Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1754/2026 16.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Ceyhun Bəşir oğlu (sədrlik edən), X2 və X10 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "əmrin ləğvi və işə bərpa″ tələbinə dair Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı ##.##.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin ## #### 2023-cü il tarixli, №** ş/h saylı “İddiaçı ədliyyə orqanlarından xaric edilməsi haqqında” əmri qanunsuz hesab edilməsi və ləğv olunması , İddiaçı, əvvəlki vəzifəsinə — Pentensiar Xidmətin Qarışıq Rejimli X9-nəzarət şöbəsinin rəisi vəzifəsinə bərpa edilməsi, Əmrin icrası nəticəsində məcburi buraxılmış dövr üçün əməkhaqqının və digər sosial ödənişlərin tutulmuş hissəsinin geri ödənilməsinə qərar verilməsi barədə qərar qəbul edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı bildirir ki, ## #### 2023-cü il tarixli, №** ş/h saylı əmr ilə İddiaçı, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Qarışıq Rejimli X9-nəzarət şöbəsinin rəisi vəzifəsindən azad edilmişdir. Əmrdə göstərilir ki, guya xidməti araşdırma nəticəsində məhkumlara qarşı qeyri-insani rəftar halları və etik davranış qaydalarının pozulması müəyyən edilmişdir. Lakin əmrin verilməsi qanunsuz və əsassız olmuşdur. Belə ki: Əmrdə göstərilən faktlar sübut olunmamış, xidməti araşdırma zamanı mənim izahatım obyektiv şəkildə alınmamış, mənə qarşı irəli sürülən iddialar barədə yazılı və ya şifahi izahat vermək, müdafiə hüququndan istifadə etmək imkanı yaradılmamışdır. Əmrin verilməsinə səbəb kimi göstərilən “məhkumlara qarşı qeyri-insani rəftar” iddiası sübutlarla təsdiqlənməmiş, yalnız fərziyyə xarakterli şahid izahatlarına əsaslanmışdır.Əmrdə mənim xidməti fəaliyyətimin nəticələri, əvvəlki intizam davranışım və xidmət dövründəki mükafatlandırmalarım nəzərə alınmadan ən ağır intizam tənbehi - “xidmətdən xaricetmə” tətbiq edilmişdir ki, bu da proposionalhq prinsipinə ziddir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.3-cü maddəsinə əsasən, xidməti araşdırma zamanı əməkdaşın izahatı alınmalı, müdafiə hüququ təmin edilməlidir. Halbuki şəxsin izahatı alınmadan və ona qarşı irəli sürülən ittihamların sübutları təqdim edilmədən qərar qəbul edilmişdir. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsi ev 30, mənzil 30-da yaşayan, Cavabdehn sabiq əməkdaşı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “əmrin ləğvi və işə bərpa” olunmasını tələb etmişdir. İddia ərizəsinə aşağıda qeyd olunan səbəblərə etiraz edlmişdir. Penitensiar xidmətin sabiq əməkdaşı İddiaçı Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin ## #### 2023-cü il tarixli əmri ilə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10, 31.1.8 və 32.1-ci maddələrini, eləcə də “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları”nın tələblərinə əsasən ədliyyə orqanlarından xaric edilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 10.3 maddəsinin, “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları”xxxx“Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları”xxxx“cəzaçəkmə müəssisələrinin əməkdaşlarının məhkumlarla qarşılıqlı münasibətləri qanunvericiliyə ciddi riayət edilməklə həyata keçirilir. Əməkdaşlar özlərinin əxlaqi və vəzifə borclarının yerinə yetirilməsi ilə yüksək nümunə göstərməli və məhkumların rəğbətini qazanmalı, etik davranış qaydalarının tələblərinə riayət etməlidirlər. Məhkumlar işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara məruz qalmamalıdırlar”. İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş bu tələbləri kobud şəkildə pozmuşdur. İddiaçı və rəisi olduğu şöbənin böyük inspektoru X1 tərəfindən məhkum olunmuş şəxslərin qeyri-insani rəftara məruz qalması mütəmadi xarakter almış, işçi heyəti ilə etik davranış qaydalarının tələblərindən kənar hərəkətlərə vol vermişdirlər. Qarışıq rejimli X9-nəzarət şöbəsinin rəisi vəzifəsində işləyərkən İddiaçı məhkumlarla yanaşı tabeçiliyində olan əməkdaşlarla davranışda da nəzakət göstərməmiş, təmkinli davranmamışdır ki, bu da “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları”nın 2.5-ci bəndinin tələblərinin pozulmasına səbəb olmuşdur. Bunlarla bağlı alınmış izahatlar və digər araşdırma materiallar məhkəməyə təqdim olunmuşdur. Əlavə olaraq İddiaçı törətdiyi qanun pozuntuları barədə məhkumlar tərəfindən Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilin Preventiv qrupuna məlumat verilmişdir. “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 13.2.2-ci və 13.2.3-cü maddələrinə əsasən şikayətin araşdırılması zamanı cinayətin əlamətləri aşkar edildiyindən X6 Respublikasının aidiyyəti orqanlarına cinayət işinin başlanması barədə müraciət etmiş, həmçinin qərar və ya hərəkəti nəticəsində insan hüquqlarını pozmuş vəzifəli şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barədə təkliflər vermək hüququndan istifadə etmişdir. Ombudsman tərəfindən göndərilmiş materiallar ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Prokurorluğunda cinayət işi açılmış, daha sonra sənədlər Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə verilmişdir. Göstərilənlərə əsasən əmr əsaslıdır, ləğvi üçün heç bir əsas mövcud deyildir. Bunlardan əlavə İddiaçı Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin ## #### 2023-cü il tarixli əmri ilə ədliyyə orqanlarından xaric edilmişdir. Həmin əmri, əmək kitabçasını ##.##.2023- cü il tarixdə qol çəkməklə götürmüşdür. Əmr barədə həmin tarixdən məlumat almışdır. İşdən çıxarıldıqdan sonra o, 2025ci ilin dekabr ayında hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla da həmin əmrin ona verildiyi vaxtdan, əmr barədə məlumatı olduğu vaxtdan 01 (bir) aydan artıq müddət, hətta 02 ildən artıq müddət keçdikdən sonra məhkəmədə hazırkı iddiasını qaldırmışdır. Halbuki, İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Ona görə də hazırkı iddianı iddia müddəti keçdikdən sonra qaldırmışdır, bu səbəbdən də iddia rədd edilməlidir. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və və iddianın mümkün sayılması barədə yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, iddiaçının təqsiri əsasən ümumi xarakterli izahatlarla əsaslandırılmış, konkret sübutlar, görüntülər təqdim edilməmişdir. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmuşdur. Etiraz iddiaya dair etirazın məzmunu ilə eynilik təşkil edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından apellyasiya şikayətinin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edildi. II. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması onu ehtiva edir ki, inzibati məhkəmədə qaldırılan iddia – subyektiv hüququ olan şəxs tərəfindən və inzibati icraat qaydalarına uyğun iddia növünə müvafiq olan və prosessual qanunvericiliyin tələbləri (iddia müddətinə, formasına və s. riayət olunmaqla) qaydasında, cavabdehliyi qanunvericiliklə müəyyən olunan inzibati orqana qarşı qaldırıldıqda və formal olaraq hüquq və azadlıqların pozulması (müvafiq sübutlar da əlavə edilməklə) əsaslandırıldığı halda, məhkəmə icraatı mümkündür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * saylı Qərarında qeyd etmişdir ki, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir (b.b. 1.1;1.4; 2.3). Konkret halda, iddiaçının cavabdehə qarşı ″əmrin ləğvi və işə bərpa ″ tələbinə dair hazırkı iddiasının məhkəmə icraatını mümkün edən əsasların mövcudluğu müəyyən olunmur. Belə ki, işdə olan Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinə ünvanladığı *** nömrəli ##.##.2025-ci il tarixli vəkil sorğusunda bildirilmişdir ki, «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin İ hissəsinə əsasən, təşkilati formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar vəkillərə öz peşə borclarını yerinə yetirərkən yardım etməyə borcludurlar.Həmin Qanunun 15-ci maddəsinin II bəndinin üçüncü hissəsinə əsasən, peşə fəaliyyətini həyata keçirməklə əlaqədar müstəqil araşdırmalar aparmaq, sənəd toplamaq, hüquqi yardım göstərmək üçün zəruri olan arayışları və digər sənədləri idarə, təşkilat və müəssisələrdən tələb etmək, onlarla tanış olmaq və həmin sənədlərin surətlərini çıxarmaq, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının alınması ilə bağlı əsaslandırılmış yazılı sorğular vermək vəkilin hüquqlarına aiddir.“Güvən” Vəkil Bürosunun vəkili Vəkil tərəfindən İddiaçı hüquqi xidmət göstərilir. İddiaçı ##.##.2016 - ##.##.2023-cü il tarixləri arasında Cavabdeh Qarışıq Rejimli X9-nəzarət şöbəsinin rəisi vəzifəsində çalışmışdır. Halhazırda onun həmin vəzifədən azad olunma səbəbinin hüquqi əsaslarının müəyyənləşdirilməsi zərurəti yaranmışdır. Yuxarıda göstərilənləri və qanunvericiliyin tələblərini rəhbər tutaraq İddiaçı işdən azad olunma səbəbini və hüquqi əsasını izah edən rəsmi məktub; onun işdən azad olunması ilə bağlı verilmiş əmrin surətinin təqdim olunmasını xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin “Güvən” Vəkil Bürosunun vəkili Vəkil ünvanladığı ##.##.2025-ci il tarixli *-**-**-**/*-***/**** saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 10.3-cü maddəsinə əsasən cəzaları icra edən müəssisə və ya orqanın işçi heyəti məhkumlara qarşı münasibətdə nəzakətli olmalı, məhkumlar qəddar və ya insan ləyaqəti alçaldan rəftara məruz qalmamalıdır. Daxil olmuş şikayətlər əsasında aparılmış xidməti araşdırma nəticəsində məlum olmuşdur ki, Penitensiar xidmətin sabiq əməkdaşları Rejimnəzarət şöbəsinin rəisi R İddiaçı və həmin şöbənin böyük inspektoru X1 rejimli cəzaçəkmə müəssisəsində rejim pozuntusuna yol vermiş məhkumların Cərimə (intizam) Təcridxanasına keçirilməsinə dair kamera tipli otaqlarda və bir nəfərlik kameralarda saxlanılan məhkumların qeydiyyatı kitabında heç bir qeyd aparmamışlar. Xidməti araşdırma zamanı həmin dövrlərdə Cərimə Təcridxanasında xidmət aparan Rejim-nəzarət şöbəsinin tabeliyində olan nəzarətçilərin və cəzaçəkmə müəssisəsində saxlanılan məhkumların verdiyi izahatlardan məlum olmuşdur ki, Penitensiar xidmətin sabiq əməkdaşları Rejim-nəzarət şöbəsinin rəisi R İddiaçı və həmin şöbənin böyük inspektoru X1 tərəfindən məhkumların qeyri-insani rəftara məruz qalması mütəmadi xarakter almış, işçi heyəti ilə etik davranış qaydalarının tələblərindən kənar hərəkətlərə yol vermişlər.Yuxarıda göstərilənləri nəzərə alaraq “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10, 31.1, 31.1.8-ci, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 10.3-cü maddəsinə və “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları”na əsasən İddiaçı və X1 xidməti vəzifələrinin icrası zamanı mütəmadi yol verdikləri kobud pozuntulara görə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin ## #### 2023-cü il tarixli № ** ş/h saylı əmrinə əsasən ədliyyə orqanlarından xaric edilmişdirlər. İşdə olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin ##.##.2025-ci il tarixli 3-16-33-12/2-1079/2025 məktubu ilə təqdim edilmiş Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin **/şh nömrəli ##.##.2023-cü il tarixli əmrindən görünür ki, xidməti vəzifələrinin icrası zamanı kobud nöqsanlara yol verdiklərinə görə Penitensiar Xidmətin Qarışıq rejimli X9 şöbəsinin rəisi R İddiaçı və həmin şöbənin böyük inspektoru R X1 ədliyyə orqanlarından xaric edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. 35.3. Məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İş materiallarından görünür ki, iddiaçı ##.##.2023-cü il tarixli əmrlə ədliyyə orqanlarından xaric edilmiş, həmin vaxtdan (##.##.2023-cü ildə sənədə imza atmaqla əmək kitabçasını qəbul etmişdir) 2 ildən artıq müddət keçdikdən sonra (##.##.2025-ci il tarixdə) müvafiq əmrin ləğv olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda kollegiya hesab edir ki, iddiaçı hazırkı iddianı iddia müddəti keçdikdən sonra qaldırdığından birinci instansiya məhkəməsi əsaslı olaraq iddianı mümkün saymamışdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə də, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmadığını, təqdim edilmiş subutlara prosessual qanunvericiliyinin tələbləri səviyyəsində hüquqi qiymət verilmədiyini, əsassız olaraq iddianı mümkün saymadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-6)-1754/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1754/2026
16.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver