanı) qanunsuz hesab etmək, qeydiyyatı ləğv edən inzibati aktın ləğv edilməsi, reyestr qeydinin bərpası və həmin orqanın hərəkətlərinin qanunsuz sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli, *-**/*-*- F***/**** nömrəli əmri ilə cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində cavabdeh1n * saylı Bakı Ərazi Idarəsinin fəaliyyətinə xitam verilməsini və funksiyalarının onun hüquq varisi Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə verilməsi nəzərə alınaraq məhkəmə iclasının qərardadı ilə iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs ilə əvəz edilmişdir.

3. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsinin qanunsuz hərəkətləri nəticəsində qanunla qorunan hüquqları pozulmuşdur. Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində olan 0,2799 ha torpaq sahəsində yerləşən 92 “a” nömrəli binanın zirzəmisindəki 18.0 kv. metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi olan * saylı qarajını məhkəmə qərarı olmadan, daşınmaz əmlak üzərində hüquqlarının pozulması nəticəsində daşınmaz əmlakın bu əmlak üzərində dövlət reyestrində qeyri-yaşayış sahəsi olan * saylı qarajı qeydə alınmış, lakin qanunsuz olaraq mülkiyyət hüququ pozulmuş, adına verilmiş ona məxsus MH seriyalı № ******* saylı çıxarışı qanunsuz və əsassız olaraq ləğv edilmişdir. Ona görə də, məhkəmədən tələbi: mülkiyyət hüququnun pozulması və MH seriyalı № ******* saylı çıxarışın qanunsuz ləğv edilməsi, reyestr qeydinin bərpası və həmin orqanın hərəkətlərinin qanunsuz sayılması. Dövlət reyestrindəki qeydiyyat mülkiyyət hüququnun təminatıdır və qanunsuz ləğv edilə bilməz. Iddiaçı bildirir ki, ## ###### 2008-ci il tarixdən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində olan 0.2799 ha torpaq sahəsində yerləşən 92"a” nömrəli binanın zirzəmisindəki 18.0 kv. metr ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsi olan * saylı qarajın həmin anda mülkiyyətçisi olmuşdur, həmin qarajı alqı-satqı müqaviləsi ilə "X1 Turizm Sənaye və Ticarət" Limited Şirkətdən almışdır və ## ###### 2008-ci il tarixdə adına verilmiş MH seriyalı, JMb ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən İddiaçı adına rəsmiləşdirmişdir. Həmin qarajın mülkiyyətçisi və vicdanlı sahibi olmasına baxmayaraq, iddiaçıya məxsus MH seriyalı, ******* saylı Çıxarışı, cavabdeh tərəfindən (keçmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi Idarəsinin bir qrup əməkdaşları) ilə icra məmuru əlbir olaraq, onun mülkiyyət hüququnu pozaraq, qarajını xəbəri və razılıq ərizəsi və məhkəmə qərardadı olmadan, ilkin qiymətləndirmə aktı və rəyi olmadan hərracın keçirilməsi barədə heç bir protokolu və sifariş məktubu verilmədiyi barədə araşdırma aparılmadan Nəsimi rayon Icra Şöbəsinin keçmiş icra məmuru tərəfindən saxta sənədlərlə qəbul edilmiş ## ### 2013-cü il tarixli qərarla qanunsuz və əssasız olaraq qeyri-qanuni yollarla Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ## #### 2013-cü il tarixli, RX seriyalı № ******* nömrəli X7 Ivanovnanın adına vermişlər. Iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində olan 0,2799 ha torpaq sahəsində yerləşən 92“a” nömrəli binanın zirzəmisindəki 18.0 metr ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsi olan * saylı qarajını, Nəsimi Rayon Məhkəməsinin ##.##.2013-cii il tarixli, Iş № ****/**** saylı qərardadı ilə X13 adına keçirməmişdir. Lakin buna baxmayaraq, həmin məhkəmə qərardadını icra məmuru qanunazidd hərəkətlər edərək, ******* nömrəli çıxarışı qanunsuz ləğv edərək, ##.##.2013-cü il tarixli RX seriyalı № ******* Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X7 Ivanovnanın adına vermişlər. Iddiaçı bildirir ki, Nəsimi rayon Icra Şöbəsinin keçmiş icra məmuru tərəfindən (qiymətləndiricinin dəvət edilməsi haqqında) ##.##.2012-ci il tarixli qərarı qəbul edilmişdir. Həmin qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-**** saylı, 20.05. 2011-ci il tarixli icra vərəqəsinə əsasən icra məmurunun tələb etdiyi 2000 (iki min) manat pul olmuşdur. Göstərilən pulu iddiaçı tam şəkildə Nəsimi rayon Icra Şöbəsinin hesabına 2012-ci ilin oktyabr ayında ödəmişdir. Belə ki, icra məmurunun qanunsuz hərəkətləri barədə Nəsimi Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş, ərizə təmin olunmuşdur. Nəsimi Rayon Məhkəməsinin ## ##### 2012-ci il tarixli, *(***)-****/**** saylı qərardadı ilə iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu S.Vurğun küçəsi 92 a nömrəli binanın zirzəmisindəki 18.0 kv.m ümumi sahədə yerləşən qeyri-yaşayış sahəsi ilə əlaqədar icra hərəkətləri dayandırılmışdır. Həmin iş isə ləğv edilmişdir. "xxxx” MMC-nin rəhbərliyi dayandırma barədə dərhal Nəsimi rayon Icra Şöbəsinə *** saylı, ## ##### 2012-ci il tarixində məktub göndərilmişdir. Belə ki, iddiaçının xəbəri olmadan cavabdehlər altı aydan sonra borcu olmadığı halda icra məmuru ona qarşı qanunsuz hərəkətlər edərək, qeyri-yaşayış sahəsi olan əmlakını qərəzli şəkildə, maddi marağı əsasında başqasının (X10) adına keçirmək üçün təklif və qərar qəbul etmişlər. Belə ki, iddaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu S.Vurğun küçəsində olan 0.2799 ha torpaq sahəsində yerləşən 92“a” nömrəli binanın zirzəmisindəki 18.0 kv.metr ümumi sahədən ibarət olan qeyri- yaşayış sahəsi olan * saylı qarajını Nəsimi Rayon Məhkəməsinin ## ##### 2013-cü il tarixli DO-**** saylı qərardadı ilə (hakim Şahin Abdullayev) X13 adına keçirməmişdir. Qiymətləndirmə aktı olmamışdır. Nəsimi rayon Icra Şöbəsi nə də ki, icra məmuru hərracın keçirilməsi barədə Əmlak Ixtisaslaşdırılmış Hərrac Mərkəzi MMC-yə sifariş məktubu ilə müraciət etməmişdir. Belə ki, "xxxx” MMC tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində olan 0.2799 ha torpaq sahəsində yerləşən 92"a" nömrəli binanın zirzəmisindəki 18.0 kv.metr ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsi olan * saylı qarajın qiymətləndirilməsi üçün mütəxəssis göndərilməmişdir. Iddiaçı bildirir ki, * saylı Bakı Inzibati-Iqtisad Məhkəməsinin Iş № *- *(**)- ****/**** saylı, ##.##.2017-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi Yanında Bakı Şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən alınmış ## ##### 2017-ci il tarixli 171 802021 ******* saylı məktubu işə əlavə edilir, həmin məktubda bildirilir ki, "xxxx” MMC-nin (VÖEN **********) ##.##.2012-ci il tarixli müraciətinə əsasən uçot məlumatlarında MMC-nin fəaliyyəti və digər vergi tutulan əməliyyatları ##.##.2012-ci ildən ##.##.2017-ci ilə qədər dayandırılmışdır. Bununla bağlı “xxxx” MMC ## ##### 2012-ci il tarixli, *** saylı dayandırma ilə bağlı məktubu keçmiş Nəsimi rayon Icra Şöbəsinə göndərmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Vergi ödəyicisinin (VÖENi 1700797711) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının müvəqqəti olaraq dayandırılması barədə vergi ödəyicisi tərəfindən qərar qəbul edilmişdir. Vergi ödəyicisinin fəaliyyəti və əməliyyatlarının dayandırıldığı vaxt ##.##.2012-ci il tarixi, fəaliyyətinin və əməliyyatlarının bərpa ediləcəyi tarix isə ##.##.2017-dək olub. "X4 Cəmiyyəti həmin dövrdən ##.##.2017-dək fəaliyyət göstərməmişdir. Iddiaçı bildirir ki, onun xəbəri olmadan, qanunsuz verdikləri ## ###### 2013-cü il tarixli təklifdə və Nəsimi rayon Icra Şöbəsinin keçmiş icra məmuru tərəfindən qanunsuz qəbul edilmiş ## ### 2013-cü il tarixli qərarında və bütün digər hüqüqmüəyyənedici sənədlərdə fəaliyyəti və əməliyyatları ##.##.2012 ildən-##.##.2017-dək dayandırılmış "xxxx” MMC-nin adını yazdıqlarına baxmayaraq, həmin qiymətləndirmə aktını əldə edə bilməmişlər. Bildirir ki. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu Səməd Vurğun küçəsində olan 0,2799 ha torpaq sahəsində yerləşən 92“a" nömrəli binanın zirzəmisindəki 18,0 kv.metr ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsi olan * saylı qarajın qiymətləndirilməsi ilə bağlı müraciət olunmamışdır, onlar tərəfindən iddiaçı ilə müqavilə bağlanmamışdır, həmçinin İddiaçı mülkiyyətində olan ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində olan 0,2799 ha torpaq sahəsində yerləşən 92“a” nömrəli binanın zirzəmisindəki 18.0 kv.metr ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsi olan * saylı qarajnm satılması üzrə hərrac keçirilməmişdir, Nəsimi rayon Icra Şöbəsi tərəfindən bununla bağlı “xxxx" mmc-yə sifariş məktubu verməmişdir, qarajla bağlı alqı-satqı üzrə protokol tərtib olunmamışdır, İddiaçı mülkiyyətində olan ona məxsus Bakı şəhəri, Nəsimi rayonu Səməd Vurğun küçəsində olan 0,2799 ha torpaq sahəsində yerləşən 92“a” nömrəli binanın zirzəmisindəki 18.0 kv.metr ümumi sahədən ibarət olan qeyriyaşayış sahəsi olan * saylı qarajın satışı ilə bağlı hər hansı bir kütləvi informasiya vasitələri ilə qəzetlərdə elan verilməmişdir, icra məmuru tərəfindən İddiaçı hərracın yeri və vaxtı haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməmişdir, bunula bağlı ona bildiriş belə verilməmişdir. O cümlədən, hərracın və digərlərinin dayandırılması barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ####### 2012-ci il tarixli qərardadını və Nəsimi rayon Icra şöbəsinin **/**-****/* saylı, ## ##### 2012-ci il tarixli məktubunu "xxxx" mmc-yə göndərmişdir. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində olan 0.2799 ha torpaq sahəsində yerləşən 92“a” nömrəli binanın zirzəmisindəki 18.0 kv.metr ümumi sahədən ibarət olan qeyriyaşayış sahəsi olan * saylı qaraja münasibətdə qanunla müəyyən olunmuş qaydalara uyğun hərrac keçirilməmişdir. "xxxx" mmc tərəfindən hərracın vaxtı, yeri, keçirilmə qaydası barədə qabaqcadan İddiaçı xəbərdar edilməmiş, yazılı bildiriş göndərilməmişdir, hərracların iddiaçının iştirakı ilə keçirilməsi, qeyri-yaşayış sahəsi olan * saylı qarajın qiymətləndirilməsi olmamışdır. Borclunun əmlakının qiymətləndirilməsi və Qiymətləndiricinin xidmətindən istifadə olunmamışdır. Belə ki. qarajla bağlı pul vəsaiti ödəməmişdir, əgər pul vəsaiti ödəmiş olsaydı vergiyə cəlb olunardı. Yuxarıda qeyd edildiyi kimi hüquqi şəxs "xxxx” MMC-nin (VÖEN **********) müraciətinə uyğun olaraq fəaliyyəti ##.##.2012-ci il tarixdən ##.##.2017-ci il tarixədək dayandırılmışdır. Iddiaçı bildirir ki, cavabdeh keçmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi Idarəsinin və qeyrilərinin qanunsuz hərəkətləri ilə mülkiyyətindən məhrum olunmuşdur. “xxxx” mmc-nin rəhbərliyi tərəfindən **** saylı,## ###### 2016-cı il tarixli məktub göndərilmişdir. Məktubda bildirilir ki, Nəsimi rayon Icra Şöbəsi tərəfindən "xxxx” mmc-ə sifarişlə müraciət etməmişdir, hərrac keçirilməmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya külli miqdarda maddi və mənəvi ziyan dəymişdir, keçmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi Idarəsi tərəfindən mülkiyyət hüququ pozularaq ## ###### 2008-ci il tarixli MH seiyalı, № ******* Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən İddiaçı adma olan Çıxarışı, ona məxsus Bakı şəhəri, Nəsimi rayonu S.Vurğun küçəsində olan 0.2799 ha torpaq sahəsində yerləşən 92“a” nömrəli binanın zirzəmisindəki 18,0 metr ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsi olan * saylı qarajımı xəbəri və razılıq ərizəsi olmadan, qanunsuz olaraq X13 adına ##.##.2013-cü il tarixli RX seiyalı № ******* Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışı verilmişdir. Bundan başqa, Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir, “xxxx-N" MMC-yə qarşı "Əmlakın Qiymətləndirilməsinin Nəticələri Haqqında Hesabat"ın və ondan irəli gələn hüquqmüyyənedici sənədlərin etibarsız hesab edilərək ləğv edilməsi" tələbinə dair mülki işə baxılmışdır. Məhkəmədə sübut olundu ki, "xxxx-N" MMC-nin **-*** saylı, ## ##### 2012-ci il tarixli "Əmlakın Qiymətləndirilməsinin Nəticələri Haqqında Hesabat"ı özü tərəfindən ləğv edilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Səbail Rayon Məhkəməsinin ## ### 2017-ci il tarixində qanuni qüvvəyə minmiş ## ##### 2016-cı il tarixli *(***)-****/**** saylı qərardadı var. Iddiaçı hesab edir ki, dövlət reyestrindəki qeydiyyat mülkiyyət hüququnun təminatıdır və qanunsuz ləğv edilə bilməz. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir.

4. Bakı Inzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.

5. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI VƏ MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI: Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti iddia tələbinin məzmununa uyğun olaraq əsaslandırılmışdır.

Tərəflərin izahatları

7. Iddiaçı İddiaçı iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və iddianın mümkün sayılmasını xahiş etmişdir.

8. Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etitaz edərək onun təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

9. Azərbaycan Respublikası Konstitusiyası

60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər.

62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.

10. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 3.5. Apellyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi nəzərindən qiymətləndirməlidirlər. 4.1. IPM-in 35.1-ci maddəsinə görə iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

11. HYPERLINK "https://supremecourt.gov.az/storage/pages/532/28-inzibati-vemulki-huquq-munasibetlerinden-ireli-gelen-mubahiselerin-mehkeme-aidiyyetinedair.pdf" Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli qərarı:

2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 5.1. Inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.

12. “Icra haqqında” Azərbaycan Respublikasının Qanunu:

26. Icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. 29.1. Tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər.

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” ## ######## 2015-ci il tarixli qərarı

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Icra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair” ## ####### 2017-ci il tarixli qərarı

15. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASIYA INSTANSIYA MƏHKƏMƏSININ MÖVQEYI

16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.

17. Ilk növbədə qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.

18. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

19. Hazırda iddiaçının tələbi “mülkiyyətində olan MH seriyalı № ******* saylı çıxarışın ləğv edilməsi barədə qərarı (və ya əsaslandırmanı) qanunsuz hesab etmək, qeydiyyatı ləğv edən inzibati aktın ləğv edilməsi, reyestr qeydinin bərpası və həmin orqanın hərəkətlərinin qanunsuz sayılması barədə qərar qəbul edilməsi” barədədir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamışdır.

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ##.##.2008-ci il tarixli, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində istifadədə olan 0.2799 ha torpaq sahəsində yerləşən **a nömrəli binanın zirzəmisində 18.0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi (* saylı qaraj) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-****/** nömrəli, ##.##.2011-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh İddiaçı iddiaçı X13 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2010-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi məqsədilə 5000 manatın cavabdeh İddiaçı tutularaq iddiaçı X11 ödənilməsi hissəsində dəyişdirilmiş, cavabdehdən mənəvi zərərin əvəzi olaraq 2000 manat alınaraq iddiaçı X12 verilməsi qərara alınmışdır. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

22. Bakı şəhəri Nəsimi rayon Icra şöbəsinin “Əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə” ##.##.2013-cü il tarixli qərarı ilə borclu İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səməd Vurğun küçəsində yerləşən **a saylı binanın zirzəmisindəki 18.0 kv.m ümumi sahəsindən ibarət olan qeyri-yaşayış sahəsinin borc əvəzində X11 adına keçirilməklə rəsmiləşdirilməsi qərara alınmışdır.

23. X8 Ivanovnanın adına Bakı şəhəri, S.Vurğun küçəsində yerləşən **a nömrəli binanın zirzəmisindəki 18.0 kv.m ümumi sahəsindən ibarət olan qeyri-yaşayış sahəsinin adına keçirilməklə rəsmiləşdirilməsi, dövlət reyestrində müvafiq qeyd aparılmaqla çıxarışın verilməsi DƏDRX-in Bakı şəhəri Ərazi Idarəsinə həvalə edilmişdir. -DƏDRX tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (* saylı qaraj) X13 adına ##.##.2013-cü il tarixdə qeydiyyata alınmışdır.

24. Iş materiallarından görünür ki, iddiaçıya məxsus olmuş çıxarışın ləğv edilməsi və * saylı qarajın başqa şəxsin adına keçirilməsi əvvəlki məhkəmə icraatının nəticəsi olaraq verilmiş icra sənədinə əsaslanmışdır.

25. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.

26. Mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 24-26 və 30-cu maddələri, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra – IPM) 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XIX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” ## ######## 2015-ci il tarixli qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Icra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair” ## ####### 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. Icra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər.

29. Həmin qərarında Konstitusiya Məhkəməsi aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraqhesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir.

30. Belə ki, “Icra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.

31. Mülki Prosessual Məcəllədə olduğu kimi, “Icra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir.

32. Məsələn, “Icra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir.

33. Konstitusiya Məhkəməsinin Plenumu “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il # ######## tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir.

34. Icra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “Icra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir”.

35. Icra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır; 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır.

36. Belə ki, “Icra haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra mətndə - Qanun) 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır.

37. Həmin Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.

38. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən və ya hərəkətsizliyindən irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. Icra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər.

39. Qeyd edilmiş Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Belə şikayətlərə bu qaydada baxılması ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, göstərilmiş Qanun məcəllələşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Bu səbəbdən icra məmurunun qərar və hərəkətlərindən və ya hərəkətsizliyindən şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi istinad edilən Qanun deyil, Azərbaycan Respublikası Mülki Prosessual və Inzibati Prosessual Məcəllələri çıxış edirlər.

40. Icra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da Azərbaycan Respublikası IPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Icra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Inzibati orqanların Təsnifatı”nın II hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, əslində bu qərarlara məhkəməyə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. Azərbaycan Respublikası MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir.

41. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun.

42. Iddia ərizəsindən və işin hallarından görünür ki, hazırda iddiaçının hüquqi marağı da mülki iş üzrə məhkəmə aktının icrası ilə bağlı icra məmurunun hərəkətlərindən və qəbul etdiyi qərardan (əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi) şikayətlə bağlıdır. Belə olan halda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun mövqeyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırki tələbinə inzibati məhkəmə icraatı qaydasında ayrıca iddia kimi baxılması yolverilməzdir.

43. Bunda başqa qeyd olunmalıdır ki, iş materiallarında olan Bakı Inzibati Məhkəməsinin **(***)-*/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadından görünür ki, həmin iş üzrə ərizəçi İddiaçı “işə mahiyyəti üzrə baxılıb qurtaranadək qeyri-yaşayış sahəsinin (* saylı qaraj) üzərinə həbs qoyulması və s.” barədə ərizəsi qeyri-mümkün sayılmışdır. Məhkəmə hesab etmişdir ki, iş üzrə əsas tələbin mümkünsüzlüyü eyni zamanda müvəqqəti xarakterli müdafiəyə dair ərizənin də mümkünsüzlüyünə səbəb olur. Belə ki, qərardadının mətnindən görünür ki, iddiaçı İddiaçı cavabdeh DƏDKR phşnin * saylı Bakı Ərazi Idarəsinə qarşı əsas iddiasında X13 adına verilmiş çıxarışın ləğv edilməsi, sözügedən * saylı qaraj üzərində özünün mülkiyyət hüququnun bərpa olunması və cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsini xahiş etmişdir.

44. Qeyd olunanlara əsasən, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, icra məmurunun qərarından verilmiş şikayət də məhkəmə araşdırmasının predmeti olmuş və qüvvədə olan qərarlarla icra məmurunun hərəkətlərinin qanuniliyinə artıq qiymət verilmişdir. Göründüyü kimi, iddiaçı hüquqi marağına yönəlmiş iddia tələbi ilə bundan əvvəl də məhkəməyə müraciət edərək müvafiq sənədləri, o cümlədən cavabdehin hərəkətlərini mübahisələndirmiş və bununla bağlı artıq qanuni qüvvəsini almış məhkəmə aktları mövcuddur. Belə olan halda, eyni əsaslarla eyni tələb üzrə mübahisəyə artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə hüquqi qiymət verildiyindən, eyni iddiaya yenidən baxılması mümkün sayıla bilməz.

45. IPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz (15.5-ci bənd). IPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir (15.6-cı bənd). Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar (15.6-cı bənd).

46. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası IPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir.

47. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı Inzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli, ## ##### 2026-cı il il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

48. Azərbaycan Respublikasının Inzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar