Məhkəmə qərarları › İş №2-1(3-6)-178/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-178/2026

21.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-178/2026 21.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və s tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarından görünür ki, iddiaçıda olan diaqnoz “Hərbi travmadır, Azərbaycan Respublikasıın müdafiəsi zamanı alınmışdır”.

2. Cavabdeh tərəfindən verilmiş ##.##.2023-cü il tarixli imtina məktubundan görünür ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "xxxx"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinizin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adınıza rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir.

3. Müayinə məlumatlarından görünür ki:

4. ##.##.2017-ci il tarixdə iddiaçı müayinədən keçmiş və əlavə müalicəyə ehtiyacın olması əsası ilə əlilliyin təyinindən imtina olunmuşdur.

5. ##.##.2018-ci il tarixdə iddiaçı müayinədən keçmiş və ona “Keçirilmiş qapalı kəlləbeyin travmasının qalıq əlamətləri. Beyin silkələnməsi. Postravmatik ensefalopatiya, generalizə olunmuş tez-tez baş verən epileptik qıcolma tutmaları. Baş beyin üzvi xəstəliyi nəticəsində (epillepsiya mənşəli) yaranmış şəxsiyyət pozuntusu. BQDÇ-II dərəcə. Vestibulyar-vegetativ krizlər, koordinatior-statik pozğunluqlarla, asteno-nevrotik sindrom. Neyrosirkulyator distnoya, kardial tipli” diaqnozu əsasında 5 il müddətinə ikinci dərəcəli əlillik təyin olunmuşdur.

6. ##.##.2022-ci il tarixdə iddiaçı müayinədən keçmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi əsası ilə əlilliyin təyinindən imtina olunmuşdur.

7. ##.##.2023-cü il tarixdə iddiaçı müayinədən keçmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi əsası ilə əlilliyin təyinindən imtina olunmuşdur.

8. Cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli qərardan görünür ki, iddiaçıda olan diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik təyininə əsas vermir.

9. Bakı Baş Səhiyyə İdarəsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli göndəriş əsasında müəyyən olunur ki, iddiaçıda: Əsas diaqnoz - “Kəllədaxili travma. Keçirilmiş qapalı kəllə beyin travması. Baş beyin silkələnməsindən sonrakı qalıq əlamətləri (##.##.1992-##.##.1992 Şəmkir MRX.ARMN MHHK ##.##.2017-ci il **** nömrəli qərarı ilə “Hərbi travmadır” Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır; (S06) Ağırlaşma – Baş beynin digər zədələnmələri, Posstravmatik ensefalopatiya (G93); Epillepsiya. Tez-tez təkrarlanan generalizə olunmuş epileptik tutmalarla şöbədə 4 dəfə, ayda 8-9 dəfə kortikalatrofiya (G40) Yanaşı xəstəliklər – Dəqiqləşdirilməmiş kəskin faringit. Burun çəpər əyriliyi, kəskin faringit (J02.9) Nevrasteniya. Kəskin nəzərə çarpan asteno nevrotik sindrom (F48.0) Essensial hipertenziya. Arterial hipertoniya II m. (I10) Qastrit və duodenit. Sol tərəfli qasıq yırtığı (K29)

10. Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən verilmiş ekspert rəyindən görünür ki, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XBT 10 kodu: Əsas diaqnoz: S06-kəllədaxili travma, keçirilmiş qapalı kəlləbeyin travması, baş beyin silkələnməsindən sonrakı qalıq əlamətlər. Ağırlaşma:G93-baş beynin digər zədələnmələri, posttravmatik ensefalopatiya. Yanaşı xəstəliklər: F48.0- nevrasteniya, kəskin nəzərəçarpan astenonevrotik sindrom. J02.9-dəqiqləşdirilməmiş kəskin faringit, burun çəpər əyriliyi, kəskin faringit.” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, şəxsin ##.##.2024-cü il tarixdə DTSERA-da əyani müayinəsi zamanı tutmaların izahını verə bilməmiş, ekspertiza üçün əhəmiyyətli olan EEQ müayinəsini təqdim etməmiş, təqdim edilmiş KT norma daxilində olmuş, heç bir koqnitiv gerilik müşahidə edilməmiş, əlillik təyinatına əsas verə biləcək ocaqlı nevroloji patologiya, davranış pozuntusu və psixotik əlamətlər izlənməmişdir.

11. Məhkəmə Psixiatrik Eksperiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyindən görünür ki, yoxlanılan şəxs sağlamlığı ilə bağlı şikayət təqdim etmir. Somatik statusu. Yoxlanılan şəxs düzgün bədən quruluşludur. Dəri və görünən selikli qişaları adi rəngdədir. Daxili orqanlar tərəfindən kobud patologiya aşkar olunmur. Nevroloji statusu. Mərkəzi sinir sistemi tərəfindən nəzərə çarpan ciddi üzvi dəyişiklik qeyd edilmir. Psixi statusu: Düşüncəsi kobud pozulmamış, şəxsiyyətinə, zamana və məkana görə bələdliyi saxlanılıb. Zahirən sakit, əhvali-ruhiyyəsi bir qədər enmişdir. Aparılan sorğu gedişatında təfəkkürünün ləngliyi, bir qədər müfəssəlliyi nəzərə çarpır. Anamnestik məlumatlar barəsində verilən sualları cavablandırdıqda bəzən çox fikirləşir, yaddaşında kobud olmayan zəiflik əlamətləri nəzərə çarpır. Təfəkkürü tempinə görə zəifdir, konkretdir. Kəskin psixoproduktiv simptomlar (qavrama aldanmaları və sayıqlama fikirləri) müəyyən edilmir. Keçirilən ekspertizanın məqsədini dərk edir. İ Qarabağ müharibəsində R zabit rütbəsində xidmət etdiyini, batalyon komandiri olduğunu, döyüşlərdə iştrirakı zamanı tank mərmisinin partlaması nəticəsində huşunu itirməklə qapalı kəllə-beyin travması aldığını, bununla əlaqədar Şəmkir hospitalında müalicədə olduğunu, hərbi xidmətdən təxris edildikdən sonra onda yaranmış psixi pozuntular və qıcolma tutmaları ilə əlaqədar müxtəlif xəstəxanalarda müalicələrdə olduğunu, ona II qrup əlillik təyin edildiyini, lakin sonradan əlillik qrupunun kəsildiyini bildirir. Hazırda barəsində soruşduqda yuxu pozuntuları, baş ağrıları, anidən huşunu şikayətlənərək həkim psixiatrların ona təyin etdiyi dərman qəbul etdiyini bildirir. Yuxarıda göstərilənləri və məhkəmənin qərarında qoyduğu sualları ambulator şəraitdə cavablandırmaq mümkün olmadığını nəzərə alaraq İddiaçı daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə psixiatrik şöbəsinə göndərilməsi zəruridir.

a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Əlilliyin təyinatından imtina barədə ## ###### 2023-cü il tarixli Qərarının, həmçinin ## #### 2024-cü il tarixli Qərarın iddiaçıya aid hissəsinin ləğv edilərək, # ###### 2023-cü il tarixli göndəriş əsasında iddiaçı İddiaçı əlilliyin təyin edilməsi öhdəliyinin Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentlyinə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Qarabağ müharibəsində hərbi xidmətdə olduğu dövrdə Mor-mor bölüyünün komandiri olmuşdur. Döyüşlər gedən zaman 1992-ci ilin sentyabr ayında yaralanaraq xəsarət almışdır. Hərbi xidmətdən tərxis olunduqdan sonra uzun müddət aldığı travma və xəstəlikdən əziyyət çəkmişdir. Müalicələrdə olmuşdur. Dəfələrlə müxtəlif klinikalara və xəstəxanalara müraciət etmişdir. Bu səbəbdən ##.##.2018-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq ikinci dərəcəli əlillik verilmişdir. Xəstəliyin diaqnozu: Keçirilmiş qapalı kəllə-beyin travmasmm davamlı qalıq əlamətləri, beyin silkələnməsi, postravmatik ensfolopatiya, generalizə olunmuş tez-tez baş verən epileptik qıcolma tutmaları (ayda 7-8 dəfə), baş beyin üzvi xəstəliyi nəticəsində (epilepsiya mənşəli) yaranmış şəxsiyyət pozuntusu, BQDÇ - II dərəcə, Vestibülyarvegetativ krizlər - koordinator statik pozğunluqlarla, asteno-nevrotik sindrom. Neyrokulyator distoniya, kardial tipli. İddiaçı hesab edir ki, onun əlillik almaq hüququ var.

14. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı ** nömrəli Şəhər Poliklinikasının ##.##.2022-ci il tarixli göndərişi əsasında baxılmış, X7: XIX Sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın ... Diaqnozun mətni: Başın travmalarının nəticələri, Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri (1992). Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Gədəbəy rayon sakini ##.##.1960cı il təvəllüdlü İddiaçı (FİN:*******) əlillik vəziyyəti tibb müəssisəsinin *******AABV* nömrəli göndərişi əsasında ##.##.2018-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. ESDAS *********** nömrəli məktuba əsasən müayinə işi Əlillik Altsistemində ##.##.2019- cu il tarixdə etibarsız edilmişdir. Bundan sonra əlillik vəziyyətinin qiymətləndirilməsi üçün qeydiyyatda olduğu tibb müəssisəsindən yeni göndəriş rəsmiləşdirilməmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2017-ci il tarixli **** nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qapalı kəllə beyin travması, bas beyin silkələnməsi (1992)” diaqnozlu travmanın səbəb əlaqəsi diaqnozlu “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş “Kəllədaxili travma. Keçirilmiş qapalı kəllə beyin travmasının və beyin silkələnməsinin qalıq əlamətləri. Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) slmptomatik epUepsiva və epileptik sindromlar, tez tez bas verən qıcolma tutmaları ilə avda 7-8 dəfə. Vegetativ iavtonoml sinir sisteminin digər pozğunluqları, VDD sindrom. Üzvi mənşəli emosional labil fastenikl pozuntu” diaqnozu araşdırılmışdır. Müayinə zamanı nevroloji və psixi status yaşa uyğun qeyd olunmuşdur. Təqdim olunmuş tibbi sənədlər 1992-ci il, 2021-ci il və 2022-ci il tarixlərə dair qeyd olunmuş, ekspertiza üçün əhəmiyyətli instrumental müayinə nəticələri təqdim edilməmişdir (aparılmamışdır). Hazırda əlillik təyinatına əsas verən nevroloji ocaqlı patologiya, davranış pozuntusu və psixotik əlamətlər izlənilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İddiaçıya daha əvvəl ##.##.2018-ci il tarixdə əlillik təyin edilmiş, lakin müvafiq göndəriş etibarsız edildiyi üçün əlillik təyinatından imtina barədə qərar qəbul edilmişdir. Buna baxmayaraq iddiaçı müvafiq qərarı mübahisələndirməmiş və barəsində daxil olmuş yeni göndəriş qiymətləndirilərək əlillik təyinatından imtina barədə müvafiq qərar qəbul edilmişdir.

15. Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməmişdir.

16. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

b) Apellyasiya şikayətinin dəlilləri

17. Apellyasiya şikayəti və ona əlavə iddiaya uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, məhkəmə iddiaçını əyani olaraq görmüş və iddiaçının iddiasına formal yanaşmışdır. Onun xəstə olması, travmanın qalığı olaraq epilepsiyanın (davamlı qıcolmalarla) və sair xəstəliklərinin olması təkzibedilməzdir. Baxmayaraq ki, məhkəmə iş üzrə ekspertizalar təyin etmişdir, təyin olunan ekspertizalar hər dəfə sürüşkən cavab verərək xəstəliyin olub-olmamasını forma 88-də əks etdirildiyini göstərən bir cavab vermişdir. İddiaçının S06- kəllədaxili travma diaqnozu və onun ağırlaşmaları tibbi sənədlərlə təsdiq edilmişdir. Posttravmatik ensefalopatiya (G93) və tez-tez təkrarlanan epileptik tutmalar (G40) mövcuddur. Yəni travma və onun nəticələri mübahisəsizdir. Beləliklə, S06 (kəllədaxili travma) diaqnozu Meyarların 6.1ci bəndində nəzərdə tutulmuş S02-S09 intervalına daxil olmaqla əlilliyin qiymətləndirilməsi predmetinə aiddir. Həmçinin G40 və G93 diaqnozları ilə ifadə olunan ağırlaşmalar da funksional məhdudiyyətin qiymətləndirilməsini tələb edir.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

19. Məhkəmə iclasında iddiaçıının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsini, cavabdehın nümayəndəsi isə birinci instasiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını məhkəmədən xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

20. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “xxxx”nın: 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4.TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.4.Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5.Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

24.Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. 25.Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.2-ci maddələrinə əsasən)

27. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 20-23-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

28. Belə ki, iddiaçı Əlilliyin təyinatından imtina barədə ## ###### 2023-cü il tarixli və ## #### 2024-cü il tarixli Qərarlarının iddiaçıya aid hissəsinin ləğv edilərək, 0# ###### 2023-cü il tarixli göndəriş əsasında ona əlillik təyin edilməsini tələb edir.

29. Cavabdeh orqan isə iddiaçıya qoyulmuş diaqnozun əyani müayinə zamanı öz təsdiqini tapmaması səbəbindən imtina cavabı vermişdir.

30. Məhkəmə kollegiyası cavabdeh orqanın qeyd olunan dəlilləri ilə razılaşır.

31. Belə ki, işin apellyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş sorğuya cavab məktubuna əsasən İddiaçı əlillik vəziyyəti * saylı X6 *******AABV* nömrəli göndərişi əsasında ##.##.2018-ci il tarixində elektron qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan ##.##.2015-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən ikinci dərəcə 5 il müddətinə (##.##.2023-cü il tarixinədək) ilkin əlillik təyinatı aparılmışdır. Əlillik təyinatlarının müəyyən risk qruplarına görə araşdırılması məqsədilə "xxxx" QSC və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə araşdırma həyata keçirilmiş və rəsmiləşdirilmiş göndərişlərin əsaslılığı yoxlanılaraq aparılmış əlillik təyinatlarının ləğv edilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar, mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində vətəndaşa dair Tibbi-sosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı ##.##.2019cu il tarixində ləğv olunmuşdur.

32. Eyni zamanda qeyd olunan halların araşdırılması məqsədilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə mməhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, **** saylı ekspert rəyindən görünür ki, İddiaçı hal-hazırda Üzvi (epilepsiya nəticəsində) şəxsiyyət pozuntusu, anamnezində keçirilmiş kəllə-beyin travması, qıcolma tutmaları ilə (F07.0) aşkar olunur. Bunu anamnestik məlumatlar və materiallarda olan qeydlərə əsasən döyüşlər zamanı xəsarət alması, həmçinin hazırkı müayinə zəmanı təfəkkürünün torpidliyi, bir mövzudan digərinə keçməkdə çətinlik çəkməsi, xarici qıcıqlara qarşı həssaslığının yüksək olması əhvali-ruhiyyəşirıin enməsi, koqnitiv funksiyalarının zəifləməsi, söhbət prosesində astenizasiya əlamətlərinin qeyd edilməsi və s. sübut edilir. Suallarda qeyd olunan S06, G40, G93, J02.9, 110, K29 kodlu diaqnozlar psixiatrik sıra diaqnozlara aid olmadığından müəyyən olunması məhkəməpsixiatrik ekspertizasının səlahiyyətlərinə aid deyil. Əlilliyin müəyyən olunması meyarları AR Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunmasına dair Əsasnamə" əsasında müəyyən edilir və bu funksiyanı həyata keçirən orqan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertizası və Reabilitasiya Agentliyidir. Əlilliyin müəyyən olunması meyarları Dövlət Tibbi-Sosial Ekspertizası və Reabilitasiya Agentliyinin səlahiyyətlərinə aid olmaqla tibbin müxtəlif sahələrinin həkimləri cəlb edilərək müraciət edən şəxsin xəstəliyi və həmin şəxsin orqan funksiyalarının hansı dərəcədə itirilməsi barəsində yekun nəticə formalaşaraq orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti müəyyən edilir. Buna görə də nəzərinizə çatdırırıq ki, əlilliyin təyin edilməsinə əsas verən ağırlaşmalar və patofunksional dəyişiklər barəsində İnzibati Məhkəmə tərəfindən Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ekspertinin qarşısında qərarda qoymuş sual şəxsin əmək qabiliyyətinin qiymətləndirilməsinin meyarlarına aid olduğu üçün məhkəmə psixiatrik eksperizasının səlahiyyətlərinə aid deyildir. Göstərilənləri nəzərə alaraq həmçinin nəzərinizə çatdırırıq ki, Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzində aparılan məhkəmə psixiatrik müayinəsi nəticəsində hazırki müayinə zamanı onda aşkar edilən psixi xəstəlik, yaxud psixi pozuntunun diaqnozu və kodu tərtib edilmiş rəydə əks olunur

32. Göründüyü kimi Meyarlarda nəzərdə tutulmuş xəstəliklərin müvafiq kodlarda verilmiş siyahısına əsasən, iddiaçıda əsas diaqnoz kimi S06 kod altında göstərilən xəstəlik adıçəkilən siyahıda olan xəstəliklərin hər hansı biri ilə uyğunluq təşkil etmir. Nəinki əsas diaqnoz, ümumiyyətlə göndərişdə ağırlaşma və yanaşı xəstəliklər kimi göstərilən xəstəliklər də iddiaçıya əlilliyin təyininə əsas vermir. Belə ki, “Əlilliyin müəyyən olunması meyarları”nda göstərilən ağırlaşmaların mövcudluğu, əlillik təyini üçün vacib şərt təşkil edir. Belə ki, əgər xəstəliyin özünün əlamətləri varsa, lakin həmin xəstəliklə əlaqədar göstərilən ağırlaşmalar yoxdursa, bu halda əlillik təyinatı verilə bilməz. Bu halda, yalnız əsas xəstəlikdən əziyyət çəkmək, əlillik təyini üçün yetərli hesab olunmur.

33. Nəzərə alınmalıldır ki, X7 S06 diaqnozu ilə müəyyən edilmiş xəstəliklərin (travmanın alması nəticəsində beyin silkələnməsi, beyin əzilməsi, kəllədaxili qanxma, travmatikbeyin zədəsi müşayət olunur) F07 diaqnozu ilə müəyyən edilmiş xəstəliklərdən (davranış dəyişkənliyi, emosional pozuntu, aqressiya, yaddaş zəifliyi, şəxsiyyət dəyişikliyi, intelektual və psixiki problemlərlə müşayət olunur) fərqi var. Belə ki, S06 diqanozu ilə müəyyən edilən xəstəlikdən (travmanın alınmasından) sonra F07 diaqnozu ilə müəyyən edilən yeni xəstəliyin əmələ gəlməsi istisna deyil. Qeyd olunan xəstəliklər fərqli qruplara aiddir, yəni F07 diaqnozu ilə müəyyən edilən xəstəliyin əldə edilməsi üçün travmanın alınması şərti mütləq deyil. Buna misal olaraq F06 ilə F07 diqanozu ilə müəyyən edilən xəstəlikləri qeyd etmək olar. XTB kodu F06 diaqnozunda olan xəstəliyə (hallüsinasiyalar, sayıqlama, depressiya, təşfiş, orqanik psixoz) ducar olmuş şəxsin sağlamlıq vəziyyətinin kəskinləşməsi nəticəsində həmin xəstəliyinin F07 diaqnozu ilə müəyyən edilən xəstəliklərə (davranış dəyişkənliyi, emosional pozuntu, aqressiya, yaddaş zəifliyi, şəxsiyyət dəyişikliyi, intelektual və psixiki problemlərlə müşayət olunur) çevrilməsi tibbi cəhətdən mümkündür, yəni S06 diaqnozu ilə müəyyən edilən xəstəliklərdən fərqli olaraq yeni xəstəliyin əmələ gəlməsinə zərurət yoxdur. Məhz bu səbəbdəndə S06 diaqnozu ilə müəyyən edilən xəstəliklərdən fərqli olaraq F06 ilə F07 diaqnozu ilə müəyyən edilən xəstəliklər eyni qrupa daxil ediliblər.

34. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, müvafiq ekspert rəyinə əsasən iddiaçıda F07 diaqnozu ilə müəyyən edilən xəstəlik aşkar edilsə də onun barəsində tərtib edilmiş göndəriş əlillik statusu yaratmayan S06 diaqnozu ilə müəyyən edilən xəstəliklə əlaqədar olduğuna görə əlilik təyinatının aparılmasından cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.

35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

36. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

37. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar