Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1745/2026 06.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İmran oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə qarşı “orqanizm funksiyalarının 65-80 faiz pozulmasının müəyyən edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), X6 və X5 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı İddiaçı İmran oğlunun, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. TSEK-Müayinələr: ##.##.2023-cü il tarixində “üzvi emosional labil pozuntu. Posttravmatik stress pozuntusu” dianozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbilə imtina edilmişdir.
2. ##.##.2025-ci il tarixində “Fəlakət (II QM) keçirikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, dissosiativ əlamətlər, intihar fikirləri ilə” diaqnozun məni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbilə imtina edilmişdir.
3. Dövlət Tibbi-Sosial Ekspertiza və X10-sosial ekspert komissiyasının ##.##.2025-ci il tarixli *******000* nömrəli Qərarına əsasən İddiaçı İmran oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbilə əlilik verilməsindən imtina edilmişdir.
4. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş ##.##.2022-ci il tarixli X9yə əsasən mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli postravmatik stress pozuntusu, mülayim dərəcədə ifadə olunmuş üzvi həyəcan pozuntusu, odlu silah yaralanması (##.##.2020), sol budun dəlib-keçən güllə yaralanmsından sonra bərkimiş dəri çapığı, yumşaq toxumaların yad cismi (qəlpə). Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. ...##.##.2022-ci il tarixdə MN MHP tərəfindən müayinə məqsədilə SN Psixi Sağlamlıq Mərkəzinə göndərilmişdir. 01.07.022-ci il tarixdə SN Psixi Sağlamlıq Mərkəzinin direktoru, Bakı şəhər Baş Səhiyyə İdarəsinin Baş Psixiatrı Tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunub, “üzvi emosional labil pozuntu, F06.0 posstravmatik stress pozuntusu F43.1” diaqnozu təyin olunmuşdur (əsas: **** nömrəli rəy). Ordu sıralarından tərxis olunması əlaqədar N nömrəli hərbi hissə komandiri tərəfinən hərbi xidmətə yararlılıının təyini üçün hərbi-həkim komissiyasına göndərilmişdir. MN BKH baş psixiatrı ilə konsultasiya olunmuşdur.
5. Məhkəmənin hazırki iş üzrə ##.##.2025-ci il tarixli qərardadı ilə hazırki iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X3 ##.##.2026-cı il tarixli ** nömrəli Ekspert Rəyinə əsasən İddiaçı İmran oğlunda hal-hazırda “F62.0 fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu öz təsdiqini tapır.
6. Əlilliyin təyininə dair sonuncu forma 88 arayışına əsasən: - (status localis) 2018 -ci ildə hərbi xidmətə gedib. 2020-ci ildə 2-ci Qarabağ müharibəsində iştirak edib. 2022 -ci il iyul ayında hərbidən təxlis olunub. ##.##.2020 tarixdə odlu silahlı yaralanması xəsarəti alıb. Sol bud nahiyyəsindən ŞİKAYƏTLƏRİ: əsəbilik, kövrəkdir, yuxu pozuntusu, intihar fikirləri söyləyir, affektiv edir yaşamaqda məna görmür. PSİXİ STATUS: 27.01.25 HPK ya təqdimat: xəstənin düşüncəsi pozulmayıb. Bələdlik hər 3 istiqamətdə tamdır. Müayinə zamanı kövrəlir, gözləri dolur, səbirsizdir. Yuxusuzluqdan unutqanlıqdan, baş ağrılarından sikayətlənir. Söhbətdə həvəslə istirak etmir, asta sakit səslə danışır. Bəzi sualları cavabsız qoyur. Əhvalı laqeyddir. Qarabağ müharibəsində olan hadisələri xatırlayır, gözləri dolur hislərini boğur şəhid olan dostlarından danışır, onlara kömək edə bilmədiyi üçün vicdan əzabı çəkir, çox heyifsilənir həddində artıq baş ağrılarından şikayətlənir, özünə qapanır. Yuxusuzdur, yuxusu dərmanladır. Hövsələsizdir. Baş ağrıları olur. Qıcığa həssasdır. Adi qıcıqlara partlayıcı reaksiya verir. Konfiliktə meyillidir. Əhvalı bir qədər enikdir. Emosional labildir. Sol ayağında mil var. Bədəndə çoxsaylı qəlpələr var. Müayinə otağına əsa ilə daxil oldu. Sərbəst şəkildə hərəkət edə bilmir. Şöbədə olan zaman Depakin xr 500mg, Truksal 50mg qəbul edib. - Əsas diaqnoz. F62.0 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davmlı dəyişikliyi, Fəlakət (II Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, dissosiativ əlamətlər, intihar fikirləri ilə. a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı İddiaçı İmran oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2-ci qrup əlillik pensiyanın təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin üzərinə qoyulması qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək iddiaçıya sonuncu ##.##.2025ci il tarixli göndəriş əsasında verilmiş sonuncu ##.##.2025-ci il tarixli imtina qərarının tarixindən orqanizmin funskiyalarının 65-80 faiz pozulmasının müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İmran oğlu 2018-ci ilin ayında Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətə başlamış və xidmət müddəti ərzində kəşfiyyatçı vəzifəsində fəaliyyət göstərmişdir. 2018-ci ilin noyabr ayında ‘Təməl Xüsusi Təyinatlı hazırlıq kursuna” qatılmış və həmin kursun ilkin xüsusi hazırlıq mərhələsini uğurla tamamlamışdır. Hazırlıqdan sonra, 2019-cu ilin iyul ayından etibarən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin xüsusi əməliyyat qrupunda kəşfiyyatçı kimi xidmətə başlamışdır. Xidmət dövründə daima yüksək intizam və peşəkarlıq nümayiş etdirmiş, üzərinə düşən bütün tapşırıqları məsuliyyətlə və uğurla yerinə yetirmişdir. Müxtəlif istiqamətlər üzrə keçirilən ixtisaslaşmış hazırlıq kurslarında iştirak etmiş və hər birini müvəffəqiyyətlə başa vurmuşdur. Xüsusilə aşağıdakı sahələr üzrə ixtisaslaşmışdır: dağçılıq hazırlığı, amfibiya əməliyyat hazırlığı, xizək hazırlığı, paraşüt ilə tullanma və hava desantı, pilotsuz uçuş aparatlarının (PUA) idarə olunması və digər xüsusi təyinatlı hərbi hazırlıq proqramları. 2020-ci ilin ## ######## tarixindən etibarən başlayan 2-ci Qarabağ müharibəsində iştirak etmişdir. Müharibənin ilk günlərindən etibarən xüsusi tapşırıqların icrasına qoşulmuşdur, dazor və kəşfiyyat fəaliyyətlərini birbaşa ön xəttdə yerinə yetirmişdir. Hər zaman ən öndə xidmət edərək, üzərinə düşən bütün vəzifə və tapşırıqları məsuliyyət və peşəkarlıqla icra etmişdir. İddiaçı İmran oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Vətən müharibəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli ***s nömrəli Sərəncamı ilə “Vətən müharibə iştirakçısı” medalı ilə, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il ## #### tarixli **** nömrəli Sərəncam ilə “Vətən uğrunda” və “Cəbrayıl azad olunmasına görə” medalları ilə, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il ## ###### tarixli **** nömrəli Sərəncam ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il ## #### tarixli **** nömrəli Sərəncam ilə “Xocvəndin azad olunmasına görə” medalı ilə, Azərbaycan Respublikasının “Şücaətə görə” *** nömrəli meddalları ilə təltif olunmuşdur. İddiaçı İmran oğlu müharibə veteranıdır. * Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrində (XTQ) xidmət etmişdir və Müharibə Veteranı statusu almışdır. 44 günlük Vətən müharibəsi zamanı Kəlbəcər istiqamətində aparılan döyüş əməliyyatlarında fəal iştirak etmişdir. Vətən torpaqlarının düşməndən azad olunması uğrunda gedən şiddətli döyüşlər zamanı ağır yaralanmışdır. # ####### 2020-ci il tarixində, Vətənin müdafiəsi zamanı sol bud nahiyəsindən üç güllə yarası almış, eyni zamanda partlayış nəticəsində çoxsaylı travmalara məruz qalmışdır. Yaralanmadan dərhal sonra Gəncə şəhər Hərbi Hospitalına yerləşdirilmiş, daha sonra müalicə Bakı şəhərində * saylı xəstəxanada və Mərkəzi Hərbi Klinik Hospitalda (Mərkəzi Hərbi Xəstəxana) davam etdirilmişdir. Müalicə prosesi uzunmüddətli olmuş və müxtəlif mərhələlər üzrə reabilitasiya tədbirləri həyata keçirilmişdir. Aldığı ciddi travmalara və həkimlərin tibbi məsləhətlərinə baxmayaraq, bir neçə ay sonra yenidən hərbi xidmətə qayıtmış və bir çox xüsusi əməliyyatlarda fəal iştirak etmişdir. Bu müddət ərzində üzərinə düşən bütün vəzifələri yenə də yüksək məsuliyyət və peşəkarlıqla yerinə yetirmişdir. Qeyd edim ki, döyüşlərin davam etməsi səbəbindən hərbi hissədən X4 təqdim edilməmişdir. 2022-ci ildə keçirilən “Qaragöl əməliyyatları” zamanı isə növbəti dəfə kəllə-beyin travması və onurğa yııtığı xəsarətləri almışdır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi”nin ##.##.2022-ci il tarixli və **** nömrəli arayışına əsasən, İddiaçı İmran oğlunun üzvi emosional-labil pozuntu (F06.6) və posttravmatik stress pozuntusu (F43.1) diaqnozları təsdiqlənmişdir. Bu diaqnozlar onun ##.##.2020-ci il tarixdə döyüş tapşırığı yerinə yetirərkən aldığı odlu silah yaralanması nəticəsində yaranmış psixi-emosional travmanın nəticəsidir. Aldığı zədələrin nəticəsində səhhətində ağırlaşmalar yaranmışdır. Ayaq sinirlərinin fəaliyyəti 70%-dək zəifləmiş, həmçinin psixiatrik və kəllə-beyin travmalarının təsirləri artmışdır. Bütün bu səbəblərə görə, 2022-ci ildə Vətən müharibəsi və sonrakı döyüşlərdə aldığı yaralarla bağlı olaraq hərbi xidmətini başa vurmaq məcburiyyətində qalmışdır. Sol oturaq sinirin tibial şaxəsinin zədələnməsindən sonrakı vəziyyət. Sol budun yuxarı və orta 1/3-nin dəlib-keçən odlu silah yaralanması, sol budun yuxarı 1/3-də yad cisim (metal)" xəsarət almışdır (esas: N nömrəli hərbi hissə komandirinin ##.##.2021-ci il tarixli ** nömrəli X4ı). Aldığı xəsarətlə əlaqədar ilkin tibbi yardım olunduqdan sonra ##.##.2020-ci il tarixdə SQ BKH-na, ##.##.2020-ci il tarixdə isə X2 köçürülmüş, ##.##.2020-##.##.2020-ci il tarixədək "Sol budun yuxarı 1/3-nin yad cismi (metal qəlpə). Sol oturaq sinirinin tibial şaxəsinin posttravmatik neyropatiyası" diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: ***** nömrəli arayış). ##.##.2020-ci il tarixdə MN MHP-da şəhadətləndirilərək 15 (on beş) gün müddətinə məzuniyyət verilmişdir (əsas:1 **** nömrəli arayış). ##.##.2022-ci il tarixdə MN MHP-dan şəhadətləndirilərək "Stasionar müayinədən sonra şəhadətləndirilməlidir" qərarı verilmişdir (əsas: **** nömrəli arayış). Son zamanlar şikayətləri artdığından ixtisalı müayinə və müalicə üçün MN BKH-na göndərilmiş, ##.##.2022-##.##.2022-ci il tarixədək "Vegetativ damar distoniyası. Burun tənəffüsünün mülayim dərəcədə çətinləşdirən burun arakəsməsinin əyriliyi. Sol bud nahiyəsinin dəlib-keçən və kor güllə yaralanmasına görə aparılmış yaraların İ-li cərrahi işlənməsindən sonrakı bərkiıniş dəri çapıqları, yumşaq toxumaların yad cismi (qəlpə), funksiyanın pozulmaması ilə" diaqnozu ilə stasionar müalicədə olmuşdur (esas: **** nömrəli xəstəlik tarixindən çıxarış epikrizi). Bununla əlaqədar ##.##.2022-ci ildən XTQ-də xidmət etdiyi vəzifəsindən təxris edilmişdir. Bu günə kimi iddiaçı müalicəsini davam etdirir və dövlətimizin göstərdiyi qayğıya görə minnətdardır. Lakin təəssüflər olsun ki, bəzi dövlət orqanlarında lazım olan diqqət və qayğı göstərilmir. Sağlamlıq vəziyyəti onun gündəlik fəaliyyət qabiliyyətinə ciddi təsir göstərir. Aldığı xəsarətlər nəticəsində iddiaçıda baş ağrıları, başgicəllənmə, əsəbilik, yuxu və yaddaş pozğunluqları yaranmışdır. İddiaçı İmran oğlu aldığı xəsarətlərlə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi - Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir. Müraciətimizə baxılaraq bildirilib ki, İddiaçı İmran oğlunun hərbi xidmətlə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə təqdim etdiyi sənədlər və tibbi göstərişlər əsasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparılan əyani müayinə nəticəsində, onun vəziyyəti “Əlilliyi müəyyən olunmayan şəxslər” kateqoriyasına aid edilmişdir. Yəni təqdim olunan sənədlər və müayinələr nəticəsində əlilliyin təyin olunması üçün əsaslar aşkar edilməmişdir. Səbəb kimi vurğulanır ki, tibbi sənədlərdə patofunksional dəyişikliklər və xəstəliyin ağırlaşma səviyyəsi müşahidə edilməmişdir.
10. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı * nömrəli X11 ##.##.2025-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Fəlakət (II QM) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, dissosiativ əlamətlər, intihar fikirləri ilə. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi- Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Bakı şəhər sakini ##.##.1997-ci il təvəllüdlü İddiaçı İmran oğlu (FİN:*******). Göndərişin nömrəsi: Unikal kod. Rəsmiləşdirilmiş göndərişdə əlillik səbəbi: Xüsusi. Müraciətlərin sayı: 1) ##.##.2023 DƏƏTE (ESDAS: 3-17-4/3-1- 22060/2023). Təqdim edilmiş sənəd sayı: 14. Hərbi bilet: SX № *******. Hərbi xidmət illəri: 2018-2019-ci il tarixlərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur, ##.##.2019- ##.##.2022-ci il tarixlərdə MAHHXHQ qismində hərbi xidmətdə olmuşdur. II Qarabağ Müharibəsində iştirak etmişdir. Hərbi Xidmətkeçmə Haqqında Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) ordu sıralarından tərxis edilmişdir. Hərbi rütbə: Ehtiyyatda olan MAHHXHQ əsgər. XHŞ: MN MHP HHK ##.##.2022-ci il tarixli **** №-li X9. ##.##.2021-ci il tarixli ** nömrəli X4 (** №-li Qoşma). Obyektiv müayinə: Vətəndaş hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı otağa əsa (yeni) ilə daxil olmuş, özünü təqdim etmiş, əsəbilikdən, başağrılarından, aqressivlikdən, insanlarla ünsiyyət qura bilməməsindən şikayətlənmişdir. Anamnestik məlumatlarında subay olduğunu, anası ilə yaşadığını, işləmədiyini bildirmişdir. Müayinə zamanı sərbəst gəzmiş, əsanı götürmə səbəbi (pedal hərəkətində məhdudluq olduğunu deyir) sual doğurmuşdur. Psixiatrik müayinə: (Tağızadə Nərmin)-Arxayın, rahat davranışlarla müayinəyə daxil olmuşdur. Ünsiyyətə qoşulmuş, qavraması qüsursuz, əhval-ruhiyyə fonu normal diapazonda, emosional reaksiyaları adaptiv olmuş, mühakimə və analiz qabiliyyəti qorunmuşdur. DTSERAda aparılmış laborator və İnstrumental müayinələrin adı: aparılmamışdır. Diaqnoz: Hazırki psixi vəziyyəti “Fəlakətdən sonra yüngül ifadəli şəxsiyyət pozuntusu” kimi müəyyənləşdirilmişdir. Qərarın əsaslandırılması: Hazırda əlillik təyinatına əsas verə biləcək psixi pozuntular aşkarlanmamışdır. Qərar: Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
11. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddianın təmin edilməsi, iddiaçı İddiaçı İmran oğluna sonuncu göndəriş əsasında qiymətləndirildiyi ##.##.2025-ci il tarixindən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasının 2 il müddətinə müəyyən edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.
12. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyini həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
b) Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, göndərişdə olan diaqnozun Əsasnamədə mövcud olmasının müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin və onun ağırlaşmaları intrumental müayinə nəticələri ilə təsdiq olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Buna baxmayaraq Psixiatriya Mərkəzi heç bir instrumental müayinə əsasında vermədiyi və tamamilə subyektiv yanaşmanı əks etdirən rəyi məhkəmə əsas götürmüşdür. Birinci instansiya məhkəməsi sadəcə anamnestik məlumatlar əsasında tərtib edilən həkim rəylərinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmiş, göndərişdə qeyd olunan reabilitasiya potensiallı xəstəlik əlillik səviyyəsində öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
14. Məhkəmədə iddiaçının vəkili və nümayəndəsi ərizəsinə uyğun izahat verərək, apellyasiya şikayətinin rədd edilməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
15.“İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X10-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: ... 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; ... 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXIŞININ HƏDLƏRİ 19.Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. 20.Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.2 maddələrinə əsasən)
22. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 15-18-ci bəndləri) əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalıdır.
23. Belə ki, iddiaçı ##.##.2025-ci il tarixli göndəriş əsasında verilmiş sonuncu ##.##.2025-ci il tarixli imtina qərarının tarixindən orqanizmin funskiyalarının 65-80 faiz pozulmasının müəyyən edilməklə əlilliyin təyin olunmasını tələb edir.
24. Cavabdeh orqan isə diaqnozun əlillik əlaməti təyin etməməsinə əsaslanaraq əliliyin təyinatından imtina etmişdir.
25. İş materiallarından görünür ki, iddiaçı 2018-ci ildə hərbi xidmətə getmiş, 2020-ci ildə 2-ci Qarabağ müharibəsində iştirak etmiş, ##.##.2020 tarixdə odlu silahla yaralanmış və 2022-ci il iyul ayında hərbidən təxris olunmuşdur. İddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı * nömrəli X11 ##.##.2025-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Fəlakət (II QM) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, dissosiativ əlamətlər, intihar fikirləri ilə. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi- Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir.
26. Eyni zamanda işin apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı ##.##.2023-cü və ##.##.2025-ci il tarixlərində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, əlilliyin təyininə əsas verən ağırlaşmalar, psixi pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq, hər iki halda diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq, F62 kodu ilə əlaqələnən OFP-nin 35-60% aralığında pozulması ilə əlillik təyininə əsas verən 7.7.1.1-ci yarımbəndində (fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski) nəzərdə tutulan hallar müəyyən olunmamışdır. Belə ki, İddiaçı sərbəst və adekvat davranış nümayiş etdirərək müayinəyə daxil olmuşdur. Ünsiyyətə qoşulmuş, qavraması qüsursuz, əhval-ruhiyyə fonu normal diapazonda müşahidə edilmiş, emosional reaksiyaları adaptiv olmuş, mühakimə və analiz qabiliyyəti qorunmuşdur.
27. Göründüyü kimi iddiaçının qeyd edilən əlillik təyin edən xəstəlikdən (F62.0 fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi) əziyyət çəkməsi tibbi göndərişlə (forma 88) və ekspert Rəyi ilə təsdiqini tapmış, həmin tibbi göndəriş həkim müayinəsinə əsaslanmışdır. İddiaçı qeyd edilən xəstəliklərlə bağlı mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisələrində müayinə və müalicələrdə olmuş, həmin müayinənin nəticəsi tibb müəssisələri tərəfindən də təsdiqlənmişdir.
28. Odur ki, iddiaçının əlillik təyin edən “F62.0 fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi”ndən əziyyət çəkməsi iş materialları ilə sübut olunur.
29. Əlillik təyinatına əsas verən xəstəliyin qiymətləndirilmə meyarlarına münasibətdə kollegiya qeyd edir ki, iddiaçı İddiaçı İmran oğlu əlillik təyin edilməsi üçün əsas olan xəstəlikdən (fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi (F62.0)) 2 ildən artıq müddətdir əziyyət çəkir. İddiaçıda aşkar edilmiş F62.0 fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi) diaqnozunun 2020-ci il tarixdə Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı hərbi travmanın nəticəsi olması ilə bağlı məhkəmədə hər hansı şübhə yoxdur.
30. Odur ki, iddiaçıda olan xəstəliklər ona əlilliyin təyininə əsas versə də, cavabdeh inzibati orqan bu halı nəzərə almamış, səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmişdir.
31. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
32. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.