Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1719/2026 26.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Iddiaçı İddiaçı, Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması və çıxarışın verilməsi tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarından üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə (*struktur dəyişikliyi ilə əlaqədar hazırda “xxxx” publik hüquqi şəxsi) qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi ərazisində yerləşən ona məxsus 600 kv.m. torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqdi rayonu Xocəsən Bələdiyyəsinin ##.##.2004-cü il tarixli, ** saylı qərarı əsasında iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün Xocəsən qəsəbəsi ərazisində 600 kv.m. torpaq sahəsinin ayrılması qərara alınmışdır. Torpağın dəyərini tam məbləğdə bələdiyyə ödəmiş, bununla bağlı ona mədaxil qəbzi verilmişdir. Daha sonra həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. Həmin evdə yəni ünvan 1 ünvanında hal-hazırda iddiaçı və digər ailə üzvləri də yaşayış yeri üzrə qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Prezidentinin 1997-ci il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydalarına” Əlavəyə müvafiq olaraq Torpağın alqı-satqı aktı tərtib edilmişdir. Həmin alqı-satqı aktının, yerləşmə cizgisinin və ödəniş qəbzinin əsli iddiaçıdadır. Baxmayaraq ki, arxivdə ancaq bələdiyyənin qərarının mövcud olması bildirilmişdir. Dövlət Arxivinin Bakı Filialının ##.##.2025-ci il tarixli məktubu ilə həmin bələdiyyə qərarının təsdiq olunmuş surəti iddiaçıya göndərilmişdir. Iddiaçı yaxın zamanda cavabdeh orqana müraciət edərək ona məxsus torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Lakin cavabdeh tərəfindən ##.##.2025-ci il tarixli imtina məktubu verilmişdir. Həmin məktubda X8 Informasiya Sistemində Bakı şəhərində yerləşən torpaq sahələrinə münasibətdə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin sərhədləri barədə məlumat mövcud olmadığından araşdırma aparılmasının mümkün olmadığı qeyd olunmuşdur. Digər səbəb kimi torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə bələdiyyə qərarına istinad edilməmiş və səlahiyyətli qurum tərəfindən təsdiq edilməmişdir. Iddiaçı hesab edir ki, o, lazımi sənədləri cavabdeh orqana təqdim etmişdir və torpaq sahəsinə mülkiyyət hüququ qeydiyyata alınmalıdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh iddiaya qarşı etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad edilməmiş və səlahiyyətli qurum tərəfindən təsdiq edilməmişdir. Həmçinin cizgidə dəqiq istinad və məsafələr qeyd olunmamışdır və torpaq sahəsinin faktiki vəziyyəti ilə cizgi arasında konfiqurasiya fərqi mövcuddur. Eyni zamanda, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpaqlarına aiddir. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə (Binəqədi OIL) verilmiş ərazidə yerləşir və sahədən 5 m, 8 m, 48 m məsafədə fəaliyyətsiz quyu məlumatları mövcuddur. Əlavə olaraq elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi faktiki olaraq Sulutəpə qəsəbəsinin ərazi hüdudları daxilində yerləşir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Üçüncü şəxs üçüncü şəxs2 tərəfindən məhkəməyə iddiaya dair yazılı münasibət təqdim edilmişdir. Bildirilmişdir ki, mübahisəli torpaq sahəsinin texniki vəziyyətini əks etdirən ##.##.2025-ci il tarixli müayinə (baxış) aktının qoşmasında olan koordinatlar əsasında müvafiq araşdırma aparılmış, həmin koordinatların araşdırılması zamanı müəyyən olunmuşdur ki, WGS 84/UTM zona 39N koordinat sistemində X Y 395044.8634 4474472.1824 395065.5009 4474474.7951 395072.4132 4474475.4235 395075.2575 4474450.7841 395063.9134 4474449.2628 395050.9792 4474445.7750 395047.6948 4474459.8408 koordinatlarında olan həmin 673 kv.m torpaq sahəsi uzun illər ərzində neftqaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində olmuş, daha sonra neft-qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikasının ## ##### 2005-ci il tarixli, ***-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən üçüncü şəxs1 Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinə daxil edilmişdir. Həmçinin, müəyyən olunmuşdur ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi mancanaq dəzgahı ilə istismar olunan ****** saylı işlək neft-qaz quyusunun 140 metrlik məsafəsində, ****** saylı ləğv olunmuş neft-qaz quyusunun 8 metrlik məsafəsində, ****** saylı ləğv olunmuş neft-qaz quyusunun isə 48 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı ilə (hakim T.R.Məlikov) iddia təmin edilərək, üçüncü şəxs3 ##.##.2004-cü il tarixli, ** saylı qərarı ilə ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən 600 kv.m. torpaq sahəsi üzərində iddiaçı İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi vəzifəsi cavabdehə həvalə edilməsi qərara alınmışdır. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti birinci instansiyası məhkəməsinin qərarını mübahisələndirmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının iddia etdiyi 673 kv.m torpaq sahəsi uzun illər ərzində neftqaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində olmuş, daha sonra neft-qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikasının ## ##### 2005-ci il tarixli, ***-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən üçüncü şəxs1 Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinə daxil edilmişdir. Həmçinin, müəyyən olunmuşdur ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi mancanaq dəzgahı ilə istismar olunan ****** saylı işlək neft-qaz quyusunun 140 metrlik məsafəsində, ****** saylı ləğv olunmuş neft-qaz quyusunun 8 metrlik məsafəsində, ****** saylı ləğv olunmuş neft-qaz quyusunun isə 48 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Azərbaycan Respublikasının ## ##### 2005-ci il tarixli, 901-II Q nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Siansor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən, mübahisəli sahə üçüncü şəxs1 Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudlarına daxil edilmişdir. "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” üçüncü şəxs2, AZEN X1.Vi. və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının ## ##### 2005-ci il tarixli, ***-IIQ nömrəli Qanununun 4-cü maddəsinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci maddəsinə əsasən,bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. Fəaliyyətsiz quyu (ləğv olunmuş) quyunun vəziyyətindən asılı olaraq, istənilən an işlək vəziyyətə gətirilə bilər. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə, təyinatı üzrə istifadə edilə bilər. Göründüyü kimi, dövlətin xüsusi mülkiyyətində olan torpaq sahəsinin iddiaçıya verilməsi qanunsuzdur. Torpaq sahəsinin iddiaçı tərəfindən zəbt edilməsi nəticəsində, həmin torpaq sahəsində neft və qaz hasilatı üzrə fəaliyyətin həyata keçirilməsinə maneçilik yaradılır, nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərinin yerinə yetirilməsinə maneələr yaradır. Bu isə öz növbəsində neft və qaz hasilatını aşağı salaraq, dövlətin gəlirlərinin azalmasına səbəb olur. Göstərilənlər ölkənin iqtisadiyyatına mənfi təsir edən amildir, eyni zamanda qanunun aliliyi prinsipinə xələl gətirir. Bu kimi halların artması ayrılıqda kiçik bir məsələ kimi görünə bilər, lakin neft-qaz əməliyyatlarının aparılması üçün Dövlət Neft Şirkətinin qanuni istifadəsinə verilmiş torpaq sahələrinin səlahiyyətləri olmadığı halda müvafiq inzibati aktlarla vətəndaşlara ayrılması hallarının artması, nəticə etibarilə dövlət üçün zərər hesabına başa gəlir. Neft sektoru ölkə iqtisadiyyatında əhəmiyyətli sahə olduğuna görə hər bir dövlət qurumu müvafiq inzibati aktlar qəbul edərkən torpaq sahəsinin təyinatı və hüquqi rejimi diqqətlə araşdırılmalı və müvafiq qurumun həmin torpaq sahəsinin ayrılmasına səlahiyyətli olub-olmamasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Iş materiallarında olan sənədlərdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(*-*)-****/**** saylı qərardadı ilə üçüncü şəxs1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, lakin üçüncü şəxs səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və onun tərəfindən iddia ərizəsinə hər hansı formada münasibət bildirməmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - Cavabdeh * saylı Bakı Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli, 3-21-30-/2-R-0261- 8/2025 ************ saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, “... ərizəyə əlavə olunmuş sənədlər surətdir. Müracietinizlə əlaqədar olaraq bildiririk ki, X8 Uçotu Informasiya Sistemində Bakı şəhərində yerləşən torpaq sahələrinə münasibətdə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin sərhədləri barədə məlumat mövcud olmadığından araşdırma aparılması tərəfimizdən mümkün olmamışdır. Bundan əlavə qeyd edilen torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad edilməmiş və səlahiyyətli qurum tərəfindən təsdiq edilməmişdir”. - Dövlət Arxivinin Bakı Filialı tərəfindən ##.##.2025-ci il tarixli, *-**-*F/*-****/**** saylı məktubundan görünür ki, X2 barəsində Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin arxiv fondu üzrə ##.##.2004-cü il tarixli, ** saylı qərarı və ona əlavə edilmiş cizgi sənədi Dövlət Arxivinin Bakı filialında mövcuddur. Həmin qərardan təsdiq edilmiş arxiv çıxarışı və ona əlavə edilmiş cizgi sənədinin təsdiq edilmiş ksero surəti 2(iki) vərəqdən ibarət məhkəməyə göndərilir. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin arxiv fondu üzrə iclas protokolu, naturada təhvil verilmə aktı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Həmin məktuba əlavə edilmiş Bakı şəhəri Binəqədi rayonu Xocasən bələdiyyəsinin ##.##.2004-cü il tarixli, ** nömrəli qərarı ilə Binəqədi rayonu Xocasən dairəsinin ərazisində 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə ayrılmışdır. Torpaq sahəsinin yerləşmə cizgisi bələdiyyə tərəfindən tərtib olunmuşdur. - Torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, Bakı şəhəri Xocasən bələdiyyəsinin ərazisində 600 kv.m. torpaq sahəsinin İddiaçı satılması barədə ##.##.2004-cü il tarixli, ** nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən Xocasən bələdiyyəsinin bank hesabına əvvəlcədən 2400000 manat haqq ödənilmişdir. - ****** nömrəli kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, torpaq sahəsinin dəyəri olan 2400000 (iki milyon dörd yüz min) manat iddiaçı tərəfindən bələdiyyəyə ödənilmişdir. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Xocasən bələdiyyəsinin ##.##.2025-ci il tarixli, **/*** saylı məktubunda bildirilmişdir ki, Xocasən bələdiyyəsi tərəfindən vətəndaş İddiaçı adına ** saylı, ##.##.2004-cü il tarixli, ** saylı qərarla torpaq ayrılması barədə məlumat aşkarlanmışdır. Torpaq sahəsinə dair sənədlərin təsdiq olunmuş surətlərinin əldə edilməsi üçün Milli Arxiv Idarəsinə müraciət edilməsi tövsiyə olunmuşdur. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Bələdiyyələrlə Iş Baş Idarəsinin ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** saylı məktubundan görünür ki, Xocəsən bələdiyyəsinin ##.##.2004-cü il tarixli ** saylı qərarı Bələdiyyələrlə iş baş idarəsində qeydiyyata alınmamışdır. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ##.##.2026-cı il tarixli, **-*/*-****/**** saylı məktubundan görünür ki, qoşmada olan daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən ##.##.2025- ci il tarixli müayinə (baxış) aktının qoşmasında olan koordinatlar əsasında müvafiq araşdırma aparılmışdır. Müəyyən olunmuşdur ki, həmin koordinatda yerləşən torpaq sahəsi uzun illər ərzində neftqaz əməliyyatlarının aparılması məqsədilə SOCARın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində olmuş, daha sonra Azərbaycan Respublikasının ## ##### 2005-ci il tarixli 901- IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən üçüncü şəxs1 Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinə daxil edilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi mancanaq dəzgahı ilə istismar olunan ****** saylı işlək neft-qaz quyusunun 8 metrlik məsafəsində, mancanaq dəzgahı ilə istismar olunan ****** saylı işlək neft-qaz quyusunun 138 metrlik məsafəsində, ****** saylı ləğv olunmuş neft-qaz quyusunun 48 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Bu səbəblərdən, həmçinin qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız neft-qaz əməliyyatlarının aparılması məqsədilə üzrə istifadə oluna bilər. - Daşınmaz əmlaka texniki baxış keçirilməsinə dair müayinə aktından görünür ki, torpaq sahəsinin 3 tərəfi fərdi yaşayış evi, bir tərəfi yoldur. Ümumilikdə torpaq sahəsində cəmi St.a. təqribi 320 kv.m olan 4 ədəd fərdi yaşayış evi inşa olunub. Yerləşmə cizgisinə əsasən konfiqurasiya fərqlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 10-cu maddəsinə müvafiq olaraq, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri və torpaq sahəsinin planı və ölçüsü əlavə olunmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə müvafiq olaraq isə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin ## ### 2020-ci il tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin: 3.0.23-cü bəndinə görə, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; - 3.0.50-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək Xidmətin vəzifələrinə aiddir. Mövcud əmlak qanunvericiliyinin tələblərindən göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunması hüquqların dövlət qeydiyyatına alınması üçün kifayət edir. Hazırkı halda iddiaçının əsaslandığı bələdiyyə qərarı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində göstərilən sənədlərə aid edilir. Belə ki, iş materiallarında olan və arxiv fondunda saxlanılan sənədlərdən görünür ki, iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Xocasən bələdiyyəsinin ##.##.2004-cü il tarixli, ** nömrəli qərarı ilə ayrılmış torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən sxem mövcuddur. Həmçinin iddiaçı bələdiyyə qurumu ilə arasında alqı-satqı münasibətlərinin mövcudluğunu təsdiq edən aktı və ayrılmış torpaq sahəsinin dəyərinin ödənilməsinə dair ödəniş qəbzini təqdim etmişdir. Cavabdeh tərəfindən qeyd olunan sənədlərin mötəbərliyini və həqiqiliyini şübhə altına alan, həmçinin ləğv edilməsi, etibarsız hesab edilməsi, yaxud qüvvəsini itirməsi ilə bağlı hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Belə olan halda da təqdim edilmiş sənədlər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. O da nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan tərəfindən həmin torpaq sahəsinin başqa fiziki və ya hüquqi şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsinə dair, həmçinin, istinad olunan qərar və sənədlərin həqiqətə uyğun olmamasına dair sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86-cı maddəsinə əsasən, Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri alqısatqı obyekti ola bilər. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı, şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. Cavabdehin imtina dəlilləri bunlardır: 1. Torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad edilməmiş və səlahiyyətli qurum tərəfindən təsdiq edilməmişdir; 2. Cizgidə dəqiq istinad və məsafələr qeyd olunmamışdır və torpaq sahəsinin faktiki vəziyyəti ilə cizgi arasında konfiqurasiya fərqi mövcuddur; 3. Torpaq sahəsi dövlət mülkiyyəti torpaqlarına aiddir; 4. Torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə (Binəqədi OIL) verilmiş ərazidə yerləşir və yaxınlığında fəaliyyətsiz quyu məlumatları mövcuddur; 5. Torpaq sahəsi faktiki olaraq Sulutəpə qəsəbəsinin ərazi hüdudları daxilində yerləşir. Birinci instansiya məhkəməsi qərarında cavabdehin yerləşmə cizgisində bələdiyyə qərarına istinad olunmaması, səlahiyyətli qurum tərəfindən təsdiq edilməməsi, dəqiq istinad və məsafələr qeyd edilmədiyindən və perimetrik ölçülərdə fərqlər olduğundan sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyən etmək mümkün olmaması ilə bağlı imtina dəlillərinə münasibətdə haqlı olaraq bildirmişdir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə görə, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Azərbaycan Respublikasının ## #### 2002-ci il tarixli, ***-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə (hazırkı işdə istinad edilən bələdiyyə qərarının qəbul edildiyi vaxtda qüvvədə olan redaksiyada): 7-ci bəndinə əsasən, ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu təsərrüfat planı, yaşayış məntəqəsinın baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Mövcud yaşayış məhəllərində tikintisi mümkün olan ayrıayrı binaların yerləşdirilməsi üçün sahənin seçilməsi də bu bənddə göstərilmiş qaydada həyata keçirilir. 17-ci bəndinə əsasən, bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafıq icra hakimiyyəti orqanına göndərir. 18-ci bəndinə əsasən müvafıq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. 19-cu bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin ##.##.2002-ci il tarixli, *** nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Əsasnamənin 7-ci və 24-cü bəndlərində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri, 17, 18, 19, 21, 22-ci bəndlərində və 26-cı bəndinin ikinci cümləsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsinin (“DTXK”) yerli qurumları həyata keçirirlər. Birinci instansiya məhkəməsi qeyd olunanlara əsasən haqlı olaraq belə qənaətə gəlmişdir ki, cizginin səlahiyyətli qurum tərəfindən təsdiq edilməməsi, cizgidə bələdiyyə qərarına istinad olunmamasına, eləcə də təqdim edilmiş cizgidə istinad məsafələri, dəqiq istinadlar, perimetrik ölçülərin qeyd edilməməsinə görə iddiaçı məsuliyyət daşımır və buna görə də qeyd edilən hallar iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmaması üçün əsas ola bilməz. Digər tərəfdən torpaq sahəsinin ölçülərinin, konfiqurasiyası ilə yerləşmə cizgisindəki uyğunsuzluq varsa, bu uyğunsuzluğun müvafiq şərtlər daxilində aradan qaldırılması birbaşa cavabdeh inzibati orqanın səlahiyyətlərindədir. Birinci instansiya məhkəməsi digər dəlilə münasibətdə qeyd etmişdir ki, cavabdeh mübahisə predmeti olan torpaq sahəsinin dövlət mülkiyyəti torpağı olmasına dair hər hansı dəlil təqdim etməmiş, öz arqumentlərinin əsaslığını sübuta yetirə bilməmişdir. Həmçinin, inzibati iş materiallarında olan sənədlər ilə mübahisəli torpaq sahəsinin bələdiyyəyə məxsus ərazidə yerləşməməsi cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Halbuki, iddiaçının adına torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Mübahisəli torpaq sahəsinin iddiaçıya ayrılması ilə bağlı bələdiyyənin qərarı qüvvədədir, etibarlıdır. Inzibati akt ləğv edilməmiş, geri çağrılmamış, dəyişdirilməmiş və öz hüquqi qüvvəsini saxlamışdır ki, iddiaçı həmin inzibati akta uzun illər ərzində etimad göstərərək faktiki olaraq həmin torpaq sahəsindən istifadə etmişdir. Belə olan halda həmin inzibati akt əsasında da iddiaçının ona satılmış torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015- ci il tarixli *** nömrəli Fərmanının 2-ci bəndində qeyd edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Göründüyü kimi, qanunvericilikdə müəyyən məhdudiyyətlər nəzərdə tutulsa da, bu məhdudiyyətlər yalnız neft-qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində və məhz “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsində göstərilmiş sənədlərə istinad olunduğu halları ehtiva edir. Lakin hazırkı halda iddiaçının tələbinin qanuni əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində göstərilmiş sənədlər təşkil etdiyindən qeyd olunan məhdudiyyətin tətbiq olunması qanunvericiliyin tələbləri baxımından istisna edilir. Digər tərəfdən qeyd olunur ki, hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndində göstərilir ki, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Torpaq Məcəlləsinin istinad olunan müddəasından göründüyü kimi, mühafizə zonalarına daxil olan torpaq sahələrinin xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Xüsusilə qeyd edilməlidir ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinə bitişik sahədə artıq dövlət reyestrində qeydiyyata alınmış sahələr vardır. Bir halda ki, cavabdeh eyni faktiki hallar əsasında başqa şəxsin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını həyata keçirmişdir, bərabər münasibət iddiaçıya münasibətdə də göstərilməli, onun da hüququ dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Inzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Inzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDI: Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(3-6)-1719/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1719/2026
26.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver