Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1727/2026 29.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı elmi dərəcənin verilməsi tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı elmi dərəcənin verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir. Iddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçı 2016-cı ildə Azərbaycan Milli Elmlər X6 mikologiya ixtisası üzrə doktoranturaya daxil olmuşdur. 2016-2022 ci illər ərzində institutda təcrübələr aparmış, nəticə əldə etmiş və dissertasiya mövzusunu hazır etmişdir. Bu illər ərzində minumum imtahanlardan uğurla keçmişdir. 7-si məqalə və 7-si tezis olmaqla 14 ədəd elmi əsəri (yerli və xarici jurnallarda) işıq üzü görmüşdür. Sonra isə ilkin müzakirə, seminar mərhələlərini uğurla keçmişdir. 2024-cü ilin mart ayında biologiya üzrə fəlsəfə elmlər doktoru elmi dərəcəsi almaq üçün müdafiəsi olmuş və sənədləri Ali Attestasiya Komissiyasına təqdim olunmuşdur. Dissertasiyasında heç bir elmi plagiatlıq aşkar edilməmişdir. Ancaq Ali Attestasiya Komissiyası cuzi texniki səhvləri - cədvəllərin düzgün nömrələnməməsi və dissertasiyanın ikiüzlü olmasını əsas gətirərək ona bu elmi dərəcəni verməkdən imtina etmiş və iyun ayında həmin təşkilat tərəfindən imtina məktubu göndərilmişdir. Həmin ilin avqust ayında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayeva səhvləri düzəltməyi üçün yenidən yazılı surətdə müraciət etsə də, yenə də imtina məktubu almışdır. Cavabdeh iddiaya qarşı etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Mikrobiologiya Institutu nəzdində fəaliyyət göstərmiş FD 1.07 Dissertasiya şurasının ##.##.2024-cü il tarixli vəsatəti ilə İddiaçı “Ksilotrof makrimisetlərdən proteolitik fermentlərin produsenti kimi istifadəsinin fizioloji-biokimyəvi əsasları” mövzusunda 2430.01-“Mikologiya” ixtisasında biologiya elmləri üzrə fəlsəfə doktoru dissertasiyası və müvafiq attestasiya işi Cavabdeh təqdim edilmişdir. Azərbaycan Respublikası Prezidentinin ## #### 2019-cu il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 6.1-ci bəndinə uyğun olaraq, fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi məsələsinə Komissiyanın Kollegiyasında, elmlər doktoru elmi dərəcəsinin verilməsi məsələsinə X3 baxılır və qərar qəbul edilir. Komissiyanın Kollegiyasının ##.##.2024-cü il tarixli qərarı ilə 2430.01 – “Mikologiya” ixtisasında biologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən Rəyasət Heyətinin ## ####### 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Dissertasiyanın tərtibi qaydası”nın 1.11-ci, 1.13-cü bəndlərinin, 2.9.3-cü və 2.9.5-ci yarımbəndlərinin tələblərinin pozulması səbəbindən imtina edilmişdir. Iddiaçı İddiaçı ##.##.2024-cü il tarixli müraciəti əsasında işinə yenidən baxılmış və Kollegiyanın ##.##.2024-cü il tarixli qərarı ilə biologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən imtina edilməsi barədə Kollegiyanın ##.##.2024-cü il tarixli qərarı Rəyasət Heyətinin ## ####### 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Dissertasiyanın tərtibi qaydası”nın 1.11-ci, 1.13-cü bəndlərinin, 2.9.3-cü və 2.9.5-ci yarımbəndlərinin tələblərinin pozulması səbəbindən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin ## #### 2019-cu il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 3.13-cü bəndinə müvafiq olaraq dissertasiya Komissiyanın müəyyən etdiyi qaydada tərtib edilir. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2003-cü il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında Əsasnamə”nin 4.5.7-ci bəndinə müvafiq olaraq dissertasiya və avtoreferatların tərtibinə dair tələbləri X3 təsdiq edir. Cavabdeh Rəyasət Heyətinin ## ####### 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Dissertasiyanın tərtibi Qaydası”nın 1.13-cü bəndinin tələblərinə müvafiq olaraq, dissertasiyanın mətni 80 qr/m2 A4 (210 mm x 297 mm) formatında ağ kağızın bir üzündə çap edilir. Qaydaların 2.9.3-cü və 2.9.5-ci bəndlərinə əsasən dissertasiyada cədvəllər ardıcıl nömrələnir və "Cədvəl” sözü, onun nömrəsi və adı cədvəlin üstündə sağ küncdə yazılır. "Cədvəl” sözü və cədvəlin adı sətri hərflərlə (birinci hərf istisna olmaqla), tünd qara rənglə yazılır və altından xətt çəkilmir. Cədvəlin nömrəsi bir-birindən nöqtə ilə ayrılan fəslin, paraqrafın və cədvəlin ardıcıl nömrələrindən ibarətdir. Əsasnamənin 6.13-cü bəndinin tələblərinə müvafiq olaraq, elmi dərəcə almaq üçün Komissiyaya təqdim edilmiş dissertasiya, avtoreferat və digər sənədlərdə aşkar edilmiş nöqsanların düzəldilməsinə yol verilmir. Cavabdeh iddiaçı İddiaçı elmi dərəcənin verilməsindən imtina edilməsi barədə qəbul etdiyi qərar inzibati orqanın diskresion səlahiyyətləri çərçivəsində qəbul olunmuşdur. "Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən "diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi” kimi təsbit edilmişdir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Həmin Məcəllənin 73.3.1-ci maddəsinə əsasən məhkəmə, bir qayda olaraq, inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Həmin Məcəllənin 74-cü maddəsinə əsasən Inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Iş materiallarından da görünür ki, Komissiya diskresion səlahiyyətlərini pozmamış və işə mahiyyəti üzrə "Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin tələblərini tam gözlənilməklə baxmışdır. Azərbaycan Respublikasının Prezidentinin Azərbaycan Respublikası Prezidentinin ## #### 2019-cu il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 10.2-ci bəndinin tələblərinə müvafiq olaraq Komissiyanın elmi dərəcələr verilməsi, nostrifikasiya və təkrar attestasiya, elmi dərəcədən məhrumetmə (elmi dərəcənin bərpası) ilə bağlı qərarlarından iddiaçılar və digər maraqlı şəxslər həmin qərarların qəbul edildiyi tarixdən iki ay müddətində Komissiyaya və ya məhkəməyə şikayət verə bilərlər. Yuxarıda qeyd olunanlarla yanaşı qeyd edilmişdir ki, müvafiq Əsasnamənin 10.2-ci bəndinə müvafiq olaraq Komissiyanın elmi dərəcələr verilməsi ilə bağlı qərarlarından iddiaçılar və digər maraqlı şəxslər həmin qərarların qəbul edildiyi tarixdən iki ay müddətində Komissiyaya və ya məhkəməyə şikayət verə bilərlər. Inzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinin tələbinə görə, elmi dərəcələr ilə bağlı inzibati aktlara münasibətdə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Lakin göründüyü kimi iddiaçı Komissiyanın Kollegiyasının ##.##.2024-cü il tarixli qərarını məhkəmə qaydasında yuxarıda qeyd olunan iddia müddəti keçdikdən sonra mübahisələndirmişdir. Halbuki, “Inzibati icraat haqqında” Qanunun 64.1-ci maddəsinin tələbində nəzərdə tutulur ki, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Göründüyü kimi, iddiaçı tərəfindən Inzibati Prosessual Məcəllənin 38.2-ci maddəsi ilə müəyyən olunan iddia müddəti (məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər) buraxılmışdır. Belə olan halda, Inzibati Prosessual Məcəllənin 22.2-ci maddəsinin tələbi baxımından Mülki Prossesual Məcəllənin 130.1-ci maddəsinin tələbinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Bu baxımdan iddia mümkün sayılmamalıdır. Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*-*)-***/**** saylı qərardadı ilə (hakim R.N.Quliyev) iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərardadı iddiaçı tərəfindən mübahisələndirilmiş, apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, eyni zamanda apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı olaraq müddəti ötürdüyünün ən böyük səbəbi psixoloji vəziyyəti olmuş, həmin vaxt güclü psixoloji sarsıntı keçirmişdir. Belə ki, səkkiz illik əməyi puç olmuşdur. Həkim müayinəsində də olmuş, həkim reseptini də işə əlavə ediləcək. Qeyd olunanlara əsasən iddiaçı ötürülmüş müddətin bərpa edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı izahatında məhkəməyə bildirdi ki, 2016-cı ildə imtahan verərək, doktoranturaya qəbul olunmuşdur. Əsərləri, məqalələri hətta ölkə xaricində də nəşr olunmuşdur. 2024-cü il mart ayında biologiya üzrə fəlsəfə elmlər doktoru elmi dərəcəsi almaq üçün müdafiəsi olmuş və sənədlər Ali Attestasiya Komissiyasına təqdim olunmuşdur. Dissertasiyada heç bir elmi plagiatlıq aşkar edilməmişdir. Ancaq Ali Attestasiya Komissiyası cuzi texniki səhvləri - cədvəllərin düzgün nömrələnməməsi və dissertasiyanın ikiüzlü olmasını əsas gətirərək elmi dərəcəni verməkdən imtina etmiş və iyun ayında həmin təşkilat tərəfindən imtina məktubu göndərilmişdir. Inzibati orqanın qərarını səhhətində yaranmış problemlərlə əlaqədar olaraq gec mübahisələndirmişdir. Belə ki, psixolji sarsıntı keçirdib, müalicələr almışdır. Daha sonra vəziyyəti düzələn kimi cavabdeh inzibati orqanın özünə, daha sonra aidiyyatı şəxslərə, hətta Elm və Təhsil Nazirliyinə müraciət etdi, bütün bunlar nəticə vermədiyindən məhkəməyə müraciət etməyə məcbur oldu. Cavabdeh orqan tərəfindən dərəcənin verilməsindən imtina edilməsinin əsası kimi texniki səhvlər göstərilmişdir. Lakin bunlar adi texniki səhvlərdir, bu əsaslarla illərin əziyyətinin bəhrəsi olan elmi dərəcənin verilməsindən imtina olunması ədalətli deyildir. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, iddiaçının elmi işində təkcə nöqsan cədəvəllərin nömrələnməməsi deyildir, həmçinin mətnin ağ kağızın hər iki üzündə çapa verilməsi olmuşdur. Belə ki, Cavabdeh Rəyasət Heyətinin ## ####### 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Dissertasiyanın tərtibi Qaydası”nın 1.13-cü bəndinin tələblərinə müvafiq olaraq, dissertasiyanın mətni ağ kağızın bir üzündə çap edilir. Qaydaların digər bəndlərinə əsasən dissertasiyada cədvəllər ardıcıl nömrələnir və “Cədvəl” sözü, onun nömrəsi və adı cədvəlin üstündə sağ küncdə yazılır. “Cədvəl” sözü və cədvəlin adı sətri hərflərlə (birinci hərf istisna olmaqla), tünd qara rənglə yazılır və altından xətt çəkilmir. Cədvəlin nömrəsi bir-birindən nöqtə ilə ayrılan fəslin, paraqrafın və cədvəlin ardıcıl nömrələrindən ibarətdir. Eyni zamanda iddiaçı tərəfindən məsələnin həlli üçün ikinci dəfə cavabdeh inzibati orqana müraciət ediləndə isə ona görə imtina verilmişdir ki, Əsasnamənin 6.13-cü bəndinin tələblərinə müvafiq olaraq, elmi dərəcə almaq üçün Komissiyaya təqdim edilmiş dissertasiya, avtoreferat və digər sənədlərdə aşkar edilmiş nöqsanların düzəldilməsinə yol verilmir. Iddiaçıya cavabdeh inzibati orqanda olmuş və ona izah olunmuşdur ki, elmi işin mahiyyətinə baxılmadığını, yəni imtinanın onun elmi işin mahiyyəti üzrə yox, dissertasiyaların düzgün tərtibi qaydalarına əməl edilməməsi səbəbi ilə verilmişdir. Hazırda iddiaçı tərəfindən 2024-cü ilin qərarından iki il sonra məhkəməyə müraciət edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, ilk növbədə iddiaçının məhkəmə qarşısında irəli sürdüyü tələbin hüquqi təbiəti dəqiq müəyyən edilməlidir. Iddiaçı cavabdehin ## #### 2024-cü il tarixli imtina qərarının yalnız ləğvini tələb etməmiş, biologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi, başqa sözlə, onun üçün əlverişli inzibati aktın qəbul edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulmasını istəmişdir. Birinci instansiya məhkəməsinin qərardadında da iddia tələbi məhz cavabdehin üzərinə elmi dərəcənin verilməsi ilə bağlı öhdəliyin qoyulması kimi ifadə edilmişdir. Inzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsi inzibati aktın ləğv və ya dəyişdirilməsinə yönəlmiş tələbi mübahisələndirmə haqqında iddia, 2.2.2-ci maddəsi isə inzibati orqanın üzərinə inzibati akt qəbul etmək öhdəliyinin qoyulmasına yönəlmiş tələbi məcburetmə haqqında iddia kimi müəyyən edir. Inzibati Prosessual Məcəllənin 33.1 və 33.2-ci maddələrinə əsasən də şəxs arzuladığı inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etdikdə, o cümlədən inzibati orqan həmin aktı qəbul etməkdən artıq imtina etdikdə, hüquqi müdafiə vasitəsi məcburetmə haqqında iddiadır. Bu yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2026cı il tarixli ** nömrəli Qərarında xüsusilə aydın ifadə edilmişdir. Plenum göstərmişdir ki, şəxs əlverişsiz inzibati aktın yaratdığı müdaxilənin aradan qaldırılmasını istəyirsə mübahisələndirmə, əksinə, özü üçün əlverişli hüquqi vəziyyət yaradacaq inzibati aktın qəbul edilməsini istəyirsə məcburetmə haqqında iddiadan istifadə etməlidir. Inzibati orqanın əvvəlcədən imtina qərarı vermiş olması bu tələbi mübahisələndirmə iddiasına çevirmir. Hazırkı işdə iddiaçının son məqsədi ## #### 2024-cü il tarixli qərarın hüquqi dövriyyədən çıxarılması deyil, elmi dərəcəni əldə etməkdir. Buna görə onun iddiası Inzibati Prosessual Məcəllənin 2.2.2 və 33-cü maddələri mənasında məcburetmə haqqında iddia kimi qəbul edilməlidir. Bu məsələ yalnız terminoloji əhəmiyyət daşımır, iddia növünün düzgün müəyyənləşdirilməsi tətbiq olunmalı iddia müddətinin müəyyənləşdirilməsi üçün də həlledicidir. Iş üzrə xüsusi diqqət tələb edən ikinci məsələ müddətin hüquqi xarakteridir. Inzibati Prosessual Məcəllənin 38-ci maddəsi birbaşa “Iddia müddəti” adlanır. Buna görə həmin maddədə nəzərdə tutulan müddəti apellyasiya, kassasiya və ya digər prosessual hərəkətlərin edilməsi üçün müəyyən edilmiş prosessual müddətlərlə eyniləşdirmək hüquqi baxımdan düzgün deyildir. Inzibati Prosessual Məcəllənin 22–24-cü maddələrinin daxil olduğu V fəsil isə ayrıca olaraq “Prosessual müddətlər”i tənzimləyir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərardadında iddiaçının “prosessual müddəti” üzrlü səbəbdən ötürməsini əsaslandıra bilmədiyinin göstərilməsi terminoloji cəhətdən dəqiq deyildir. Mübahisə predmeti olan müddət məhkəmə aktından şikayət verilməsi üçün prosessual müddət deyil, məhkəmədə ilkin inzibati iddianın qaldırılması üçün Inzibati Prosessual Məcəllənin 38-ci maddəsi ilə müəyyən edilən iddia müddətidir. Lakin bu qeyri-dəqiqlik birinci instansiya məhkəməsinin yekun nəticəsinin öz-özlüyündə ləğvinə səbəb olmur. Inzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinin xüsusi müddəasına görə, elmi dərəcələrin və elmi adların verilməsi ilə bağlı inzibati aktlara münasibətdə mübahisələndirmə haqqında iddia inzibati aktın qəbul edildiyi tarixdən iki ay müddətində qaldırıla bilər. X2 Məcəllənin 38.2-ci maddəsi məhz məcburetmə haqqında iddia üçün ayrıca qayda müəyyən edir: tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə inzibati aktın iddiaçıya təqdim edildiyi və ya bu barədə ona yazılı məlumat verildiyi vaxtdan 30 gün müddətində iddia qaldırılmalıdır. Deməli, iddia tələbinin düzgün hüquqi tövsifindən çıxış edildikdə, hazırkı məcburetmə iddiasına münasibətdə birbaşa tətbiq edilən norma Inzibati Prosessual Məcəllənin 38.2-ci maddəsidir. Doğrudur, “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 10.2-ci bəndində Komissiyanın elmi dərəcələr verilməsi ilə bağlı qərarlarından qərarın qəbul edildiyi tarixdən iki ay müddətində Komissiyaya və ya məhkəməyə şikayət verilməsi nəzərdə tutulmuşdur. Əsasnamənin 10.5-ci bəndində isə məhkəmə qaydasında verilən şikayətə Inzibati Prosessual Məcəlləyə uyğun baxıldığı təsbit edilmişdir. Eyni zamanda “Inzibati icraat haqqında” Qanunun 73.1-ci maddəsində elmi dərəcələrə dair inzibati aktlardan inzibati qaydada şikayət üçün də iki aylıq xüsusi müddət müəyyən edilmişdir. Lakin hazırkı işdə 30 günlük müddətlə iki aylıq müddət arasındakı fərq nəticəyə təsir edən xarakter daşımır. Belə ki, hətta iddiaçı üçün daha əlverişli yanaşma qəbul edilərək iki aylıq müddət əsas götürülsə belə, iddia həmin müddətdən də dəfələrlə gec qaldırılmışdır. Buna görə birinci instansiya məhkəməsinin 38.1-ci maddədə nəzərdə tutulmuş iki aylıq müddətə əsaslanması düzgün hüquqi qiymətləndirmə baxımından dəqiqləşdirilməli olsa da, bu hal qərardadın nəticəsinin dəyişdirilməsi üçün əsas yaratmır. Iş materiallarından göründüyü kimi, Komissiyanın Kollegiyası ## #### 2024-cü il tarixli qərarla iddiaçıya 2430.01 - “Mikologiya” ixtisasında biologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsindən imtina etmişdir. Imtinanın əsası “Dissertasiyanın tərtibi Qaydası”nın 1.11, 1.13, 2.9.3 və 2.9.5-ci bəndlərinin tələblərinə əməl edilməməsi olmuşdur. Iddiaçının ## #### 2024-cü il tarixli müraciəti əsasında məsələ yenidən araşdırılmış, Kollegiyanın ## ######## 2024-cü il tarixli qərarı ilə əvvəlki imtina qüvvədə saxlanılmışdır. Iş materiallarında ## #### 2024-cü il tarixli məktubun iddiaçıya konkret hansı tarixdə təqdim edildiyini təsdiq edən sübut ayrıca müəyyən edilməsə də, iddiaçının ## #### 2024-cü ildə məhz həmin imtina qərarına qarşı yazılı şikayət verməsi onun ən geci həmin tarixədək imtina barədə yazılı məlumat əldə etdiyini təsdiq etdiyi halda, Inzibati Prosessual Məcəllənin 38.2-ci maddəsi üzrə müddətin başlanğıcı ən gec həmin tarixdən hesablana bilər. Inzibati Prosessual Məcəllənin 38.3-cü maddəsi inzibati aktdan və ya inzibati aktın qəbulundan imtinadan qanunla nəzərdə tutulan müddətdə inzibati qaydada şikayət verildiyi müəyyən hallarda 38.1 və 38.2-ci maddələrdəki iddia müddətinin axımının dayandırılmasını nəzərdə tutur. Iddiaçının ## #### 2024-cü il müraciətinin onun xeyrinə ən geniş şəkildə qiymətləndirilməsi və həmin müraciətin iddia müddətinin axımını dayandırdığı qəbul olunsa belə, bu hal yalnız Komissiyanın inzibati şikayətə baxdığı dövr üçün hüquqi əhəmiyyət daşıya bilər. Komissiya ## ######## 2024-cü ildə şikayətə baxaraq əvvəlki imtina qərarını qüvvədə saxlamış və ## ######## 2024-cü il tarixli məktubla bu barədə iddiaçıya məlumat vermişdir. Həmin məktubda həmçinin imtinadan sonra dissertasiyanın azı bir ildən sonra yeni iş kimi yenidən müdafiəyə təqdim oluna biləcəyi bildirilmişdir. Beləliklə, iddia müddətinin axımının inzibati şikayətlə əlaqədar dayandırıldığı fərz edilsə belə, həmin hal 2024-cü ilin sentyabrında aradan qalxmışdır. Iddia isə Bakı Inzibati Məhkəməsinə yalnız ##.##.2026-cı il tarixə verilmişdir (birinci instansiya məhkəməsinin qərarında həmin tarix səhv olaraq ##.##.2026-cı il kimi qeyd olunub). Başqa sözlə, iddia 2024-cü ilin sentyabrında inzibati şikayət proseduru yekunlaşdıqdan təxminən il yarım sonra qaldırılmışdır. Hətta iddiaçının xeyrinə olaraq 30 günlük müddətin bütövlükdə ## ######## 2024-cü ildən yenidən hesablanması və ya iki aylıq daha uzun müddətin tətbiq edilməsi fərz olunsa belə, ## ###### 2026-cı ildə qaldırılmış iddianın müddət daxilində olması mümkün deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli * nömrəli Qərarında da məhkəmələrin Inzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini iddianın mümkünlüyü mərhələsində və tərəflərin istinadından asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalı olduqları, ayrı-ayrı iddia növləri üçün nəzərdə tutulan xüsusi mümkünlük şərtlərinin, o cümlədən iddianın verilməsi müddətinə riayət olunmasının araşdırılmalı olduğu göstərilmişdir. Iddiaçının apellyasiya şikayətində və məhkəmə iclasındakı izahatında 2024-cü ildən sonra müxtəlif dövlət orqanlarına, o cümlədən Elm və Təhsil Nazirliyinə, Ombudsmana və digər dövlət vəzifəli şəxslərinə müraciətlər etməsi müddətin bərpasını əsaslandıran hal kimi irəli sürülmüşdür. Iddiaçı apellyasiya baxışı zamanı da bildirmişdir ki, məhkəməyə müraciət etmək əvəzinə mübahisənin digər həlli yollarından istifadə etməyə çalışmışdır. Bu dəlil qəbul edilə bilməz. Şəxsin artıq yaranmış məhkəmə müdafiəsi hüququndan istifadə etmək əvəzinə hüquqi nəticə doğurmayan paralel müraciətlər etməsi iddia müddətinin axımını öz-özünə dayandırmır, kəsmir və yenidən başlatmır. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, iddiaçı apellyasiya şikayəti ilə yanaşı ötürülmüş iddia müddətinin bərpası barədə ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etmiş və bu baxımdan iddia müddətinin bərpası imkanına ayrıca hüquqi qiymət verilməlidir. Burada ilk növbədə yenə də iddia müddəti ilə onun bərpası üçün tətbiq oluna biləcək prosessual mexanizm bir-birindən fərqləndirilməlidir. Müddətin özü Inzibati Prosessual Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş iddia müddətidir. Inzibati Prosessual Məcəllənin 24-cü maddəsi isə “Prosessual müddətlərin bərpa olunması” başlığı altında müddətin şəxsin təqsiri olmadan buraxıldığı halda bərpa edilməsinin şərtlərini müəyyən edir. Inzibati Prosessual Məcəllənin 24.1-24.4-cü maddələrinə görə bərpa üçün, ilk növbədə, müddətin şəxsin təqsiri olmadan ötürülməsi, bərpa ərizəsinin maneə aradan qalxdıqdan sonra 15 gün ərzində verilməsi və ərizə ilə eyni vaxtda buraxılmış hərəkətin edilməsi tələb olunur; təbii fəlakət, digər qarşısıalınmaz hallar və qanunda göstərilən ayrıca istisnalar xaricində müddətin buraxılmasından bir il keçdikdən sonra bərpa ərizəsi verilə bilməz. Hətta iddiaçı üçün ən əlverişli hüquqi yanaşma qəbul edilərək Inzibati Prosessual Məcəllənin 24-cü maddəsindəki bərpa mexanizminin Inzibati Prosessual Məcəllənin 38ci maddəsi ilə müəyyən edilmiş iddia müddətinə tətbiqinin mümkün olduğu fərz edilsə belə, hazırkı işdə həmin normanın şərtləri mövcud deyildir. Iddiaçının müddətin ötürülməsinə dair başlıca izahı psixoloji sarsıntı keçirməsi və müalicə almasıdır. Apellyasiya baxışında o, məhz səhhətində yaranmış problemlər üzündən inzibati orqanın qərarını gec mübahisələndirdiyini bildirmiş, bunun təsdiqi üçün resept təqdim etmişdir. Bununla yanaşı, məhkəmənin niyə vaxtında məhkəməyə müraciət etməməsi barədə sualına cavabında iddiaçı məhkəməyə müraciət etmək üçün iki ay vaxtının olduğunu bilmədiyini və əvvəlcə digər həll yollarından istifadə etməyə çalışdığını bildirmişdir. Müddətin bərpasını əsaslandıra biləcək xəstəlik halı sadəcə xəstəliyin və ya müalicənin mövcudluğu ilə deyil, həmin vəziyyətin konkret müddət ərzində şəxsin məhkəməyə müraciət etməsini obyektiv olaraq mümkünsüz və ya ondan ağlabatan şəkildə gözlənilməz etməsi ilə müəyyən olunmalıdır. Iş materiallarında olan ## #### 2024-cü il tarixli bir resept belə davamlı və mütləq maneəni təsdiq etmir. Əksinə, iddiaçının bundan cəmi bir neçə gün sonra - ## #### 2024-cü ildə Komissiyaya yazılı şikayət verməsi onun hüquqlarının müdafiəsi məqsədilə hüquqi xarakterli müraciət hazırlamaq və təqdim etmək imkanına malik olduğunu göstərir. Daha sonra da müxtəlif dövlət orqanlarına ardıcıl müraciətlər etməsi uzunmüddətli obyektiv fəaliyyət mümkünsüzlüyü barədə dəlillə uzlaşmır. Əgər iddiaçının səhhəti müəyyən qısa dövrdə həqiqətən məhkəməyə müraciət etməsinə mane olmuşdursa, onun öz izahatına əsasən vəziyyəti yaxşılaşdıqdan sonra bu maneə aradan qalxmışdır. Inzibati Prosessual Məcəllənin 24.2-ci maddəsinin məntiqinə görə isə bərpa barədə müraciət maneənin aradan qalxdığı vaxtdan 15 gün ərzində edilməli idi. Iddiaçının vəziyyəti yaxşılaşdıqdan sonra Komissiyaya və başqa qurumlara müraciət etmək imkanına malik olduğu halda məhkəməyə deyil, hüquqi baxımdan başqa yolları seçməsi artıq obyektiv maneə deyil, onun öz prosessual davranış seçimidir. Bundan əlavə, müddətin 2024-cü ilin payızında başa çatdığı halda məhkəməyə ilkin müraciətin yalnız ## ###### 2026-cı ildə edilməsi bir ildən artıq vaxtın keçdiyini göstərir. Inzibati Prosessual Məcəllənin 24.4-cü maddəsində nəzərdə tutulan müstəsna hallar sübuta yetirilmədiyindən, müddətin bərpasının birillik həddi baxımından da ərizənin təmin edilməsi üçün hüquqi əsas mövcud deyildir. Bu məsələdə “Inzibati icraat haqqında” Qanunun 73.3-cü maddəsi də fərqləndirilməlidir. Həmin norma üzrlü səbəbdən buraxılmış inzibati şikayət müddətinin şikayət instansiyası tərəfindən bərpa edilməsini nəzərdə tutur. Bu, məhkəmədə iddia qaldırılması üçün Inzibati Prosessual Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş iddia müddətinin bərpası ilə eyni hüquq institutu deyildir. Hazırkı işdə, üstəlik, iddiaçının ilkin inzibati şikayəti ## #### 2024-cü ildə verilmiş və Komissiya tərəfindən mahiyyəti üzrə baxılmış, mübahisə inzibati şikayət müddətinin deyil, sonradan məhkəməyə müraciət üçün iddia müddətinin ötürülməsindən irəli gəlir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının məhkəməyə müraciət müddətini bilmədiyi barədə dəlili də bərpa üçün əsas sayıla bilməz. Əvvəla, şəxsin tətbiq olunan hüquq normasını bilməməsi özlüyündə onun iradəsindən kənar obyektiv maneə təşkil etmir. Əks yanaşma qanunla müəyyən edilmiş iddia müddətlərinin hüquqi müəyyənlik funksiyasını faktiki olaraq aradan qaldırardı. Ikincisi və daha əhəmiyyətlisi, hazırkı işdə söhbət təkcə qanunun bilinməməsindən getmir. Komissiyanın ## #### 2024-cü il tarixli məktubunda qərardan iki ay müddətində Komissiyaya və ya məhkəməyə şikayət verilə biləcəyi birbaşa göstərilmişdir. Iddiaçının ## #### 2024-cü ildə həmin qərara qarşı Komissiyaya müraciət etməsi də hüquqi müdafiə imkanından faktiki istifadə etdiyini göstərir. Buna görə apellyasiya iclasında “iki ay vaxtımın olduğunu bilməmişəm” şəklində verilən izahat iş materiallarındakı yazılı sübutlarla uzlaşmır. Bundan başqa, iddiaçının 2025-ci ilin oktyabrında Ombudsmana müraciətinə verilmiş cavabda da Komissiyanın mövqeyindən narazı olduğu halda qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə biləcəyi göstərilmişdir. Buna baxmayaraq, məhkəməyə müraciət yenə dərhal edilməmişdir. Bu hal gecikmənin yalnız hüquqi məlumatın olmaması ilə izah edilə bilməyəcəyini əlavə olaraq göstərir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayətinin əsas hissəsi Komissiyanın aşkar etdiyi nöqsanların elmi deyil, texniki xarakter daşıması, dissertasiyada plagiatın olmaması, iddiaçının uzun illər elmi fəaliyyət göstərməsi və belə nöqsanlara görə elmi dərəcənin verilməsindən imtinanın ədalətsiz olması barədə arqumentlərdən ibarətdir. Lakin Komissiyanın imtinasının maddi-hüquqi baxımdan əsaslı olub-olmaması, o cümlədən aşkar edilmiş nöqsanların xarakteri və həmin nöqsanların elmi dərəcənin verilməsindən imtina üçün yetərli olub-olmaması iddianın əsaslılığına aid olduğundan hazırkı mərhələdə məhkəmə araşdırmasının predmetinə daxil deyil. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(*-*)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Kamran Əkbərov Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(3-6)-1727/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1727/2026
29.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver